Budaq. Müasir antroponimlərimiz sistemində işlək adlar
cərgəsində olan ―Budaq‖ antroponimi ―Kitabi-Dədə Qorqud‖
(Qaragünə oğlı Budaq) və ―İbrahim‖ dastanlarında işlənmişdir.
Bu antroponim barədə B.Abdullayevin fikri belədir: ―Budaq-k.
Azərb., budaq – ağac, kol şaxəsi‖ (4 – 17). N.A.Baskakov rus
familiyaları sistemində işlənən ―Butakov‖ familiyasının türk
mənşəli ağac budağı, şax anlamlı budaq sözü əsasında əvvəlcə
ləqəb kimi yarandığını, sonra familiyaya keçdiyini göstərir (32
– 17). Budaq antroponimi barədə olan bu izahlarda ―qollu-
Язизхан Танрыверди
50
budaqlı olma‖, ―kökə bağlı olma‖ və s. kimi xüsusiyyətlər mo-
tivləşmə üçün əsas götürülmüşdür. ―Budaq‖ antroponiminin
ağac və kol şaxəsi ilə bağlılığı ən azı ona görə inandırıcı
deyildir ki, həmin dövr kişi adlarımızın əksəriyyəti igidlik mo-
tivlidir. ―Budaq‖ antroponimi barədə Ş.Sədiyev yazır: ―Budaq‖
adı, bəlkə, adi budaq sözü ilə ifadə olunmuş sadə ad kimi
görünə bilər.Əslində ―budaq‖ düzəltmə sözdür. O, kök sayılan
―buda‖ hissəsinə ―-q‖ şəkilçisinin qoşulmasından alınmışdır.
Bu kökə ―budamaq‖ felində rast gəlirik (160 – 19). ―Azərbay-
can dilinin izahlı lüğəti‖ndə göstərilir ki, budaq (budamaq)
məcazi mənada, döymək, vurmaq, əzişdirmək mənalarını ifadə
edir (14 – 319). Təbii ki, ―budaq‖ apelyativinin ―Budaq‖ antro-
poniminə çevrilməsinə səbəb igidlik çalarıdır. Əlavə edək ki,
―Budaq‖ başqırd antroponimləri sistemində ―Буудагаy‖ fonetik
variantında olub, vurmaq, döymək mənalarını ifadə edir (195 –
155).
―Kitabi-Dədə Qorqud‖da işlənən Dəli Qarcar, Baybican,
Buğac, Qaraca Çoban, Dəli Domrul və s. antroponimlər kimi
dastanda iki variantda işlənmiş Qaragünə oğlı Budaq və Qara-
günə oğlı Qara Budaq antroponimi də semantikasında mərdlik,
mübarizlik, igidlik keyfiyyətlərini əks etdirir.
“Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də
antroponimlər
1723-28-ci illərdə Osmanlı imperiyasının məmurları
tərəfindən tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis‖in
Azərbaycan dilinə tərcümə edilərək, ―Tiflis əyalətinin müfəssəl
dəftəri‖ (Bakı, ―Pedaqogika‖, 2001. Giriş, tərcümə və qeydlər
tarix elmləri namizədi Şahin Mustafayevə məxsusdur) başlığı
altında çap olunması təqdirəlayiqdir. Borçalı və Qazax bölgəsi
ilə bağlı olan həmin mənbəyə istinad etməklə Azərbaycan ta-
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
51
rixi, etnoqrafiyası, onomalogiyası və iqtisadiyyatına dair yeni
fikirlər söyləmək mümkündür.
―Tiflis əyalətinin müfəssəl dəftəri‖ndə vergi ödəyənlərin
siyahısı yaşayış məntəqələri üzrə verilmişdir. Həmin siyahı
XVII-XVIII əsr Azərbaycan antroponimlər sistemindəki kişi
adlarının ümumi mənzərəsini tam əks etdirir. ―Dəftər‖də qadın
adlarına rast gəlinmir. Bu, verginin kişilər tərəfindən ödənilmə-
si ilə bağlıdır.
―Kitabi-Dədə Qorqud‖un antroponimləri sisteminə daxil
olan Qorqud, Qazan, Qaraca, Bamsı, Buğac, Qaragünə, Uruz,
Dondar kimi antroponimlər ―Dəftər‖də, əsasən, eynilə işlədilib.
Məsələn, Qorqud Mirzə oğlu, Bədirxan Qazan oğlu, Bamsı
Çayam oğlu, Pirməhəmməd Qaragünə oğlu, Nəbi Dondar oğlu,
Yaqub Qaraca oğlu, Əli Uruz oğlu, Məhəmməd Buğa oğlu və s.
―Dəftər‖də müşahidə olunan Aydoğdu, Ərdoğdu, Gün-
doğdu, Qaraöküz, Dağdoğan, Yaraqlı kimi qədim türk adları
müasir Azərbaycan antroponimləri sistemində işlənmir. Bu
adlardan Gündoğdu və Aydoğdu vahidləri Yusif Xas Hacibin
―Kutadqu bilik‖ (1069) əsərindəki Gündoğdu və Aytoldu
obrazları ilə, ―Dağ‖ isə ―Oğuz Qağan‖ dastanındakı ―Dağ‖ adı
ilə səsləşir. Bu tip antroponimlərin bir hissəsinin apelyativi də
müasir ədəbi dilimiz baxımından arxaizmdir. Məsələn, Ayıt-
maz-ayıtmaq, Doğan-doğan, Dondar-dondar, Xızır-xızır. ―Dəf-
tər‖dəki arxaik antroponimlərin əksəriyyətinin apelyativi mü-
asir ədəbi dilimizdə eynilə işlənir. Məsələn, Buyurmuş-buyur-
maq, Batdı-batmaq, Yekəsgər-yekə və əsgər, Sayılmış-sayıl-
maq, Guryol-gur və yol, Çubuqçu-çubuqçu, Öküz-öküz və s.
―Dəftər‖də işlədilmiş antroponimik vahidlərin əksəriyyəti
müasir antroponimlərimiz sistemində eynilə işlənir. Məsələn,
Baba, Polad, Teymur, Əziz, Qorxmaz, Şahin və s. Müasir
antroponimlərimiz sistemində fonetik deformasiyalarla işlənən
adlara da təsadüf olunur. Məsələn, Arslan-Aslan, Məqsud-Maq-
Язизхан Танрыверди
52
sud, Veysi-Veyis, Himmət-Hümmət, Timirxan-Teymur, Talib-
Talıb və s.
―Dəftər‖dəki kişi adlarının bir hissəsi müasir antroponimlə-
rimiz sistemində yalnız qadın adı kimi işlənir. Məsələn, Gülüş
(Gülüş Durmuş oğlu), Sürəyya (Kürdhəsən Sürəyya oğlu), Cey-
ran (Süleyman Ceyran oğlu), Telli (Telli Pirəhməd oğlu) və s.
―Dəftər‖də əsl şəxs adı kimi işlədilmiş vahidlərin bir his-
səsi müasir antroponimlərimiz sistemində yalnız ləqəb funksi-
yasındadır. Məsələn, Uzun, Qoçu, Sınıqçı və s.
―Dəftər‖dəki şəxs adlarının bir hissəsinin I komponenti
ləqəblərdən ibarətdir. Məsələn, Korməhəmməd, Kəlməhəm-
məd, Nökərməhəmməd, Kürdhəsən, Yekəsgər və s. Fikrimizcə,
qeyd olunan antroponimlərin I komponenti kimi işlənmiş kor,
kəl, nökər, kürd və yekə apelyativləri əsl şəxs adlarının I kom-
ponenti kimi yox, ləqəb kimi başa düşülməlidir. Çünki həmin
apelyativlər əsl şəxs adlarının yaranma əsaslarına uyğun
deyildir.
―Dəftər‖də əsl şəxs adı kimi işlədilmiş vahidlərin bir his-
səsi müasir antroponimlərimiz sistemində daha çox familiya
kimi işlənməkdədir. Məsələn, Uluxan-Uluxanov, Qaragöz-
Qaragözov, Sofi-Sofiyev, Ərəb-Ərəbov, Yüzbaşı-Yüzbaşov//
Yüzbaşev, Xangəldi-Xangəldiyev və s.
―Dəftər‖dəki şəxs adlarını mənşəyinə görə 3 istiqamətdə
qruplaşdırmaq olar: Türk mənşəli antroponimlər (Adıgözəl,
Teymur, Yolçu, Qoca, Dəmir...), ərəb mənşəli antroponimlər
(Məhəmməd, Əhməd, Nəbi, Cənnət, Həsən, Hüseyn, Beyt,
Beytulla...), fars mənşəli antroponimlər (Arzuman, Divan, Ca-
vanşir, Seyran, Novruz...). Hesablamalar göstərir ki, XVII-
XVIII əsr Azərbaycan antroponimləri sistemində fars mənşəli
antroponimlər türk və ərəb mənşəli antroponimlərə nisbətən az
işlənmişdir.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
53
Mənbədə hibrid (qovuşuq) antroponimlərə də təsadüf olu-
nur: Gülmahmud, Gülbudaq, Pirbudaq, Şahbudaq, Xanvəli,
Şıxgəldi, Pirziya, Hacıtarı ...
―Dəftər‖də işlədilən ərəb mənşəli antroponimlərin bir qis-
mi müasir antroponimiyamız baxımından arxaizm hesab olu-
nur. Məsələn, Kafi, Həllac, Mömin, Heydərəddin, Ənbiya, Qi-
yam...
―Dəftər‖dəki antroponimlərin leksik-semantik qrupları
aşağıdakı kimidir:
Etnonimlər əsasında yaranan antroponimlər: Qaramanlı
(Həsən Qaramanlı oğlu), Qacar (Qacar Kömür oğlu), Dondar
(Nəbi Dondar oğlu), Quşçu (Budaq Quşçu oğlu), ... Bu tip adlar
müasir antroponimlərimiz sistemində arxaikləşsə də, topo-
nimlərimiz sistemində mühafizə olunmaqdadır.
Toponimik vahidlər əsasında formalaşan antroponimlər
Göyçə (İbrahim Göyçə oğlu), Dilcan (Molla Dilcan oğlu)...
Silah və sursat adları əsasında yaranan antroponimlər: Qı-
lıc (Camal Qılıc oğlu), Topçu (Topçu Soltan oğlu), Yaraqlı
(Təhmasib Yaraqlı oğlu)...
Peşə və sənətlə bağlı olan antroponimlər: Dərzi, Zərgər,
Bərbər, Dəllək, Çoban, Sınıqçı və s. Bu tip antroponimik vahid-
lər Azərbaycan türklərinin, xüsusən də Qazax-Borçalı türklə-
rinin məşğuliyyətini əks etdirir.
Titullar əsasında yaranan antroponimlər: Kətxuda, Çavuş,
Əhəmdçavuş, Xaqan, Gizir, Qalabəyi, Xan, Yüzbaşı və s. ―Dəf-
tər‖də ―xan‖ titulu əsasında yaranmış antroponimlər üstünlük
təşkil edir. Konkret desək, ―xan‖ titulu 40-a qədər antroponimik
vahidin ya birinci, ya da ki ikinci komponenti kimi iştirak
etmişdir. Məsələn, Xanyusif, Xanəhməd, Xanməhəmməd,
Xanqulu, Xangəldi, Xanverdi, Xanəli, Xanməqam...; Məhəm-
mədxan, Qədimxan, Nurxan, Törəxan, Vəlixan, Mirxan, İs-
mixan, Xocaxan, Camoxan, Doluxan, Uluxan, Babaxan, Tur-
xan, Muradxan...
Язизхан Танрыверди
54
İslam dini ilə bağlı antroponimlər: Aşur, Əli, Məhəmməd,
Mehdi, Cənnət, İsmayıl, Əhməd, Nəbi və s.
Təbiətlə bağlı olan antroponimlər: Ayaz, Qarlı, Qarayaz,
Qaryağdı, Boran, Qargəldi, Duman, Şahboran və s. Bu tip an-
troponimik vahidlərin əksəriyyətinin apelyativi türk mənşəlidir.
Heyvan adları əsasında formalaşan metaforik antroponim-
lər: Arslan//Aslan, Buğa, Öküz, Quzu, Qaraöküz, Ceyran,
Doğan (qartal), Şahin, Laçın, ...
Müsbət emosiyalarla bağlı olan antroponimlər: Xanverdi,
Xangəldi, Adıgözəl, Sevindik, Sevdim, Uğur, Gözüm, Gözəl,
Dilək.
Qiymətli daş-qaş adları əsasında yaranan antroponimlər:
Gümüş, Almas...
Təxəllüs əsasında yaranan əsl şəxs adları: Füzuli (Füzuli
Süleyman oğlu). ―Dəftər‖də bu cür adlar yox dərəcəsindədir.
XVIII əsr Azərbaycan şəxs adları sistemində Məhəmməd Füzu-
linin təxəllüsü əsasında şəxs adının yaranması tarixi antro-
ponimikamız baxımından maraq doğurur.
―Dəftər‖dəki antroponimik vahidlərin bir qismi həm də
toponim funksiyasındadır. Məsələn, Yolqulu-Yolqulu kəndi,
Baydar-Baydar nahiyəsi, Qaraöküz-Qaraöküz qışlağı, Yüzbaşı-
Yüzbaşı oğlu Vəli ağa qışlağı və s.
Aydın, Elxan, Qorxmaz, Gülüş kimi adların məişətimizə
C.Cabbarlının pyeslərindən daxil olması, Samur adının ―Sa-
mur-Dəvəçi‖ kanalının çəkilişi ilə bağlılığı, Babək adının əsl
şəxs adı kimi yalnız Sovet hakimiyyəti illərində işlənməyə baş-
lanması Azərbaycan onomalogiyasında xüsusi olaraq vurğu-
lanıb. Nümunə olaraq Osman Mirzəyevin fikirlərini təqdim edi-
rik: ―Aydın adı Türkiyədə çoxdan məşhurdur. Lakin Azərbay-
can məişətinə onu ilk dəfə C.Cabbarlı gətirib‖ (122-19), ―Elxa-
nilər Azərbaycanda güclü dövlət yaratmışdılar. Lakin bununla
belə daşıdıqları titul ada çevrilmədi, öz şan-şöhrəti ilə heç kəsi
ilhamlandırmadı. C.Cabbarlının yaratdığı xilafət və xurafat düş-
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
55
məni el əsgəri və sərkərdəsi Elxan isə sevildi. Onun adı tezliklə
Azərbaycanda ən çox yayılmış, bu gün də ən çox qoyulan ad-
lardan birinə çevrildi‖ (122-72-73), ―...tanıdığımız Samurlar
otuzuncu illərin sonunda, Böyük Vətən müharibəsi ərəfəsində
dünyaya gəlib. Bu isə o zaman idi ki, Samur çayından Samur-
Dəvəçi kanalı çəkilirdi... Böyük ictimai hadisə şəxs adlarına
təsir etməyə bilməzdi‖ (122-195), ―Nə qəhrəman Babəkdən
əvvəl, nə də ondan min il sonra bu ada azərbaycanlılar arasında
rast gəlmirik. İgid Babəkimizin adını məscidlər, müctəhidlər
əsrlər boyu xalqdan gizlətmişlər. Yalnız Sovet hakimiyyəti
illərində alimlərimiz, ədiblərimiz, incəsənət ustalarımız qəhrə-
manı öz elinə tanıtdırıb, sevdirmişlər‖ (122-38) və s. Müəllifin
izahları qeyd olunan antroponimlərin XX əsrin 20-ci illərindən
sonra yarandığını göstərir. ―Tiflis əyalətinin müfəssəl dəftəri‖
isə Osman Mirzəyevin fikirlərinin qeyri-dəqiq olduğunu təsdiq-
ləyir. Belə ki, həmin mənbənin 67-ci səhifəsində Aydın (Əli
Aydın oğlu), 29-cu səhifəsində Elxan (Nəbi Elxan oğlu), 55-ci
səhifəsində Qorxmaz (Səid Qorxmaz oğlu), 100-cü səhifəsində
Gülüş (Gülüş Dürmüş oğlu), 155-ci səhifəsində Samur (Samur
Dilənçi oğlu), 35-ci səhifəsində Babək (Əli Babək oğlu)
antroponimi işlədilmişdir. Bu faktlar bir daha təsdiq edir ki,
haqqında bəhs etdiyimiz şəxs adlarının Azərbaycan antropo-
nimləri sistemində işlənmə tarixi ən azı XVII yüzilliklə bağ-
lıdır.
―Dəftər‖dəki antroponimləri quruluşuna görə 3 istiqamət-
də sistemləşdirmək olar: sadə quruluşlu antroponimlər (Aydın,
Bayram, Ceyran, Öküz...), düzəltmə antroponimlər (Sabunçu,
Topçu, Dəmirçi, Köçəri, Çıraqlı, Mehmanlı, Ələmdar, Bəşiri,
Şikari...), mürəkkəb quruluşlu antroponimlər (Atlıxan, Tanrı-
verdi, Babaqoca, Gündoğdu, Yeldəmir, Qaraöküz, Qaraayaz,
Ocaqqulu...). ―Dəftər‖də düzəltmə quruluşlu antroponimlər sa-
də və mürəkkəb quruluşlu antroponimlərə nisbətən az müşahidə
edilir. Əlavə edək ki, mürəkkəb quruluşlu antroponimlər
Язизхан Танрыверди
56
sistemində tanrı, qulu və pir komponentli vahidlər üstünlük
təşkil edir. Məsələn, tanrı (Tanrıverən, Tanrıverdi, Tanrıvermiş,
Tanrıqulu...), qulu (Allahqulu, Ocaqqulu, Əliqulu, Bayramqulu
...), pir (Piri, Pirverdi, Pirbudaq, Pirağa, Pirəli ...).
Təqdim etdiyimiz tezislər ―Tiflis əyalətinin müfəssəl dəf-
təri‖ndə işlədilmiş antroponimlərin kompleks şəkildə tədqiqata
cəlb edilməsinin vacibliyini bir daha təsdiqləyir.
“Dəftəri-müfəssəli-əyaləti-Tiflis”dəki
antroponimlərin XIX əsrə qədərki Azərbaycan
ədəbiyyatında işlənən antroponimlərlə bağlılığı
“Dəftəri-müfəssəli-əyaləti-Tiflis‖də işlənən antroponimlə-
rin tarixi-linqvistik prizmadan tədqiqi təkcə dilçilik deyil, həm
də ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və s. baxımından
əhəmiyyətlidir. ―Dəftər‖dəki antroponimlərin motivləşmə me-
yarları, leksik-semantik qrupları, morfoloji və sintaktik xü-
susiyyətləri barədə müəyyən fikirlər söylənilsə də (Bax: Ə.Tan-
rıverdi. “Dəftəri-müfəssəli-əyaləti-Tiflis‖də antroponimlər.
Onomastika, I. Bakı, 2004, s.5-10), onların XIX əsrə qədərki
Azərbaycan ədəbiyyatında işlənən antroponimlərlə bağlılığı,
demək olar ki, öyrənilməyib. Heç şübhəsiz ki, belə bir istiqa-
mətdə araşdırmanın aparılması tarixi antroponimiya və ədəbiy-
yatşünaslıq baxımından bir sıra maraqlı cəhətləri aşkarlaya
bilər.
“Dəftər‖dəki antroponimləri XIX əsrə qədərki Azərbay-
can ədəbiyyatında işlənən antroponimlərlə müqayisəli şəkildə
tədqiq etməzdən əvvəl, XVI əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi Məhəmməd Füzulinin təxəllüsünün
“Dəftər‖də əsl şəxs adı kimi işlənməsindən bəhs etmək lazım
gəlir. Çünki tədqiqatçılar ―Füzuli‖ təxəllüsünün şəxs adına
çevrilməsini daha çox XX yüzilliklə bağlayırlar. Məsələn,
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
57
O.Mirzəyev yazır: ―...Onun təxəllüsünün geniş yayılmış oğlan
adına çevrilməsi isə, əsasən, son onilliklərin hadisəsidir, birinci
növbədə, şairin 400 illik yubileyinin keçirilməsi ilə əlaqədar-
dır‖. “Dəftər‖də rast gəlinən ―Füzuli Süleyman oğlu‖ antropo-
nimik modelindəki ―Füzuli‖ adı isə təsdiq edir ki, Füzuli təxəl-
lüsü ən azı XVIII yüzillikdə əsl şəxs adına çevrilib. Bu da Fü-
zuli təxəllüsü əsasında əsl şəxs adının yaranmasını XX yü-
zilliklə, dəqiq desək, onun 400 illik yubileyinin keçirilməsi ilə
bağlayan tədqiqatçıların qənaətlərinin düzgün olmadığını
təsdiqləyir. Burada O.Mirzəyevin başqa bir fikrini də xatırlat-
maq yerinə düşür: ―Mehman. Farsca ―qonaq‖ deməkdir. İkihe-
calı olduğundan və samitlə bitdiyindən oğlanlara verilir. Nisbə-
tən cavandır. Əsasən, Süleyman Rəhimovun eyniadlı povestin-
dən sonra yaranmışdır‖ (122-139). “Dəftər‖də Əli Mehman
oğlu, Vəli Mehman oğlu və s. kimi antroponimik modellərə rast
gəlinir. Bu fakt, bir tərəfdən, O.Mirzəyevin fikirlərinin qeyri-
dəqiq olduğunu göstərirsə, digər tərəfdən, ―Mehman‖ an-
troponimik vahidinin ən azı XVII-XVIII əsrlərdə yarandığını
təsdiq edir.
―Kitabi-Dədə Qorqud‖dakı antroponimik modellərə daxil
olan bir sıra adlar ―Dəftər‖də eynilə işlənib: Dədə Qorqud -
Qorqud Mirzə oğlu, Ulaş oğlu Salur Qazan – Bədirxan Qazan
oğlu, Baybörə oğlu Bamsı Beyrək – Bamsı Çayam oğlu, Qara-
günə oğlu Qarabudaq – Pirməhəmməd Qaragünə oğlu, Bayındır
xan – Durmuş Bayındır oğlu və s. ―Kitab‖dakı şəxs adlarının
bir qisminin ―Dəftər‖də eynilə işlənməsi ənənəvilik, tarixilik,
xüsusən də soykökə dərindən bağlılığın göstəricisi kimi çıxış
edir.
Nizami Gəncəvinin poemalarında işlənən İskəndər, Bəh-
ram, Fərhad, Məcnun, Şəkər və s. ―Dəftər‖də daha çox müşahi-
də olunan adlar sırasındadır. Məsələn, Əli İskəndər oğlu, Bəh-
ram Əli oğlu, Əli Fərhad oğlu, Balaxan Məcnun oğlu, Əhməd
Şəkər oğlu... Hətta ―Dəftər‖də elə antroponimik modellərə rast
Язизхан Танрыверди
58
gəlinir ki, onların tərkibində işlənən vahidlər Nizaminin ayrı-
ayrı obrazları ilə səsləşir. Məsələn, ―Fərhad Məcnun oğlu‖
antroponimik modelindəki Fərhad və Məcnun adları Nizaminin
―Xosrov və Şirin‖, ―Leyli və Məcnun‖ poemaları ilə bağlıdır.
Bu da böyük şairə hörmət və məhəbbətin ifadəsi kimi onun
əsərlərindəki bəzi antroponimlərin eyni antroponimik modeldə
təzahürü, etnoqrafiyamıza transformasiyasıdır.
Məsihinin ―Vərqa və Gülşa‖ (1628-1629) poemasındakı
―Vərqa‖ antroponimi ―Dəftər‖də fonetik tərkibcə dəyişilmiş
şəkildədir. Konkret desək, Vərğa formasındadır: Məhəmməd
Vərğa oğlu. Ərəb mənşəli çölgöyərçini anlamlı ―Vərqa‖ müasir
antroponimikamızda müşahidə olunmur.
“Dəftəri-müfəssəli-əyaləti-Tiflis‖dəki antroponimik va-
hidlərin bir qisminin XIX əsrə qədərki Azərbaycan ədəbiyya-
tında işlənən antroponimlərlə səsləşməsi tarixiliklə müasirliyin
sintezi, Azərbaycan (türk) mədəniyyətinin zənginliyidir.
“Buğa” leksemli antroponimlər
Türk xalqlarının dili, tarixi, etnoqrafiya və psixologiyasını
yaşadan antroponimik və toponimik vahidlər sistemində heyvan
anlamlı ―buğa‖ vahidi əsasında motivləşən adlar xüsusi yer
tutur. Məsələn, antroponimik vahidlər sistemində Bukambay
(qırğız dilində), Altınboğa (qazax dilində); toponimlər sis-
temində Buqabaşevo, Buqanan, Buqarla (başqırd dilində), Bu-
kaklu Tuu, Bukaku köl (Altay dilində), Buğaölən qaya, Buğa
dərəsi, Buğadaş, Qarabuğa dağı (Azərbaycan dilində). Bu sis-
temə IX əsrə aid tarixi mənbələrdəki ―Buğa‖, eləcə də ―Kitabi-
Dədə Qorqud‖dakı ―Buğac‖ adlarını da əlavə etmək olar.
A.Şayxulov ―buğa‖ apelyativi və onun əsasında motivlə-
şən onomastik vahidləri Altay dilləri üçün ümumi vahid hesab
edir (195 - 155).
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
59
―Buğa‖ leksik vahidinin antroponim kimi motivləşməsi,
bir tərəfdən, türk etnoqrafiyası ilə bağlıdırsa, digər tərəfdən,
semantikasında igidlik, güclülük kimi keyfiyyətlər ifadə
etməsidir.
―Kitabi-Dədə Qorqud‖ dastanında ―buğa‖ sözünün ―Bu-
qac‖ antroponiminə çevrilməsi Dədə Qorqudun dili ilə belə ifa-
də edilir: ―...Bayandır xanıŋ, ağ meydanında bu oğlan cəng
etmişdür. Bir buğa öldürmüş səniŋ oğlıŋ, adı Buğac olsun. Adı-
nı bən verdüm, yaşını allah versün, - dedi‖ (103 – 36). Görün-
düyü kimi, ―buğac‖ leksik vahidinin igidlik rəmzi kimi ―Bu-
ğac‖ antroponiminə çevrilməsini sübut etməyə ehtiyac yoxdur.
Rus antroponimikasında yüzlərlə türk mənşəli antroponi-
mik vahidin olması məlumdur. Puqaçov (tarixi denotatı Rusi-
yada III kəndli müharibəsinin (1773-1775) başçısı kazak
Yemelyan Puqaçov) antroponiminin də türk mənşəli, ―Buğac‖
antroponimik vahidinin formaca – fonetik tərkibcə (b-p, ğ-q, c-
ç) dəyişmiş variantı olduğunu ehtimal etmək olar.
Yazılı mənbələrdəki türk mənşəli
antroponimlərə dair
Duman. Məlum olduğu kimi, ―duman‖ leksik vahidi dili-
mizdə ―tutqun hava kütləsi‖, ―tüstü‖, ―toz‖ və s.-in havaya
qalxmasından hasil olan tutqunluq həqiqi mənaları ilə yanaşı,
bir şeyi örtən pərdə, örtü; üzdə, gözdə kədər, qəmginlik, hüzn
əlaməti; aydın olmayan vəziyyət, qeyri-müəyyənlik, anlaşıl-
mazlıq, qaranlıq kimi məcazi mənalarda da işlənir (14 – 161).
Bu leksik vahidin şəxs adı kimi motivləşməsi barədə müxtəlif
fikirlər vardır. N.A.Baskakov yazır: ―Фамилия Туманских, -
как значится их родословной, - происходит из польского
шляхтетства. По своему составу фамилия Туманский,
складывается из основы tuman+суффикс, образующий, фа-
милии, -ск, -ий» (32 – 199). Sonra isə müəllif L.Budaqovun
Язизхан Танрыверди
60
lüğətində ―tuman‖ sözünün «мрак», «штаны», «шаровары»,
«темник», «начальник» mənalarında işləndiyini göstərir və
«Туманский» antroponiminin qeyd olunan məna variantların-
dan geyim anlamlı ―tuman‖ sözü ilə bağlı olduğunu əsaslandır-
mağa çalışır: «Фамилия Туманский могла произойти из
последнего значения: сначала название профессии, затем
прозвище и наконец, с присоединением суффикса –ск, -ий
– фамилия Туманский» (32 – 199).
O.Mirzəyev isə ―Duman‖ antroponiminin yaranmasını tə-
sadüflə bağlayır: ―İlk adlar, əlbəttə, son dərəcə sadə, bəsit ol-
muşdur. Uşaq dünyaya gələndə ata-ananın nəzərini nə cəlb
edibsə, elə onu da övladına ad seçib; Duman, Bulud, Tufan,
Budaq, Dəmir, Qaya, Qaryağdı...‖ (122 – 277).
N.A.Baskakovun ―Duman‖ antroponimini peşə və peşə
əsasında formalaşan ləqəblə əlaqələndirməsinin məntiqi əsası
yoxdur. Çünki həmin antroponim rus antroponimikasına
apelyativ kimi yox, məhz antroponim kimi türk dilləri vasitəsi
ilə daxil olmuşdur, digər tərəfdən, türk xalqlarında geyim an-
lamlı ―tuman‖ sözünün kişi adı kimi motivləşməsi, türk xarak-
teri, türk psixologiyası və türk mənəviyyatı ilə daban-dabana
ziddir.
O.Mirzəyevin ―uşaq dünyaya gələndə ata-ananın nəzərini
nə cəlb edibsə, elə onu da övladına ad seçib‖... fikri də inandı-
rıcı deyildir. Ona görə ki, müəllifin qeyd etdiyi adların əksəriy-
yəti təsadüf nəticəsində yox, arzu və istəklə bağlı olaraq
yaranmışdır.
―Oğuznamə‖də Tuman (Duman) adının verilmə səbəbi
Dədə Qorqudun dili ilə belə izah edilir: ―Duman qaranlıq olsa
da, otlar üçün çox faydalı olan nəmlik zamanı yaranır. Bu uşa-
ğın atasının ölümüylə xalqın könlü qəmlə dolmuş, ətrafı duman
almış və qaranlıq bürümüşdü. Ancaq ümid edə bilərik ki, bunlar
keçəcək, günəş doğub dünyaya bir yenilik gətirəcək, otlar
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
61
çoxalacaq və hamının işi düzələcəkdir. Bu səbəbdən ona bu adı
qoyduq‖ (165 – 43).
Folklorumuzda dumanın yenilik, təzəlik, xeyir-bərəkət
rəmzi kimi işlənməsinə aid nümunələr çoxdur. Məsələn:
Duman, gəl-get bu dağlardan,
Dağlar təzə bar eyləsin...
(Abbas Tufarqanlı)
Yaxud:
Dağlar duman arzular,
Çaylar çimən arzular,
Mənim bu sınıq könlüm
Sənu yaman arzular.
(Azərbaycan bayatıları)
B.Abdullayev göstərir ki, ilk əməkçi insanlar təbiətin ob-
yektiv qanunauyğunluqlarını düzgün qavramaqda çətinlik çək-
diklərindən yalnız müşahidələrə sığınmalı olmuşlar. Müəllif be-
lə müşahidələr əsasında yaranmış folklor nümunələri sırasında
―Qış dumanı qar gətirər, yaz dumanı bar‖ ifadəsini də verir.
F.Rəşidəddindən və folklordan gətirdiyimiz nümunələrə
əsasən deyə bilərik ki, ―duman‖ leksik vahidinin antroponim ki-
mi motivləşməsində yenilik, təzəlik, xeyir-bərəkət kimi key-
fiyyətlər əsas olmuşdur.
Dostları ilə paylaş: |