Açar sözlər : ənənəvi siyasət, yumĢaq güc, dövlətlərarası münasibətlər,
multikultralizm
NAXÇIVANDAN DĠASPOR QURUCULUĞUNA DOĞU
YƏHYA BABANLI
Odlar Yurdu Universiteti
y_babanli@rambler.ru
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra
xaricdə yaĢayan azərbaycanlılarla əlaqələrin yaradılması, milli diaspor
quruculuğunun formalaĢdırılması, inkiĢaf etdirilməsi ən vacib və strateji
məsələlərdən biri olaraq qalırdı. Məhz müstəqilliyimizin ilk illərində də
dünyada yaĢayan azərbaycanlıların birliyi və həmrəyliyi yolunda ulu öndərin
təĢəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin
sessiyasında diaspor quruculuğu istiqamətində ilk addım atıldı. Bununla bağlı
qərara 31 dekabrın Milli Həmrəylik günü kimi bayram edilməsini nəzərdə tutan
müddəa ilə yanaĢı, bu günün dövlət səviyyəsində qeyd edilməsi barədə
Azərbaycan Respublikası Ali Sovetinə təklif verilməsinin zəruriliyini bildirən
xüsusi bənd də salındı. Bu tarixi sessiyadan 9 gün sonra dekabr ayının 31-nin
Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan olunması barədə
Azərbaycan Respublikasının Ali Soveti qərar verdi.
Bu məsələlərin geniĢləndirilməsi, dünya ictimaiyyətinə çatdırılması bir
qədər sonra daha miqyaslı və effektiv Ģəkil aldı. Belə ki, ulu öndər Heydər
Əliyevin 1993-cü il iyun ayının 15-də xalqın tələb və təkidi ilə ikinci dəfə
ölkəmizdə siyasi hakimiyyətə gəliĢindən sonra dünyada yaĢayan
azərbaycanlılarla iĢ sahəsində mahiyyət və keyfiyyətcə yeni mərhələ baĢlandı.
Ulu öndər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənə
ilə qeyd olunmasına sərəncam verdi. Bu da ауrı-ауrı ölkələrdə yaĢayan
azərbaycanlıların konsalidasiyası üçün mühüm addımlardan biri olmuĢdur. Bir
daha harada yaĢamasından asılı olmayaraq hər bir azərbaycanlı əmin ola bildi
ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi vətəni və öz ata-
baba yurdudur.
Beynəlxalq İpək Yolu
26
Müstəqiliyin ilk illərində azərbaycanlıların təĢkilatlanması məsələsi isə
ilk növbədə ideoloji və tarixi məsələ olaraq qalırdı. Dünya azərbaycanlılarının
1-ci qurultayının keçirilməsi haqqında 2001-ci il mayın 23-də Heydər Əliyevin
tarixi sərəncam imzalaması isə bu mühüm tədbirin gerçəkləĢməsinə
istiqamətlənmiĢdi.
Heydər Əliyevin "Xaricdə yaĢayan Azərbaycanlılarla ĠĢ üzrə Dövlət
Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı (Müasir
dövrün reallıqları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə YaĢayan
Azərbaycanlılarla ĠĢ üzrə Dövlət Komitəsinin əsasında Diasporla ĠĢ üzrə Dövlət
Komitəsi yaradılmıĢdır), 27 dekabr 2002-ci ildə "Xaricdə yaĢayan
Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanunu imzalaması və sair
tədbirlər, digər vacib amillər bir daha sübut edir ki, Azərbaycan diasporunun
fəaliyyətinin mütəĢəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının
milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan dövlətidir.
Hazırda müasir Azərbaycan diasporu Heydər Əliyevin milli diaspor
strategiyasının Naxçıvandan diaspor quruculuğuna qədərki yolunun fundamenti
üzərində davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının xarici
siyasətində diasporumuz mühüm elementə çevrilməklə diplomatiyamızın
inkiĢafında xüsusi yerə və rola malikdir.
Bu xüsusda aĢağıda sadalanan tədbirlərin reallaĢdırılması məqsədəuyğun
hesab olunur:
gündəlik qəzetin nəĢr etdirilməsi, radio-televiziya verliĢlərinin
hazırlanması, elektron portalların yaradılması və digər KĠV-nin sayının
artırması;
diasporla iĢ sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və həyata
keçirilməsi məqsədilə elmi potensialın yaradılması, təĢkilatçılıq qabiliyyətinə
malik Ģəxslərin hazırlanması;
xaricdə yaĢayan azərbaycanlıların, xüsusən gənclərin və onların
ətrafında olan insanların Azərbaycana ekskursiyalarının təĢkil edilməsi;
nikah məsələlərinin nəzərə alınması və qarıĢıq ailələrin, onların
övladlarının bu iĢə cəlb edilməsi;
ölkəmizdən miqrasiya edən Ģəxslərlə görüĢlərin keçirilməsi və onlara
tövsiyələrin verilməsi;
xaricə təhsil almaq üçün göndərilən hər bir gənclə fərdi və kollektiv
söhbətlərin aparılması və onların təlimatlandırılması.
ÇağdaĢ dövrdə beynəlxalq aləmdə xüsusi nüfuza malik, dünya siyasətində
məxsusi yeri və rolu olan dövlətin xarici siyasətini diaspor faktorsuz hesab
etmək mümkün deyil. Bütün bunların reallaĢması milli inkiĢafla bərabər,
xalqlararası münasibətlərin, dövlətlərarası əməkdaĢlığın möhkəmlənməsinə,
bəĢəri sülhün qorunmasına, əmin-amanlığın yaranmasına və sivilizasiyalararası
dialoqun inkiĢafına öz töhfəsini verə bilər.
Tezislər
27
Bir sözlə, Naxçıvandan baĢlayan diaspor quruculuğu iĢi dünya
azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılan ilk addımdır. Bu
addım bu gün davam etdirilərək milli ənənələrin yaĢadılması ilə bəĢəri
dəyərlərin inkiĢafına xidmət edir.
Açar sözlər: Diaspor, lobbi, Heydər Əliyev, Naxçıvan MR, dünya
azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr)
THE IMAGE OF NAKHCHIVAN IN TRAVELLERS’ ACCOUNT
ELMĠRA HÜSEYNOVA
KÖNÜL BABAYEVA
―Nakhchivan‖ University
sedoniyaa@gmail.com
Every part of the ancient land Azerbaijan continues to be the source of
pride for Azerbaijanis with its motley in epoch-making history and historical
development process that it has passed. Conducted researches and investigated
archive documents amazes us, in the mean time with the feelings that they
evoke stimulate us to attach our state and nation more deeply. Nakhchivan is
one of our historical regions which is as ancient as other parts of Azerbaijan,
also is full of heroic deeds.
To investigate the history of Nakhchivan, one of the most ancient parts
of Azerbaijan, always will be a must because its ancient history, rich
archeological sources, culture, old customs and traditions enables us to consider
this place the cradle of civilization. By indulging in various fields of agriculture
and art people expedited the development of the area and the strategic
importance of the geographical zone that it was situated kept Nakhchivan on the
focus of attention of other states. Its location on the Great Silk Road raised the
significance of the area as well as paved the way for its social and economic
development.
To get information from different sources on the history of Nakhchivan
is possible. Particularly travelers that visited this place had valuable accounts on
Nakhchivan in their works and this fact proves our above mentioned ideas, also
shows the objectivity of the information. On the basis of the information given
by people visited Nakhchivan in different periods we may mention that its
history dates more than 5000 years back. One of the very travelers is world
famous Ptolomey. He is the one who noted the name of Nakhchivan as
―Naksuana‖ for the first time in his work ―Geography‖ and gave the
geographical position of the city.
Prominent scientist, mathematician, astronomer and geographer El-
Biruni notified data about some places in Nakhchivan, in the same time
identified the exact geographical coordinates of Azerbaijan cities.
Beynəlxalq İpək Yolu
28
Another scientist named C. Hanvey informed not about the socio-
economic situation of Nakhchivan but heroism of the people. C. Hanvey noted
in his work that during Safavid time Ottoman troops attacked Nakhchivan and
Ordubad but had to withdraw as a result of the strong resistance of people.
It must be noted that some travelers gave a way to serious mistakes
either intentionally or unintentionally in their works and they told
contradictious opinions.
S. D. Burnashov tried to depict the boundaries of Nakhchivan khanate in
XVIII century but giving wrong information showed the khanate of Tabriz in
the west of Nakhchivan. He stated like this: ―it borders on Iravan khanate in the
north, Garabagh in the east, Tabriz and Khoy in the south-east. The number of
warriors in the troop of Nakhchivan is 1000 people.‖
Travelers, merchants and other people visited here had a great role in
the study of every period of Nakhchivan history. Though some of these sources
turned away but there are a lot of them that haven’t been elucidated yet and are
waiting for their investigator.
Key words: Nakhchivan, information, Ptolomey, S.D.Burnashov
MOSKVA KONFRANSINDA (1921) NAXÇIVANIN STATUSU
MƏSƏLƏSĠ
GÜNEL MƏMMƏDOVA
ADA Universiteti
gunelrahmanzade@yahoo.com
Məqalədə Türkiyə və Rusiya arasında 26 fevral-18 mart 1921-ci il
tarixlərində Moskvada keçirilən konfransda Naxçıvanın statusu ilə bağlı
aparılan müzakirələrdən və imzalanan müqavilədən bəhs edilir. Moskva
konfransının gediĢində Batum məsələsindən sonra ən geniĢ müzakirə mövzusu
olan Naxçıvan məsələsi ətrafında aparılan türk-rus müzakirələri zəngin ilkin
arxiv sənəd və materialları əsasında iĢıqlandırılır. Eyni zamanda Sovet
Rusiyasının Naxçıvanı Ermənistana vermək istiqamətində apardığı çirkin
kampaniya və bu məqsədlə qurduğu kombinasiyalar arxiv sənədləri əsasında
araĢdırılır. BaĢ verən hadisə və proseslər problemə yeni yanaĢma prizmasından
interpretasiya edilir.
Naxçıvanın ərazi mənsubiyyəti və statusu məsələsi ətrafında aparılan
türk-rus müzakirələrinin, eyni zamanda Ģəxsi münasibətlər zəminində
gerçəkləĢən danıĢıqlarının detalları Ģərh və təhlil edilir. Qeyd edilir ki,
danıĢıqların ilkin mərhələsində türk heyəti Naxçıvanın Türkiyənin himayəsində
qalmasını istəyirdi və buna israr edirdi. Lakin Rusiya tərəfi bunu qətiyyətlə rədd
edirdi. Azərbaycan tərəfi isə ―Naxçıvanın Rusiyanın himayəsində müstəqil bir
dövlət olaraq qalması‖ formulunu irəli sürürdü. Naxçıvanın Türkiyənin
Tezislər
29
himayəsində qalması ilə bağlı təklif qəbul olunmadıqda, türk heyəti ―Naxçıvan
Türkiyə ilə Azərbaycanın müĢtərək himayəsi altında müstəqil bir dövlət
olması‖ formulunu ortaya qoydu. Lakin Rusiya tərəfi bu təklifi də qəbul etmədi.
Belə olan təqdirdə türk heyəti bildirdi ki, Türkiyə bölgə üzərindəki bu himayəni
Azərbaycanın üçüncü bir dövlətə güzəĢtə getməyəcəyinə dair öhdəlik
götürdüyü təqdirdə ona verməyə razıdır.
Rusiya tərəfi sadəcə Azərbaycanın himayəsi altında Naxçıvanın
muxtariyyəti məsələsinin qoyulmasını və sərhədlərin müəyyənləĢdirilməsini
təklif edirdi. Uzun müzakirələrdən sonra Rusiya tərəfinin ―Naxçıvan vilayətinin
Azərbaycanla daimi əlaqədə olması və onun himayəsi altında muxtariyyətdən
istifadə etməsi‖ formulu Türkiyənin ―Azərbaycanın bu protektoratı hər hansı bir
üçüncü dövlətə güzəĢtə getməməsi‖ Ģərti ilə tamamlandı.
Beləliklə, Naxçıvanın statusu tam olaraq müəyyənləĢdi. DanıĢıqlarda
yaranmıĢ gərginliklərə baxmayaraq, türk diplomatiyası göstərdiyi ciddi səylər
sayəsində Moskva konfransında Azərbaycanın ərazi bütövlüyünün qismən də
olsa qorunmasına nail ola bildi, Naxçıvanın heç bir dövlətə güzəĢtə
gedilməməsi Ģərtilə Azərbaycanın tərkibində saxlanılması razılaĢdırıldı və
bütün bunlar Moskva müqaviləsində təsbit edildi.
Açar sözlər: Naxçıvanın statusu, Moskva konfransı, Türk-rus
danıĢıqları, Gümrü müqaviləsi, Qars müqaviləsi
ORTANCI YÜZYILDA ĠPEK YOLUNUN DURUMU
MEHDĠ ĞAFFARĠ, MEHDĠ ROġDĠ MALEKĠ
Malekan Ġslami Azad Üniversitesi
aydin.tr2002@gmail.com
Büyük ticari ipekyolu Çinin kuzey batısından baĢlayarak ve siyah
denizin kıyılarına kadar devam eden çok uzun mesafeli bir yolculuktur. Bu
yolun keçmiĢ dünyanın ulaĢım özelliğinde doğu ve batı arasında kültürlerin
tanıtımında ve iletiĢiminde önemli rolü olmuĢtur. Bu ana yol zaman geçtikçe
milletler arasında çok önemli yere sahip olarak onların yaĢam tarzına ve hatta
atasözlerine bile geçmiĢ. Örnek için, özbeklerin bir atasözü var: "Kainatda iki
büyük yol vardır: Göyyüzünde SamanYolu, yer yüzünde ĠpekYolu".
Ġranda ham ipek Hazer denizinin güneyindeki Gürgan, Amul,
Mazenderan, Gilan, ġemahi ve ġirvan eyaletlerinde üretilir ve Tebriz pazarında
satılırdı. Kervanlar iki önemli dağıtım merkezi olan Erzurum ve Halepe doğru
yola çıkarlardı.
Uzun mesafe ticaretinde yolcular için birinci sırada gelen en kısa sürede
hedefe ulaĢmak değil güvenlik içinde manevi ve maddi bir kayba uğramadan
yolculuk etmekti.
Osmanlılar ayrıca anayollar boyunca köprü, kuyu, çeĢme ve mescitler
oluĢturarak ulaĢım altyapısını kuvvetlendirmiĢlerdir. Ticaret ve askeri yolların
Beynəlxalq İpək Yolu
30
kavĢak noktaları ve köprülerin civarında bulunan bir köy Derbend Hizmetine
tayin edilirdi.
Ġran-Osmanlı siyasi iliĢkilerinin istikrarsızlığı da bu transit taĢımacılığı
ciddi biçimde etkilemekteydi. Bu açıdan Osmanlı sultanı 1.Selim Çaldıran
savaĢı öncesinden Sefevi Ģahlarını önemli bir gelir kaynağından mahrum etmek
amacıyla baĢlattığı ticari ambargo (ipek yasağı) kararını verdi. Ġran ipek yolu
ortancı yüzyıllarda oldukça iĢlek bir kervan yoluydu. Ġrandan ipek götürüp
dönüĢ yolunda Ġrana, Anadolunun ve Avrupanın mallarını taĢımak bir çok
tüccarın kervan ticaretinin bütün zorluklarını göze almasını sağlayacak kadar
karlı bir iĢti.
Anahtar Kelimeler:Büyük Ticari Ġpek Yolu, Tebriz, Anadolu, Derbend
TeĢkilatı
NAXÇIVAN: ĠPƏK YOLUNDA ĠQTĠSADĠYYAT VƏ MƏDƏNĠYYƏT
MÜBADĠLƏ MƏRKƏZĠ
MAHMUD CƏFƏRĠ DƏHƏQĠ
Tehran Universiteti
deheqimahmud@yahoo.com
Naxçıvanın qədimliyi və əhəmiyyəti onun miladdan öncə onuncu və
səkizinci yüz illiklərdə qədim ipək yolu üzərində yerləĢməsindən irəli gəlir. Bu
ərazi bir zamanlar urartuların və bir müddət Manaların və Madların hökmranlığı
altında olmuĢdur. Bu bölgənin iqtisadi və siyasi roluna agah olan HəxaməĢinlər
və ƏĢkanilər Naxçıvanın rəhbərliyini ələ keçirərək orada hökmranlıq etdilər və
baĢçıların təyin edilməsində rola sahib oldular. Üçüncü yüz illikdə Sasanilər
burda ordu (sərhəd dəstəsi) yaratmaqla Naxçıvandan iqtisadi və ordu mərkəzi
kimi istifadə etdilər. Altıncı yüz illiyin əvvəllərində bu bölgədə Sasanilər
tərəfindən pul zərbxanaları yaradıldı və Naxçıvanın qədim Ġpək yolunda
yerləĢən iqtisadi mərkəz olması bir daha sübuta yetdi. Digər bir tərəfdən isə
çoxlu mədəniyyət və dini mərkəzlərin, qədim zamanlarda atəĢgah məbədlərinin,
islamiyyət dövründə məscidlərin olması bu bölgədə müxtəlif fərqli
mədəniyyətlərin mövcudluğundan xəbər verir.
Bu məqalənin yazılmasında məqsəd Naxçıvanın ən qədim zamandan
Səfəvilər dövrünədək olan müddətdə önəmli mədəni və iqtisadi mübadilə
mərkəzlərindən olmasını araĢdırmaqdır. Bu sahədə müxtəlif tarixi mənbələrdən,
əlyazmalardan, tarixçi və mühəqqiqlərin araĢdırmalarından istifadə edilərək
Naxçıvanın mədəniyyət və iqtisadiyyatdakı mühüm rolu tədqiq olunacaqdır.
Açar sözlər : Naxçıvan, iqtisad, mədəniyyət, qədim dövr, islamiyyət
dövru
Tezislər
31
NAXÇIVANIN ĠQTĠSADĠ ĠNKĠġAF STRATEGĠYASINDA
SAHĠBKARLIQ MEXANĠZMĠ
NAĠM CAHĠDZADƏ
―Naxçıvan‖ Universiteti
naim_cahid@hotmail.com
Müasir Azərbaycanın qurucusu, inkiĢafın Azərbaycan modelinin müəllifi
Ümummilli lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində
ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuĢ, iqtisadiyyatın bütün
sahələrində köklü islahatlar aparılmıĢ, dinamik sosial-iqtisadi inkiĢafın möhkəm
təməli yaradılmıĢdır.
Son 10 ildə bütün sahələrdə böyük uğurlar qazanılmıĢ, Azərbaycanın
maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təĢəbbüskarı və
əsas iĢtirakçısı kimi çıxıĢ etməsi, müasir tələblərə cavab verən infrastukturun
yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə
baĢlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxĢılaĢdırılması
Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatının rəqabət
qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq
yaxĢılaĢdırılmasına səbəb olmuĢdur.
Sahibkarlığı inkiĢaf etdirmək, əlveriĢli biznes və investisiya mühiti
yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun
inkiĢafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi
xüsusiyyətlərindən biri oldu. Azərbaycanın müstəqillik tarixində iqtisadi
inkiĢafını xarakterizə edən ən mühüm amillərdən biri ölkəmizdə məhz güclü
sahibkarlar sinfinin formalaĢmasıdır. Bu gün Azərbaycanda ümumdaxili məhsul
istehsalında özəl sektorun xüsusi çəkisi olduqca böyükdür və iqtisadi artımın
təminatında yerli sahibkarların rolu və mövqeyi davamlı Ģəkildə güclənir.
Dövlət tərəfindən sahibkarlığın inkiĢafına yaradılan Ģərait və müxtəlif
formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli
tərəqqisi məqsədilə həyata keçirilən köklü islahatlar bundan sonra da
sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəliĢində mühüm rol
oynayan subyektlərdən biri olaraq çıxıĢ etməsinə möhkəm bazis yaradıb.
Təbii ki, bu dövrlərdə bütün regionlar kimi Naxçıvan Muxtar
Respublikası da böyük dövlət qayğısından əhatəli Ģəkildə faydalanırdı. Ulu
Öndər özünün siyasi fəaliyyətinə aid olan bütün dövrlərdə Naxçıvan Muxtar
Respublikasının hərtərəfli yüksəliĢinə bitməz, tükənməz diqqət göstərmiĢ,
sağlam iqtisadiyyatın formalaĢdırılmasını təmin etmiĢdir. Hazırda da ölkə
prezidenti cənab Ġlham Əliyev həmin müdrik siyasi xəttə sadiq qalaraq və onu
daha da zənginləĢdirərək hərtərəfli inkiĢafın davamlılığını təmin etmək
istiqamətində mütərəqqi tədbirlər həyata keçirməkdədir. 2003-cü ildən bu
günlərə qədər 3 mərhələdə qəbul edilən regionların sosial-iqtisadi inkiĢafına
dair Dövlət Proqramılarında tarazlı inkiĢafın təmin olunması sahəsində zəngin
Beynəlxalq İpək Yolu
32
tədbirlər həyata keçirilmiĢ və bu, hazırda da davam etməkdədir. Qeyd edək ki,
Dövlət Proqramlarında birinci mərhələdə (2004-2008-ci illər) 57, ikinci
mərhələdə (2009-2013-cü illər) 46 adda tədbir Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkiĢafı üçün həyata keçirilmiĢdir. Ölkə
baĢçısının 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq olunmuĢ ―Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkiĢafı Dövlət
Proqramı‖ da bu istiqamətdəki uğurların davamıdır. Dövlət Proqramında
nəzərdə tutulmuĢ tədbirlərin həyata keçirilməsinə maliyyə dəstəyi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı da
var. Həmin Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə
tutulmuĢ Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon
manat vəsait ayrılmıĢdır.
Muxtar respublikada pozitiv meyillərlə səciyyələnən bu sosial-iqtisadi
fəallığın təməlində iqtisadi inkiĢafın sosial yönümlü olması, hər bir vətəndaĢın
iqtisadi və sosial inkiĢafda iĢtirakından asılı olaraq maddi rifahının artırılması,
iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaĢdırılması, iqtisadi
tərəqqinin əsas meyarlarından olan azad rəqabət, sahibkarlıq və investisiya
mühitinin daha da yaxĢılaĢdırılması, əsassız məhdudiyyətlərin aradan
götürülməsi, investisiyaların və sahibkarlığın inkiĢafının təĢviqi üsullarından
geniĢ istifadə olunması və muxtar respublikanın iqtisadi təhlükəsizliyinin
təminatı üçün aparılmıĢ kompleks iĢlər dayanır.
Ġqtisadiyyat sahəsində aparılan islahatlar muxtar respublikamızda bazar
iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına Ģərait yaratmıĢ, investisiyalar,
müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli
məhsul istehsal edən müəssisələrin yaradılmasına, yeni iĢ yerlərinin açılmasına
və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmiĢdir.
Sahibkarlığın inkiĢafına əlveriĢli Ģəraitin yaradılması məqsədilə sahibkarlığın
hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləĢdirilmiĢdir.
Ġdarəetmənin və iqtisadiyyatın bütün sahələrində mühüm əhəmiyyətə malik
qanunlar, proqramlar və fərmanlar qəbul edilmiĢdir. Sahibkarlıq
infrastrukturunun zəruri mexanizmləri yaradılmıĢdır. Sahibkarlara maliyyə,
informasiya və məsləhət xidmətləri göstərən strukturlar formalaĢmıĢdır.
Muxtar respublikada iqtisadi sistemin formalaĢmasında və dinamik
inkiĢafın təmin olunmasında mühüm rola malik olan sahibkarlığın
dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2013-cü
ildə muxtar respublikada sahibkarlığın inkiĢafı istiqamətində Naxçıvan
Ģəhərində biznes forumların, iĢgüzar görüĢ və konfransların keçirilməsini,
həmçinin yerli məhsulların tanıdılmasını və satıĢının təĢkilini təmin etmək
məqsədilə Biznes Mərkəzi yaradılmıĢdır.
Muxtar respublikada sahibkarlığın inkiĢafının möhkəmləndirilməsi,
həmçinin iĢ adamlarının öz aralarında əlaqələrin gücləndirilməsi məqsədilə
Tezislər
33
2006-cı ildə Sahibkarlıq Konfederasiyası təsis edilmiĢdir. Burada iĢ adamları ilə
muxtar respublikanın müxtəlif idarə və təĢkilatları arasında qurulan vertikal və
Ģaquli münasibətlər vacib məsələləri kompleks və operativ həll etməyə imkan
verir. Naxçıvan Ģəhərində yaradılan Biznes Mərkəzində isə sahibkarlar
məsləhət və tövsiyələrlə yanaĢı, yeni biznes layihələri ilə tanıĢ olur, qabaqcıl
təcrübəni öyrənir, istədikləri vaxt mütəxəssislə məsləhətləĢə bilirlər. Mərkəzdə
alimlərin, mütəxəssislərin, həmçinin zəngin təcrübəsi olan iĢ adamlarının da
bilik və təcrübələrindən faydalanmaq mümkündür.
Dostları ilə paylaş: |