SULTAN ƏHMƏD MĠRZƏ
Sultan Əhməd Mirzə geri qayıdanda iki-üç mənzildən sonra xəstələnib
qızıl qızdırmaya tutuldu. Ura-Təpə tərəflərində, Ağ-Suya gəldiyi əsnada,
899-cu ilin şəvval ayının ortalarında (=1494 iyul) qırx dörd yaşında bu fani
dünyaya vida etdi.
Doğumu və nəsəbi: Sultan Əbu Səid Mirzənin taxta çıxdığı il, yəni
855-ci ildə (=1451/2) doğuldu. Sultan Əbu Səid Mirzənin oğullarının ən bö-
yüyü idi. Anası Orda Buğa Tarxanın qızı və Dərviş Məhəmməd Tarxanın
böyük bacısı və Mirzənin mötəbər arvadı idi.
Xarici görkəmi: uzun boylu, qalın saqqallı, qırmızı üzlü və kök bir
adamdı. Saqqalı yalnız çənəsində vardı, iki yanağı tüksüz idi. (18 b) Söhbəti
çox xoşdu. Sarığını zamanın adətinə görə çar-piç sarıyır və ucunu da bir
azca qabağa, qaşının üstünə sallayırdı.
Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən, təmiz etiqadlı bir adam idi.
Beş rükət namazını qılır və içdiyi zamanlarda da namazını buraxmazdı. Xo-
ca Übeydullah həzrətlərinin müridi idi. Hər zaman, xüsusilə xocanın söhbət-
1
Müçə "rütbə" və çərgə "dərəcə" sözlərinin açıqlaması üçün bax: Qeydlər və izahlar.
Zəhirəddin Məhəmməd BABUR
36
lərində fövqəladə tərbiyəli idi. Dediklərinə görə, xocanın məclisində heç bir
zaman dizini diziylə dəyişdirməmişdir. Bir dəfə xoca həzrətlərinin söhbətin-
də, adətinin tərsinə, ayağını dəyişdirərək oturmuşdu. Mirzə qalxdıqdan son-
ra xoca həzrətlərinin əmriylə oturduğu yerə baxmışlar, orada bir sümük var-
mış.
Təhsil almamışdı, ümmi idi. Şəhərdə böyüdüyü halda, sadə və bəsit
geyinirdi. Şeirdən nəsibi yox idi. Adildi. Xoca həzrətlərinin də hər işdə əli
vardı, önəmli məsələlər əksər hallarda şəriət yoluyla həll edilirdi. Heç bir
zaman verdiyi sözün və dediyinin tərsinə hərəkət etməzdi. Cəsur idi. Hər-
çənd ki, öz əliylə bir iş görməyə fürsəti olmadı, ancaq bəzi müharibələrdə
cəsarət göstərdiyi söylənir.
Fövqəladə (19 a) dərəsədə gözəl ox atırdı. İlbasuna
1
atdığı oxu və tir-
gəzi az hallarda yan keçirdi. Balqabağı
2
meydanın o biri ucundan rahatca
vururdu. Sonralar kökələndə qırqovul və bildirçini piyazi
3
ilə vurmağa baş-
lamışdı və yenə çox azı hədəfə dəymirdi. Quşbaz bir adamdı, quşları çox və
yaxşı ovlayırdı. Uluğ bəy Mirzədən sonra onun qədər quşbaz bir padşah
yoxdur.
Fövqəladə dərəcədə həyalı idi. Deyilənə görə, tək olanda da, yaxın qo-
humlarının və adamlarının yanında da ayağını örtürmüş.
Möhkən içən idi. İçməyə başladığı zaman iyirmi-otuz gün dalbadal
içir, içmədiyi zaman da iyirmi-otuz gün içmirdi. Bəzən içki məclislərində
heç qalxmadan gecə-gündüz otururdu. Şərab içmədiyi günlərdə kefsiz olur-
du. Təbiətində xəsislik vardı. Az danışan və yumşaq bir adamdı. İradəsi
bəylərinin əlində idi.
Meydan müharibələri: Sultan Əhməd Mirzə dörd meydan müharibə-
sinə girdi. Bir dəfə Şeyx Camal Arğunun kiçık qardaşı Nemət Arğun ilə dö-
yüşdü və Zamin ətrafındakı Azar-Düzündə qalib gəldi.
Bir dəfə də [qardaşı] Ömər Şeyx Mirzəyə Havasda qalib gəldi.
Bir dəfə Daşkənd civarındakı Çir çayının sahilində Sultan Mahmud
xanla çarpışdı. Düzdür, bu meydan müharibəsi deyildi. (19 b) Moğol axınçı-
larının bir neçəsi onun qoşununun arxasından gəlib əsgərlərin xırda-xuruş
əşyasını ələ keçirmişdi, bu qədər çox əsgər heç bir çarpışma olmadığı və
düşmənlə qarşılaşmadığı halda vahiməyə qapıldı. Əsgərlərin çoxu Çir çayın-
da boğuldu.
Bir dəfə də Heydər Göyəldaşla Yar-yaylaq ətrafında savaşdı və qalib
gəldi.
1
İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün ovlanan quş-
lara verilən ümumi addır.
2
Balqabaq və Balqabaq meydanı: təlim atışları üçün hədəf olaraq balqabağa ox atılan
meydan olmalıdır. İstanbulda da "Ox meydanı" adlı bir meydan mövcuddur.
3
Piyazi: bir silah növü.
BABURNAMƏ
37
Torpaqları: torpaqları Səmərqənd və Buxara idi. Buraları ona atası
vermişdi. Şeyx Camalın Əbdülqüddüs tərəfindən öldürülməsindən sonra
Daşkəndi, Şahruxiyyəni və Sayramı da almışdı. Bu yerləri bir müddət öz
əlində saxladı, sonra Daşkəndi və Sayramı kiçık qardaşı Ömər Şeyx Mirzə-
yə vermişdi. Xocənd və Ura-Təpə də bir müddət Sultan Əhməd Mirzənin
idarəsində qaldı.
UĢaqları: iki oğlu olmuş, ancaq kiçık ikən ölmüşdü. Beş qızı vardı,
bunların dördü Qutuq bəyimdən idi. Onların ən böyüyü Qaragöz bəyim de-
dikləri Rəbiə Sultan bəyimdi və onu özü sağkən Sultan Mahmud xana ver-
mişdi. Rəbiə bəyimin xandan Baba xan adlı çox yaxşı bir oğlu olmuşdu. Öz-
bəklər Xocənddə Sultan Mahmud xanı şəhid edəndə onu və onun kimi bir
neçə uşağı da öldürdülər. Sultan Mahmud xanın ölümündən sonra Rəbiə
Sultan bəyim Cani bəy (20 a) Sultana ərə getdi.
İkinci qızı Ağ bəyim dedikləri Səlihə Sultan bəyim idi. Sultan Əhməd
Mirzənin ölümündən sonra [qardaşı] Sultan Mahmud Mirzə toy edərək onu
böyük oğlu Sultan Məsud Mirzəyə aldı. Sonra Şah bəyim və Mehrinigar xa-
nımla birlikdə Kaşğara getdi.
Üçüncü qızı Ayşə Sultan bəyim idi. Mən beş yaşında ikən Səmərqən-
də gələndə mənimlə nişanlamışdı. Sonra qazaxlıq zamanımda Xocəndə gəl-
miş və orada evlənmişdim. Səmərqəndi ikinci dəfə alanda bir qızımız oldu,
amma uşaq bir neçə gün sonra tələf oldu. Daşkənd məğlubiyyətindən bir az
əvvəl böyük bacısının təhriki ilə məndən ayrıldı.
Dördüncü qızı Sultanım bəyimdi. Onu əvvəlcə Sultan Əli Mirzə, sonra
Teymur Sultan, daha sonra isə Mehdi Sultan almışdı.
Qızlarının ən kiçiyi Məsumə Sultan bəyim idi. Anası arğunlardan Sul-
tan Arğunun əmisi qızı Həbibə Sultan bəyim idi. Mən Xorasana gedəndə
görmüş və xoşlandığım üçün elçi göndərmişdim, sonra Kabilə gətirdib ev-
ləndim. Bir qızımız oldu, amma onu doğanda Allahın rəhmətinə qovuşdu.
Qıza anasının adı qoyuldu.
Qadınları və cariyələri: qadınlarının biri ilkin Sultan Əbu Səid Mir-
zənin istəmiş olduğu Mehrinigar xanımdı. Mehrinigar xanım Yunus xanın
böyük qızı və anamın doğma bacısı idi. (20 b)
Biri də tarxanlardan idi və buna görə ona Tarxan bəyim deyirdilər.
Digəri isə Qutuq bəyimdi və Tarxan bəyimin südbacısı idi. Sultan Əh-
məd Mirzə onu sevərək almışdı. Fövqəladə sevimli, ancaq çox hökmlü bir
qadın idi. Şərab içirdi. O sağ ikən Sultan Əhməd Mirzə başqa qadınların ya-
nına getməzdi. Sonra onu öldürərək bədnamlıqdan qurtuldu.
Qadınlarından biri də Termiz xanzadələrindən Xanzadə bəyimdi. Mən
beş yaşında Səmərqəndə Sultan Əhməd Mirzənin hüzuruna gələndə evlən-
mişdi. Hələ duvağı açılmamışdı. Türk adətincə, açmağımı buyurdular, mən
də duvağı açdım.
Zəhirəddin Məhəmməd BABUR
38
Bir digəri də Əhməd Hacı bəyin nəvəsi Lətifə bəyim idi. Mirzədən
sonra Həmzə Sultana ərə getmiş və ondan üç oğlu olmuşdu. Mən Həmzə
Sultanın və Teymur Sultanın komandanlığındakı sultanları məğlub edib Hi-
sarı alanda bu sultanzadələrlə birlikdə daha bir neçə sultanzadə əlimə keç-
mişdi. Hamısını azad elədim.
Qadınlarından biri də Sultan Arğunun əmisi qızı Həbibə Sultan bəyim
idi.
Əmirləri: Cani bəy Dulday Sultan Məlik Kaşğarinin kiçık qardaşı idi.
Sultan Əbu Səid Mirzə Səmərqəndin idarəsini və Sultan Əhməd Mirzə isə
öz eşik ixtiyarlığını (21 a) ona vermişdi. Əxlaqı və xasiyyəti qəribə bir
adammış. Haqqında qəribə rəvayətlər var. Məsələn, Səmərqənd hakimi ikən
özbəklərdən bir elçi gəlibmiş. Bu elçi özbək ulusunda gücü-qüvvəti ilə məş-
hur imiş. Özbəklər qüvvətli adama bükə deyirlər. Cani bəy ona «Bükəsən?
Əgər bükəsənsə, gəl güləşək» deyibmiş. Elçi nə qədər eləsə də, Cani bəy əl
çəkməyibmiş. Nəhayət, güləşiblərmiş və Cani bəy onu yıxıbmış. Cəsur bir
adam idi.
Başqa bir əmiri Əhməd Hacı bəy idi. O, Sultan Məlik Kaşğarinin oğ-
lu idi. Sultan Əbu Səid Mirzə Heratın idarəsini bir müddət ona vermişdi.
Əmisi Cani bəy öldükdən sonra onun payəsini də verib Səmərqəndə göndər-
di. Xoş təbiətli və cəsur bir adam idı. Təxəllüsü Vəfai idi. Divanı var, şeir-
ləri pis deyil. Bu beyt onundur:
Məstəm, ey möhtəsib
1
, imruz zi mən dəst bidar,
Ehtisabəm biqun an ruz ki, yabi huşyar.
Ey möhtəsib, sərxoşam, bugün məndən əl çək,
Məni ayıq vaxtımda sorğuya çək.
Mir Əlişir Nəvai Heratdan Səmərqəndə gələndə Əhməd Hacı bəylə
bərabər olurdu. Sultan Hüseyn [Bayqara] Mirzə padşah olduqdan sonra o,
Herata getdi və orada böyük iltifat gördü. Əhməd Hacı bəy gözəl cins atlar
bəsləyir (21 b) və minirdi. Bu atlar əsasən özünün yetişdirdiyi atlar idi. Cə-
sur bir adamdı, ancaq komandanlığı cəsarəti kimi deyildi. Qayğısızdı. İşini-
gücünü adamları idarə edirdi. Baysunqur Mirzə Buxarada Sultan Əli Mirzə
ilə vuruşub məğlub olanda Əhməd Hacı bəy də əsir düşdü və Dərviş Mə-
həmməd Tarxanı öldürməkdə ittiham edilərək şərəfsiz bir şəkildə qətlə yeti-
rildu.
Başqa bir əmiri DərviĢ Məhəmməd Tarxan Orda Buğa Tarxanın oğ-
lu və Sultan Əhməd Mirzə ilə Sultan Mahmud Mirzənin doğmaca dayısı idi.
Mirzənin hüzurunda bütün bəylərin ən böyüyü və etibarlısı o idi. Müsəlman,
1
Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan məmur. O, köməkçi-
ləri ilə birlikdə küçədə-bazarda gəzərək tacirlərin alıcıları aldatmamasına diqqət edir, özünü
yaxşı aparmayan adamları yerindəcə şallaqla cəzalandırırdı.
BABURNAMƏ
39
həlim və dərviş bir adam idi. Daima Quran yazırdı, şahmatı çox və yaxşı
oynayırdı. Quşçuluq elmini gözəl bilir və yaxşı quş ovlayırdı. Axırda Bay-
sunqur Mirzə ilə Sultan Əli Mirzənin qovğasında qoca yaşında bədnamlıqla
öldü.
Başqa bir əmiri Əbdüləli Tarxan idi. O, Dərviş Məhəmməd Tarxanın
yaxın qohumlarından idi. Baqi Tarxanın anası olan Dərviş Məhəmməd Tar-
xanın kiçık bacısı onun arvadı idi. Dərviş Məhəmməd Tarxan törə və rütbə
baxımından ondan böyük olsa da, bu firon onu nəzərə almırdı. Buxaranın
idarəsi bir neçə il (22 a) onun əlində qaldı. Adamlarının sayı üç minə çat-
mışdı. Onları yaxşı saxlayır, qayğı göstərirdi. Bəxşişi, hədiyyələri, divan və
iş yerləri, ziyafətləri və məclisləri padşahlarınkı kimiydi, idarədə müqtədir,
ancaq zalım, fasiq və kibrli bir adam idi. Şeybani xan onun adamı deyildi,
ancaq çox zaman onunla oturub-dururdu. Kiçık sultanzadələrin çoxu onun
adamı olmuşdu. Şeybani xanın bu dərəcədə inkişafına və əski sülalələrin
batmasına Əbdüləli Tarxan səbəb oldu.
Başqa bir əmiri Seyid Yusif Oğlaqçı idi. Babası moğoldan gəlmə idi.
Atasını Uluğ bəy Mirzə yüksəltmişdi. Fikir və tədbiri olduqça yaxşı idi.
Cəsarəti də vardı. Yaxşı qopuz çalırdı. Mən Kabilə gələndə, o mənim ya-
nımdaydı. Ona iltifat göstərmişdim, gerçəkdən də buna layiq idi. Hindistan
səfərinə çıxdığım ilk il Seyid Yusif bəyi Kabildə qoymuşdum. O zaman Al-
lahın rəhmətinə qovuşdu.
Bir əmiri də DərviĢ bəy idi. Teymur bəyin iltifat göstərdiyi İgü Tey-
mur bəyin nəslindəndir. Xoca [Übeydullah] həzrətlərinin müridi idi. Musiqi
elmini bilir, saz çalır və şeir (22 b) yazırdı. Sultan Əhməd Mirzə Çir çayı sa-
hilində məğlub olanda Çir çayında boğuldu.
Başqa bir əmiri Məhəmməd Məzid Tarxan idi. O, Dərviş Məhəm-
məd Tarxanın doğma və kiçık qardaşı idi. Bir neçə il Türküstan [şəhərinin]
hakimi oldu. Şeybani xan Türküstanı ondan aldı. Fikir və tədbiri yaxşı idi.
Heç bir şeydən qorxmayan, fasiq bir adamdı. Səmərqəndi ikinci və üçüncü
dəfə alanda mənim yanıma gəlmişdi. Mən də ona çox iltifat göstərmişdim.
Göl-Məlik müharibəsində öldü.
Bir əmiri də Baqi Tarxan idi. Əbdüləli Tarxanın oğlu və Sultan Əh-
məd Mirzənin əmisi oğlu idi. Atasından sonra Buxaranı ona vermişdilər.
Sultan Əli Mirzə zamanında çox yüksəlmiş, adamlarının sayı beş-altı minə
çatmışdı. Sultan Əli Mirzəyə o qədər bağlı deyildi. Şeybani xan ilə Qaleyi-
Dəbusidə vuruşaraq yenildi və Şeybani xan bu qələbədən sonra Buxara üzə-
rinə hücuma keçərək oranı tutdu.
Quş ovuna çox müştaq idi. Yeddi yüz ov quşu olduğu söylənir. Diqqə-
təlayiq bir əxlaqı və xasiyyəti yoxdu. Bir zadəgan olaraq nemət içində böyü-
müşdü. Atasının Şeybani xana çox yaxşılığı dəymişdi, buna güvənərək onun
hüzuruna getmişdi. Ancaq o haqq itirən və mürvətsiz adam bu yaxşılıqların
Zəhirəddin Məhəmməd BABUR
40
əvəzində (23 a) ona heç nə etmədi, hörmət və iltifat göstərmədi. Həqir və
etibarsız bir vəziyyətdə Axsi vilayətində vəfat etdi.
Başqa bir əmiri olan Sultan Hüseyn Arğun bir neçə dəfə Qaragöl ha-
kimi olduğu üçün Sultan Hüseyn Qaragöli deyə anılırdı. Fikir və tədbiri çox
yaxşı idi. Mənim yanımda da uzun müddət olmuşdu.
Qul Məhəmməd Buğda koçin idi, cəsarətli bir adamdı.
Başqa bir əmiri olan Əbdülkərim EĢrit uyğur idi. Sultan Əhməd Mir-
zənin yanında eşik ağası idi. Cömərd və cəsur bir adam idi.
Sultan Əhməd Mirzənin ölümündən sonra bəyləri ittifaq edərək dağ
yolundan Sultan Mahmud Mirzəyə adam göndərdilər və onu dəvət etdilər.
Sultan Əbu Səid Mirzənin böyük qardaşı Mənuçöhr Mirzənin oğlu Məlik
Məhəmməd Mirzə səltənət iddiası ilə bir neçə sərsərini başına yığıb ordudan
ayrıldı. Səmərqəndə gəldi, ancaq heç nə əldə edə bilmədi, yalnız özünün və
bir neçə günahsız şahzadənin ölümünə səbəb oldu.
SULTAN MAHMUD MĠRZƏNĠN
SƏMƏRQƏND TAXTINA ÇIXMASI
Sultan Mahmud Mirzə bu xəbəri alan kimi dərhal Səmərqəndə gələrək
heç bir əziyyət və zəhmət çəkmədən taxta oturdu.
Aşağı və yüksək təbəqəyə mənsub əsgərin və xalqın çoxu elədiyi bir
çox işdən dolayı Sultan Mahmud Mirzəyə nifrət etdilər və qaçıb dağıldılar.
Bu işlərdən biri budur: əvvəlcə bəhs edilən Məlik Məhəmməd Mirzə (23 b)
onun əmisinin oğlu, özünün də kürəkəni idi. Sultan Mahmud Mirzə onu di-
gər dörd mirzə ilə birlikdə Göy saraya çıxarmışdı. İkisinin həyatını bağışla-
yıb Məlik Məhəmməd Mirzə ilə digər bir mirzəni asdı. Bunların bəziləri za-
tən padşah olacaq adamlar deyildi və belə bir iddiaya da heç zaman düşmə-
mişdilər. Düzdür, Məlik Məhəmməd Mirzədə bir az qəbahət vardı, ancaq di-
gərlərinin heç bir suçu və xətası yox idi.
Sultan Mahmud Mirzənin nizam-intizamı və idarəçiliyi çox yaxşı idi.
Ədalətli idi. Siyaq elmini [maliyyə-hesab işi] bilirdi. Ancaq zülm və fisqə
mail idi. Səmərqəndə girəndə yeni qayda və nizamlar, mükəlləfiyyət və ver-
gilər qoymağa başladı. Əvvəllər kasıblar və dilənçilər Xoca Übeydullah
həzrətlərinin adamlarının himayəsinə sığınaraq zülm və təcavüzdən qurtu-
lurdu. İndi isə sığınanlar bir yana, şəxsən onlara qarşı da təcavüz və təzyiq
göstərməyə başladılar; hətta bu təcavüz və şiddət Xocanın öz övladlarından
da yan keçmədi.
Özü zalım və fasiq olduğu kimi, bəyləri və adamları da zalım və fasiq
idi. Hisar xalqı, özəlliklə də Xosrov şaha mənsub olanlar daima içməklə və
zina ilə məşğul olurdular. O dərəcədə ki, bir gün Xosrov şahın adamlarından
biri bir kişinin arvadını alıb götürmüş və qadının (24 a) əri Xosrov şahın ya-
BABURNAMƏ
41
nına gəlib şikayət edərək ədalət tələb etmişdi. Xosrov şah da ona bu cavabı
vermişdi: «Neçə ildir bu qadın səninlə bərabər idi, qoy bir neçə gün də
onunla bərabər olsun».
Şəhər əhalisinin, əsnafın və əsgərlərin uşaqları zorla çöhrə
1
edilmək
qorxusu altında evdən bayıra çıxmazdı. Səmərqənd əhalisi Sultan Əhməd
Mirzənin iyirmi-iyirmi beş il sürən səltənəti zamanında bolluq içində və ra-
hat yaşamışdı. İşlərin çoxu Xoca [Übeydullah] həzrətləri tərəfindən doğ-
ruluqla və şəriətə uyğun olaraq həll edilirdi. Bu zülm və fəsad üzündən əha-
linin canı və könlü rəncidə oldu. Böyük və kiçık, fəqir və miskin hamı lənət
və bəddua üçün əl götürüb ağız açdı.
Həzər kon zərdi dər onhayi-rəş,
Ki rüşti dər an aqibət sər künəd.
Bəhəm bər məzan to təvani-dili
Ki ahi-cənahi bəhəm bər zənəd*.
Yaralı könüllərin dərdindən qorx,
Çünki könlünün yarası nəhayət zühur edər;
Əlindən gəldiyi qədər bir könülü incitmə,
Çünki bir ah bir dünyanı alt-üst edər.
Sultan Mahmud Mirzə bu zülm və fəsad üzündən Səmərqənddə beş-
altı aydan artıq hökm sürmədi.
1
Çöhrə: əslində, "üz, gözəl üz" anlamına gələn deyim burada "oğlan" mənası daşıyır.
* Şeir Sədi Şirazinin Gülüstan adlı əsərindən alınmışdır.
Zəhirəddin Məhəmməd BABUR
42
FƏRQANƏ - 900 (2 OKTYABR 1494 - 21 SENTYABR 1495)
DOQQUZ YÜZÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ
Mənim yanıma [Baburun əmisi] Sultan Mahmud Mirzədən Əbdülqüd-
düs bəy adlı bir elçi gəldi. Sultan Mahmud Mirzənin böyük oğlu Sultan Mə-
sud Mirzə ilə böyük qardaşı Sultan Əhməd Mirzənin Ağ bəyim [Səlihə
Sultan bəyim] adlı ikinci qızının mərasimlə keçirilən toy hədiyyəsini gətirdi.
Altın və gümüşdən badam və fıstıqlar düzəltmişdilər.
Bu gələn elçinin Həsən Yaqubla qohumluğu varmış və bəzi şeylər vəd
edərək onu [Sultan Mahmud] Mirzənin tərəfinə keçirmək istəyirmiş. (24 b)
Həsən Yaqub qeyri-müəyyən cavab verdi, hətta bu işə könlü varmış kimi
görünüb elçini yola saldı. Beş-altı ay sonra Həsən Yaqubun rəftarı dəyişdi,
ətrafındakılara və digər adamlara qarşı pis münasibət göstərməyə başladı. İşi
o dərəcə irərli götürdü ki, məni uzaqlaşdıraraq yerimə [Baburun kiçık qar-
daşı] Cahangir Mirzəni padşah etmək istədi. Həsən Yaqubun digər əmirlər
və sipahilərlə
1
də arası yaxşı deyildi. Onun bu fikrini hamı başa düşmüşdü.
Xoca [Mövlana] qazı, Qasım Koçin, Əli Dost Tağayi, Uzun Həsən və mə-
nim tərəfimi tutan digər adamlar nənəm İsən Dövlət bəyimin yanında top-
laşdılar və onun yaratdığı qarışıqlığa son vermək üçün Həsən Yaqubu vəzi-
fələrindən çıxarmağı qərara aldılar.
Qadınlar arasında fikir və tədbir xüsusunda nənəm İsən Dövlət bəyim
kimi bir qadın az tapılardı. Fövqəladə ağıllı və tədbirli idi. İşlərin çoxu
onunla məsləhətləşdikdən sonra görülürdü.
Həsən Yaqub ərkdə idi. Anam və nənəm İsən Dövlət bəyim dış kur-
qanda, bürcdə idi. Qərarın yerinə yetirilməsi üçün ərkə getdim. Həsən Ya-
qub quş ovuna çıxmışdı, amma vəziyyəti xəbər aldı və geri dönmədən Sə-
mərqənd (25 a) tərəfinə getdi. Onunla birlikdə hərəkət edən bütün adamlar
və bəylər yaxalandı. Bunlar arasında Məhəmməd Bakir bəy, Sultan Mə-
1
Sipahi və sipahilik: atlı əsgər və bu hərbi qrupa mənsub olanlar və onların gördükləri
işi ifadə etmək üçün işlənən termin.
BABURNAMƏ
43
həmməd Duldayın atası Sultan Mahmud Dulday və bir neçə kişi daha vardı,
onlardan bəzilərinin Səmərqəndə getməsinə izin verildi. Eşik ixtiyarlığı və
Əndicanın idarəsinin Qasım Kuçinə tapşırılması qərara alındı.
Həsən Yaqub Səmərqənd yolunda Kəndi-Badama qədər varmışdı. Bir
neçə gün sonra pis niyyətlərlə Axsiyə hərəkət edərək Hukan civarına gəldi.
Bunu xəbər alınca bəzi bəylər və igidlər onun üzərinə axınçı olaraq gön-
dərildi. Bu axınçı bəylər də özlərindən əvvəl bir dəstə igidi önçü olaraq gön-
dərdilər. Həsən Yaqub bunu xəbər alınca, gecə önçü olaraq göndərilmiş bu
igidlərin üstünə yürüyüb onları ox yağmuruna tutdu. Ancaq qaranlıqda öz
adamlarının oxu Həsən Yaqubun kürəyinə saplandı və qaça bilmədən əməli-
nin cəzasını çəkdi.
Çü bəd kərdi məbaş əmin zi afat
Ki vacib şod təbiətra mükafat.
Pislik edəndə bəladan qurtulacağını sanma,
Çünki təbiətdə qarşılıq vacibdir.
Bu il şübhəli yeməklərdən özümü qorumağa başladım. Bıçaqdan, qa-
şıqdan masa örtüsünə qədər hər şeyə qarşı tədbirli davranırdım. Gecə na-
mazlarını da daha az (25 b) buraxırdım.
Rəbiülaxır ayında [=30 dekabr 1494-27 yanvar 1495] Sultan Mahmud
Mirzə ağır bir xəstəliyə tutularaq altı gün içində vəfat etdi, qırx üç yaşında
idi.
SULTAN MAHMUD MĠRZƏ
Doğumu və nəsəbi: 857-ci ildə [=1453] doğulmuşdu. Sultan Əbu Sə-
id Mirzənin üçüncü oğlu və Sultan Əhməd Mirzənin doğma qardaşı idi.
Xarici görkəmi: qısa boylu, seyrək saqqallı, şişman və bir az da yön-
dəmsiz bir adam idi.
Dostları ilə paylaş: |