«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


Aranson, E., Wilson, T.D. & Akert, R.M. Social psychology



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   21   22   23   24   25   26   27   28   ...   50
X-lilli-G-l-n (2)

 
28
Aranson, E., Wilson, T.D. & Akert, R.M. Social psychology.


43 
olunmadıqda qrupun həmrəyliy və liderin nüfuzu aşağı olanda panikanın təsir dairəsi 
genişlənir.
Auditoriyanın yaş və cins kateqoriyası psixoloji sirayətin dinamikasına böyük 
təsir göstərir. Şəxsiyyətlərin ümumi inkişaf səviyyəsini, xüsusilə, onların mənlik, 
eləcə də, əxlaqi şüurunun rolunu da bu baxımdan ayrıca qeyd etmək lazımdır. 
Bundan başqa bir mühüm məsələyə də diqqət yetirmək lazımdır.
29
Insanın ontogenik inkişafının maraqlı xüsusiyyətlərindən biri, hisslərin 
intellektuallaşması prosesi ilə bağlıdır, yaşı artdıqca, uşağın idrak fəaliyyəti inkişaf 
edir, idrak proseslərinin inkişafı zəminində isə onun emisonal həyatında mühüm 
dəyişiklər baş verir, uşaq sevinəndə də, ağlayanda da hər şeyə tədricən ağlın gözü ilə 
baxmağa başlayır. Hisslərin intelektuallaşması dedikdə, bu xüsusiyyəti nəzərə alırlar. 
Elmi-texniki tərəqqi dövründə insanların məlumatlılıq səviyyəsinin artması, şüurluluq 
səviyyəsinin yüksəlməsi və s. hisslərin intellaktuallaşması prosesinin daha 
intensivləşməsinə səbəb olmuşdur. Bütün bunlar isə, müasir dövrdə psixoloji 
sirayətin məzmun və formasına köklü şəkildə təsir göstərmişdir.
Təqlid prosesinin, faktının məntiqi təhlili tamamilə əsaslı olan hər hansı bir 
məsələni aydınlaşdırmağı tələb edir. “İnsan kimi nə üçün və necə təqlid edir?” Həmin 
sualları aydınlaşdırmaq yolu ilə təqlid faktını şəxsiyyət baxımından təhlil edə bilərik. 
Tərbiyə prosesi zamanı həmişə bu üç suala cavab axtarmaq lazımdır. Lakin burada 
həmin sualları başa düşmək üçün əhəmiyyətli olan bir ümumi məsələyə diqqəti cəlb 
etmək lazımdır, təqlid prosesində həm koqnitiv, həm də affektiv cəhətləri 
fərqləndirmək vacibdir. Bunların hər biri təqlid şəraitində özünəməxsus etalon rolunu 
oynayır. Bir şəxs adətən başqa bir şəxsdə məhz bu etalonlara müvaviq cəhətləri 
gördükdə onu təqlid etməyə başlayır. Koqnitiv və affektiv etalonlar birlikdə insanın 
sərvətə olan meyillərini, məsələn, ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və 
anlayışlarını əks etdirir. Bir insanda təqlid obyektinə seçici-emosional münasibət 
məhz bu zəmində formalaşır. Nəzərə almaq lazımdır ki, koqnitiv və affektiv 
etalonlarda fərdin yaş-cins xüsusiyyətləri ilə əlaqədar olaraq hər zaman özgün 
29
N.Z.Çələbiyev, Uşaq psixologiyası B., ADPU, 2005. 


44 
cəhətlər özünü göstərir. Buna müvafiq olaraq, bütün hallarda yaş-cins fərqləri təqlidin 
ən başlıca xarakteristikalarında özünü bütün tam aydınlığı ilə büruzə verir.
30
Insanların bir-birini təqlid etməsi üçün digər şərtlərlə bərabər, onların müəyyən 
bir şəraitdə rastlaşması kifayətdir. Bu ən ümumi halda iki halda mümkündür, iki şəxs 
bir-biri ilə bir tərəfdən qrupdan kənarda, digər bir tərəfdən qrup daxilində görüşə 
bilər. Qrupdankənar şəraitdə, məsələn, bir-birini tanımayan şəxslər bir-birini təqlid 
etmək yolu ilə adətən davranış etiketlərini, paltar-geyim modalarını, kosmetik 
qaydalarını və s. mənimsəyirlər. Qrup daxilində isə onlar bir-birini qrupun üzvləri 
kimi təqlid edirlər və bu yolla qrup normalarını əxlaqi etalonları cins fərqi - kişi və 
qadın barədə streotipləri və şablonları mənimsəyirlər. Bu prosesdə bir tərəfdə qrupda 
böyük nüfuza malik olan şəxslər, digər tərəfdə təqlidə layiq bədii surətlər mühüm rol 
oynayır. Sadəcə bu əlamətə görə təqlidin müxtəlif tiplərini fərqləndirmək olar. Bir 
insan başqasını və ya hər hansı bir qrupu təqlid etdiyi kimi, bir qrup da başqasını və 
ya başqa bir qrupu təqlid edə bilər. Bir çox hallarda isə, təqlidin əsas istiqamətini 
sözün əsl mənasında bədii əsərlər təşkil edir.
Təqlid prosesi ictimai təcrübənin mənimsənilməsi vasitələrindən biridir. O, 
ontogenetik inkişafın ilk mərhələlərində xüsusilə böyük əhəmiyyət kəsb edir. Ananın 
körpə uşaqla ilk ünsiyyəti, onun təqlid yolu ilə sosial təcrübəni mənimsəməsi üçün 
əlverişli şərait yaradır. Yəni, uşaq özündən böyükləri və başqa uşaqları, yaşıdlarını 
təqlid etmək vasitəsilə müəyyən əşyalarla hərəkəti, özünüxidmət vərdişlərini, 
davranış normalarını mənimsəyir və ən nəhayət, nitqə yiyələnir. 
Uşağın yaşı artdıqca, sosial təcrübənin mənimsənilməsində təqlidin də rolu, 
əhəmiyyətliliyi dəyişir. Bir tərəfdən emosional təcrübənin mənimsənilməsində oyun, 
təlim və əmək fəaliyyətinin əhəmiyyəti artır. Təqlid burada mürəkkəb prosesin ancaq 
bir cəhəti kimi meydana çıxır. Digər tərəfdən uşağın bir şəxsiyyət kimi formalaşması 
zəminində təqlidin məzmun və formasında mühüm keyfiyyət dəyişikləri baş verir ki, 
buradan da bilindiyi kimi, təqlidin müxtəlif yaş qruplarında onun mexanizmləri eyni 
30
Андреева Г.М. Социальная психология. Москва 2006.


45 
deyildir. Nisbətən yaşlı insanlarda təqlid müəyyən peşə fəaliyyəti sahəsində, 
idmanda, incəsənətdə və s.-də öyrənmənin özgün bir ünsürü kimi özünü göstərir.
Bu baxımdan təqlidin iki səviyyəsini ayırmaq məqsədəuyğundur: 

Birinci səviyyədə, o, kor-koranə xarakter daşıyır və burada daha çox 
xarici əlamətlərin təqlidi nəzərdə tutulur. Dilimizdəki yamsılama sözü məhz bu cəhəti 
təsbit edir.

İkinci səviyyədə təqlidin motivləri köklü surətdə dəyişilir. Onlar insanın 
bilavasitə sərvət meyillərini ifadə etməyə başlayır və beləliklə, təqlid daxili təhriklə 
şərtlənir.
31

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin