16. Abbasova Aytac - Naxçıvan və Kəlbəcər bölgələrinə aid
müqəddəs yerlər.............................................................................. 159
17. Cəfərova Aytən- Xalq mədəniyyətində mərasim folklor
nümunələrinin yeri (Ordubad folklor nümunələri əsasında).......... 160
18. Əliyeva Sevinc- Naxçıvan nağıllarının regional xüsusiyyətləri..... 161
19. Əliyeva Tahirə- Piri R. “Kitabi-bəhriyyə” əsərində yeddi dəniz.. 163
20. Əsgərova Nazirə- Nağılların poetik imkanları.............................. 164
21. Yusifova Təhminə- Naxçıvan folklor örnəklərində demonik
obrazlar........................................................................................... 164
Beynəlxalq İpək Yolu
10
BEYNƏLXALQ MÜNASĠBƏTLƏR VƏ ĠQTĠSADĠYYAT
ĠPƏK YOLU TĠCARƏT ƏLAQƏLƏRĠNĠN NAXÇIVANDA
KƏND TƏSƏRRÜFATININ ĠNKĠġAFINDA ROLU
SALEH MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
Böyük ipək yolu - qədim dövrlərdə və orta əsrlərdə Çindən baĢlayaraq
Azərbaycandan keçməklə Avropaya aparan karvan yoludur. Ġpək Yolu bizim
eranın I minilliyindən baĢlayaraq II minilliyin ortalarına qədər
Avropa və Asi-
yadan
çarpaz Ģəkildə keçən yollar Ģəbəkəsini əks etdirir.
O dövrə məxsus bir çox mühüm yeniliklər Asiyadan Avropaya Ġpək
yolunun vasitəsilə aparılmıĢdır. Həmin dövr üçün yenilik olan barıt, maqnit
kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatları
həmin yol vasitəsilə Avropaya daĢınırdı. Böyük Ġpək yolunun Ģaxələrindən biri
Cənubi Azərbaycandan
keçdiyindən bu ərazi ilə
geniĢ əlaqəsi olan
Dər-
bənddə,ġirvanda, ġəkidə,
Beyləqanda, Gəncədə, Q
əbələdə, Təbrizdə, Naxçı
vanda
ipəkçilik
inkiĢaf
etmiĢdir. Bu xəttlə ġərq-
dən Mərkəzi Avropa öl-
kələrinə əvvəlcə ipək,
daha sonra ədviyyat,
qızıl, gümüĢ, mirvari və
s. daĢınmıĢdır. Avropa-
dan ġərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmıĢlar.
E.ə. II əsrdən yaranaraq XVI əsrə qədər fəaliyyət göstərən bu yol Orta
Asiyadan keçərək Çini, Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləĢdirirdi. Bu
yolla müxtəlif istiqamətlərdə ipək parçalar, ədviyyat, xalça, silah, zinət malları,
pambıq və s. daĢınırdı. Böyük Ġpək Yolu Çin kimi qədim və qüdrətli bir
ölkədən baĢlasa da bu dövlətin özü heç də həmiĢə ticarətə böyük həvəs
göstərmirdi. Xan sülalələri ölkəni qapalı saxlamağa, onun ipək, saxsı qablar və
s. məhsullarının hazırlanması sirlərini qorumağa çalıĢırdılar. Tacirlər isə o
zaman qiymətli ipəyi müxtəlif yollarla əldə edərək Avropaya aparırdılar.
Ġpək Yolu hesabına baramaçılıq üçün əlveriĢli təbii Ģəraiti olan Orta
Asiya vadiləri iri ipək istehsalı mərkəzinə çevrilirdi. Burada hazırlanan
keyfiyyətli ipəklər nəinki Avropaya, həm də su yolu vasitəsilə Rusiyaya
Tezislər
11
göndərilirdi. Karvan yolları ilə Orta Asiyadan, Azərbaycandan, Çindən
Avropaya ipək parçalar, metal əĢyalar, saxsı qablar, zərgərlik məmulatları
aparılırdı. Çinə isə dəvə karvanları ilə qiymətli daĢlar, ĢüĢə məmulatları, ətir və
s. gətirilirdi.
Böyük Ġpək Yolunun qovĢağında yerləĢən Təbriz Ģəhəri o zamanlar
Asiya-Avropa ticarətini tənzimləyirdi. Təbrizdən keçən ticarət karvanları
Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, DəməĢq və s. kimi o dövrün ticarət
mərkəzləri ilə əlaqələndirirdi. Bütün bu geniĢ Ģaxəli Ġpək yollarının köməyi və
həmçinin əlveriĢli təbii Ģəraiti nəticəsində Azərbaycan uzun illər dünyanın iri
ipək istehsalçısı və ticarət mərkəzi rolunu oynamıĢdır. Asiya və Avropa tacirləri
və onların gətirdikləri malların tez-tez göründüyü bu ticarət mərkəzində Qərb
ölkələrindən gələn tacirlər müxtəlif ġərq mallarını, xüsusən Hindistan
ədviyyatlarını, nadir boyaları, qiymətli daĢ-qaĢı, xam ipəyi və ipək parçaları
alırdılar.
Bərdə və ƏrəĢ mahallarından baĢlayan Ġpək Yolunun mühüm bir
istiqaməti Araz boyunca Naxçıvana və Culfaya qədər uzanır, oradan isə Təbrizə
və Yenə də Qərbə yönəlirdi. Culfada iri ipək anbarları yaradılmıĢdı və buraya
Azərbaycanın hər yerindən xam ipək gətirilirdi. Bu ticarət yolu ilə avropalıların
ən çox alıb apardıqları Azərbaycan və Ġran ipəyi idi. Azərbaycandan, o
cümlədən Naxçıvandan Böyük Ġpək Yolunun keçməsi kənd təsərrüfatının bir
çox sahələrinin inkiĢafına təkan vermiĢdir. Ġpəkçilik ipək qurdunun yeni,
keyfiyyətli növlərinin Naxçıvana gətirilib yayılmasına və onun yem bazası olan
yeni tut sortlarının əkilməsinə səbəb olurdu. Ġlk növbədə ticarət yolunun
üzərində yerləĢən yaĢayıĢ məntəqələrində heyvandarlığın – qoyunçuluq,
maladarlıq, dəvəçilik, atçılıq və b. növləri inkiĢaf etməyə baĢladı. Təbii ki,
yaranan tələbat Naxçıvanın baĢqa ərazilərində də baramaçılığın və
heyvandarlığın inkiĢafına zəmin yaradırdı. Naxçıvanın ekoloji-coğrafi Ģəraiti
köçəri heyvandarlığın inkiĢafı üçün zəruri idi. Yayda dağlıq və dağətəyi
zonaların otlaqlarında, qıĢda isə aran zona düzənliklərində hevyanların
saxlanılması köç üzərindəki yaĢayıĢ məntəqələrində də əkinçilik və
heyvandarlığın inkiĢafına təsir edirdi. Aparılan qazıntılar zamanı heyvandarlıq
və əkinçiliyə aid materialların tapılması Böyük Ġpək Yolunun fəaliyyət
göstərdiyi dövrdə Naxçıvanda kənd təsərrüfatının sürətlə inkiĢaf etdiyini
göstərir.
Öz əhəmiyyətini təxminən XVI əsrdə itirən Böyük Ġpək Yolu XX əsrin
90-cı illərinə yaxın yenidən bərpa olunmağa baĢlandı.
―Böyük Ġpək Yolu‖nun bərpası Heydər Əliyev zəkasının təntənəsi kimi
Müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının möhkəmləndirilməsi və yeni
istiqamətdə inkiĢaf etdirilməsinə zəmin yaratdı. ―TRASEKA‖ proqramı üzrə
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin – ―Böyük Ġpək Yolu‖nun bərpa
edilməsi mühüm əhəmiyyət kəsb edən zəruri məsələlərdən birinə çevrildi.
Açar sözlər: Böyük Ġpək yolu, Naxçıvan, ticarət, kənd təsərüfatı
Beynəlxalq İpək Yolu
12
TÜRKĠYE-NAHCĠVAN SOSYO-EKONOMĠK ĠLĠġKĠLERĠNĠN
ANLAMI VE ÖNEMĠ
KEREM KARABULUT
Atatürk Üniversitesi
k_karabulut@hotmail.com
SSCB döneminde Türkiye ile Azerbaycan'a bağlı Nahcivan Özerk
Cumhuriyeti arasında sosyo-ekonomik iliĢkilerin olmadığı bilinmektedir. 1991
yılında Azerbaycan Cumhuriyeti'nin bağımsızlığını kazanmasıyla "Bir Millet
Ġki Devlet" konumunda olan Türkiye-Azerbaycan iliĢkileri de baĢlamıĢtır.
Bu bağlamda, Türkiye'nin sınırında olan ve Türkiye için siyasi, coğrafi,
ekonomik ve etnik gibi özellikleriyle çok büyük önemi olan Nahcivan Özerk
Cumhuriyeti ile de iliĢkiler anlamını ve önemini koruyarak günümüze kadar
gelmiĢtir.
Bu çalıĢmada, özellikle ticarette yaĢanan geliĢmeler ve sorunlar, yapılan
bir saha araĢtırmasından elde edilen temel sonuçlar olarak verilecektir. Daha
sonra hem Türkiye hem de Nahcivan açısından sosyo-ekonomik iliĢkilerin
anlamı ve önemi temel istatistikler, değiĢik çalıĢmalar ve görüĢler
doğrultusunda tartıĢılacaktır. Son olarak iliĢkilerin gelecekte daha iyi
düzeylerde olması için ne tür stratejiler takip edilmesi konusunda bilgiler
verilmeye çalıĢılacaktır.
Anahtar kelimeler: Türkiye, Azerbaycan, ekonomi, Nahçıvan, ―
AZƏRBAYCANDA TƏġƏKKÜL TAPAN MĠLLĠ UÇOT VƏ HESABAT
SĠSTEMĠNĠN BEYNƏLXALQ STANDARTLARA
TRANSFORMASĠYASI
SĠFARĠZ SƏBZƏLĠYEV
Azərbaycan Dövlət Ġqtisad Universiteti
s.sabzaliyev@aseu.edu.az
Milli uçot və hesabat sisteminin Beynəlxalq Standartlarına
transformasiyası dedikdə həmin sistemin tam həcmdə beynəlxalq standartların
qaydalarına uyğunlaĢdırılması baĢa düĢülür. Bu zaman nəzərə almaq lazımdır
ki, uçot və hesabatın transformasiyasının vahid metodikası hələ ki,
hazırlanmamıĢdır.
Bütün hallarda milli hesabatların mikrosəviyyədə Beynəlxalq Standartlar
əsasında tərtib olunması iki üsulla aparıla bilər:
1.
Paralel uçotun aparılması (konversiya);
2.
Maliyyə hesabatının transformasiyası (konvergensiya-Beynəlxalq Stan-
dartlara uyğunlaĢdırmaq).
Tezislər
13
Beynəlxalq Standartlara keçidin üçüncü yolu da mövcuddur. Lakin bu yol
makrosəviyyədə mümkündür. Bu zaman respublikada qüvvədə olan uçot və he-
sabatın normativ qaydada tənzimlənməsinin bütün sistemini dəyiĢdirmək lazım
gəlir.
Paralel uçotun aparılması təsərrüfat-maliyyə fəaliyyətinin bütün faktlarını
müvafiq uçot registrlərində həm milli, həm də beynəlxalq standartlar əsasında
həyata keçirməlidir (birinci dəfə milli, ikinci dəfə isə beynəlxalq qaydalara əməl
olunmalıdır). Bütün hallarda transformasiya nəticəsində milli və beynəlxalq
uçot qaydaları biri-birinə maksimum yaxınlaĢdırılmalı, müvafiq uçot obyektləri
haqqında informasiyalar açıqlanmalı və nəhayət düzəliĢ istiqamətində müəyyən
köçürmələr tərtib edilməlidir. Beynəlxalq qaydalar hesabatların hər iki
istiqamətdə
transformasiyasını
nəzərdə
tutur.
Uçot
və
hesabatın
transformasiyası həm təĢkilatın özünün qüvvəsi ilə, həm də kənar
mütəxəssislərin
xüsusən
də
yüksək
peĢəkar
auditor
firmalarının
mütəxəssislərinin cəlb olunması ilə reallaĢdırıla bilər.
Deyilənlərlə yanaĢı milli hesabların beynəlxalq standartlara görə transfor-
masiyası zamanı ―sualtı qayaları‖ nəzərdən qaçırmaq olmaz. Daha konkret
desək kənar alimlərin, ənənələrin, biznesmenlərin mentalitetlərinin təsiri
hesabına, habelə mühasiblərin, menecerlərin etik qaydaları gözləməməsi, kor-
rupsiyaya Ģərait yaradan nəzarət və audit sisteminin təkmin olmaması hesabına
informasiyaların saxtalaĢdırılması imkanları mövcuddur. Beynəlxalq uçot
sistemində son dövrlərdə istifadə edilən ―ədalətli dəyər‖ kateqoriyası
korrupsiyanın inkiĢafına potensial Ģərait yaradır. Belə hesab edirik ki, ədalətli
dəyər uçotun yaxĢılaĢdırılması əvəzinə köhnə ənənələr ruhunda mənfi nəticələrə
gətirib çıxara bilər. Məsələn, müəssisə, yaxud onun aktivləri satılmaq üçün
bazara çıxarılır. Bu zaman ədalətli dəyərdən istifadə olunarsa gizli sövdələĢmə
əsasında qiymətlər hədsiz dərəcədədə endirilə bilər və sərvətlər demək olar ki,
çox aĢağı qiymətə satılar. Zəruri hallarda qiymətlərin ĢiĢirdilməsi faktları da
qaçılmazdır.
Yuxarıdakılara əsasən biz, uçot və hesabatın transformasiyasının aĢağıda
sadalanan mərhələlərini təklif edirik:
1.
Hazırlıq mərhələsi (transformasiya prosesi ilə bağlı iĢlərin həcmi,
müddəti, hesabatın tərtibi üzrə tövsiyyələr və s.);
2.
ġirkətin maliyyə-təsərrüfat fəaliyyətinin, o cümlədən uçot siyasətinin,
iĢçi hesablar planının, registrlərin və əməliyyatların təhlili və s.
Açar sözlər: transformasiya, mikrosəviyyə, makrosəviyyə, beynəlxalq uçot
qaydaları
Beynəlxalq İpək Yolu
14
HƏR GÜN ĠRƏLĠLƏYƏN, YENĠLƏNƏN ĠNKĠġAF MODELĠ
YUSĠF HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti
huseynov_y@yahoo.com
Azərbaycan Respublikasının Prezidenti Ġlham Əliyevin Naxçıvan
Respublikasına səfəri, həmin səfər çərçivəsində baĢ verən mühüm hadisələr,
muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuĢ təntənəli mərasimdəki
nitqi, hər Ģeydən əvvəl, ölkəmizin inkiĢafında Heydər Əliyev ideyaların
önəminin və əhəmiyyətinin təntənəsinə çevrildi. Prezident Ġlham Əliyev
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuĢ təntənəli
mərasimdə söylədiyi nitqində ulu öndər Heydər Əliyev yolunun dərin
mənasını, böyük mahiyyətini ümumiləĢmiĢ Ģəkildə ifadə edərək demiĢdir: "Ulu
öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. ġəxsiyyətlərin tarixdə rolu
haqqında çoxlu kitablar, elmi əsərlər yazılmıĢdır. Ulu öndərin həyat və
fəaliyyəti onun siyasəti Ģəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər
geniĢ material verir. Bu böyük Ģəxsiyyətin rolu o qədər əhəmiyyətli və
dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti ulu öndərin siyasəti,
cəsarəti, uzaqgörənliyi sayəsində inkiĢaf edir, yaĢayır".
Bu gün Naxçıvan Muxtar Respublikası rəhbərliyinin məqsədyönlü
siyasəti nəticəsində bərqərar olan sağlam ictimai-siyasi mühit, vətəndaĢların
yüksələn rifah halı bölgənin parlaq gələcəyindən və geniĢ inkiĢaf
perspektivlərindən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında müasir səviyyədəki yüksək inkiĢaf
Azərbaycanda Heydər Əliyev ideyalarına sədaqətin möhtəĢəm təntənəsidir.
Açar sözlər: Naxçıvan, ümummilli lider, yenilik, tərəqqi
TARĠXĠ VƏ MÜASĠR ĠPƏK YOLUNUN NAXÇIVANIN DĠPLOMATĠK,
ĠQTĠSADĠ VƏ MƏDƏNĠ HƏYATINDA ROLU
ELBRUS ĠSAYEV
―Naxçıvan‖ Universiteti
e.isayev@nu.edu.az
Tarixdə ilk transkontinental ticarət və diplomatiya yolu olan «Böyük
Ġpək yolu» uzun əsrlər boyu ġərq ilə Qərb ölkələrinin iqtisadi, ticarət və
mədəni əlaqələrin inkiĢafına görə misilsiz əhəmiyyətə malik olmuĢdur. Bu yol
Çini Orta Asiya vasitəsilə Yaxın ġərq, Qara dəniz, Xəzər dənizi və Aralıq
dənizi ilə birləĢdirən karvan yolu olmuĢdur. Bu yolun əhəmiyyəti yalnız
beynəlxalq ticarətlə məhdudlaĢmırdı. Asiyanı Avropa ilə əlaqələndirən Böyük
Ġpək yolu müxtəlif xalqların siyasi-diplomatik və mədəni münasibətlərinin
Tezislər
15
inkiĢafında müstəsna əhəmiyyət kəsb etmiĢ və təbii ehtiyat mənbəyi axtarıĢı,
eləcə də hərbi məqsəd daĢıyan kəĢfiyyat yolu olmuĢdur.
Böyük Ġpək yolunun məĢhurlaĢmasında türk dövlətlərinin də böyük
rolu olmuĢdur. Bu yolun müxtəlif Ģaxələrinin təxminən 20 min kilometri türk
xalqlarının məskunlaĢdığı ərazilərdən keçmiĢdir.
Tədqiqatlar və əldə olunmuĢ faktlar sübut edir ki, Azərbaycanın
Ģəhərlərarası ticarət yolları birbaĢa Böyük Ġpək yolu ilə birləĢərək beynəlxalq
ticarət yoluna qovuĢmuĢdur. Qaynaqlar təsdiq edir ki, Böyük Ġpək yolunun
qollarından biri Xəzər dənizinin Ģimal sahilləri boyunca Qafqazdan keçmiĢdir.
Bu yolda Azərbaycanın məĢhur sənətkarlıq və ticarət mərkəzlərindən olan
Dərbənd, ġamaxı, Gəncə, Təbriz, Marağa, Həmədan, Naxçıvan kimi Ģəhərləri
yerləĢirdi.
Yaxın ġərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və
Uzaq ġərq ölkələrini əlqələndirən əsas karvan yollarından biri Naxçıvan
ərazisindən keçmiĢdir. Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi
Qafqaz üçün çox mühüm coğrafi-starteji mövqedə yerləĢən ərazidir. Bunu
vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha
aydın izah etmək olar.
Təsadüfi deyil ki, ġərqin ən qədim Ģəhər mədəniyyət mərkəzlərindən
olan Naxçıvan Ģəhərinin yaranmasının baĢlıca amilləri yerli coğrafi, iqtisadi və
mədəni zəminlə əlaqədar olmuĢdur.
Tarixdə olduğu kimi XXI əsr - qloballaĢma əsrində də hər bir dövlətin
iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat-
kommunikasiya kompleksinin inkiĢaf səviyyəsi ilə ölçülür.
XX əsrin bu ən əhəmiyyətli layihəsinin reallaĢması məhz ümummilli
lider Heydər Əliyevin gərgin və çoxĢaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir.
Bu layihə çərçivəsində gerçəkləĢən Bakı-Tbilisi-Qars + Naxçıvan dəmir
yolu həm iqtisadi, həm də siyasi və strateji baxımdan çox önəmlidir.
Naxçıvan-Qars layihəsi Azərbaycan və Türkiyə arasında ən uğurlu
layihələrdən sayılır. Ümumilikdə 335 kilometr olacaq bu dəmir yolu ilə
Naxçıvan, Qarsa, eyni zamanda, Ərzurumdan keçməklə bütün Türkiyə xəttinə
birləĢdiriləcək. Daha sonra Ġran vasitəsilə Naxçıvandan Orta Asiya və Yaxın
ġərqə də alternativ yol olacaq.
Açar sözlər: ipək yolu, tarixi və müasir Naxçıvan, mədəni həyat
Beynəlxalq İpək Yolu
16
NAXÇIVAN MUXTAR RESPUBLĠKASI: TARĠXĠ ĠPƏK YOLU
ÜZƏRĠNDƏ ĠNKĠġAF EDƏN MƏġĞULLQ POTENSĠALI
CAVADXAN QASIMOV
AMEA Naxçıvan Bölməsi
cavadxan.yusifoglu@mail.ru
MəĢğulluq ölkələrin sosial-iqtisadi uğur və nailiyyətlərinin yüksək
səviyyəsini xarakterizə edir. Ġqtisad və digər sosial elmlərin araĢdırdığı, təhlil
etdiyi bu anlayıĢ, ayrılıqda hər bir fərdin, ümumilikdə isə bütöv xalqın və
cəmiyyətin maddi-rifah göstəricisini əks etdirməkdədir. Ġnsanların düĢünülmüĢ,
məqsədyönlü, gəlir əldə etmək istiqamətində müvafiq qanunverciliklə
tənzimlənən fəaliyyətlərinin məcmuusu olan məĢğulluq hər bir dövlətin sosial
siyasətinin ana məğzini təĢkil etməkdədir. Əsası milli lider, böyük Heydər
Əliyev tərəfindən uzaqgörənliklə qoyulan müasir məĢğulluq siyasəti milli
iqtisadiyyatın daha çevik əsaslarla mövcudluğunu Ģərtləndirməkdədir.
Düzdür, Azərbaycan Respublikasında əhalinin məĢğulluğu haqqında
Qanun 27 iyun 1991-ci ildə qəbul edilmiĢdir, amma daha sonra 2 iyul 2001-ci il
tarixdə eyni adlı Qanununda məĢğulluğun bütün prinsipləri, müasir mahiyyəti
və sosial-iqtisadi əhəmiyyəti müəyyən edilmiĢdir.
2 iyul 2001-ci il tarixdə qəbul edilmiĢ eyni adlı qanunda isə yuxarıdakı
tərif müasir dövrümüzlə səsləĢməklə və daha da təkmilləĢdirilməklə
göstərilmiĢdir. ―MəĢğulluq haqqında‖ Azərbaycan Respublikasının Qanununda
dövlətimizin müəyyən etdiyi siyasət, məĢğul Ģəxs adlandırılan insanlar,
məĢğulluq sahəsində insanların hüquqları, məĢğulluğun tənzimlənməsi,
məĢğulluq sahəsində həmkarlar ittifaqlarının iĢtirakı, iĢaxtaranlarla
iĢəgötürənlərin qanunla müəyyən olunan münasibətləri (bunu məĢğulluq
münasibətləri də adlandıra bilərik) və digər mühüm məsələlərə ətraflı olaraq
aydınlıq gətirilmiĢdir.
Həmin qanunda məĢğulluq anlayıĢının müasir dövrümüzə xas tərifi
aĢağıdakı kimi müəyyən olunmuĢdur:
―MəĢğulluq-Azərbaycan Respublikası vətəndaĢlarının, Azərbaycan
Respublikasında daimi yaĢayan və vətəndaĢlığı olmayan Ģəxslərin və
əcnəbilərin (bundan sonra vətəndaĢların) Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir)
gətirən fəaliyyətidir‖.
Sonrakı dövrlərdə də bu sahə ölkənin prioritetləri sırasında ön yerlərdən
birini tutmuĢ və daha da təkmil əsaslarla hüquqi cəhətdən tənzimlənmiĢdir. Belə
ki, dövlətimizin baĢçısı cənab Ġlham Əliyev tərəfindən 26 oktyabr 2005-ci il
tarixdə imzalanan Sərəncamla ―Azərbaycan Respublikasının MəĢğulluq
Strategiyasının (2006-2015-ci illər)‖ təsdiq edilməsi, 15 may 2007-ci il tarixdə
imzalanmıĢ Sərəncamla təsdiq edilmiĢ ―Azərbaycan Respublikasının MəĢğulluq
Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-ci illər)‖
Tezislər
17
bunlara əyani sübutdur.
Qeyd edə bilərik ki, məĢğulluq siyasətinin gücləndirilməsinin və
səviyyəsinin yüksəldilməsinin ən zəruri təminatlarından biri olaraq onun
ölkəmizin bütün regionlarını əhatə etməsini və regional məĢğulluq potensialının
artmasını göstərə bilərik. Aydınlıq üçün qeyd edə bilərik ki, ölkəmizdə bu
sahədə həyata keçirilən hüquqi tənzimləmə siyasəti onun ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasında da inkiĢaf istiqamətində davam
etdirilməkdədir. Məhz məĢğulluq siyasətinin davamlılığı, səmərəliliyi və
potensial inkiĢafı məqsədilə burada məqsədyönlü addımlar atılmaqdadır. Belə
ki, 30 may 2007 ci il tarixdə Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən
―Naxçıvan Muxtar Respublikasının MəĢğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-ci illər)‖ təsdiq edilərək qəbul
edilmiĢdir. Həmin hüquqi sənəddə muxtar respublikanın müvafiq dövlət
strukturları qarĢısında mühüm vəzifələr müəyyən edilərək məĢğulluq
potensialının daha da artırılması nəzərdə tutulmuĢdur.
Həyata keçirilən məqsədyönlü məĢğulluq siyasəti, təsərrüfat
subyektlərinin stimullaĢdırılması, xüsusi mülkiyyət üzərində səmərəli
fəaliyyətin qurulması, kəndli-torpaq (aqrar) münasibətlərinin inkiĢafı üçün
münbitləĢdirici mexanizmlərin iĢə salınması, insanların öz gəlirlərini təmin
etmələri, bir sözlə, iqtisadiyyatın sahə strukturunun daha sağlam inkiĢafı
nəticəsində 2012-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası üzrə
məĢğulluq xidməti orqanlarında iĢsiz statusu və müavinət alan Ģəxslərin
olmadığını görürük. Qeyd edək ki, əvvəlki illərdə (2005-ci ilə qədər) bu
sahədəki göstərici 7904 nəfərə qədər yüksəlmiĢdi. Təbii ki, bu, muxtar
respublikanın sağlam sosial siyasətinin ən mühüm nəticələrindən biridir.
Açar sözlər: məĢğulluq, qanun, Muxtar Respublika, sosial siyasət
Dostları ilə paylaş: |