37
• Təşkilatın təməl qabiliyyətlərini və fərqləndirici xüsusiyyətlərini (təşkilati
şəxsiyyət, xidmət etibarlılığı, inam kimi) ortaya qoyaraq təşkilatın
rəqiblərindən fərqləndirir.
• Həyata keçiriləcək fəaliyyətlərin sırasını və zamanını müəyyən edir.
22
Uyğun ismarıcların yaradılması və doğru ünsiyyət kanallarının
seçilməsi
təşkilatın məqsədlərini maraqlı tərəfləringözləntilərinə uyğun təmin edir (sxem
2.1.1.).
Sxem 2.1.1.
Strateji təşkilati ünsiyyət
Bu şəkil təşkilati ünsiyyətin mərkəzi mövqeyini, təşkilatın strateji hədəflərinin
müəyyən pay analizi edilməsinin əhəmiyyətini göstərir.
Təşkilati ünsiyyət strategiyaları ümumiyyətlə təşkilatın strategiyasına dəstəyi
təmin etmək məqsədi ilə maraqlı tərəflərin təşkilatınetibarı ilə, təşkilatın görüntüsünü
eyni xəttə gətirməyə çalışır.
22
Belasen, A.T. (2008).
The Theory and Practice of Corporate Communication, Sage Publications.
38
Effektli təşkilati ünsiyyət strategiyasını dörd
addımla
müəyyənləşdirə bilərik.
Birinci addım təşkilatın özüylə əlaqədardır. İkinci addım təşkilatın maraqlı
tərəflərinin analizi, üçüncü addım ismarıcların uyğun şəkildə çatdırılması
və son
addım maraqlı tərəflərin reaksiyasıdır.
23
Mesajların uyğun şəkildə çatdırılması. Mesajların uyğun şəkildə çatdırılması
üçün təşkilat iki addımlı bir analizi reallaşdırmalıdır. Təşkilat ilk əvvəl mesajı necə
çatdırmaq istədiyinə qərar verməli (ünsiyyət kanalının seçilməsi) və mesajın
hazırlanmasına necə bir yanaşma izləyəcəyini müəyyənləşdirməlidir.
a. Ünsiyyət kanalının seçilməsi. Təşkilatların daxili və xarici ünsiyyətlərini
həyata keçirilməsi üçünbir çox ünsiyyət kanalı alternativi mövcuddur. Məsələn,
təşkilat daxili ünsiyyətdə üst rəhbərlik işçilərinə müəyyən bir mesajı
mətbuat
vasitəsilə də təqdim edə bilər ya da yalnız e-mail yolu ilə çatdırmağı də seçə bilər.
Bunun kimi daxili və xarici ünsiyyətdə bir çox alternativ mövcuddur. Bu səbəblə
təşkilati ünsiyyət strategiyasını inkişaf etdirərkən, hansı kanallardan istifadə ediləcəyi
və nə zaman istifadə ediləcəyinə diqqət edilməlidir.
b. Mesajın diqqətlə hazırlanması. Təsirli bir ünsiyyət mesajı
birbaşa və ya
dolayı şəkildə konfiqurasiya edilə bilər. Birbaşa quruluş, ilk əvvəl əsl nöqtəni ortaya
qoyur, daha sonra səbəbini açıqlayır. Bilavasitə quruluş isə,
ilk əvvəl səbəbini
açıqlayıb daha sonra əsl nöqtəni ortaya qoyur. Yaxşı, təşkilat necə bir seçim
etməlidir?
Ümumiyyətlə, təşkilatlar əməkdaşları ilə birbaşa ünsiyyət qurmalıdır,
çünki dolayı ünsiyyət çaşdırıcı və başa düşülməsi çətin ola bilər.
Maraqlı tərəflərin reaksiyası. Maraqlı tərəflər arasında ünsiyyət qurulduqdan
sonra, ünsiyyətin nəticələri qiymətləndirilməli və istənilən təsiri yaradıb yaratmadığı
təsbit edilməlidir. Bəzən tərəflər arasında mesaj göndərildikdən dərhal sonra ünsiyyət
yaradıla bildiyi kimi, bəzi vəziyyətlərdə də ünsiyyətin müvəffəqiyyətini ölçmək uzun
zaman ala bilər. Nəticələr
qiymətləndirildikdən sonra, təşkilat necə reaksiya
verəcəyini müəyyənləşdirməlidir. İşçilərin etibarı dəyişilibmi? Ünsiyyət kanallarını
dəyişdirmək lazımdırmı?
Nəticə olaraq, uyğun bir təşkilati ünsiyyət strategiyası,
23
Argenti, P. A. (2009).
Corporate Commmunication, McGraw-Hill International Edi. 5th edition.
39
təşkilatın ünsiyyətlə əlaqədar bütün strategiyasının müəyyən edilməsi,maraqlı
tərəflərin mesajı
analiz etməsi, ismarıcların uyğun bir şəkildə çatdırılması və son
olaraq, maraqlı tərəflərin reaksiyalarının qiymətləndirilməsi addımlarından
meydana
gəlir.
24
Dostları ilə paylaş: