2. Yazda yağışlar yağır -------------------- Meyvələr yetişir. 3. Havalar sərinləşir --------------------- İnsanlar istirahətə gedirlər. Əslində isə diqqət edilməlidir ki, Yazda ağaclar çiçəkləyirin qarşılığına yayda isə
meyvələr yetişir yazılmalı....Yazda havalar sərinləşirin qarşılığına yayda havalar isti
olur və insanlar istirahətə gedir yazıla bilər. Bu zaman müqayisə baş tutacaq.
DEBAT (çarpaz müzakirə)- cütlərlə, qrupla həyata keçirilir.Müzakirə üsullarından
biridir.Taksanomiyanın analiz mərhələsində öz əksini tapır.Təfəkkür baxımından
isə Tənqidi təfəkkürə əsaslanır. Müzakirə, mübahisə, mübadilə kimi məlum
formalardan fərqli olaraq debatlar opponenti( fikrə etiraz edən tərəf) deyil,
inandırma prosesini nəzərdə tutur.Beləliklə debatlarda iştirak edən tərəflərin əsas
məqsədi öz dəlil və sübutlarının köməyilə tərəfləri öz mövqeyinin düzgünlüyünə
inandırmaqdır.Debatlarda mövzu ya təsdiq ya da təkzib( inkar) formasında
olur.Deməli, bir tərəf təsdiqedici, digər tərəf isə təkzibedici mövqedə çıxış
edir.Ziddiyyətli mövzu ifadə edilən zaman bu prinsiplərə riayət olunmalıdır:
mövzu aktual”münaqişəli” və maraqlı olmalıdır, mövzu elə ifadə edilməlidir ki, heç
bir mövzunun üstünlüyü hiss edilməsin, yəni elə bir problem qoyulmalıdır ki,
sinifdə fərqli fikirlər yaransın.Mövzu nə çox məhdud nə də çox geniş
olmamalıdır.Hər qrupa 7- 8 dəqiqə vaxt ayrılır.Bütün qruplar dinlənilir, bir- birinə
suallar ünvanlayır. Bu üsulun əsas məqsədi :dəlil və sübutların koməyi ilə üçüncü tərəfi öz mövqeyi nin düzgünlüyünə inandırmaq; müzakirə bacarıqlarını formalaşdırmaq; problemin həlli yollarını araşdırmaq; şifahi nitqi inkişaf etdirmək; dinləmə mədəniyyətini formalaşdırmaq; mənbələrlə işləmək bacarıqlarını formalaşdırmaq. ŞƏRTLƏR: Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.Mövzu elə ifadə