paylayır və əvvəl yazdıqları problemin həlli yollarını yazmağı tapşırır.Həmin
kağızlar da vatman kağızına yapışdırılır.Daha sonra müəllim şagirdlərə yapışqan
kağızlar paylayır.Bu dəfə isə şagirdlər problemin həlli üçün bu ana qədər özlərinin
hansı hansı addım atdıqlarını və ya problemin həlli üçün nələri etməyə hazır
olduqlarını yazılır.Sonra bu kağızlar lövhədən asılır və fikirlər təhlil olunur.Mövzu
ilə bağlı ümumi müzakirə aparıldıqdan sonra nəticə çıxarılır.Bu üsulun tətbiqi
zamanı qrup işlərinin tərtibatı önəmlidir.Tərtib olunmuş iş rəngarəng ideyalar
xalısına bənzəməlidir.
ESSE –prezentasiya təlim üsullarına aiddir.Kiçik və orta
həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrıdır.ESSE fransız sözu
olub, mənası sınaq, təcrübə, oçerk deməkdir.Tənqid və ədəbiyyatşünaslığın
müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrıdır.Daha çox
ədəbiyyatda istifadə olunur.ESSEDƏ məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə,
yanaşma, təhlildən istifadə edilir.Ədəbiyyatşünaslıq, avtobioqrafik, bioqrafiq
məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən
esse janrı
üzərində qurulmuşdur.
ESSE problemin sərbəst şəkildə qoyuluşudur.Essenin
müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi, və s.) təhlil və izah edərkən ifadə
tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul
olması qayğısına qalmır.Essenin əsasını fransız yazıçısı və humanist
filosofu
M.Monten qoymuşdur.Esse hər hansı problem haqqında şagirdlərin müstəqil
düşüncələrini əks etdirən yazılı işdir,” etud”dur.Essenin
həcmi bir səhifədən çox
olmamçalıdır. Bir növ inşanın müasir versiyası da deyə bilərik. İnşadan fərqi isə
həm həcmi, həm də məzmununun konkret bir suala şamil olunmasıdır.
Dostları ilə paylaş: