MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 
NAXÇIVAN MUXTAR RESPUBLĠKASI ĠQTĠSADĠYYATININ DÜNYA 
ĠQTĠSADĠYYATINA ĠNTEQRASĠYASINDA “BÖYÜK ĠPƏK YOLU” 
LAYĠHƏSĠ ÇƏRÇĠVƏSĠNDƏ BAKI-TBĠLĠSĠ-QARS DƏMĠR YOLU 
XƏTTĠNĠN ROLU 
CEYHUN MAHMUDOV 
―Naxçıvan‖ Universiteti 
 ceyhun.ilhamoglu@gmail.com 
 
 
Ġki  min  il  ərzində  Qərblə  ġərqi  birləĢdirən  Böyük  Ġpək  Yolu  öz  tarixi 
əhəmiyyətini yenidən bərpa etməklə min il bundan əvvəl olduğu kimi müxtəlif 
mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanındadır. Böyük 
Ġpək Yolunun əsas ticarət və nəqliyyat qovĢaqlarından biri olan Azərbaycan bu 
günə  qədər  öz  coğrafi  və  geostrateji  mövqeyini  itirməmiĢdir.  ƏlveriĢli  coğrafi 
vəziyyəti  ona  həm  özünün  sahib  olduğu  zəngin  karbohidrogen  resurslarının, 

Beynəlxalq  İpək Yolu  
 
 
18 
həm  də  qonĢu  Asiya  ölkələri  neft-qaz  məhsullarının  Avropa  bazarlarına 
daĢınmasında çox vektorlu logistik imkanlar yaradır. Belə bir halda həyata keçi-
riləsi ortaq layihələr meydana gəlir. Belə layihələrdən biri Böyük Ġpək Yolunun 
bərpası  məqsədinə  xidmət  edən  TRACECA  layihəsidir.  TRACECA  –  Avropa 
Birliyi  tərəfindən  hazırlanmıĢ  zəngin  resurslara  sahib  Orta  Asiya 
respublikalarını  Qafqaz  üzərindən  Avropa  ilə  birləĢdirmək  məqsədini 
hədəfləyən, əsasən dəmiryolu  olmaqla bütün  nəqliyyat  sistemlərini əhatə  edən 
bir ġərq-Qərb koridorudur. TRACECA 
nəqliyyat dəhlizinin Asiya-Avropa əla-
qəsini təmin edəcək baĢlıca qol Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. 
 
Azərbaycanın  müəllifi  olduğu  qlobal  mahiyyətli,  müasir  dünyanın  100 
layihəsi  siyahısına  daxil  olan  ―Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti‖  layihəsi 
Avropa  ilə  Asiya  arasındakı  daĢınmalarda  yekun  bənd  kimi  çıxıĢ  edir.  Bu 
layihənin  tarixi  Ġpək  Yolu  üzərində  qurulması  Azərbaycanın,  onun  ayrılmaz 
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının dünyaya inteqrasiyasında 
mühüm rol oynayır. 
 
―Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti‖  layihəsi  Muxtar  Respublikanı  blo-
kadadan  çıxararaq  onun  nəqliyyat  müstəqilliyinin  təmin  edilməsində  vacib 
amillərdəndir. Belə ki,  Ermənistanın  Azərbaycana təcavüzü nəticəsində Bakını 
Naxçıvanla  birləĢdirən  quru  nəqliyyat  kommunikasiyaları  bağlanmıĢ, 
Naxçıvan-Culfa-Bakı dəmiryolu xətti isə regional və tranzit daĢınmalardan kə-
narda  qalmıĢdır.  Bu  baxımdan  ―Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti‖  layihəsinin 
davamı  olaraq  Qarsdan  Naxçıvana  ayrıca  bir  dəmiryolu  xəttinin  çəkilməsi 
gündəmə gəlir. Bununla da Muxtar Respublikanın nəqliyyat müstəqilliyi prob-
lemi tam təmin ediləcək və Ġrana keçid dəmiryolu xətti ilə bütün Yaxın ġərq re-
gionuna çıxıĢ əldə olunacaqdır.   
 
Açar  sözlər:  Böyük  Ġpək  Yolu,  TRACECA,  Bakı-Tbilisi-Qars 
dəmiryolu xətti, iqtisadi inteqrasiya 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLĠKASINDA SƏNAYENĠNĠN ĠNKĠġAF 
ETDĠRĠLMƏSĠNĠN ƏSAS ĠSTĠQAMƏTLƏRĠ 
MEHRĠBAN ĠMANOVA 
―Naxçıvan‖ Universiteti 
marketinq05@mail.ru 
 
Naxçıvan    Muxtar  Respublikasında  mövcud  sənaye  müəssisələrinin 
əksəriyyətinin  uzun  müddət  iĢləməməsi  və  maliyyə  çətinlikləri  ilə  əlaqədar 
onların texniki-iqtisadi səviyyəsinin aĢağı düĢməsi bu müəssisələrin bəzilərinin 
profilinin  dəyiĢdirilməsini,  bəzilərinin  isə  köklü  Ģəkildə  yenidən  qurulmasını 
tələb  edir.  Naxçıvanda  əhalinin  əsas  hissəsinin  kəndlərdə  yaĢaması,  onların 
istehlak  qabiliyyətliliyinin  və  məĢğulluğunun  təmin  edilməsinin  zəruriliyini 

Tezislər 
 
19 
nəzərə  alaraq  yeyinti,  tikiĢ,  toxuculuq,  trikotaj  sahələrinin  inkiĢaf  etdirilməsi 
məqsədəuyğundur.  
Müasir  Ģəraitdə  muxtar  respublikada    sosial-iqtisadi  inkiĢafa  nail  olmaq 
məqsədi  ilə  özəl  bölmənin  inkiĢafı  stimullaĢdırılmalı,  dövlət  tənzimlənməsi 
vasitələrindən səmərəli istifadə edilməli, müasir bazar və istehsal infrastruktur-
ları  formalaĢdırılmalı,  təsərrüfat  subyektlərinə  səmərəli  fəaliyyəti  üçün  zəruri 
olan xidmət sahələrinin inkiĢafı istiqamətində köməklik göstərilməlidir.  
Təhlillər  göstərir  ki,  müasir  dövrdə  (xüsusilə,  regionlarda)  xüsusi 
sahibkarlıq ölkənin iqtisadi inkiĢafı qarĢısında duran bir çox məsələləri həll etmək 
iqtidarında  olmadığı  üçün  dövlət  özünün  səfərbəredici  imkanlarından  istifadə 
edərək,  iqtisadi  inkiĢafa  əhəmiyyətli  təsir  göstərən  iri  müəssisələri  dövlət 
mülkiyyətində və sahibkarlarla əməkdaĢlıq Ģəklində yarada bilər ki, bu da  iĢgü-
zar  təĢəbbüslərin  artımına  səbəb  olar,  əlveriĢli  sahibkarlıq  mühitinin  yara-
dılması yolu ilə özəl sektorun fəaliyyətini, yeni müəssisələrin yaradılmasını sti-
mullaĢdırar və onların fəaliyyətini dəstəkləyər. 
Ġnvestisiya  cəlbediciliyinin  yüksəldilməsi  əsasən  investisiya  prosesinin 
idarə  edilməsinin  balanslaĢdırılmıĢ  sisteminin  mövcudluğu  və  fəaliyyəti  ilə 
müəyyən  olunur.  Buna  görə  də  hesab  edirik  ki,  beynəlxalq  təcrübəyə  uyğun 
olaraq  investisiyaların  cəlb  edilməsi  prosesinin  idarə  edilməsinin  xüsusi 
modelinin yaradılması bu fəaliyyətin inkiĢafı məsələlərini operativ həll etməyə 
imkan verər. 
Sənaye  müəssisələrinin  qurulmasında  nəqliyyat  faktoru  əhəmiyyətli  rola 
malikdir.  Müəssisələrdə  daxili  və  xarici  yükdaĢımaları  həyata  keçirəcək 
nəqliyyat  tipləri,  daĢınacaq  məhsulun  növləri,  həcmi  və  daĢınmanın  xarakteri, 
nəql olunma məsafəsi və mövcud nəqliyyat vasitələrinin məqsədyönlü istifadəsi 
nəzərə alınaraq, iqtisadi-texniki hesablamaların  nəticəsində seçilməlidir. Bakı-
Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması nəqliyyat blokadasının 
aradan  qaldırılması  və  istehsal  olunan  məhsuların  dünya  bazarına  çıxarılması 
üçün əlveriĢli bir layihə hesab edilir. 
Ümumulikdə sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin 
inkiĢaf 
istiqamətlərinin 
müəyyənləsdirilməsi 
rəqabətədavamlı 
sənaye 
məhsullarının  istehsalının  dəstəklənməsi  və  ixracyönümlü  istehsal  sahələrinin 
yaradılmasının təĢviqi, istehsalın texnoloji cəhətdən yenidən qurulması, ixtisaslı 
kadrların hazırlanması nəzərdə tutulur. 
Muxtar respublikanın  perspektiv inkiĢafı üçün sənaye sahəsində dövlət 
siyasətinin  əsas  məqsədləri  sənaye  istehsalının  dayanıqlı  və  yüksək  artım 
tempinin  təmin  edilməsi,  strukturunun  təkmilləĢdirilməsi,  modernləĢdirilməsi 
və  səmərəliliyinin  artırılmasıdır.  Sənaye  parkının  yaradılması  göstərilən 
hərtərəfli  xidmət,  stimullaĢdırma  tədbirlərin  həyata  keçirilməsi  ilə 
rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına,  
istehsalın  perspektiv  fəaliyyətinə,  istehsal  vasitələrindən  effektiv  istifadəyə  və 
beləliklə,  sənayenin  kompleks  inkiĢafını  tənzimləməyə  imkan  verəcək.  Bu 

Beynəlxalq  İpək Yolu  
 
 
20 
iqtisadi siyasətin reallaĢması formalaĢan təsərrüfat strukturlarının artması, kiçik 
sahibkarlığın  geniĢlənməsi  və  dinamik  inkiĢafı,  fiziki  Ģəxslərin  sahibkarlıqla 
məĢğul  olması,  qeyri-dövlət  sektorunun  rolunun  getdikcə  artması  ilə  müĢayiət 
olunacaq. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar 
əsasında qurulmuĢ belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm 
də  yeni  iĢ  yerlərinin  açılması  ilə  sosial  baxımdan  da  mühüm  əhəmiyyət  kəsb 
edir. 
Açar  sözlər:  rəqabətqabiliyyətlilik,    sənaye  müəssisələri,  məĢgulluq, 
sənaye parkları, investisiya 
 
 
XIX ƏSRDƏ NAXÇIVAN MÜHĠTĠNDƏ ġƏRQ VƏ QƏRB 
SĠVĠLĠZASĠYALARIN QARġILIQLI TƏSĠRĠ 
AYNUR NƏCƏFOVA 
C.Naхçıvanski adına Hərbi Lisеy 
israfilova-aynur@mail.ru 
 
XIX əsrdə sivilizasiyaların, elmin, mədəniyyətin, fəlsəfi dünyagörüĢünün 
inkiĢaf yolunu araĢdırmağa baĢlayan Avropa alimlərinin nəzərində ġərq böyük 
əhəmiyyətə  malik  bir  anlama  çevrildi.  Onu  öyrəndikcə  ġərq  dünyası  Qərb 
insanını  mütəmadi  olaraq  müəmmalar  aləminə  aparırdı.  ġərqi  düĢünmək, 
araĢdırmaq  avropalılara  zövq  verir,  əsl  tarixi  həqiqətlərin  üzərinə  iĢıq  saçırdı. 
Lakin  müəyyən  incə  məqamlarda  ġərqin  mədəni-mənəvi  yüksəkliyinə,  Qərb 
sivilizasiyasının  ġərqdən  bilavasitə  nəĢət  tapmasına  dair  sübutlar  əldə 
olunduqca bəzi avropalı alimlər həqiqəti pərdələməyə cəhd edirdi.  
Sözügedən  zaman  kəsiyində  haqqında  danıĢılan  araĢdırıcılar  ġərqə 
münasibətdə iki qrupa ayrıldılar: Birinci qrup ġərqin möhtəĢəm mədəniyyətini 
inkar  etmədən  onun  Qərb  sivilizasiyasına  sağlam  təsirlərini  müəyyən  edərək 
elmi əsaslandırmalar  yolu tutmuĢ; Ġkinci qrup isə ġərqin böyüklüyünü, qədim 
və  müasir  dünyaya  hər  zaman  mənəvi  bir  rupor  rolu  olmadığını  kölgədə 
qoymaq məqəsdi ilə millətçi-qərbçi ideologiyaya əsaslanıb mədəniyyətin ġərqə 
məhz Qərbdən gəldiyini iddia edirdilər. 
Bu  dövrün  əksər  mütəfəkkirlərinin  fikrincə  ġərq  ilk  olaraq  öz  mədəni 
dünyagörüĢünü  bəĢəriyyətə  yaymıĢ,  sonra  Qərb  realizmi  və  analitik  düĢüncə 
tərzilə  ġərqin  baĢladığını  yekunlaĢdırmıĢdır.  Qərb  öz  arealını  geniĢləndirməsi 
və reformatorluğu ilə sonda ġərqi öz daxilində həll etməyə müvəffəq olmuĢdur. 
Həm hərbi yolla, həm texniki tərəqqi nailiyyətlərinin tətbiqi vasitəsilə ġərqi fəth 
edən  Qərb  özü  ilə  qərb  təfəkkür  tərzini,  vərdiĢ  və  dəyərlərini  ġərqə  gətirdi. 
Lakin ġərq də bəĢərin mədəniyyət beĢiyi olması dəyərini qoruya bildi. 
XIX  əsrdə  Hindistan,  Misir,  Əlcəzairin  iĢğalı  ilə  nəticələnən  imperialist 
siyasət  Rusiya  tərəfindən  davam  etdirildi.  XVIII  əsrdən  I  Pyotorun  Rusiyaya 
gətirdiyi avropalaĢma ideologiyası XIX əsrdə Qafqazın və Orta Asiyanın iĢğal 

Tezislər 
 
21 
edilməsi ilə yeni ərazilərə də idxal olundu, bu da fərqli mənəvi dəyərlərin, Qərb 
ənənələrinin  Orta  ġərqə  gəliĢinə  səbəb  oldu.  Nəticədə  Qafqazda  Avropanın 
təmsilçisi  olan  Rusiyaya  maraq  artır,  mütərəqqi  Ģərqlilər  Qərb  ənənələrini, 
fransız  və  rus  dillərini  öyrənməyə  can  atır,  avropalaĢma  bir  tendensiyaya 
çevrilirdi. 
XIX-XX  əsrlərdə  ġərqdən  Qərbə  uzanan  ticarət  yollarının  üzərində 
yerləĢən, mütərəqqi ziyalıları ilə daim seçilən Naxçıvanda da Avropa ənənələri 
tezliklə  yayılır,  mədəni  nailiyyətlər–  incəsənət,  mətbuat,  təhsil  kimi  sahələrdə 
yeniliklər tətbiq olunurdu.  
Açar  sözlər:  sivilizasiyanın  beĢiyi,  ġərq,  Avropa  ənənələri,  incəsənət, 
mətbuat, təhsil  
 
 
QƏDĠM "ĠPƏK YOLU"NUN BƏRPASI REALLIQDIR 
DĠLSUZ QASIMOV 
 ―Naxçıvan ―Universiteti 
qasimov.dilsuz@gmail.com 
 
Böyük ipək yolu - qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön 
Asiya  ölkələrinə  aparan  karvan  yolu  olmaqla  tarixi  ticarət  marĢrutları  Çin, 
Yaponiya,  Hindistan,  Monqolustan,  Ġran,  Özbəkistan,  Tacikistan,  Azərbaycan 
və  digər  ölkələrdən  keçmiĢdir.  Tədqiqatlar  təsdiq  edir  ki,  Ģəhərlər  əsasən 
ərazidən  keçən  mühüm  ticarət  yollarının  üzərində  yerləĢmiĢlər.  Bu  Ģəhərlərin 
bəzisi  yarandıqdan  sonra  ticarət  və  sənətkarlıq  mərkəzinə  çevrilsə  də, 
bəzilərinin  yaranmasında  Ģəhərin  salındığı  ərazidən  keçən  ticarət  yollarının 
mühüm  rolu  olmuĢdur.  Ticarət  yolları  üzərində  daĢınan  mallar  dəyərinə  görə 
müxtəlif əmtəələrin adı ilə tarixə düĢmüĢdür. Belə ki, tarixi mənbələrdə ―ipək‖, 
―çay‖,  ―baharat‖,  ―ətriyyat‖,  ―ĢüĢə‖,  ―Həcc‖  yolu  və  sair  kimi  adlandırılan 
karvan  yolu  uzun  müddət  ġərq  və  Qərb  ölkələri  tərəfindən    böyük    maraqla 
qarĢılanmıĢdır.  
―Böyük  Ġpək  Yolu‖  adlanan  və  tarixən  ölkələr  və  xalqlar  arasında 
iqtisadi,  ticarət  və  mədəni  əlaqələrin  həyata  keçirilməsində  müstəsna 
əhəmiyyəti  olan  bu  yolun  keçdiyi  ərazilərdən  biri  də  ġərqlə  Qərb  arasında 
mühüm  məntəqə  sayılan  və  Azərbaycanın  qədim  zamanlardan  inkiĢaf  etmiĢ 
mədəniyyət,  ticarət  və  sənətkarlıq  mərkəzlərindən  olan  Naxçıvan    ərazisidir. 
Naxçıvan sənətkarlarının hazırladıqları zərif parçalar, zinət əĢyaları, incə naxıĢlı 
ağ qablar, keramika məmulatları, duz, mis, pambıq, taxıl, quru meyvə, balıq və 
sair  məhsullar  Azərbaycanın  digər  Ģəhərlərinə,  qonĢu  Cənubi  Qafqaz 
regionlarına  və  Yaxın  ġərq  bazarlarına  aparılmıĢdır.  Naxçıvanın  əlveriĢli 
coğrafi  mövqeyi,  zəngin  təbii  ehtiyatları,  Ģəhərin  əsrlər  boyunca  ölkənin 
həyatında  mühüm  rol  oynaması  ona  yenidən  inkiĢaf    üçün  zəmin  yaratmıĢdır. 
Azərbaycanla  heç  bir  quru  sərhəddi  qalmayan  Naxçıvan  üçün  yeni  Ġpək 

Beynəlxalq  İpək Yolu  
 
 
22 
Yolunun  ən  böyük  töhfəsi  Bakı-Tbilisi-Qars-Naxçıvan  dəmir  yolu  xətti 
layihəsidir.  Bu  layihənin  gerçəkləĢdirilməsi  bu  ərazinin  uzun  illərdən  bəri 
yaĢadığı blokada asılılığından müəyyən dərəcədə çıxmasına Ģərait  yaratmaqla, 
yeni Ġpək Yolunun bərpasında uğurlu addım kimi qiymətləndirilməlidir.  
Böyük  Ġpək  yolunun  bərpasını  Avropa  Birliyinin  Yeni  Müstəqil 
Dövlətlər  üçün  1991-ci  ildə  tərtib  etdiyi  TACIS  proqramı  çərçivəsində 
"TRASEKA"  lahiyəsi  təĢkil  edir.  Bu  layihəni  1993-cü  ilin  mayında  Brüssel 
konfrasında  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiyanı  yeni  müstəqil  dövlətlərin 
razılığı ilə Avropa ġurası qəbul edib. Həmçinin, "Yeni ipək yolu" adı ilə tanınır. 
Böyük  Ġpək  yolunun  ilk  Ģaxəsi  Cənubi  Azərbaycan  ərazisindən 
keçdiyindən  bu  ərazi  ilə  geniĢ  əlaqəsi  olan  Dərbənddə,  ġirvanda,  ġəkidə, 
Beyləqanda,  Gəncədə,  Qəbələdə,  Təbrizdə,  Naxçıvanda  ipəkçiliyin  inkiĢafına 
güclü təkan vermiĢ, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə 
Ģərait yaradaraq məĢhurlaĢmasına səbəb olmuĢdur. 
 ―Əsrin  müqaviləsi‖nin  imzalanması  ilə  Azərbaycanın  dünya  iqtisadi 
sisteminə  inteqrasiyasının  və  ölkənin  enerji  təhlükəsizliyinin  möhkəm  təməli 
qoyuldu.  Ümumilikdə  neft-qaz  sektoru  iqtisadiyyatın  digər  sahələrinin 
inkiĢafında   lokomotiv  rolunu  oynamağa  baĢladı.  DüĢünülmüĢ  iqtisadi  siyasət 
nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası 
qoyuldu.  Ġqtisadiyyatın  bütün  sahələrində  islahatlara  baĢlanıldı,  əhalinin  həyat 
səviyyəsinin yaxĢılaĢdırılması istiqamətində ciddi addımlar atıldı. 
Ümumiyyətlə, enerji təchizatının Ģaxələndirilməsi prioritet kimi həmiĢə 
Azərbaycan  hökumətinin  qarĢıya  qoyduğu  əsas  məsələlərdən  olmuĢdur. 
Dövlətimizin  enerji  siyasətinin  əsas  məqsədi  qaz  ixrac  boru  kəmərləri 
Ģəbəkəsini  geniĢləndirməklə  yaxın-uzaq  ölkələrə  etibarlı  çıxıĢ  əldə  etməkdir. 
Azərbaycan  ilə  Türkiyə  arasında  TANAP  -  Trans-Anadolu  qaz  kəmərinin 
inĢasına dair ikitərəfli sənədlərin  imzalanması  bu baxımdan mühüm addımdır. 
―Cənub  enerji  dəhlizi‖  layihəsinin  əsasını  təĢkil  edən  TANAP  Türkiyə  və 
Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etmək məqsədi daĢıyır. Qısa 
bir  zamanda  beynəlxalq  birliyin  enerji  gündəmində  qərar  tutmuĢ  TANAP 
layihəsi  nəinki  iki  qardaĢ  ölkə  arasında  strateji  əməkdaĢlığı  yeni  səviyyəyə 
qaldırdı,  eyni  zamanda,  Avropanın  enerji  təhlükəsizliyi  məsələsinin  praktik 
həllinə  mühüm  təkan  oldu.  Kəmərin  ilkin  ötürücülük  qabiliyyəti  16  milyard 
kubmetr  həcmində  planlaĢdırılır.  Gələcəkdə  ―ġahdəniz-2"  layihəsi  və  Xəzərin 
Azərbaycan  sektorundakı  digər  yataqlarından  hasil  olunacaq  qaz  artdıqca  bu 
göstərici də dəyiĢə  bilər. 
Böyük  ġərq-Qərb  dəhlizinin  bir  hissəsi  üzərində  görülən  bütün  bu 
iĢlərin  tamamlanması  Azərbaycanın  nəqliyyat  daĢımalarında  böyük  tranzit  və 
logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. Bu baxımdan Azərbaycan 
Prezidenti  Ġlham  Əliyevin  qeyd  etdiyi  kimi  bu  gün  nəqliyyat  və  energetika 
sektorundakı iĢləri bir-birindən ayırmaq mümkün deyil. Qədim "Ġpək Yolu"nun 
bərpası artıq reallıqdır. 

Tezislər 
 
23 
Beynəlxalq maliyyə qurumlarının və iqtisadçı ekspertlərin proqnozlarına 
görə,  Azərbaycan  iqtisadiyyatında  dinamik  inkiĢaf  qarĢıdakı  illərdə  də  davam 
edəcəkdir.  2015-ci  ildə  ölkədə  iqtisadi  artım  5,8  faiz,  2016-cı  ildə  4,8  faiz  və 
2017-ci  ildə  6  faiz  səviyyəsində  proqnozlaĢdırılır.  Qeyri-neft  sektoru  üzrə  isə 
iqtisadi artım  2015-ci  ildə 8,1 faiz, 2016-cı  ildə 8,6 faiz, 2017-ci  ildə 7,8 faiz 
səviyyəsində  proqnozlaĢdırılır.  Heç  Ģübhəsiz,  bu  inkiĢafın  təmin  olunmasına 
əfsanədən reallığa çevrilən qədim Ġpək Yolu da öz layiqli töhfələrini verəcəkdir. 
 
Açar sözlər: Böyük ipək yolu, Naxçıvan, əlveriĢli coğrafi mövqe, Bakı-
Tbilisi-Qars-Naxçıvan dəmir yolu , TANAP 
 
 
CƏNUBĠ QAFQAZDA ƏRAZĠ, SƏRHƏD MÜBAHĠSƏLƏRĠ VƏ 
ĠSTANBUL KONFRANSI (1918) 
   VASĠF QAFAROV 
AMEA Tarix Ġnstitutu 
vasifqafarov@rambler.ru 
 
Məqalədə  Cənubi  Qafqaz  Seyminin  süqutundan  sonra  yaranan 
Azərbaycan,  Gürcüstan  və  Ermənistan  respublikaları  arasında  qarĢılıqlı  ərazi 
iddialarından  və  1918-ci  ilin  yayında  keçirilməsi  planlaĢdırılan  Ġstanbul 
konfransına gəlmiĢ Qafqaz respublikaları nümayəndə heyətlərinin ərazi-sərhəd 
mübahisələri ilə bağlı bəyanat və notalarından bəhs edilir. Ġlkin Osmanlı arxiv 
sənədləri  əsasında  əzəli  Azərbaycan  torpağı  olan  Ġrəvan  ətrafında  erməni 
dövlətinin  yaradılması  prosesi  Ģərh  edilir  və  1918-ci  ilin  mayında  Batumda 
aparılan  danıĢıqlarda  Ġrəvan  və  ətraf  ərazilərin  ermənilərə  beĢ  Ģərt  daxilində 
verilməsi  geniĢ  iĢıqlandırılır.  Bu  Ģərtlər  daxilində  9  min  kv.  km.  ərazidə 
yaradılan  Ermənistanın  üzərinə  götürdüyü  öhdəliklərin  heç  birini  yerinə 
yetirməməsi və Azərbaycana qarĢı yeni ərazi iddiaları irəli sürməsi Ģərh edilir. 
1918-ci  ilin  yayında  Ġstanbulda  keçirilməsi  nəzərdə  tutulan  konfransa 
gəlmiĢ  nümayəndə  heyətləri  arasında  ərazi-sərhəd  mübahisələri  kəskin  Ģəkil 
aldı.  Ermənistan  nümayəndə  heyətinin  notasına  görə,  hazırda  Ermənistanın 
ərazisi 9 min kv. km., Azərbaycanın ərazisi 94 min kv. km., Gürcüstanın ərazisi 
isə 61,5 min kv. km-dir. Ermənilərin ərazi-torpaq tələbləri ondan ibarət idi ki, 
Türkiyə,  Gürcüstan  və  Azərbaycan  torpaqları  hesabına  Ermənistanın  ərazisi 
52,5 min kv. km-ə çatdırılsın. Erməni heyyəti ―Cənubi Qafqazın milli zəmində 
bölüĢdürülməsi  və  sərhədlərin  təyinini‖  irəli  sürür  və  Qafqazda  yaĢayan 
millətlərin  sayını  ermənilərin  xeyrinə  saxtalaĢdırılmıĢ  Ģəkildə  verərək 
Ermənistanın ərazi-torpaq iddiaları əsaslandırılmağa cəhd edirdi. 
Ġstanbul  konfransındakı  Azərbaycan  nümayəndə  heyəti  erməni 
iddialarının  əsassız  olduğunu  tutarlı  faktlarla  sübut  etdi.  Heyət  rəhbəri 
M.Ə.Rəsulzadənin ―Azərbaycan Hökuməti Hüdudları‖ baĢlığı ilə təqdim etdiyi 
bu  sənəddə  Azərbaycanın  Türkiyə,  Ermənistan,  Gürcüstan  və  Dağıstanla  olan 

Beynəlxalq  İpək Yolu  
 
 
24 
sərhədləri  dağ  zirvələri  və  mühüm  məntəqələrlə  təsbit  edilir,  ölkənin  Ģərq 
sərhədinin Xəzər dənizi, Ġranla sərhədin isə Xəzər sahilindəki Astara Ģəhərindən 
Aza mövqeyinə qədər əski Rusiya-Ġran hüdudu olduğu bildirilir. 
M.Ə.Rəsulzadə  eyni  zamanda  Azərbaycanın  ərazisi  və  əhalisi,  təbii 
sərvətləri,  habelə  ölkədəki  ümumi  vəziyyətlə  bağlı  türk  və  fransız  dillərində 
ümumi bəyanatla da çıxıĢ etmiĢdi. Bəyanatda yeni yaranan respublika haqqında 
ətraflı  məlumat  verilir  və  ölkənin  ərazisinin  100.6  kv.  km.,  əhalisinin  isə  3.4 
mln. olduğu bildirilir və ermənilərin ərazi iddiaları dəf edilirdi. 
Açar  sözlər:  Cənubi  Qafqazda  sərhəd  problemi,  Ġrəvan  məsələsi
Naxçıvan məsələsi, Zəngəzur məsələsi, Ġstanbul konfransı 
 
 
MÜSTƏQĠL AZƏRBAYCAN DÖVLƏTĠNĠN SĠYASƏTĠNDƏ “YUMġAQ 
GÜC” AMĠLĠ 
MAHĠR HƏMĠDOV 
AMEA-nın ġərqĢünaslıq Ġnstitutu 
hemidovmahir2025@gmail.com 
 
Əsrlər boyu dünya siyasi sisteminə hakim olan, hərbi və iqtisadi təməllər 
üzərində bina edilən ənənəvi siyasi düĢüncə tərzi dövlətlərarası münasibətlərin 
tənzimlənməsində  baĢlıca  struktur  olaraq  qəbul  edilmiĢdir.  Lakin  XX  əsrin  II 
yarısından  etibarən  dünya  siyasi  sistemində  ənənəvi  strukturlarla  yanaĢı  yeni 
təcrübə  metodları  ortaya  çıxdı.  Bu  metodlar  arasında  milli,  mənəvi,  tarixi, 
mədəni  qaynaqlara  əsaslanan  ―yumĢaq  güc‖  strukturu  dövlətlərarası 
münasibətlərin  formalaĢmasında  mühüm  yer  tutmağa  baĢladı.  Siyasi 
terminologiya kimi siyasi ədəbiyyata son on illiklərdə daxil olsa da, tarix boyu 
bir çox ölkələr  dövlətlərarası münasibətlərdə bu vasitələrdən istifadə etmiĢdir. 
XX əsrin sonlarında yenidən müstəqilliyini qazanan Azərbaycanda da bu 
vasitədən  məharətlə  istifadə  edilməyə  baĢlanmıĢdır.  1993-cü  ildə  ümummilli 
lider Heydər Əliyevin  yenidən hakimiyyətə qayıtmasından sonra zəngin enerji 
qaynaqlarından  səmərəli  istifadə  etməklə  ölkə  iqtisadiyyatının  bərpası 
istiqamətində  uğurlar  əldə  edilmiĢdir.  Sahib  olduğu  zənginliklərindən  düzgün 
istifadə  nəticəsində  dünya  arenasında  yeni  dövlətin  tanınması  istiqamətində 
ciddi  addımlar  atılmıĢdır.  ―YumĢaq  güc‖  nümunələrindən  məharətlə  istifadə 
edən  dövlət  baĢçısı  dünya  miqyasında  yeni  dövləti  tanıtmıĢ,  artıq  Azərbaycan 
dünyanın  öndə  gələn  ölkələriylə  tərəf  müqabilinə  çevrilərək  multukultralizmə 
öz töfhəsini vermiĢdir. 
Multikultural  mədəniyyətə  sahib  olan  ölkəmiz  fərqli  etnik  və  dinə 
mənsub  insanların  sülh  Ģəraitində,  biri-birinin  inanc  və  dəyərlərinə  hörmət 
göstərməklə bir arada yaĢaya biləcəklərinin ən gözəl nümunəsini sərgiləmiĢdir. 
Bu  kimi  nümunələr  Azərbaycanın  tarixi  keçmiĢində  də  mövcuddur.  Ġnsana 
insan olduğu üçün dəyər verən, dinindən, inancından asılı olmayaraq hər kəsə 

Tezislər 
 
25 
Allahın bəndəsi  kimi  yanaĢan, sadəcə ölkəmizdə deyil, orta əsrlərdə dünyanın 
dörd bir tərəfinə yayılan mütəfəkkir, sufi Seyid Yəhya ġirvani irsi bunun bariz 
nümunəsidir.  UNESKO  2013-ci  ili  Azərbaycanın  bu  böyük  mütəfəkkirinin 
vəfatının  550  illiyi  münasibətilə  Seyid  Yəhya  ġirvani    ili  elan  etmiĢdir. 
Dünyanın  dörd  bir  tərəfindən  gələn  bu  irsin  tədqiqatçıları  ölkəmizin  dünya 
miqyasında  tolerantlığın  beĢiyi  olduğunun  carçısı  oldular.  Bakı  2015  Avropa 
oyunlarının  bu  il  Azərbaycanda  keçirilməsi  də  dövlətimizin  ―yumĢaq  güc‖ 
amillərinə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir.  
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin