26
- Mesajın tutarlılığı: Liderlik qrupu məqsəd baxımından razılaşmış və tutarlı
görünmək məcburiyyətindədir.
- Məqsədin açıqlığı: Üst rəhbərlik təşkilatın istiqamətini müəyyənləşdirməlidir.
Bu da açıq və sadə olmalıdır.
- Qanunların aydınlığı: İşçilər, liderlərinin tətbiq etdiyi təşkilati dəyərləri
anlamalıdırlar. Çünki bu dəyərlərə və prinsiplərə müvafiq qərar verməli və
qərarların həyata keçirilməsində iştirakları asanlaşdırılmalıdır.
- Fokuslanmaq: Çox az prioritet müəyyən edilməlidir ki, bunlar da davamlı təkrar
edilib mənimsənilə bilsin.
Uğurlu bir lider, ünsiyyətin əhəmiyyətini anlayır və işçiləri üçün "görünən" və
"əlçatan" bir lider olur. Ünsiyyətin idarəetmənin gündəmində ən
əhəmiyyətli maddə
olmasını təmin edir. Daxili ünsiyyət strategiyası və planının təminatçısı olur və bu
strategiya və planı yeniləyir. Açar mesajlarda həmfikir olur və onu həyata keçirir.
İş (business) nə qədər kompleks olsa da, strategiyanın
hər zaman
sadələşdirilməsi vacibdir. Bu baxımdan, uğurlu liderlik effektiv bir ünsiyyətin
sadəlikdən keçdiyini bilir. Ön ofisdə çalışan vəzifəlilərə qədər hər kəsin anlaya
biləcəyi sadəlikdə ünsiyyətdən bəhs etmək lazımdır.
Liderlik iş strategiyasını qısa məzmunda hazırlaya
bilməli və maksimum beş
prioritetini yaza bilməlidir. Beləcə, müştərilərin ehtiyac və istəklərini daha dəqiq
anlamaq mümkün olacaq ki, ölçülməsi də asan olsun.
Dostları ilə paylaş: