Tənqidi Təfəkkür İp ucu sözləri: mənfi müsbət, müxtəlif baxış, ən səmərəli yol, öz ideya, ən mühüm, meyar, sübut et.(Tənqid edən insan münasibət bildirir,məsləhət verir,ən yaxşı yolu göstərir, müsbət və mənfi tərəfləri bildirir). Qiymətləndirmə, öz münasibətlərinin bildirilməsi, müxtəlif nöqteyi – nəzərdən məsələyə baxılması və s. Tənqidi yanaşmaq yalnız mənfi xüsusiyyətlərin söylənilməsi deyildir.İnsanın fikir
yürütməklə düzü səhvdən ayıra bilmək bacarığı, müsbət və mənfi cəhətlərin müəyyən olunması və s.
buna aiddir.
- Müxtəlif baxış nöqtələrindən qiymətləndirmək(kurikulumun həyatımızdakı əhəmiyyətiini, rolunu qiymətləndirir). - Əhəmiyyətni qiymətləndirmək(yaşadıqlqrının əhəmiyyətini qiymətləndirir). - Rolunu qiymətləndirmək(müəllimin şagird həyatında həyatında rolunu qiymətləndirir). - Meyarı müəyyən etmək, meyar cədvəlini tərtib etmək etmək, səhvləri tapmaq, faktları uydurmadan seçib ayırmaq, mübahisəli məqamları aşkar etmək, tənqidi yanaşmaq, düzgün olanı seçmək, ən mühüm predmetləri müəyyən etmək, ən mühüm hadisələri müəyyən etmək,əhəmiyyətini sübut etmək, öz ideyanı əsaslandırmaq, ən səmərəli yolu tapmaq, məsləhət vermək. YARADICI TƏFƏKKÜR. İp ucu sözləri: analoq, təxəyyül,qurqşdırmaq, ixtira, fərziyyə, başqa obyektə döndər,yeni əsaslar, öz çıxış yolu, simvol şəklində təsvir.( şair, rəssam,bəstəkar yazıçı kimi yaradıcı insanlar hekayə uydururlar,yaradırlar, dəyişikliklər edirlər. Təxəyyülün köməyi ilə yeni ideyaların, modellərin, sxemlərin, qaydaların və s. yaradılmasıdır Yeni bir fikir yaratmaq, ixtiralar etmək, inşa yazmaq, proqnoz verə bilmək bu təfəkkürə aiddir.Təxəyyül (məsələn: oxuduğu mətni təxəyyülünə uyğun davam etdirir) isə insanın
qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi
əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir.Təxəyyülün köməyilə
insan nəyisə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki,
bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur.Təxəyyül
insanı hal-hazırda olan vəziyyətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə
kömək edir, onu gələcəyə aparır.Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, təxəyyül də
varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin təfəkkür psixi bir proses kimi varlığı, alimi anlayış-
larla əməliyyat aparmaq vasitəsilə əks etdirirsə, təxəyyül varlığı konkret obrazlı formada əks
etdirir.Biz bu cəhəti alimin yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də, yazıçı da
varlığı əks etdirir, lakin biri məntiqi dəlillərə, sübutlarla(yəni məntiqi təfəkkürə əsaslanaraq),
digər isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla(yəni təxəyyülə əsaslanaraq). - Uydurmaq(hekayə, situasiya, nağıl, müsuqi, üsul)
- Tərtib etmək( maket, model, sxem, qrafik,kitab) - Proqnoz vermək(məsələylə bağlı proqnoz verir) - Müqayisə etmək, analoqu tapmaq, ixtira etmək, yaratmaq, başqa obyektə döndərmək, yeni