1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə23/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   19   20   21   22   23   24   25   26   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

biləcək problemlər: Hamının iştirak etməməsi; Arqumentlərin inandırıcı olmaması
Arqumentlərin qanunlara əsaslanmaması; Düzgün nəticə 
çıxarılmaması.MODELLƏŞDİRMƏ – ciddi problem qoyan hər hansı bir mücərrəd 
vəya uydurma hadisənin canlandırılması və bunun vasitəsilə problemin həllidir.Bu 
hadisə çox zaman real həyatda baş verən hadisənin sadələşdirilmiş lakin canlı 
nümunəsi olur.Problemi həll etmək üçün iştirakçılar həyatda və bu hadisədə rast 


gəldikləri müəyyən rolları ifa edirlər.Lakin rolların ifası tam sərbəstdir və onun 
nəticəsində alınan problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. 
Nəticələr rolun ifasından asılıdır.Modelləşdirmə zamanı şagirdlərə bu rolun 
ifasında öz nöqteyi-nəzərindən çıxış etməyə icazə verilir.Taksanomioyanın Analiz 
mərhələsində öz əksini tapır.Təfəkkür baxımından isə hər üç növə -Məntiqi, 
Tənqidi və Yaradıcı təfəkkürə əsaslanır.Məqsəd:Yaradıcı qabiliyyətləri və 
təxəyyülü inkişaf etdirmək üçün şagirdləri zəruri əsaslarla təchiz etmək; Cütlük 
şəklində öz baxışlarını və dəyərlərini müzakirə etmək üçün şagirdlərə sərbəst 
diskusiya təklif etmək; Şagirdləri problemi tapmağa və onu real həyatı 
modelləşdirən şəraitdə həll etməyə həvəsləndirmək;Şagirdlərə təhlil aparmaq və 
alternativ hərəkətləri qiymətləndirmək bacarığını aşılamaq; Şagirdləri ictimai və ya 
qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul edilməsi prosesinə cəlb 
etmək; Modelləşdirməni əyləncəli və maraqlıə edən onun qeyri müəyyənliyi, 
məchulluğudur, çünki ən yaxşı haldada nəticələri qabaqcadan yalnız qismən 
müəyyən etmək olur.Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha 
çox xatırladır ki, bu da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla 
müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilərGöründüyü kimi bu 
üsul əksər xüsusiyyətlərinə görə rollu oyunlara bənzəyir.Fərq ondan ibarətdir ki, 
rollu oyunlarda oyunun məzmunu, gedişatı və nəticə əvvəlcədən hər kəsə aydın 
olur.Modelləşdirmə digər üsullardan daha sərbəstdir, belə ki, heç kəs əsl 
həqiqətdə son nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək. 
Çünki son nəticə əsasən rolların necə oynanılacağından asılıdır. 
(Məsələn,yoldaşınızla birlikdə yolda gedərkən iki şəxsin yol kənarında ağacları

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin