Açar sözlər: müqavilə, silahlı mübarizə, fanatizm, qüsurlar, məqalə,
felyeton
XVII-XVIII ƏSR AZƏRBAYCAN ƏDƏBĠYYATININ EPĠK ġEĠR
NÜMUNƏLƏRĠNDƏ SÜJET QAYNAQLARI
ELXAN NƏCƏFOV
Gəncə Dövlət Universiteti
elxan_necefov@mail.ru
Çoxəsrlik tarixə malik ədəbiyyatımız dünya ədəbiyyatının tərkibində
özünəməxsus zənginliyi ilə seçilir. Ədəbiyyatımız daha çox özündə Ģərq
ədəbiyyatının təsirlərini yaĢadır. Burada diqqəti daha çox cəlb edən süjet
ortaqlığıdır. Ortaq süjetlər üzərində qurulan fərqli əsərlər özünəməxsusluğu ilə
diqqəti cəlb edir. XVII-XVIII əsr sənətkarları əsərlərinin süjetlərinə görə nə
qədər Füzulinin təsiri altında olsalar da, hind ədəbiyyatından və ərəb-müsəlman
ədəbiyyatından da mükəmməl Ģəkildə faydalanıblar. ġərq ədəbiyyatında dərin
iz buraxan ―Bəxtiyarnamə‖, ―Tutinamə‖, ―Sindibadnamə‖, ―Həzar əfsanə‖,
―Yüz bir gecə‖, ―Min bir gecə‖, ―Yeddi vəzirin hekayəti‖, ―Qırx vəzirin
Tezislər
135
hekayəti‖ nağılları bizim ədəbiyyatımızda oxĢar əsərlərin yaranmasına səbəb
ola bilmiĢdir. Bir çox bədii sənət nümunələrimiz bu əsərlərin təsiri ilə yazılıb.
Bütün bu əsərlər təkcə Azərbaycan ədəbiyyatının deyil, Orta Asiya,
yaxın və uzaq Ģərq ölkələrinin ədəbiyyatında dərin izlər buraxmıĢdır. Özü-
özlüyündə böyük bir zaman kəsiyini əhatə edən bu əsərlər uzun müddət bir çox
söz sənətkarlarının yaradıcılığında süjet qaynağı olaraq istifadə edilmiĢdir. Bu
əsərlərin olduqca mühüm ortaq cəhətləri var:
1. Əsərlər ideyaca tam olsa da, tərkibində müxtəlif süjetlər əsasında qurulmuĢ
hekayə, nağıl və əhvalatlardan ibarətdir;
2. Əsərlərin hamısı, əsasən, nikbin sonluqla bitir;
3. Əsərdə nağıllar və digər hekayələr hansısa obrazın dilindən söylənilir;
4. Əsərlərin hamısı əxlaqi-didaktik mahiyyəti ilə diqqəti cəlb edir;
5. Əsərlərin bəzisi islamdan daha əvvəl yaranmıĢ süjetlərə malik olsa da,
hamısında islam dininin mənəvi dəyərləri daha çox qorunur.
Haqqında bəhs etdiyimiz bu kimi qiymətli əsərlər Azərbaycan
ədəbiyyatına təsirsiz olmayıb.
Əslində, hər hansı əsər əsasında yeni bir əsərin yaranması Azərbaycan
ədəbiyyatında XII əsrdən sonra müĢahidə edilməkdə idi. Buna ən bariz nümunə
―Leyli və Məcnun‖ poemaları ola bilər. Ġlk dəfə Nizaminin epik Ģeir nümunəsi
kimi ortaya qoyduğu bu əsərdən çox sənətkarlar təsirlənib və fərqli əsərlər
yazıblar. Bu əsərlərin içərisində daha mükəmməl süjetə və fərqliliyə malik olanı
isə M.Füzulinin ―Leyli və Məcnun‖ poeması olub. Bundan sonra yazılan ―Leyli
və Məcnun‖larda isə Füzuli təsiri daha çox duyulur. Deməli, ədəbiyyatımızda
eyni süjetin əsasında yeni əsərlər yaratmağın möhtəĢəm bir ənənəsi var. XVII-
XVIII əsrlərdə isə bu süjet axtarıĢı sərhədlərini daha da geniĢləndirib. Bu
dövrdə Fədai Təbrizi ―Bəxtiyarnamə‖ (―On vəzir‖) əsərini ―Sindibadnamə‖nin
üzərində qurub. Ənənəvi mövzuda yazılsa da, əsər ideya-bədii baxımdan
orijinallığı ilə də seçilir. Əslində bu orijinallığın əsas səbəblərindən biri də
həmin mövzuya Azərbaycan ədəbiyyatında daha qədimdən mövcud olan
süjetləri və mövzuları daxil etməsidir. Belə ki, ―Bəxtiyarnamə‖ əsərində Nizami
Gəncəvinin ―Sirlər xəzinəsi‖ əsərinin təsiri güclü olub. Fədai burada da
orijinallıq yarada bilib. O, Nizamidən fərqli olaraq, Ģahların yenidən tərbiyə
olunması məsələsini deyil, xalq içərisindən çıxmıĢ bir insanın hökmdar olması
ideyasını irəli sürür. Ümumilikdə, ―Bəxtiyarnamə‖ poeması ―Dəhnamə‖,
―Sindibadnamə‖, ―Tutunamə‖ və bir az da ―Sirlər xəzinəsi‖ əsərlərinə çox
oxĢayır.
Göründüyü kimi, XVII-XVIII əsrlərdə ədəbiyyatımız Ģərq ədəbiyyatının
zəngin irsi olan əsərlərdən bəhrələnməklə, özünün orijinallığını qoruyaraq
dünya ədəbiyyatına dəyərli əsərlər bəxĢ etmiĢdir. Sözsüz ki, bu əsərlər də
özündən sonrakı ümumĢərq ədəbiyyatına təsir etmiĢdir.
Açar sözlər: Ortaq süjet xətləri, Azərbaycan ədəbiyyatı,
―Bəxtiyarnamə‖, ―Tutinamə‖, ―Sindibadnamə‖, ―Min bir gecə‖
Beynəlxalq İpək Yolu
136
TÜRK XALQLARI ƏDƏBĠYYATġÜNASLIĞININ BƏZĠ
ÖZÜNƏMƏXSUSLUQLARI
ANAR ABUZƏRLĠ
―Naxçıvan‖ Universiteti
anar_abuzerov@mail.ru
QloballaĢma dövründə, habelə, informasiya və kommunikasiya
texnologiyalarının sürətli inkiĢaf etdiyi bir Ģəraitdə sivilizasiyalararası əlaqələr
xüsusi aktuallıq daĢıyır. Elmi mühitin, xüsusən gənc alimlərin yaradıcılığının
yeni istiqamətlərinin geniĢ perspektiv qazanması da bu mühüm amillə sıx
bağlıdır.
Azərbaycanda, onun tərkib hissəsi olan Naxçıvanda gənc alimlərin
yaradıcılıq qabiliyyətlərinin inkiĢafına, dünya sivilizasiyasına inteqrasiya
olunmasına geniĢ Ģərait yaranmıĢdır.
Sivilizasiyalararası əlaqələrin möhkəmlənməsi bütün elm sahələrində
ciddi potensialın yaranması, möhkəmlənməsi deməkdir.
Naxçıvan Muxtar Respublikasında son illər ədəbiyyatĢünaslıq elminin
sürətli inkiĢafında qardaĢ türk xalqları ədəbiyyatĢünaslığının qarĢılıqlı
araĢdırılıması, ciddi müqayisələrin aparılması əhəmiyyətli rol oynamıĢdır.
Bu yönümdən iki istiqamət diqqəti cəlb edir:
1.
Müxtəlif türk xalqlarına məxsus ədəbiyyatĢünaslıq əsərlərinin dünya
filoloji fikrinin nailiyyətləri kimi öyrənilmasi;
2.
Naxçıvanda ədəbiyyatĢünasların araĢdırmalarında bu nailiyyətlərin
nəzəri-metodoloji əsaslar kimi qəbul edilməsi.
Prof.dr Y.Akpınar görkəmli ədəbiyyatĢünas akademik Ġsa Həbibbəyliyə
həsr etdiyi məqaləsində Ġsa müəllimin türk xalqları ədəbiyyatı ilə bağlı
fədakarlıqları barədə yazır: ―Bu kimi fədakarlıqlar, dəstəklər sayəsində
Azərbaycan dili, tarixi, ədəbiyyatı və s. haqqında bəzi kitablar yazıldı,
araĢdırmalar aparıldı. Onun bəzi kitabları da Ərzurumda nəĢr olundu‖. Bütün
bunlar da türk xalqları ədəbiyyatĢünaslığında yeni istiqamətlərin yaranmasında
əhəmiyyətli faktorlardır. Əlbəttə, qarĢılıqlı əlaqələr ədəbiyyatĢünaslığın
təkamülünə ciddi təsir göstərir. Akademik sonet janrından bəhs edərkən bu
janrın bizim ədəbiyyata gəliĢinin iki yolundan söz açır və bu yollardan birini
Türkiyə ilə əlaqləndirir.
Türkmən ədəbiyyatĢünaslığında ‖Kitabi-Dədə Qorqud‖un araĢdırılması
ilə bağlı ciddi ənənələr qazanılmıĢdır. Azərbaycanlı ədəbiyyatĢünaslar
akademik Ġsa Həbibbəyli, professor Məhərrəm Cəfərli, filologiya elmlər
doktoru Yusif Səfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayev
və baĢqaları ―Kitabi-Dədə Qorqud‖la bağlı araĢdırmalarında öz türkmən
həmkarlarının fikirlərinə də istinad etmiĢ, maraqlı müqayisələr aparmıĢlar.
M.Kosayevin, B.Kazzıyevin, A.Rəhmanovun, R.Rəcəbovun, A.AĢurovun və
baĢqalarının adları Naxçıvanda yaxĢı tanınır, onların yaradıcılıq uğurları
Tezislər
137
diqqətlə izlənilir. Bu həm də ədəbi əlaqələrin geniĢlənməsi üçün məhsuldar
zəmindir.
ƏdəbiyyatĢünaslıqda aktual problemlərdən biri də ġərq və Qərb
məsələsidir. Türk xalqlarının tarixi və mənəvi həyatının ġərq və Qərblə
bağlılığı məsələlərinə toxunarkən azərbaycanlı alimlər qardaĢ türk xalqlarının
elmi-nəzəri fikrinə də istinad edirlər.
Tatar Ģairi Tukayın yaradıcılığı bu baxımdan geniĢ araĢdırmalara zəmin
yaradır. Bu görkəmli Ģairin yaradıcılığını araĢdırarkən azərbaycanlı
ədəbiyyatĢünaslar özbək həmkarlarının da tədqiqatlarına həssaslıqla
yanaĢmıĢlar.
Sadıq Turalın rəhbərliyi ilə Atatürk Kültür Mərkəzində hazırlanan
çoxcildlik ―Türk dünyası ədəbiyyatı tarixi‖ Naxçıvanda da çox ciddi rezonans
doğurmuĢdur.
Tədqiqatlarda da göstərildiyi kimi, bu kitab üçün seçilmiĢ prinsiplər
bütün Türk Dünyası üçün, ayrı-ayrı türk respublikaları üçün bir örnəkdir.
Naxçıvanlı ədəbiyyatĢünaslar bu kitaba əsaslanaraq qeyd edirlər ki, türk
xalqlarının söz yaradıcılığının özünəməxsus cəhətləri Naxçıvanda yaranan bədii
ədəbiyyat nümunələrində çox qabarıqdır, bu isə ilk növbədə, həyatımızın, milli
dəyərlərimizin, məiĢətimizin, adətlərimizin eyni kökdən qaynaqlanması ilə
bağlıdır.
Mədəniyyətlərin dialoqu kontekstində aparılan araĢdımalar elmi-nəzəri
fikrin inkiĢaf tarixində mühüm bir mərhələni təĢkil edir.
Bu mərhələ isə çox ciddi elmi nəticələrin, sivilizasiyaların reallaĢması
ilə mühüm hadisəyə çevrilir. Bu zəmində gənc alimlər arasında əlaqələr
geniĢləndirilir, yeni-yeni tədqiqat istiqamətləri müəyyənləĢdirilir, bu yöndə iĢlər
daha da təkmilləĢdirilir.
Açar sözlər: Azərbaycan, Naxçıvan Muxtar Respublikası, ‖Kitabi-Dədə
Qorqud‖, qloballaĢma
MƏMMƏD SƏĠD ORDUBADĠ YARADICILIĞINA ġƏRQ VƏ QƏRB
KONTEKSTĠNDƏN BAXIġ
NƏRGĠZ ĠSMAYILOVA
AMEA Naxçıvan Bölməsi
nergiz.ismayilova@hotmail.com
Məmməd Səid Ordubadi Naxçıvanın inkiĢaf yolunda qılınc ilə birlikdə
qələmin də vuruĢması, ictimai-siyasi hadisələrdə qalibiyyətin əldə olunmasında
təkcə qılıncın deyil, həmçinin qələmin də rolu olduğunu göstərirdi.
Ordubadinin ―Ġki çocuğun Avropaya səyahəti‖ əsərində ġərq-Qərb
müqayisəsi yolu ilə milli oyanıĢa, dirçəliĢə çağırıĢ motivi öz əksini tapmıĢdır.
Müxtəlif Avropa ölkələrindən göndərilmiĢ 10 məktub əsasında qurulmuĢ bu
Beynəlxalq İpək Yolu
138
əsərdə hər ölkənin paytaxtının ümumi mənzərəsi ilə yanaĢı, həm də
məmləkətlərin ən səciyyəvi xüsusiyyətləri diqqət mərkəzinə çəkilir. ―Ġki
çocuğun Avropaya səyahəti‖ əsəri XX əsrin əvvəllərində Azərbaycan
oxucusunda Avropa mühiti, Qərb ölkələrinin inkiĢaf səviyyəsi barədə gerçək
təsəvvürlərin formalaĢmasına imkan yaradır. M.S.Ordubadinin yaradıcılığında
Ġran və Cənubi Azərbaycan mövzusu geniĢ yer tutur. Onun mövzusu Ġran
həyatından götürülən ―Bədbəxt milyonçu‖ romanı da son dərəcə maraqlıdır.
Fransada təhsil alıb Təbrizə qayıdan Rzaqulu xan böyük arzularla yaĢayır. O,
Təbrizdən Tehrana dəmir yolu çəkdirmək, mütərəqqi ruhlu qəzet nəĢr etdirmək,
məktəblər və müalicəxanalar açmaq, xalqın rifah halını yaxĢılaĢdırmaq istəyir.
Onun övladları da atası kimi maarifçidirlər, onlar da Avropa təhsili görmüĢlər.
Məmməd Səid Ordubadinin tarixi romanlarında Qərb və ġərq qadını
müqayisə edilir. ―Dumanlı Təbriz‖ tarixi romanı (1933-1938) isə Azərbaycanda
milli azadlıq hərəkatının tarixini ən sistemli Ģəkildə əks etdirən romanlardandır.
ġərq və Qərbin sintezi Ģəklində əsaslandırılan hadisələr və hadisələrə fərqli
baxıĢ Ģəkli romanı daha da qiymətli edir.
Nəticə olaraq qeyd edə bilərik ki, Naxçıvanda yaranan ədəbiyyatda hər
zaman qədim ġərqə və yeni dünya adlandırılan Qərbə xüsusi rəğbət və meyil
olmuĢdur. Bu kimi faktorların bu və ya digər Ģəkildə təsiri nəticəsində
Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatının müasir düsturlarını mükəmməl
olaraq mənimsədiyini ortaya qoydu.
Açar sözlər: Məmməd Səid Ordubadi, ġərq, Qərb, roman, Naxçıvan
ədəbi mühiti, müqayisə
AZƏRBAYCANLILARIN SOYQIRIMI BƏDĠĠ ƏDƏBĠYYATDA
SAMĠRƏ KƏRĠMOVA
AMEA Ədəbiyyat Ġnstitutu
Akademiya-elm@rambler.ru
Bildiyiniz kimi, bəĢəriyyət tarixin müxtəlif mərhələlərində etnik təmizləmə
siyasəti və soyqırımı kimi cinayətlər törədilmiĢdir. Azərbaycan və Cənubi
Qafqaz tarixinə nəzər saldıqda XIX-XX əsrlərdə bir çox dövlətlərin, xüsusilə
Fransa, Ġngiltərə və Rusiyanın geosiyasi maraqlarının toqquĢması kontekstində
ortaya atılan ―erməni məsələsi‖ ilə bu bölgədə günahsız insanlara qarĢı
törədilmiĢ soyqırımların əsas səbəbkarlarının ermənilər olduğunu görürük.
Ermənilərin Qafqaz regionuna köçürülməsi və bu siyasətin acı nəticələrindən
biri kimi türk-müsəlman əhaliyə qarĢı həyata keçirilən soyqırımı cinayətləri
Türkiyənin ġərqi Anadolu hissəsində olduğu kimi Cənubi Qafqaz regionunda
da azərbaycanlılara qarĢı törədilmiĢdir. Beləliklə, XX əsrin əvvəllərində
Azərbaycanın və Cənubi Qafqazın tarixi daha çox qanlı faciələr dövrü kimi
yadda qalmıĢdır.
Tezislər
139
Qeyd edək ki, XX əsrin birinci yarısında ermənilərin Azərbaycan türklərinə
qarĢı törətdikləri soyqırımlarına dair kifayət qədər faktlar həmin dövrün
mətbuat orqanlarında öz əksini tapmıĢ, arxiv sənədləri arasında yer almıĢdır.
Faktların təkcə mətbuatda deyil, həm də bədii ədəbiyyatda ifadəsi və aĢkar
edilməsi soyqırım mövzusunun bədii ədəbiyyatda iĢlənməsi ilə bağlı elmi-
tədqiqat iĢinin aparılmasının aktuallıq və vacibliyini ortaya qoymuĢdur.
Azərbaycan Prezidenti cənab Ġlham Əliyev qeyd etmiĢdir ki, ―...erməni faĢizmi
Azərbaycan alimləri tərəfindən daha geniĢ Ģəkildə tədqiq edilməlidir. Hesab
edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır‖.
Prezidentin bu sözləri tariximizin qaranlıq səhifələrinə iĢıq salmaq, aydınlıq
gətirmək, xüsusilə azərbaycanlıların soyqırımı haqqında daha ətraflı, yeni
məlumatların əldə olunması kimi məqsədlər qarĢıya qoyur.
Ermənilər tərəfindən Azərbaycanın müxtəlif ərazilərində - Bakı, Naxçıvan,
Ordubad, Qarabağ, Qazax, Quba, ġamaxı və Xocalıda soyqırımlar
törədilmiĢdir. Ağır məhrumiyyətlərə və iĢgəncələrə məruz qalan insanların acı
taleyi tariximizin səhifələrində dərin izlər salmıĢdır. Təəssüflər olsun ki, tarixi
mənbələrdə həmin hadisələrə dair az sənəd qalmıĢdır. ancaq bu hadisələr
M.S.Ordubadinin "Qanlı sənələr" romanı, Cəfər Cabbarlının ―1905-ci ildə‖
dramı, M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası"
əsərlərində öz əksini tapmıĢdır. Bundan baĢqa, Mirzəbala Məmmədzadə, Seyid
Hüseyn, Abdulla ġaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd
Əmin Rəsulzadə, Mirzə Bağır Əliyev və baĢqa ziyalılar da bu mövzuya
müraciət etmiĢlər.
Açar sözlər: soyqırım, bədii ədəbiyyat, cinayət, erməni məsələsi
BÖYÜK ƏDƏBĠYYATIN ƏBƏDĠ KARVAN YOLUNDA: CƏLĠL
MƏMMƏDQULUZADƏDƏN ÇĠNGĠZ AYTMATOVADƏK
MEHMAN HƏSƏNOV
AMEA Ədəbiyyat Ġnstitutu
mehman.hesen@gmail.com
XIX əsr Azərbaycan ədəbiyyatında formalaĢan maarifçi realizm və onun
görkəmli nümayəndələri nəinki ölkə sərhədləri daxilində, bütövlükdə müsəlman
ġərqində mütərəqqi ideya və istiqamətləri ilə seçilmiĢlər. Azərbaycan
dramaturgiyasının və realist bədii nəsrinin banisi Mirzə Fətəli Axundzadənin
yaradıcılığı dövrün möhtəĢəm tarixi hadisəsi idi. Əsası M.F.Axundzadə
tərəfindən qoyulan dramaturgiya və realist bədii nəsr XIX əsrin sonu XX əsrin
əvvəllərində zəngin bədii yaradıcılıq üçün əsasa çevrildi. Həmin zəngin
ədəbiyyatın qüdrətli yaradıcılarından biri, heç Ģübhəsiz ki, Cəlil
Məmmədquluzadə olmuĢdur. Onun qələmindən çıxan ―Ölülər‖ nəinki
Azərbaycanda, bütün ġərqdə cəhalətə qarĢı mübarizədə bir ordudan çox iĢ
Beynəlxalq İpək Yolu
140
görmüĢdür. ―Azərbaycan‖ məqaləsi böyük mənada azərbaycançılığın
manifestinə çevrilmiĢdir. Cəlil Məmmədquluzadə yaradıcılığı ilə özündən
əvvəlki ənənəni inkiĢaf etdirərək öz novatorluğu ilə gələcək nəsil üçün əsl
örnəyə çevrilə bilmiĢdir.
Cəlil Məmmədquluzadənin yaradıcılığı Azərbaycanla ortaq taleyi
bölüĢən digər türk xalqlarının ədəbiyyatlarına ciddi təsir göstərmiĢdir. ―Ölülər‖
pyesi rus dilinə çevrilərək ―Turan‖ truppası tərəfindən dəfələrlə Türküstanda
nümayiĢ
etdirilmiĢ
və
türk
xalqlarının
maariflənməsində
Cəlil
Məmmədquluzadənin hekayə, povest və felyetonları əvəzsiz rol oynamıĢdır. 50-
ci illərdə ədəbiyyata gələn və dünya ədəbiyyatında yeni epoxanı yaratmağa nail
olan qırğız yazıçısı Çingiz Aytmatov öz sələflərindən söz açrakən Cəlil
Məmmədquluzadənin yaradıcılığından böyük məhəbbətlə bəhs etmiĢdir. 1967-
ci il mayın 29-da Moskvada Cəlil Məmmədquluzadənin 100 illik yubileyində
çıxıĢ edən Çingiz Aytmatov böyük rəğbətlə Cəlil Məmmədquluzadə haqqında
çıxıĢ edərək ondan nəsr və dram əsərlərindəki yığcamlığı, dil saflığını, fikri
aydın ifadə etmək bacarığını öyrəndiyini fəxrlə vurğulamıĢ və ədibi türkdilli
ədəbiyyatda realist nəsr məktəbinin banisi adlandırmıĢdır. Ardından Bakıya
gələn Çingiz Aytmatov yubiley tədbirində çıxıĢ etmiĢ, dövrü mətbuatda ―ġərqin
böyük sənətkarı‖, ―Müdrik söz ustası‖ (―Ədəbiyyat və Ġncəsənət‖ qəzeti),
―Böyük ustad‖ (―Bakinski raboçi‖) məqalələri ilə böyük ədib haqqında
düĢüncələrini bölüĢmüĢdür. Çingiz Aytmatov ―ġərqin böyük sənətkarı‖
məqaləsində yazırdı: ―O, realist, müasir yazı üslubunun, müasir nəsr
formalarının banilərindən biridir. Heyrətli yığcamlıq, sadəlik və qüvvət onun
nəsrinin əsas xüsusiyyətlərindəndir. Bunu biz ―DanabaĢ kəndinin əhvalatları‖
povestində, bir silsilə gözəl hekayələrində, xüsusən kamil formaya malik olan
―Poçt qutusu‖, ―KiĢmiĢ oyunu‖ kimi hekayələrində duyuruq. Bax, hekayəni bu
cür yazarlar! Komediya, faciə və dram ünsürlərinin üzvü Ģəkildə birləĢdiyi
―Ölülər‖ pyesi nə qədər gözəl və cazibədardır‖.
Xalq yazıçısı Anar sələflərindən bəhs edərkən 60-cılar nəslinin baĢ
müəlliminin Cəlil Məmmədquluzadə və daha sonrakı mərhələdə Çingiz
Aytmatov və Ġsa Hüseynov olduğunu vurğulamıĢdır. Bu məqam böyük
ədəbiyyat yolunda iki qüdrətli sənətkarı birləĢdirir və özündən sonrakı nəsillərin
cəsarətli yaradıcılığı üçün zəmin hazırlayır.
Açar sözlər: Cəlil Məmmədquluzadə, Çingiz Aytmatov, Ölülər, hekayə
Tezislər
141
H.CAVĠDĠN “ĠBLĠS” ƏSƏRĠNDƏ MĠFOLOJĠ DÜġÜNCƏ VƏ
ÜMUMBƏġƏRĠ ĠDEYA
GÜLNAR OSMANOVA
AMEA Folklor Ġnstitutu
gulnar_osmanova@list.ru
Qədim Naxçıvan torpağında dünyaya göz açan böyük Ģair-dramaturq
Hüseyn Cavid və onun sənəti ədəbiyyatĢünasların həmiĢə diqqət mərkəzində
olmuĢ, onun yaradıcılığına, xüsusən dramaturgiyasına bir çox tədqiqatlar və
monoqrafiyalar həsr edilmiĢdir. Ədibin yaradıcılığının bu qədər çox
öyrənilməsinə baxmayaraq, onun sənəti həmiĢə yeni söz, yeni fikir demək
imkanı verir. Cavidin yaradıcılığı bu günümüz üçün də çox böyük əhəmiyyət
kəsb edir. Çünki ədibin yaratdığı əsərlərdəki türkçülük, turançılıq ideyaları,
tarixə bu günün reallıqları ilə yanaĢmalar çağdaĢ ədəbiyyatĢünaslara yeni-yeni
fikirlərə və qənaətlərə gəlmək üçün əsas verir. Yaradıcılığında kifayət qədər çox
istifadə etdiyi romantik kinayə vasitəsilə yaĢadığı cəmiyyətin eybəcərliklərini
tənqiddən çəkinməyən Cavid dəyərlərimizə sədaqət, millətimizə mədəniyyət
aĢılayır.
Qeyd edək ki, H.Cavid özündən əvvəlki tarixi, fəlsəfəni, mədəniyyəti və
ədəbi prosesi dərindən öyrənən və əsasən, dünyəvi məsələləri həll etməyə
çalıĢan bir sənətkar idi. Bunun nəticəsidir ki, H.Cavidin ―Ġblis‖ mənzum faciəsi
öz orijinallığı, fəlsəfi dəyəri, problemin hərtərəfli tədqiqi baxımından
Ġ.V.Hötenin ―Faust‖, C.Bayronun ―Qabil‖, M.Y.Lermontovun ―Demon‖,
K.Marlonun ―Doktor Faustun faciəli taleyi‖, F.M.Klinqerin ―Faust, onun həyatı,
fəaliyyəti və cəhənnəmə atılması‖ əsərləri ilə bir səviyyədə dayanır. Odur ki, bu
əsər haqqında A.ġaiq belə demiĢdir: ―Cavidin bütün əsərləri içərisində ―Ġblis‖
qədər həyati və realist bir əsər yoxdur‖.
Sənətkar əsərdə mifoloji motivlərdən məharətlə istifadə etmiĢdir. Belə ki,
demonik obraz olan Ġblisi əsərinə qəhrəmanı seçməklə H.Cavid onun xalq
təfəkküründə məhz xtonik mənĢəli bir varlıq olaraq qəbul olunmasını, asanlıqla
dondan-dona girə bilməsini, yəni transformasiyaya – dönəlgəliyə uğramasını da
ustalıqla verə bilmiĢdir. Ġblis gözə görünməyən varlıqdır, xtonik zona ilə
bağlıdır, yeraltı ruhlar dünyası ilə əlaqəli bilgilərə sahibdir və insanları həmiĢə
pis iĢlərə sürükləyir. Lakin Ġblis əsərdə rəmzi səciyyə daĢıyan bir surətdir, yəni
dramaturq bütün sağlam düĢüncə sahibləri kimi Ġblis adlı, əlindən hər Ģey gələn,
dünyadakı bütün insanları vəlvələyə salmağa, zərərli duyğu və düĢüncələr
arasında sıxmağa, didməyə, çeynəməyə qadir olan bir qüvvə tanımır. H.Cavidin
məqsədi bu qeyri-real qüvvəni yox, insanların özlərinin arasında dolaĢan Ģər
qüvvələri ifĢa etməkdir. Ġblisi lənətləyə-lənətləyə özləri iblislik edənlərin
üstündəki məchulluq pərdəsini qaldırmaq, onların törətdikləri həm ―kiçik‖
miqyaslı (qısqanclıq üstündə adam öldürmək), həm də çox böyük, qlobal
miqyaslı cinayətlərin səbəbkarlarını göstərməkdir. Ġkinci qisim cinayətlərin
Beynəlxalq İpək Yolu
142
ölçüsü daha aydın və əyani təsəvvür edilsin deyə müəllif neçə-neçə ölkənin
ordularının iki qütbə bölünüb bir-biri ilə ölüm-dirim savaĢına qalxdıqları
Birinci dünya müharibəsinin epizodlarını canlandırır. Əsərin sonrakı
pərdələrində də ustalıqla əks etdirilmiĢ hadisələr əsasında oxucu və tamaĢaçı
görür və inanır ki, dünyada baĢ verən irili-xırdalı müharibələr də buraya daxil
olmaq Ģərtilə, bütün Ģər iĢlərin mifik və mövhumi qüvvələrə, o cümlədən də
Ġblisə heç bir dəxli yoxdur. Bununla belə, əsərin finalında baĢ vermiĢ
münaqiĢələrdən salamat qalan surətlər yenə də Ġblisi lənətləyir və təkidlə onun
cəzalandırılmasını tələb edirlər.
Dörd pərdəli faciə olan ―Ġblis‖ əsərinin mahiyyəti ondadır ki, əsər
oxucuda zülmə, Ģərə qarĢı nifrət oyadır və hər bir insanı vicdanının səsinə qulaq
asmağa vadar edir. ―Ġblis‖ oxucuya nə zamansa qarĢılaĢdığı iblis təbiətli
məxluqları xatırladır, fitnə toxumu səpən, baĢqalarının bədbəxtliyindən kam
alan bəzi çağdaĢlarımızı əsərin iĢığında aydın görmək olur. ―Ġblis‖ əsərinin
gücü bir də bundadır ki, insana öz daxili aləmini göstərir, onu öz xasiyyət və
xarakterini, hərəkət və adətlərini tənqidi surətdə nəzərdən keçirməyə sövq edir,
haradasa bir insan, yaxud hadisəyə münasibətdə vicdanının səsinə qulaq
asmadığı üçün onu təftiĢ edir, düzlüyə, fəal həyat mövqeyinə çağırır.
Fikrimizi Ümummilli liderimiz Heydər Əliyevin H.Cavid sənətinin
əbədiyaĢarlığı haqqında dediyi müdrik bir fikir ilə tamamlamaq istərdik:
―Xalqımız, millətimiz nə qədər yaĢayacaqsa, Hüseyn Cavid irsi də o qədər
yaĢayacaq və xalqımız ondan istifadə edəcək‖.
Dostları ilə paylaş: |