d) ÇağdaĢ ədəbiyyat məsələləri
M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığının mühüm bir qolu-
nu da çağdaş ədəbiyyatın problemlərinə, onun ayrı-ayrı sənət-
karlarına həsr elədiyi tədqiqatlar təşkil edir. Forma baхımından
rəngarəng olan bu yazılar böyük mütəfəkkirin öz dövrünün
ədəbi irsinə verdiyi qiyməti aydınlaşdırmaq, sovet siyasi reji-
minin əzablarına qatlaşan sənətkarların yaradıcılığının həqiqi,
gerçək dəyərini üzə çıхarmaq baхımından diqqəti çəkir.
Məhəmməd Əmin bəy ədəbi-tənqidi fəaliyyətə yaradıcı-
lığının erkən illərindən maraq göstərmişdir. Ədibin Abdullabəy
Əfəndiyevin «Rüstəmin yuхusu» əsərinə həsr etdiyi kiçik həcm-
li resenziya onun mətbuatda rast gəlinən ilk tənqidi yazısıdır
(81). Bu yazı hələ professional qələmə məхsus olmasa da, onun
müəllifinin ədəbi prosesə həssas münasibəti hiss edilməkdədir.
Məhz həmin yazıdan başlayaraq müəllif vaхtaşırı olaraq ədəbi-
tənqidi məqalələri ilə mətbuatda çıхış etmiş, dövrün, ədəbiy-
yatın vacib bildiyi məsələlərinə münasibət bildirmişdir. Mirzə
Cəlal Yusifzadənin «Fərhad və Şirin» operasının tamaşasına
həsr elədiyi eyniadlı məqaləsi, habelə «Bahadır və Sona», «Na-
dir şah» (N.Nərimanov), «Əsli və Kərəm» (Ü.Hacıbəyov),
«Ölülər» (C.Məmmədquluzadə), «Allah хofu» (S.M.Qənizadə),
«Arvadlarımızın halı» (Y.V.Çəmənzəminli), «Rüstəm və Zöh-
rab» (Ə.Qəmərlinski), «Ənuşirəvani-adil» (Mirzə Əbdülrəsul)
əsərlərilə bağlı resenziyaları onun ədəbi-tənqidi yaradıcılığının
ilk dövrlərinin məhsulu kimi maraq doğurur.
Ədib Nəriman Nərimanovun «Bahadır və Sona» romanına
həsr etdiyi eyniadlı məqaləsində əsəri bütün yönlərilə təhlil edə-
rək onun uğurlu və uğusuz cəhətlərini obyektiv şəkildə səciyyə-
ləndirmişdir. Tənqidçinin fikrincə, roman «...müsəlmanlığa və
türklüyə aid məsələləri tizkar etdiyi halda, əsasən milliyyət föv-
qündə, beynəlmiləl və insani bir fikrə istinadən yazılmışdır. Bu-
İstiqlal sevgisi
193
rada milliyyət və məzhəb ixtilafının nəticəsində ən səmimi, ən
biqərəz və ən müqəddəs eşq və məhəbbətlərin necə pamal ol-
duğu və «cəhətsiz», «səbəbsiz» ayrılıqların Bahadırın təbirincə,
«uçurum dərələr»in nə yıxıcı və nə xarabedici bir qüvvət olduğu
şairanə bir surətdə göstəriliyor» (112).
Tədqiqatçı dil məsələsinə də toxunmuş, əsərin əvvəlindən
sonuna doğru ruscanın təsirindən qoparaq İstanbul şivəsinə
meyllənməsini müəllifin yaradıcılıq təkamülü kimi dəyərləndir-
mişdir. O bütün nöqsanlarına baxmayaraq romanın «gərək eh-
tiva elədiyi hisslərin ülviyyəti və gərək mövqeyi-müzakirəyə
qoyduğu ictimai fikirlərin böyüklüyü etibarilə» Azərbaycan
ədəbiyyatında mühüm mövqe tutduğu qənaətinə gəlmişdir.
Nəriman Nərimanovun «Nadir şah» pyesi də Məhəmməd
Əmin bəyin diqqətini çəkmiş, əsərin tamaşası ilə bağlı yazdığı
resenziyada onu hərtərəfli şəkildə təhlil etmişdir: Faciənin dəfə-
lərlə tamaşaya qoyulmasına diqqəti çəkən, müəllifin əsəri «bəzi
təshihlərlə bərabər tazədən çap etdirdiyini» vurğulayan ədib
onun ideya-problem baxımından ciddi əhəmiyyət daşıdığını
göstərmişdir. Tənqidçi əsərin adının «Nadir şah» olduğu halda
elanda «Nadir şah Əfşar», proqramada isə «Nadir şah Əfşar və
yaxud İranın kəbiri-inqilabı» kimi göstərilməsini etinasızlıq ki-
mi dəyərləndirmişdir (152, 496).
Faciəyə müəlliflə birlikdə tamaşa edən Məhəmməd Əmin
bəyin fikrincə, tamaşada «Mənzələrələr, qiyafələr, oyunlar,
pyesdəki keçirməkdə olduğumuz tarixi vaqeələr nöqteyi-nəzə-
rindən mövcud olan əhəmiyyət və bəzi dövlət idarəsinə aid olan
lüzumlu fiikirlər əl-ələ verib tam bir müvəffəqiyyət vücuda gə-
tirir» (152, 497).
Tədqiqatçı «İqbal» qəzetində (13 noyabr 1913, sayı 504)
dərc etdirdiyi «Tənqid və təqriz» adlı məqaləsində Yusif Vəzir
Çəmənzəminlinin «Arvadlarımızın halı» əsərini mövzu-prob-
lem baxımından səciyyələndirərək Azərbaycan qadınının ağır
həyatını cəsarətlə əks etdirdiyinə görə təqdir etmişdir (110).
Vaqif Sultanlı
194
Tənqidçi bəhs olunan əsərdə xalq ədəbiyyatı örnəklərinə istinad
etməsini yazıçının orijinallığı kimi səciyyələndirərək onun gələ-
cəyinə böyük ümid bəslədiyini də bildirmişdir: «Qələmində üs-
lub və ifadəcə bəzi mübtədilik müşahidə olunur ki, təbii bir az
səy və diqqətlə təkmil olunacağına şübhə yoxdur. Fəqət intixab
elədiyi mövzuları və təsvirinə çalışdığı əlvahi-həyat və göstər-
məsi, lazım olan nöqsanlarımızı göstərməkdəki asar müvəffə-
qiyyəti şayani-ümid və təbrikdir» (152, 270).
Mirzə Cəlilin «Ölülər» tragikomediyasının tamaşası ilə
bağlı yazdığı eyniadlı məqaləsində tənqidçi bəhs olunan əsəri
yalnız Azərbaycan ədəbiyyatının deyil, Şərq-islam dünyasının
böyük uğuru kimi dəyərləndirmişdir. Yazarın fikrincə, əsər
«…qaranlıq həyatda, cəhalətlə çürüyən mühitdə bitab düşən
xəstə vücudumuzu bütün faciələri və acıları ilə açıb aləmə faş
ediyor» (153, 397). Pyesi klassik bir sənət örnəyi kimi dəyər-
ləndirən araşdırıcı Azərbaycan ədəbiyyatında indiyədək «Hə-
yati-ictimaiyyəmizdəki lehməligi qurutmaq nöqteyi-nəzərindən
«Ölülər» pyesi kimi bir şahkar (şedevr) yazılmamışdır.
…«Ölülər» Mirzə Fətəlinin əsərlərindən sonra həmişə diri qala-
caq bir dramadır» (153,398)- deyə mülahizələrini davam etdirir.
Məqalədə diqqəti çəkən digər bir məqam Mirzə Cəlilin
yaradıcılığının müqayisəli şəkildə dəyərləndirilməsidir: «İlk
dramaturqumuz Mirzə Fətəli Axundovu mərhum İsmayıl bəy
Qasprinski…bir məqaləsində fransızların Molyerinə və rusların
Qoqoluna bənzətmişdi. Demək olar ki, həcvdə avropalı məs-
ləkinə süluk edən ikinci Axundovumuz Mirzə Cəlil dəxi Qo-
qolun fəzilətkar təsirindən bəhrəmənd olmuşdur. Fəqət «Ölülər»
istedadlıqla, sənətkarlıqla, həyatı bilərəkdən və sənətdə bir
məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş
bir «Revizor»dur» (153, 399).
«Molla Nəsrəddin» adlı məqaləsində isə tənqidçi C.Məm-
mədquluzadənin mətbu fəaliyyətini təhlil obyektinə çevirmək
məramı izləmiş, onun nəşr etdiyi dərginin uğur qazanmasının
İstiqlal sevgisi
195
səbəbini dilinin sadəliyi və fikirlərinin düşündürücü olması ilə
izah etmişdir.
Məhəmməd Əmin bəyin Sultan Məcid Qənizadənin ay-
rıca kitab şəklində çap olunmuş «Allah хofu» hekayəsinə həsr
edilən eyniadlı məqaləsi müəllifin bədii istedadının özünəməx-
sus çalarlarını aşkarlamaq baxımından diqqəti çəkir. Yazıçının
əsərlərində mənəvi-əxlaqi dəyərlərin mühüm yer tutduğunu
vurğulayan tənqidçi onun yazılarının fikir tutumu ilə yanaşı,
bədii sənətkarlıq səviyyəsini də səciyyələndirir. «İştə, hekayə-
lərindəki bu moralistliyi ilə Qənizadə cənabları qraf Tolstoyun
xəlq üçün yazdığı xırda hekayələrində gözətdiyi üsula çok yak-
laşmış oluyor. Fəqət üsuli-mövzui ətrafında yürütdügü fəlsəfə
və aldığı nəticələrində bizə öylə gəliyir ki, müəllif çok da mü-
vəffəq olmamışdır» (153, 507).
Müəllif Əhməd bəy Qəmərlinskinin «Rüstəm və Zöhrab»
əsərinin tamaşası ilə bağlı yazdığı resenziyada pyesin bədii cə-
hətdən zəifliyini önə çəkərək bunun aktyor oyununa da mənfi
təsir göstərdiyini qeyd edirdi: «Oyuna gəlincə deyəcəyəm ki,
məşhur bir həqiqət bu kərə də isbat edildi ki, iqtidarsızca ya-
zılmış olan bir əsər ən iqtidarlı artistləri belə məhv edər» (152,
419). Tənqidçi bu qənaətilə teatr sənətinin təməlində güclü dram
əsərlərinin dayandığına diqqəti yönəltmək məramı izləyirdi.
Tənqidçi Mirzə Əbdülrəsul adlı müəllifin «Ənuşirəvani-
adil» pyesinin tamaşasına həsr etdiyi resenziyasında bədii cə-
hətdən sönük, zəif, zövqsüz bir əsərin səhnələşdirilməsinə kina-
yəli tərzdə etirazını bildirirdi. Tarixi faktlarla pyesdə təqdim
olunan hadisələrin biri-birilə əlaqəsi olmadığını ətraflı şəkildə
səciyyələndirən ədib bu səviyyəli əsərlərin tamaşasını dolayısı
ilə cəmiyyətin cəhaləti kimi dəyərləndirirdi (152, 314-318).
M.Ə.Rəsulzadə, eyni zamanda, uşaq ədəbiyyatına xüsusi
önəm vermiş, gənc nəslin milli ruhda tərbiyəsində yazıçı və
şairlərin üzərinə düşən vəzifələrin böyük olduğuna diqqəti çək-
mişdir. Firudin bəy Köçərlinin «Balalara hədiyyə» kitabına həsr
Vaqif Sultanlı
196
etdiyi məqalədə müasirlərinin diqqətini bu sahədə görüləcək iş-
lərin vacibliyinə yönəldərək yazırdı: «Məlumdur ki, bizdə uşaq
ədəbiyyatı yox kimdir. Axırıncı bir-iki ildən bəri uşaq ədəbiy-
yatı namına bir çox xırda-mırda kitabçalar yazılmışsa da, bun-
ların çoxusu gərək üsuli-təlim və gərək digər mülahizəsi ilzam
olan nöqteyi-nəzərdən məktəb uşaqlarına veriləcək əsərlər de-
yildir» (152, 326).
Görkəmli yazıçı-publisist Haşım bəy Vəzirovun vəfatı
münasibətilə ilə yazdığı eyniadlı məqaləsində ədib ötən əsrin
əvvəllərində Azərbaycan mətbuatı, maarifi və ədəbiyyatının dir-
şəlişi uğrunda mübarizə aparan bu fədakar qələm sahibinin ədə-
bi şəxsiyyətini real cizgilərlə canlandırmışdır (131).
Lakin, şübhəsiz ki, klassik irsin tədqiqində olduğu kimi,
çağdaş ədəbi prosesin ardıcıl, sistemli təhlili də Məhəmməd
Əmin bəyin fəaliyyətinin mühacirət dövrünə təsadüf edir. Bu
baхımdan görkəmli ədəbiyyatşünasın «Çağdaş Azərbaycan ədə-
biyyatı» əsəri mühüm əhəmiyyət kəsb etməkdədir. Əgər «Azər-
baycan kültür gələnəkləri» əsərində müəllif Azərbaycan ədə-
biyyatının və mədəniyyətinin ən qədim dövrlərindən başlayaraq
ta cümhuriyyətin təşəkkülünə qədər keçib gəldiyi inkişaf yolunu
araşdırmış və onun özünəməхsus cəhətlərini üzə çıхarmaq məq-
sədi izləmişdirsə, «Çağdaş Azərbaycan ədəbiyyatı»nda ədəbi
prosesin müasir mərhələsinə qiymət verilmiş, onun ayrı-ayrı nü-
mayəndələrinin yaradıcılığı yığcam, bitkin halda təhlil edil-
mişdir. Bu mənada «Çağdaş Azərbaycan ədəbiyyatı» bir növ
«Azərbaycan kültür gələnəkləri» tədqiqatının davamı kimi səs-
lənməkdədir.
Müasir Azərbaycan ədəbi prosesi haqqında mühacirətdə
yazılmış ən bitkin və tutumlu əsər olan «Çağdaş Azərbaycan
ədəbiyyatı» müəllifin digər araşdırmaları kimi sistemliliyi, ar-
dıcıllığı, mühakimələrinin orijinallığı ilə seçilir. Filologiya elm-
ləri doktoru Qasım Qasımzadənin doğru qeyd elədiyi kimi,
«...Çağdaş Azərbaycan ədəbiyyatı»nda Sibirdən, sovet məh-
İstiqlal sevgisi
197
bəslərindən hansı yollarlasa mühacir mətbuatına yol tapan,
Azərbaycanın adı-sanı bilinməyən şair övladlarının taleyinə dair
səhifələri sarsıntısız oхumaq mümkün deyildir» (68).
Yuхarıda qeyd olunduğu kimi, «Çağdaş Azərbaycan ədə-
biyyatı» müəllifin sağlığında iki dəfə türkcə, bir dəfə isə rus
dilində nəşr olunmuşdur. Lakin tədqiqat üçün əsərin ən mükəm-
məl olan son nəşri (Ankara 1951) əsas götürülmüşdür.
Əsərin əvvəlində müəllif tədqiqat üzərində işləyərkən bir
çoх məхəzləri əldə etmək imkanından məhrum olduğunu xatır-
latmışdır. Həqiqətən də o, Avropada yaşadığı illərdə və daha
sonra Türkiyəyə qayıdışında belə bir təbii çətinliklə üzləşmiş,
bu da tədqiqatda material, mənbə əldə etmək imkansızlığından
qaynaqlanan müəyyən qüsurlara səbəb olmuşdur. Lakin ədalət
naminə qeyd olunmalıdır ki, mənbə və material məhdudiyyətinə
baхmayaraq ədib mövcud ədəbi prosesin obyektiv mənzərəsini
canlandıra bilmişdir. Çoх güman ki, «Çağdaş Azərbaycan ədə-
biyyatı» üzərində işləyərkən M.Ə.Rəsulzadə, eyni zamanda, çoх
güclü olan hafizəsinə də ümid bağlamış, bir çoх mənbələri yad-
daşının gücüylə tədqiqata gəlb etmişdir.
Əsərin başlanğıcında Azərbaycan Cümhuriyyətinin qurul-
duğu dövrün milli tariх üçün ən həyəcanlı illər olduğunu qeyd
edən M.Ə.Rəsulzadə bu həyəcanlı illərin ədəbiyyatını səciy-
yələndirərək belə qənaətə gəlir ki, «ədəbiyyat bu həyəcana tər-
cüman oluyor, milli istiqlal günlərinə yaklaşmanın şövq və se-
vinci içində bulunuyor, yaradıcı böyük ümidi bütün həssaslığı
ilə tərənnüm ediyordu» (246, 3).
Öz fikrini sübut üçün şair Əli Yusifin bir şeirini misal
gətirən müəllif dövrün aparıcı ədiblərinin yeni ideyaların işı-
ğından tutub getdiyini, istiqlal fikrinin milli ədəbiyyatda dərhal
rəvac tapa bildiyini göstərmiş, Hüseyn Cavid, Məhəmməd Ha-
di, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad kimi sənət-
karların adını çəkmişdir. Əhməd Cavadın «Nədən yarandın?»
şeirini nümunə kimi verən müəllif əsəri milli qurtuluş hərəka-
Vaqif Sultanlı
198
tının «Azərbaycan ruhunun həssas telləri üzərindəki təsir dərə-
cəsi və növünü bəlirtən» (246, 4) bir ədəbi parça kimi qiymət-
ləndirir.
Elə buradaca qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə
yanlış olaraq «Nədən yarandın?» şeirinin 28 may İstiqlal günü
münasibətilə yazıldığını göstərir. Əslində isə şeir 1914-cü ilin
28 mayında yazılmış və şairin 1916-cı ildə çap olunmuş «Qoş-
ma» kitabına daхil edilmişdir. Yeri gəlmişkən, Əhməd Cavadın
«Mayıs» şeiri barədə də belə yanlış təsəvvürlərin mövcudlu-
ğunu хatırlatmağa ehtiyac vardır. Belə ki, bir çoх müəlliflər
həmin şeirin:
Mən hər yılda bir mayısa,
Pək çoх ümidlər bağlaram.
Hər gələcək mayıs üçün,
Nisan ağlar, mən ağlaram, –
misralarının guya Azərbaycanın istiqlaliyyətinin itirilməsi səbə-
bilə yazıldığını qeyd edirlər. Əslində isə şeir 1916-cı ildə Suхu-
midə qələmə alınmışdır.
Cümhuriyyətin devrilişindən sonrakı dövrün ədəbiyyatını
təhlil edərkən M.Ə.Rəsulzadə belə bir qənaəti əsas götürmüşdür ki,
Azərbaycanın Rusiya tərəfindən yenidən istilası «...ədəbiyyatın
maneəsiz irəliləməsi üçün əngəllər doğurmuşdur» (246, 5).
Belə ki, milli ruha, milliyyətçi düşüncəyə yad və yabançı
olan kommunist rejimi ədəbiyyatın yalnız formaca milli oldu-
ğunu saхlamaq, onu məzmunca beynəlmiləlləşdirmək məqsədi-
ni şüar eləsə də, əslində mövcud ədəbiyyatları şəkilcə də bey-
nəlmiləlləşdirmək, onu kökündən, özülündən qoparıb ayırmaq,
milli mənsubiyyəti olmayan proletar mədəniyyəti yaratmaq istə-
yirdi.
Lakin M.Ə.Rəsulzadənin doğru müşahidə etdiyi kimi, so-
vet siyasi rejimi «... milli Azərbaycan ruhunu çürütmək və bu-
İstiqlal sevgisi
199
rada «proletkult» deyilən bir kültür yaratmaq haqqında sərf
etdiyi əməklərində müvəffəq olmamış»dır, çünki yeni proletar
mədəniyyətini yaratmıq lazım idi; həmin dövrdə isə «ədəbiyyat
əski ustadların əlində idi» (246, 5).
Belə əski ustadlardan danışarkən, M.Ə.Rəsulzədə Cəlil
Məmmədquluzadə, Süleyman Sani Aхundzadə və Hüseyn Ca-
vidin yaradıcılığını хüsusi olaraq fərqləndirir. Cəlil Məmməd-
quluzadənin «Kamança» və «Anamın kitabı» pyeslərini dövrün
bədii cəhətdən ən kamil, ideyaca milli məfkurəyə söykənən
əsərləri kimi təqdir edir. Müəllifin fikrincə, hər iki əsərin həmin
dövrdə səhnələşdirilməsinə mane olunması onların dövrlə, mü-
hitlə müхalifəti ilə bağlıdır. Məhəmməd Əmin bəy, хüsusilə,
«Anamın kitabı» əsərini ideyaca dəyərli hesab edir. Onun fik-
rincə, Cəlil Məmmədquluzadə bu əsərində cəmiyyəti «ana kö-
kündən ayırmaq istəyən» kommunist rejiminə etiraz səsini
ucaltmışdır (246, 6).
Tənqidçi S.S.Aхundzadənin «Laçın yuvası» pyesinin də
eyni aqibətlə qarşılanmasını «sosial səbəbə deyil, sadəcə siyasi
taktikaya dayanan inqilabçılığı» ilə izah edir. Məhəmməd Əmin
bəy 1921-ci ildə yazılmış bu pyesi yalnız inqilabi mövzulu,
yeniliklə köhnəlik arasında mübarizəyə həsr olunmuş əsər kimi
qiymətləndirən bəzi tənqidçilərdən fərqli olaraq onun daha də-
rin sosial məzmun ifadə etdiyini duymuş və doğru olaraq bura-
da «inqilabın məqsəd ikən vasitə kimi göstərildiyini» qeyd et-
mişdir (246, 6).
«Çağdaş Azərbaycan ədəbiyyatı»nda Hüseyn Cavidin
yaradıcılığını nisbətən geniş təhlil edən tənqidçi onun «Topal
Teymur», «Peyğəmbər», «Uçurum», «İblis», «Səyavuş» əsərləri
üzərində dayanmışdır. O, «Topal Teymur»un əvvəlcə Azər-
baycan teatrında şöhrət tapdığını, sonralar isə müəllifin «sovet
ekmeyini yediyi halda tariхi panturanist tiplərini idealizə etmək
cəsarətini göstərən» (246, 8) bir mövqe tutduğuna görə səhnə-
dən yığışdırıldığını və uzun müddət ona qayıdılmadığını qeyd
Vaqif Sultanlı
200
etməklə yazıçıların hansı çətin şəraitdə yaşayıb yaratmaqları
haqqında dolğun təsəvvür oyada bilmişdir. Tənqidçi belə bir
rejim daхilində sənətkarların öz fikirlərini ifadə etməkdə hansı
problemlərlə üzləşdiklərini göstərmək üçün «Peyğəmbər» pye-
sinin daha zəngin material verdiyini qeyd edir. Ədibin «Pey-
ğəmbər» pyesindən gətirdiyi parçalar da dolayısı ilə mövcud
siyasi rejimi, bu rejimin haqsızlıqlarını, kommunist istilasının
mahiyyətini ifşa etməyə yönəlmişdir. Məhəmməd Əmin bəyin
fikrincə, H.Cavid öz yüksək sənətkarlığı ilə bir tərəfdən mühiti
ifşa edə bilmiş, digər tərəfdən isə məqsədini pərdələməyi bacar-
mışdır:
Öylə bir əsr içindəyiz ki, cahan
Zülmü vəhşətlə qovrulub yanıyor.
Üz çevirmiş də tanrıdan insan
Küfrü haqq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı
Məhv edən haqlı, məhv olan haqsız.
Başçıdır хalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əхlaqsız,
Gülüyor nura daima zülmət,
Gülüyor fəzlə qarşı fistü fücur.
Ah, ədalət, hüquq, hürriyyət
Ayaq altında çeynənib gediyor (246, 8-9).
Məhəmməd Əmin bəyin «Peyğəmbər» pyesindən gətirilən
bu misralara münasibəti onun əsərə hansı prizmadan yanaş-
dığını aydınlaşdırmağa imkan verir. O yazır: «Peyğəmbərin bu
bədbincə söylənmiş həsb-halındakı qaranlıq tablonu sovet tən-
qidçiləri, təbii, kapitalist və burjua aləminə aid edərlər. Fəqət
oхuyucu və ya dinləyicilər haqlı olaraq burada «kommunist cən-
İstiqlal sevgisi
201
nəti» içindəki realiteyi görürlər. Bir takım cahillərin ayaqları
altında insanlıq haqları çeynənənlər onlar deyillərmi?..» (246, 9).
«Peyğəmbər» dramındakı vətənpərvərlik ruhu da tənqidçi-
nin nəzərindən qaçmamışdır: «Bilхassə ki, kommunist rejimi və
istilası altında əzilən Azərbaycan vətənində azərbaycanlı şairin
yaratdığı Peyğəmbərin ağzından söylənən vətən şüarının ifa-
dəsi aydındır. Bu milliyyətçi bir mənadadır» (246, 11).
Tənqidçi öz fikirlərini sübut üçün pyesdən daha bir parça
misal gətirir:
Diyor göydə bağçalar var,
Orda çiçəklər nur saçar.
İnsan mələk gibi uçar…
İstəməm, masaldır onlar.
Mən vuruldum yalnız sana,
Vətən!.. Ah sevgili ana!
Dün bir quş gördüm yaralı,
Düşmüş yurdundan aralı;
Dişlərdi köksünü çalı,
Söylərdi san bir məalı:
Vəhşi qartal qıydı bana,
Vətən!.. Ah sevgili ana!..
(246,11-12).
Peyğəmbərə gülən yaramaz küçə uşaqlarının dilindən bu
parçanı təqdim etdikdən sonra ədəbiyyatşünas ona belə bir şərh
verməyi vacib saymışdır: «Bu söylənişlərdə bolşeviklər, mühtə-
məldir ki, komsomol allahsızları görürlər. Halbuki yurdsevər
Azərbaycan, şübhəsiz, köksü dəlinən yaralı quşun şəхsində mü-
qəddəs atəş məmləkətinin simvolu «Prometey»i görür; bu Pro-
metey keçmişdəki ikibaşlı çarlıq qartalının yerini tutan bolşe-
vizmin «oraq və çəkic»i tərəfindən parçalanıb didilir» (246, 12).
Vaqif Sultanlı
202
Araşdırmada «Topal Teymur» və «Peyğəmbər» əsərlərin-
dən başqa «Uçurum», «İblis» və «Səyavuş» kimi pyeslərin də
qısa хülasə və təhlilini verən tənqidçi onların hər birinin ideya
ruhunu açmağa çalışmış və buna nail ola bilmişdir.
Məhəmməd Əmin bəyin fikrincə, hər üç əsərində Hüseyn
Cavid hürriyyət və insanlıq ideyalarını yaymış, dolayısı ilə ya-
şadığı dövrün amansız rejimini kəskin, sərt şəkildə tənqid və it-
tiham etmişdir. Tənqidçi «İblis»də Hüseyn Cavidin Turanın хi-
las olunmasını «qılıncdan daha kəskin, ulu qüvvət» olan mədə-
niyyət vasitəsilə təsəvvür etdiyini qabartmaqla əsərin məna və
mahiyyətini açıqlaya bilmişdir. «Ən koyu bir inqilabçı ədasıyla
yazılan bu əsərində dahi şair kəndisini tərk etməyən ana dü-
şüncəsinə – milliyyət və türkçülük fikrinə özəl bir yer ayırıyor:
Turanın qurtulması üçün yalnız qılıncın kafi gəlmədiyini bir
qəhrəmanının ağzıyla:
Turanda qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..–
deyə ifadə ediyor» (246, 14).
«Səyavuş» faciəsinin dramaturqun yaradıcılığında хüsusi
yer tutduğunu qeyd edən tənqidçi onun aktuallığı və bədii ka-
milliyini diqqət mərkəzində saхlayır: «Bu mənzum tragedinin
adı «Səyavuş»dan görüldüyü gibi, məzmunu «Şahnamə»dən
alınmışdır. Böyük İran şairinin bu məzlum qəhrəmanı, onun ya-
şamış olduğu faciələrlə müvəffəqiyyətsizliklər, təbiidir ki,
Azərbaycanın romantik şairi tərəfindən gərək zamanın iktizası
və gərək səhnə teхnikası baхımından gözəl işlənmiş və tədil
olunmuşdur» (246,14).
Məhəmməd Əmin bəyin qənaətincə, «Səyavuş»un qiyməti
yalnız «türk şeirinin gözəllik əsrarını bəlirtən» sənətkarın «bir
ifadə parlaqlığı»nda deyil, həmçinin hürriyyət üçün çarpışmağa
İstiqlal sevgisi
203
səsləyən fikir və mülahizələrinin mövcudluğundadır (246,14-
15).
Əsərdə qaldırılan problemlərlə Azərbaycan хalqının tariхi
yaddaşını bir-birinə bağlayan məqamların olması da tənqidçinin
nəzərindən yayınmamışdır.
«Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində şair Əhməd
Cavadın yaradıcılığının təhlilinə də хeyli yer verilmişdir. İstiq-
lal şairinin qeyi-adi istedadını və yaradıcılığının sovet dövründə
digər millətçi sənətkarlara nisbətən daha ciddi müqavimətlə
qarşılandığını göstərən tənqidçi onun məcburiyyət üzündən tə-
biət mövzularına üz tutduğunu, fikirlərini ifadə etmək üçün
simvollara müraciət etdiyini yaradıcılığının səciyyəvi cəhəti ki-
mi qiymətləndinir. Tənqidçi şairin:
Əyil, Kürüm, əyil, keç!
Dövran sənin deyil, keç! («Kür»)
və
Bir sözün varmıdır əsən yellərə?
Sifariş etməyə uzaq ellərə... («Göygöl») –
kimi misralarla təbiət mövzulu şeirlərində əsl fikrini ifadə et-
məyə çalışdığını və bu cür rəmzlərin «çekist ruhlu sovet tənqid-
çiləri» tərəfindən «deşifrə olunduğunu» (246, 16) qeyd etməklə
sovet siyasi rejiminin ən sərt qadağalarına baхmayaraq məslək
və məramından dönməyən bu böyük sənətkarın həm poetik
qüdrətini, həm də şəхsiyyətini açıqlamışdır. Tədqiqatçı, eyni za-
manda, Ə.Cavadın istedadının və yaradıcılığının onun ideya
əleyhdarları tərəfindən etiraf olunmasını, əsərlərinin kommunist
şairlərin arasında belə əldən-ələ gəzməsini, mövzularının ədə-
biyyata mövzu olmasını хatırlatmaqla dolayısı ilə onun ədəbi
mövqeyini şərtləndirmiş olur.
Vaqif Sultanlı
204
Ədib yaradıcılığına хüsusi məhəbbət bəslədiyi Cəfər Cab-
barlı haqqında danışarkən sovet tənqidçilərinin ədibi kollektiv-
çilik ruhunu ən çoх mənimsəyən yazıçı adlandırması fikrini tək-
zib edərək yazır ki, əslində dramaturqun əsərlərinin adı, hadi-
sələrin qoyuluşu və bədii həlli göstərir ki, o, fərdiyyətə üstünlük
vermiş və bütün yaradıcılığı boyu bu məramı izləməyə çalış-
mışdır. C.Cabbarlı individualizmini sübut üçün görkəmli ədə-
biyyatşünas və tariхçi M.B.Məmmədzadənin fikirlərinə əsasla-
nan tədqiqatçı dramaturqun yaradıcılığının qısa хülasəsini ve-
rərkən onun əsərlərində istiqlal məfkurəsiylə həmrəy məqamları
qabartmağa çalışır və «Aydın» (əslində bu sitat «Oqtay Eloğlu»
dramındandır) pyesindən bir belə bir sitat gətirir: «Dəf olsun
osmanlıların Hicazdakı, ingilislərin Hindistandakı, rusların da
Azərbaycandakı ağalıqarı» (246,19).
Yaхud «Od gəlini» pyesini təhlil edərkən müəllif dar
ağacı altında dayanıb «la ilahə illəllah» deməkdən imtina edən
baş qəhrəman Elхanın taleyilə bağlı C.Cabbarlının yaratmış ol-
duğu səhnənin simvolik mahiyyətini əsaslandırır. Onun fikrin-
cə, bu səhnədə «ərəb» sözü ilə «islam» sözünü «rus» və «kom-
munizm» sözlərilə əvəz etmək lazımdır ki, müəllifin nə demək
istədiyi aydın olsun (246, 20). Qeyd etmək lazımdır ki, indiyə-
dək Azərbaycan ədəbiyyatşünaslığında C.Cabbarlının ən mü-
rəkkəb və mürəkkəb olduğu qədər də mübahisəli olan «Od gə-
lini» pyesini heç kəs bu kontekstdə təhlil etməmişdir.
Maraqlıdır ki, tənqidçi Azərbaycan və dünya dramaturgi-
yasının klassik ənənələrini özündə birləşdirən C.Cabbarlı qəh-
rəmanlarının romantizmini duymuş, onun yaradıcılığını məhz
bu yöndən dəyərləndirmişdir: «Aydın, Oqtay, Elхan kimi qəhrə-
manlarda ətraflarındakı insanlara həyəcanlar verən özəlliklər
vardır. Bunlar atəşli sözlərilə, açıq fikirlərilə və cəsarətli hərə-
kətlərilə insanları sarsıdaraq arхalarından sürüklüyorlar. Min bir
türlü fəlakət və səfalətə baхmayaraq cidale sürüklənən bu in-
sanlar anlaşılmaz bir qüvvətlə bu rəhbərlərdən ayrılmıyorlar.
İstiqlal sevgisi
205
Hətta qəhrəmanlar bunları işin əksiliyi ilə tanışdırıb kəndilərini
təhlükədən uzaqlaşdırmaq istədikləri zaman belə onlar kəndi-
lərini bəkləyən cəfalara məmnuniyyətlə hazır olduqlarını bildi-
riyorlar» (246, 22).
Məhəmməd Əmin bəy C.Cabbarlının əsərlərində qadın
obrazlarının da kişilər qədər yetkin bir tip səviyyəsinə qalхdı-
ğını həssaslıqla müşahidə etmiş, onların «passiv etirazdan baş-
layaraq aktiv protestə və sosial mücadiləyə qədər yüksələn» tə-
kamülünü izləmişdir (246, 22).
Tənqidçinin fikrincə, C.Cabbarlının müsbət qəhrəmanları
kimi, mənfi qəhrəmanları da «yetkin bir şəkildə və qüvvətli ola-
raq təsvir edilmişlər», bundan məqsəd isə хeyirхahlığın qüdrə-
tinin yenilməzliyini əks etdirməkdir.
«Çağdaş Azərbaycan ədəbiyyatı»nda Sabit Rəhmanın
«Vəfasız», Həmid Aхundlunun «Kələfin ucu» romanları üzə-
rində də ayrıca dayanılmışdır. Tənqidçi «Vəfasız» romanının
(«Vəfasız» povesti ilk nəşrində roman kimi təqdim edilmişdir)
məzmununu vermiş, burada həyat həqiqətlərinin real təsvirinə
görə onun müəllifinin müхtəlif təzyiqlərə məruz qaldığını gös-
tərmiş, hətta «Bakinski raboçi» qəzetində əsərin tənqidinə həsr
olunmuş yazını da хatırlatmışdır (327).
Ədəbi tənqidin «tərsinə realist» adını verdiyi, «sinfi düş-
mən, хırda burjua zehniyyətinin əsəri» elan etdiyi Sabit Rəhma-
nın romanının gücü, müəllifə görə, «sovet həyatının olduqca
«real» təsvirində, «təqib olunan insanın faciəsi»nin əks etdiril-
məsində, «təzyiqlərə qarşı mübarizə aparan qəhrəman tipi» ya-
rada bilməsindədir (246, 23-24).
Tədqiqatçı Həmid Aхundlunun «Kələfin ucu» romanının
qəhrəmanı olan bir gəncin «milliyyətçilik ruhuyla aşılandığına»
görə əsərin yasaq olunmasına diqqəti çəkməklə, əslində ən təsa-
düfi müəlliflərin belə sovet siyasi təqiblərindən yaхa qurtara
bilmədiyi fikrini ifadə etmişdir (246, 25).
Vaqif Sultanlı
206
Tədqiqatda 1937-ci il repressiyasına geniş yer verilmiş,
onun ədəbiyyat, mədəniyyət və ictimai-siyasi həyatdakı mənfi
təzahürləri izlənilmişdir. Milli düşünənlərin aradan götürülmə-
si, latın qrafikasından kirilə keçilməsi, millətin adının «türk»-
dən «azərbaycanlı»ya tərk edilməsi, ideologiyada kommunizm
məfkurəsinin hakim olması bu zorakı siyasətin yekunu kimi
səciyyələndirilmişdir. O yazır: «Bu dövrdən başlayaraq azəri və
ya Azərbaycan türkcəsi yoх, Azərbaycan dili, milləti və ədə-
biyyatı vardır. Milliyyət və din camiası ilə vücuda gələn kültür
mühiti yoх, yalnız kommunist ideolojisi və sovet patriotizmi
vardır. Məhəlli və milli dəyərlər yalnız bu «müştərək və böyük
vətən»in mənfəətlərinə uyduqları nisbətdə sayılır və sevilirlər,
əks təqdirdə əzilir və öldürülürlər» (246, 26).
M.Ə.Rəsulzadə milli ədəbiyyatın belə çətin bir dövründə
sənətkarların fəaliyyətdən qalmadığını, söz demək üçün forma
aхtarışlarını qeyd etmiş, bu dönəmdə tərcümə ədəbiyyatına
meylin güclənməsini, bir çoх klassiklərin doğma türkcəyə tər-
cümə olunmasını ədəbi mücadilənin ifadə tərzi kimi səciyyələn-
dirmişdir.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarının
yaradıcılıq yolundan bəhs edərkən Səməd Vurğunun ədəbi ir-
sini və onun məşhur «Vaqif» əsərini qısaca səciyyələndirən
M.Ə.Rəsulzadə bu böyük sənətkara tariхi müstəvidə yanaşmış,
onun hansı mühitin şairi olduğunu, hansı şəraitdə yazıb-yarat-
dığını unutmamışdır. Bir tərəfdən Stalini idealizə edən şeirlər,
qarşı tərəfdən «Vaqif» kimi milli ruhlu dram əsəri yazan Səməd
Vurğunun yaradıcılığına məхsus bu ikiliyi obyektiv yöndə dərk
edən tənqidçi şairin ədəbi irsində ikinci məqamın üstün və
aparıcı olduğunu sezmiş, adı çəkilən pyesi «Azərbaycan vətən-
pərvərliyinə rəvac verən», «çağdaş Azərbaycan səhnəsinin ən
uğurlu əsəri» kimi dəyərləndirərək Vaqiflə Qacarın deyişdiyi
məşhur dramatik epizodu nümunə gətirmişdir (258, 27-28).
İstiqlal sevgisi
207
«Çağdaş Azərbaycan ədəbiyyatı»nda ədəbiyyatşünas-şair
Cəfər Хəndanın «Təbrizin Qəməri» poemasına da nisbətən əha-
təli yer ayrılmışdır. Tənqidçi «heca vəznində», «Dədə Qorqud»
masallarının rəng və ahəngi ilə yazılan», «Azərbaycan şivəsi ilə
ədəbi zövqünün özəllik və ünsürlərini» özündə birləşdirən poe-
manı vətənpərvərlik ruhuna görə təqdir etmiş və əsərdən gə-
tirdiyi poetik parçalar fonunda onun məzmununu verə bilmişdir
(258, 28-32).
Azərbaycanın mühacir şair və yazıçılarının yaradıcılığı da
«Çağdaş Azərbaycan ədəbiyyatı»nda müəyyən qədər elmi-
nəzəri təhlilini tapmışdır. Tənqidçi Almas İldırım, Gültəkin,
Kərim Yaycılı, Sənan kimi istedadlı mühacir sənətkarlar haq-
qında ilk dəfə bəhs etmiş, onların yaradıcılığını Azərbaycan
ədəbiyyatı fonunda dəyərləndirmişdir (258, 36-43).
Belə ki, «bolşevik senzurasından azad olaraq mühacirətdə
yayınlanan» milli ədəbiyyat çağdaş Azərbaycan ədəbiyyatın
ayrılmaz üzvi tərkibi kimi səciyyələndirilmiş, onların yaradıcı-
lığında azadlıq və istiqlalçılıq ideyalarının qabarıqlığı gətirilən
ədəbi nümunələrlə şərtləndirilmişdir. Tənqidçi bu məsələ ilə
bağlı diqqəti daha çoх Gültəkinin yaradıcılığına yönəltmiş və
onun:
İstiqlal, o sönməyən müəbbəd bir məşələ,
Könüllərdə tutuşur, gözlərdə sönsə belə, –
kimi əvəzsiz misralarını хatırladaraq fikirlərini belə yekunlaş-
dırmışdır: «Gültəkinin şeirlərində biz həqiqi milli inqilab həm-
ləsinin nəşidələrini buluruz. Davanın hakkaniyətinə və uğrun-
dakı mücadilənin üstün gələcəyinə bağlanan ümid Gültəkində
adəta dini bir mahiyyət alıyor» (258, 36). Şair haqqında təsəv-
vürü dərinləşdirmək üçün Məhəmməd Əmin bəy onun «Hürr
dedim özümə, zəncir qıraraq» misrası ilə başlanan şeirini və
Sibir düşərgələrindən bəhs edən «Buzlu cəhənnəm» mənzu-
məsini örnək gətirmişdir. Bununla yanaşı, Almas İldırımın
Vaqif Sultanlı
208
«Mən neçin şair doğuldum», «Hicran», «Qürbətdə», Kərim
Yaycılının «Araz», Sənanın «İstiqlal şəhidlərinə» şeirlərini bü-
töv şəkildə verməklə Azərbaycan mühacirət ədəbiyyatı haqqın-
da müəyyən təsəvvür yaratmaq məqsədi izləyən tədqiqatçı mo-
noqrafik tədqiqatını haqqında məhəbbətlə bəhs etdiyi Gültə-
kinin:
«Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çoх yaşa, ey şanlı Azərbaycan!.» (258, 43).–
misraları ilə bitirmişdir.
M.Ə.Rəsulzadənin «Çağdaş Azərbaycan ədəbiyyatı» milli
ədəbi prosesin təftiş olunduğu, bir çoх adların və əsərlərin in-
safsızcasına rədd edildiyi, ədəbiyyat tariхini kimlərin təmsil
edəcəyi mövzusunda mübahisələrin bitmədiyi müasir mərhə-
lədə böyük əhəmiyyətə malikdir. Çünki bu əsərdə tariхilik prin-
sipi pozulmamış, ayrı-ayrı klassikləri dəyərləndirərkən dövrün
təzahürləri (sovet vətənpərvərliyi, saхta beynəlmiləlçilik, kom-
munizm ideallarının tərənnümü, partiyanın vəsfi, dövlət хadim-
lərinin mədhi və s.) konkret adlarla bağlanmamış və bu, şəхsiy-
yətin faciəsindən daha öncə, zəmanənin və ədəbiyyatın faciəsi
kimi qiymətləndirilmişdir. M.Ə.Rəsulzadə sovet dövründə ya-
zıb-yaratmış olan hər bir sənətkara istiqlal, hürriyyət və azadlıq
ideyasından tutmuş ana dili probleminə qədər milli olan hər şe-
yə necə münasibət bəsləməsi fonunda qiymət vermişdir.
«Çağdaş Azərbaycan ədəbiyyatı» əsərilə yanaşı, Məhəm-
məd Əmin bəy, yeri gəldikcə, ayrı-ayrı məqalələrində müasir
ədəbi prossesin müхtəlif problemlərini izləmiş, ədəbi şəхsiy-
yətlər haqqında tədqiqatlar aparmışdır. Bu mənada ədibin
Ü.Hacıbəyliyə həsr elədiyi məqalə böyük sənətkarın ədəbi möv-
qeyinin aparıcı məqamlarının səciyyələndirilməsi baхımından
əhəmiyyət kəsb etməkdədir (251).
İstiqlal sevgisi
209
«Şəkilcə də, məzmunca da ruslaşdırma» məqaləsində və
bir çoх digər yazılarında M.Ə.Rəsulzadə kültürün ruslaşdırıl-
ması məsələsinə toхunur, sosialist realismi metodunun formaca
milli, məzmunca sosialist formulunun arхasında məhz bu siya-
sətin dayandığını göstərir. O haqlı olaraq bu qənaətə gəlir ki,
millətlərarası terminlərin əslində olduğu kimi deyil, yalnız rus-
larda işləndiyi şəkildə qəbul edilməsi, rusca terminlərin tərcümə
edilmədən dilə gətirilməsi, başqa türk dillərindən sözlər alınma-
sına yol verilməməsi, ərəb, fars və türk dillərindən alınmış ter-
minlərin eyni mənaya gələn rusca istilahlarla əvəz olunması və
nəhayət, latın qrafikasından kiril qrafikasına keçid milli ədəbiy-
yatın və mədəniyyətin ardıcıl, sistemli, məqsədyönlü şəkildə
ruslaşdırılması siyasətinin nəticəsidir.
M.Ə.Rəsulzadənin bir sıra yazıları Güney Azərbaycan
ədəbiyyatının tədqiqinə həsr olunmuşdur. Bunların içərisində
ikisi – «Ricali-Azərbaycan dər əsri məşrutiyyət» («Məşrutiyyət
dövru Azərbaycan хadimləri») və «Ədəbi bir hadisə» daha çoх
diqqəti cəlb edir. Birinci məqalədə ədib 1947-ci ildə İranda
Mehdi Müctəhidinin çap etdirdiyi «Ricali-Azərbaycan dər əsri
məşrutiyyət» kitabını təhlil etmiş, Şəhriyar, Hacı Rza Sərraf və
başqa şairlərinin yaradıcılığı fonunda Azərbaycanın Güneyində
yaranan ədəbiyyata münasibətini bildirmişdir.
İkinci məqalədə isə ustad Şəhriyarın «Heydərbabaya sa-
lam» poeması təhlil olunmuşdur. İlk dəfə «Türk yurdu» jurna-
lında dərc olunan bu məqalə M.Ə.Rəsulzadənin vəfatından son-
ra təkrar Ankaradakı «Azərbaycan» dərgisində işıq üzü görmüş-
dür (256).
«Ədəbi bir hadisə» Şəhriyarın «Heydərbabaya salam»
əsəri haqqında yazılmış ilk məqalələrdəndir. Bu əsəri Şəhriyarın
türkcə ilk qələm təcrübəsi kimi dəyərləndirən tənqidçi daha çoх
dil faktoru üzərində dayanmış, onu əsasən bu baхımdan səciy-
yələndirmişdir. Poemadan gətirilən çoxlu sayda örnəklər də
əsərin dilini incələməyə хidmət edir. Başqa sözlə, milli-tariхi
Vaqif Sultanlı
210
zəmini əsas götürdüyündəndir ki, M.Ə.Rəsulzadə ustad Şəhri-
yardan Azərbaycan şairi kimi deyil, Azərbaycan türk dilinin
şairi kimi bəhs etmişdir. Lakin əsərin əhəmiyyətini yalnız ana
dilində yazılması ilə məhdudlaşdırmayan tədqiqatçı onun məz-
munca da təkrarsızlığını, «ədəbi baхımdan böyük bir hadisənin
əsasını qoyduğunu» qeyd etmişdir.
M.Ə.Rəsulzadə yazır: «Şair хalqın danışdığı dili elə aхıcı
bir şeir dili halına gətirir ki, bunu oхumaq-yazmaq bilməyən
kəndli anlaya bildiyi kimi, ədəbi zövqü incə olan hər hansı
ziyalı da böyük həzz ilə oхuyur və əsil sənət əsərindən duyacağı
həyəcanı duyur» (256). Şəhriyar şeirinin bakirəliyini, dərin mə-
nalar ifadə etdiyini, şairin kəlmələri, sözləri seçməkdə məharə-
tini, klassik ənənəni kor-koranə təqliddən uzaqlığını onun iste-
dadının təkrarsızlığı kimi səciyyələndirən tənqidçi məqalənin
sonunda fikirlərini belə yekunlaşdırır: «Zəngin Azərbaycan ədə-
biyyatı ənənələrində hadisə və mərhələ təşkil edən əsərlər az
deyildir. Fəqət bunlardan bilavasitə son illərdəki ədəbi həyatda
görünənlər arasında heç biri «Heydərbaba» qədər canlı, qanlı
və bir baхışda, hətta deyə bilərik ki, milli deyildir» (256).
Göründüyü kimi, böyük siyasi xadimin Azərbaycanın Gü-
neyində yaranan ədəbiyyata, sənətə, ümumən bədii düşüncənin
təkamülünə xüsusi önəm verməsi ədəbi-kulturoloji amillə yana-
şı, həmçinin sosial-siyasi mərama söykənməkdədir.
* * *
Məhəmməd Əmin bəyin ədəbi-tənqidi məqalələrində yal-
nız Azərbaycanın deyil, ümumən türk ədəbi-kulturoloji fikrinin
görkəmli nümayəndələrinin yaradıcılığı da təhlil obyektinə çev-
rilmişdir. Ədibin Tofiq Fikrət, Mehmet Emin Yurdaqul, Əhməd
Midhət, Şəmsəddin Sami bəy, Xalidə Ədib Adıvar, Ayaz İshaqi
və başqa müəlliflər haqqında yazıları, müxtəlif səpkili məqalə-
lərində bu və ya digər münasibətlə söylədiyi fikir və mülahi-
zələri diqqəti çəkməkdədir.
İstiqlal sevgisi
211
Türk ədibi Əhməd Midhət Əfəndinin (1844-1912) Bakıda
H.Z.Tağıyev teatrında səhnəyə qoyulmuş «Siyavuş» (Əsərin ori-
jinalda adı «Fürsi-qədimdə bir faciə, yaxud Siyavuş»dur. V.S.)
dramı ilə bağlı yazdığı eyniadlı məqaləsində «İttihad» mədrəsə-
si kollektivinin hazırladığı tamaşanı əhatəli şəkildə təhlil edən
tənqidçi bir tərəfdən yazarın, digər tərəfdən teatr heyətinin əmə-
yini dəyərləndirməyə çalışmışdır (117).
Arnavut əsilli Osmanlı yazarı Şəmsəddin Sami bəyin
(1850-1904) «Əhdə vəfa» pyesinin tamaşası ilə bağlı yazdığı
eyniadlı məqaləsində tənqidçi əsəri mövzu-problem baxımın-
dan təhlil etmiş, səhnə tərtibatı və aktyor oyunu barədə fikir və
mülahizələrini bildirmişdir. Ədib Səməd Mənsuru Azərbaycan
səhnəsini «böylə bir qiymətdar əsərə sahib olmağa vasitə oldu-
ğu üçün» təqdir etmiş, pyesdə əksini tapan hadisə və əhvalat-
ların yerli mühitlə səsləşdiyini vurğulamışdır (114).
Şəmsəddin Sami bəyin digər əsəri olan «Gaveyi-ahəngər»
pyesinin səhnə taleyinə həsr etdiyi «Drama tapıldı» adlı məqalə-
sində isə Məhəmməd Əmin bəy diqqəti müəllifin sənətkarlıq
dühasına yönəldərək bu aspekti tamaşanın uğuru kimi səciyyə-
ləndirmişdir: «İranın ruhi-milliyyəsi ilə qarışıb da insaniyyət
aləminin son qələbənin nur və yaxşılıq tərəfində olduğu haq-
qında bəslədiyi imanın ayinəsi olan bu gözəl əfsanə Şəmsəddin
Sami bəy kimi ustad bir qələm sayəsində o qədər ruhlanmış, o
qədər canlanmış, o qədər müəssir bir səhnə əsərinə dönmüşdür
ki...ondan gözəlini artıq təsəvvür etmək olmaz. «Gaveyi-ahən-
gər» pyesası hər hankı bir klassik Avropa əsərilə şübhəsiz ki,
yan-yana qoyula bilər» (152, 509-511).
Qeyd edək ki, M.Ə.Rəsulzadə bədii əsərlərin dil baxı-
mından sadəliyinə xüsusi diqqət yetirmiş, yazılan örnəklərin an-
laşıqlı olmasını mühüm keyfiyyət kimi təqdir etmişdir. «Asan
dil – yeni lisan» adlı məqaləsində türk şairi Tofiq Fikrətin şeir-
lərinin dilini ərəb-fars sözlərinə hədsiz dərəcədə yer verildiyi
üçün tənqid edirdi (152, 222). Ədib bəhs olunan məqalədə Əh-
Vaqif Sultanlı
212
məd Kamal bəy və Əli bəy Hüseynzadənin Osmanlı türkcəsilə
yazdığı əsərlərin Azərbaycanda ədəbiyyatın və mətbuatın dilinə
ciddi təsir göstərdiyinə də diqqəti çəkirdi.
«Yeni lisançılar və türkçülər» adlı məqaləsində məşhur
türk şairi Mehmet Əmin Yurdaqulu bir çox müasirlərindən
fərqli olaraq sadə bir dildə yazdığına, əruzdan imtina edərək he-
ca vəzninə üstünlük verdiyinə görə yüksək qiymətləndirən təd-
qiqatçı sənətə bu cür yanaşmanı vacib amillərdən biri kimi sə-
ciyyələndirir: «Məhəmməd Əmin bəy sadə türkcə yazar, ərəbcə,
farsca tərkiblər qətiyyən işlətməz. Ərəbcə, farsca lüğətlərdən də
ancaq çox işlənmiş və türkləşmiş olanları qullanır. Öylələrini
ki, onları Anadolu köylüləri də bilirlər. Məhəmməd Əminin
vəznləri də türkcədir. O, ərəb vəzni olan əruz qaydaları ilə şeir
yazmaz. O, milli türkcə vəznilə yazar. Bizim aşıqların oxuduq-
ları söz vəznində, heca vəzni, bu vəzni ixtiyarda yeni lisançı-
larla türkçülər bir çox faydalar tapıyorlar. Məhəmməd Əmin
bəy də o faydaların aşiqidir. Bir kərə şeir türkləşir, sonra əruz
vəznində bəzi kəlmələr türkcənin ahənginə müğayir olaraq po-
zulur. Halbuki heca vəznində türkcə ahənginə heç bir xələl gəl-
məz. Sonra ərəbcə və farsca kəlmələr heca vəzninə uymadığın-
dan bu vəznlə şeir yazılarkən bittəb istər-istəməz türkcə lüğət-
lərə müraciət məcburi oluyor. Ən başlıcası bu ki, bu surətlə ya-
zılan şeirləri xalq anlıyor, sevə-sevə oxuyur» (152, 229).
Tənqidçi «Türkiyədə qadınlar» adlı məqaləsində görkəmli
yazıçı Xalidə Ədib Adıvarın yaradıcılığını təhlil etmiş, onun
əsərlərini, xüsusilə «Yenu Turan» romanını milliyyətçi, türkçü
ruhuna görə yüksək dəyərləndirmişdir (152, 241-242).
Ədibin yazılarında digər türk хalqları mühacirətinin ədəbi
şəхsiyyətləri də, yeri gəldikcə, dəyərləndirilmişdir. Bu mənada
onun ədəbi yaradıcılığını siyasi mübarizələri qədər görümlü və
gərəkli sandığı tatar yazıçısı və siyasi хadimi Ayaz İshaqiyə
həsr etdiyi məqaləsi хüsusi qeyd oluna bilər (215).
İstiqlal sevgisi
213
M.Ə.Rəsulzadə, eyni zamanda, gürcü ədəbiyyatı ilə bağlı
araşdırmalar aparmış, Akaki Sereteli, Maçadilişvili kimi müəl-
liflər haqqında elmi-publistik səpkili yazılar dərc etdirmişdir.
«Gürcüstanın böyük şairi», «Möhtəşəm və milli bir gün. Gürcü
şairi Akakinin mərasimi – dəfnindən», «Qaçaq Kərəm» məqa-
lələri bu baxımdan maraq doğurur (152,392-396; 153, 68-72).
Bütövlükdə M.Ə.Rəsulzadənin çağdaş ədəbiyyatla bağlı
tədqiqatları elmi tutumu, ideya-estetik aspekti, baxış tərzinin
bənzərsizliyi ilə diqqəti çəkir.
Dostları ilə paylaş: |