ZƏHĠRƏDDĠn məHƏMMƏd babur


DOQQUZ YÜZ ÜÇÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   2   3   4   5   6   7   8   9   10   ...   48

DOQQUZ YÜZ ÜÇÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Baği-meydanın  arxasındakı  Külbə  çayırında  dayandıq.  Səmərqəndin 

sipahilərindən və şəhər əhalisindən lap çox adam Məhəmməd Çəb körpüsü-

nün civarında qarşımıza çıxdı. Bizim əsgər müharibəyə hazır deyildi. (43 a) 

İgidlər  hazırlaşana  qədər  Sultanqulunu  və  Babaqulunu  ələ  keçirərək  hisara 

götürdülər. 

Bir  neçə  gün  sonra  qalxıb  Kuhəkin  arxasındakı  Külbənin  kənarında 

durduq. Seyid Yusif Bəyi o gün Səmərqənddən çıxardılar, o da oraya gəlib 

bizə xidmət etməyə hazır olduğunu bildirdi. 

Buraya  gəldiyimizi  görən  səmərqənddəkilər  elə  zənn  etdilər  ki,  biz 

geri  çəkilmişik.  Köməkçilər,  sipahilər  və  şəhərlilər  Mirzə  körpüsünə  və 

Şeyxzadə darvazasından Məhəmməd Çəb körpüsünə qədər çıxdılar. İgidlərə 

silahlanıb atlara minməyi əmr etdik. Onlar iki tərəfdən – Mirzə körpüsü ilə 

Məhəmməd Çəb körpüsündən düşməni sıxışdırdılar. Allahın köməyilə düş-

mən yenildi. Onların ləyaqətli bəylərini və yaxşı igidlərini əsir edib gətirdi-

lər. Bunlardan biri Məhəmməd Miskin Hafiz Dulday idi, onun şəhadət bar-

mağını  kəsmişdilər.  Ondan  başqa,  Məhəmməd  Qasım  Nəbirə,  onun  kiçık 

qardaşı Həsən Nəbirə və daha bunlar kimi sipahilər və əhali tərəfindən tanı-

nan igidlərdən xeyli vardı. 

Şəhərin  yetimlərindən  Divanə  Caməbəf  ilə  Kəlqaşığı  da  gətirdilər; 

bunlar küçə qovğasında və oğurluqda alt təbəqə (43 b) arasında məşhur idi-

lər.  Gari-Aşiqanda  ölən  piyadaların  intiqamının  alınması  üçün  işkəncə  ilə 

öldürülmələri  əmr edildi.  Bu, Səmərqənd  əhalisi  üçün qəti bir məğlubiyyət 

idi.  Bundan  sonra  kurqandan  çıxmaları  dayandı.  İş  o  dərəcəyə  vardı  ki, 

bizimkilər xəndək kənarına qədər gedib əsirlər gətirirdilər. 

Günəş  tərəzi  bürcünə  girdi.  Soyuqlar  başladı.  Məsləhət  toplantısına 

qatıla biləcək bəyləri çağıraraq vəziyyəti müzakirə etdik. Bunlara qərar ve-

rildi: şəhər əhalisi o qədər aciz qalmışdır ki, Allahın inayətilə şəhəri bugün 

də, sabah da ala bilərik. Burada soyuqdan əziyyət çəkməkdənsə şəhərin ya-


BABURNAMƏ 

 

63 



xınından qalxıb bir kurqanda qışlaq düzəltmək lazımdır. Əgər getmək lazım 

gəlsə, oradan daha az tərəddüdlə getmək mümkündür.  

Qışlaq üçün Xoca-Didar kurqanı uyğun görüldü. Oradan qalxıb Xoca-

Didarın önündəki  çayıra  getdik. Kurqana  girib  ev və  koma  yerlərini  müəy-

yən etdik. Bunları düzəldəcək adamlar ilə təhsildarlar qoyaraq yurda döndük. 

Qışlaq hazır olana qədər bir neçə gün çayırda qaldıq. 

Bu  zaman  Baysunqur  Mirzə  Türküstana,  Şeybani  xana  ard-arda 

adamlar göndərərək kömək istəmiş. Qışlaq hazır oldu və biz kurqana (44 a) 

girdik. Şeybani xan Türküstandan hücum edərək o gecə bizim yurdumuzun 

üzərinə  doğru  gəldi.  Bizim  əsgərimiz  yanımızda  deyildi.  Qışlak  üzündən 

bəziləri  Ribati-Xocaya,  bəziləri  Qəbilə,  bəziləri  də  Şiraza  getmişdi.  Buna 

baxmayaraq  əlimizdəki  qoşunu  toplayıb  qarşı  çıxdıq.  Lakin  Şeybani  xan 

müharibəyə  girmədən  Səmərqəndə  doğru  geri  çəkildi.  Şeybani  xanla  Bay-

sunqur  Mirzənin  istəkləri  üst-üstə  düşmədiyi  üçün  anlaşa  bilməmişdilər. 

Şeybani xan bir neçə gün sonra heç bir şey edə bilmədi və dilxor halda Tür-

küstana qayıtdı. 

Baysunqur Mirzə yeddi ay mühasirə altında qaldı. Şeybani xandan kö-

mək ummuş, lakin bu ümidi də boşa çıxmışdı. Axırda iki-üç yüzə qədər ac 

adamı  ilə  birlikdə  Qunduza,  Xosrov  şahın  yanına  getdi.  İyulda  Amu-Dər-

yadan  keçdiyi  zaman  Sultan  Məsud  Mirzənin  qohumlarından  və  etibarlı 

adamlarından  olan  Termiz  hakimi  Seyid  Hüseyn  Əkbər  bunu  xəbər  alıb 

Baysunqur Mirzənin üstünə yürüdü. Mirzə çayı keçmişdi, amma Mirim Tar-

xanı orada su götürdü. Seyid Hüseyn də geridə qalan adamlarını və əşyasını 

ələ keçirdi. Baysunqur Mirzənin Tahir Məhəmməd adlı çöhrəsi də ələ keç-

mişdi. Xosrov şah Baysunqur Mirzəni yaxşı qarşıladı (44 b)

Baysunqur  Səmərqənddən  çıxanda  bizə  xəbər  gəldi.  Xoca-Didardan 

hərəkət edərək Səmərqənd üzərinə yürüdük. Yolda Səmərqəndin böyükləri, 

bəylər və  igidlər birər-birər bizi  qarşılayıb  təbrik etməyə  gəldilər. Rəbiyül-

əvvəl  ayının  sonlarına  doğru  [=1497  noyabr]  ərkə  girib  Bostan-Saraya 

endim. Tanrı təalanın inayəti ilə Səmərqənd şəhəri və vilayəti zəbt edilib ələ 

keçirildi. 

 

SƏMƏRQƏNDĠN QISA TƏSVĠRĠ 

 

Səmərqənd qədər gözəl bir şəhər dünyada az tapılar. Beşinci iqlimdə-



dir.  Koordinatları  99  dərəcə  56  dəqiqə  uzunluq  və  30  dərəcə  30  dəqiqə  en 

dairəsidir

1

. Şəhəri Səmərqənddir, vilayətinə Mavəraünnəhr deyirlər. Heç bir 



düşmən onu güc və üstünlüklə ələ keçirə bimədiyi üçün «Bəldeyi-məhfuzə

2

 



                                                           

1

 Bu koordinatlar ortaçağ hesablarına görədir. Modern standartlara görə, Səmərqənd 67° 



uzunluq və 39° 40' en dairəsindədir. 

2

 Bəldeyi-məhfuzə: (Allahın) hifz etdiyi yer, hifz olunan şəhər deməkdir. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



64 

deyirlər.  Səmərqənd  əmirəlmöminin  həzrəti  Osman  zamanında  islamiyyəti 

qəbul etmişdir. Səhabədən Qusəm bin Abbas buraya gəlmişdir. Onun məzarı 

Ahən darvazasının bayırındadır və bugün də Məzari-Şah adıyla məşhurdur. 

Səmərqəndi  İskəndər  [Filkus]  qurmuşdur.  Moğol  və  türk  ulusları  Sə-

mizkənd deyirlər. Teymur bəy buranı paytaxt eləmişdi. Teymur bəydən əv-

vəl  onun  kimi  böyük  bir  padşah  Səmərqəndi  paytaxt  eləməmişdi.  Qala  di-

varları üzərindən kurqanın uzunluğunun ölçülməsini əmr etdim; ölçdülər, on 

min altı yüz qədəm çıxdı. 

Əhalisi bütünlüklə sünni, pak məzhəb, şəriətə bağlı və dindardır. Həz-

rəti peyğəmbər zamanından bəri Mavəraünnəhrdə o qədər çox islam imamı 

yetişmişdir  ki,  başqa  heç  bir  vilayətdən  (45  a)  bu  qədər  çox  imam  çıxma-

mışdır. Kəlam imamlarından biri olan Şeyx Əbu Mənsur Səmərqəndin Ma-

turid adlı məhəlləsindəndir. 

Kəlam  imamları  iki  qrupa  bölünür;  birinə  maturidiyyə,  digərinə  əşa-

riyyə  deyirlər.  Maturidiyyə  Şeyx  Əbu  Mənsur  tərəfindən  qurulmuşdur.  Sə-



hihi-Buxari  adlı  əsərin  müəllifi  Xoca  İsmayıl  da  Mavəraünnəhrdəndir.  Hi-

dayə adlı  əsərin  yazarı da Fərqanənin  Mərginan  adlı vilayətindəndir.  İmam 

Əbu Hənifə məzhəbində Hidayədən daha sayğın bir fiqh kitabı yoxdur. Fər-

qanə də Mavəraünnəhrə daxil olub məmurənin kənarında yerləşir. 

Səmərqəndin  şərqində  Fərqanə  və  Kaşğar,  qərbində  Buxara  və  Xa-

rəzm,  şimalında  Daşkənd  və  Şahruxiyyə  (kitablarda  Şaş  və  Bənakət  deyə 

yazılır), cənubunda Bəlx və Termiz yerləşir. 

Kuhək  çayı  Səmərqəndin  şimalından  axır  və  ondan  iki  küruh  məsa-

fədədir. Bu çayla Səmərqənd arasında Kuhək deyilən bir təpə vardır və çay 

bunun  ətəyindən  axdığı  üçün  Kuhək  çayı  deyirlər.  Bu  sudan  böyük  bir  qol 

ayrılmışdır.  Dərya  qədər  geniş  olan  bu  qola  Dərğəm  çayı  deyirlər.  Səmər-

qənddən bir şəri məsafədədir və şəhərin cənubundan axır. Səmərqəndin bağ-

ları, məhəllələri və bir neçə qəzası bu su sayəsində abad olmuşdur. Buxara 

və Qara gölə qədər otuz-qırx ağaca yaxın bir bölgənin əkin-biçini və abad-

lığı Kuhək çayıyla təmin edilir. Bu qədər böyük (45 b) bir çay olduğu halda 

suyu ziraət və abadlıq üçün ancaq yetir, hətta yayda Buxara üç-dörd ay su-

suz qalır. 

Üzümü,  qovunu,  alması,  narı  və  digər  bütün  meyvələri  çox  yaxşıdır. 

Lakin  Səmərqəndin  iki  meyvəsi  məşhurdur:  sibi-Səmərqənd  (alma)  və  sa-

hibi-Səmərqənd (üzüm). 

Qar Kabildə olduğu qədər çox yağmasa da, qışı çox soyuqdur. Yayda 

havası xoşdur, lakin Kabil qədər deyil.  

Səmərqənddə  və  onun  məhəllələrində  Teymur  bəyin  və  Uluğ  bəyin 

imarət  və  bağları  çoxdur.  Teymur  bəy  Səmərqənd  ərkində  Göy  saray  deyə 

məşhur olan dörd qatlı, fövqəladə böyük bir köşk tikdirmişdir. 

Bundan başqa, Ahənin darvazasına  yaxın, qalanın içində bir cami də 


BABURNAMƏ 

 

65 



tikdirmişdir. Bu caminin daşlarını əksəriyyəti Hindistandan gətirtilən daşçı-

lar işləmişdir. Caminin kitabəsindəki «Və əz yərfəu İbrahim əl-qəvaidə...»

1

 

ayəsini elə böyük hərflərlə yazmışlar ki, bir küruh məsafədən oxumaq müm-



kündür. Bu da çox böyük bir binadır. 

[Teymur  bəy]  Səmərqəndin  şərqində  iki  bağ  saldırmışdır.  Daha 

uzaqda olan Baği-boldu, digəri isə daha yaxında olan Baği-dilgüşadır. Baği-

dilgüşadan Firuzə darvazasına qədər bir yol çəkdirib iki tərəfinə qovaq ağacı 

əkdirmişdir.  Dilgüşada  da  böyük  bir  köşk  tikdirmişdir.  Bu  köşkdə  (46  a) 

Teymur bəyin Hindistan müharibələri təsvir edilmişdir. Kuhək təpəsinin ətə-

yində,  Kani-Gilin  -abi-rəhmət  də  deyilən  Qara  suyun-  üst  tərəfində  Nəqşi-

cahan adında bir bağ saldırmışdır. Mən görən zaman bu bağ artıq xarab ol-

muş və diqqətədəyər bir şeyi qalmamışdı. Səmərqəndin cənubunda, qalaya 

yaxın  yerdə  Baği-çinar,  Səmərqəndin  aşağı  tərəfində  Baği-şimal  və  Baği-

behişt vardır. 

Teymur bəyin nəvəsi, Cihangir Mirzənin oğlu olan Məhəmməd Sultan 

Mirzə  də  Səmərqəndin  dış  kurqanında  –  Çəkərdə  bir  mədrəsə  tikdirmişdir. 

Teymur bəyin və Səmərqənddə padşahlıq edən övladlarının hamısının qəbri 

buradadır. 

Uluğbəy Mirzənin imarətlərindən olan mədrəsə və xanəgah isə Səmər-

qənd qalasının iç tərəfindədir. Xanəgahın qübbəsi fövqəladə böyükdür, onun 

qədər  böyük  bir  qübbənin  dünyada  olmadığını  söyləyirlər.  Bu  mədrəsənin 

və  xanəgahın  yanında  Mirzə  hamamı  deyə  bilinən  gözəl  bir  hamam  tikdir-

mişdi.  Döşəməsi  müxtəlif  daşlardandır.  Xorasanda  və  Səmərqənddə  onun 

kimi başqa bir hamam  yoxdur (46 b). 

Bir  də  mədrəsənin  cənubunda  Məscidi-Müqətta  dedikləri  bir  məscid 

tikdirmişdir. Müqətta [kəsilmiş, ayrı] deyilməsinin səbəbi parça-parça ağac-

ların yonulub islami və Çin üsulu naxışlarla işlənməsindəndir. Bütün divar-

ları  və  damı  bu  tərzdədir.  Bu  məscidin  qibləsi  ilə  mədrəsənin  qibləsi  ara-

sında çox böyük fərq vardır. Hər halda bu məscidin qiblə yönünü ulduzlara 

görə təyin etmişlər.  

Tikdirdiyi  digər  böyük  binalardan  biri  də  Kuhək  təpəsinin  ətəyində 

yerləşən və içərisində zic

2

 yazma aləti olan üç qatlı rəsədxanadır. Uluğ bəy 



Mirzə bu rəsədxana ilə zici-Gürganini tərtib etmişdir ki, dünyada bu zic di-

gərlərindən daha artıq istifadə olunur. Bundan əvvəl Xoca Nəsir[əddin] Tu-

sinin  elxani  hakimi  Hülakü  xan  zamanında  Marağada  tərtib  etdiyi  zici-El-

xani istifadə olunmuşdu. Deyəsən, dünyada yeddi-səkkizdən artıq rəsədxana 

olmamışdır. Bunlardan birini xəlifə Məmun tikdirmişdir və zici-Məmuni bu-

rada  tərtib  edilmişdir.  Bitlimus  da  bir  rəsədxana  tikdirmişdir.  Hindistanda 

                                                           

1

 Quran, Bəqərə surəsi: "İbrahim İsmayıl ilə bərabər Evin təməllərini yüksəldir" (2:127). 



2

 Zic:  yaxud  zeyr:  əskidən  ulduzların  yerlərini  və  hərəkətlərini  göstərmək  üçün  hazır-

lanmış cədvəl, kataloq. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



66 

racə Bikerməcit Hindu zamanında bugün Mandu adıyla tanınan Malva döv-

lətindəki  Ücceyn  və  Deharda  bir  rəsədxana  var.  Hindlərin  Hindistanda  bu-

gün  də  istifadə  etdikləri  zic  budur.  Bu  rəsədxananın  tikilməsindən  bəri  (47 



a) 1584 il keçmişdir və bu zic digər ziclərə görə daha naqisdir. 

[Uluğ  bəy]  Kuhək  təpəsinin  qərb  tərəfindəki  ətəyində  Baği-meydan 

adlı bir bağ və bu bağın ortasında Çihil sütun dedikləri böyük bir bina tikdir-

mişdir.  İki  qatlı  və  sütunları  tamamilə  daşdan  olan  bu  binanın  dörd  kün-

cündə minarəyə bənzər dörd bürc tikilmişdir. Üst qata bu qüllələrdən çıxılır. 

Digər  yerlərdə  daş  sütunlar vardır.  Bunların  bəziləri büklümlü,  bəziləri ho-

luqludur.  Üst  mərtəbənin  dörd  tərəfi  eyvanlı  olub  sütunları  daşdır  və  orta-

sında  dörd  qapılı  bir  otaq  vardır.  Binanın  kürsüsünü  başdan-başa  daşlarla 

döşəmişlər.  

Binadan  Kuhək  təpəsinə  doğru  getdikdə  təpənin  ətəyində  bir  bağ  da 

saldırmışdır. Orada da böyük bir saray inşa etdirmiş və onun içinə taxt ola-

raq  böyük  bir  daş  qoydurmuşdur,  uzunluğu  təxminən  on  dörd-on  beş,  eni 

yeddi-səkkiz, yüksəkliyi isə bir karidir. Bu böyük daşı xeyli uzaq bir yerdən 

gətirmişlər. Ortasında bir çat vardır və deyilənə görə, bu çat daş buraya gəti-

rildikdən sonra yaranmışdır. Bu bağda dörd qapılı otaq da (47 b) tikilmişdir. 

Divarları  tamamən  çini  olduğundan  ona  çinixana  deyirlər.  Xüsusi  adamlar 

göndərərək bunları Çindən gətirtmişdir.  

Səmərqənd  qalasının  içində  Məscidi-ləkləkə  deyilən  qədim  bir  bina 

var. Bunun ortasında yerə ayaqla vuduqda «lək-lək» deyə əks-səda gəlir. Bu, 

qəribə bir şeydir və sirrini heç kim bilmir.  

Sultan Əhməd Mirzə zamanında da bəylər çox bağ və bağça saldılar. 

Bunlardan Dərviş Məhəmməd Tarxanın çarbağı qədər səfalı, havalı və geniş 

mənzərəli yer az tapılar. Baği-meydanın bir az aşağısındakı bir yüksəkliyin 

üstündə  Külbə  çayırına  baxan  bir  çarbağ  daha  salınmışdır  ki,  bütün  çayır 

ayaq altındadır. Burada torpağı qat-qat düzəldərək gözəl qaraağaclar, bəyaz 

sərvlər və söyüdlər əkmişlər. Çox gözəl bir yerdir. Yeganə qüsuru böyük bir 

çayının olmamasıdır.  

Səmərqənd şəhəri fövqəladə dərəcədə abad şəhərdir. Bu şəhərin digər 

şəhərlərdə olmayan bir özəlliyi də vardır. Burada hər əsnafın ayrı birər baza-

rı vardır və beləcə, bir-birləri ilə qarışmırlar. Buna daim əməl edirlər. Yaxşı 

çörəkçiləri və aşxanaları vardır. Dünyada ən yaxşı kağız Səmərqənddə isteh-

sal olunur, cüvaz kağızı deyilən bu növ kağızın bütün materialı Kani-Gildən 

gəlir. Kani-Gil isə Qara su kənarındadır. (48 a) bu Qara suya abi-rəhmət də 

deyirlər.  Səmərqəndin  qırmızı  qədifə  qumaşı  hər  tərəfə  ixraç  edilir.  Ətra-

fında gözəl çayır-çəmənlər vardır. Ünlü çayırlarından biri Səmərqənd şəhə-

rinin şərqində və bir az cənuba doğru bir ağac məsafədəki Kani-Gil çayırıdır. 

Abi-rəhmət  də  dedikləri  Qara  su  Kani-Gilin  ortasından  axır.  Yeddi-səkkiz 


BABURNAMƏ 

 

67 



dəyirman  işlədəcək  qədər  suyu  vardır

1

.  Çayın  ətrafı  tamamilə  bataqlıqdır. 



Bu  çayırın  əsl  adı  Kani-Abgirinişdir,  lakin  tarixlərdə  daim  Kani-Gil  deyə 

yazırlar.  Çox  gözəl  bir  çayırdır.  Səmərqənd  sultanları  bu  çayırı  iqamətgah 

edir və hər il buraya çıxıb bir-iki ay yaşayırlar. 

Bu  çayırın  bir  az  yuxarısında,  cənub-şərqə  doğru  Xan  Yurdu  adında 

bir  çayır  da  vardır.  Səmərqəndin  şərqində  şəhərdən  bir  ağac  məsafədədir. 

Qara Su bu çayırın içindən keçərək Kani-Gilə gedir. Bu Qara Su Xan Yur-

dunda  elə  bir  şəkildə  qıvrılır  ki,  meydana  gətirdiyi  çıxıntı  (toqqay

2

)  içində 



bir ordu enəcək qədər yer var. Buranın çıxış ağzı çox dardır və bu yerin əl-

verişli  olduğunu  görərərək  Səmərqənd  mühasirəsi  zamanı  bir  neçə  dəfə 

burada  oturmuşdum.  Digər  çayırlardan  biri  olan  (48  b)  Bödənə  (bildirçin) 

qoruğu  da  Dilgüşa  bağı  ilə  Səmərqənd  arasındadır.  Göli-Məğaq  çayırı  isə 

Səmərqəndin bir az şimalına doğru və iki ağac qədər qərb tərəfindədir. Bura 

da gözəl bir çayırdır və bir tərəfində böyük bir göl olduğu üçün oraya Göli-

Məğaq  çayırı  da  deyilir.  Səmərqəndi  mühasirə  edəndə  mən  Xan  Yurdunda 

oturduğum zaman bu çayıra da Sultan Əli Mirzə yerləşmişdi. 

Çayırlarından biri də Külbə çayırıdır. Bu çayır digərlərinə nəzərən da-

ha kiçıkdir. Şimalında Külbə kəndi və Kuhək çayı, cənubunda Baği-Meydan 

və Dərviş Tarxanın çarbağı, şərqində isə Kuhək təpəsi yerləşir. 

Səmərqəndin  gözəl  vilayətləri  və  tümənləri  vardır.  Ən  geniş  vilayəti 

Səmərqəndin  tayı  olan  Buxaradır. Səmərqəndin  qərbində  və  ona iyirmi beş 

ağac məsafədə yerləşir. 

Buxaranın da bir neçə tüməni

3

 vardır. Şəhər çox gözəldir. Meyvəsi bol 



və gözəl olur. Qovunu fövqəladə yaxşı olur. Mavəraünnəhrin heç harasında 

Buxarada olduğu qədər bol və yaxşı qovun tapılmaz. Gərçi Fərqanə vilayə-

tində  Axsinin  mir-teymuri  adlanan  qovunu  buranınkından  daha  ləzzətli  və 

daha  gözəldir,  lakin  Buxarada  hər  növ  qovun  bol  və  yaxşıdır.  Buxaranm 

əriyi də məşhurdur. Buxara əriyi kimi ərik heç bir yerdə tapımaz. Qabığını 

soyub qurudur və nadir mal kimi vilayətdən (49 a) vilayətə göndərirlər. Mü-

layimət  [bağırsaq  yumşaqlığı]  üçün  fövqəladə  yaxşı  bir  dərmandır.  Quşu, 

toyuğu və qazı çoxdur. Mavəraünnəhrdə Buxara şərablarından daha qüvvətli 

şərab tapılmaz. Mən Səmərqənddə işki içdiyim ilk vaxtlarda Buxara şərab-

larını içirdim. 

Keş  vilayəti  Səmərqəndin  cənubunda,  doqquz  ağac  məsafədədir.  Sə-

mərqənd ilə Keş arasında İtmək Dabanı adlı bir dağ vardır. Yontma üçün iş-

lənən daşları bu dağdan gətirirlər. Baharda ova və şəhərin hər yeri çox gözəl 

bir yaşıllığa büründügü üçün oraya Şəhrisəbz [Yaşil Şəhər] də deyirlər. 

Teymur  bəy  Keşdə  doğulduğuna  görə  bu  şəhəri  paytaxt  etməyə  çalı-

                                                           

1

 Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.  



2

 Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.  

3

 Tümən: bir neçə mənası vardır: qəza (rayon), bölgə, on min, pul vahidi.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



68 

şırdı. Keşdə böyük binalar tikdirdi. Divan qurmaq üçün özünə böyük bir qa-

lereya, sağ və sol tərəfinə tavaçı

1

 bəyləri ilə divan bəylərinin oturması üçün 



bir az kiçık iki qalereya da tikdirmişdir. Bir də ərizəçilərin oturması üçün bu 

divanxananın  bir  tərəfinə  kiçık  otaqlar  inşa  etdirmişdir.  Bu  qədər  böyük 

qalereya dünyada az tapılar və Kisri qalereyasından daha böyük olduğu söy-

lənir.  


Bundan başqa, Keşə bir mədrəsə və bir də mavzoley tikdirmişdir. Ca-

hangir Mirzənın və digər bəzi övladlarının qəbrləri (49  b) oradadır. Amma 

Keşin  şəhər  kimi  inkişaf  qabiliyyəti  Səmərqənd  qədər  olmadığı  üçün  Tey-

mur bəy paytaxt olaraq Səmərqəndi seçmişdir. 

Qarşı vilayətinə Nəsəf və Nəxşəb də deyirlər. Qarşı moğolca bir söz 

olub məzar deməkdir. Ehtimal ki, bu ad buraya Çingiz xan istilasından sonra 

verilmişdir. Suyu azdır, baharı yaxşı keçir, əkini və qovunu yaxşı olur. Sə-

mərqəndin  cənubunda və  bir qədər də  qərbə  doğru on səkkiz ağac məsafə-

dədir. Yalnız qılquyruq

2

 dedikləri və bağrı-qaraya



3

 bənzər bir quş vardır ki, 

Qarşı  vilayətində  lap  çoxdur,  o  tərəflərdə  ona  mürğaki-Qarşı  [Qarşı  quşu] 

deyirlər.  

Vilayətlərindən  biri  də  Xüzar,  digəri  isə  Kərminə  olub  Səmərqəndlə 

Buxara  arasındadırlar.  Digər  vilayətlərlə  müqayisədə  suyu  ən  bol  vilayət 

olan Qara göl isə Buxaranın şimal-qərbində və yeddi ağac məsafədədir. 

Səmərqəndin  gözəl tümənləri də vardır, eynən Soğd və ona  yaxın di-

gər tümənlər kimi.  Yar-yaylaqdan başlayaraq  Buxaraya qədər kənd və  mə-

murə  olmayan  tək  bir  ağaçlıq  məsafə  belə  yoxdur.  Bura  elə  məşhurdur  ki, 

Teymur  bəy:  «Mənim  bir  bağım  var  ki,  uzunluğu  otuz  ağacdır»  demiş  və 

bunu deyərkən də bu tümənləri nəzərdə tutmuşdur. 

Bu tümənlərdən biri olan Şavdar Səmərqənd şəhərinə və onun dış mə-

həllələrinə  bitişikdir.  Çox  yaxşı  bir  tüməndir.  Bir  tərəfində  Səmərqənd  ilə 

Şəhrisəbz arasındakı dağ (50 a) yerləşir. Kəndlərinin çoxu bu dağın ətəyin-

dədir. Bir tərəfində də Kuhək çayı vardır. Havası xoş, səfalı, suyu bol, mey-

vəsi  çox  və  fövqəladə  gözəl  bir  tüməndir.  Misiri  və  Şamı  görən  səyyahlar 

buraya bənzəyən başqa bir yer görmədiklərini söyləyirlər.  

Səmərqəndin bunlardan başqa tümənləri də vardır, lakin onlar yuxarı-

da bəhs edilənlər qədər [diqqətəlayiq] deyildir. Bu qədərlə kifayətləndik. 

Teymur bəy Səmərqəndin idarəsini [ən böyük oğlu] Cahangir Mirzəyə 

vermişdi və Cahangir Mirzənin ölümündən sonra onun böyük oğlu Məhəm-

məd Sultan Mirzəyə verdi. [Daha sonra isə Teymur bəyin oğlu] Şahrux Mir-

zə bütün Mavəraünnəhr vilayətini böyük oğlu Uluğ bəy Mirzəyə vermişdi. 

Uluğ bəy Mirzədən isə oğlu Əbdüllətif Mirzə aldı. Bu beş günlük fani 

                                                           

1

 Tavaçı: qoşunda intizamı təmin edən, komandanın əmrlərini çatdıran subay. 



2

 Qılquyruq: çox incə quyruqlu bir cins ördək, yabani toyuq, qır kəkliyi, fazan. 

3

 Bağrı-qara: quşun rənginə görə verilən bir sıfət olub sonra quşun adı yerinə keçmişdir.  



BABURNAMƏ 

 

69 



dünya üçün elə danişmənd və ixtiyar atasını şəhid etdi.  

Uluğ bəy Mirzənin ölüm tarixi bu şəkildə zəbt edilmişdir: 

Uluğ bəy ki, bəhri-ülumi-xirəd 

Ki, dünyə vü dinra əzu bud poşt, 

Zi Abbas şəhdi-şəhadət çəşid

Şodəş hərfi-tarix «Abbas koşt»

1



 



Uluğ bəy elmin və ağlın dənizi,  

Dünya və dinin dəstəyi idi, 

Abbasdan şəhadət balını daddı, 

 (Abbas tərəfindən öldürüldü). 

Tarixi  «Abbas öldürdü» oldu.  

Gərçi Əbdüllətif Mirzə də beş-altı-aydan artıq səltənət sürmədi. Necə 

ki bu məşhur beytdə söylənmişdir:  

Pədərküş padşahira nəşayəd, 

Əgər şayəd bə şeş mahəş nəpayəd. 

Atasını öldürən padşahlığa yaraşmaz, 

Əgər olsa belə, altı aydan çox səltənət sürməz. 

Onun ölüm tarixi də bu şəkildə zəbt edilmişdir: 

Əblüllətif kisrəvi-Cəmşid fər ki bud, 

Dər silki-bəndəqanəş Fəridun ü Zərdixuşt, 

Baba Hüseyn kuşt şəbi-cüməəş bə tir

Tarixəş in nəvis ki «Baba Hüseyn kuşt»

2



  



Əbdüllətif Cəmşid kimi həşmətli bir padşahdı, (50 b) 

Firidun və Zərdüşd onun bəndələri arasındaydı. 

Baba Hüseyn cümə gecəsi onu oxla öldürdü. 

Tarixini belə yaz: «Baba Hüseyn öldürdü». 

Əbdüllətif Mirzədən sonra Səmərqənd taxtına Şahrux Mirzənin nəvəsi, 

İbrahim Sultan Mirzənin oğlu və Uluğ bəy Mirzənin kürəkəni olan Abdullah 

Mirzə keçdi. Bir il yarım-iki il qədər padşahlıq etdi. 

Ondan  sonra  iqdidarı  [Şahruxun  böyük  qardaşı  Miranşahın  böyük 

oğlu] Sultan Əbu Səid Mirzə ələ aldı və özü hələ sağ ikən böyük oğlu Sultan 

Əhməd Mirzəyə verdi. Beləliklə, Sultan Əbu Səid Mirzənin ölümündən son-

ra Sultan Əhməd Mirzə padşahlıq etdi. 

Sultan Əhməd Mirzənin ölümündən sonra Səmərqənd taxtına [qarda-

şı] Sultan Mahmud Mirzə oturdu. Sultan Mahmud Mirzədən sonra isə [oğlu] 

Baysunqur  Mirzəni  padşah  etdilər.  Tarxanlar  üsyanları  zamanı  Baysunqur 

                                                           

1

 «Abbas kuşt» sözlərinin əbcəd hesabı ilə cəmi hicri tarixlə 853-cü il (=1449/50) edir. 



2

 «Baba Hüseyn kuşt» sözlərinin əbcəd hesabı ilə cəmi hicri tarixlə 854-cü il (=1450/51) 

edir. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



70 

Mirzəni həbs edərək, kiçık qardaşı Sultan Əli Mirzəni bir-iki gün üçün taxta 

keçirdilər.  Bu  kitabda  göstərildiyi  kimi,  Baysunqur  Mirzə  taxtı  təkrar  əldə 

etdi  və  Baysunqur  Mirzədən  də  mən  aldım.  Digər  keyfiyyətlər  isə  bundan 

sonrakı vəqayede bildiriləcəkdir.  

 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin