(35 b) sahilində Bədiüzzaman Mirzənin adamlarının bir qismilə qarşılaşdı,
onların bəzilərini atdan saldı, bir neçəsinin də başını kəsdi.
Sonra bu məğlubiyyətin qisasını almaq üçün Şeydim Əli Dərban, onun
kiçık qardaşı [Sultan Baba] Qulu bəy və Bəhlul Əyyub bir dəstə yaxşı igidlə
birlikdə gələrək Əmbər dağının ətəyindəki Xoca-Çəngəl civarında, Xorasan
əsgərlərinin köçdüyü yerdə çarpışdılar; amma o biri tərəfdən bir çox adam
yetişib Şeydim Əli, Qul Baba [Sultan Baba Qulu bəy] və bir dəstə yaxşı
igidlərin hamısını ələ keçirdi.
Bu xəbər Sultan Hüseyn [Bayqara] Mirzəyə çatdı. Hisarın bahar yağ-
murları üzündən ordu da təhlükədə idi. Uzlaşma yolunu tutaraq içəridən
Mahmud Barlas, dışarıdan isə Hacı Pir Bəkavul ilə böyük ağalar
1
görüşdülər.
Sultan Hüseyn Mirzə nə qədər sazəndə və xanəndə varsa hamısını yığıb
Sultan Mahmud Mirzənin Xanzadə bəyimdən olan böyük qızını, yəni Sultan
Əbu Səid Mirzənin qız nəvəsini [Bikə bəyimi] Payəndə Sultan bəyimdən
olan [oğlu] Heydər Mirzə ilə evləndirərək Hisardan çəkildi və Qunduza
doğru hərəkət etdi. Qunduza gəlincə bir az siyasət işlədərək buranı müha-
1
Ağa, yaxud ağaca: yaşca böyük anlamına gələn ağa termini sonradan hansısa bir qu-
rumun başında duranlara məxsus ünvan olmuşdur.
Zəhirəddin Məhəmməd BABUR
54
sirəyə almağa çalışdı. Axırda [oğlu] Bədiüzzaman Mirzənin araya girməsi
ilə barışdılar. Hər iki tərəf əsir düşənləri qarşılıqlı dəyişdirərək (36 a) öz ye-
rinə-yurduna qayıtdı.
Xosrov şahın bu qədər böyüməsinin və başından yekə işlərə girişmə-
sinin səbəbi Sultan Hüseyn Mirzənin iki dəfə gəlib Hisarı ala bilmədən geri
qayıtması idi.
Sultan Hüseyn Mirzə Bəlxə gələndə Mavəraünnəhr vilayətinin asayişi
üçün Bəlxi [oğlu] Bədiüzzaman Mirzəyə, onun vilayəti Əstərabadı isə [digər
oğlu] Müzəffər Hüseyn Mirzəyə verdi. Hər ikisini də Bəlx və Əstərabad
üçün bir məclisdə yükündürdü
1
və bu üzdən Bədiüzzaman Mirzə incidi. Ne-
çə illərdən bəri davam edən düşmənçilik və fitnələrin səbəbi bu idi.
TARXANLARIN ÜSYANI
Həmin ramazan ayında Səmərqənddə tarxanların üsyanı vardı. Səbəbi
də bu idi: Baysunqur Mirzə Hisar bəyləri və sipahiləri ilə o qədər səmimi və
bərabər olduğu halda, Səmərqənd bəyləri və sipahiləri ilə belə deyildi. Şeyx
Abdullah Barlas böyük və ixtiyar sahibi bir bəydi, oğulları Baysunqur Mirzə
ilə o dərəcə yaxın və səmimi arxadaş idi ki, bunlan aşiq-məşuqa bənzədirdi-
lər. Tarxan bəyləri ilə bəzi Səmərqənd bəyləri bu üzdən gücəndilər.
Dərviş Məhəmməd Tarxan Buxaradan gəldi və [Sultan Mahmud Mir-
zənin oğlu] Sultan Əli Mirzəni Qarşıdan gətirdib padşah elan edərək Baği-
Nova gəldilər. Orada [Sultan Əlinin böyük qardaşı] Baysunqur Mirzə olurdu.
Ona əsir kimi davranaraq (36 b) adamlarından və xilmətçilərindən ayırıb
ərkə gətirdilər. Orada hər iki Mirzəni eyni yerdə oturtdular. İkindi namazına
doğru Baysunqur Mirzəni Göy saraya çıxarmaq fikrində idilər.
Baysunqur Mirzə abdəst almaq bəhanəsi ilə Bostan-Sarayin şimal tə-
rəfindəki imarətlərdən birinə girdi. Tarxanlar qapıda gözlədilər, o, Məhəm-
mədqulu Koçin və Həsən Şərbətçi Mirzə ilə birlikdə içəri girdi. Qismətdən,
Mirzənin abdəst üçün girdiyi evin arxa tərəfində kərpiclə hörülmüş bir qapı
varmış və həyətdən dışarı çıxırmış. Mirzə dərhal bu qapını yıxdı, ərkin Qat-
fər tərəfində qalanın içindən su kəməri yolu ilə keçdi, qala divarından aşağı
atılaraq Xocakə Xocanın Xoca-Kəfşirdəki evinə gəldi. Abdəstxananın qapı-
sında duranlar bir müddət sonra içəri girib Mirzənin qaçdığını gördülər. Er-
təsi sabah tarxanlar toplanıb Xocakə Xocanın qapısına gəldilər, ancaq Xoca
burada olmadığını söyləyərək Mirzəni təhvil vermədi. Bunlar da zorla ala
bilmədilər. Xocaların mövqeyi o qədər yüksək idi ki, zorla almaq mümkün
deyildi.
1
Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı bir rütbə və
ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir mənası hökmdar önündə sayğı ilə
diz çökməkdir. Bax: Qeydlər və izahlar.
BABURNAMƏ
55
Bir-iki gün keçəndən sonra Xoca Əbülməkarim, Əhməd Hacı bəy, di-
gər bəzi igidlər, sipahilər və bütün şəhər əhalisi hamısı birdən tarxanların
üzərinə hücum çəkdilər. (37 a) Baysunqur Mirzəni Xocanın evindən gətirdi-
lər və Sultan Əli Mirzə ilə tarxanları ərkdə mühasirəyə aldılar. İçəridəkilər
ərki bir gün belə müdafiə edə bilmədilər. Məhəmməd Məzid Tarxan Dörd-
yol qapısından çıxaraq Buxaraya getdi. Sultan Əli Mirzə ilə Dərviş Məhəm-
məd Tarxan yaxalandılar.
Baysunqur Mirzə Əhməd Hacı bəyin evindəydi. Dərviş Məhəmməd
Tarxanı da oraya gətirdilər. Baysunqur Mirzə ona bir-iki sual verdi, ancaq
Dərviş Məhəmməd Tarxan cavab verə bilmədi. Elə iş tutmamışdı ki, cavab
verə bilsin. Edam edilməsini əmr etdi. Dərviş Məhəmməd Tarxan taqətsizli-
yindən dirəyə yapışdı. Ancaq dirəyə yapışmaqla onu buraxardılarmı? Edam
etdilər. [Baysunqur Mirzə] Sultan Əli Mirzənin də Göy saraya çıxarılıb göz-
lərinə mil çəkilməsini əmr etdi.Teymur bəyin tikdirdiyi böyük imarətlərdən
biri Göy saraydır. Səmərqəndin ərkindədir. Bu imarətin qəribə bir özəlliyi
var. Teymur bəyin övladlarından biri üsyan edərək taxta çıxsa, taxta burada
oturur. Taxt qovğası üzündən başını itirsə, yenə burada itirir. Hətta «filan
şahzadəni Göy saraya çıxardılar» ifadəsi onun öldürüldüyü mənasına gəlir.
Sultan Əli Mirzəni Göy saraya çıxarıb gözlərinə mil çəkdilər. Lakin
gözlərinə çəkilən milin Sultan Əli Mirzəyə zərəri toxunmadı. Cərrah bunu
(37 b) bilə-bilə və ya istəməyərək etmişdi. Ancaq Sultan Əli Mirzə bunu
dərhal bəlli etmədi və [Xoca Übeydullahın oğullarından] Xoca Yəhyanın
evinə gəldi. İki-üç gün sonra isə qaçıb Buxaraya tarxanların yanına getdi.
Bu üzdən də Xoca Übeydullahın övladları arasında təəssübkeşlik yarandı.
Böyüyü böyüyünə yol göstərici olarkən kiçiyi də kiçiyinə qol-qanad gərdi.
Bir neçə gün sonra Xoca Yəhya da Buxaraya getdi.
Baysunqur Mirzə Buxaraya qoşun çəkərək Sultan Əli Mirzənin üstünə
yürüş etdi. Buxaraya yaxınlaşanda Sultan Əli Mirzə və tarxan bəyləri onun
qarşısına çıxdılar. Yüngül bir çarpışma oldu. Üstünlük Sultan Əli Mirzə tə-
rəfində qaldı, Baysunqur Mirzə məğlub oldu. Əhməd Hacı bəy və bir neçə
yaxşı igid daha ələ keçirildi, çoxu öldürüldü. Əhməd Hacı bəyi Dərviş Mə-
həmməd Tarxanın qətl edilməsində ittiham edərək şərəfsizcəsinə öldürdülər.
Sultan Əli Mirzə də Baysunqur Mirzənin arxasınca Səmərqəndə yürüdü.
BABURUN SƏMƏRQƏNDĠ MÜHASĠRƏYƏ ALMASI
Bu xəbər bizə şəvval ayında [=1496 iyun-iyul] Əndicanda çatdı. Hə-
min ay biz də Səmərqəndi ələ keçirmək üçün qoşuna hərəkət əmri verdik.
Sultan Hüseyn [Bayqara] Mirzə Hisardan və Qunduzdan çəkilmişdi, Sultan
Məsud Mirzə ilə Xosrov şahın ürəyi yerinə gəlmişdi. Bundan istifadə edən
Sultan (38 a) Məsud Mirzə də Səmərqəndi almaq məqsədilə Şəhrisəbz üzə-
Zəhirəddin Məhəmməd BABUR
56
rinə gəldi. Xosrov şah kiçık qardaşı Vəlini də Mirzə ilə birlikdə göndərdi.
Üç-dörd ay boyunca Səmərqəndi bu şəkildə üç tərəfdən mühasirəyə aldıq.
Sultan Əli Mirzənin elçisi kimi Xoca Yəhya mənim yanıma gəldi və
ittifaq quraraq vahid cəbhə yatarmağı təklif etdi. Görüşməyi qərara aldıq.
Mən əsgərimlə Səmərqənddən iki-üç ağac daha aşağıda olan Soğd tərəfdən
görüş yerinə getdim; o tərəfdən də Sultan Əli Mirzə əsgəriylə gəldi. Oradan
dörd-beş adamla Sultan Əli Mirzə, buradan da dörd-beş adamla birlikdə
mən Kuhək çayının ortasına gedərək at üstündə görüşüb danışdıqdan sonra
onlar o tərəfə döndülər, mən də bu tərəfə gəldim. Molla Bənnai ilə Məhəm-
məd Salihi orada, Xoca Yəhyanın xidmətində gördüm. Məhəmməd Salihi
yalnız bir dəfə orada ikən görmüşdüm. Ancaq Molla Bənnai sonralar mənim
xidmətimdə də bir xeyli çalışdı. Sultan Əli Mirzə ilə görüşdükdən sonra qış
yaxınlaşdığı və Səmərqənd əhalisi də ciddi sıxıntı çəkmədiyi üçün mən Ən-
dicana qayıtdım, Sultan Əli Mirzə də Buxaraya getdi.
Sultan Məsud Mirzə Şeyx Abdullah Barlasın qızına möhkəm aşiq idi.
Onunla evləndi və torpaq davasından vaz keçərək Hisara (38 b) döndü. Bəl-
kə də buraya gəlməsinin səbəbi o qız idi.
Mehdi Sultan Şiraz və Kənbay civarından qaçaraq Səmərqəndə getdi.
Həmzə Sultan da izin alaraq Zamindən Səmərqəndə getdi.
BABURNAMƏ
57
FƏRQANƏ - 902 (9 SENTYABR 1496 – 30 AVQUST 1497)
DOQQUZ YÜZ ĠKĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ
Bu qış Baysunqur Mirzənin işləri hər yöndən yaxşı getdi. Əbdülkərim
Eşrit Sultan Əli Mirzə tərəfindən Kufin civarına göndərilmişdi, Mehdi
Sultan isə Baysunqur Mirzənin axınçılarına başçılıq edərək Səmərqənddən
oraya gəldi və üstlərinə yürüdü. Əbdülkərim Eşrit ilə Mehdi Sultan qarşı-
laşdılar. Mehdi Sultan özünün çərkəz qılıncıyla Əbdülkərimin atını vurunca
at yıxıldı. Əbdülkərim yerdən qalxmaq üzrə ikən Mehdi Sultan onun əlini
biləyindən kəsib saldı. Onu əsir aldı və axınçılarını da möhkəm məğlub etdi.
Bu [Özbək] sultanlar Səmərqənddə işlərin pis və mirzələrin vəziyyə-
tinin qarışıq olduğunu görüncə, ertəsi yaz Şeybani xanın yanına getdilər. Sə-
mərqəndlilər isə bu durumdan cəsarət alaraq Sultan Əli Mirzəyə qarşı qoşun
çəkdilər. Baysunqur Mirzə Sərpülə, Sultan Əli Mirzə də Xoca-Kardzənə
gəldi. Bu əsnada Xoca Münir Uşinin təşviqi ilə Xoca Əbülməkarim, Əndi-
can bəylərindən (39 a) Veys Lağari, Məhəmməd Bakir və digər bəzi igidləri,
Mir Qasım Dulday və Baysunqur Mirzənin bir dəstə yaxınlarından ibarət
axınçılarla birlikdə Buxara üzərinə göndərildi. Lakin Buxaradakılar onların
gəldiyindən xəbərdar olunca heç bir şey elə bilmədən geri qayıtdılar.
BABURUN SƏMƏRQƏNDĠ ĠKĠNCĠ DƏFƏ MÜHASĠRƏ ETMƏSĠ
Sultan Əli Mirzə ilə görüşəndə yazda onların Buxaradan, mənim isə
Əndicandan gələrək Səmərqəndi mühasirəyə alacağımız qərarlaşdırılmışdı.
Biz bu qərara uyğun olaraq ramazan ayında [=1497 may] Əndicandan hə-
rəkət edərək Yar-yaylaq civarına gəldik və mirzələrin qarşıda olduqları xə-
bərini aldıq. Tolun Xoca Moğulu iki-üç yüz qazax
1
igidlə birlikdə axınçı
olaraq göndərdik. Bunlar yaxınlaşanda Baysunqur Mirzə gəlişimizi xəbər
alaraq intizamsız şəkildə geri çəkildi. Bu igidlər o gecə onların ordugahına
girərək bir çox adamını oxla vurdular və çoxlu qənimət gətirdilər.
1
Qazax: bu söz həm "mərd, cəsur", həm də «köçəri» mənasında işlənir.
Zəhirəddin Məhəmməd BABUR
58
İki gün sonra Şiraz kurqanına vardıq. Şiraz Qasım Duldayda idi. Dar-
ğa Şiraz kurqanını döyüşsüz təhvil verdi. Şiraz kurqanının idarəsi İbrahim
Saruya tapşırıldı.
Ertəsi gün ramazan bayramı namazını orada qıldıqdan sonra Səmər-
qəndə yürüş edərək Abyar qoruğuna gəldik. O gün Qasım Dulday, Veys La-
ğari, Həsən Nəbirə, Sultan Məhəmməd Seyfəl (Dərviş) (39 b) və Sultan
Məhəmməd Veys üç-dörd yüz adamla gəldilər və mənimlə görüşüb ehtiram-
la «Baysunqur Mirzə geri çəkiləndə biz də ondan ayrılıb padşahın xidmətinə
gəldik» dedilər. Lakin sonra anlaşıldı ki, bunlar Şirazı müdafiə məqsədilə
Baysunqur Mirzədən ayrılmışlar və Şiraz işi belə olunca çarəsiz qalıb bizim
yanımıza gəlmişlər.
Qara-Bulaqda dayananda bizim tərəfə keçən və bəzi kəndlərdə sərkəş-
lik edən moğolları tutub gətirdilər. Qasım bəy ibrət üçün bunlardan iki-üç
adamı parçalatdı. Dörd-beş il sonra, qazaxlıq günlərində Məsihadan [moğol
xanı Sultan Mahmud] xanın hüzuruna gedərkən Qasım bəy bu üzdən bizdən
ayrılaraq Hisara getdi.
Qara-Bulaqdan qalxıb çayı keçərək Yam qarşısında durduq. O gün bə-
zi içki
1
bəylər xiyaban başında Baysunqur Mirzənin adamlarıyla çarpışdılar.
Sultan Əhməd Tənbəlin boğazına nizə ilə vurdular, lakin atdan düşmədi.
Xoca Kəlanın böyük qardaşı olan Hacəgi Molla Sədrin boynuna ox isabət
etdi və yerindəcə Allahın rəhmətinə qovuşdu. Çox yaxşı bir igid idi. Atam
da ona böyük iltifat göstərərək özünə möhürdar
2
təyin eləmişdi. Elmlə (40
a) məşğul olurdu. Nəsri də gözəl idi. Quşçuluq və yadaçılıqdan da başı çı-
xırdı.
Biz Yam civarında ikən şəhərdən bir çox tüccar və tüccar olmayanlar
çıxıb ordu bazarında ticarət edirdi. Bir gün ikindi namazı vaxtında ümumi
bir qarışıqlıq çıxdı və bu müsəlmanların malları yağmalandı. Lakin qoşunda
intizam çox güclü idi. Dərhal əhalinin malını, heç kimin tək bir şeyi belə
gizləmədən geri verməsi əmr edildi. Ertəsi gün daha bir pəhər
3
belə olma-
mışdı, qoşunda yağmanın ən kiçık parçası da qalmadı, kiçık bir ip parçasına,
ya da iynə qırığına qədər hamısı sahiblərinə geri verildi.
Oradan qalxıb Səmərqənddən üç küruh
4
məsafədə olan Xan Yurdunda
dayandıq. Qırx-əlli gün bu yurdda oturduq. Burada olduğumuz müddət ər-
zində hər iki tərəfdən könüllü igidlər xiyabanda bir neçə dəfə yaxşıca çar-
pışdılar. Bir dəfə İbrahim Bəycik də [Tağayi] bu çarpışmalarda iştirak etdi
və üzündən yaralandı. Bundan sonra ona İbrahim Çapıq deməyə başladılar.
1
İçki: içə aid, səmimi dost, xas adam, qvardiya deməkdir.
2
Möhürdar. Tamğa, nişan və daha sonra işlənən möhür termimi yazılan rəsmi məktub-
ların başqaları tərəfindən açılmaması üçün qoyulan işarəyə deyilir.
3
Pəhər: Hindistanda günün səkkizdə birinə (3 saat) verilən ad.
4
Küruh: Hindistanda 4.000 qədəm uzunluqdakı məsafə ölçüsünə verilən ad.
BABURNAMƏ
59
Bir dəfə də xiyabanda, Məğaq körpüsündə Əbülqasım Kuhbər toppuz
işlətdi. Bir dəfə də xiyabanda arx civarında bir çarpışma oldu və (40 b) Mir-
şah Koçin toppuzla vuruşdu. Ona elə vurdular ki, boynu yarısına qədər kə-
sildi və yalnızca böyük şahdamarı qaldı.
Xan Yurdunda olduğumuz zaman kurqandakılar adam göndərdilər və
«Gecə Gari-Aşiqanə gəlin, kurqanı təslim edək» deyə hiylə qurdular. Buna
inanaraq gecə hərəkət edib Məğaq körpüsünə gəldim. Qərarlaşdırılmış olan
yerə bir dəstə yaxşı igid və piyada göndərildi. Məsələni anladıqları vaxt içə-
ridəkilər bizim piyadalardan dörd-beşini əsir almışdılar. Bunlar çox qüvvətli
piyadalar idi. Birinin adı Hacıydı və kiçıkliyindən bəri mənim xidmətimdə
idi. Birinə də Mahmud Kundursəngək deyirdilər. Hamısını öldürdülər.
Bu yurdda olduğumuz zaman Səmərqəndin şəhər əhalisindən və əs-
nafdan o qədər çox adam dışarı çıxmışdı ki, ordugah artıq bir şəhər halına
gəlmişdi. Şəhərlərdə nə axtarsan ordugahda tapardın.
Bu müddət ərzində Səmərqənd istisna olmaqla digər bütün kurqanların,
dağların və ovaların hamısı bizə itaət etmişdi. Şavdar dağının ətəyindəki Ör-
kət adlı bir kurqanı bəzi adamlar gücləndirmişdilər. Bu üzdən bu yurddan
qalxıb Örkətə yürüş etmək lazım gəldi. Axırda bizə qarşı dayana bilməyə-
cəklərini anladıqları zaman da Xoca [Mövlana] qazını (41 a) minnətçi salıb
itaət etdilər. Biz də onların xətalarını bağışlayaraq yenidən Səmərqəndin
mühasirəsi ilə məşğul olduq.
SULTAN HÜSEYĠN MĠRZƏ ĠLƏ
BƏDĠÜZZAMAN MĠRZƏ ARASINDA ÇARPIġMA
Bu il Sultan Hüseyn [Bayqara] Mirzə ilə [oğlu] Bədiüzzaman Mirzə
arasındakı anlaşmazlıqlar bunları savaşa sürüklədi. Məsələ belə idi: keçən il
Sultan Hüseyn Mirzənin Bəlxi Bədiüzzaman Mirzəyə, Əstərabadı isə Mü-
zəffər Mirzəyə verərək onları yükündürdüyünü nəql etmişdik. O zamandan
bugünə qədər bir çox elçilər gəlib getdi. Axırda Əlişir bəy [Nəvai] də elçi
olaraq gəldi. Nə qədər çalışsalar da Bədiüzzaman Əstərabadı kiçık qardaşına
verməyə razı olmadı və «Mənim oğlum Məhəmməd Mömin Mirzə sünnət
olunanda, [babası] Sultan Hüseyn Mirzə oranı ona hədiyyə etmişdi» dedi.
Bir gün Əlişir bəylə Mirzə arasında bir söhbət oldu ki, bu, Mirzənin
sürətli fəhminə, Əlişir bəyin də həssasiyyətinə bir dəlildir. Əlişir bəy bir çox
məhrəm sözü Mirzəyə pıçıltıyla söylədi və «Bu sözləri unudun» dedi. Mirzə
də dərhal «hansı sözləri?» deyə soruşanda, Əlişir bəy çox mütəəssir oldu və
uzun-uzun ağladı.
Ata ilə oğul arasındakı bu dedi-qodular axırda belə nəticələndi: atası
oğlu, oğlu da atası üzərinə Bəlx və Əstərabada qoşun yeritdi. Gürzüvan
ətəyində yerləşən (41 b) Yekçıraq çayırına aşağıdan Sultan Hüseyn Mirzə
Zəhirəddin Məhəmməd BABUR
60
yuxarıdan da [oğlu] Bədiüzzaman Mirzə gəldi. Ramazan başlanğıcında çər-
şənbə axşamı günü [=3 may 1497] Sultan Hüseyn Mirzənin bir neçə bəyi və
bir dəstə süvarisi ilə birlikdə [digər oğlu] Əbülmöhsün Mirzə irəlilədi. Ciddi
bir vuruşma olmadan Bədiüzzaman Mirzə məğlub oldu. Bir çox yaxşı igid
əsir düşdü. Sultan Hüseyn Mirzə hamısının başını kəsdirdi. Yalnız burada
deyil, hansı oğlu düşmən olaraq qarşısına çıxsa, məğlub etdi və əsir düşən
adamlarının hamısının başlarını kəsdirdi. Nə eləsin, haqq onun tərəfində idi.
Bu mirzələr zövq və səfahətə o dərəcədə düşkün idilər ki, ataları kimi
təcrübəli və ağıllı bir padşah onlara yarım günlük məsafəyə qədər yaxınlaş-
dığı və digər tərəfdən də ramazan kimi mübarək və əziz bir aya girməyə yal-
nızca bir gecə qaldığı halda, onlar atalarından çəkinmədən, Allahdan qorx-
madan yalnızca şərab içib zövq və səfa sürməklə məşğul idilər. Şübhəsiz,
belə hərəkət edən adamlar belə yenilgilərə uğrayar və belə insanların öhdə-
sindən hər kəs gələr.
Əstərabadın idarəsi neçə ildir Bədiüzzaman Mirzənin əlində idi. Ət-
rafındakılar və igidləri fövqəladə zövqə və süsə düşkün idilər. Altın və gü-
müş qab-qaşıqları və əşyaları hədsiz dərəcədə çoxalmışdı. Süslü geydirilmiş
igidlərinin (42 a) və cins atlarının sayı-hesabı yox idi. Orada hamısını itirdi.
Dağ yollarından qaçarkən, qayalıqlardan və uçurumlardan böyük çətinliklər-
lə endi, amma bir çox adamı bu uçurumlarda tələf oldu.
Sultan Hüseyn Mirzə oğlunu yendikdən sonra Bəlxə gəldi. Bədiüzza-
man Mirzə Bəlxdə Şeyx Əli Tağayini qoymuşdu. O da çarəsiz qaldı və Sul-
tan Hüseyn Mirzəyə itaət edərək Bəlxi təslim etdi. Sultan Hüseyn Mirzə
Bəlxi [digər oğlu] İbrahim Hüseyn Mirzəyə verib Məhəmməd Vəli bəylə
Şah Hüseyn Çöhrəni də onunla birlikdə qoydu və özü Xorasana geri qayıtdı.
Məğlub olan, malı-mülkü yağmalanan Bədiüzzaman Mirzə ətrafındakı
igidləri, piyada və çılpaq adamlarıyla birlikdə Qunduza, Xosrov şahın yanı-
na getdi. Xosrov şah ona yaxşı üz göstərdi. At və dəvələrlə birlikdə kiçık və
böyük çadırlar, sipahilərə gərəkən təchizatı verərək, həm Mirzənin özünə,
həm də başının adamlarına o qədər yaxşı rəftar və insaniyyət göstərdi ki, gö-
rənlər Mirzənin öncəki və bugünkü təchizatı arasındakı fərqin yalnızca süslü
və yaldızlı alətlərin olmaması olduğunu söylədilər.
SULTAN MƏSUD MĠRZƏ ĠLƏ
XOSROV ġAH ARASINDAKI UYUġMAZLIQ
Sultan Məsud Mirzə ilə Xosrov şah arasında birinin ölçüsüzlüyü, digə-
rinin isə özünü böyük görməsindən uyuşmazlıq yarandı. Xosrov şah Vəli və
Baqini [Çağanyanı] (42 b) Bədiüzzaman Mirzə ilə birlikdə Hisara Sultan
Məsud Mirzənin üzərinə göndərdi. Lakin kurqana yaxınlaşa bilmədilər.
Civardakı bölgədə hər iki tərəf bir-iki dəfə qılınc işlətdi. Bir dəfə də Mühib
BABURNAMƏ
61
Əli Qurçu qafilədən ayrılaraq Hisarın şimal tərəfində yerləşən Quşxanaya
gəlib yaxşı çarpışdı. Atdan yıxılıb ələ keçiriləcəyi zaman arxadaşları gəlib
onu qurtardılar. Bir neçə gün sonra sülhə bənzər bir şey bağlayıb geri qayıt-
dılar.
Bundan bir neçə gün sonra Bədiüzzaman Mirzə dağ yolundan Qəndə-
hara və Zəmindavərə, Zünnun bəy Arğun ilə oğlu Şah Şüca Arğuna getdi.
Zünnun bəy Arğun xəsis olduğu halda yaxşı münasibət göstərdi və bir dəfə
də qırx min qoyun hədiyyə etdi. Qəribə bir təsadüfdür ki, Sultan Hüseyn
Mirzənin [oğlu] Bədiüzzaman Mirzəni məğlub etdiyi eyni çərşənbə axşamı
günündə [digər oğlu] Müzəffər Mirzə də [Bədiüzzamanın oğlu] Məhəmməd
Mömin Mirzəni Əstərabadda məğlub etmişdi. Daha da qəribəsi budur ki,
Çərşənbə adlı bir adam Məhəmməd Mömin Mirzəni əsir edərək gətirmişdi.
Zəhirəddin Məhəmməd BABUR
62
FƏRQANƏ - 903 (30 AVQUST 1497 – 19 AVQUST 1498)
Dostları ilə paylaş: |