ZƏHĠRƏDDĠn məHƏMMƏd babur


BABURUN SƏMƏRQƏND TAXTINA



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

BABURUN SƏMƏRQƏND TAXTINA 

ÇIXMASINDAN SONRA YARANAN QARIġIQLIQ 

 

Səmərqənd  taxtına  oturduqdan  sonra,  Səmərqənd  bəylərinə  əvvəllər 

olduğu  kimi yenə də inayət elədim. Bizimlə olan bəylərə də mövqe və ləya-

qətlərinə  görə  (51  a)  ehsan və iltifat  göstərdim.  Sultan Əhməd Tənbələ  isə 

digərlərindən  daha  artıq  iltifat  edildi,  içki  bəyləri  zümrəsində  ikən  böyük 

bəylər cərgəsinə keçirildi. 

Səmərqəndi  yeddi  ay  mühasirə  edib  böyük  çətinliklərlə  almışdıq  və 

Tənbəl bizə qoşulan zaman əsgərin əlinə bəzi qənimətər keçmişdi. Bu arada 

Səmərqənd dışında bütün  digər vilayətlər də  mənim,  ya da Sultan Əli Mir-

zənin  idarəsinə  öz istəkləri ilə  girmişdilər. Bu üzdən də  zatən bizə tabe ol-

muş vilayətlər yağmalana bilməzdi. Üstəlik, o günə qədər çox ağır bir yağ-

maya uğramış bu vilayətlərdən hər hansı bir şey almaq mümkün də deyildi. 

Əsgərin qəniməti tükəndi.  Səmərqəndi  alarkən şəhər o qədər xarab bir və-

ziyyətdə idi ki, hələ bir müddət yardıma, toxuma və özünə gəlməyə möhtac 

idi, insan oradan necə bir şey ala bilərdi. Bu üzdən əsgər çox sıxıntı çəkdi. 

Biz də  onlara bir şey verə  bilmədik.  Evləri üçün də  darıxdılar və  beləliklə, 

tək-tək, iki-iki qaçmağa başladılar, ilk qaçan adam Xanqulu Bəyanqulu, ar-

dından  İbrahim  Bəycik  [Tağayi]  oldu.  Moğollar  tamamən  qaçdılar.  Sonra 

isə Sultan Əhməd Tənbəl belə qaçdı. 

Bu  iğtişaşın  yatışdırılması  üçün  Xoca  [Mövlana]  qazını  göndərdik. 

Uzun  Həsən  (51  b)  xoca  ilə  olduqca  səmimiydi  və  ona  güvənirdi.  Xoca 

[Mövlana] qazı Uzun Həsənlə birlikdə bu qaçanların bir qismini cəzalandı-

racaq və bir qismini də bizim yanımıza göndərəcəkdi. Lakin bu iğtişaşa sə-

bəbiyyət verən və buradan qaçıb gedənləri pisliyə sövq edən adam, sən de-

mə, nankor Uzun Həsənin elə özü imiş. Sultan Əhməd Tənbəlin oraya get-

məsi ilə hamısının yamanlıqları üzə çıxdı. 

Səmərqəndi  ələ  keçirmək  üçün  neçə  ildir  durmadan  qoşun  çəkirdik. 

Gərçi [moğol xanı və Baburun dayısı] Sultan Mahmud xanın, hər zaman ol-

duğu kimi,  yenə heç bir  köməyi dəyməmişdi, amma buna baxmayaraq Sə-

mərqəndin fəthindən sonra Əndicanı istəyirdi. Bu əsnada qoşunun böyük bir 

qismi  və  moğollarm hamısı  qaçıb  Əndicana və  Axsiyə  getmişdi. Uzun Hə-

sən ilə Tənbəl isə o vilayətlərin [Baburun qardaşı] Cahangir Mirzəyə veril-

məsini istədilər. Lakin bu vilayətlərin ona verilməsi bir çox səbəbdən müm-

kün deyildi. Səbəblərdən biri bu idi ki, bu haqda daha əvvəl verilmiş bir söz 



BABURNAMƏ 

 

71 



olmamasına  baxmayaraq  həmin  vilayətləri  xan  istəyirdi.  İndi  xan  istədiyi 

halda, bu vilayətləri qalxıb Cahangir Mirzəyə versək, xan ilə bütün münasi-

bətlərimiz pozulardı. İkinci səbəb də o idi ki, bunlar oraları əsgərin qaçaraq 

o vilayətə getdiyi əsnada və təzyiq yolu ilə istəyirdilər. Əgər daha öncə (52 



a)  arada  belə  bir  şey  qərarlaşdırılmış  olsaydı,  bəlkə  də  ola  bilərdi.  Amma 

onların təzyiqinə kim boyun əyər ki? 

Moğollar  və  Əndican  əsgərləri,  bəylərin  və  içkilərin  bir  bölümü  də 

Əndicana  getmiş,  Səmərqənddə  mənimlə  birlikdə  yaxşı-pis  minə  yaxın 

adam qalmışdı. İstədiklərini ala bilməyən Uzun Həsən və Tənbəl qaçıb  ge-

dən  və  yersiz  qorxulara  qapılan  adamları  da  özlərinə  qoşdular  ki,  bu  qor-

xaqlar onsuz da Allahdan belə bir şey istəyirdilər. Beləliklə, Uzun Həsən və 

Tənbəl Axsi üzərindən Əndicana qoşun çəkərək öz pislik və düşmənliklərini 

açıq şəkildə biruzə verdilər. 

Tulun  Xoca  barin  [əşirətinin]  ən  cəsur  və  qazax  igidlərindən  biri  idi. 

Atam Ömər Şeyx Mirzə ona həmişə diqqət və qayğı göstərmişdi, mən də ye-

tişdirib bəy eləmişdim. Fövqəladə cəsur və qazax bir igid idi, hər cür iltifata  

layiq idi. Moğollar arasında hörmət və etimad edilən adamımız o idi. Moğol 

ulusu Səmərqənddən qaçmağa başlayanda əsgərlərə nəsihət edib yersiz qor-

xuları  onların  ürəklərindən  çıxarmasrı  və  onları  təhlükədən  qoruması  üçün 

Tulun Xocanı göndərmişdik. (52 b) Lakin bu fitnəçi və nankor adamlar əs-

gərləri o hala gətirmişdilər ki, vəd, nəsihət və təhdid heç bir fayda vermirdi. 

Tulun Xocanın köçü Ribatək-Örçünü deyilən iki su arasında idi. Uzun 

Həsən ilə Sultan Əhməd Tənbəl Tulun Xocanın üzərinə bir dəstə axınçı gön-

dərdilər və onu qəfil ovlayaraq ələ keçirib öldürdülər. Sonra da Uzun Həsən 

və Tənbəl Cahangiri də yanlarına alaraq gəlib Əndicanı mühasirə etdilər. 

 

UZUN HƏSƏN VƏ ƏHMƏD TƏNBƏLĠN 

ƏNDĠCANI MÜHASĠRƏYƏ ALMASI 

 

[Səmərqəndi  mühasirə  üçün]  hərəkətə  keçdiyimiz  zaman  Əndicanda 



Əli Dost Tağayini, Axsidə isə Uzun Həsəni qoymuşdum. Daha sonra Xoca 

[Mövlana] qazı  da [Əndicana]  getmişdi.  Səmərqənddən  gedən  əsgərdən də 

xeyli igid vardı. Xoca [Mövlana] qazı mühasirənin başlanğıc günlərində mə-

nə  olan  hörmət  və  ilgisi  dolayısıyla  on  səkkiz  min  qoyununu  kurqandakı 

igidlərə və bizimlə olan igidlərin köçlərinə payladı. 

Mühasirənin davam etdiyi günlərdə anamdan, Xoca qazıdan və orada-

kı  camaatdan  sürəkli  olaraq  bu  məzmunda  məktublar  gəlirdi:  «Bizi  elə  bir 

mühasirə  etmişlər  ki,  gəlib  qurtarmasanız,  axırımız  pis  olacaq.  Səmərqənd 

Əndicanın qüvvəsiylə alınmışdır. (53  a) Əgər Əndican əldə qalsa və Allah 

da rast gətirsə, Səmərqəndi ələ keçirmək hər zaman mümkün olar». Bu kimi 

məktublar bir-birini təqib etdi. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



72 

O vaxtlar bir dəfə xəstələnmış və təkrar yaxşılaşmışdım. Lakin özümə 

baxmadığım üçün xəstəliyim təkrarlandı. Özü də bu dəfə çox fəna xəstələn-

dim və  elə  oldu  ki,  dörd gün qədər dilim tutuldu. Ağzıma pambıqla su  da-

mızdırırdılar.  Mənimlə  birlikdə  qalan  bəylər  və  igidlər  sağalmağımdan 

ümidlərini kəsərək öz əndişələri ilə uğraşmaya başladılar. Belə bir zamanda 

bəylər  yanlış  hərəkət  etdilər və  elçi sifətilə  gəlib  fəsad sözlər  gətirən Uzun 

Həsənin  adamına məni  göstərib sonra da  getməsinə  izin  verdilər. Dörd-beş 

gün sonra bir az yaxşılaşdım, lakin dilimdə hələ bir ağırlıq qalmışdı. Bir ne-

çə gün sonra tamamən özümə gəldim. 

Anamgilin,  yəni  anam  və  nənəm  İsən  Dövlət  bəyimin,  eləcə  də  usta-

dım və pirim olan Xoca Mövlana qazı da belə məktublar yazıb bu qədər is-

rar edincə, insan buna qarşı dura bilərmi? Rəcəb ayının [=1498 mart] şənbə 

günü Əndicana getmək üzrə Səmərqənddən çıxdıq. Bu dəfə (53  b) Səmər-

qənd şəhərində yüz gün padşahlıq etmişdim. 

Yenə bir şənbə günü Xocəndə çatdım. Kimsə o gün mənə Əndicandan 

gələn xəbərləri çatdırarkən Əli  Dost  Tağayinin Əndican qalasını tam  yeddi 

gün  öncə,  yəni  bizim  Səmərqənddən  çıxdığımız  şənbə  günü  müxaliflərə 

təslim etdiyini söylədi. 

Təfsilat belədir: xəstə yatdığım günlərdə Uzun Həsənin adamına məni 

göstərmiş, sonra isə getməsinə izin vermişdilər. Müxaliflər də Əndican kur-

qanının  mühasirəsi  zamanı  gedib  «Padşahın  dili  tutulmuşdur;  ağzına 

pambıqla su damızdırırlar» demiş və bunu Əli Dostun hüzurunda and içərək 

təkrarlamışlar. Əli  Dost  o  əsnada Xaqan qapısında imiş,  bunu eşidincə ira-

dəsi  pozulmuş,  müxalifləri  dəvət  edib  qarşılıqlı  müqavilə  ilə  qalanı  onlara 

təslim  etmişdir.  Halbuki  kurqanda  ərzaq  və  döyüşçü  kifayət  qədərdi.  Bu, 

yalnızca o münafiq, nankor və səfil adamın cəsarətsizliyi idi, ona söylənən 

sözləri bəhanə etmişdi. 

Əndicanı aldıqdan sonra mənim Xocəndə gəldiyimi eşidərək Mövlana 

qazını ərk qapısında və şərəfsiz bir şəkildə asıb şəhid etdilər. 

Xoca (54  a) Mövlana qazı əsl adı Abdullah olmasına baxmayaraq bu 

adla  tanınmışdır.  Nəsəbi  ata  tərəfdən  Şeyx  Bürhanəddin  Qılınca,  ana  tərəf-

dən  isə  Sultan  İlig  Maziyə  çatır.  Fərqanə  vilayətində  bu  ailədən  olanlar 

imam, şeyxülislam və qazı olaraq gəlmişlər. Xoca qazı isə Xoca Übeydullah 

həzrətlərinin  müridi idi və  onu o  yetişdirmişdi.  Xoca qazının vəli olmasına 

heç bir şübhəm yoxdur. Çünki onun canına qıyanlardan çox qısa bir müddət 

içində heç bir əsər və əlamət qalmadı. Onun vəliliyinə bundan daha yaxşı bir 

dəlil  olaraq nə  göstərilə  bilər ki? Xoca qazı  qəribə bir adam  idi,  əsla qorx-

mazdı. Onun qədər cəsur adam görünməmişdir. Bu özəllik də bir vəlilik də-

lilidir. Başqa biri nə qədər cəsur olsa, da bir az təlaşa və yersiz qorxuya qa-

pıla bilər. Xocada nə təlaş, nə də yersiz qorxular əsla yox idi. 

Xocanın ölümündən sonra onun nökər və çakərini, aymaq və adamla-



BABURNAMƏ 

 

73 



rının hamısını ələ keçirib mallarını yağmaladılar. 

Əndican  qurtarmaq  istərkən  Səmərqəndi  əldən  çıxarmışdım  və  Ən-

dican  da  əldən  getmişdi.  Biz    «Qafil  əz  inca  randə  və  əz  anca  mandə» 

(«Qafil  buradan  sürülmüş,  oradan  da  məhrum  olmuş»)  deyilənə  bənzədik. 

Bu  mənə  çox  ağır  gəldi,  çünki  padşah  olduğumdan  bəri  adamlarımdan  və 

vilayətdən  (54  b)  bu  cürə  ayrılmamışdım.  Özümü  biləndən  bəri  bu  qədər 

iztirab və məşəqqət çəkməmişdim. 

Xocəndə  çatanda  bəzi  münafiqlər  Xəlifəni  [Nizaməddin  Əli  Barlas] 

mənim yanımda görmək istəmədilər. Məhəmməd Hüseyn Mirzə və bəziləri 

o qədər cəhd elədilər ki, axırda Xəlifənin Daşkəndə getməsinə izin verdim. 

Qasım bəyi də Daşkəndə [Sultan Mahmud] xanın hüzuruna göndərib 

ondan Əndican üzərinə qoşun çəkməyi xahiş etdim. Xan da qoşun çəkərək 

Ahəngəran  vadisindən  gəlib  Kəndirli  keçidinin  dibinə  çatan  vaxt  mən  də 

Xocənddən  gəlib  xan  dayımı  gördüm.  Kəndirli  keçidini  aşaraq  Axsi  tərəfə 

endik.  O  tərəfdən  müxaliflər  də  mövcud  qüvvələrini  toplayıb  Axsi  üzərinə 

gəldilər. 

Bu  arada  Bab  kurqanındakılar  mənim  tərəfimi  tutaraq  kurqanı  qapat-

dılar, lakin xanın bir az ləng tərpənməsi üzündən müxaliflər Bab kurqanını 

zorlayıb aldılar. Xanın əxlaqı və xasiyyəti  yaxşı  idi, lakin sipahilik və sər-

kərdəlik işindən heç başı çıxmırdı. Vəziyyət bu dərəcəyə  gəldiyi  əsnada  ən 

çoxu  bir  mənzil  daha  yürüsəydi  müharibə  belə  etmədən  vilayət  bizim  ola-

caqdı.  Amma  xan  belə  bir  zamanda  müxaliflərin  hiyləli  sözlərinə  və  sülh 

haqqında  nağılına  qulaq  verib  (55  a)  Xoca  Əbülməkarim  ilə  birlikdə  o  za-

man xanın eşik ağası və Tənbəlin böyük qardaşı olan Bəy Tilbəni elçi olaraq 

göndərdi. Müxaliflər də özərini qurtarmaq üçün bir neçə doğru və yalan söz-

lər söyləyib xana və aradakılara pul və rüşvət qəbul etdirdilər. Xan da beləcə 

geri döndü. 

Bəylər, içkilər və igidlərdən mənimlə qalanların çoxunun köçləri Ən-

dicanda  idi.  Əndicanı  almaqdan  ümidlərini  kəsdikləri  üçün  bəylərdən  və 

igidlərdən yeddi-səkkiz yüz adam məndən tamamən ayrıldılar. Ayrılan bəy-

lər Əli Dərviş Bəy, Əli Məzid Koçin, Məhəmməd Bakir bəy, Şeyx Abdullah 

eşik-ağa və Mirim Lağari idi. Mənimlə birlikdə qalıb qürbəti və möhnəti se-

çənlər isə təxminən iki yüzdən bir az artıq və üç yüzdən bir az əskikdi. Qa-

lan bəylər Qasım Koçin,  Veys  Lağari bəy,  İbrahim  Saru Minqli bəy, Şirim 

(Mirim) Tağayi və Seydi (Seyid) Qara bəylər; içkilərdən Mirşah Koçin, Se-

yid Qasım eşik-aga Cəlayir, Qasım Əcəb, Məhəmməd Dost Əli Dost Tağayi, 

Məhəmməd Əli Mübəşşir (münşi), Xudaverdi Tuğçu Moğol, Yarək Tağayi, 

Sultanqulu  Babaqulu,  Mir  Veys,  Şeyx  Veys,  (55  b)  Yar  Əli  Bilal,  Qasım 

Miraxur və Heydər riqabdar idi. Bu halət mənə çox ağır gəldi və əlimdə ol-

madan ağladım. 

Oradan  Xocəndə  gəldim.  Mənimlə  qalanların  bir  qisminin  köçləri  ilə 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



74 

birlikdə anamı və nənəmi də Xocəndə mənim yanıma göndərdilər. 

O il ramazanı [=1498 aprel-may] Xocənddə keçirdik. Sonra da Sultan 

Mahmud  xana  adam  göndərib  kömək  istəyərək  Səmərqənd  üzərinə  hərəkət 

etdim. Oğlu Sultan Məhəmməd Xanikə ilə Əhməd bəyi dörd-beş min əsgərlə 

Səmərqənd  üstünə  göndərən  xanın  özü  də  hərəkət  edərək  Ura-Təpəyə  qədər 

gəldi. Orada xan ilə görüşdükdən sonra Yar-yaylaq yoluyla Səmərqənd üzəri-

nə hərəkət etdim. Sultan Məhəmməd Sultan və Əhməd bəy isə başqa bir yol-

dan gələrək Yar-yaylağa məndən əvvəl çatmışdılar. Bürkə  yaylağı üzərindən 

keçərək buranın darğasının mərkəzi Səngzara gəldim. Amma Sultan Məhəm-

məd  Sultan  ilə  Əhməd  bəy  Şeybani  xanın  Şiraza  və  ətrafına  hücum  etdiyini 

eşidib geri dönmüşlər. Bu üzdən mən də Xocəndə qayıtmağa məcbur oldum. 

Madam  ki  səltənət  davası  və  mülk  əldə  etmək  məqsədi  vardı,  bir-iki 

dəfə iş uğursuz alındı deyə bundan vaz keçib qarşıdan baxmaq olmazdı. Ən-

dican  üzərinə  xan  ilə  birlikdə  yürüməyi  düşünərək,  ondan  kömək  istəmək 

üçün Daşkəndə (56 a) getdim. Şah bəyimi və qohumları görməyəli səkkiz il 

olmuşdu. Bu münasibətlə onları da görmüş oldum. Bir neçə gün sonra yed-

di-səkkiz  yüzə  qədər  əsgərlə  birlikdə Seyid  Məhəmməd Mirzə  Duğlat, Əy-

yüb Bəycik və Can Həsən Barinə bizə kömək etmək tapşırıldı. Bu köməkçi 

qüvvəni alıb Xocənddə durmadan sürətli bir yürüşlə Kəndi-Badamın sağın-

dan  keçib  Xocənddən  on,  Kəndi-Badamdan  üç  ağac  məsafədə  olan  Nəsux 

kurqanına gəldik. Gecə nərdivan qoyub basqınla kurqanı aldıq. 

Qovun  mövsümü  idi.  Nəsuxda  İsmail  şeyxi  deyilən  bir  qovun  növü 

yetişir  ki,  qabığı  sarı,  çəkirdəyi  az  və  mükəmməl  bir  qovundur.  Çəkirdəyi 

alma çəkirdəyi qədər olur. İçi dörd barmaq qədərdir və qayət ləzzətlidir. O 

civarda başqa bir yerdə buna bənzər bir qovun yoxdur.  Amma ertəsi sabah 

moğol  bəyləri  adamlarının  az  olduğunu  və  bir  kurqanı  ələ  keçirməklə  işin 

yürüməyəcəyini söylədilər. Gerçəkdən də  elə idi. Orada qalıb kurqanı  güc-

ləndirmə imkanı olmadığı üçün təkrar Xocəndə gəldik.  

 

XOSROV ġAH VƏ BAYSUNQUR MĠRZƏNĠN 

HĠSARI SULTAN MƏSUD MĠRZƏDƏN ALMASI 

 

Bu  il  Xosrov  şahla  Baysunqur  Mirzə  birlikdə  qoşun  çəkərək  Çağan-

yana  gəldilər və  oranı  hiylə  ilə  ələ  keçirdilər. Sonra da Sultan Məsud Mir-

zəyə elçi göndərərək (56 b) «Birlikdə Səmərqənd hücum edək, Səmərqəndi 

ala bilsək, qoy bir mirzə Səmərqənddə, digər mirzə isə Hisarda otursun» de-

yə təklif etdilər. 

Sultan  Məsud  Mirzənin  bəyləri,  içkiləri  və  igidləri  arasında  məmnu-

niyyətsizlik  vardı.  Bunun  səbəbi  bu  idi:  Şeyx  Abdullah  Barlas  Baysunqur 

Mirzənin  yanından  ayrılaraq  Sultan  Məsud  Mirzənin  yanına  gedəndə  Mir-

zənin qaynatası olduğu üçün çox böyük inayət görmüşdü. Hisar kiçık bir vi-



BABURNAMƏ 

 

75 



layət  olsa  da,  min  tümən  fülus

1

 ülufə  təyin  edib  Xutlan  vilayətini  ona  ver-



mişdi. Xutlan vilayətində Sultan Məsud Mirzənin bir çox bəylərinin və içki-

lərinin əraziləri vardı. Şeyx Abdullah bunların hamısını əlinə keçirdi, bütün 

eşik ixtiyarlığını özü və oğulları əllərinə aldılar. İnciyənlər də qaçıb Baysun-

qur Mirzənin yanına gəlməyə başlamışdı. 

Bu  hiyləgər  təkliflə  Sultan  Məsud  Mirzəni  aldadan  Xosrov  şah  və 

Baysunqur Çağanyandan yürüyərək irəliləyib sübh çağı Hisar kurqanını mü-

hasirəyə  aldılar.  Sultan  Məsud  Mirzə  kurqanın  dış  məhəllələrində,  atasının 

tikdirdiyi  Dövlət  Saray adlı bir sarayda idi. Kurqana girə bilməyərək qaçdı 

və  Şeyx  Abdullah  Barlas  ilə  birlikdə  Xutlan  tərəfinə  çəkildi.  Yarı  yolda 

Şeyx  Abdullah  Barlastan  ayrılaraq  Uyaç  keçidindən  keçib  Sultan  Hüseyn 

Mirzənin yanına getdi. (57 a) 

Hisar vilayəti alındıqdan sonra Xosrov şah Baysunqur Mirzəni Hisar-

da qoyub Xutlanı da kiçık qardaşı Vəliyə verdi. Özü də bir neçə gün sonra 

mühasirə  niyyəti  ilə  Bəlx  üzərinə  yürüdü.  Hərəkətindən  bir  az  öncə  Nəzər 

Bahadır adlı böyük bir adamını üç-dörd min əsgərlə birlikdə Bəlx civarına 

göndərmişdi və üç-dörd gün sonra Baysunqur Mirzəni də yanına alaraq Bəl-

xi  mühasirə  etdi.  Bəlxdə  [Sultan  Hüseyn  Mirzənin  oğlu]  İbrahim  Hüseyn 

Mirzə və Sultan Hüseyn Mirzənin bəylərindən də xeyli adam vardı. 

Xosrov  şah  kiçık  qardaşı  Vəlini  də  xeyli  əsgərlə  birlikdə  Şaburqanı 

mühasirə  edib  o  tərəfləri  yağmalaması  üçün  göndərmişdi.  Amma  Vəli  Şa-

burqanı  yaxından  mühasirə  etmədi  və  əlindəki  qüvvələri  Zərdək  çölündəki 

əhaliyə axın etməyə göndərdi. Bunlar Zərdək çölünə axın edib yüz mindən 

artıq qoyun və üç minə yaxın dəvə gətirdilər. Vəli ondan sonra Sançarıq vi-

layətinə hücum edib bölgəni yağmalayaraq dağdakı bəzi bərkidilmiş yerləri 

ələ keçirdi, sonra gəlib Bəlxdə böyük qardaşına qoşuldu.

  

 



Bəlxi  mühasirədə  saxlayan  Xosrov  şah  bir  gün  yuxarıda  bəhs  edilən 

Nəzər Bahadır adlı adamını Bəlxin su yollarını kəsmək üçün göndərdi. Am-

ma  Sultan  Hüseyn  [Bayqara]  Mirzənin  sevimli  bəylərindən  Tanrıverdi  (57 

b)  Samançı  bəy  yetmiş-səksən  igidlə  içəridən  çıxıb  Nəzər  Bahadırla  qar-

şılaşdı və başını kəsib qalaya qayıtdı, fövqəladə cəsuranə hərəkət edərək bö-

yük bir iş gördü.  

 

SULTAN HÜSEYN MĠRZƏYƏ QARġI ÜSYANLAR 

 

Həmin il Sultan Hüseyn Mirzə də Zünnun bəy Arğun və oğlu Şah Şü-



canın dəf edilməsi üçün qoşun çəkib Büstə getmişdi. Çünki Zünnun bəy Ar-

ğun Bədiüzzaman Mirzənin xidmətinə girib ona qızını vermiş və oğlu Şah 

Şüca ilə fitnə və fəsadla uğraşmağa başlamışdılar. Büstü mühasirə edən Sul-

tan Hüseyn Mirzə qoşuna heç bir yerdən ərzaq təmin edə bilmədi, amma ac-

                                                           

1

 Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifadə edilirdi. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



76 

lıqdan çox sıxıntı çəkməyə başladıqları zaman Büst valisi kurqanı təslim et-

di və Büstdəki mövcud ərzala Xorasana qayıda bildi. 

Sultan Hüseyn Mirzə kimi böyük bir padşah, bu qədər sursat və təm-

təraqla Qunduz, Hisar və Qəndəhar üzərinə bir neçə dəfə qoşun çəkdiyi hal-

da zəbt edə bilmədən geri döndüyü üçün oğulları və bəyləri bundan cəsarət 

alaraq düşmənçilik yaratmağa və fitnə çıxarmağa başladılar. 

O yaz Sultan Hüseyn Mirzə Əstərabada müsəllət olaraq şər işlərlə məşğul 

olan  oğlu  Məhəmməd  Hüseyn  Mirzənin  dəf  edilməsi  üçün  Məhəmməd  Vəli 

komandanlığı altında bəzi bəyləri xeyli əsgərlə birlikdə axınçı olaraq göndərmiş 

və  özü  də  Nişin  çayırında  qalmışdı.  Bədiüzzaman  Mirzə  ilə  Zünnunun  [bəy 

Arğun]  oğlu  Şah  İŞüca]  bəy  (58  a)  qəfildən  qoşun  çəkərək  Sultan  Hüseyn 

Mirzənin üzərinə gəldilər. Bu arada Sultan Məsud Mirzə də Hisarı müdafiə edə 

bilməyərək təslim etmək məcburiyyətində qalmışdı və Sultan Hüseyn Mirzənin 

yanına  gəlirdi, xoş bir təsadüf əsəri olaraq,  tam o  gün  yetişdi.  Eyni zamanda 

Əstərabada  gedən  əsgər  də  gəlib  eyni  gün  Mirzəyə  qoşuldu.  Qarşı-qarşıya 

gələndə Bədiüzzaman Mirzə ilə Şah bəy savaşmadan qaçıb getdilər. 

Sultan Hüseyn Mirzə Sultan Məsud Mirzəni yaxşı qəbul etdi, onu özü-

nə  kürəkən  edərək  inayət  və  şəfqət  göstərdi.  Bu  arada  Xosrov  şahın  kiçık 

qardaşı  Baqi  Çağanyani  də  bu  hadisədən  bir  az  öncə  gəlib  Sultan  Hüseyn 

Mirzənin  xidmətinə  girmişdi.  Onun  fitnələri  üzündən  Sultan  Məsud  Mirzə 

Xorasanda durmadı, Sultan Hüseyn Mirzədən izin belə almadan bir bəhanə 

ilə Xosrov şahın yanına getdi.  

Xosrov şah Baysunqur Mirzəni də Hisardan çağırıb gətirdi. Bu əsnada 

Miranşah Mirzə də atası Uluğ bəy Mirzə ilə düşmən olub Həzarəyə girmiş, 

lakin pis hərəkətləri üzündən orada qala bilməmiş və o da Xosrov şahın ya-

nına gəlmişdi. 

Bəzi dargörüşlülər bu şahzadələrin hər üçünü də öldürərək Xosrov şah 

adına xütbə oxutmaq fikrində idi. Lakin Xosrov şah bunu uyğun görmədi. Bu 

səfil  və  nankor  adam  kiçıkliyindən  bəri  böyüdüb  bəy-atəkəsi  olduğu  Sultan 

Məsud (58 b) Mirzəni tutub bu beş günlük dünya üçün -ki, ona vəfa qılmadığı 

kimi, heç kimə də vəfası olmayacaqdır- gözlərinə mil çəkərək kor elədi. 

Bir  neçə  südqardaşı,  arxadaşı  və  sınanmış  adamı  Sultan  Məsud  Mir-

zəni alıb Səmərqəndə, Sultan Əli Mirzənin yanına götürmək niyyətilə Keşə 

getdilər.  Amma  oradakıların  da  pis  niyyətdə  olduqlarını  gördülər,  Keşdən 

qaçaraq Çarcu keçidindən aşıb Sultan Hüseyn Mirzənin yanına gəldilər. 

Belə çirkin hərəkət edənlərə və bu cür işlərlə uğraşanlara qiyamətə qədər 

yüz min  dəfə  lənət  olsun. Xosrov  şahın  bu hərəkətindən xəbərdar olanlar ona 

lənət oxusunlar və bunu duyub da lənət oxumayanlar da lənətə tuş olsunlar. 

Xosrov  şah  bu  çirkin  hərəkətindən  sonra  Baysunqur  Mirzəni  padşah 

edib Hisara getməsinə izin verdi. Seyid Kamili Miranşah Mirzəyə köməkçi 

qoşub onu da Bamyan tərəfinə göndərdi. 



BABURNAMƏ 

 

77 



 

 

 



 

 

 



 

 

 



FƏRQANƏ - 904 (19 AVQUST 1498 – 8 AVQUST 1499) 

 

DOQQUZ YÜZ DÖRDÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Səmərqəndə və Əndicana dəfələrlə yürüş etsək də, bundan heç bir nə-

ticə hasil olmadı. Təkrar Xocəndə qayıtdıq. Xocənd kiçık bir yerdir, yüz-iki 

yüz əsgəri olan bir adamın vaxtı burada sıxıntı (59 a) içində keçər. Lakin id-

diası olan bir adam necə sakit dura bilər? 

  

BABURUN XOCƏNDDƏN PƏġAĞARA GETMƏSĠ 



 

Məhəmməd  Hüseyn  Gürgan  Duğlat  Ura-Təpədə  idi.  Səmərqənd  üzə-

rinə yürümək niyyətilə onun yanına adamlar göndərib sözləşdik. Yar-yaylaq 

kəndlərindən  olan  Pəşağarı  bu  qışı  orada  qalmaq  və  Səmərqənd  vilayətinə 

mümkün olduğu qədər hücum edə bilmək üçün müvəqqəti olaraq bizə ver-

məsini Məhəmməd Hüseyndən istədik.  Bu kənd Xoca həzrətlərinə aid olan 

kəndlərdən  idi,  amma  bu  qarışıqlıqda  ona  keçmişdi.  Məhəmməd  Hüseyn 

Duğlat buna razı oldu. 

Xocənddən Pəşağara hərəkət etdim.  Zaminə  yaxınlaşanda qızdırmaya 

tutuldum.  Buna  baxmayaraq  Zamindən  hərəkət  edib  sürətlə  dağ  yolundan 

Ribati-Xoca  üzərinə  gəldim.  Niyyətim  qəfil  basqın  edərək  nərdivanlarla 

çıxıb Şavdar tüməninin mərkəzi olan Ribati-Xoca kurqanını ələ keçirmək idi. 

Sübh çağı oraya gəldik. Lakin əhalisi xəbərdar oldu, biz də təkrar dönüb heç 

bir yerdə dayanmadan birbaş Pəşağara gəldik. Qızdırmalı olduğum halda on 

üç-on dörd ağac yolu güclə və məşəqqətlə qət etdim. 

Bir  neçə  gün  sonra  Yar-yaylaq  kurqanlarını  sözlə  və  ya  zorla  ələ  ke-

çirmək  üçün  bir  neçə  içki  bəyləri  və  igidlərlə  birlikdə  İbrahim  Saru,  Veys 

Lağari və Şirim Tağayini axınçı təyin etdik. O zamanlarda (59 b) Yar-yay-

laq  Seyid  Yusif  bəydə  idi.  Mən  Səmərqənddən  çıxdığım  zaman  o  orada 

qalmış  və Sultan Əli  Mirzə də ona inayət etmiş, nəticədə Seyid  Yusif bəy 

[Oğlaqçı]  Yar-yaylaq  kurqanlarının  ələ  keçirilib  idarə  edilməsi  üçün  kiçık 

qardaşını və oğlunu göndərmişdi. Biz yenidən hərəkətə keçəndə Siyal-qutun 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



78 

idarəsini  əlində  tutan  Əhməd  Yusif  də  o  kurqanlarda  idi.  Bizim  bəylər  və 

igidlər də gedib bütün qış uğraşaraq bəzi kurqanları sülh yolu ilə, bəzilərini 

də savaşaraq zəbt etdilər, bəzilərini isə hiylə və bicliklə ələ keçirdilər. O vi-

layətlərdə moğollar və özbəklər üzündən kurqanı olmayan heç bir kənd yox-

dur. O əsnada [Sultan Əli Mirzə] bizim üzümüzdən Seyid Yusif bəy ilə ki-

çık  qardaşından  və  oğlundan  şübhələnərək  onların  Xorasana  getmələrinə 

izin verdi.  

Qış belə təlaş və mücadilə ilə keçdi. Yaz gəlincə barışmaq üçün Xoca 

Yəhyanı  göndərdilər.  Özləri  isə  [Sultan  Əli  Mirzə]  əsgərin  təşviqiylə  Şiraz 

və  Kabüd  civarına  gəldi.  Bizim  mövcud  sipahimiz  iki  yüzdən  artıq,  üç 

yüzdən azdı və hər tərəfdə qüvvətli düşmənlər vardı. Əndican üzərinə səfər-

lərimizdə də tale bizə  yar olmadı və Səmərqəndə əl uzatmaqdan da heç bir 

nəticə çıxmadı. Məcburən sülhə bənzər bir şey bağlandı və Pəşağardan  (60 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin