1. kurikulumun əsaslari


 Dəstəkləyici mühitin yaradılması—



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə13/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   9   10   11   12   13   14   15   16   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

6. Dəstəkləyici mühitin yaradılması— pedaqoji prosesin münasib maddi –texniki 
baza əsasında və sağlam mənəvi – psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və 
səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır. 
Məsələn, məktəbin maddi texniki bazası olub da, savadlı kadrları yoxdursa, orada 
dəstəkləyici mühit alınmaz. Və yaxud da əgər siniflər avadanlıq və vəsaitlərlə tam 
təchiz olunmayıbsa, orada əlverişli mühit çox çətinliklə yaranar.Deməli
dəstəkləyici mühitin yaradılması üçün maddi və mənəvi psixoloji mühit düzgün 
qurulmalıdır.Çünki şagirdə nə qədər dəstək olsaq, bir o qədər nəticə götürə bilərik. 
2. Təlim formaları(iş formaları)— Əvəllcə qeyd etmək lazımdır ki, “təlimin 
formaları” və ” iş formaları” eyni mənanı bildirirlər.Yəni, təlim forması və ya iş 
forması ikisi də doğru anlayışdır və ikisi də işlənə bilər.Təlim 4 formada təşkil 
olunur. 1. Dərsdə reallaşdırılacaq məzmun standartları; 2. Dərsdə gözlənilən təlim 
nəticələri; 3. Dərsdə iştirak edən şagirdlərin sayı. 4. İstifadə olunacaq təlim üsulu; 
5.Təlimin əsas məqsədi (mövzu yox) mütləq şəkildə nəzərə alınmalıdır. 
Fərdi iş – şagirdlərin sərbəst düşünməsinə real imkanlar yaradan iş formasıdır və 
şagirdin inkişaf səviyyəsini izləyir.Fərdi iş şagirdin zəif tərəflərini müəyyən edir, və 
özünə tam inam formalaşdırmağa kömək edir.Şagirdlərə fərdi bacarıq və 
qabiliyyətlərinə müvafiq tapşırıq verilir və bütün tapşırıqları fərdi olaraq yerinə 
yetirir. Ancaq mütəmadi olaraq bu iş formasından istifadə etmək olmaz, çünki 
fərdi iş şagirdlərlə fərdi(tək) məşğul olmağı daha ön planda tutur.Nəticədə də 
şagirdlərdə əməkdaşlıq, ünsiyyət qurma kimi qabiliyyətlərin formalaşmasında 
çətinlik yaranmış olar. 
Cütlərlə iş— ən yaxşı iş formasıdır.Şagirdlərin təlim tapşırıqlarının birgə yerinə 
yetirilməsinə kömək edir.Şagirdlərə daha yaxından əməkdaşlıq etməyə imkan 


verir.Şagirdlərin ünsiyyət qurmağına şərait yaradır və qarşılıqlı olaraq bir-birinin
işini dəyərləndirməsinə, bir-birini daha yaxşı başa düşməyə kömək edir. 
Qruplarla iş— Şagirdlərin sərbəst fəaliyyətinə imkan yaradır və idrak 
fəaliyyətlərini inkişaf etdirir.Qrup işinin müvəffəqiyyətinin hər kəsdən asılılığı 
şagirdlərin məsuliyyət hissini artırır.Şagirdlərdə özünü idarə qabiliyyətini
formalaşdırır və bütün şagirdləri işə cəlb edir. Demokratik münasibətlərin 
aşılanmasına şərait yaradır, qarşılıqlı nəzarət, yardım, məlumat və fikir mübadiləsi 
aparılmasına imkan verir.və s. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin