üsuldan həm mövzunun əvvəlində həm də sonunda istifadə olunur.Nümunə:
müəllim sözü qeyd edir, məsələn dairədə”Ailə” yazaraq şagirdlərdən
soruşur”Uşaqlar, ailə haqqında nələri söyləyə bilərsiniz?”Şagirdlərdə gəlib lazımi
əlamətləri yazırlar.Hər kəs öz fikrini bildirir.Nəticədə döğru fikirlər çıxarılır.Bu
üsulun məqsədi: -
təhliletmə bacarıqlarını və təhlil proseslərini inkişaf etdirmək; -
şagirdlərdə idrak fəallığı yaratmaq; - mövzunu öyrənməyə başlayarkən
mövzunun sonunda şagirdlərin yeni öyrəndiklərini aşkara çıxarmaq; -cisim vəya
hadisənin xüsusiyyətini müəyyənləşdirmək.Üsulun tətbiqinə isə 5-7 dəqiqə vaxt
ayrılır.
ROLLU OYUNLAR – (kiçik və böyük qruplarla həyata keçirilir).Taksanomiyanın
Tətbiq mərhələsində öz əksini tapır. Təfəkkür baxımından isə Tənqidi və yaradıcı
təfəkkürə əsaslanır.Dərsin motivasiya və ümumiləşdirmə mərhələsində tətbiq
olunur.Oyunlar daha maraqlı və səmərəli iş formasıdır.Bunun məqsədi təlim
materialının qavranılmasını və dərk edilməsini asanlıaşdırmaq, şagirdləri real
təhsildə və həyatda baş verən vəziyyətlərə hazırlamaqdır.Qeyri-müəyyənlik
şəraitində, yaradıcılıq
fəaliyyətində, real mühütin əsas cəhətlərinin təxəyyüldə
yaradıldığı vəziyyətdə qərar qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur.
Rollu oyunlar hər hansı problemə müxtəlif nöqteyi – nəzərdən yanaşmağı,
müxtəlif rollara girməyi tələb edir.Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq
və mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı verir.Müəllim əvvəlcə-
dən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır.Oyunun iştirakçılarını ehtiyatla
və ustalıqla seçmək lazımdır.Rolun ifası zamanı münaqişələrin yaranmasına yol
verilməməlidir.Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.Müəllim sinfi öz rollarını
ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa oynamağı, qalanlarına isə aktyorların
oyununu müşahidə etməyi tapşıra bilər.Oyunun sonunda şagirdləri ustalıqla
rollarından “çıxarmaq” vacibdir.Xeyli maraqlı və əyləncəli olan bu metodik üsul
digər fəal üsullardan fərqli olan əlavə imkanlar yaradır.Şagirdin bu oyundan əldə
etdiyi keyfiyyət –
emosional təəssüratdır.Bu metod şagirdlərin yalnız birbaşa
təcrübəsindən deyil, həm də simulyasiya edilmiş təcrübədən öyrənə bilməsinə
əsaslanır.
Simulyasiya - immitasiya, təqlid etmək, fəaliyyət və hadisələri yalandan
yaratmaq deməkdir.Hətta oyun arzuedilməz istiqamətdə getdikdə də oyunu baş
tytmuş hesab etmək olmaz.BU üsulun əsas məqsədi:
problemə digər adamın gözü
Dostları ilə paylaş: