İşçilərarası effektiv ünsiyyət. Hər dövrdə və şəraitdə təşkilatlanmağın və
işləri yoluna qoymağın ən əhəmiyyətli ünsürlərindən biri, faydalı və təsirli ünsiyyəti
təmin edə bilmək qabiliyyətidir. Effektiv ünsiyyət, zamanın idarəedilməsi ünsürüdür.
Ünsiyyətdə kifayət dərəcədə açıq olunarsa, çatdırılmaq istənilən mesaj, təsirli bir
şəkildə alıcıya çatmış olacaqdır. Ünsiyyət qabiliyyəti zəif olanlar davamlı olaraq
qarışıqlığa səbəb olurlar.
Cəmiyyət həyatı ünsiyyətlə daha gözəl hala gətirilir. Fərd, qrup ya da
cəmiyyətlərin öz aralarında qurduqları müxtəlif münasibətləri nizamlayan qaydaları,
mövqeləri lazımınca tanıyıb, dəyərləndirib onlara uyğun davranış sərgiləmələri, öz
aralarında təsirli bir ünsiyyətin olmasına bağlıdır. Effektiv ünsiyyətin mərhələləri
16
:
Hədəfi məlumatlandırmaq
Hədəfin potensial və davranışlarını dəyişdirmək
Hədəfinpotensial və davranışlarını davam etdirməsinə şərait yaratmaq
Ünsiyyətprosesinin effektiv bir ünsiyyət prosesi olmasını istəyirik. Effektiv ün-
siyyət nəticəsində hədəfkütləsi üzərində bu üç əsas ünsiyyət təsirinin meydana gəldiyi
müşahidə olunur:
- Hədəfin məlumatlılıq səviyyəsində ortaya çıxan dəyişmə
- Hədəfin münasibət və davranışlarında görülən dəyişmə
- Hədəfin açıq davranışlarında görülən dəyişmə
Ünsiyyət fəaliyyətinin beş əsas məqsədi vardır
17
;
- Çatdırılacaq mesajın kodlanması və çatdırılması
- Mesajın kodunun açılması və filtr edilməsi
- Mesajın qavranılması və qiymətləndirilməsi
- Mesajın qəbul edilməsi
- Mesaj əsasında alıcının hərəkətə keçməsi
Yuxarıda sayılan ünsürlər nəzərə alındıqda, ünsiyyətin əsl məqsədinin mənbənin
göndərdiyi mesajın, alıcı tərəfindən kodunun həll edilib qavranılması deyil, mesajın
məzmunu əsasında alıcının mesaja görə müsbət cavablandırmasını təmin etməkdir.
16
Şakar Özlem, Nazife Küçükarslan, Büro Yönetimi ve İletişim Teknikleri, Ekin Kitapevi, Bursa, 2003.
17
Tutar Hasan, Mehmet Altinöz Büro Yönetimi ve İletişim Teknikleri, Seçkin Yayıncılık, Ankara, 2003.