çatmaq üçün düzgün strategiya təyin olunmalıdır.Hər hansı sahədə planla
götürülmüş işin və ya strategiyası müəyyən olunmuş məsələnin sonda nəticəsi də
müsbət olur.Təhsil sahəsində isə müəllim dərsi nə qədər şagirdlərin marağına
uyğun təşkil etsə, bir o qədərdə şagirdləri inkişafa yönəltmiş olacaq.Deməli,
strategiyada nəticəyə çatmaq üçün mütləq məqsədimiz olmalıdır.Bir sözlə, planlı
(strategiya ilə) götürülən işin nəticəsi plansız(strategiya qurmadan) görülən işin
nəticəsindən yaxşı olacaq.Təlim strategiyaları bunlardan ibarətdir:
1. Təlimin təşkilinə verilən əsas tələblər.
2. Təlimin (iş) formaları.
3. Təlimin üsulları.
4. Təlim fəaliyyətinin planlaşdırılması.
5. (Məzmun standartlarının şərhi)
Pedaqji prinsiplər—Müəllimin dərsi qurmaq üçün hansı strategiyalardan istifadə
etməli olduğunu göstərən prinsiplərdir.Təlimin təşkilinə verilən əsas 6 tələb var:
1.Pedaqoji prosesin tamlığı—pedaqoji prosesdə təlim məqsədləri kompleks
şəkildə
(öyrədici, inkişafetdirici, tərbiyəedici)(ÖİT) həyata keçirilir, real nəticələrlə
yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir; (pedaqoji proses o vaxt tam
olar ki, orada həm müəllim, həm şagird və onların qarşılıqlı əlaqəsi olsun.Dərsdə
müəllimin fəaliyyət xarakteri və məqsədi
öyrədici, inkişafetdirici, tərbiyəedici
Dostları ilə paylaş: