1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə15/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   11   12   13   14   15   16   17   18   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

üsullarından biridir.Taksanomiyanın Bilmə mərhələsində öz əksini tapır.Təlim 
zamanı mütamadi istifadə olunan, şagirdin tədqiqat qabiliyyətini formalaşdıran, 
fəal təlim metodları ilə aparılan dərslərin mühüm elementlərindən olan, 
şagirdlərə tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim etməsinə və fikirlərini 
ifadə etməsinə şərait yaradan bir təlim üsuludur.Həm şifahi həm də yazılı təqdim 
oluna bilər.Bu təlim üsulunun məqsədi: 1.ünsiyyət mədəniyyətini formalaşdırmaq; 
2.Təqdimat qaydalarına yiyələnmək; 3. Şagirdlərə fikirlərini ifadə etmək 
qabiliyyətini və fikir bölüşmə bacarığını aşılamaq; 4. Şagirdlərin tədqiqat nəticəsini 
müxtəlif yollarla təqdim etməsinə və fikirlərini ifadə etməsinə şərait yaratmaq. 
Müəllim təqdimat növü və onun keçirilməsi qaydaları barədə şagirdləri 
təlimatlandırmalıdır.Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymət- 
ləndirilir. 
BİBÖ( BİLİRƏM,İSTƏYİRƏM BİLİM, ÖYRƏNDİM) 
(cütlərlə, qruplarla, kollektivlə həyata keçirilir) 
Əqli hücum üsullarından biridir.Strategiya  ilə oxuyan oxucu məqsədləri 
müəyyənləşdirərkən əsasən BİBÖ üsulundan istifadə edir.Bu üsul  motivasiya 
mərhələsində istifadə olunur.Problem müəllim tərəfindən elan edilir.Lövhədə 3 
hissəli bir cədvəl çəkilir, birinci hissəyə “Bilirəm”sozü, ikinci hissəyə ”Bilmək 
istəyirəm”,üçüncü hissəyə isə “Öyrəndim” sözü yazılır.Məsələn deyək ki, İngilis 
dili dərsində mövzu “Rənglər və mənalarıdır” Müəllim şagirdlərdən soruşur ki, 
“Hansı rənglərin adını və mənasını deyə bilərsiniz?”Şagirdlər problemlə bağlı 
bildiklərini söyləyir və lövhəyə gəlib birinci hissədə qeydlərini aparırlar.”Bəs hansı 
rənglərin mənasını bilmək istərdiniz?” sualı ilə bağlı bilmək istədikləri isə ikinci 
sütuna yazılır.Dərsin sonunda isə bir daha həmin cədvələ diqqət yetirilir və mövzu 
ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.Başqa misala baxaq: Delfinlər 
haqqında nə bilirsiniz? Cütlər bu sual ətrafında işləyirlər.Bildiklərini kağıza qeyd 
edirlər.Həmin vaxt ərzində müəllim aşağıda verilmiş cədvəi yazı taxtasında çəkir. 
Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikirlərini bölüşürlər.Ümumi razılığa 
gələrək fikirlər yazı taxtasında cədvələ “Biz nəyi bilirik” sualı altında yazılır.Sonra 
müəllim yeni sualla şagidlərə müraciət edir.Delfinlər haqqında daha daha nələri 
bilmək istərdiniz? Şagirdlər yenə də öz aralarında fikir mübadiləsi edir və hər qrup 
öz fikrini söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin