1. kurikulumun əsaslari


diskusiya vərdişlərini inkişaf və nümayiş etdirmək; - sinifdə demokratik mühit



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə21/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   17   18   19   20   21   22   23   24   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

diskusiya vərdişlərini inkişaf və nümayiş etdirmək; - sinifdə demokratik mühit 
yaratmaq; müzakirə bacarıqlarını formalaşdırmaq; şifahi nitqi inkişaf etdirmək; - 
razılığa gəlməyə nail olmaq; - dinləmə mədəniyyətini formalaşdırmaq və s. 
Üsulun tətbiqinə sərf olunan vaxtı müəllim müəyyənləşdirir. 
Yazılı debatlar.(cütlərlə və qruplarla həyata keçirilir).Debatlar şagirdləri həyacan-
landıran, xarakterli, mübahisəli mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur. 
Debatların məqsədi öz mövqeyini, nöqteyi- nəzərini dəlil-subutlu şəkildə, 
sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir.Debatların aparılmasının 2 
forması mövcuddur: ŞİFAHİ VƏ YAZILI.Yazılı debatlar – tərəflər arasında yazılı 
dialoq formasıdır.Debatlar A-4(albom) və A- 1(vatman) vərəqlərində, xüsusi 
forma üzrə keçirilir.Debatlar zamanı şagirdlər yalnız öz dəlillərini təqdim etmir, 
həm də digər tərəfin dəlillərinə cavab verirlər.Tətbiq etmə qaydası : 1. Müəllim 
şagirdlərə debatların necə keçirildiyini izah edir.2. Şagirdlər debatın keçiriləcəyi 
mövzu ilə əvvəlcədən tanış olurlar.3. Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara, 
məsələn, hərəsində üç şagird olmaqla 8, yaxud 10 qrupa bölünür.4. Sinif otağının 
hər iki tərəfində əyləşmiş qruplar iki-iki yazılı dialoqa başlayırlar.Birinci qrupdan 
olan şagirdlərə dəlilinin formalaşdırılması üçün 5 dəqiqə vaxt verilirHəmin dəlil 
kağız vərəqinə yazılır.5. Sonra vərəqələr opponentlərə ötürülür və onlara öz tərəf 
müqabillərinin dəlillərinə cavablarını förmalaşdırmağa və yazmağa, eləcədə öz 
əks dəlillərini şərh etməyə 8 dəqiqə vaxt ayırır.6.Bu cür mübadilə 2-3 dəfə 
təkraralanır, özü də bu zaman hər şagird mütlıq tərəf – müqabilinin dəlilinə cavab 
verməli və öz dəlilini də buraya əlavə etməlidir.Adətən 3-4 raund kifayət 
edir.Sonuncu raundda şagirdlərə nəticəni yazmaq imkanı verilir.Bundan sonra işlər 


yığılır.Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual 
ola bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi? 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin