ment: The new face of corporate public relations. Public Relations Review 27, ( May- June ), 247-261.
25
C.Məmmədov. Diplomatik psixologiya. Bakı 2001
.
40
Təlqin prosesində informasiyanın qeyri-tənqidi qavranılması, şüurlu nəzarətin
zəifləməsi də birinci növbədə inam effekti ilə izah olunmalıdır. Əgər informasiyanın
verilməsi prosesində inam effekti yaranmırsa, insanlar başqalarının onlara
göstərdikləri təlqinedici təsirlərə müxtəlif yollarla müqavimət göstərirlər. Buna
psixologiyada əkssuqgistiya deyilir.
Təlqinin dərəcəsi suqgerandın psixi inkişaf dərəcəsindən də asılıdır. Təlqin
şəraitində adamların yaş, cins xüsusiyyətləri baxımından spesifik cəhətlər ortaya
çıxır. Yaşlılara nisbətən azyaşlıların, uşaqların təlqinə asanlıqla qapılması faktından
tərbiyə praktikasında geniş istifadə olunur. Yorğun, fiziki cəhətdən zəifləmiş biri
təlqinə nisbətən asanlıqla qapılırlar.
Təlqin psixoloji sirayət ilə əlaqəlidir. Lakin müəyyən xüsusiyyətlərinə görə
ondan fərqləndirilir. Burada əsas cəhət ondan ibarətdir ki, psixoloji sirayət zamanı
böyük bir insan kütləsi qeyri-mütəşəkkil surətdə eyni emosional halətlə yaşamağa
başlayırlar. Təlqin isə təktərəfli prosesdir, o suqgesterin və suqgerandın eyni
emosional halətlə yaşamasını nəzərdə tutmur, tuta da bilməz.Təlqin şəraitində iki
tərəf, onlardan biri digəri üzərində bir duyğu, təsəvvür, emosional halət, iradi təhrik
yaradır, hətta, təlqin yolu ilə onun samota-vegetativ funksiyalarına təsir göstərir. Bu
zaman suqgerant verilən informasiyanı hazır şəkildə qəbul edir. Həmin prosesi
düzgün analiz etmək üçün təlqinin inandırmadan fərqini qısa şəkildə də olsa
xatırlatmaq lazımdır.
İnandırma məntiqə əsaslanır. O intellektual təsir vasitəsi kimi informasiyanın
müstəqil surətdə tədqiq olunmasını nəzərdə tutur. Bu zaman informasiyanı alan,
qəbul edən şəxs nəticəni nəinki hazır formada qəbul etmir, əksinə, onu üzə çıxarır.
Məhz buna görə də, inandırma psixoloji cəhətdən elə qurulur ki, informasiyanı alan
şəxsin bu və ya digər nəticə ilə razılaşması üçün qoyulan məsələ məntiqi surətdə
əsaslandırılır. Bu baxımdan təlqin inandırmadan köklü surətdə fərqlənir, o intellektual
təsir kimi deyil, emosional-iradi təsir vasitəsi kimi meydana çıxır.
41
Təlqin nəzəri cəhətdən müxtəlif səpkidə araşdırılır, öyrənilir. Son dövrlər sosial
persepsiya, qrup həmrəyliyi və s. ilə əlaqəli olaraq həmin məsələ daha çox diqqəti
cəlb edir.
Ünsiyyət prosesində insanların bir-birinə təsirinin psixoloji vasitələri içərisində
sirayət və təlqinlə yanaşı təqlidin də özünəməxsus mühüm yeri vardır. O sosial-
psixoloji bir fenomen kimi, hər hansı bir şəxsin hərəkətini, işini və ya davranışını
başqasının təkrar yamsılaması kimi meydana çıxır.
Psixoliji sirayət, hisslərin intellektuallaşdırılması prosesi. Psixoloji sirayət və
ya yoluxma effekti psixologiyada XIX əsrin sonu XX əsrin əvvəllərində müəyyən
edilsə də, insanlara çoxdan məlum idi. Bütün qədim xaqların ədəbiyyatında psixoloji
sirayət fenomenologiyası bədii səpkidə ətraflı şəkildə təsvir olunmuşdur. Psixoloji
sirayətin elmi təhlili isə sosial psixologiyanın ilk nailiyyətləri zəminində mümkün
olmuşdur.
Sosial psixologiyanın hələ onun erkən ekspermental inkişafı dövründən əvvəl
müəyyən edilmişdir ki, psixoloji sirayət kütlə psixologiyasıdır. Ən son tədqiqatlar
göstərir ki, psixoloji sirayət effekti kiçik qruplarda da müşahidə edilir. Lakin bununla
belə, insanlar məhz kütlə daxilində psixoloji sirayətə daha asanlıqla məruz qalırlar.
Bu da hər şeydən öncə, kütlənin özünün psixoloji xarakteristikası ilə bağlıdır.
Müəyyən edilmişdir ki, insan özünü kütlə daxilində daha anonim hiss edir. Bu
vəziyyətdə şəxsiyyət amilinin rolu daha köklü surətdə azalır.
26
Insanın birinci növbədə, psixi halətlərində əhəmiyyətli dəyişikliklər əmələ
gəlir. Şəxsin idrak fəaliyyətində emisional amillər xüsusi əhəmiyyət kəsb etməyə
başlayır. Emosional diqqətin fəallaşması üçün əlverişli şərait yaranmış olur. Insan
gördüyü və ya eşitdiyi hadisələri özünəməxsus emosional fonda, onu bilavasitə əhatə
edən insanların gözü ilə qavramağa, anlamağa başlayır. Onun baş verən hadisəyə
münasibəti də əsasən bu zaman formalaşan emosional qiymətlərlə müəyyən olunur.
Insan bu anda istər özündə, istərsə də başqalarında olan başlıca nöqsanları görə
26
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya, Bakı, Çinar, 2002
42
bilmir. Kütlə psixologiyası üçün xas olan bu cəhətləri nəzərə alsaq, bu zaman
psixoloji sirayəti şərtləndirən amilləri daha ətraflı təhlil edə bilərik.
27
Psixoloji sirayət nədir, sualına cavab verəsi olsaq, müxtəlif dini ekstaz, kütləvi
psixoz hadisələri, ritual rəqslər, əhəmiyyətli idman yarışları və ya panika, küyə
düşmə xaricindəki şəraitlərdə adamların davranış və rəftarlarını xatırlamağa çalışın.
Bu zaman insanlarda kütlə halında hərəkət edən başqa adamların təsiri ilə müəyyən
psixi halətlər yarandığını görəcəksiniz. Məsələn, stadionda idman yarışında şüarlar
qızışdıqda ən sakit tamaşaçı belə asanlıqla kütləyə, ətrafındakılara qoşulub,
qışqırmağa, yersiz hərəkətlər etməyə başlayır. Bu proses, şüursuz, qeyri-ixtiyari
olaraq baş verir. Psixoliji sirayət halları hər hansı bir informasiyanın və ya davranış
örnəyinin şüurlu surətdə qəbul edilməsi yolu ilə yaranmır. Onun ən əsas mexanizmi
kütlə şəraitində əmələ gələn müəyyən emosional halətlərin, adi zəncirvari reaksiya
modeli üzrə bir şəxsdən digərinə verilməsi təşkil edir.
Diqqətdə saxlamaq lazımdır ki, psixoloji sirayət halları hər bir şəraitdə deyil,
yalnız müəyyən, konkret bir şəraitdə özünü göstərir. Bu baxımdan, hadisələrin birdən
birə baş verməsini və insan üçün həyati əhəmiyyət daşımasını ayrıca olaraq qeyd
etmək lazımdır. Bu cür hallarda baş verən və ya baş verəcək hadisə haqqında
informasiyanın olması və qəsdən təhrif edilməsi psixoloji sirayətin dinamikasına
əhəmiyyətli dərəcədə təsir göstərir. Bəzən insanlarda şok vəziyyətinin yaranmasına
səbəb olan qeyri-adi xəbərlərin çıxması, hətta vəlvələ, çaxnaşma və qarşıdurma
situasiyanın yaranması ilənəticələnir.
Psixoloji sirayətin xarakteri və səviyyəsi müxtəlif amillərlə səciyyələnir.
Təsadüfi yanğın zamanı küçələrə yığılan camaat, kütləvi dəfn mərasimi, konversial
futbol oyunu tamaşaçıları və ya fəal kütlədə, məsələn, təbii fəlakət zamanı xilas olan
kənd əhalisi psixoloji sirayət spesifik xüsusiyyətlərlə meydana çıxır.
28
Panika halları isə əsasən kütləvi qorxu halətləri ilə xarakterizə edilir. Qarşılıqlı
psixoloji sirayət şəraitində qeyri-adi ölçülərlə möhkəmlənir. Qrupun ümumi
məqsədləri aydın olmadıqda, subyekt baxımından maraqlı, əhəmiyyətli hesab
27
Mayers, David G. Social psychology.
Dostları ilə paylaş: |