ZƏHĠRƏDDĠn məHƏMMƏd babur


Qadınları  və  cariyələri



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə3/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   2   3   4   5   6   7   8   9   ...   48

Qadınları  və  cariyələri:  Qutlu Nigar xanım Yunus xanın ikinci qızı 

və Sultan Mahmud xanla Sultan Əhməd xanın böyük bacısıydı. Yunus xan 

isə  Çingiz  xanın  ikinci  oğlu  Çağatay  xanın  nəslindəndir:  Yunus  xan,  Veys 

xan, Şirəli Oğlan, Məhəmməd xan, Xızır Xoca xan, Tuğlu Teymur xan, İsən 

Buğa xan, Duva xan, Baraq xan, Yisün Təvə, Mötügən, Çağatay xan, Çingiz 

xan. Yeri gəlmişkən, xanların əhvalından da qısaca bəhs edək. 

 

ÇAĞATAY XANLARI HAQQINDA QISA MƏLUMAT 

 

Yunus  xan  və  İsən  Buğa  xan  Veys  xanın  oğulları  idi.  Yunus  xanın 



anası Türküstanlı qıpçaq bəylərindən olan və Teymur bəyin qoruduğu Şeyx 

Nurəddin  bəyin  qızı  və  ya  nəvəsidir.  Veys  xanın  ölümündən  sonra  moğol 

ulusu bir qismi Yunus xan, əksəriyyəti İsən Buğa xan tərəfində olmaq üzrə 

ikiyə ayrıldı. 

Daha öncə [Teymur bəyin oğlu Şahrux Mirzənin oğlu] Uluğ bəy Mir-

zə Yunus xanın böyük bacısını [oğlu] Əbdüləziz Mirzəyə almışdı. Bu səbəb-

lə  barin  tüməninin  bəylərindən  İrzen  və  Çıras  (Hırmas)  (10  a)  tüməninin 

bəylərindən  Mirək  Türkmən  üç-dörd  min  ailəlik  moğol  ulusuyla  birlikdə 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



28 

Yunus  xanı  Uluğ  bəy  Mirzənin  yanına  gətirdilər;  məqsədləri  ondan  kömək 

alıb moğol ulusunu təkrar ələ keçirmək idi. Amma Mirzə qəddarlıq göstərdi, 

onların  bir  qismini  əsir  etdi,  digərlərini  isə  başqa  vilayətlərə  dağıtdı.  İrzen 

iğtişaşı moğol ulusunda bir tarix olmuşdur. 

Yunus  xanı  İraq  tərəfinə  göndərdilər,  xan  oraya  gedib  bir  ildən  artıq 

Təbrizdə qaldı. O zamanlar Təbriz padşahı Qaraqoyunlu Cahan Şah Barani 

idi.  Sonra  Yunus  xan  oradan  Şiraza  keçdi.  Şirazda  Şahrux  Mirzənin  ikinci 

oğlu  İbrahim  Sultan  Mirzə  hakim  idi.  Beş-altı  ay  sonra  İbrahim  Sultan 

Mirzə vəfat edincə yerinə [oğlu] Abdullah Mirzə keçdi. Abdullah Mirzənin 

xidmətinə girən Yunus xan on yeddi-on səkkiz il Şirazda və o tərəfdəki vila-

yətlərdə qaldı. 

Uluğ bəy Mirzə və oğullarının arasındakı qovğa zamanı İsən Buğa xan 

fürsət taparaq Fərqanə vilayətinə hücum etdi, Kənd-Badama qədər gəldi və 

Əndicanı alıb əhalisini tamamən əsir etdi. Amma qovğaların ardından [Ba-

burun babası] Sultan Əbu Səid Mirzə taxta keçdikdən sonra qoşun çəkərək 

Yenginin  o  tərəfində  olan  İsfərada  və  Moğolistanda  (10  b)  İsən  Buğa  xanı 

tar-mar  etdi.  Bundan  sonra  bu  qarışıqlığı  ortadan  qaldırmaq  üçün  Sultan 

Əbu Səid Mirzə əvvəlcə Əbdüləziz Mirzə ilə evli olan [Yunus xanın] böyük 

bacısı  Xanım  ilə  evlənməsi  münasibətilə  Yunus  xanı  İraq  və  Xorasandan 

gətirtdi. Düyünlər edib dost oldular və Yunus xanı moğol ulusuna xan təyin 

edib göndərdi. 

Tam bu əsnada Sağarıçı tüməninin bəyləri İsən Buğa xandan şikayətlə 

Moğolistana  gəlmişdilər.  O  zamanlar  Sağarıçı  bəylərinin  böyüyü  Şir  Hacı 

bəy idi. Yunus xan bunların arasına getdi və Şir Hacı Bəyin qızı İsən Dövlət 

bəyimlə evləndi. Moğol adətincə Yunus xan ilə İsən Dövlət bəyimi ağ keçə 

üzərində yuxarı qaldırıb xan elan etdilər. 

Yunus xanın İsən Dövlət bəyimdən üç qızı oldu; bunların ən böyüyü 

Mehrinigar xanımdır. Sultan Əbu Səid Mirzə onu ən böyük oğlu Sultan Əh-

məd  Mirzəyə  almışdı.  Mirzədən  heç  uşağı  olmadı.  Sonra  fətrət  dövründə 

Şeybani  xanın  əlinə  düşmüşdü.  Mən  Kabilə  gəldiyim  zaman  Şah  bəyimlə 

birlikdə o da Səmərqənddən Xorasana, oradan da Kabilə gəldi. Şeybani xan 

Qəndəharda [Baburun kiçık qardaşı] Nasir Mirzəni mühasirəyə alanda mən 

də Ləmğana getdim. Xan Mirzə [Sultan Veys Mirzə] də Şah bəyim və Meh-

rinigar xanımla birlikdə Bədəxşana getdi. Mübarək şah (11 a) Xan Mirzəni 

Qaleyi-Zəfərə çağıranda Əba Bəkr Kaşğarinin axınçılarına rast gəldilər. Şah 

bəyim, Mehrinigar və  onlarla birlikdə  olanların  ailələri əsir düşərək o mər-

həmətsizin əsarətində fani dünyaya vida etdilər. 

[Yunus  xan  və  İsən  Dövlət  bəyimin]  ikinci  qızı  mənim  anam  Qutlu 

Nigar xanımdı. Qazaxlıq və fətrət zamanlarında əsasən mənimlə birlikdə idi. 

Kabili aldıqdan beş-altı ay sonra, 911-ci ildə [=1505] Allahın rəhmətinə qo-

vuşdu.  


BABURNAMƏ 

 

29 



Üçüncü qızları Xub Nigar xanımdı, onu Məhəmməd Hüseyn Gürgan 

Duğlata vermişdilər. Ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Übeyd xan 

almışdı, sonra mən Buxara və Səmərqəndi alanda o qız bir yerə gedə bilmə-

yib orada qalmışdı. Sultan Səid xanın əmisi Seyid Məhəmməd Mirzə Sultan 

Səid xan adından Səmərqəndə mənə elçi olaraq gəldiyi zaman onunla birlik-

də Kaşğara getdi və orada Sultan Səid xanla evləndi. Oğlu Heydər Mirzə idi. 

Atası özbəklər tərəfindən öldürüldükdən sonra gəlib üç-dörd il mənim xid-

mətimdə oldu. Sonra izin istəyərək Kaşğara xanın yanına getdi. 

Baz gərdəd be əsli xud həmə çiz

Zəri-safiyu nüqreyi-ərziz.  



Hər şey, istər saf altın, istər gümüş,   

istər qalay olsun, axırda öz əslinə dönər. 

Deyilənə görə, indi tövbə etmiş və yaxşı yola girmişdir. Əlindən yazı 

yazmaq, rəsm çəkmək, ox, mizraq və yay atmaq kimi hər şey gəlir. Şeir yaz-

maq qabiliyyəti (11 b) də var. Mənə bir ərizəsi gəlmişdi, inşası da pis deyil.  

[Yunus] xanın qadınlarından biri də Şah bəyimdi. Başqa qadınları olsa 

da, uşaqlarının anaları bu ikisi idi. Şah bəyim Bədəxşan şahı Şah Sultan Mə-

həmmədin qızı idi. Dediklərinə görə, bu Bədəxşan şahlarının soyları İskən-

dər Filkusa [Makedoniyalı İskəndər] çatırmış. Bu şahın digər bir qızını -ki, 

Şah bəyimin  böyük bacısıdır- Sultan Əbu Səid  Mirzə almış  və ondan Əba 

Bəkr Mirzə doğulmuşdur. 

[Yunus]  xanın  Şah  bəyimdən  iki  oğlu  və  iki  qızı  olmuşdu:  Sultan 

Mahmud xan, digər üçündən böyük və daha əvvəl haqqında danışılan [İsən 

Dövlət bəyimdən olan] üç qızdan kiçıkdir. Səmərqənd və o ətrafda ona bə-

zən Xanikə  xan deyirlər. Digər oğlu  olan və  Alaca xan adıyla şöhrət  qaza-

nan  Sultan  Əhməd  xan  isə  Sultan  Mahmud  xandan  kiçıkdir.  Alaca  adının 

verilməsinə səbəb budur: kalmık və moğol dilində qatilə alaçı deyirlər. Kal-

mıkları bir neçə dəfə məğlub edib bir çox adamlarını öldürdüyü üçün alaçı 

demişlər və çox işlənə-işlənə alaca  olmuşdur.  İrəlidə bu xanlardan sıra ilə 

təkrar bəhs ediləcək, başlarına gələnlər haqqında danışılacaq.  

[Yunus xanın Şah bəyimdən olan qızı] Sultan Nigar xanım digərlərin-

dən kiçık və bir qızından böyükdü. (12 a) Onu [Baburun əmisi] Sultan Mah-

mud Mirzəyə vermişlər və ondan Sultan Veys adlı bir oğlu olmuşdu və [bu 

Mirzədən]  yeri  gələndə  bəhs  ediləcəkdir.  Sultan  Mahmud  Mirzə  öldükdən 

sonra [Sultan Nigar xanım] oğlunu da alıb heç kimə xəbər vermədən Daş-

kəndə, böyük qardaşının yanına getmişdi. Bir neçə il sonra onu Çingiz xanın 

böyük  oğlu  Çuçinin  nəslindən  və  qazax  sultanlarından  olan  Ədik  Sultana 

verdilər. Şeybani xan xanları məğlub edib Daşkənd və Şahruxiyyəni alanda 

isə  Sultan Nigar xanım xidmətində çalışan on iki moğoluyla birlikdə  qaçıb 

Ədik Sultanın yanına getmişdi. Ədik Sultandan iki qızı oldu, birini Şeyban 

sultanlarından birinə, digərini isə Sultan Səid xanın oğlu Rəşid Sultana ver-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



30 

dilər. Ədik Sultandan sonra Sultan Nigar xanımı qazax ulusunun xanı Qasım 

xanın aldığını söyləyirlər. Qazax xanların və sultanlarının arasında heç kim 

o ulusu Qasım xan kimi hakimiyyəti altına ala bilməmişdir. Əsgərinin sayını 

üç yüz min olaraq təxmin edirdilər. Qasım xan öldükdən sonra Sultan Nigar 

xanım da Kaşğara, Sultan Səid xanın yanına gəldi. 

[Yunus xanın Şah bəyimdən olan digər qızı] Dövlət Sultan xanım ha-

mısından kiçıkdi.  Daşkənd savaşında Şeybani  xanın  oğlu  Teymur Sultanın 



(12 b) əlinə düşmüş və ondan bir qızı olmuşdu. Səmərqənddən mənimlə bir-

likdə  çıxmışdı.  Üç-dörd  il  Bədəxşan  vilayətində  qaldı.  Sonra  isə  Kaşğara 

Sultan Səid xanın yanına getdi. 

  

YENƏ ÖMƏR ġEYX MĠRZƏNĠN 



QADINLARI VƏ CARĠYƏLƏRĠ HAQQINDA 

 

Ömər  Şeyx  Mirzənin  hərəmlərindən  biri  də  Xoca  Hüseyn  bəyin  qızı 



Ulus ağa idi. Ondan bir qızı oldu, ancaq kiçık yaşda öldü. İl-il yarım sonra 

Ulus ağanı hərəmdən çıxardılar. 

Arvadlarından biri də moğol tümən bəylərindən [birinin qızı olan] Fat-

ma Sultan ağa idi. Mirzə hamısından əvvəl bu Fatma Sultan ağanı almışdı. 

Daha sonra aldığı Qaragöz bəyim isə çox sevimliydi. Mirzəyə xoş gö-

rünmək  üçün  nəsəbini  Sultan  Əbu  Səid  Mirzənin  böyük  qardaşı  Mənuçöhr 

Mirzəyə qədər çıxartmışdılar. 

Onun  cariyələri  də  çox  idi.  Bunlardan  biri  Ümid  ağaçə  idi  və  Mirzə-

dən əvvəl ölmüşdü. Mirzənin son günlərində aldığı iki cariyədən biri moğol-

lardan Tün (Tərsün) Sultan, digəri isə Ağa Sultan idi.  



Əmirləri: Xudaverdi TimurdaĢ, Herat hakimi Ağ Buğa bəyin böyük 

qardaşının nəslindəndir. Sultan Əbu Səid Mirzə Şahruxiyyədə Cuki Mirzəni 

mühasirə  edəndə  Fərqanə  vilayətini  Ömər  Şeyx  Mirzəyə  vermiş  və  eşik 

ağası


1

 olaraq da bu Xudaverdi (13 a) Timurdaşı təyin edib göndərmişdi. Hə-

min dövrdə o, iyirmi beş yaşlarında idi. Yaşca cavan olsa da, idarəçilik qabi-

liyyəti  çox  yaxşı  idi.  Bir-iki  il  sonra  İbrahim  Bəycik  [Tağayi]  Oş  tərəflərə 

hücum edəndə Xudaverdi Timurdaş onu arxadan təqib edərək döyüşdü, an-

caq həm yenildi, həm də şəhid oldu. 

O  əsnada  Sultan  Əhməd  Mirzə  Ura-Təpənin  Ağ-Qaçğay  adlı  yayla-

sında  idi.  Bu  yayla  Səmərqəndin  on  səkkiz  ağac  şərqindədir.  Sultan  Əbu 

Səid  Mirzə  isə  Heratın  on  iki  ağac  şərqində  yerləşən  Baba-Xakidəydi.  Bu 

xəbəri  Əbdülvahab  Şiğavul  vasitəsilə  Mirzəyə  göndərdilər,  buna  görə  yüz 

iyirmi altı ağaclıq məsafə dörd günə qət edildi. 

Hafiz Məhəmməd bəy Dulday Sultan Məlik Kaşğarinin oğlu Əhməd 

                                                           

1

 Eşik ağası: bu titul haqqında bax: Qeydlər və izahlar.  



BABURNAMƏ 

 

31 



Hacı bəyin kiçık qardaşıdır. Xudaverdi bəyin ölümündən sonra eşik ixtiyarı

1

 



olaraq onu göndərmişdilər. Sultan Əbu Səid Mirzənin ölümündən sonra Ən-

dican  bəyləri  ilə  dil  tapa  bilmədiyi  üçün  Səmərqəndə  gedərək  [Sultan  Əbu 

Səid Mirzənin oğlu] Sultan Əhməd Mirzənin xidmətinə girdi. Sultan Əhməd 

Mirzə Çirdə məğlub olduğu zaman [Hafiz Məhəmməd bəy Dulday] Ura-Tə-

pədə idi.  (13  b) Ömər Şeyx Mirzə  Səmərqəndə  getmək niyyətilə  Ura-Təpə 

üzərinə  gələndə  Ura-Təpəni  Mirzənin  adamlarına  təslim  edib  özü  də  onun 

xidmətinə girdi. Ömər Şeyx Mirzə də Əndicanın idarəsini ona tapşırdı. Son-

ra Sultan Mahmud xanın yanına getdi, o da [Sultan Veys] Mirzə xanın tərbi-

yəsini ona etibar edərək Dizakı da mülk olaraq verdi. Mən Kabili almazdan 

bir az əvvəl Məkkəyə getmək üçün Hindistan yoluyla səfərə çıxmış və yolda 

Allahın rəhmətinə qovuşmuşdur. Cah-cəlalı sevməyən, qaradinməz və sadə 

bir adamdı. 

Başqa bir əmiri də Xoca Hüseyn bəy idi. O, şən, ancaq təmtəraq sev-

məyən  bir  adam  idi.  O  zamanın  adəti  üzrə  içki  məclislərində  yaxşı  qoşma 

(qoşuq) söyləyirmiş. 

Başqa  bir  əmiri  ġeyx  Məzid  bəy  idi,  əvvəlcə  mənə  bəy-atəkə  təyin 

edilmişdi.  Onun  vaxtında  üsul-idarə  və  nizam-intizam  çox  yüksək  idi. 

(Əbülqasım) Babur Mirzəyə də xidmət etmişdi. Ömər Şeyx Mirzənin yanın-

da ondan böyük bəy yox idi. Fasiq bir adam və uşaqbaz idi. 

Başqa bir əmiri olan Əli Məzid bəy koçinlərdən

2

 idi. Bir dəfə  Axsidə 



və bir dəfə də Daşkənddə üsyan qaldırmışdı. Münafiq, fasiq, nankor və  ya-

ramaz bir adam idi. 

Başqa bir əmiri Həsən Yaqub bəy isə təvazökar, xoş təbiətli, zirək və 

dəyərli bir adamdı. Bu beyt onundur: 

Bazay, ey hüma ki, betutiyi-xətət, 

Nəzdik şod ki, zağ bərəd üstüxani-mən.  



Ey dövlət quşu, qayıt gəl, sənin tuti xəttin olmasa,  

Qarğa mənim sümüyümü aparacaq. 

Cəsur adam idi. Yaxşı ox atır, yaxşı çovqan (14 a) oynayır və eşşəkbe-

li sındırdıda yaxşı sıçrayırdı. Ömər Şeyx Mirzənin ölümündən sonra mənim 

qapımda sahibi-ixtiyar o idi. Dar görüşlü, kəmhövsələ və fitnəçi bir adam idi.  

Başqa  bir  əmiri  olan  Qasım  bəy  də  koçin  idi,  Əndicanın  əski  koçin 

bəylərindən  idi.  Həsən  bəydən  sonra  mənim  qapımda  sahibi-ixtiyar  o  idi. 

Ömrünün sonuna qədər qüdrət və etibarı artdı, azalmadı. Cəsur bir adam idi. 

Bir dəfə  Kasan tərəflərini çapıb talayan özbəkləri təqib edərək onları möh-

kəm  əzdi.  Ömər  Şeyx  Mirzənin  məiyyətində  qılınc  çalmışdı.  Yastı  keçid 

                                                           

1

 Eşik ixtiyarı: bu titulun səlahiyyət dairəsini dəqiq müəyyən etmək çətindir.  



2

 Koçin:  Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən addır. Bu ad 

zamanla  atadan  oğula  keçmişdir.  Koçinlər  hər  hansı  bir  bölgəyə  deyil,  hökmdara  bağlı 

idilər.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



32 

müharibəsində də yaxşı vuruşmuşdu. 

Qazaxlıq  zamanımda  Məsiha  dağlarında  ikən  Sultan  Mahmud  xanın 

yanına getməyə qərar verdiyim zaman bizdən ayrılaraq Xosrov şahın yanına 

getdi.  910-cu  ildə  [=1504]  Xosrov  şahı  ələ  keçirib  Kabildə  Müqimi  [Mə-

həmməd Müqim Arğun] mühasirəyə aldığım zaman Qasım bəy təkrar yanı-

ma gəldi. Əvvəllər olduğu kimi ona yenə də diqqət və iltifat göstərdim. 

Dəreyi-Xoşda  türkmən  xəzərləri

1

 üzərinə  hücum  etdiyimiz  zaman 



[=1505] Qasım bəy qocalığına baxmayaraq cavanlardan daha yaxşı yürüdü. 

Buna  görə  də  ona  culdu  [mükafat]  olaraq  Bəngiş  vilayətini  verdim.  Sonra 



(14  b)  Kabilə  gəlincə,  onu  Hümayuna  bəy-atəkə  təyin  etdim.  Zəmindavər 

alındığı zaman [=1522] Allahın rəhmətinə qovuşdu. 

Müsəlman, dindar, günahdan və haramdan qorxan bir adamdı. Şübhəli 

yeməkləri yeməzdi. Düşüncəli və tədbirli idi. Çox zarafatcıl idi. Savadsız ol-

duğu halda çox xoş nüktələr söyləyirdi. 

Başqa bir əmiri Babaqulu bəy Babaəli bəy oğlu  idi. O, Şeyx Əli Ba-

hadırın nəslindəndir. Şeyx Məzid bəy öləndən sonra onu mənə bəy-atəkə tə-

yin etdilər. [Baburun əmisi] Sultan Əhməd Mirzə Əndicana qoşun çəkəndə 

Ura-Təpəni ona təslim edərək Əhməd Mirzəyə qoşuldu. [Baburun digər bir 

əmisi] Sultan Mahmud Mirzənin ölümündən sonra Səmərqənddən qaçıb gə-

lərkən  qarşısına  Ura-Təpədən  [Sultan  Mahmud  Mirzənin  oğlu]  Sultan  Əli 

Mirzə çıxdı və müharibədə məğlub olaraq öldürüldü. İdarəsi və yarağı yaxşı 

idi. Əsgərinə yaxşı baxırdı. Namaz qılmaz, oruc tutmazdı. Zalım və kafirsa-

yaq bir adamdı. 

Başqa bir əmiri olan Əli Dost Tağayi sağarıçı tümən bəylərindən idi. 

Mənim anamın anası İsən Dövlət bəyimlə qohum idi. Ona Ömər Şeyx Mirzə 

zamanındakından  daha  çox  iltifat  etdim.  Dedilər  ki,  bacarıqlı  adamdır,  an-

caq neçə illər yanımda qaldığı halda əməlli-başlı bir işini görmədim desəm, 



(15  a) doğrudur. Sultan Əbu Səid Mirzənin xidmətində olduğu zamanlarda 

yada daşı

2

 ilə yağış yağdırdığını iddia edirdi. Quşbazdı. Əxlaqı və xasiyyəti 



pis idi. Paxıl, fitnəkar, namussuz, münafıq, özündən razı, sərt sözlü, soyuq 

üzlü bir adam idi. 



Veys Lağari Səmərqəndin toxçu tayfasından idi. Ömər Şeyx Mirzənin 

son  dövrlərində  ən  yaxın  adamlarından  olmuşdu.  Mənimlə  birlikdə  qazax-

lıqlarda oldu. Fikri və tədbiri çox yaxşı idi, ancaq bir az fitnəkar idi. 

Mir  Qiyas  Tağayi  Əli Dostun kiçık qardaşı idi. Moğolun soylu ailə-

ləri arasında Sultan Əbu Səid Mirzənin qapısında ondan daha irəli adam yox 

                                                           

1

 Xəzərilər:



  mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Adları Xəzər sö-

zündən deyil, farsca həzar (min) sözündəndir.

 

2

 Yadaçılıq:  yağış,  qar  yağdırmaq,  külək  qoparmaq  üçün  yada  daşından  istifadə  edil-



məsi.  Mahmud  Kaşğari  bu  barədə  geniş  məlumat  vermişdir  (bax:  Divanü  lüğat-it-türk. 

Tərcümə  edən  və  nəşrə  hazırlayan:  Ramiz  Əskər.  Bakı,  Ozan,  2006,  III  cild,  s.  11;  159; 

276). 


BABURNAMƏ 

 

33 



idi. Sultan Əbu Səid Mirzənin böyük möhürü onda idi. Ömər Şeyx Mirzənin 

son  dövrlərində  ən  yaxın  adamlarından  biri  olmuşdu.  Veys  Lağarinin  çox 

yaxın dostu idi. Kasan Sultan Mahmud xana veriləndən sonra ömrünün so-

nuna qədər xanın  xidmətində  oldu.  Xan da ona çox iltifat  etmişdi. Gülərüz 

və zarafatçı bir adamdı. Fisqdən çəkinməzdi. 

Başqa  bir  əmiri  Əli  DərviĢ  xorasanlıydı.  Sultan  Əbu  Səid  Mirzənin 

yanında  Xorasan  gənclər  bölüyündə  xidmət  edirdi.  Xorasan  və  Səmərqənd 

Sultan Əbu Səid Mirzənin idarəsinə (15 b) keçəndə bu iki paytaxtın işə ya-

rayan igidlərini xassə bölüklərinə ayıraraq bunlara Xorasan çöhrə bölüyü və 

Səmərqənd çöhrə bölüyü adlarını vermişdi. 

Mənim yanımda Səmərqənd önündə yaxşı çarpışdı. Cəsur bir adam idi. 

Nəstəliq yazısını əla yazırdı. Məddahlıq edirdi, təbiətcə həsədçi idi.  

Başqa bir əmiri Qənbər Əli moğoldu və axtaçılardan idi

1

. Atası vila-



yətə girib bir neçə dəfə sallaxlıq etdiyi üçün Qənbər Əli Sallax da deyirdilər. 

Yunus xanın yanında əvvəlcə avtafaçı, sonra da bəy olmuşdu. 

Ona mənim hüzurumda da çox iltifat göstərilmişdi.  İşə başlayana qə-

dər çox inamlı idi, ancaq işə başladığı vaxt yersiz qorxulara qapılırdı. Gəvə-

zə idi, dağınıq danışırdı. Məlumdur ki, gəvəzələr hətərən-pətərən danışırlar. 

Kəmhövsələ və beyinsiz bir adam idi. 

Ömər  Şeyx  Mirzə  vəfat  etəndə  mən  Əndicanda,  çarbağda

2

 idim.  Bu 



xəbər  Əndicana  ramazan  ayının  beşində,  çərşənbə  axşamı  günü  [=10  iyun 

1494] mənə çatdı. Çox mütəəssir oldum. Ata minib yanımdakı adamlarımla 

kurqana hərəkət etdim. Mirzə qapısına çatanda Şirim Tağayi atımın cilovu-

nu  tutub  namazgah

311

  tərəfinə  çəkdi.  Hər  halda  belə  düşünmüş  olmalı  idi: 



«Sultan  Əhməd  Mirzə  böyük  (16  a)  bir  padşahdır.  Əgər  çox  əsgərlə  gəlsə, 

bəylər  məni  və  vilayəti  ona  təslim  edərlər.  Bu  görə  də  onu  [məni]  Özgənd 

və  Ala-Tağ  ətəyinə  doğru  götürüm.  Əgər  vilayəti  təslim  etsələr,  barı  o,  ələ 

keçmədən dayılarının  yanına, Alaca xanın və  ya Sultan Mahmud xanın  ya-

nına getsin». 

Xoca Mövlana qazı (o, Sultan Əhməd qazının oğlu olub Şeyx Bürha-

nəddin  Qılınc  nəslindəndir;  ana  tərəfi  isə  Sultan  İlig  Maziyə  gedib  çıxır. 

Bunlar nəsillikcə o vilayətə müfti və şeyxülislam olmuşlar və daha sonra on-

lardan  yenə  bəhs  ediləcək)  və  kurqanın  içindəki  bəylər  bu  xəbəri  alınca, 

Ömər Şeyx Mirzənin  yaxın adamı və bir qızının tərbiyəçisi olan Xoca Mə-

həmməd Dərzini  yanımıza göndərdilər. Biz namazgaha  yaxınlaşanda  gəldi, 

könüllərdəki vəsvəsəni aldı və məni geri apardı. Ərkə endim. Xoca Mövlana 

                                                           

1

 Axtaçı: hökmdarın atları ilə məşğul olanlar üçün işlənən bir termindir.  



2

  Çarbağ: "çahar bağ, dörd bağça". Bu sözlə bir qismi park, bir qismi üzümlük, bir qis-

mi  meyvə  ağacı,  bir  qismi  də  bostan  olan  hovuzlu  bağlar  nəzərdə  tutulur.  Babur  öz  haki-

miyyəti dövründə çoxlu bağ saldırmışdır.  

3

 Namazgah:  əskidən  şəhər  kənarında  düzəldilən  və  xalqın  toplu  halda  namaz  qıla  bil-



diyi açıq bir meydan. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



34 

qazı və bəylər gəlib vəziyyəti müzakirə etdilər. Kurqanın bürc və divarları-

nın gücləndirilməsiylə məşğul oldular. Mərginana və ətraf yerlərə göndəril-

miş olan Həsən Yaqub, Qasım Koçin və digər bəzi bəylər bir-iki gün sonra 

gələrək  bizə  qoşuldular.  Hamısı  birlikdə  qalanın  mühafizəsi  üçün  böyük 

qeyrət (16 b) və enerji ilə çalışdılar. 

Sultan Əhməd Mirzə Ura-Təpə, Xocənd və Mərginanı aldıqdan sonra 

Əndicandan  dörd  ağac  məsafədə  olan  Kubaya  gəldi.  Bu  zaman  Əndicanın 

məşhur  adamlarından  Dərviş  Gav  adlı  biri  münasibətsiz  sözlər  söylədiyi 

üçün öldürüldü. Bu şiddətli hərəkətdən sonra bütün əhali yatışdırıldı. 

Xoca [Mövlana] qazı və Xoca Hüseynin qardaşı Uzun Həsən elçi ola-

raq  [Sultan  Əhməd  Mirzəyə]  göndərildi.  Söyləyəcəkləri  söz  bu  idi:  «Bu 

vilayətə onsuz da onun adamlarından biri təyin ediləcək. Mən onun həm öz 

adamı,  həm  də  övladıyım.  Bu  iş  mənə  verilsə,  məsələ  daha  yaxşı  və  daha 

asan həll edilmiş olar». 

Sultan Əhməd Mirzə az danışan, sadə və həlim adam idi. Hər hansı bir 

sözü, ya da işi bəylərinin fikrini öyrənmədən həll etməzdi.  Bəyləri mənim 

bu  sözlərimi  dinləmədilər  və  qaba  bir  şəkildə  qarşılıq  verərək  üstümə  gəl-

məyə  davam  etdilər.  Tanrı  təala  öz  kamil  qüdrətilə  hər  işimi  hər  zaman, 

kimsəyə minnət etmədən və layiq olduğu şəkildə həll etdiyi üçün bu dəfə  də 

onların  önünə  bir  neçə  maneə  çıxardı.  Onlar  da  bundan  usandılar,  peşman 

olub arzularına çatmadan geri qayıtdılar. 

Bu maneələrdən biri  budur:  Kubanın  bataqlı  bir qara çayı  var və  onu 

körpü dışında başqa  yerdən keçmək mümkün deyil.  Çoxlu  əsgər (l7  a) bir 

yerə gəlib bu körpüdə  yığışdığı üçün bir çox at və dəvə bu qara çaya düşə-

rək boğuldu. Bunlar üç-dörd il əvvəl Çir çayının keçidində də belə bir məğ-

lubiyyətə uğramışdılar. Bu dəfə də o məğlubiyyəti xatırlayan əsgərlər vahi-

məyə düşdülər. Bir də o zaman elə bir at epidemiyası oldu ki, atlar ilxılarla 

qırılmağa  başladı.  Bir  də  bizim  əsgərimizi  və  xalqı  bir-birinə  çox  bağlı və 

əzmli gördülər, son nəfəslərinə və qüvvələrinə qədər mübarizə aparacaqları-

nı başa düşdülər. Axırda məcbur qalıb Əndicana bir ağac məsafədən Dərviş 

Məhəmməd Tarxanı göndərdilər. İçəridən Həsən Yaqub çıxdı, namazgah ci-

varında sülhə bənzər bir şey bağlayıb çəkildilər.  

Xocənd  çayının  şimal  tərəfindən  gələn  Sultan  Mahmud  xan  Axsini 

mühasirəyə  aldı.  [Baburun  kiçık  qardaşı]  Cahangir  Mirzə,  eşik  ağası  Şeyx 

Abdullah  və  bəylərdən  Əli  Dərviş  bəy,  Mirzəqulu  Göyəldaş,  Məhəmməd 

Bakir bəy Axsidəydi. Veys Lağari və Mir Qiyas  Tağayi də orada idi, lakin 

onlar  digər  bəylərdən  şübhələnərək  Veys  Lağarinin  vilayəti  olan  Kasana 

getdilər. Veys Lağari Nasir Mirzənin bəy-atəkəsiydi və bu buna görə də Na-

sir Mirzə Kasanda idi. [Sultan Mahmud] xan Axsi civarına gələndə bu bəy-

lər xanın tərəfinə (17 b) keçərək Kasanı təslim etdilər. Mir Qiyas xanın xid-

mətində qaldı. Veys Lağari isə Nasir Mirzəni Sultan Əhməd Mirzəyə apardı 



BABURNAMƏ 

 

35 



və Məhəmməd Məzid Tarxana təhvil verdi. 

Sultan  Mahmud  xan  Axsi  yaxınlarına  gəlib  bir  neçə  dəfə    müharibə  

etsə də, heç bir şey əldə edə bilmədi. Axsidəki bəylər və igidlər böyük cəsa-

rət göstərdilər. O əsnada Sultan Mahmud xan xəstələndi, zatən müharibədən 

də bezmişdi, odur ki, öz vilayətinə qayıtdı. 

Əba  Bəkr  Duğlat  Kaşğari  heç  kimə  boyun  əymədən  neçə  illərdi  ki 

Kaşğarın və Xotənin hakimi idi. O da vilayət almaq həvəsinə düşdü, Özgənd 

yaxınlarına  gəlib  kurqan  qurdu  və  vilayətdə  qarışıqlıq  çıxarmağa  başladı. 

Xoca [Mövlana] qazıya və bütün bəylərə Kaşğarini dəf etmək tapşırıldı. On-

lar yaxınlaşanda Kaşğari bu qoşunun qabağıda dura bilməyəcəyini başa düş-

dü və araya Xoca qazını vasitəçi kimi qoyaraq min bir hiylə ilə qurtuldu. 

Belə  böyük  hadisələr  baş  verən  zaman  Ömər  Şeyx  Mirzədən  qalan 

bəylər  və  igidlər  hər  şeyə  qatlanaraq  cəsarətlə  hərəkət  elədilər.  Ömər  Şeyx 

Mirzənin anası [Şah] Sultan bəyim, Cahangir Mirzə, hərəmdəkilər və bəylər 

Axsidən Əndicana gəldilər. Matəm mərasimini yerinə yetirərək kasıb-kusu-

ba və miskinlərə sədəqə payladılar. (18 a) 

Bu ağır və önəmli işlərdən sonra qoşunun və vilayətin qaydaya salın-

ması, idarəsi və nizamı ilə məşğul olduq. Əndicanın idarəsinə və eşik ixti-

yarlığına  Həsən  Yaqubun  təyin  edilməsi  qərara  alındı.  Oşa  Qasım  Koçin, 

Axsiyə  və  Mərginana  Uzun  Həsən  və  Əli  Dost  Tağayi  təyin  edildi.  Ömər 

Şeyx Mirzənin digər bəy və igidlərinin hər birinin mövqeyinə uyğun bir vi-

layət, yer, müçə və çərgə

1

 verildi, vəzifələri müəyyənləşdirildi. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin