27
ünsiyyətdən cavabdeh şəxslər iş hədəfləri və strategiyaları ilə yaxından tanış
deyillərsə, prioritetləri səhv təyin edə və nəticə olaraq "niyə" sualı yerinə "nə" sualına
cavab verə bilərlər.
Daxili ünsiyyət planının hər üç aydan bir nəzərdən keçirilməsi və işin
nəticələrinə necə xidmət etdiyinin təsbit edilməsi lazımdır. Əksər illik hazırlanan
planlar kifayət qədər komanda işini təşviq edə bilmirlər.
4. Kanalların idarə olunması: Ünsiyyət mesajın transferindən də başqa, mənanın
bir şəxsdən digərinə çatdırılmasıdır. Kompleks, yeni və bir-biriylə əlaqəli işlərin
həyata keçirildiyi indiki vaxtda, işçilərin seçim etmələri və prioritetləri
müəyyənləşdirməsi çətinləşir. Onlara bu mühitdə yol göstərmək və işıq tutmaq,
mənası aydın ünsiyyət fəaliyyəti aparmaqla mümkün olacaqdır. Burada ünsiyyət
kanallarının doğru idarə edilməsinin vacibliyi ortaya çıxır. İşçilərin seçim etdiyi
ünsiyyət kanalları ünsiyyətin planlaşdırılmasında təyin olunan hədəflərə daha effektiv
çatılmasını təmin edəcək bir yoldur. İnformasiya çoxluğunu ortadan qaldırmaq və
yuxarıdan aşağıya, aşağıdan yuxarıya, həmçinin çarpaz ünsiyyət kanallarından
istifadə etmək lazımdır. Burada üzərində dayanılması lazım olan bir başqa məsələ isə,
"idarəetmə nitqi"nin yerini "sadə danışıq nitqi”nin almasıdır.
"Daha dəyərli" olması üçün, daxili ünsiyyətin qarışıqlıqdan azad, daha çox
əməkdaşlıq ehtiva edən, rolların təyin edildiyi bir proses halına gəlməlidir.
Dostları ilə paylaş: