qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir; (Şagirdin maraq və
təlabatı ön planda dayanır).
4. İnkişafyönümlülük—şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir,bilik,
bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir.
5. Fəaliyyətin stimullaşdırılması—pedaqoji prosesin səmərəli və effektiv
qurulması,şagirdlərin təlimə marağın artırılması üçün onların fəaliyyətindəki
bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibari ilə şagirdlərin daha
uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur; (Hər bir insan
dəyərləndirilməyi və ona stimul verilməsini sevir.Məsələn, şagirdin şəklini şərəf
lövhəsində asmaq; siniflər üzrə
olimpiadalar keçirmək; çalışqan şagirdə ulduz
(smaliklər)qoymaq, dərsi onların maraqlarına uyğun qurmaq və s. Bunun kimi
stimulverici addımlar şagirdlərdə dərsə marağı daha da artırır.
Dostları ilə paylaş: