Açar sözlər: Böyük Ġpək yolu, ədəbi inkiĢaf, Əcəmi Əbubəkr oğlu
Naxçıvani, Kəmaləddin Naxçıvani, Əsədi Tusi, Qətran Təbrizi
Ġ.HÜSEYNOVUN "MƏHġƏR" ROMANINDA TARĠXĠ
ġƏXSĠYYƏTLƏRĠN BƏDĠĠ OBRAZI
BƏXTĠYAR ƏSGƏROV
Bakı Dövlət Universiteti
ndn-2009@mail.ru
Tarixi Ģəxsiyyətlərin bədii obrazının yaradılmasında sənədlərdən və
mənbələrdən istifadə romanların yazılmasında əsas Ģərtlərdən biridir. KeçmiĢə
müraciət edərkən yazıçı tarixi mənbələrə müraciət edir; lakin mənbələrdə də
müxtəliflik olduğundan yazıçı, eyni zamanda, bədii təxəyyülə də meydan verir.
Bu iki cəhətin tarixi romanlarda Ģəxsiyyətlərin obrazının yaradılmasında paralel
Ģəkildə çıxıĢ etməsi obrazın mükəmməlliyini də müəyyən edir. Bəzən isə hər
hansı tarixi Ģəxsiyyət haqqında məlumatlar az olduğu üçün yazıçı daha çox
bədii təxəyyülə meyl edir. Lakin romanın baĢ qəhrəmanının Ģair, yaxud fikir
adamı olması yazıçının iĢini bir qədər də asanlaĢdırır. Daha doğrusu, əsərin baĢ
qəhrəmanının Ģair (burada, Nəimi, yaxud Nəsimi) olması yazıçının təsviretmə
imkanlarını geniĢləndirir. Çünki Ģairin həyatı, dünyagörüĢü, xarakteri haqqında
yazıçının tarixi sənədlərlə yanaĢı, onun bədii əsərlərindən də məlumat toplaması
imkanları artmıĢ olur. Lakin sovet dövründə yazılmıĢ tarixi romanların
əksəriyyətinin baĢ qəhrəmanının Ģair olması yazıçının iĢini asanlaĢdırmaqla
yanaĢı, romanın xarakterini, süjet xətti və konfliktini də məhdudlaĢdırırdı.
Sosialist realizmində tarixi romanların baĢ qəhrəmanının Ģair olmasının
səbəbləri içərisində isə siyasi motivlər baĢlıca yer tuturdu. Çünki qədim tarixə
malik Azərbaycanın, yaxud Sovetlərə daxil olan baĢqa xalqların tarixinin
qədimliyindən, sərkərdələrindən və qədim dövlətçilik tarixindən bəhs etmək
üçün mərkəzin-Moskvanın icazəsi lazım olurdu. Bu səbəbdən də uzun müddət
Azərbaycan tarixi romanlarının baĢ qəhrəmanı Ģairlər olurdu. Nizami Gəncəvi,
Tezislər
127
ġah Ġsmayıl Xətai, Mirzə ġəfi Vazeh, Seyid Əzim ġirvani, Mirzə Ələkbər Sabir,
Abbas Səhhət və baĢqalarının tarixi roman qəhrəmanı kimi müəyyənləĢməsi də
buradan irəli gəlirdi. Hətta bir neçə romanda həm Ģah, həm də Ģair olan ġah
Ġsmayıl Xətainin obrazı yaradılsa da, aparıcı xətti onun sərkərdəliyindən çox
Ģairliyi təĢkil etmiĢdir.
Ġ.Hüseynovun tarixi romanının özünəməxsus xüsusiyyətləri içərisində
tarixi mənbələrdən yaradıcı Ģəkildə istifadə etmə baĢlıca yer tutur. Yazıçı tarixi
Ģəxsiyyətlərin obrazını yaradarkən salnamə və mənbələrlə yanaĢı, onların
yaradıcılığına da müraciət etmiĢ, bədii düĢüncəsindən maksimum yararlanmağa
çalıĢmıĢdır. Buna görə də Ġ.Hüseynovun tarixi Ģəxsiyyətləri daha canlı çıxmıĢ,
bədii təxəyyüllə tarixi kontekst paralel Ģəkildə çıxıĢ etmiĢdir.
Açar sözlər: tarixi Ģəxsiyyət, ədəbi qəhrəman, təxəyyül, müasir dövr
NAXÇIVAN DĠALEKTĠNDƏ FRAZEOLOJĠ BĠRLƏġMƏLƏR
NURAY ƏLĠYEVA
AMEA Naxçıvan Bölməsi
naliyeva22@mail.ru
Dialekt və Ģivələrimizdə iĢlənən, ədəbi dilimizdən müəyyən dərəcədə
fərqli olan frazeoloji vahidlərin öyrənilməsi sahəsində ilk addımlar atılmıĢdır,
lakin bu sahədə görülməli iĢlər hələ də çoxdur. Naxçıvan dialekt və Ģivələrinin
də frazeologiyasının öyrənilməsi bu baxımdan maraqlı və lazımlıdır.
Frazeologiya sözü həm dildə olan məcazi məna daĢıyan sözlərin məcmusunu,
həm də bu qrup sözlərin qrammatik və leksik xüsusiyyətlərindən bəhs edən
dilçilik elminin bir sahəsini ifadə edir.
Ümumxalq dilinin frazeologiyası müxtəlif ictimai-iqtisadi amillərin
meydana çıxmasını aydın Ģəkildə əks etdirir. Frazeoloji vahidlər tərkibcə sabit
və obrazlılıq xüsusiyyətlərinə malik olduğundan onlar dildə əsrlər boyu öz
mənasını itirmədən yaĢaya bilir. Bu vahidlərdə sözlər elə birləĢir ki, onları bir-
birindən ayırmaq, birini baĢqası ilə əvəz etmək və ya hər sözü müstəqim
mənada düĢünmək olmur. Onları baĢqa dillərə olduğu kimi tərcümə etmək də
olmur. Ədəbi dilin lüğət tərkibində olduğu kimi, Azərbaycan dili dialekt və
Ģivələrinin cənub qrupuna daxil olan Naxçıvan dialektinin lüğət tərkibi də
yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri özündə cəmləĢdirən sabit söz
birləĢmələri-frazeoloji vahidlərlə zəngindir. Ədəbi dilmizdə frazeologiya
dilçiliyimizin bir sahəsi kimi müəyyən qədər öyrənilsə də, dialekt və
Ģivələrimizin frazeologiyasının hələ də ciddi tədqiqata ehtiyacı var. Onu da
nəzərə alsaq ki, bu cür Ģivə xarakterli sabit söz birləĢmələri əsasən yaĢlı nəslin
nitqində qorunub saxlanır, onların toplanıb tədqiq olunması bu gün olduqca
əhəmiyyətlidir. Ədəbi dildə, digər dialekt və Ģivələrimizdə olduğu kimi,
Naxçıvan dialektinin də lüğət tərkibi frazeoloji vahidlərlə zəngindir. Frazeoloji
Beynəlxalq İpək Yolu
128
vahidlərin aĢağıdakı növləri vardır: idiomlar, ibarələr, hikmətli sözlər, atalar
sözləri, zərbi-məsəllər.
Naxçıvan dialektinin frazeologiyasını araĢdıraraq belə bir nəticəyə
gəlmək olur ki, Azərbaycan dilinin digər dialekt və Ģivələrində olduğu kimi,
burada da sabit birləĢmələr geniĢ Ģəkildə iĢlənir. Bu birləĢmələr həm ədəbi
dildə, həm də baĢqa dialekt və Ģivələrimizdə iĢlənən birləĢmələrdən müəyyən
cəhətdən fərqlənir. Bu fərqlər adət-ənənə ilə, yerli Ģəraitlə (istər təbii, istərsə də
ictimai Ģəraitlə), həmin yerdə yaĢayan adamların məĢğuliyyəti ilə, təsərrüfat
formaları ilə, müəyyən ərazi yaxınlığı ilə bağlıdır.
Açar sözlər: Naxçıvan dialekti, frazoloji birləĢmə, Ģivə, ümumxalq dili
NĠZAMĠNĠN “XOSROV VƏ ġĠRĠN” ƏSƏRĠNDƏ AZƏRBAYCAN
ATABƏYLƏRĠ
ƏZĠZAGA NƏCƏFOV
AMEA Əlyazmalar Ġnstitutu
azizaga.necefov@mail.ru
Azərbaycan ədəbiyyatı tarixinə ―Nizami dövrü‖ kimi daxil olan XII əsr
dünya tarixində qanlı, keĢməkeĢli, eyni zamanda öz əzəməti ilə fərqlənən bir
yüzillikdir. Tarixi faktları yan-yana düzdükdə bir həqiqət meydana çıxır ki,
məhz bu ərəfədə dünyanın taleyini həll edən iki böyük qüvvəyə – xristian Qərb
dünyası və müsəlman ərəb aləminə qarĢı dura biləcək yeni bir super güc – türk
faktoru tarix səhnəsinə daxil olur, ġərqdən Qərbə uzanan, Asiya və Avropa
arasındakı iqtisadi zonaya nəzarət etməyə baĢlayır.
Tarixə ―Böyük Ġpək yolu‖ adı ilə daxil olan qədim ticarət xətti üzərində
yerləĢən ġirvan, Gəncə, Naxçıvan kimi Ģəhərlərin təkcə iqtisadi rifahı
yüksəlmir, eyni zamanda burada elm, incəsənət və poeziyada da inkiĢaf nəzərə
çarpır. Azərbaycanda intibah mədəniyyətini Ģərtləndirən amillərdən biri isə
məhz regiondakı türk hegemonluğu olur.
XI-XII əsrlərdə Roma Papası II Urbanın fitvası ilə Beytülmüqəddəsi –
Yerusəlimi ―kafir‖ müsəlmanlardan xilas etmək devizi altında əslində ġərqin
misilsiz nemətlərinə sahib olub, iqtisadi yüksəliĢ əldə etməyə can atan Avropa
iĢğalçılıq yürüĢlərinə baĢlamıĢdı. Məlumdur ki, bu qüvvənin qarĢısını alan isə
məhz türklər oldu. Böyük Azərbaycan Ģairi, XII əsr intibah dövrünün dühası
Nizami Gəncəvinin də göstərdiyi kimi, türkün hökmü, ədaləti gündoğandan
günbatanadək yayıldı.
Bu yenilməz qüvvənin dayaqlarından biri və bəlkə də zamanında ən
möhkəmi olan Atabəylər özündən sonrakı dövlətçilik ənənəsinin möhkəm
təməllər üzərində uzun müddət dayanmasına təminatçı oldu. Sözsüz ki, onların
bu möhtəĢəmliyinə, elmə, sənətə, Ģeirə hamilik etməsinə Ģərait yaradan əsas
Tezislər
129
amillərdən biri də imperiyanın əsas ticarət yollarına, mal dövriyyəsi və
bazarlara nəzarət etməsi idi.
Bu mürəkkəb siyasi vəziyyətdə Qafqaz–ġərqin qapısı Azərbaycan
mövcud duruma diplomatik yanaĢmanın ən unikal nümunəsini nümayiĢ
etdirməklə, nəinki müharibə meydanına çevrilərək məhv olmaq, iqtisadiyyat
bazarında böyük Ģəhərlər qarĢısında ərimək təhlükəsindən xilas oldu, öz
əlveriĢli geosiyasi mövqeyindən istifadə edərək eyni zamanda mədəni inkiĢafa
da nail ola bildi.
Nizaminin ―Xəmsə‖yə daxil olan rəsmi giriĢlərində erkən orta əsrlərdə
Azərbaycanda mövcud olmuĢ dövlətlərin iqtisadi qüdrəti, əzəməti, siyasi nüfuz
dairəsi haqqında poetik dillə olsa da, geniĢ məlumat əldə etmək olur. Bu, eyni
zamanda Atabəylərin, onların iqtisadi mərkəzi, inzibati paytaxtı Naxçıvanın da
hərtərəfli inkiĢafının əbədi olaraq tarixlərdə əksidir.
Açar sözlər: ―Böyük Ġpək yolu‖, Nizami Gəncəvi, ―Xəmsə‖, Atabəylər
dövləti
NAXÇIVANDA ƏDƏBĠ ĠNKĠġAF
(1900-2000-ci illərdə)
NÜġABƏ MƏMMƏDOVA
“Naxçıvan‖ Universiteti
n.memmedova@nu.edu.az
Tarixin bütün dövrlərində Azərbaycanın ictimai-siyasi həyatında
Naxçıvan xüsusi rol oynamıĢ, bu qədim bölgə zaman-zaman görkəmli
Ģəxsiyyətlər yetirmiĢdir. Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi
Naxçıvanda yaranan ədəbiyyat da öz çəkisi ilə seçilmiĢdir. Buna səbəb
Naxçıvanın Ģərqlə qərbin qovĢağında yerləĢməsi, böyük karvan yollarını, ipək
yolu magistralını əhatə etməsi, daim xarici təzyiqlərə sinə gərməli olması
Naxçıvanda bu günkü zəngin ədəbi-ictimai mühiti formalaĢdırmıĢdır. Bu gün
keçilmiĢ yola nəzər salmaq, Naxçıvanda yaĢayan ayrı-ayrı yazıçıların
yaradıcılıqlarını
tədqiq
etmək,
ideya-sənətkarlıq
məziyyətlərini
ümumiləĢdirmək və qiymətləndirmək olduqca aktual məsələlərdən biridir.
Naxçıvan diyarı ta qədimdən zəngin ədəbi ənənələrə malikdir. Belə ki,
Naxçıvan bölgəsi ilə səsləĢən süjetlərə və yer adlarına ―Kitabi Dədə Qorqud‖
dastanlarında da rast gəlmək mümkündür. Orta əsrlərdə də yaĢamıĢ bir çox Ģair
və yazıçılar Naxçıvanda yazıb yaratmıĢlar. Ədəbi mənbələr Naxçıvan ədəbi
mühitinin XIII əsrdə də zəngin olduğunu təsdiqləyir. Bu ədəbi mühit
Azərbaycan ədəbiyyatına bir sıra tanınmıĢ alim, yazıçı, Ģair və ədiblər bəxĢ
etmiĢdir: Kəmaləddin Naxçıvani, Nəsrəddin Tusi, HinduĢah Məhəmməd,
Fəxrəddin Naxçıvani və.s. Sonrakı dövrlərdə də Naxçıvan ədəbi mühiti yeni
ədəbi simalarla daha da zənginləĢmiĢdir. Mürəkkəb və ziddiyyətli hadisələrlə
zəngin olan XX əsr tariximizin əhəmiyyətli mərhələsini təĢkil etdiyi kimi
Beynəlxalq İpək Yolu
130
Naxçıvan ədəbi mühitinə də böyük təsir göstərmiĢdir. Çünki bu dövrdə
ədəbiyyatımız
da
özünəməxsus
inkiĢaf
yolu
keçmiĢdir.
Dövlət
müstəqilliyimizin bərpasına qədər problemlərə milli müstəvidən yox, ideoloji
müstəvidən yanaĢılması bir sıra həqiqətlərin pərdələnməsinə Ģərait yaratmıĢdır.
Bu yönümdən XX əsr Naxçıvan ədəbi mühiti ədəbiyyatĢünaslıqda geniĢ
tədqiqat obyektinə çevrilmiĢdir.
Məlumdur ki, əsrin əvvəllərində müstəmləkə buxovlarından azad olan
Azərbaycanda Demokratik Respublika qurulmuĢ, sonralar yenidən Vətənimiz
iĢğal olunmuĢ və nəhayət, böyük tarixi nailiyyətimiz olan dövlət
müstəqilliyimiz bərpa edilmiĢdir. Coğrafi vəziyyətinə görə bu hadisələr
Naxçıvanda daha dramatik və gərgin olmuĢ, təbii ki, bütün bunlar da bölgənin
ədəbi mühitində dərin izlər buraxmıĢdır. Ədəbiyyatımızın yaradıcılıq təcrübəsi
təsdiq edir ki, müasir həyatla yanaĢı, xalqın tarixi keçmiĢi də bədii sözün
qüdrəti ilə mənalandırılmıĢdır. Naxçıvan ədəbi mühitinin əsas istiqamətləri də
cəmiyyətin inkiĢafı ilə Ģərtlənən mənəvi tələblərdən doğmuĢ, uzunillik axtarıĢ
və yüksəliĢ yolu keçmiĢdir.
Açar sözlər: Naxçıvan ədəbi mühiti, dövlət müstəqilliyi, bölgə, tarix,
ədəbiyyatĢünaslıq
XIX ƏSR NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠ
NURLANA ƏLĠYEVA
―Naxçıvan‖ Universiteti
n.memmedova@nu.edu.az
XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəlində Azərbaycanda sosial-
mədəni vəziyyətin əsas göstəricisi və mühüm keyfiyyəti maarifçilik ideyalarının
yüksəliĢi və əməli hərəkata çevrilməsidir. Maarifçilər ictimai əsarətdən qurtuluĢ
yolunu
yeni əxlaqi ideyalar irəli sürmək, əhalini elmi biliklərlə
silahlandırmaqda görürdülər. Ona görə də onların əsas iĢi teatr, məktəb açmaq,
mətbuat və ədəbiyyatın rolunu dəyərləndirməklə, mətbəə təĢkil etmək, qəzet
çıxarmaq, kitab nəĢr etmək idi. Maarifçilər milli ruhlu vətəndaĢlar
tərbiyələndirmək uğrunda mübarizənin əsasında bunların rolunu mühüm hesab
edir və bu iĢlərin həyata keçirilməsi üçün ciddi Ģəkildə çalıĢırdılar. Maarifçilik
ideyaları XIX yüzilliyin 20-ci illərindən yaranmağa baĢlamıĢ, sonralar daha
sürət və vüsətlə inkiĢaf etdirilmiĢdir.
Ədəbi mühitlər içərisində ideya-məram yüksəkliyi və üzvlərinin sayca
zənginliyi ilə seçilən XIX yüzil Naxçıvan ədəbi mühiti diqqəti çəkən və maraqlı
bir tarixi dövrü səciyyələndirməyə qüdrəti yetən mühit kimi maraqlıdır.
Sözügedən dövrdə həm Naxçıvanın özündə, həm də onun mühüm bir bölgəsi
olan Ordubadda fərqli janrlarda qələmini sınayan, məĢhur Azərbaycan
yazarlarının dəyərli əsərləri ilə müqayisə edilə biləcək səviyyədə maraqlı əsərlər
Tezislər
131
yazan iyirmidən artıq sənətkar bu mühiti təmsil edərək xalqımıza məxsus olan
ədəbiyyatın zənginləĢməsinə, maarifçiliyin inkiĢafına yüksək səviyyədə kömək
etmiĢlər.
Sənətkarı zaman və mühit yetirir. Sözsüz ki, sənətkarların parlamasında
ədəbi mühitlərin böyük rolu vardır. Bu baxımdan, XIX yüzil Naxçıvan ədəbi
mühiti də xüsusi özəlliklərə malikdir. Əslində, bu mühit geniĢ mənada
Naxçıvan ədəbi mühitidir. XIX yüzillikdə Naxçıvan ədəbi mühitində yetiĢən
sənətkarlar içərisində Heyran xanım Kəngərli-Dünbüli və Qönçəbəyimin
adlarını xüsusilə qeyd edə bilərik.
Öz yaradıcılığında nakam məhəbbət və qadın hüquqsuzluğundan bəhs
edən, böyük Füzulinin davamçısı kimi tanınan Heyran xanımın, Azərbaycan-
Qərb mədəni əlaqələrində rolu olan Ģairəmiz Qönçəbəyimin Naxçıvan ədəbi
mühitində özünəməxsus yeri vardır.
Açar sözlər: ədəbi mühit, sənətkar, maarifçilik, Naxçıvan, Ordubad,
lirika
NAXÇIVAN ġAĠRƏSĠ QÖNÇƏBƏYĠM
ƏKRƏM HƏSƏNOV
AMEA Əlyazmalar Ġnstitutu
garibekrem@hotmail.com
Naxçıvan bölgəsi tarix boyu öz hüdudlarında qapanıb qalmamıĢ, bütün
Azərbaycanın, o cümlədən Yaxın və Orta ġərqin, XIX-XX əsrin əvvəllərində
isə Rusiyanın həyatının müxtəlif sahələrində dərin iz qoymuĢ müxtəlif sahələrə
aid Ģəxsiyyətlər yetirmiĢdir. Naxçıvanın bir parçasına çevrilmiĢ həmin insanlar,
onun müxtəlif sahələrinə, xüsusi ilə ədəbiyyatına da əbədi daxil olmuĢdur. Belə
Ģəxsiyyətlərdən biri də XIX-XX əsrdə Azərbaycanın gözəl, dilbər guĢələrindən
biri olan Naxçıvanda istedadlı, dünyaca məĢhur olan Ģairlər arasında daha çox
tanınan Qönçəbəyim olmuĢdur. Qönçəbəyim Naxçıvanın sonuncu xanı olan
Ehsan xanın qızıdır. 1837-ci ildə Naxçıvanda açılmıĢ rus məktəbinə daxil
olmuĢ, rus və fars dillərini öyrənmiĢ, ġərq ədəbiyyatına maraq göstərmiĢdir.
"Qönçeyi-ülfət" ədəbi məclisinin iĢtirakçılarından olmuĢdur. "Bəyim" təxəllüsü
ilə lirik Ģeirlər yazmıĢdır. "ġahzadə Ġbrahim" dastanına daxil edilən və Bəyimin
dilindən deyilən Ģeirlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla
tanıĢ olan gürcü Ģairi N.BarataĢvili Naxçıvanda ikən onunla görüĢmüĢ (1845),
yaradıcılığı ilə maraqlanmıĢ, ona Ģeir həsr etmiĢ ("Qoncabəyimin nəğməsi"), bir
Ģeirini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmiĢdir.
O, həmin Ģeirin məclislərdə oxunması üçün xanəndə Səttara və Ģəkili Cəfərə
verilməsini məsləhət görmüĢdü. Ġ.K.Yenikolopovun yazdığına görə,
BarataĢvilinin ondan tərcümə etdiyi bir Ģeiri xanəndə Səttar gürcü dilində ifa
etmiĢdir.
Açar sözlər: Naxçıvan, ədəbi mühit, Qönçəbəyim, XIX əsr
Beynəlxalq İpək Yolu
132
NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠNDƏ TARĠXĠ POVEST: PROBLEMLƏR,
PERSPEKTĠVLƏR, GÖZLƏNTĠLƏR
ƏLĠ HƏġĠMOV
AMEA Naxçıvan Bölməsi
aliheshim@yahoo.com
Nəsrin ümdə vəzifəsi yazıldığı dövrün reallıqlarını dolğunluğu, reallığı
ilə əks etdirməkdir. Orta əsrlərdən bəri mövcud olan, XX əsrdə özünə geniĢ
auditoriya qazanan nəsrin roman, povest kimi janrları sovetlər dönəmində
özünəməxsus inkiĢaf tempi, mövzu axtarıĢları, ideya istiqamətləri, sosialist-
realizmin tələblərinə uyğunluğu ilə ədəbiyyatĢünaslığın tarixinə həm də ona
görə yazıldı ki, bu əsərlərdə yetmiĢ il xalqın həyatı öz əksini tapmıĢdı və bu gün
həmin əsərlər həm də yaĢanmıĢ tariximizin parçasıdır.
Nəsrin əhəmiyyətli qismini təĢkil edən tarixi mövzulu əsərlər də
tariximizi öyrənmək zərurətindən irəli gələrək yaranmaqda idi. Azərbaycan
ədəbiyyatının tərkibində özünəməxsus yeri olan Naxçıvan ədəbi mühitində də
tarixi mövzulara müraciət xeyli sayda uğurlu əsərlərin yazılmasına gətirib
çıxardı. Ədəbiyyat regionallığı sevməsə də Azərbaycan ədəbiyyatında mövzu
axtarıĢları adətən regionallıq prinsipi ilə müəyyənləĢib. Naxçıvanlı müəlliflərin
də qələminin məhsulu olan tarixi mövzulu povestlərdə Naxçıvan mövzusu
diqqət mərkəzində olmuĢdur. Naxçıvanda nəsrin görkəmli simalarından olan
Sadıq Zeynaloğlu, Güllü Məmmədova, Novruz Nehrəmlinin yaradıcılığında
tarixi povest janrına da yer verilmiĢdir. Bu yazıçıların yaradıcılığında bəzən
Azərbaycan ədəbiyyatı səviyyəsində dəyərləndirilməyən əsərlər olsa da
G.Məmmədovanın ―Qaçaq QuĢdan‖, N.Nehrəmlinin ―Zülmətdə iĢıq‖,
S.Zeynaloğlunun ―Tarixin qanlı yaddaĢı‖ kimi tarixi, sənədli povestləri
müraciət etdiyi tarixi dövr etibarilə diqqətəlayiqdir.
QuĢdan adlı el qaçağının həyatı, mübarizə yolu iĢıqlandırılan ―Qaçaq
QuĢdan‖ povestində dövrün tarixi materiallarından bəhrələnilsə də yazıçı daha
çox təxəyyül imkanlarından istifadə etmiĢdir. 1918-1920-ci illərdə Naxçıvanda
gerçəkləĢən hadisələr, ermənilərin bölgələrdə törətdiyi qırğınlar haqqında
mənbələrə uyğun Ģəkildə məlumat verilən əsərdə rejimin və ideoloji siyasətin
də izləri görülməkdədir. Belə ki, əsərdə müəyyən çatıĢmamazlıqlar olsa da bədii
mətnin özü dövrə aid kifayət qədər informasiya verir və bu da tarixi nəsrdə
tarixiliyi Ģərtləndirən əsas məqamlardandır.
Mirzə Cəlilin həyatı və fəaliyyətinin Nehrəm dövrünü iĢıqlandıran
Novruz Nehrəmlinin ―Zülmətdə iĢıq‖ povestində əsarətin məngənəsində
çarpıĢan mühitdə ədibin pedaqoq kimi yorulmadan fəaliyyət göstərməsi,
Nehrəmdə ona qarĢı olan münasibət kimi məsələlərin geniĢliklə əks olunduğu
povestdə dövrə aid mənbələrə, elmi ədəbiyyata istinadən maraqlı süjet
qurulmuĢ, tarixi nəsrdə tarixi dövr, yazıçı mövqeyi və müasir gerçəkliyin sintezi
əsasən gözlənilməklə uğurlu ədəbi cəhd alınmıĢdır.
Tezislər
133
Beləliklə, Naxçıvan ədəbi mühitində qələmə alınan tarixi povest janrının
elə də çox olmayan nümunələri ümumazərbaycan ədəbiyyatı kontekstində
yanaĢıldıqda müəyyən qədər uğurlu bədii nümunələr kimi ədəbiyyatĢünaslıqda
dəyərləndirilmiĢ, əsərlərdə tarixiliyi Ģərtləndirən məqamlar, mətn quruluĢu, dil
elementləri, dövrə münasibət məsələləri diqqət mərkəzinə çəkilmiĢdir.
Açar sözlər: tarixi povest, janr, Naxçıvan, tarixi reallıq, ədəbi mühit
MUXTARĠYYƏT ƏRƏFƏSĠNDƏ NAXÇIVAN “MOLLA NƏSRƏDDĠN”
JURNALINDA
AYGÜN ORUCOVA
AMEA Naxçıvan Bölməsi
orujovaaygun82@gmail.com
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ―tarixi
nailiyyət‖ hesab etdiyi Naxçıvanın muxtariyyət statusu Azərbaycan və
bütövlükdə Türk dünyası üçün çox mühüm siyasi dəyərə malikdir. Belə ki,
Azərbaycanın əbədi və əzəli torpaqları olan Ġrəvanın və Zəngəzur mahalının
ermənilərə verilməsi ilə Naxçıvan Azərbaycandan təcrid olunmuĢdu. 1918-ci
ildən 1924-cü ilin 9 fevralına qədər olan dövr Naxçıvanın tarixində mürəkkəb
və ziddiyyətli bir mərhələni təĢkil edir. Erməni özbaĢınalıqları, ingilislərin və
amerikalıların Naxçıvanda general-qubernatorluq yaratmaq cəhdləri, yerli
əhalinin Naxçıvanın Ermənistana verilməsinin qarĢısını almaq üçün Kalbalı
xan, Cəfərqulu xan, Kərim xan, Rəhim xan, Kamran xanın baĢçılığı ilə silahlı
mübarizəsi, 1921-ci ilin 16 martında Naxçıvanın muxtar respublika statusunda
Azərbaycanın tərkibində qalmasını Ģərtləndirən Moskva müqaviləsi,
Naxçıvanın Azərbaycanın tərkibində sərhədlərini qəti surətdə müəyyənləĢdirən
Qars müqaviləsi (1921-ci il 13 oktyabr) və s. hadisələrlə səciyyələnir. Bu illərdə
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında Mustafa Kamal PaĢanın,
azərbaycanlılardan Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri
Nəriman Nərimanovun, Azərbaycan Ġnqilab Komitəsinin üzvü, ədliyyə
komissarı Behbud ağa ġahtaxtinskinin əməyi xüsusilə qeyd olunmalıdır.
―Molla Nəsrəddin‖ jurnalının həm Təbrizdə, həm də Bakıda nəĢr
olunmuĢ nömrələrində rus və erməni vəzifəlilərinin planlı Ģəkildə Naxçıvanda
rabitə sistemində, müəyyən istehsal sahələrində yaratdıqları problemlər öz
əksini tapmıĢdır. Jurnalın 1921-ci ildə Təbrizdə nəĢr olunmuĢ 4-cü nömrəsində
―Tazə xəbərlər‖ adlı yazıda Naxçıvanda çox böyük sürətlə dəyiĢən siyasi
vəziyyət sadəcə olaraq sadalanmaqla baĢ verən qarıĢıqlıq, mürəkkəb hadisələr,
çox çətin ictimai-siyasi vəziyyət haqqında təsəvvür yaradılmıĢdır. 1921-ci ildə
yenə Təbrizdə nəĢr olunmuĢ 7-ci nömrədə ―Tüstü‖ məqaləsində Mirzə Cəlil
Naxçıvanda və Təbrizdə millətin tüstü içində boğulmağından yaranan
narahatlığını ifadə etmiĢdir: ―Xülasə, millət tüstü içində boğulmaqdadır! Və
Beynəlxalq İpək Yolu
134
boğula-boğula nicata müntəzirdir. Əgər dadü-fəryadə tez yetiĢməsəz,
mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. Tələsmək lazımdır‖. ―Molla
Nəsrəddin‖in 1922-ci ilinin 3-cü nömrəsində Naxçıvan duzunun vaqonlara
doldurulub xaricə daĢınması və hətta dərman kimi olsa da, naxçıvanlılara
verilməməyi öz satirik ifadəsini tapmıĢdır: ―... duzlaqdan çıxan duzun cəmisi
vaqonlara dolub məlum deyil hara gedir və əhali duzsuz qalıb nə qədər
yalvarırlarsa, həkimlər bir dizə qədər əhaliyə vermirlər. Naxçıvan vüzərası
Ġrandan Naxçıvana duz gətirmək barəsində böyük tədbirlər tökməkdədirlər‖.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 8 aprel
2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr
olunmuĢ mərasimdəki çıxıĢında da bu tarixi həqiqət vurğulanmıĢdır:
―Muxtariyyətin ilk illərində keçmiĢ Sovetlər Birliyinin Dövlət Plan
Komitəsində iĢləyən ermənilər Naxçıvanın duz yataqlarından hasilatın guya
baha baĢa gəldiyini əsaslandıra bilmiĢlər. Nəticədə, duz istehsalı kəskin
azalmıĢ, Azərbaycan öz kimya sənayesini inkiĢaf etdirmək üçün baĢqa
yerlərdən baha qiymətə duz gətirməyə məcbur olmuĢdur‖. Bu sətirlərdən aydın
olur ki, bu mənfur siyasət fərqli formalarda bir neçə il davam etmiĢ və bir
məqsəd daĢımıĢdır: Azərbaycanın inkiĢafına mane olmaq!
Azərbaycanın ədəbi-tarixi salnaməsi olan ―Molla Nəsrəddin‖
jurnalındakı bu faktlar həm Azərbaycan ədəbiyyatı və mətbuatı tarixi, həm də
Azərbaycan tarixinin qeyd olunan dövrünü araĢdıranlar üçün mühüm
əhəmiyyətə malik bir mənbədir.
Dostları ilə paylaş: |