Meydan müharibələri: iki meydan müharibəsi elədi. Birincisi Sultan
Mahmud xan ilə elədiyi savaşdır. Taxta çıxdığı zaman [moğol xanı] Sultan
Mahmud xan Sultan Cüneyd Barlas və digərlərinin öyrətməsiylə Səmərqən-
di almaq (69 a) üçün qoşun çəkərək Ağ Kötəldən keçib Ribati-Soğd və Kən-
bay civarına gəlmişdi. Baysunqur Mirzə də Səmərqənddən ona qarşı çıxdı
və Kənbayda vuruşaraq onu möhkəm məğlub etdi. Üç-dörd min moğolun
başını kəsdirdi. Xanın işlərini idarə edən Heydər Göyəldaş bu savaşda öldü.
İkinci dəfə isə Buxarada [qardaşı] Sultan Əli Mirzə ilə savaşdı və yenildi.
Torpaqları: atası Sultan Mahmud Mirzə ona Buxaranı vermişdi. Ata-
sının ölümündən sonra atasının bəyləri toplanaraq onu ittifaqla Səmər-
qənddə padşah elan elədilər. Buxara da bir müddət onun divanına daxil idi,
ancaq tarxanlarm üsyanından sonra əlindən çıxdı. Mən Səmərqəndi alanda
Xosrov şaha sığındı, Xosrov şah da Hisarı alıb ona verdi.
Heç uşağı qalmadı. Xosrov şahın yanına gedəndə əmisi Sultan Xəlil
Mirzənin qızı ilə evləndi. Ondan başqa qadını və cariyəsi yox idi. Özü yal-
nız başına səltənət sürmədiyi üçün heç kimi öz əliylə yetişdirib böyüdərək
BABURNAMƏ
87
mötəbər bir bəy edə bilmədi. Bəyləri atasının və əmisinin (69 b) bəyləri idi.
Baysunqur Mirzənin ölümündən sonra Qoç bəyin atası Sultan Əhməd
Qaravul, böyük və kiçık qardaşları köçləri və əqrəbaları ilə birlikdə Qara-
Təkin vilayətindən çıxaraq bizim yanımıza gəldilər. Oşda xəstə olan Qənbər
Əli də xəstəlikdən qalxıb gəlmişdi. Belə bir əsnada gözlənilməyən bir yar-
dım olaraq, Sultan Əhməd Qaravulun adamları ilə birlikdə gəlib bizə qoşul-
malarını uğur sayaraq, ertəsi sabah qüvvələrimizi düzənlədik və dərhal düş-
mən üzərinə yürüdük. Tənbəl isə Abi-Xanda müharibə etmədən yurdundan
qalxıb getdi. Çadır, kilim və araba kimi bəzi əşyaları əsgərimizin əlinə keçdi.
Biz də gəlib onun yurduna endik.
O axşam Tənbəl [Baburun qardaşı] Cahangiri də yanına alıb sağ tərə-
fimizə yönələrək Əndican yönündə və bizdən üç ağac məsafədə olan Xuban
adlı kəndə gedib girdi. Ertəsi gün biz də sağ qol, sol qol, mərkəz və önçülə-
rimizi müəyyən edib, dava paltarımızı geyib, səflərimizi düzənləyib, qal-
xanlı piyadaları qabağa sürüb düşmənin üzərinə yürüdük.
Bizim sağ qolda adamlarıyla birlikdə Əli Dost Tağayi, sol qolda isə
İbrahim Saru, Veys Lağari, Seydi Qara, Məhəmməd Əli Mübəşşir (Münşi),
Xoca (70 a) Kəlan bəyin böyük qardaşı Kiçık bəy və digər bəzi içkilər du-
rurdular. Sultan Əhməd Qaravul və Qoç bəy böyük və kiçık qardaşları ilə
birlikdə sol qolda dayanmışdılar. Qasım bəy [Koçin] mərkəzdə mənim ya-
nımda idi. Önçü olaraq da Qənbər Əli və digər bəzi içkilər vardı.
Xubanın cənub-şərqində və ondan bir şəri məsafədə yerləşən Saka adlı
kəndə varmışdıq, düşmən də adamlarını nizamlayaraq Xuban kəndindən bi-
zə qarşı çıxdı. Biz daha sürətli yürüdük. Hər ehtimala qarşı qalxanlı piya-
dalar da düzənlənmişdi, lakin düşmənlə qarşılaşanda onlar çox geridə qal-
mışdılar. Allahın inayəti ilə onlara heç bir ehtiyac qalmadı.
Ordular qarşılaşınca ilk öncə bizim sol qoldakı adamlarımız onların
sağ qolundakılarla çarpışdılar. Xoca Kəlan bəyin böyük qardaşı Kiçık bəy
orada yaxşı qılınc çaldı. Ondan sonra Məhəmməd Əli Mübəşşir (Münşi) çar-
pışdı. Düşmən bu qədərlə yetinərək müqavimət göstərmədən qaçdı. Sağ qol
və önçü birliklərimizə üz-üzə savaşma sırası gəlmədi. Bir çox igidlərini əsir
edərək gətirdilər. Başlarının kəsilməsi əmr edildi.
Bizim bəylərdən Qasım bəy ilə Əli Dost, bilxassə Əli Dost artıq ehti-
yatlı davranaraq təqib qüvvələrinin (70 b) uzağa göndərilməsini uyğun gör-
mədilər və bu üzdən də adamların çoxu ələ keçirilə bilmədi. Biz də Xuban
kəndinə endik. Bu mənim elədiyim ilk meydan müharibəsi idi. Tanrı təala
öz fəzli və kərəmi ilə bizə zəfər nəsib etdi, bunu uğur saydıq.
Ertəsi gün sabah olar-olmaz anamın nənəsi Şah Sultan bəyim Əndica-
na gəldi. Niyyəti əgər Cahangir ələ düşmüşsə, rica edib onu qurtarmaq idi.
Zəhirəddin Məhəmməd BABUR
88
ORDUNUN ĠKĠ SU ARASI DEYĠLƏN YERDƏ QIġLAMASI
Qış yaxınlaşdığı üçün ovada ərzaq qalmamışdı. Bu üzdən də Özgənd
üzərinə yürüməyi uyğun görməyərək Əndicana döndük. Bir neçə gün sonra
danışıb buna qərar verildi: Əndicanda qışlamağımızdan düşmənə heç bir zə-
rər və ziyan gəlməz. Bəlkə də oğurluq və qazaxlıq edərək daha da güclənər.
Elə bir yerdə qışlamaq lazımdır ki, həm əsgər ərzaqsızlıqdan sıxıntıya düş-
məsin, həm də düşmən özünü mühasirə olunmuş kimi hiss etsin. Beləcə, iki
su arasıı da dedikləri Ribatək-Örçümdə Ərmiyan və Nuşab civarında (7l a)
qışlamaq niyyətilə Əndicandan bu kəndlərin civarına gəlib qışlaq düzəltdik.
Oralarda yaxşı ov yerləri var. Aylamış çayının yaxınındakı sıx orman-
larda maral və qaban çoxdur. Kolluqlarda qırqovul və dovşan boldur. Təpəli
yerlərdə tülkü çoxdur və deşiklərdə olurlar. Bunlar digər yerlərdəkilərə nə-
zərən daha sürətlidirlər. Bu qışlaqda ikən hər iki-üç gündə bir ova çıxırdım.
Böyük kolluqlarda dolaşıb maral ovlayırdıq, kiçık kolluqlarda dairə yara-
daraq hərəkət edir, quş və oxla qırqovul ovlayırdıq. Buranın qırqovulu çox
kök olur. Bizim o qışlaqda olduğumuz dönəmdə qırqovul əti çox bol idi.
Bu qışlaqda olduğumuz günlərdə təzəcə bəy rütbəsi verdiyim Xuda-
verdi Tuğçu iki-üç dəfə hücum edib Tənbəlin çapulçularını yendi və baş-
larını kəsib gətirdi. Əndican və Oş civarında da bizim çapulçu igidlərimiz
hiylə ilə durmadan hücum edib düşmənin atlarını sürüb gətirir, adamlarını
öldürürdülər. Əgər bütün qışı o qışlaqda keçirsək (7l b) düşmənin yaza qə-
dər heç bir savaşa girmədən məğlub olma ehtimalı çox yüksək idi.
Tam bu şəkildə düşmənin qüvvəsini qırıb aciz hala saldığımız zaman
Qənbər Əli vilayətinə getmək üçün izin istədi. Vəziyyəti nəzərə alaraq nə
qədər mane olmağa çalışsaq da daha ziyadə cəhalət göstərdi. Qəribə yüngül
və düşüncəsiz bir adam idi. İzin verməyə məcbur olduq. Əvvəlcə vilayəti
Xocənddi. Əndican son dəfə alınanda İsfəra ilə Kəndi-Badam da ona veril-
mişdi. Bizim bəylər arasında ən çox vilayəti və ən çox adamı olan adam
Qənbər Əli idi, heç kimin vilayəti və adamı onunku qədər deyildi.
Qırx-əlli gündür o qışlaqda idik. Qənbər Əliyə izin verldiyimiz üçün
digər bəzi əsgərlərə də izin verdik. Ən axırda özümüz də Əndicana qayıtdıq.
SULTAN MAHMUD XANIN
ƏHMƏD TƏNBƏLƏ YARDIM GÖNDƏRMƏSĠ
Qışlaqda və Əndicanda olduğumuz zaman Tənbəlin adamları durma-
dan Daşkəndə xanın hüzuruna gedib gəlirdilər. Xanın oğlu Sultan Məhəm-
mədin [Xanikə] bəy-atakəsi və xanın ən sevimli bəylərindən olan Əhməd
bəy Tənbəlin doğma əmisi idı. Xanın eşik ağası olan Bəy Tilbə isə Tənbəlin
doğma böyük qardaşı idi. Axırda Tənbələ yardım göndərməsi üçün xanı dilə
BABURNAMƏ
89
tutdular. Hələ yardım gəlmədən (72 a) Bəy Tilbə köçünü və ailəsini Daş-
kənddə qoyub kiçık qardaşı Tənbələ qoşuldu. Bəy Tilbə anadan olandan bəri
Moğolistandaydı və moğollar arasında böyümüşdü. Vilayətlərə girmir və vi-
layətlərin padşahlarına xidmət etmırdı; yalnız xanlara xidmət etmişdi.
Bu zaman qəribə bir hadisə oldu. Qasım Əcəb müvəqqəti olaraq Axsi-
də idi. Bir dəstə yağmacını təqib edərək onların arxalarından çıxıb Biçrata
(Bxirata) üzərindən Xocənd çayını keçərkən təsadüfən Tənbəlin çoxsaylı bir
dəstəsinə rast gəldi və ələ keçirildi.
Tənbəl bizim əsgərin dağılmış olduğunu eşidən kimi -zatən böyük
qardaşı da xan ilə qərarlaşdıraraq gəlmiş və köməyin gələcəyi də bəlli ol-
muşdu- Özgənddən hərəkət edib iki su arasına gəldi. Bu əsnada Kasandan
gələn xəbərlərə görə, xanın Tənbələ kömək üçün Əhməd bəylə birlikdə Sul-
tanım deyə bilinən oğlu Sultan Məhəmməd Xanikəni göndərdiyi və onlara
beş-altı min əsgər verdiyi anlaşıldı. Bunlar Arça-Kənd yoluyla gələrək Ka-
sanı mühasirə etmişdilər.
Biz də uzaqdakı adamlarımızı gözləmədən mövcud adamlarımızla və
qışın şiddətli soyuğunda Allaha təvəkkül edərək Əndicandan (72 b) qalxdıq
və Bənd-Salar yoluyla dərhal Sultanım ilə Əhməd bəyin üzərinə hərəkət et-
dik: Gecə boyunca heç bir yerdə durmadan yürüyərək sabah tezdən Axsiyə
endik. O axşam elə şiddətli soyuq vardı ki, bəzi adamların əl-ayağı dondu,
bir çoxlarının da qulaqları alma kimi qabarmışdı. Axsidə də durmadıq və
Qasım Əcəbin yerinə müvəqqəti olaraq Yarək Tağayini qoyub Kasan üzəri-
nə yürüdük. Kasana bir şəri məsafə qalanda Əhməd bəyin gəlişimizi xəbər
alaraq Sultanım ilə birlikdə nizamsız şəkildə dərhal geri qayıtdığı barədə xə-
bər gəldi.
Bu zaman Tənbəl bizim hərəkət etdiyimizi eşitmiş və qardaşına yar-
dım üçün sürətlə gəlirmiş. Axşama doğru Tənbəlin qaraltısı Nevkənd tərəf-
dən göründü. Qardaşının belə asanca getməsinə və bizim də bu qədər çabuq
gəlməmizə şaşırıb qaldı.
Biz «Bunu Allah belə rast gətirdi. Atları çox rulmuşdur. İndi üstünə
yürüsək və Allah rast gətirsə, heç biri qurtulmaz» dedik. Amma Veys Lağari
və bəziləri «Artıq çox gecdir. Bugün olmasa belə sabah (73 a) haraya ge-
dərlər ki. Sabah tezdən harada olsa taparıq» dedilər və hücum etməyi uyğun
görmədilər. Beləcə, qapıya qədər gələn düşmən heç bir zərərə uğramadan
qurtuldu. «Qapıdakını qapmasan, qarıyıncaya qədər qayğırarsan (peşman
olarsan)» deyə bir atasözü vardır.
Karha ra bavəqti bayəd cust,
Kari bevəqt süst başəd, süst!
1
İşləri vaxtında görmək lazımdır,
Vaxtsız görülən iş süst olar,süst.
1
Sədi Şirazidən.
Zəhirəddin Məhəmməd BABUR
90
Düşmən də bu fürsəti qənimət bilib gecə heç bir yerdə dayanmadan
çəkilib sabaha qədər Ərxiyan kurqanına girmişdi. Ertəsi gün onların üstünə
yürüdük, amma tapa bilmədik, arxalarından gedib Ərxiyan kurqanını yaxın-
dan mühasirəyə almağı da uyğun görmədik. Gəlib bir şəri məsafədəki Qəz-
nə-Nəmənqana endik. Beləcə, otuz-qırx gün biz o yurdda, Tənbəl isə Ərxi-
yan kurqanında qaldı.
Əsgərlər kiçık birliklər halında oraya gedib və ya oradan gəlib ara yol-
da ox atışaraq geri dönürdülər. Bir dəfə düşmən gecə basqını təşkil elədi və
ordugahın dışından bir az ox atıb geri qayıtdı. Ordugah ətrafında xəndək qa-
zıb ağac maneələr qoymaq surətilə ehtiyat tədbirləri alınmışdı. Heç nə edə
bilmədilər.
Biz bu yurdda ikən Qənbər Əli iki-üç dəfə (73 b) inciyərək vilayətinə
getmək istədi. Hətta bir dəfə özbaşına hərəkətə keçib yola belə çıxmışdı. Bə-
zi bəyləri göndərərək çətinliklə geri qaytardıq.
Bu əsnada Seyid Yusif Məcəmi Sultan Əhməd Tənbələ adam göndə-
rib onun tərəfinə keçdi. Əndicanın dağ ətəklərində Uyğur və Məcəm deyilən
iki dağ ətəyi vardır. Seyid Yusif Məcəmi bunların rəislərindən idi. Sonralar
qapımda tanıman
1
olmuşdu. İşi rəislikdən keçmişdi, bəylik iddiasındaydı, la-
kin heç kim onu bəy eləmirdi. Çox münafiq və səbatsız bir hərif idi. Əndi-
canı alandan bu tarixə qədər iki- üç dəfə mənə qatılaraq Tənbələ düşmən
olduğu kimi, iki-üç dəfə də Tənbəllə birləşərək mənə düşmən olmuşdu. Son
düşmənliyi də bu idi. Yanında xeyli el, ulus və aymaq vardı. Tənbələ qoşul-
masın deyə yolda yaxalamaq üçün hərəkətə keçdik.
Ertəsi gün Bişxaran civarına gəldik. Lakin Bişxaran kurqanına Tən-
bəlin adamları girmişmiş. Bizim axınçı (ilqar) bəyləri Əli Dərviş bəy ilə
böyük və kiçık qardaşlarıyla birlikdə Qoç bəy Bişxaran qapısında onlarla
yaxşı döyüşdülər. Bunlar arasında böyük və kiçık qardaşları ilə birlikdə Qoç
bəy (74 a) xüsusilə yaxşı döyüşdü; bir çox önəmli işi onlar gördü. Bişxa-
ranın bir şəri məsafəsində yüksək bir yerə endik. Tənbəl də yanına Cahan-
giri alaraq Bişxaran kurqanının arxasına endi.
Üç-dörd gün sonra bizə müxalif bəylər -Əli Dost, Qənbər Əli Sallax
ilə onlara tabe və birlikdə olanlar- sülh barədə danışmağa başladılar. Mənim,
nə də mənə candan bağlı adamların bu sülh haqqında nə bilgiləri, nə də xə-
bərləri vardı və biz buna heç razı deyildik. Amma bu iki hərif bizim iki bö-
yük bəyimiz olduğu üçün bunların sözünə qulaq asmayaraq sülh bağlamaya-
cağımız təqdirdə onlardan nə desən gözləmək mümkündü.
Məcburən belə bir sülh bağlandı: Xocənd çayının Axsi tərəfindəki vi-
layətlər Cahangirə, Əndican tərəfindəki vilayətlərsə mənə aid olacaq, köçlə-
rini götürdükdən sonra Ozgəndi bizim divana təhvil verəcəklər. Vilayətlər
1
Tanıman/tanımal: hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini təmsil edən və
qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adama verilən bir ünvan ola bilər.
BABURNAMƏ
91
haqqında uzlaşılıb mənimlə Cahangir Mirzə arasında ittifaq bağlandıqdan
sonra birlikdə Səmərqənd üzərinə yürüyəcəyik və Səmərqənd taxtı əldə edi-
lincə, Əndican Cahangir Mirzəyə (74 b) veriləcəkdi. Bunlara qərar verildi.
Cahangir ilə Tənbəl ertəsi sabah rəcəb ayının [=1500 fevral] sonlarında gə-
lib mənə bağlılıqlarını bildirdilər. Bu qərar üzərinə əhd və şərtlər bağlandı.
Cahangir Mirzənin Axsi tərəfinə getməsinə izin verərək mən də Əndicana
qayıtdım.
Əndicana gəldikdən sonra Tənbəlin kiçık qardaşı Xəlil və digər əsirlə-
rin hamısı sərbəst buraxılaraq xələt geydirilib getmələrinə izin verildi. Onlar
da öz tərəflərində əsir olan bəy və içkiləri, Tağayi bəy, Məhəmməd Dost,
Mirşah Koçin, Seydi bəy, Qasım Əcəb, Mir Veys və Mirim Divan başda ol-
maq üzərə sərbəst buraxıb göndərdilər.
Əndicana gəldikdən sonra Əli Dostun xasiyyəti tamamilə dəyişdi. Mə-
nimlə birlikdə qazaxlıqlarda və çətinliklərdə olan adamlara pis rəftar etməyə
başladı. Öncə Xəlifəni [Nizaməddin Əli Barlas] qovdu. Ondan sonra İbra-
him Sarunu və Veys Lağarini günahsız və səbəbsiz yerə tutdurub mallarını
yağmalatdırdı və vilayətlərindən uzaqlaşdırdı. Qasım bəylə də öcəşdi. Gö-
rünüşdə buna səbəb olaraq İbrahim və Xəlifənin Xoca [Mövlana] qazının tə-
rəfdarları olduğunu və ondan intiqam almaq ehtimalının olduğunu söyləyir-
di. Oğlu Məhəmməd Dost da özünü padşah kimi (75 a) aparırdı, söhbət,
ziyafət, divan və ehtişamda sultanlar kimi hərəkət etməyə başlamışdı. Bun-
lar Tənbələ arxalanaraq belə hərəkət etdilər. Məndə isə onların bu məqbul
olmayan hərəkətlərinin qarşısını alacaq güc yox idi. Tənbəl kimi bir düşmən
bunları himayə etdiyi üçün canları nə istəsə eləyirdilər. Çox həssas bir dövr
idi, etiraz etmə imkanı yoxdu. O günlərdə bu ata-oğulun zorbalığından çox
əziyyət çəkdik.
EVLĠLĠK VƏ ĠLK EġQ
[Baburun əmisi] Sultan Əhməd Mirzənin Ayşə Sultan bəyim adlı qızı-
nı atam və əmim sağ ikən mənimlə nişanlamışdılar. Ayşə Sultan şaban ayın-
da [=1500 mart] Xocəndə gələndə onunla evləndim, ilk zamanlarda ona olan
sevgim pis deyildi. Amma bu ilk evlənməmdi. Həya və xəcalətimdən hər
on-on beş və ya iyirmi gündə bir yanına gedirdim. Sonralar bu sevgim də
qalmadı, amma utanmam arttı. Ayda və ya qırx gündə bir anam xanım məni
azarlayaraq zorla onun yanına göndərirdi. O sıralarda (75 b) ordu bazarına
mənsub bir adamın Baburi adında gözəl bir oğlu vardı.
Mən anqa (ona) qərib meyl peyda qıldım,
Bəlkəm anqa özümni zarü şeyda qıldım.
Ondan əvvəl heç kimsəyə qarşı meylli deyildim. Bəlkə sevgi və mə-
həbbət haqqında söylənənləri belə dinləməz və o barədə danışmazdım. O
Zəhirəddin Məhəmməd BABUR
92
zamanlar tək-tük farsca beyt də söylərdim. Bu beyti o zaman söylədim:
Hiç kəs çon məni-xərabü eşqü rüsva məbad,
Hiç məhbubi çü tu birəhmü bipərva məbad.
Heç kim mənim tək xarab, aşiq və rüsva olmasın,
Heç bir məhbub sənin tək rəhmsiz və pərvasız olmasın.
Baburi bəzən yanıma gəlirdi. Lakin mən utandığıımdan üzünə baxa
bilməzdim, harda qala ki, onunla danışıb görüşəydim. Nəşə və həycanımdan
gəldiyi üçün təşəkkür edə bilməzdim, o ki qala uzaqlaşmasından şikayət
edəm. Söhbət təklif edə biləcək güc nə gəzirdi.
Bir gün bu sevgi və məhəbbət anlarında məiyyətimlə birlikdə küçədən
keçirdim; birdən-birə Baburi qarşıma çıxdı. Duyğulanaraq üstümə elə bir
hal çökdü ki, az qala əriyəm. Mənim üçün ona doğru baxmaq və ya ona
səslənmək (76 a) mümkün deyildi. Min cür utanıb sıxılma və əzabla keçdim.
Məhəmməd Salihin bu beyti xatirimə gəldi:
Şum şərməndə hər ki, yar xodra dər nəzər benəm,
Rəfiğan soy mən binənd və mən soy digər benəm.
Sevgilimə hər baxanda xəcalətdən utanıram,
Dostlarım mənə baxır, mən başqa tərəfə baxıram.
Bu beyt mənim vəziyyətimə çox uyurdu. Eşqin və məhəbbətin şiddə-
tindən, gəncliyin və məcnunluğun qüvvətindən ətrafda, küçədə, bağda və
bağçada başı açıq və ayayğı yalın gəzirdim. Nə dost-tanışa, nə də yadlara
qoşulur, nə də özümdən və ya başqalarından çəkinirdim.
Aşiq olğac bihudü divanə boldum, bilmədim,
Kim, pəri rüxsarələr eşqinə bu ərmiş xəvas.
Bəzən məcnunlar kimi təkbaşıma dağlara və çöllərə gedir, bəzən də
bağları və məhəllələri küçə-küçə dolaşırdım. Nə yürümə, nə də oturma ira-
dəsinə sahib idim, nə getməyə, nə də qalmağa qərar verə bilirdim.
Nə barurğa qüvvətim bar, nə tururğa taqətim,
Bizni bu halətgə sən qıldın giriftar, ey könül.
SULTAN ƏLĠ MĠRZƏNĠN
TARXANLARLA ARASININ DƏYMƏSĠ
Bu il [Baburun əmisinın oğlu] Sultan Əli Mirzə ilə Məhəmməd Məzid
Tarxanın arası dəydi. Səbəbi bu idi: tarxanlarm etibarı və gücü çox artmışdı.
Baqi [Tarxan] Buxaranı (76 b) tamamən ələ keçirmişdi və Buxaranın gəli-
rindən başqasına bir təngə belə vermirdi. Məhəmməd Məzid Tarxan da Sə-
mərqəndin tam hakimiydi və bütün vilayəti oğullarıyla öz adamlarının idarə-
sinə vermişdi. Şəhərdən nə qədər təxsisat təyin etmişlərsə, bundan başqa heç
bir yerdən Sultan Əli Mirzəyə bir fels belə gəlmirdi.
Sultan Əli Mirzə artıq böyümüşdü və bunların belə hərəkətlərinə necə
BABURNAMƏ
93
dözə bilərdi. Bir neçə içkisi ilə birlikdə Məhəmməd Məzid Tarxanın həya-
tına sui-qəsd təşəbbüsündə bulundu. Məhəmməd Məzid Tarxan bunu xəbər
alınca yanında olan tüm adamları və bəyləri ilə birlikdə şəhərdən çıxdılar.
Bunların arasında Sultan Hüseyn Arğun, Pir Əhməd, Uzun Həsənin qardaşı
Xoca Hüseyn, Qara Barlas, Salih Məhəmməd ilə digər bəzi bəy və igidlər də
vardı.
O əsnada [moğolların xanı] Sultan Mahmud xan Xan Mirzənin yanına
bir çox moğol bəyləri ilə birlikdə Məhəmməd Hüseyn Gürgan Duğlat və
Əhməd bəyi verib onu Səmərqənd üzərinə göndərmişdi. Hafız [Məhəmməd]
bəy Dulday və oğlu Tahir bəy də Xan Mirzənin bəy-atəkələriydilər. Həsən
Nəbirə, Hindu bəy [Koçin] və digər bəzi igidlər isə Hafız bəylə və Tahir
bəylə olan əlaqələri üzündən Sultan Əli Mirzədən qaçıb (77 a) Xan Mirzə-
nin hüzuruna getmişdilər.
Məhəmməd Məzid Tarxan adamlar göndərib Xan Mirzəni və moğol
əsgərini çağıraraq Şavdar civarına gəldi. Orada Mirzə Xan ilə görüşərək
moğol bəyləri ilə danışdı. Moğol bəyləri Məhəmməd Məzid ilə tam anlaşa
bilmədilər. Hətta Məhəmməd Məzid Tarxanı ələ keçirməyi belə düşündülər.
Amma o bəylər bunu anlayınca bir bəhanə taparaq moğol əsgərindən ayrıl-
dılar. Onlar gedincə moğol əsgəri də orada dura bilmədi və dönüb Yar-yay-
lağa gəldi. O zaman Sultan Əli Mirzə az əsgərlə Səmərqənddən sürətə gələ-
rək Xan Mirzə [Sultan Veys Mirzə] ilə moğol əsgərinin üstünə cümənda on-
lar vuruşa bilməyərək qaçdılar. Bu, son zamanlarda Sultan Əli Mirzənin
gördüyü ən yaxşı iş idi.
Məhəmməd Məzid Tarxan və adamları bu moğollardan və mirzələr-
dən əllərini üzüncə moğol Əbdülvəhhabı mənim yanıma göndərdi. Əbdül-
vəhhab əvvəlcə mənim yanımda olmuş və Əndicanın mühasirəsində Xoca
[Mövlana] qazı ilə birlikdə yaxşı işlər görmüşdü. Biz isə belə fəna vəziyətdə
idik. Onun üçün dərhal sülh bağlayıb Səmərqənd üzərinə yürüməyi qəti şə-
kildə qərara almışdıq. Ordunun toplanacağı yeri bildirmək üçün Mir Moğolu
sürətlə Axsiyə Cahangir Mirzənin yanına (77 b) göndərərək Səmərqənd üzə-
rinə səfərə hazırlaşdıq. Zilqədə ayında [=1500 may-iyun] Səmərqənd üzəri-
nə yürüyüb üçüncü günü Qabaya gəldik.
İkindi namazı vaxtında Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlilin
Oş kurqanını basaraq zəbt etdiyi xəbəri gəldi. Təfsilatı belədir: yuxarıda
bəhs edildiyi kimi, aramızda sülh bağlananda başlarında Tənbəlin kiçık qar-
daşı Xəlil olmaq üzrə əsirlər sərbəst buraxılmış, Tənbəl də Xəlili Ozgənd-
dəki köç və qohumlarını çıxarmaq üçün oraya göndərmişdi. Köçünü çıxar-
maq bəhanəsi ilə Özgəndə girən Xəlil bugün-sabah deyə hiylə işlədərək
oradan çıxmırdı. Biz səfərə çıxanda Oş müdafiəsiz qalınca da bunu fürsət
bilərək gəlib Oş kurqanını bir basqınla ələ keçirmişdi.
Bu xəbər bizə gələndə qalıb bunlarla uğraşmağı bir neçə səbəbə görə
Zəhirəddin Məhəmməd BABUR
94
lazım bilmədik və Səmərqəndə doğru hərəkətimizə davam etdik. Bu səbəb-
lərdən biri budur: bizim sipahilərimizin hamısı öz təchizatlarını tamamla-
maq üçün evlərinə getmişdilər. Biz sülh müqaviləsinə inanmışdıq, bunların
bu hiyləsindən və xəyanətindən xəbərsizdik. Bir digər səbəb də Əli Dost (78
Dostları ilə paylaş: |