2.2. İşgüzar ünsiyyətdə təlqin və təqlidin sosial-psixoloji aspektlərindən istifadə mexanizmi Təlqin və təqlid sosial-psixoloji fenomenlər kimi. Insanlar ünsiyyət prosesi
zamanı nəinki bir-birinə məlumat verir, həm də müəyyən bir fikri təlqin edirlər.
Təlqin üçün səciyyəvi cəhət ondan ibarətdir ki, bu zaman hər hansı bir şəxs bir və ya
bir neçə nəfərə verdiyi informasiya onlar tərəfindən qeyri-tənqidi surətdə qavranılır.
Təlqin insanlara qədim zamanlardan məlum olduğuna baxmayaraq, onun
mexanizmləri hələ də kifayət qədər öyrənilməmişdir. Təlqin prosesini, hətta ən
ümumi şəkildə xarekterizə edərkən diqqəti ilk növbədə belə bir cəhət cəlb edir ki,
təlqin şəraitində informasiya adətən bir şəxsdən digərinə emosional çalarlarla
çatdırılır, bəzi psixoloqlar, B.D.Parıgin bu cəhəti nəzərə almır və təlqin prosesini
adətən verbal proses kimi təhlil edirlər. Məsələnin belə qoyuluşunun birtərəfli
olduğunu göstərmək üçün təkcə onu demək kifayətdir ki, təlqin prosesi nə qədər
verbal xarekter daşısa da, burada sözlə təsir prosesində paralingvistik (səsin
keyfiyyəti, diapazonu, tonallığı və s.) və ekstralingvistik (pauza, öskürmək, ağlamaq,
gülmək, nitqin tempi və s.) vasitələr mühüm rol oynayır. Informasiya mübadiləsinin
emosional çalarları da, mimika, pantomimika və jestikulyasiya ilə yanaşı
paralingvistik və ekstralingvistik vasitələrlə ifadə olunur. Suqgerandın (təlqin olunan)
informasiya mənbəyinə qeyd-şərtsiz olaraq inanması, etimad bəsləməsi hər şeydən
öncə bu cəhətlə bağlıdır. Bundan əlavə, təlqin şəraitində suqgestorun (təlqin edənin)
nüfuzu mühüm təsir vasitəsi kimi özünü göstərir. Emosional təsir vasitələri ilə yanaşı,
suqgestorun şəxsiyyəti və onun təmsil etdiyi qrupun nüfuzu təlqin şəraitində, təlqin
prosesi zamanı inam effektinin yaranmasında həll edici rol oynayır.
25
24
Hutton, James G.; Goodman, Michael B.; Alexander, Jill B.; Genest, Christina M.( 2001 ), Reputation manage-