a) geri qayıtdıq.
Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl ya-
rımdır adamlarımız və ailələrimizlə oradaydıq. Bu müddət ərzində oradakı
müsəlmanlar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər.
Oraya təkrar nə üzlə getmək olar və oraya gedən insan nə edə bilərdi?
Varmağa nə məskən müyəssər,
Durmağa nə dövlət müqərrər.
Axırda belə tərəddüdlər içində Ura-Təpənin cənubundakı yaylalara
getdik. Öz halımıza şaşmış bir vəziyyətdə gedəcək və qalacaq bir yer bil-
mədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim ki-
mi vətənindən sürülərək şaşqın bir halda olan Xoca Əbülməkarim məni gör-
məyə gəldi. Haraya gedəcəyimizi və nə edəcəyimizi soruşdurub mütəəssir
oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.
BABURUN MƏRGĠNANI YENĠDƏN ƏLƏ KEÇĠRMƏSĠ
O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı göründü.
Əli Dost Tağayinin Yulçuq adlı adamı imiş və bu xəbərlə göndərilmişdi:
«Gərçi mənim tərəfimdən çox böyük günahlar işləndi, lakin ümid etdiyim
kimi inayət edib günahlarımı bağışlayaraq (60 b) buraya gəlsə, Mərginanı
təslim edərək ona elə bir qulluq və xidmətkarlıq edəcəyəm ki, günahım
təmizlənib utancım keçsin».
Bu qədər şaşqın bir halda olduğum əsnada belə bir xəbər gəldiyinə
görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal
Mərginana doğru hərəkət etdim. Ora ilə Mərginanın arası təxminən iyirmi
dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta na-
mazına qədər heç bir yerdə durmadan yürüdük. Günorta namazı vaxtında
Xocəndin Tənük-ab adlı kəndinə endik. Atlar dincini alıb yemləndikdən
BABURNAMƏ
79
sonra gecə yarısı nağara vaxtında Tənük-abdan hərəkət etdik. O gecə sabaha
və ertəsi gün günəş batıncaya qədər və ondan sonra gələn gecə boyunca yol
getdik.
Sabahdan bir az əvvəl Mərginandan bir ağac məsafəyə gələndə Veys
bəy ilə bir neçə adam tərəddüd edərək dedi: «Əli Dost necə pisliklər etmiş
bir adamdır. Arada bir-iki dəfə elçi gedib-gəlmədən, danışıq, əhd və şərt ol-
madan ona necə etimad edə bilərik?» Gerçəkdən də tərəddüdləri yersiz de-
yildi. Bir az durduq və vəziyyəti müzakirə etdik. Axırda buna qərar verdik:
«Gərçi bu tərəddüdlər yerindədir, lakin (6l a) bunu daha əvvəl düşünmək
gərəkdi. Üç gün-üç gecə durub-dincəlmədən iyirmi dörd-iyirmi beş ağac yol
yürüdük. Artıq nə adamlarda, nə də atlarda taqət qalmışdır. Buradan necə
qayıdaq, qayıtsaq belə hara gedək. Bu qədər gəldikdən sonra gedəcəyimiz
yerə varmaq lazımdır. Heç bir şey Tanrının təqdirindən başqa şəkildə ola
bilməz». Belə qərar verib qədərimizə razı olaraq yolumuza davam etdik.
Sübh namazı vaxtında Mərginan kurqanının qapısına gəldim. Əli Dost
Tağayi qapının arxasında duraraq qapını açmadan əhd istədi. Əhd və şərtdən
sonra qapını açıb qapı arasında bağlılığını bildirdi. Əli Dostu gördükdən
sonra kurqanın içində uyğun bir yerə endim. Mənimlə birlikdə olanlar bö-
yük-kiçık iki yüz qırx adamdı.
Uzun Həsən və Sultan Əhməd Tənbəl vilayət əhalisinə çox zülm və
pis rəftar etmişdilər. Vilayət əhalisinin hamısı məni istəyirdi. Mərginana gə-
lişimizdən iki-üç gün sonra Qasım bəy, pəşağarlılar, yeni nökər
1
olanlar və
Əli Dost bəyin adamlarından yüz nəfər Əndicanın cənub tərəfindəki dağ
qəbilələrindən (61 b) aşpariyan, turuq-şaran, çəgrək və bütün o civara bu ca-
maatı xoşluqla və ya zorla itaətə gətirmələri üçün göndərildi. İbrahim Saru,
Veys Lağari və Seydi Qara da yüz nəfərə yaxın bir qüvvə ilə Xocənd çayını
keçərək o tərəfdəki kurqanlarla dağ xalqlarını, nə şəkildə olursa-olsun, bizə
tabe etmək üçün Axsi tərəfinə göndərildi.
Bir neçə gün sonra yanlarına [Baburun kiçık qardaşı] Cahangir Mir-
zəni də alan Uzun Həsən ilə Sultan Əhməd Tənbəl əlindəki sipahiləri və
moğolları toplayıb Əndican və Axsinin əsgər ola biləcək adamlarını yığaraq,
Mərginanı mühasirə məqsədilə Mərginanın bir şəri şərqində yerləşən Sapan
adlı kəndə endilər. Bir-iki gün sonra da qüvvələrini qaydaya salıb Mərgina-
nın məhəllələrinə gəldilər.
Qasım bəy, İbrahim Saru və Veys Lağari komandanlığı altında olan
qüvvələr iki tərəfə göndərilmiş olduğu üçün mənim yanımda çox az qüvvə
qalmışdı. Buna baxmayaraq igidlər qüvvələrini qaydaya salaraq qarşı çıxdı-
lar və düşməni məhəllələrdən daha irərli buraxmadılar. O gün Xəlil Çöhrə
dəstar-piç cəsur hərəkət etdi və çox şücaət göstərdi. Düşmənlər gəlib heç bir
1
Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, sıravi əsgər-
dən başlayaraq bəyə qədər çeşidli dərəcəli hərbi və mülki adamlar üçün işlənən termin.
Zəhirəddin Məhəmməd BABUR
80
şey edə bilmədilər və bir daha (62 a) da kurqana yaxınlaşmadılar.
Qasım bəy Əndicanın güney dağlarına getmişdi. Aşpariyan, turuq-şa-
ran, çəgrək ilə o civarın dağlarında və ovalarında oturan əhali tamamən bi-
zim hakimiyyətimiz altına girdi. [Düşmən tərəfindəki] sipahilər də bir-bir,
iki-iki qaçıb bizə qoşulmağa başladılar. İbrahim Saru və Veys Lağarinin
başçılığı altıında olanlarsa Axsi tərəfinə gedib çayın qarşı sahilinə keçmiş-
dilər. Bab kurqanı və daha bir-iki kurqan bizə keçdi.
Uzun Həsən ilə Tənbəl zalım, fasiq və kafir adamlardı. Vilayət əhalisi
bunlardan çox zülm görmüşdü. Axsinin böyüklərindən olan Həsən Dikcə ilə
adamları, oranın bəzi alt təbəqəsi də üsyan edərək şəhərin dış kurqanında
olanları ərkə sığınmağa məcbur elədilər, sonra İbrahim Saru, Veys Lagarı,
Seydi Qara başçılığı altıında olan qüvvələrimizi Axsinin dış kurqanına ça-
ğırdılar.
[Baburun dayısı] Sultan Mahmud (Məhəmməd) xan Heydər Göyəlda-
şın oğlu Bəndə Əli və bu sıralarda Şeybani xandan qaçıb xanın yanına gəl-
miş olan Hacı Qazi Manqıtı barın tümən bəyləri ilə birlikdə bizə köməkçi
təyin etmişdi. Onlar da tam bu əsnada gəldilər.
Uzun Həsən bundan xəbər tutub çox dilxor oldu və güvəndiyi (62 b)
nökərləri ilə ən yaxşı igidlərini kömək üçün Axsi ərkinə göndərdi. Bunlar
səhər vaxtı çay kənarına çatdılar. Bizim əsgərlə moğol əsgəri bunu xəbər
alıb bir qisim adamları yalın atla sudan keçirdilər. Köməyəa gələnlər şaşıra-
raq, gəmini yuxarıya doğru çəkə bilməyib olduğu yerdə buraxdılar. Gəmilər
kurqan tərəfinə keçmədən aşağı getdi. Bizim əsgərlə moğol əsgəri hər tərəf-
dən yalın atla suya girməyə başladı. Gəmidə olanlar vuruşa bilmədi. [Uzun
Həsənin adamlarından] Qarluğaç Bəxşi moğolların bəy oğullarından birini
çəkib əlindən tutaraq qılıncla öldürdü. Lakin artıq iş işdən keçmişdi. Gəmi-
dəkilərin çoxunun ölümünə onun bu hərəkəti səbəb oldu və suda olanların
hamısını yaxalayıb doğradılar. Qarluğaç Bəxşi, Xəlil Divanə və Qazı Qulam
Uzun Həsənin seçkin adamlarından idi. Bunlardan yalnız Qazı Qulam qul-
luq bəhanəsi ilə qurtula bildi. Digər seçkin igidlərindən olan Heydərqulu,
Qulikə Kaşğari və bugün mənim yanımda da etibarlı olan Seyid Əli [xan]
qurtuldular. Yetmiş-səksən seçkin igiddən yalnızca beş-altısı (63 a) qurtula
bildi.
Düşmən bu xəbəri eşidincə Mərginan civarında qala bilməyib nizam-
sız halda Əndicana doğru köç etdi. Bunlar Əndicanda Uzun Həsənin yeznəsi
Nasir bəyi qoymuşdular. Nasir bəy onun adamları arasında ikinci olmasa da,
mütləq üçüncü dərəcədə təcrübəli, cəsur bir adam idi. Bu işləri öyrənincə
Əndican kurqanını bağladıb artıq onların məğlub olmağa üz tutduqlarını bil-
dirərək mənə adam göndərdi.
Uzun Həsən Əndicana gələndə kurqanın bağlandığını öyrəndi və yez-
nəsi ilə dil taba bilməyib köçünün olduğu Axsi tərəfə çəkildi. Sultan Əhməd
BABURNAMƏ
81
Tənbəl isə öz vilayəti olan Oşa getdi. Cahangir Mirzənin içkilərindən və
igidlərindən bir neçəsi Uzun Həsənin yanından qaçdılar və Tənbəl Oşa çat-
madan gedib ona qoşuldular.
BABURUN ƏNDĠCANI YENĠDƏN ƏLƏ KEÇĠRMƏSĠ
Əndicanın düşmənin üzünə bağlandığı xəbəri gələndə Mərginandan
günəş doğarkən dərhal hərəkət edərək günorta vaxtı Əndicana çatdım. Nasir
bəyi, oğulları Dost bəy ilə Mirim [Nasir] bəyləri gördüm. Xatirlərini soruş-
dum, inayət və şəfqət göstərdim. İki il vardı ki, ata vilayəti əldən çıxmışdı
(63 b), ancaq 904-cü ilin zilqədə ayında [=1499 iyun-iyul] tanrı təalanın
inayəti ilə təkrar geri aldıq.
Sultan Əhməd Tənbəl isə Cahangir Mirzə ilə birlikdə Oşa doğru çə-
kilmişdi. Oşa girincə orada da xalq ona qarşı üsyan edərək onu Oşdan qovdu
və kurqanı bizim üçün qoruyaraq bizə adam göndərdi. Cahangir Mirzə ilə
Tənbəl öz tərəfdarlarından bir neçə adamla birlikdə şaşqın bir halda gedib
Özgəndə girdilər.
Uzun Həsən də Əndicana girə bilməyincə Axsi tərəfinə getmişdi və
Axsi ərkinə girdiyi xəbəri gəldi. Bütün bu fitnələrin başı Uzun Həsən ol-
duğu üçün bu xəbər gələn kimi Əndicanda dörd-beş gündən artıq qalmaya-
raq Axsiyə hərəkət etdik. Oraya çatanda çarəsiz qalıb aman dilədi və əhd
edib kurqanı təhvil verdi.
Bir neçə gün Axsidə qaldım. Axsi, Kasan və o yurdun işlərini sahman-
layıb köməyə gələn moğol bəylərinə izin verdikdən sonra Uzun Həsəni köçü
və adamları ilə birlikdə alaraq Əndicana gəldik. Axsinin idarəsini müvəqqəti
olaraq Qasım Əcəbə verdim. O, əvvəlcə içki dərəcəsində idi, sonra mənim
yanımda bəylik dərəcəsinə yüksəlmişdi.
Uzun Həsənlə əhd bağlandığı üçün canına və malına zərər və ziyan
vurulmadan Qara Təkin yoluyla Hisar tərəfinə (64 a) getməsinə izin verildi.
Bir neçə adamıyla Hisara getdi. Qalan adamları isə ondan aynlaraq yanı-
mızda qaldılar. O qarışıq günlərdə bizim və Xoca [Mövlana] qazının adam-
larını ələ keçirib soyan şəxşlər bunlar idi. Bəzi bəylərlə görüşüldükdən sonra
bunlar haqqında bu qərar verildi: «Bütün bu fəsad və fitnələri çıxaran, bizə
tabe bunca mömini və müsəlmanı tutub soyanlar bunlardır. Öz bəylərinə nə
vəfa etdilər ki, bizə nə sədaqət göstərsinlər. Bunları yaxalayıb mallarını zəbt
etdirsək nə olar? Bunların gözümüzün önündə, bizim atlarımıza minib bizim
paltarımızı geyib bizim yeməyimizi yemələrinə kim dözə bilər. Onları ya-
xalayıb mallarını əllərindən almaq yerinə onlara mərhəmət etsək, yalnızca
qazaxlıqlarda və möhnətlərdə bizimlə birlikdə olanların mallarını geri alma-
larına izin versək, bu qədərlə qurtula bildiklərinə şükr etmələri lazımdır».
Nəticədə bu qərar çox məqbul göründü və bu adamların yalnızca öz-
Zəhirəddin Məhəmməd BABUR
82
lərinə aid əşyaları almaları əmr edildi. Gərçi bu qərar məqbul və doğru olsa
belə bir az tələsik verilmişdi. Cahangir Mirzə kimi bir düşmən yaxınımızda
ikən bu adamları (64 b) bu şəkildə ürkütməyin heç bir mənası yoxdu. Məm-
ləkətlər alıb idarə edərkən bəzi işlər görünüşdə məqbul və doğru görünə bi-
lər, lakin qərarların üzərində yüz min dəfə diqqətlə düşünmək lazımdır, yax-
şı düşünmədən verdiyimiz bu qərardan çox qarışıqlıq və fitnələr çıxar. Nəti-
cədə Əndicandan ikinci dəfə çıxmamıza düşünmədən verdiyimiz bu qərar
səbəb oldu. Bu üzdən də moğollar öz aralarında qarışıqlıq yaradıb qorxuya
qapıldılar və iki su arası dedikləri Ribatək-Örçümdən Özgənd tərəflərinə
köç edərək Tənbələ adam göndərdilər.
Anamın yanında min beş yüz-iki minə yaxın moğol vardı. Həmzə Sul-
tan, Mehdi Sultan və Məhəmməd Duğlat ilə birlikdə yenə bu miqdarda mo-
ğol da Hisardan gəlmişdi. Pislik və xaos daim moğol ulusundan törəmişdir.
İndəyə qədər mənimlə beş dəfə düşmən oldular. Düşmən olmalarının səbəbi
mənimlə dil tapa bilməmələri deyildi. Öz xanlarına qarşı da bir neçə dəfə
eyni şəkildə hərəkət etmişdilər.
Bu xəbəri mənə Sultanqulu Çanaq gətirdi. Bu yaxınlarda vəfat edən
atası Xudaverdi Buqaqa (65 a) moğollar içində çox hörmət etmişdim. O,
moğollarla birlikdə olurdu. Öz xalqından və ulusundan ayrılaraq mənə bu
xəbəri gətirdi. Gərçi bu dəfə yaxşı hərəkət etdi, lakin sonra elə qəbahətlərə
yol verdi ki, bunun kimi yüz min xidmət eləsə də onu ört-basdır edə bilməz-
di. Bu barədə sonra danışacağam. Sonradan etdiyi qəbahətlər də moğol ol-
masından qaynaqlanırdı.
Xəbər gəlincə bəyləri toplayıb vəziyyəti müzakirə etdik. Bəylər bunun
əhəmiyyətsiz bir məsələ olduğu, padşahın səfərə çıxmasına gərək olmadığı
və bütün bəylərin Qasım bəy komandanlığında hərəkət etməsinin kifayət
olacağı fikrində həmrəy oldular. Buna qərar verildi. Bunu asan sandılar, la-
kin bu fikir yanlış imiş. O gün Qasım bəy bəyləri və əsgəri alıb yola çıxdı.
Bunlar gedincəyə qədər Tənbəl də gəlib moğollara qoşulubmuş. Ertəsi gün
sabah tezdən Aylamış çayının Yastı keçid adlı keçidini aşınca birdən-birə
onlarla qarşılaşır və yaxşıca vuruşurlar. Qasım bəy Sultan Məhəmməd Ar-
ğun ilə şəxsən qarşılaşaraq iki-üç dəfə qılıncla vuruşduğu halda başa çıxa
bilmir. Bir çox igidimiz qılıncla vuruşur, lakin axırda məğlub olurlar. (65 b)
Qasım bəy, Əli Dost Tağayi, İbrahim Saru, Veys Lağari və Seydi Qara
ilə bəylərdən və içkilərdən üç-dörd adam qurtuldu. Digər bəy və içkilərin
çoxu ələ keçdi. Əli Dərviş bəy, Mirim Lağari, Tuka bəy və [atası] Şirim bəy
Tağayi, Məhəmməd Dost, Əli Dost, Mirşah Koçin və Mirim Divan da onla-
rın arasındaydı.
Bu müharibədə iki igid qılıncla gözəl vuruşdu. Bizim tərəfdən İbrahim
Sarunun kiçık qardaşlarından Səməd adlı biri ilə qarşı tərəfdən Hisar moğol-
larından Şahsuvar adlı biri qarşılaşır. Şahsuvar elə bir vuruş vurur ki, qılınc
BABURNAMƏ
83
dəbilqəni yararaq Səmədin başına işləyir. Səməd yaralı olmasına baxmaya-
raq Şahsuvarın başına elə bir zərbə endirir ki, qılınc Şahsuvarın başından
ovuc qədər bir sümük parçasını alıb götürür. Şahsuvarın dəbilqəsi yox imiş,
başını sarıdılar və yaxşı oldu. Səmədin başını sarıyacaq adam yox idi, üç-
dörd gün sonra bu yaradan öldü.
Qazaxlıq və fəlakətlərdən qurtularaq vilayəti yenicə aldığımız bir əs-
nada gerçəkləşən bu məğlubiyyət çox vaxtsız oldu. Mənə böyük bir dəstək
olan Qənbər Əli Moğul [Səllah] Əndican alındığı zaman vilayətinə getmiş
olduğundan (66 a) burada yox idi. Vəziyyət belə ikən [Sultan Əhməd] Tən-
bəl də Cahangiri yanına alaraq Əndicanın bir şəri məsafəsində yerləşən Eyş
təpəsinin önündəki çayıra gəldi. Bir-iki dəfə Çihil Doxtəran üzərindən əs-
gərini düzərək Eyş təpəsinin ətəyinə qədər irəlilədi, ancaq bizim igidlər qüv-
vələrini bir araya gətirib məhəllə və bağların arxasına qədər irəliləyərək on-
lara qarşı çıxdıqları üçün daha artıq irəli gedə bilmədilər və təpənin ətəyin-
dən geri qayıtdılar.
Tənbəl bu tərəfə gələndə ələ keçirdiyi bəylərdən Mirim Lağari ilə Tu-
kayı öldürdü. Bir aya yaxın bu ətrafda oturdu, lakin heç bir iş edə bilmədən
Oş tərəfinə qayıtdı. Oş İbrahim Saruya verilmişdi və orada onun adamı var-
dı. Oşu Tənbələ qarşı bağladılar.
Zəhirəddin Məhəmməd BABUR
84
FƏRQANƏ - 905 (8 AVQUST 1499 - 28 İYUL 1500)
DOQQUZ YÜZ BEġĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ
Vilayətlərin atlı və piyada əsgərlərinə təcili xəbərçilər və tədarükçülər
göndərildi. Qənbər Əliyə və öz vilayətlərinə getmiş olan əsgərlərə də xəbər-
çilər yollayıb qalxan, qazma, balta və əsgərin silahlandırılmasına lazım olan
digər şeylər üçün tədbirli tədarükçülər təyin edildilər. Vilayətdən əsgər ola
biləcək atlıları, piyadaları və hər tərəfə işlə bağlı getmiş olan adamları və si-
pahiləri toplayaraq Tanrıya təvəkküllə məhərrəm ayının (66 b) on səkkizin-
də [=25 avqust 1499] Hafiz bəyin [Məhəmməd Dulday] çarbağına hərəkət
etdim. Bir-iki gün çarbagda qalıb çatışmayan paltar və sursatı hazırlayıb ta-
mamladıqdan sonra atlı və piyada əsgərin sağ qol, sol qol, mərkəz və önçü
hissələrini düzənləyib səf halında Oş tərəfə müxaliflərin üstünə yürüdük.
Oşa yaxınlaşanda müxaliflərin o civarda dura bilməyərək oranın şima-
lında yerləşən Ribati-Sərhəng tərəfinə getdikləri xəbəri gəldi. O gecə Lat-
kənd kəndinə endik. Sabah tezdən hərbi bir nizamla Oşdan keçərkən müxa-
liflərin Əndican tərəfinə getdiyini xəbər aldıq. Biz də Özgənd üzərinə yürü-
dük və bizdən öncə o civarı yağmalaması üçün axınçı göndərdik.
Əndicana getmiş olan müxaliflər ora çatıb gecə ikən xəndəyə girərək
divarlara nərdivan qoyarkən kurqandakılar bunu eşidir, müxaliflər də heç bir
şey edə bilmədən geri qayıdırlar. Bizim axınçılarımız da Oş civarını yağma-
lamaqla birlikdə ciddi bir şey ələ keçirmə bildən dönüb gəldilər.
MADU KURQANININ ALINMASI
Oş vilayətinin kurqanlarından olan Madu kurqanı o zaman öz möh-
kəmliyi ilə məşhur idi. [Sultan Əhməd] Tənbəl kiçık qardaşı Xəlili iki yüz-
iki yüz əlli adamla orada qoymuş (67 a) və Xəlil kurqanı bağlamışdı. Biz
gəlib savaşaraq Madu kurqanını almağa çalışdıq.
Madu kurqanı çox sağlam bir kurqandır. Şimal tərəfində bir çay var.
Kurqan olduqca yüksəkdə yerləşir. Çaydan ox atılırsa, bəlkə də divarına çat-
BABURNAMƏ
85
maz. Su yolu da o tərəfdədir. Bu yolu kurqandan aşağıya doğru küçə şəklin-
də iki tərəfinə divar tikərək nəhrə qədər gətirmişlər. Təpə tərəfləri xəndəkdir.
Çay yaxın olduğu üçün buradakı daşlardan qazan qədər böyük olanları
alıb kurqana çıxarmışlar. Madu kurqanından o qədər böyük daşlar atdılar ki,
bu qədər kurqan müharibəsi olduğu halda heç bir kurqandan belə daşlar
atılmamışdır. Katda bəyin böyük qardaşı Əbdülqüddüs Kuhbər divarın dibi-
nə qədər çıxmışdı. Divardan üzərinə o qədər daş atdılar ki, Əbdülqüddüs heç
bir yerə toxunmadan havadan birbaşa uçaraq bu qədər yüksək yerdən
kurqan bayırının dibinə qədər yuvarlana-yuvarlana gəldi. Lakin heç bir şey
olmadı, dərhal atına minib getdi. Su yolunda Yarəli Bilala bir daş ataraq
başını partlatdılar. Bir çox adam bu daşlardan (67 b) öldü.
Sabah tezdən təkrar müharibəyə başlandı və günortada əvvəl su yolu
alındı. Savaş axşama qədər davam etdi. Artıq su yolu alındığı üçün bir şey
edə bilmədilər və ertəsi sabah aman diləyib kurqandan çıxdılar. Tənbəlin ki-
çık qardaşı Xəlilin dəstəsindəki yetmiş-səksən və ya yüz adam əsir edilərək,
yaxşı mühafizə edilmələri üçün Əndicana göndərildi. Bizim də bəylərimiz,
içkilərimiz və yaxşı adamlarımız onların əlinə düşmüşdü. Bu iş yaxşı oldu.
Madu alındıqdan sonra Oş kəndlərindən olan Ünçü-Töbə adlı yerə en-
dik. Digər tərəfdən Tənbəl də Əndicandan dönərək Ribati-Sərhəng kəndlə-
rindən Abi-Xan deyilən yerə gəldi. Bu iki ordunun arasındakı məsafə bir
ağac idi. Bu arada Qənbər Əli xəstələnərək Oşa getdi. Bir ay və ya qırx gün
qədər orada qaldıq, lakin müharibə olmadı. Yalnız bizim ərzaqçılarla onların
ərzaqçılan arasında kiçık çarpışmalar baş verirdi.
Bu müddət ərzində gecələr ordugahın ətrafında çox yaxşı ehtiyat tər-
tibatı alındı: xəndəklər qazılır və xəndək olmayan yerlərə ağac qazıqlardan
əngəllər qoyulur, mövcud sipahilər də tam silahlı olaraq xəndək kənarına çı-
xarlardı. (68 a) Bu qədər ehtiyatlı davrandığımız halda, hər üç-dörd gündə
bir gecələr əsgərlər silah başına çağırılırdı.
Bir gün ərzaqçıların başında Seydi bəy Tağayi getmişdi. Düşmənin
adamları üstün qüvvələrlə gələrək ani bir vuruşma əsnasında Seydi bəyi əsir
aldılar.
BAYSUNQUR MĠRZƏNĠN XOSROV ġAH
TƏRƏFĠNDƏN ÖLDÜRÜLMƏSĠ
Xosrov şah bu il Bəlx üzərinə yürümək düşüncəsi ilə Baysunqur Mir-
zəni çağırıb Qunduza gətirtdi və Bəlx üzərinə yürüdü. Uyaca gəldiklərində
xain və kafir Xosrov şah səltənət davasıyla -belə insaniyyətsiz, hünərsiz, də-
yərsiz, qorxaq, insafsız və ədalətsiz bir adama səltənət nəsib olarmı?- Bay-
sunqur Mirzəni bəyləri ilə birlikdə həbs etdi və onu kirişlə boğdurub məhər-
rəm ayının onunda [=17 avqust 1499] bu xoş təbiətli, çox fəzilətli, dəyərli
Zəhirəddin Məhəmməd BABUR
86
və əsil şahzadəni şəhid etdi. Bəylərini və içkilərindən bəzilərini də öldürdü.
BAYSUNQUR MĠRZƏ
Doğumu və nəsəbi: Baysunqur Mirzə 882-ci [=1477] ildə Hisar vila-
yətində doğulmuşdur. [Teymur bəyin nəvəsi Əbu Səid Mirzənin oğlu] Sul-
tan Mahmud Mirzənin ikinci oğludur. Sultan Məsud Mirzədən kiçık, Sultan
Əli Mirzə və Sultan Hüseyn ilə Xan Mirzə adıyla bilinən Sultan Veys Mir-
zədən böyük idi. Anası Pəşşə bəyim idi. (68 b)
ġəkil və görkəmi: böyük gözlü, yuvarlaq üzlü, orta boylu, türkmən
çöhrəli və gözəl bir igiddi.
Əxlaqı və xasiyyəti: adil, insaniyyətli, xoş təbiətlı və fəzilətli bir şah-
zadə idi. Ustadı Seyid Mahmud şiə olduğu üçün Baysunqur Mirzə də şiə-
liklə ittiham edilirdi. Sonradan anlatdıqlarına görə, Səmərqənddə bu pis eti-
qadı buraxaraq, təmiz etiqadlı (sünni) olmuşdur. Şəraba çox düşkündü, şə-
rab içmədiyi vaxtlarda namaz qılardı. Cömərdliyi və ehsanı orta dərəcədə idi.
Nəstəliq yazısını çox yaxşı yazırdı. Nəqqaşlıq qabiliyyəti də fəna deyildi.
Şeiri də yaxşı söylərdi, təxəllüsü Adil idi. Şeiri divan tərtib edəcək qədər de-
yildi. Bu mətlə onundur:
Sayəvar əz natəvani cabəca miəftəm,
Gər nəgirəm ruyi-divari zi pa miəftəm.
Zəifliyimdən kölgə kimi oraya-buraya düşürəm,
Əgər bir divar tapmasam yıxılaram.
Səmərqənddə Baysunqur Mirzənin qəzəlləri o qədər yayılmışdı ki,
Mirzənin şeirləri olmayan ev çox az idi.
Dostları ilə paylaş: |