MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


Açar sözlər: Azərbaycan,Naxçıvan, Ġpək yolu, ticarət



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   2   3   4   5   6   7   8   9   ...   20

Açar sözlər: Azərbaycan,Naxçıvan, Ġpək yolu, ticarət 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tezislər 
 
43 
TARĠX, ARXEOLOGĠYA VƏ ETNOQRAFĠYA 
 
NAXÇIVAN AZƏRBAYCANDA DÖVLƏTĠN YARANMASINADƏK 
OLAN DÖVRDƏ 
 (ən qədim zamanlardan – e.ə. IV minilliyədək) 
ĠSMAYIL HACIYEV 
AMEA Naxçıvan Bölməsi 
 ismayil_haciyev@yahoo.com 
 
 
Naxçıvan ərazisi ən qədim insanların  yaĢadığı bir bölgə olmuĢdur. Son 
illərə  qədər  Qazma  mağarasından  əldə  edilmiĢ  maddi-mədəniyyət  nümunələri 
əsas  götürüldüyündən  Naxçıvan  ərazisində  insanların  80-90  min  il  bundan 
əvvəl məskunlaĢması deyilirdi. Arxeoloji tədqiqatlar müəyyən etdi ki, Naxçıvan 
ərazisində insanların məskunlaĢması aĢağı paleolit dövrünə, təxminən 500-300 
min il bundan əvvələ aid edilir. Tədqiqatlarla sübut edilmiĢdir ki, qədim Qazma 
sakinləri  qəbilə  icmalarının  yaranması  ərəfəsində  olmuĢdur.  Qəbilə  icması 
ibtidai  sürüyə  nisbətən  irəliyə  doğru  bir  addım  olub,  insanların  həyatında  bir 
sıra  yeniliklərlə  müĢayiət  olunurdu.  Qəbilə  icmasının  ilkin  dövründə  qadının 
rolu  yüksək olduğuna görə, bu dövr matriarxat  – ana xaqanlığı  dövrü kimi də 
xarakterizə olunur. 
 
Naxçıvanın  təbii-coğrafi  Ģəraiti,  orta  paleolitə  aid  abidələrin  aĢkar 
edilməsi burada yuxarı paleolit və mezolit dövründə də həyatın davam etməsini, 
ilk nəsli quruluĢun meydana gəlməsini söyləməyə əsas verir. 
 
―Neolit  inqilabı‖  (e.ə.  VIII  –  e.ə.  VI  minillik)  ilə  insanların  təsərrüfat 
həyatında  böyük  bir  hadisə  baĢ  verdi,  istehlak  təsərrüfatından  istehsal 
təsərrüfatına keçid yarandı.  
Naxçıvan  ərazisində  hələlik  neolitin  orta  və  son  dövrünə  aid  tapıntılar 
əldə edilmiĢdir. I Kültəpə bütün Qafqazda ―neolit inqilabı‖nın ilk abidəsi kimi 
tanınır. Kültəpə abidəsinin Qafqazda ilkin istehsal təsərrüfatı ilə bağlı ən qədim 
yaĢayıĢ yeri olması təsdiq edilir. 
 
Azərbaycanda  eneolit  dövrü  e.ə.  VI-IV  minilliyin  ortalarını  əhatə  edir. 
Çox maraqlıdır ki, Azərbaycanda son neolit və eneolitin tarixinin öyrənilməsi I 
Kültəpə abidəsindən baĢlanır. Naxçıvanın unikal abidələrindən olan Duzdağ da 
eneolit dövrünə aid edilir. Duzdağ dağ-mədən sənayesinin meydana gəlməsinin 
ilkin  dövrünü  əks  etdirməklə,  istehsal  təsərrüfatının  daha  da  inkiĢafını  sübut 
edir.  
 
Azərbaycanın  eneolit  abidələri  həmin  dövrdə  mövcud  olan  ictimai 
münasibətləri  əks  etdirməklə  eyni  zamanda,  onun  qonĢu  mədəniyyətlərlə 
əlaqələrini  də  aĢkar  etmiĢdir.  Ubeyd  tayfalarının  Azərbaycan  ərazisinə 
miqrasiyası Naxçıvanı da əhatə etmiĢdir.  
 
Ġlk  tunc  dövrünün  yaranması  ilə  yeni  ictimai  münasibətlərin  təĢəkkülü 
də  geniĢlənir.  Bu  dövr  Azərbaycanda  Kür-Araz  mədəniyyəti  ilə  xarakterizə 

Beynəlxalq  İpək Yolu  
 
 
44 
olunur.  Ġlk  tunc  dövrünə  aid  I  Kültəpə  ilə  yanaĢı  II  Kültəpə,  AĢağı  DaĢarx, 
Ovçulartəpəsi  və  s.  nekropollar  qeydə  alınmıĢdır.  MəĢhur  Gəmiqaya 
təsvirlərinin  xronologiyasında  da  eneolit  və  ilk  tunc  dövrünə  aid  piktoqramlar 
mühüm yer tutur. 
 
Ġlkin  tunc  dövründə  Azərbaycanda  dövlətin  formalaĢmasının  baĢa 
çatması  üçün  Ģərait  meydana  gəlmiĢdir.  Naxçıvana  aid  materialların  nəzərdən 
keçirilməsi göstərir ki, bölgə bu prosesdə fəal rol oynamıĢdır.  
Açar sözlər: Arxeoloji tədqiqatlar, Qəbilə icması, ―neolit inqilabı‖, I 
Kültəpə, neolit, eneolit, tunc dövrü 
 
 
GĠLANÇAY KÖRPÜLƏRĠ 
FƏXRƏDDĠN SƏFƏRLĠ 
AMEA Naxçıvan  Bölməsi                                                                                          
hacifexreddin@yahoo.com.tr 
 
KeçmiĢdə  ticarət  karvanlarının,  insanların  hərəkətini  asanlaĢdırmaq 
üçün  və  hərbi  məqsədlərlə  çaylar  üzərində  körpülər  salınırdı.  Naxçıvan 
bölgəsində üzərində çoxlu körpü salınan çaylardan biri də Gilançaydır.  
1.  Aza  körpüsü.  Aza  və  Darkənd  kəndlərini  birləĢdirən  Aza  körpüsü 
qırmızımtıl  rəngli  yonulmuĢ  yerli  dağ  daĢından  beĢ  aĢırımlı  Ģəkildə  inĢa 
edilmiĢdir.  Böyük  Ġpək  Yolu  ilə  hərəkət  edən  ticarət  karvanlarına  və  əhaliyə 
xidmət  edən  bu  körpünü  tikinti  texnikasına  görə    XVI-XVII  yüzilliklərə  aid 
etmək olar.  
            2.  Biləv  körpüsü.  Biləv  kəndinin  cənubunda,  Gilançay  üzərində  orta 
əsrlər  zamanı  inĢa  edilmiĢ,  uzunluğu  təxminən  60  metr,  eni  4  metrə  yaxın, 
hündürlüyü 7-8 metr olan  körpü Böyük Ġpək yolunun üstündə, mühüm karvan 
yollarının qovĢağında  yerləĢməklə ticarət  karvanlarına və  yerli əhaliyə xidmət 
edirdi. Körpünün inĢasını I ġah Abbasla (1587-1629) əlaqələndirirlər. 
          3.  Gilançay  körpüsü.  Bu  körpü  əhalinin  və  ticarət  karvanlarının  gediĢ  - 
gəliĢini asanlaĢdırmaq məqsədi ilə Ordubad rayonunun Gilançay kəndindən bir 
az Ģimalda inĢa edilmiĢdir.  Hazırda qalan mərkəz dayağına  əsasən demək olar 
ki, körpü möhtəĢəm olmuĢdur. Səfəvilər dövründə inĢa edilmiĢdir. 
 
4. Ələhi körpüsü. Ordubad rayonunun ən ucqar kəndlərindən olan Ələhi 
kəndindəki bu körpü çatmatağlı formada,  kobud Ģəkildə  yonulmuĢ boz rəngli 
dağ  daĢından  inĢa  edilmiĢdir.  Ġki  aĢırımlıdır.  Qərb  tağ  böyük,  Ģərq  tağ  kiçik 
ölçülüdür.  Körpünün  uzunluğu  30  metr,  eni  3  metr,  hündürlüyü  6,5  metrdir. 
XVI-XVII əsrlərdə inĢa edildiyi ehtimal olunur.  
 
5.  I  Bist  körpüsü.  Bist  kəndində  dövrümüzədək  iki  körpü  qalmıĢdır. 
ġərti olaraq I Bist körpüsü adlandırılan  körpü qaba Ģəkildə yonulmuĢ boz rəngli 
dağ  daĢından  və  biĢmiĢ  kərpicdən  yarım  dairə  formada  inĢa  edilmiĢdir.  Bir 

Tezislər 
 
45 
aĢırımlıdır. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. XVII əsrə 
aid etmək olar.  
 
6.  II  Bist  körpüsü.  Yuxarıdan  çatma  tağla  tamamlanan  formada  inĢa 
olunmuĢ  körpünün  tikilməsində  əsasən  dağ  daĢından  istifadə  olunmuĢdur. 
Çatma  hissəsi  yonulmuĢ  dağ  daĢı  ilə  iĢlənmiĢdir.  Cənub  tərəfdəki    həmin 
daĢlardan  birinin  üzərində  bərpa  ili  -  ―1869‖  tarixi  yazılmıĢdır.  Uzunluğu  23 
metr, eni 10 metr, hündürlüyü 4 metrdir.  
 
7-8. I və II Sumbatan körpüləri. Bir – birindən təxminən 300 metr aralı 
məsafədə  inĢa  edilən  hər  iki  körpü  indiki  Sabirkənd  kəndinin  cənubunda 
yerləĢən və hazırda qalıqları qalan  Sumbatan Ģəhəri ilə Gilançayın sol sahilində 
yerləĢən  Kələntər  Dizə  kəndini  birləĢdirmiĢ,  Araz  çayı  boyunca  Ordubad-
Sədərək  marĢrutu  ilə  və  əksinə  hərəkət  edən  ticarət  karvanlarına,  həmçinin  
əhaliyə xidmət etmiĢdir. Qalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və 
yayılmasına  əsasən  deyə  bilərik  ki,  bu  körpülər  Aza  körpüsündən  daha 
möhtəĢəm,  təxminən  100  metr  uzunluğunda  olmuĢdur.  Eni  təxminən  4  metr 
olan hər iki körpünün ġərq dayaqları  hazırda Sabirkəndin  ərazisinə daxil olan 
yerlərdə,  möhkəm  qayalardan  ibarət  təbii  özül  üzərində  qərar  tutubmuĢ. 
Körpülərin XIII-XIV əsrlərdə inĢa edildiyini ehtimal etmək olar.  
 
Açar sözlər: Naxçıvan, Aza körpüsü, Biləv körpüsü, Ələhi körpüsü, 
Gilançay körpüsü 
 
 
V.QRĠQORYEVĠN “NAXÇIVAN ƏYALƏTĠNĠN STATĠSTĠK TƏSVĠRĠ” 
ƏSƏRĠNDƏ ƏHALĠNĠN MƏġĞULĠYYƏTĠ VƏ TĠCARƏT 
MƏSƏLƏLƏRĠ 
HACI QADĠR QƏDĠRZADƏ  
                                                                       AMEA Naxçıvan Bölməsi 
                                                                       hqadirzade@yahoo.com.tr 
 
 
Naxçıvan  tarixinin  öyrənilməsində  önəmli  dövrlərdən  biri  1828-ci  il 
Turkmənçay müqaviləsi ilə bölgənin ruslar tərəfində iĢğalı ilə bağlıdır. Bu dövr 
bir  tərəfdən  siyasi-hərbi  cəhətdən  Azərbaycanın  bölüĢdürülməsi,  etnik-dini 
münasibətlərdə  yeni  baxıĢların  formalaĢması,  milli-etnik  yerdəyiĢmələr, 
demoqrafik  məsələlərlə  xarakterikdirsə,  digər  tərəfdən  iĢğalaqədərki  və  ondan 
sonrak  ilk  illərdə  ölkənin  sosial-iqtisadi  vəziyyətinin  tədqiqi  baxımından  da 
əhəmiyyətlidir.  Dövrə  aid  müfəssəl  mənbələrdən  biri  V.Qriqoryevin  1833-cü 
ildə  Peterburqda  nəĢr  edilmiĢ  əsəridir.  Əsər  Naxçıvan  tarixinin  müxtəlif 
problemləri ilə məĢğul olan araĢdırıcılar üçün dəyərli mənbələrdəndir. Təbii ki, 
tədqiqat zamanı onun yazıldığı siyasi-tarixi Ģəraiti, bir sıra məsələlərə məqsədli 
yanaĢılmasını ciddi Ģəkildə nəzərə almaq gərəkdir. Biz əvvəlki yazılarımızda da 
ondan  bəhrələnmiĢik.  Bu  yazıda  konfransın  ruhuna  uyğun  olaraq  o  dövrdə 
əyalətdə  əhalinin  məĢğuliyyəti,  xüsusən  ipəkçiliyin  inkiĢafı,  barama  qurdunun 

Beynəlxalq  İpək Yolu  
 
 
46 
becərilməsinin,  istehsalının    xalq  üsullarından,  onun    ticarət  məsələlərindən 
geniĢ  bəhs  etməyə  çalıĢmıĢıq.  Biz  belə  düĢünürük  ki,  boyük  iqtisadi 
əhəmiyyətini,  əhalinin  məĢğulluq  sahəsindəki  önəmli  yerini  nəzərə  alaraq 
Naxçıvanda ipəkçiliyin inkiĢafına xüsusi önəm verilməlidir. 
Əsərin  ciddi  əhəmiyyətindən  biri  onun  ümumiləĢdirici  xarakterə  malik 
olmaqla  tarixi  Naxçıvan  ərazisini  əsasən  əhatə  etməsidir.  Təbii  ki,  müəllif 
məsələləri o dövrkü inzibati-ərazi bölgüsünə uyğun araĢdırmıĢdır. Ona görə də 
ġərur  və  Sədərək  bölgələrinin  müəyyən  əraziləri  haqqında  məlumatlar 
verilməmiĢdir.  
 
Kitabda  ayrı-ayrı  məsələlərlə  bağlı  verilmiĢ  cədvəllər,  statistik 
məlumatlar  ciddi  elmi  əhəmiyyət  kəsb  edir.  Burada  yaĢayıĢ  məskənlərinin 
quruluĢu,  əhalinin  dini,  milli-etnik  tərkibi,  ermənilərin  əraziyə  köçrülməsi  ilə 
əlaqəli dəyərli məlumatlar vardır. 
Əsərdə  inzibati-ərazi  bölgüsünə  uyğun  olaraq  Naxçıvan  əyalətinin  iki 
dairəyə-Naxçıvan  və  Ordubad,  hər  dairənin  müxtəlif  mahallara  bölündüyü 
göstərilmiĢdir.  Burada  məĢğuliyyət    sahələri  ilə  yanaĢı  bazar  münasibətləri, 
bazarların quruluĢu, ticarət əlaqələri, əyalətdən satlığa çıxarılan mallarla yanaĢı 
bura  gətirilən  ərzaq  və  sənaye  məhsulları,  karvan  yolları  və  s.  ilə  bağlı  geniĢ 
məlumatlar vardır. Əhalinin məĢğuliyyətindən bəhs edərkən onun təbii-coğrafi 
Ģəraitə uyğun olaraq əkinçilik, maldarlıq, ev peĢəsi, ticarət, müəyyən qisminin 
kiçik manfaktura sahəsində çalıĢdığını görürük.  
 
AraĢdırmaya  cəlb edilən məsələlərdən biri də, ölçü, çəki vasitələri, pul 
vahidlərinin qarĢılıqlı münasibətləridir. Əsərdə ayrıca olaraq Rusya-Ġran ticarət 
münasibətləri ilə əlaqəli ayrıca baĢlıq vardır. 
Açar sözlər: Türkmənçay, statistik məlumat, təbii-coğrafi Ģərait, 
əkinçilik, maldarlıq 
 
 
YENĠ YOL YAġAYIġ YERĠNDƏ ARXEOLOJĠ ARAġDIRMALARI 
VƏLĠ BAXġƏLĠYEV, ZEYNƏB QULĠYEVA, RUHĠYYƏ RZAYEVA 
AMEA Naxçıvan Bölməsi 
velibahshaliyev@mail.ru 
 
 
2013-2014-cü  illərdə  aparılan  arxeoloji  araĢdırmalar  zamanı  Yeni  yol 
yaĢayıĢ  yerində  Neolit  və  Eneolit  dövrünə  aid  keramika  nümunələri  aĢkar 
olunmuĢdur.  YaĢayıĢ  yerində  mədəni  təbəqənin  xarakterini  müəyyən  etmək 
üçün 2014-cü ilin avqustunda 300 kv m sahədə araĢdırma aparılmıĢdır. Yeni yol 
yaĢayıĢ  yerindən  aĢkar  olunan  arxeoloji  tapıntıların  böyük  bir  qismi  keramika 
məmulatından  ibarətdir.  Vaxtilə  Yeni  yol  yaĢayıĢ  yerində  apardığımız 
araĢdırmalar  zamanı  Son  Neolit  dövrü  üçün  xarakterik  olan  keramika 
nümunələri  aĢkar  olunmuĢdu.  Arxeoloji  qazıntılar  zamanı  yeni  aĢkar  olunan 
keramika məmulatını baĢlıca olaraq iki qrupa bölmək olar. Birinci qrupdakılar 

Tezislər 
 
47 
qum  qarıĢıq  gildən  hazırlanaraq  qeyri-bərabər  biĢirilmiĢdir.  Bu  qrupdakı 
qablardan  bəzisinin  tərkibində  iri  daĢ  parçalarına,  yaxud  çınqıl  dənələrinə  də 
rast  gəlinir.  Onlar  hər  iki  üzdən  yaxĢı  hamarlanmıĢdır.  Qırmızı  rəngdə 
biĢirilməsinə baxmayaraq qabların bəzisi hisin təsirindən qaralmıĢdır. Kasa tipli 
bəzi qabların ağız kənarında kiçik, yuvarlaq deĢiklər açılmıĢdır. Qeyd edək ki, 
ağzının  kənarında  yuvarlaq  deĢik  açılan  qablar  böyük  bir  dövr  ərzində  -  Son 
Neolitdən  Son  Eneolitə  qədər  istifadə  olunmuĢdur.  Odur  ki,  onların  tarixinin 
dəqiqləĢdirilməsi üçün karbon analizə ehtiyac vardır. Lakin bəzi deĢiklər açılma 
texnikasına  görə  fərqlənir.  Belə  ki,  qabların  əksəriyyətində  deĢiklər  qab 
biĢirilməmiĢdən  əvvəl  açılmıĢdır.  Belə  keramika  Cənubi  Qafqazda  daha  çox 
Eneolit dövrü üçün xarakterikdir. Lakin bu tip gil məmulatına ġərqi Avropanın 
Neolit  abidələrində də rast  gəlmək mümkündür. Qeyd  edək ki, bütün  hallarda 
bu tip keramika e.ə. V minilliyin əvvəllərindən qədimə getmir.  
 
AĢkar  olunmuĢ  arxeoloji  materiallar  Naxçıvanın  Neolit  və  Eneolit 
mədəniyyətinin Cənubi Qafqaz və Yaxın ġərq ölkələri ilə əlaqələrini müəyyən 
etmək,  həmçinin  Eneolit  mədəniyyətinin  mərhələlərini  müəyyənləĢdirmək 
baxımından əhəmiyyətlidir. 
 
Açar sözlər: Yeni yol yaĢayıĢ yeri, eneolit dövrü, neolit dövrü 
 
 
ÇAR RUSĠYASININ NAXÇIVANDA MÜSTƏMLƏKƏÇĠLĠK 
MODELĠ VƏ ONA QARġI MÜBARĠZƏ TARĠXĠNDƏN  
(XIX-XX əsrin əvvəlləri) 
ZƏHMƏT ġAHVERDĠYEV 
 Naxçıvan Dövlət Universiteti 
sahverdiyev_z@gmail.com 
 
XIX  əsr  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda  iqtisadi-siyasi 
məsələlərin  tədqiqi  tarixĢünaslığın  qarĢısında  duran  baĢlıca  tədqiqat 
sahələrindən  biri  hesab  olunur.  Bu  problemin  tədqiqi  həm  də  ġimali 
Azərbaycan  torpaqlarının  Rusiyaya  birləĢdirilməsindən  sonra  çarizmin  bu 
yerlərdə  müstəmləkə  siyasətinin  araĢdırılmasında  da  böyük    elmi  əhəmiyyət 
kəsb  edir.  Azərbaycanın  bir  hissəsi  olan  Naxçıvan  və  ġərur-Dərələyəz 
qəzalarının  vəziyyəti  sahəsində  bir  sıra  təhlillər  aparılsa  da,  bu  sahədə  yalnız 
son  onilliklərdə  sistemli  Ģəkildə  tədqiqatlar  aparılmıĢdır.  Ġstər  XX  əsr 
mənbələrində,  istərsə  də  müxtəlif  alimlərin  tədqiqatlarında  bu  mövzu  ilə 
əlaqədar bir sıra məsələlər öz ifadəsini, yaxud elmi təhlilini tapmıĢdır.  
XIX əsrin ilk onilliklərindən baĢlayaraq rus hökumətinin himayəsi ilə bu 
yerlərə ermənilər köçürüldü, zaman-zaman yerli əhali sıxıĢdırıldı. Çar Rusiyası 
Naxçıvan  Xanlığını  iĢğal  etdikdən  sonra  bölgənin  təsərrüfat  həyatına  diqqət 
yetirməyə  baĢladı.  Əslində  bu  diqqət  çarizmin  iqtisadi  siyasəti,  hər  Ģeydən 

Beynəlxalq  İpək Yolu  
 
 
48 
əvvəl, onun siyasi mahiyyətindən irəli gəlirdi. Bu siyasətin baĢlıca məqsədi isə 
çarizmin regionda öz ağalığını möhkəmlətmək məqsədinə xidmət edirdi.  
XIX əsrdə  çar Rusiyasının Naxçıvanı iĢğalından  sonra bölgə əhalisi  ağır 
müstəmləkə  zülmü  altında  idi.  Hələ  XIX  əsrin  30-cu  illərində  çarizmin 
müstəmləkəçilik siyasətinə və yerli feodalların zülmünə qarĢı çevrilmiĢ  kəndli 
çıxıĢları  çarizmi  narahat  etmiĢdi.  Odur  ki,  hakim  dairələr  yerlərdəki  idarə 
sisteminin  vəziyyətini  öyrənmək  və  onu  təkmilləĢdirmək  üçün  öz 
nümayəndələrini  müxtəlif  yaĢayıĢ  məntəqələrinə  göndərir,  ətraflı  məlumat 
toplayırdılar.  Problem  haqqında  geniĢ,  ətraflı  elmi  araĢdırmalar  məruzədə  və 
elmi məqalədə öz əksini tapacaqdır. 
Açar sözlər: müstəmləkəçilik, ikili siyasət, Naxçıvan xanlığı, XIX əsr 
 
 
TÜRK-SOVYET ĠLĠġKĠLERĠNĠN OLUġUMUNDA NAHÇIVAN 
FAKTÖRÜ 
ĠBRAHĠM ETHEM ATNUR 
Erzurum Atatürk Universitesi
 
ethematnur@hotmail.com 
 
Mondros  Mütarekesi  sonrası,  Ġtilaf  Devletleri  tarafından  sıkıĢtırılan  ve 
toprakları  parçalanan  Osmanlı  Türkleri,  bir  taraftan  Milli  Ġstiklal  mücadelesi 
yürütürken,  diğer  taraftan  mücadeleleri  için  gerekli  maddi  ve  manevi  desteği 
sağlamak amacıyla bir baĢka güce ihtiyaç duymaya baĢlamıĢtı. Aynı dönemde 
Ekim Ġhtilali ile Rus Çarlığı yerine oluĢan Sovyet Rusya’da, Batılı Emperyalist 
güçler  tarafından  yok  edilmek  istenmekte  ve  bu  anlamda  karĢıt  güçler 
olağanüstü  Ģekilde  desteklenmekteydi.  Sovyet  Rusya’da  yalnızdı  ve  oda  hem 
düĢmanlarına karĢı bir müttefik arıyor ve hem de ideolojisini yayma imkânları 
araĢtırıyordu.  ĠĢte  bu  Ģartlar  ve  tabii  olarak  ortak  düĢmanlar,  Türk  ve  Sovyet 
buluĢmasına  imkân  sağladı.  Ne  de  olsa  ―düĢmanımın  düĢmanı  dostumdur‖ 
ilkesi  kadim  bir  gerçekti  ve  o  Ģimdi  bir  daha  vücut  bulmak  üzereydi.  Türk-
Sovyet  iliĢkileri  baĢlangıçta  kiĢiler  ve  heyetler  üzerinden  oluĢturulmaya 
çalıĢılsa  da  tarafların  birbirlerini  tanıyacakları,  test  edecekleri  ve  ortaklık 
kuracakları  bir  coğrafyaya  ihtiyaçları  vardı.  Ayrıca  Türklere  gerekli  yardımın 
ulaĢması  için  ortak  sınıra  ihtiyaç  duyuluyordu.  Bütün  bunların  gerçekleĢmesi 
için  en  stratejik  alan  ise  Nahçıvan  bölgesiydi.  1920  yılı  itibariyle  bölge  Türk 
askerinin korumasındaydı  ve aynı  yılın  27  Nisan’ın da Kızılordu, Demokratik 
Azerbaycan  Cumhuriyetinin  istiklaline  son  vererek  daha  güneye  inmeye 
baĢlamıĢtı. Mustafa Kemal ve Doğu’daki  Türk  komutanı  Kazım Karabekir bu 
fırsatı  kaçırmak  istemedi.  Bu  anlamda  BolĢevik  kuvvetleri  Nahçıvan’a  davet 
edildi. Böylece hem sınırdaĢ olunacak ve hem de gerekli yardım alınabilecekti. 
Nitekim Nahçıvan’a ulaĢan Kızıl Alay’ın açtığı yoldan gelen 500 kg civarındaki 
altın, hemen Anadolu’ya gönderilmiĢti. Türk ve Kızıl kuvvetlerin Nahçıvan’da 

Tezislər 
 
49 
buluĢması  ve  bir  birlerini  selamlamaları,  iliĢkilerin  geliĢimi  açısından  çok 
kıymetliydi. Türk tarafı özellikle Sovyet Rusya’nın dostluğunu elde etmek için, 
BolĢeviklere hoĢ  gözükmeye çalıĢıyor, aslında  hiçte bünyesine uymayacak bir 
tavra  giriyordu.  Nitekim  Türk  askerinin  de  artık  kızıl  amblemler  taĢıması, 
ismini  değiĢtirmesi  ve  BolĢevik  söyleme  bürünmesi  çok  dikkat  çekici  bir 
durumdu. Ġki tarafta Nahçıvan’daki iliĢkilerinin genel dostluğu Ģekillendireceği 
kanaatindeydi  ve  özellikle  Türk  tarafı  bu  açıdan  çok  dikkatli  ve  programlı 
hareket ediyordu. 
Anahtar kelimeler: Osmanlı Türkleri, Türk-Sovyet iliĢkileri, Kazım 
Karabekir, Nahçıvan 
 
 
NAXÇIVANIN DEMOQRAFĠYA TARĠXĠ 
 (1920-ci ildən müasir dövrədək) 
KƏRĠM ġÜKÜROV 
Azərbaycan Milli Elmlər Akademiyası 
kkshukurov@mail.ru 
 
Naxçıvanın  siyasi,  sosial-iqtisadi  və  mədəniyyət  tarixinin  öyrənilməsi 
sahəsində  mühüm  elmi-tədqiqatlar  aparılmıĢdır.  Demoqrafiya  tarixi  sahəsində 
isə  hələlik,  kompleks  araĢdırmalar  yoxdur.  Demoqrafiya  tarixinin  mərkəzi 
məsələsini  əhalinin  yeniləĢməsindəki  (təkrar  istehsalındakı)  dəyiĢikliklər, 
onların  xarakteristikası  və  əsas  meyllərinin  müəyyənləĢdirilməsi  təĢkil  edir. 
Bununla eyni zamanda, əhalinin say dinamikası, yerləĢməsi, tərkibi, miqrasiyası 
və  s.  əhali  problemlərinin  öyrənilməsi  də  vacib  məsələlərdəndir.  Demoqrafik 
amillərin  tarixdə  rolunun  müəyyənləĢdirilməsi  də  demoqrafiya  tarixinin 
predmetinə daxildir. 
Naxçıvanın  muxtar  statusu  onun  demoqrafiya  tarixinin  Azərbaycanın 
tərkib  hissəsi  olmaqla  yanaĢı,  müəyyən  xüsusiyyətlərə  malik  olmasını 
ĢərtləndirmiĢdir.  Bu  baxımdan  Naxçıvanın  demoqrafiya  tarixinin  xüsusi 
tədqiqat  obyekti  kimi  ayrılması  elmi  baxımdan  zəruruidir.  Tədqiqatın  mənbə 
bazasını  əhali  siyahıya  almalarının,  əhalinin  təbii  və  mexaniki  hərəkətinə  dair 
cari  statistikanın  materialları  və  digər  tarixi-demoqrafik  qaynaqlar  təĢkil  edir. 
Tədqiqat  zamanı  tarixi-müqayisə  və  demostatisk  metodlardan  (əmsal  və  s.) 
istifadə olunur.  
Aparılan  araĢdırmalar  nəticəsində  1920-ci  ildən  müasir  dövrədək 
Naxçıvan əhalisinin say dinamikası, yerləĢməsi və tərkibi müəyyənləĢdirilir, ilk 
dəfə  olaraq  demoqrafik  keçid  nəzəriyyəsinə  əsasən  əhalinin  yeniləĢməsinin 
tarixi tipləri araĢdırılır. Naxçıvan tarixində demoqrafik faktorun rolu göstərilir. 
Naxçıvanın  demoqrafiya  tarixinin  öyrənilməsi,  bütövlükdə  Naxçıvan  tarixinin 
də daha dərindən dərk edilməsinə ciddi dəstək verir. 
Açar sözlər: demoqrafiya tarixi, Naxçıvan, miqrasiya, əhalinin tərkibi, 
doğum, ölüm, nikah, demoqrafiya siyasəti 

Beynəlxalq  İpək Yolu  
 
 
50 
ĠRƏVAN BÖLGƏSĠNDƏ ƏHALĠNĠN DEMOQRAFĠK VƏZĠYYƏTĠ, 
YERLƏġMƏSĠ, ETNĠK TƏRKĠBĠ 
(XIX YÜZĠLLĠYĠN ƏVVƏLLƏRĠNDƏ) 
ĠBRAHĠM KAZIMBƏYLĠ 
―Naxçıvan‖ Universiteti 
Ġbrahimkazımbeyli@gmail.com 
 
Tarixi  Azərbaycan  ərazisi  olan  Ġrəvan  bölgəsi  bəhs  olunan  dövrədək 
əhalinin  mütləq  əksəriyyətinin  aborogen  əhali  olan  azərbaycan  türklərinin 
doğma əzəli vətəninin bir hissəsini təĢkil edirdi. 
Ġlkin  Orta  əsrlər  dövründən  etibarən  tarixi–ipək  yolunun  keçdiyi 
ərazilərdən  olan  qədim  mədəniyyət  və  siyasi  mərkəz  kimi  Ġrəvan  bölgəsinin 
yer-yurd adları bütövlükdə azərbaycanlılarla bağlıdır. 
Cənubi  Qafqazda  ikinci  bir  xristian  səddinin  yaradılması  Çar 
Rusiyasının  geniĢmiqyaslı  strateji  planına  salındığından,  XIX  yüzilin  I 
yarısından  baĢlayaraq  digər  ərazilərimizdə  olduğu  kimi  bu  bölgəmizdə  də 
demoqrafik  situasiyanı  öz  məqsədlərinə  uyğun  dəyiĢdirməyə  baĢladılar. 
Erməniləri kütləvi Ģəkildə köçürərək doğma yurd yerlərimizin ən səfalı (xəzinə 
torpaqlarında  –  Ġ.K.)  yerlərində  yerləĢdirdilər,  bu  köçürmə  iĢi  100  ilə  qədər 
müxtəlif formalarda davam etdirildi. 
Azərbaycan türkləri isə zaman-zaman öz doğma torpaqlarından didərgin 
salındı. Ərazimizin bir hissəsində qondarma ―Ermənistan‖ dövləti yaradıldı. 
 
Açar sözlər: Ġrəvan, bölgə, əhali, demoqrafiya, yerləĢmə, etnik tərkib 
 
 
BÖYÜK DÖVLƏTLƏRĠN CƏNUBĠ QAFQAZ SĠYASƏTĠNDƏ 
NAXÇIVAN(XX yüzilliyin əvvəllərində
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin