“Q”ərarlar qəbul edir.Məsələ haqqında
mühüm qərqrlar çıxarır.
“Q”arşılaşdırır.Debat zamanı oxuduqla
rından və eşidib gördüklərindən misallar
gətirməklə fikirləri əsaslandırır və
qarşılaşdırır.
“H”əll edir.Mübahisələri və fikir
müxtəlifliklərini həll edir.
Gördüyünüz kimi bütün səviyyələr bir-biri ilə əlaqəlidir.Pillələr arasında əlaqə :
Şagird bilməsə, anlaya bilməz, anlamasa tətbiq edə bilməz, tətbiq edə bilməsə
təhlil edə bilməz, təhlil edə bilməsə isə sintez edə bilməz, sintez edə bilməsə isə
dəyərləndirə bilməz. İbtidai sinifdə hə hansı bir mətni üzündən ifadəli və sürətli
oxumaq üçün əvvəlcə hərfləri daha sonra yuxarı siniflərə doğru qalxdıqca sözləri,
söz birləşmələrini, cümlələri mətnləri öyrənirik, yəni asandan çətinə,sadədən
mürəkkəbə gedən, zirvəyə pillə-pillə qalxan yolu mənimsəyirik. Buna görədə,
“taksanomiya zəncirvari quruluşa malikdir və şagirdin təfəkkürünü düzgün inkişaf
etdirməyin ardıcıl mərhələlərini özündə əks etdirir.Deməli uğur qazanmağın yolu
mərhələlərdən keçir.Yəni sıranı pozmaq olmaz, hərtərəfli öyrənmək üçün şagird
sistemli oxumalıdır.Bizim məqsədimiz: birtərəfli yox, hərtərəfli insan yetişdirmək –
dir.Bilmə, Anlama, Tətbiq Alt səviyyədir, Təhlil, Sintez, Dəyərləndirmə isə Üst
səviyyədir.Hər səviyyəyə qalxmaq üçün mütləq şəkildə əvvəlki səviyyəni inkişaf
etdirmək lazımdır.
Diqqət:”Fərqləndirir” və “Müqayisə edir” fərqli mənaları daşıyır.
”Fərqləndirir”
açar sözü Anlama mərhələsindədir; “Müqayisə edir” açar sözü isə Təhlil
mərhələsindədir.Məsələn, şagirdə deyirsən ki, bu vərdişləri fərqləndir və hansının
yaxşı, hansının pis vərdiş olduğunu qeyd elə”.Bu fərqləndirməkdir. Amma “bu
vərdişləri müqayisə et” desəm, o zaman şagird yaxşı və pis vərdişləri
fərqləndirməklə yanaşı, onların insanlarda yaranma səbəbləri, hansı şəraitdə
formalaşması haqqında daha geniş açıqlama verməlidir.Buradan görünür ki,
fərqləndirmək müqayisə etməkdən daha asandır.
12. EMOSİONAL VƏ PSİXOMOTOR TAKSANOMİYA.
PLAN:
1. Şagirdin davranış xüsusiyyətləri.
2. Şagirdin fəaliyyət xüsusiyyətləri.
3. Taksanomiyanı pozan tərəf.
Emosiyaları idarə edilməsini təmin edən, şagirdlərin davranış xüsusiyyətini,
dəyərlərini, fiziki inkişafını, hiss və yanaşmalarını inkişaf etdirən səviyyələr isə
Emosional (Affektiv ünsiyyət) taksanomiyanı formalaşdırır. Bu taksanomiya
nəzəriyyəsini isə 1964-cü ildə Kraslov təqdim etmişdir.
SƏVİYYƏLƏR.
Şagirdin davranış xüsusiyyətləri.
İZAHLAR.
1.Mqbul saymaq.
Şagird hər hansı bir təlim prosesində
iştirak etmək üçün stimullaşdırılır.Bu
təlim nəticələri əşyanın mövcudluğunu
dərk etmədən tutmuş seçimli
yanaşmaya qədər inkişaf etdirir.
2.Reaksiya vermək.
Şagird təlim prosesində fəal iştirak edir,
suallara cavab, hadisələrə reaksiya
verir.Bu təlim nəticələrində şagirdin
zövq və maraqlarının axtarılması və
fəaliyyətdə tətbiqi vurğulanır.
3.Dəyərləndirmək.
Şagirdin hər hansı əşya və ya hadisənin
dəyərləndirməsinə və ona əhəmiyyət
verməsinə xidmət edir.Bu təlim
nəticələri hər hansı yanaşmaların və ya
rəğbətin ümumilikdə təsnif edilməsi
üçün şərait yaradır.
4.Təşkil etmək
Ümumilikdə dəyərlər sisteminin, bütün
ömür fəlsəfəsinin yaradılmasına, dünya
görüşünün, hər hansı bir işin təşkilində
qərarlığın, problemləri həll etməyi
alışqanlıq halına gətirilməsi bacarığının
inkişafına xidmət edən təlim
Yəni ki, şagirdin yeni mövzunun
müzakirəsində fəal olması üçün onun
müzakirədə iştirakı məqbul sayılır, buna
görə də, şagird həvəsləndirilir və ona
stimul verilir.
Şagird bu mərhələdə daha fəal olur,
suallara cavab, hadisələrə reaksiya verir,
yəni münasibət bildirir.
-----------------------------------------------------
Bu mərhələdə şagird artıq reaksiya
verdiyi hadisəni dəyərləndirir,
münasibət bildirdiyi mövzuya daha çox
əhəmiyyət verir.Bu mərhələ şagirdin
mövzuya yanaşaraq onu daha yaxşı dərk
etməsinə şərait yaradır
Bu mərhələdə şagirdə daha çox həyat
daha çox həyat dair məqamlar öyrədilir.
Ömür fəlsəfəsinin(həyat yaşamı) başa
salınmasını, dəyərlər sisteminin
yaradılması, həyatda uğur qazanmaq,
böyüklərə hörmət,davranış qaydaları,
məqsədləri bu kateqoriyaya əsaslanır.
5.Dəyər və dəyərlər sistemini
xarakterizə etmək.
Bu mərhələdə fərd, davranışlarını
nəzarətdə saxlaan və həyat tərzini
müəyyənləşdirən dəyərlər sisteminə
malikdir.Şagirdin şəxsi, ictimai və
emosional davranışın formalaşmasına
bu təlim nəticələri kömək olur.
adət-ənənə və s. aşılanır.
------------------------------------------------------
Sonuncu mərhələnin məqsədi şagirdin
şəxsi, ictimai, emosional davranışlarını
formalaşdıran həyat qurmaqdır.Şagird
bu mərhələdə özünü cəmiyyətdə necə
aparmaq lazım olduğunu, qərarlar verə
bilməsini, davranışlarını necə
formalaşdıra biləcəyini, yəni daha çox
mənəvi dünyanın zənginləşdirilməsinə
xidmət edir.
Fiziki inkişafı tənzimləyən, hərəki qabiliyyətləri mərhələli şəkildə inkişaf etdirən,
psixomator bacarıqları formalaşdıran mərhələlər isə Psixomotor taksanomiyanı
formalaşdırır. Bu Taksanomiya Fiziki tərbiyə, Təsviri incəsənət, Texnalogiya kimi
hərəkətin olduğu fənnlərə aiddir. Bu taksanomiya nəzəriyyəsini isə 1972- ci ildə
Kennes Mur təqdim etmişdir.
SƏVİYYƏLƏR.
Şagirdin fəaliyyət xüsusiyyətləri.
1.Hiss etmə
Şagird hərəkətin icrasından əvvəl öz
imkanlarını müəyyənləşdirilir, öz
mənəvi vəziyyətini nizamlayır, görəcəyi
işə özünü psixoloji hazırlayır.
2.Hazır olma.
Hərəkətin icrasına hazırlıq işləri aparır.
(insan bir işi görməyi hiss edə bilməsə,
hazır da ola bilməz.
3.Təqlid etmə.
Nümayiş etdirilən hərəkətləri təkrarla –
yır,vərdişlərə yiyələnir.Komples
vərdişlərin ilkin mərhələsində istifadə
edir.
4. Mexanizimlərin
mənimsənilməsi.
Hərəkətləri qaydalara uyğun yerinə
yetirir, fəaliyyətin icrası zamanı özünə
İZAHLAR
Məsələn, idman dərsində şagird tələb
olunan hərəkəti etməlidir.(topu çiləmə
li, məsafəni qaçmalı, turnikdə özünü
çəkməli və.s).Şagird buna əvvəlcədən
hazır olmalı, yəni öz imkanlarını, nəyi
bacara biləcəyini əvvəlcədən
müəyyənləşdirir.
Yəni, şagird işə başlamaq üçün lazım
olan hazırlığı görür, əsas və lazım olacaq
vasitələri seçir. Bir sözlə, həmin
hərəkəti etmək üçün hazırlaşır və özünü
hazır hiss edir.
Şagird göstərilən nümunəvi hərəkətləri
təqlid edir, yəni təkrarlayır.(bir hərəkəti
dəfələrlə təkrar edir, özünküləşdirir.Bir
sözlə təkrar biliyin anasıdır.
Yəni, həmin hərəkəti həyata keçirməyin
texnikasını,qaydalarını və yollarını
öyrənir, fəaliyyət zamanı özünə inam
inam nümayiş etdirir.
5. Mükəmməl icra .
Mükəmməl vərdişlər kimi formalaşmış
hərəkətlər icra edərək nümayiş etdirir.
6. Uyğunlaşma.
Hərəkətin icrası zamanı yaranmış
problemi asanlıqlq həll etmək üçün
davranışda dəyişiklik edir.
7. Yaradıcılıq.
Yeni fəaliyyət nümunələri yaradır.Şagird
özünü hərəkətə uyğunlaşdırdığı və onu
mükəmməl icra edə bildiyinə görə, artıq
yeni fəaliyyət nümunələri yaratmağa
qadirdir.
nümayiş etdirir.(idman hərəkətlərini
qaydaya uyğun edərək hərəkətin
mexanizmi mənimsəmiş olur).
Şagird artıq hərəkəti necə etmə
mexanizmini mənimsədiyi üçün
formalaşmış hərəkətlər göstərə bilir,
idman hərəkətlərini mükəmməl icra edə
bilir.
Şagird artıq hərəkəti mükəmməl icra
edə bildiyi üçün özünü hərəkətə uyğun-
laşdırmış və problemi həll etməyə qadir
sayılır. Hərəkətlərin icrası zamanı
yaranmış problemi həll etmək üçün
şagird hərəkətə uyğun davranma
edərək davranışında dəyişiklik etməyi
bacarır.
Bu da şagirdin yaradıcılığı ilə bağlı olan
bir vəziyyətdir.Şagird məsafəni tez bir
zamanda qət edə bilməsi, hərəkəti
mükəmməl icra edə bilməsi üçün
özünəməxsus yaradıcılıq göstərə bilirsə,
yaradıcılıq səviyyəsinə çatmış deməkdir.
13. TƏFƏKKÜR VƏ ONUN NÖVLƏRİ.
PLAN:
1. Hafizə (Yaddaş)
2. Məntiqi təfəkkür.
3. Tənqidi təfəkkür.
4. Yaradıcı təfəkkür.
Şagirdlərdə komprtensiyaların formalaşmasında təfəkkürün rolu danılmazdır.
Çünki təfəkkür şagirdlərdə idrak fəallığı, problemi həll etmə qabiliyyəti, tətbiq-
etmə, tənqidetmə kimi bacarıqlar formalaşdırır və təfəkkürün aşağıdakı növləri
üzrə inkişaf etdirir. Təfəkkür, yəni, düşüncə,idrak insanın ən ali xüsusiyyətidir.
Göründüyü kimi insan beyni əsasən iki işi həyata keçirir: Yadda saxlamaq və
Düşünmək.Yadda saxlamaq Hafizəyə xas funksiyadır, Düşünmək isə Təfəkkürə
aiddir.
Dostları ilə paylaş: |