meyillidirlər.
2.Məməlilər sinfinə
aiddir.
3.Xəzər dənizində yaşamır
2.Daha hansı dənizlərdə
yaşayırlar?
Deməli,son hissə isə dərsin əvvəlində deyil də, dərsin sonunda doldurulur.İLK iki
bölmədə qydiyyat dərsin əvvəlində, sonuncu bölmə isə dərsin ümumiləşdirmə və
nəticə mərhələsində aparılır.Üsulun tətbiqinə 10-15 dəqiqə vaxt ayrılır.Bu üsulun
əsas məqsədi: 1. Şagirdlərin mövzu barəsindəki əvvəlki təcrübəsini nəzərdən
keçirmək; 2. Şagirdin düşünməsini optimallaşdırmaq; 3. Əvvəlki bilik və təcrübə ilə
yeni biliklər arasında əlaqə yaratmaq; 4. Bilikləri müqayisə etməyə imkan vermək;
5. Şagirdlərdə idrqk fəallığı yaratmaq; 6. Problemin həlli yollarını araşdırmaq;
7. Məntiqi və tənqidi təfəkkürü inkişaf
inkişaf etdirmək; 8. Tədqiqat aparmaq
üçün düzgün strategiya müəyyənləşdirmək; 9.Təhlil etmə bacarığı inkişaf
etdirmək; 10.Şagirdlərin dərsdəki cavablarına əsasən sualları formalaşdırmağa
imkan vermək.Bu üsulun tətbiqi zamanı bu problemlər yarana bilər:
məlumat
azlığı, vaxtın uzanması, anlayışın çıtinliyi,.Üsulun tətbiqinə isə 10-15 dəqiqə
vaxt ayrılır.
BEYİN HƏMLƏSİ (ƏQLİ HÜCUM)
Əqli hücum üsullarından biridir.Taksanomoyanın
BİLMƏ mərhələsində öz əksini
tapır.Təfəkkür baxımından Haifizə və yaradıcı təfəkkürə əsaslanır.Dərsin motivasi-
ya, ümumiləşdirmə mərhələlərində tətbiq olunur.Motivasiyada ən yaxşı üsul - əqli
hücum və ya beyin həmləsidir. “Əqli hücum”- şagirdlərin fəallığının həvəsləndiril-
məsi və ideyaların sürətli generasiyası üsuludur.Bu üsuldan konkret problemin
həlli, ya da yeni mövzunun öyrənilməsi zamanı suala cavab axtarmaq üçün istifadə
oluna bilər.Hazırlanmış sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin
diqqətinə çatdırılır.Şagirdlər suallara əsasən fikirlərini bildirirlər.İlk ağıl gələn və
söylənilən bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır.Müəllim mümkün
qədər çox fikir toplamağa çalışır. Aparıcı
ideyalar müəllim tərəfindən
yekunlaşdırılır, şagirdlər artıq söylənilmiş ideyaları tənqadi baxımdanmtəhlil edir,
qiymətləndirir, mübahisə və əks – müsahibə aparır.Şagirdlər müzakirə olunan
problemin mümkün həlli üçün orjinal və ən yaxın ideyaları seçirlər.Bu ideyalardan
irəli gələn mümkün risk və ziddiyyətlər barəsində sərbəst müzakirə edirlər.Bu üsul
demək olar ki,hər dərs istifadə olunur.Bu üsulu tətbiq edən zaman “Əqli hücumun”
hansı problem üzrə aparılacağını qərarlaşdırın.Onu müxtəlif cavabları ola biləcək
sual şəklində foprmalaşdırın.Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş
edin.Şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq
səslənmiş ideyaları təkrarlaya bilməzlər.Şagirdləri fəallığa həvəsləndirin, lakin
onları ideyalarını bildirməyə məcbur etməyin.İdeyalalar tükənəndə “əqli
hücumu”dayandırın, bütün təklifləri nəzərdən keçirin və şagirdlərdən xahiş edin ki,
onların şərhini versinlər.Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin
iştirakı ilə bunları mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, yaxud
problemin həllinə kömək edən ideyaları seçmək mümkün olsun.Bu üsulun əsas
məqsədi:-.Problemin həlli yollarını araşdırmaq; -şagirdlərdə özünəinam hissini
stimullaşdırmaq; -şagirdlərdə məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirmək; -
şagirdlərdə yeni mövzuya maraq oyatmaq; - müstəqil düşüncəni inkişaf etdirmək;
-şagirdlərin sərbəstliyini; fikir azadlığını inkişaf etdirmək; -daha səmərəli həll yolu
tapılması ilə bağlı qərarlar qəbul etmək qabiliyyətini inkişaf etdirmək; -şagirdlərin
nəyi yaxşı, nəyi pis bildiklərini aydınlaşdırmaq.Üslubun tətbiqinə 10-15 dəqiqə
vaxt ayrılır.
Dostları ilə paylaş: