35
Razılaşma yaradın. Dinləyicilərə, izah edəcəyəniz şeyin onlar üçün də əslində,
nə qədər faydalı olduğunu qəbul etmələrini təmin edin.
Ünsiyyəti asanlaşdırmaq üçün, alıcı - mesajı qəbul edən tərəf, yaxşı və aktiv bir
dinləyici olmalıdır. Aktiv dinləyici ola bilmək üçün
19
:
₪ Danışığı kəsin, heç kəs danışaraq dinləyə bilməz.
₪ Danışanın rahatlaması üçün sərbəstlik yaradın.
₪ Danışana dinləmək istəyindəyinizi göstərin, başqa şeylərlə məşğul olmayın,
saatınıza baxmayın.
₪ Diqqəti dağıdan şeyləri ortadan qaldırın. Gərəksiz danışıqları dinləməyin.
₪ Natiqi empatik dinləyin, özünüzü onun yerinə qoyun.
₪ Səbirli olun, başqa heç bir şey düşünməməyə çalışın.
₪ Özünüzü rahat hiss etməyə çalışın, yüngül tutun, başqa şeylərlə oyalanmayın.
₪ Tənqidi sonraya buraxın, tənqid ünsiyyəti maneə olur.
₪
Sual verin, natiqin mesajını başqa sözlərlə açıqlayın.
₪ Danışmağa tələsməyin, bu mərhələdə danışmaq çox cazibədar ola bilər; ancaq
bunu etməyin, natiqin sözünü bitirməsini gözləyin.
₪ Ünsiyyəti asanlaşdırmaq üçün ünsiyyətin maneələrini aradan qaldırın.
Ünsiyyətdə məsafə anlayışı. İşgüzar ünsiyyət zamanı işçilər arasında effektiv
ünsiyyətə təsir göstərən mühüm amillərdən biri də məsafə anlayışıdır ki, onu da qeyd
etmədən keçmək olmaz. Ken Cooperə görə, başqaları ilə aramızda saxladığımız
məsafə, uzaqlıq onlara qarşı duyğularımızla əlaqədardır və onlarla olan əlaqələrimiz
haqqında bəzi şeyləri göstərir. Elə bu uzaqlıq suverenlik sahəsi olaraq adlandırılır və
dörd ana bölgəsi mövcuddur. Bunlar:
— məhrəm bölgə
— şəxsi bölgə
— sosial bölgə
— ümumi bölgə
19
Türker Asuman
, Örgüt Çalışma Gücü Olarak İnsan ve Davranışları, Türkmen Kitapevi, İstanbul, 1999.
36
Məhrəm sahə, 45 santimetrə qədər olan uzaqlığı əhatə edir. Əslində, məhrəm
sahə bizə yaxın olmaq haqqına sahib insanlar üçündür,
lakin güləş, basketbol kimi
yaxın təmas tələb edən döyüş idmanlarından, kino, lift, izdihamlı küçə kimi
mühitlərdə məcburi olaraq da istifadə edilir. Bu kimi hallarda,
yad insanlara
lazımından çox yaxın olmaq bizi narahat edir.
Şəxsi sahə, 30-75 santimetrlik bir məsafəni əhatə edir və normal olaraq iki
yoldaşın, dostun danışarkən qoruduqları uzaqlıqdır.
Sosial sahə təxminən 120-210 santimetrə qədər olan bölgəni əhatə edir.
Ümumi sahə isə, üç metrlik yaxud daha geniş bir məsafəni əhatə edir və maraq
duymadığımız və ya hər hansı bir əlaqə qurmağa çalışmadığımız yad insanlara
ayrılmışdır.
İstədiyimiz suverenlik sahəsini qorumaq və idarə etmək yenə bizim
əlimizdədir. Başqalarının suverenlik sahəsinin
sərhədlərinə diqqət etməli, danışıq
əsnasında onlara yaxınlaşaraq və uzaqlaşaraq iş yoldaşlarımızın və tanıdıqlarımızın
ehtiyac duyduğu sahəni müəyyən etməliyik. Bu mənada, deyə bilərik ki, suverenlik
sahəsi sözsüz ünsiyyətdə həm bir göstərici, həm də yaxşı bir vasitədir.
20
Təşkilati ünsiyyətin dəyərini yaratmaq üçün yalnız ünsiyyət mənbələrini idarə
etməyin uğuru deyil, ünsiyyətin təşkilati strategiyaya bağışladığı
təsirinin ölçüsü
dəönəmlidir.
21
Strateji təşkilati ünsiyyət, təşkilatın hədəflənən məqsədlərinə necə çatacağını
təyin edən mərkəzi və bütöv bir çərçivədir.Ünsiyyət strategiyası, təşkilatın daxili və
xaricindəki ünsiyyətin təşkili, həyata keçirilməsi və qiymətləndirilməsinə zəmin
yaradır. Təsirli bir təşkilati ünsiyyət strategiyası:
• Təşkilatın missiyası və məqsədləri, fəaliyyət göstərdiyi bazar arasında əlaqə
qurur.
• Ünvanlı məqsədlərə çatdıracaq qaynaqları ortaya çıxarır.
20
Ken Cooper,
Sözsüz İletişim: İnsan Yönetiminde Vücut Dilini Nasıl Kullanırsınız?, Tunç Yalkı (çev.), İstanbul:
İlgi Yayıncılık, 1989, s. 17-18,s. 28-37.
21
Dostları ilə paylaş: