SİTUATİV PRAKTİKUM (qruplarla həyata keçirilir).Konkret hadisənin tədqiqini
əhatə edən üsuldur. Tədqiqat və nəticələrin çıxarılması mərhələsində tətbiq
olunur.Təfəkkür baxımından isə Məntiqi təfəkkürə əsaslanır. Məqsəd: konkret hadisənin tədqiqi, səbəblərinin araşdırılması, hadisənin təhlili, qavranılması, hadisədə baş verən problemlərin həlli yollaının axtarılması, səhvlərin müəyyənləşdirilməsi və həlli vasitəsilə tənqidi təfəkkürü stimullaşdıran tədqiqata əsaslanmış bir üsuldur. Problemin həllində aktiv və səmərəli iştirak
etmək ideyasını vurğulamaq üçün real situasiyalardan istifadə olunur.Müəllim
şagirdlərə həyatda tez-tez baş verən maraqlı situasiyaları və ya sinifdə ciddi
müzakirəyə ehtiyacı olan problemləri nəzərdən keçirməyi təklif edə bilər.Bu
usulun vasitəsilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olunur: Hadisənin
səmərəli həlli yollarını araşdırmaq ; Məntiqi və tənqidi təfəkkürü inkişaf
etdirmək;təhlil etmək , səhvləri müəyyənləşdirmək; Tədqiqatçı bacarıqlarını
araşdırmaq; Məlumatı sistemləşdirmək; Nəticə çıxarmaq və əsaslandırmaq.
Müəllim tərəfindən hadisə seçilir və nəzərdən keçirilən problemə dair situativ
praktikum hazırlanır.O hər hansı bir problemli vəziyyətə dair müzakirə üçün
məqsədyönlü sualları öncədən düşünməli və hazırlamalıdır.Şagirdləri hər biri 4-5
nəfərdən ibarət qruplara bölürlər.Hər qrup təklif olunan vəziyyətlərdən birini
müzakirə etməlidir.Şagirdlər hadisəni tədqiq edir və öz münasibətlərini bildirirlər.
Şagirdlərə kömək etmək üçün aşağıdakı sualları verin: Nə baş verdi? Mühüm elementlər hansılar idi? Faktların təqdimatında çatışmayan bir şey var idimi? Nə üçün maraqlı tərəflər bu cür hərəkət edirlər?.Bu mərhələdə iştirakçılar öz şəxsi
və subyektiv qavrayışlarına əsasən həll yollarını ifadə edirlər.Şagirdlərdən ilk
təəssüratlarını söyləməyi xahiş edin.Müəllim konkret hadisəyə yenidən qayıdır,
poblemlə bağlı bütün məlumatları nəzərdən keçirir , onu konsepləşdirir, qaydaya
salır və sistemləşdirir.Hadisənin həlli yolunda meydana çıxan lehinə\ əleyhinə olan
arqumentlərə münasibəti aydınlaşdırır.Qruplar öz işlərini bitirdikdən sonra sinifdə
ümumi müzakirə başlanır.Sonda şagirdlər hadisənin həlli üzrə son qərar verirlər,
başqa situasiyalar üçün də yararlı olan nəticələrə gəlirlər.Şərtlər: Auditoriyanın
bilik səviyyəsi( hadisə haqqında məlumat); Vaxt 35 dəqiqə; Vasitələr: Lövhə, iş
vərəqələri, kağız, flamaster, video, televizor(motivasiya mərhələsi üçün); Yarana