23
Təşkilati ünsiyyət təşkilatda işçilərin meydana gətirdikləri kiçik qrupların bir-
biriləri ilə və təşkilatın bütünlükdə sağlam münasibətlər qurmalarında əhəmiyyətli rol
oynayır. Təşkilatın bütövlüyünün və işçilərin aid olmaq duyğularının inkişaf
etdirilməsini təmin edir. Təşkilati ünsiyyət təşkilatda daxili olaraq qarşılıqlı güvənin
və sərbəst məlumat axınının, xarici olaraq da keyfiyyətli xidmətin və müştəri
marağının qaynağıdır.
Aparılan bir çox araşdırma, tabeçilikdəkilərin idarəedicilərdən məlumat ala
bilmədiyi təqdirdə, informal ünsiyyət şəbəkələrinə müraciət etdiyini göstərir. Dedi-
qodu və şayiələrlə əsas ünsiyyət qaynağı halına gələn bu şəbəkə isə təşkilati inkişafa
təsir edir.
Təşkilat daxili ünsiyyət üçün istifadə edilə biləcək çox sayda vasitə içərisində
ən çox üstünlük verilənlər; təşkilat daxili nəşrlər, qəzetlər, elan lövhələri,
məlumatlandırıcı telefon xidmətidir. Digər informasiya vasitələri içərisində isə ev
bildirişləri, konfranslar, bəyanatlar, DİA nümayişləri, informasiya filmləri və
videolar, dinamik bildirişlər, səyahətlər, prezentasiyalar, işçilər və yaxınları üçün
təşkil edilən tədbirlər, sərgilər, ildönümü və xüsusi günlərin qeyd edilməsi,
müsabiqələr, çəkilişlər, sosial, mədəni, idman və yaradıcılıq fəaliyyətləri və s. sayıla
bilər.
Bəzi təşkilatlar, daxili ünsiyyət proseslərinin bəzi parçalarını yaxşı həyata
keçirmələrinə baxmayaraq, hissələri birləşdirmənin və bir-birləriylə bağlantı
qurmanın fürsətlərini yetərincə qiymətləndirə bilmirlər. Bu da daxili ünsiyyət
axınının gözləntiləri xaricində baş verməsinə səbəb olur. Bir yerdə meydana gələn
problem, başqa bir sahədə də özünü göstərir.
Dostları ilə paylaş: