Minbaşı. Antroponimikamızda az müşahidə olunur.
―Minbaşı‖ titulu (Səfəvilər dövründə yaranan tituldur) əsasında
yaranan bu antroponimin apelyativi titul kimi arxaikləşmişdir.
Lakin titul yaradıcılığında iştirak edən say anlamlı ‖min‖ və
çoxmənalı ―baş‖ sözləri müasir ədəbi dilimizin lüğət tərkibində
işlənməkdədir.
Oqtay. Apelyativi barədə müxtəlif fikirlər vardır. O.Mir-
zəyev göstərir ki, qədim türk dilində ―oq‖ və ―tay‖ sözlərinin
birləşməsi ―həmnəsil‖, ―nəsildaş‖, ―eloğlu‖ mənasını verir
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
95
(122-175). B.Abdullayev araşdırmalarda ―Oqtay‖ antroponimi-
nin ―ağ dayça‖, ―hakim‖, ―hökmdar‖ kimi izah edildiyini göstə-
rir (4-43). T.Hacıyev ―oq‖ sözünü ―doğma ana‖, ―tay‖ sözünü
isə ―yoldaş‖ və ―kimi‖ mənalarında izah edir (173-278).
Göründüyü kimi, ―Oqtay‖ antroponiminin apelyativinə
müxtəlif istiqamətlərdən yanaşılmış və türk mənşəli vahid kimi
izah edilmişdir. ―Oqtay‖ antroponimindəki ―oq‖ və ―tay‖
vahidləri müasir ədəbi dilimiz baxımından arxaik sözlər hesab
edilir. Əlavə edək ki, ―tay‖ sözü ―tay-tuş‖, ―tay olmaq‖ kimi
ifadələrdə qorunmaqdadır.
Ozan. Antroponimikamızda az təsadüf olunan vahidlər-
dəndir. Apelyativi müasir ədəbi dildə işlənmir. ―Ozan‖ apelya-
tivi dilimizdə vaxtilə işlənmiş arxaik ―şaman‖, ―yanşaq‖ və
müasir ədəbi dilimizdəki ―aşıq‖ sözlərinin sinonimidir.
Tamerlan. Hibrid antroponimdir. ―Tamer‖ sözü ―dəmir‖
sözünün türk dillərində işlənən qədim forması ilə səsləşir.
―Teymur‖ antroponimindəki ―teymur‖ apelyativi də ―dəmir‖
sözünün qədim və müasir türk dillərində işlədilən forması olub,
temir-teymur-dəmir kimi dəyişilmişdir‖ (4-51). ―Lan‖ isə fars
mənşəli topal, axsaq anlamlı ―ləng‖ sözünün fonetik tərkibcə
dəyişmiş variantıdır. ―Tamerlan‖ – Teymurləng, Topal Teymur
kimi izah olunmalıdır. Çünki Teymur tarixi şəxsiyyət olsa da,
―Teymurləng‖ ləqəbi ilə tanınmışdır. Deməli, ―Tamerlan‖
antroponimi ―Teymurləng‖ antroponimi əsasında yaranıb,
semantikasında igidlik motivini əks etdirir.
Aydındır ki, ―Tamer‖, ―Teymur‖, ―Dəmir‖ kimi antropo-
nimlərin əsasında bərk metal adı ifadə edən vahid durur. Həmin
söz əsasında yaranmış antroponimik vahidlər qazax (Temurtas,
Temirxan və s.), başqırd (Timertaş), özbək (Oytemir), qırğız
(Temirbek, Temirxan) və başqa türk xalqları antroponimikasın-
da işləndiyi kimi, gürcü (Temuri) və rus (Timur, Timur-Kutluq,
Timuryazev) (34-274-275) antroponimikasında da işlənməkdə-
dir.
Язизхан Танрыверди
96
Tanrıverdi, Tarverdi. Mürəkkəb quruluşlu bu antropo-
nimlərin birinci komponenti ―tanrı‖ və həmin sözün fonetik tər-
kibcə dəyişmiş variantı olan ―tarı‖ allah anlamlı arxaik sözdür.
Həmin antroponimlərdəki ―ver+di‖ vahidi isə müasir ədəbi
dilimizdə eynilə işlənməkdədir.
Tarxan. Qədim türk dilində bəy, feodal, imtiyazlı silk
mənalarında işlənib. Müasir ədəbi dilimizdə mühafizə olunmur.
Timurçin. Bu antroponimdəki ―timur‖ sözü müasir ədəbi
dilimizdə ―dəmir‖ şəklində işlənir. ―Çin‖ isə igid mənalı vahid
olub, ədəbi dilimizdə arxaikləşmişdir.
Tokay. ―Tokay vuran, toxunan kişi, ər‖ (8a–275) kimi
izah edilmişdir. Ədəbi dilimizdə vur, döy anlamlı ―tok‖, ―tokı‖
feli toqquş, toqquşma sözlərində mühafizə olunmuşdur. ―Ay‖
ünsürü isə ―adam‖, ―insan‖ anlamlı olub, müasir ədəbi dilimiz-
də arxaikləşmişdir.
Tural. Apelyativini təşkil edən vahidlər müasir ədəbi
dildə işlənsə də (tur//durmaq/+al//almaq) – fel+fel), leksik və
morfoloji cəhətdən analitik qavranmır (173-278). Ona görə də
apelyativi arxaikləşən vahidlər sırasına daxil etmişik.
Topçubaşı. Antroponimikamızda əsl şəxs adı kimi az
işlənir, daha çox familiyalarımızda müşahidə edilir. Məsələn,
Topçubaşov. Bu antroponimin apelyativi titul kimi arxaikləşsə
də, həmin titulu təşkil edən ―top, topçu‖ və ―baş‖ sözləri müasir
ədəbi dilimizdə eynilə işlənməkdədir.
Umud, Umur. Hər iki antroponimin apelyativini təşkil
edən ―ummaq‖ feli daha çox danışıq dilində və dialektlərimizdə
müşahidə olunur.
Xaqan. Apelyativi müasir ədəbi dildə işlənmir. Xan, ha-
kim anlamlı titul kimi qədim türk dilində işlənmişdir. Orxon-
Yenisey abidələrində ―kağan‖ fonetik variantında müşahidə
edilir (115-6). Xaqani (XI əsr Azərbaycan şairi Əfzələddin
Xaqani) təxəllüsünün ―xaqan‖ hissəsi də qeyd etdiyimiz titulla
bağlıdır (4-56).
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
97
Xəzər. Hidronimik vahidlər əsasında yaranan antropo-
nimlər sırasına daxildir. Tədqiqatlarda ―Xəzər‖ hidroniminin
etnonim əsasında yarandığı göstərilir (69a–31-32), (84-7),
(190-16). ―Xəzər‖ apelyativ kimi ədəbi dilimizdə işlənmir.
Çingiz. ―Dəniz‖ sözünün qədim fonetik şəkli ―tenqiz‖,
ondan da qədimi ―çingiz‖ olmuşdur (173-279). ―Dəniz‖ sözü-
nün ən qədim forması olan ―Çingiz‖ sözü müasir ədəbi dilimiz-
də ―dəniz‖ anlamlı leksik vahid kimi qavranmadığından apelya-
tivi arxaikləşən vahidlər sırasında izah etmişik.
Apelyativi arxaikləşən qadın adları
Ağabacı. ―Ağa‖ titulu arxaikləşmiş, bacı apelyativi isə
müasir ədəbi dilimizdə eynilə işlənməkdədir. Ağa titulu kişi
adlarının yaranmasında daha çox iştirak etmişdir.
Bəyim. Apelyativi bəy qadını, bəy arvadı, bəy qızı kimi
izah edilir. Müasir ədəbi dilimizdə arxaikləşmişdir. Antropo-
nimikamızda Ağabəyim, Bəyimxanım, Bəyimbacı kimi antro-
ponimlərin tərkibində işlənməkdədir.
Gərəkməz. Bu antroponim qız lazım deyil, gərək deyil
mənasındadır. ―Gərəkməz‖ antroponimindəki ―gərək‖ sözü mü-
asir ədəbi dilimizdə ədat kimi, -məz
2
şəkilçisi isə müzarenin
inkarı kimi işlənməkdədir. Lakin ədəbi dilimizdə müzarenin
inkarı ―gərək‖ ədatının sonunda işlənmir və bu funksiya gərək
deyil, gərək olmaz kimi analitik formalarla ifadə olunur.
Oysandıq. Antroponimlərimizlə bağlı nəşr olunan lüğət-
lərdə qeydə alınmayıb. Dialektlərimizdə (qərb qrupunda) mü-
şahidə olunur. Qız uşağının arzulanmaması ilə bağlı olaraq
yaranan Qızqayıt, Qızbəs, Yetər və s. kimi antroponimlərlə bir
sistemə daxildir. Oysandıq – yəni qorxduq,vahiməyə düşdük
mənasındadır. ―Oysanmaq‖ vahidi ədəbi dilimizdə deyil, yalnız
dialekt və şivələrdə müşahidə olunan arxaik vahidlərdəndir.
Язизхан Танрыверди
98
Tomris. Apelyativi müasir ədəbi dilimizdə işlən-
mir. ‖Tomris‖ antroponimi həyat verən, nəsil artıran, bərəkət
gətirən mənalarında izah edilmişdir (122–221).
Tuğra. Apelyativi qədim türk dilində əmrlərin, rəsmi
sənədlərin əvvəlindəki monoqram və ya xətt mənasında
işlənmiş (4-53), müasir ədəbi dilimizdə isə arxaikləşmişdir.
Taybəs. Antroponimikamızda az müşahidə olunan ad-
lardandır. Qız uşağının çox istənilməməsi, çox arzulanmaması
ilə bağlı olaraq motivləşən adlar sırasına daxildir. Taybəs, yəni
daha bəsdir, daha qız uşağı olmasın mənasını verir. ―Bəs‖ sözü
ədəbi dilimizdə, daha anlamlı ―tay‖ sözü isə danışıq dili və
dialektlərimizdə işlənir.
Usandıq. Qız uşağının doğulması çox arzulanmayan
ailələrdə verilən xarakterik adlardandır. ―Usandıq‖ apelyativi
yorulduq, bezdik, cana doyduq, zara gəldik mənalarını bildirir.
Həmin anlamlı ―usanmaq‖ vahidi ədəbi dilimiz baxımından
arxaik hesab olunur.
Xanım. ―Xan qadını‖ mənasında izah edilən ―xanım‖
titulu müasir ədəbi dilimizdə yalnız hörmət mənasında işlənir
və həmin mənada da təklikdə, eləcə də digər vahidlərlə birlikdə
qadın adlarımızın yaranmasında fəal iştirak etmişdir. Məsələn,
Xanım, Ayxanım, Anaxanım, Balaxanım, Balacaxanım,
Başxanım, Bəyimxanım, Bircəxanım, Böyükxanım və s.
Xatın. Qədim türk dilində qadın, xanım, arvad mənasında
işlənmişdir. Müasir ədəbi dilimizdə işlənməsə də, dialektlə-
rimizdə qadın, arvad, adam mənasında ―xatınşı‖ kimi işlənmək-
dədir. Məsələn, ―Doqqazda xatınşılar döyüşür (86-23).
Apelyativi arxaikləşən antroponimlərin təhlili göstərdi ki,
kişi adlarının apelyativi funksiyasında iştirak edən aqşin (böyük
qurd), alp (igid), baxşı (―bax‖, baq teoniminin fonetik variantı;
―şı‖ insan anlamlı vahid), qur (dağ), domrul (həyat verən, nəsil
artıran), çin (güc, qüdrət), təkin (şahzadə), ər (igid, kişi),
yüzbaşı (titul), gəray (qeyri-adi dərəcədə güclü adam), minbaşı
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
99
(titul), ozan (aşıq), oqtay (oq – doğma, ana, tay –yoldaş, kimi),
tanrı (allah), topçubaşı (titul), tok (vur, döy), xaqan (şahzadə)
və s. qadın adlarının apelyativi funksiyasında iştirak edən
bəyim (bəy qadını), gərəkməz (gərək olmaz, gərək deyil), bikə
(ərə getməmiş qız), oysanmaq (qorxmaq), tomris (həyat verən,
nəsil artıran), usanmaq (yorulmaq, bezmək) və s. vahidlər
müasir ədəbi dilimizin lüğət tərkibində işlənmir.
Apelyativi müasir ədəbi dildə
işlənən antroponimlər
Dilimizdəki antroponimlərin, demək olar ki, hamısı apel-
yativ mənalı leksik vahidlərdir. Məsələn, əlvan sözünün apelya-
tiv mənası cürbəcür rəngdə olan rəngarəng, rəngbərəng, ala-
bəzək deməkdirsə, onomastik mənası antroponim kimi işlən-
məsidir (60-197-198).
Azərbaycan antroponimik vahidlər sistemindəki türk
mənşəli antroponimlərin bir hissəsinin apelyativi arxaikləşmiş-
dirsə də, bir hissəsinin apelyativi eynilə müasir ədəbi dilimizin
lüğət tərkibində işlənməkdədir. Belə antroponimlər apelyativi
arxaikləşən antroponimlərə nisbətdə çoxluq təşkil edir. Bu da
ədəbi dilimizin leksikasında türk mənşəli vahidlərin, xüsusilə
ad bildirən sözlərin nisbətən az arxaikləşməsi ilə bağlıdır.
Apelyativi müasir ədəbi dildə işlənən türk mənşəli antroponim-
ləri, həmçinin türk təfəkkürü ilə yaradılan və tərkibindəki
sözlərdən biri türk mənşəli olan hibrid antroponimləri aşağıdakı
kimi sistemləşdirmək olar:
Язизхан Танрыверди
100
Apelyativi müasir ədəbi dildə
işlənən kişi adları
Kişi adları Apelyativi
Adıbala
Adıgözəl
Adışirin
Ayaz
Aydın
Aydəmir
Aytoğmış
Alay
Alqış
Alov
Allahverdi
Apaydın
Arıx//Arıq
Arslan//Aslan
Ata
Atababa
Atabala
Atakişi
Atalar
Atam
Atamoğlan
Baba
Babaverdi
Babakişi
Babaş
Bayram
ad (-ı) + bala
ad (-ı) + gözəl
ad (-ı) + şirin (fars)
ayaz
aydın
ay+dəmir
ay+toğmış (doğ+muş)
alay
alqış
alov
allah (ərəb) + ver+di
aydın– a+p+aydın
arıq
aslan
ata
ata+baba
ata+bala
ata+kişi
ata+lar
ata+m
ata+m+oğlan
baba
(qədim türk dilində ―ata‖ məna-
sında, müasir ədəbi dilimizdə isə ―atanın
və ya ananın atası‖ mənasında işlənir.
Qədim mənasında yalnız qərb dialektin-
də və Türkiyə türkcəsində işlənir)
baba+ver+di
baba+kişi
baba+ş
bayram
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
101
Bala
Balaqardaş
Baladayı
Baladadaş
Baloğlan
Balaş
Boran
Böyük
Böyükkişi
Buğa
Bulud
Verdi
Vurğun
Qayıt
Qayıtmaz
Qardaş
Qaryağdı
Qartal
Qılınc
Qorxmaz
Qoca
Qoşun
Dağlar
Dadaş
Dadaşbala
Dayandur (müştərək)
Dalğın
Daşqın
Daşdəmir
Dəmir
Dəmirçi
bala
bala+qardaş
bala+dayı
bala+dadaş
bal (bala –a səsi düşüb)+oğlan
bala+ş
boran
böyü+k
böyü+k+kişi
buğa
bulud
ver(mək)+di
vur(maq)+ğun
qayıt (maq)
qayıt(maq)+maz
2
– müzarenin
inkarı
qardaş
qar+yağ(maq)+dı
qartal
qılınc
qorx(maq)+maz
2
– müzarenin
inkarı
qoca
qoşun
dağ+lar
dadaş
dadaş+bala
dayan(maq)+dur(maq)
dal(maq)+ğın
daş(maq)+qın
daş+dəmir
dəmir
dəmir+çi
Язизхан Танрыверди
102
Dəniz
Dönməz
Dönüş
Durasan
Durmuş
Dursun
Düşəri
Elbir
Eldəniz
Eldost
Elyanar
Elkömək
Elgün
Elsevər
Elnur
Eloğlu
Elşən
Ərtac
İgid
İldırım
İlkin
Yaylaq
Yalçın
Yanar
Yaraşıq
Yaşar
Yenilməz
Yetkin
Yoldaş
Yolçu
Yüksəl
Köçəri
Göyüş
dəniz
dön(mək)+məz
dön(mək)+üş
dur(maq)+a+san
dur(maq)+muş
dur(maq)+sun
düş(mək)+ər+i
el+bir
el+dəniz
el+dost (fars)
el+yan(maq)+ar
el+kömək
el+gün
el+sev(mək)+ər
el+nur (ərəb)
el+oğul+u
el+şən (ərəb)
ər+tac (fars)
igid
ildırım
ilkin
yay+laq
yalç+ın
yan(maq)+ar
yaraş(maq)+ıq
yaş+a(maq)+ar
yenil(mək)+məz
yet(mək)+kin
yol+daş
yol+çu
yüksəl(mək)
köç(mək)+ər+i
göy+üş
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
103
Gursel
Güvəndik
Güləş
Gün
Gündüz
Gümüş
Laçın
(müştərək adlar
sırasına daxildir)
Minyaşar
Oğul
Ocaqverdi
Ötkəm
Özdəmir
Payız
Satılmış
Sevdik
Sevindik
Sevdimalı
Sönməz
Tapdıq
Tərlan (müştərək addır)
Tutar
Uğur
Ucal
Coşqun
Şiraslan
gur+sel
güvən(mək)+di+k
güləş
gün
gündüz
gümüş
laçın
min+yaş+a(maq)+ar
oğul
ocaq+ver(mək)+di
ötkəm
öz+dəmir
payız
sat(maq)+ıl+mış
sev(mək)+di+k
sev(mək)+in+di+k
sev(mək)+di+m+alı
(əli -
ərəb)
sön(mək)+məz
tap(maq)+dı+q
tərlan
tut(maq)+ar
uğur
uca+l (maq)
coş (maq) +qun
şir (fars) + aslan
Yuxarıdakı cədvəllərə Bayraməli, Dursunəli, Əliyoldaş,
Əlibala, Əlibaba, Hüseynbala kimi kişi adlarını daxil etməmi-
şik. Çünki mürəkkəb quruluşlu həmin antroponimlərdəki türk
mənşəli vahidlər həm antroponimik, həm də apelyativ vahid
Язизхан Танрыверди
104
kimi müasir ədəbi dilimizdə işlənsə də, ərəb mənşəli vahidlər
yalnız antroponim kimi işlənir. Elə ona görə də qeyd olunan tip
hibrid antroponimlərin yalnız türk mənşəli hissəsi apelyativ
kimi cədvəllərə daxil edilmişdir (Sevdimalı antroponimi istisna
olunmaqla).
Kişi adlarının yaranmasında iştirak edən apelyativlər,
əsasən, müsbət motivli, igidlik çalarlı vahidlərdir. Cədvəllərdə
verdiyimiz, həmçinin antroponim kimi arxaikləşən vahidlərin
apelyativi və müasir ədəbi dilimizdə arxaik hesab olunan, lakin
antroponimlərdə mühafizə olunan apelyativlərin antroponim
yaradıcılığında iştiraketmə səbəbləri, onların leksik-semantik
xüsusiyyətləri barədə əsərin sonrakı hissələrində geniş şəkildə
bəhs ediləcəkdir.
Apelyativi müasir ədəbi dildə
işlənən qadın adları
Qadın adları Apelyativi
Ağbəniz
Ağqız
Ağgül
Ağgün
Ağxanım
Ağca
Ağcabəniz
Ağcagül
Adıgül
Adıgün
Ayana
Aybəniz
Ayqabaq
Aydan
Aydagül
ağ+bəniz
ağ+qız
ağ+gül (fars)
ağ+gün
ağ+xanım
ağ+ca
ağ+ca+bəniz
ağ+ca+gül (fars)
ad+ı+gül (fars)
ad+ı+gün
ay+ana
ay+bəniz
ay+qabaq
ay+dan
ay+da+gül (fars)
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
105
Aydıngül
Aygül
Aygün
Aynişan
Aynur
Aysel
Aytac
Aytel
Ayulduz
Ayçiçək
Alma
Almaz (müştərək addır)
Anabacı
Anaqız
Anagül
Anaxanım
Anacan
Bağdagül
Bağça
Balaxanım
Balaca (müştərək addır)
Ballı
Bacıqız
Bacıgül
Baxdur
Başxanım
Bənzər
Bəslər
Bəsti
Bəstiqız
Bildirçin
aydın+gül (fars)
ay+gül (fars)
ay+gün
ay+nişan (fars)
ay+nur (ərəb)
ay+sel
ay+tac (fars)
ay+tel
ay+ulduz
ay+çiçək
alma
almaz
ana+bacı
ana+qız
ana+gül (fars)
ana+xanım
ana+can (fars)
bağ+da+gül (fars)
bağ+ça
bala+xanım
bala+ca
bal+lı
bacı+qız
bacı+gül (fars)
bax(maq)+dur(maq)
baş+xanım
bənzə(mək)+ər
bəs+elər(―e‖ səsi düşüb)
bəs+ti(di)-dir
4
xəbərlik şəkil-
çisinin fonetik tərkibcə dəyiş-
miş formasıdır.
bəs+ti(di)+qız
bildirçin
Язизхан Танрыверди
106
Birgül
Bircə
Bircəgül
Bircəxanım
Bircahan
Böyükgəlin
Böyükxanım
Ceyran
Çiçək
Çiçəknur
Dayandur
Daşdı
Durna
Elbəzər
Eldəgül
Eldostu
Elgül
Elnaz
Eltac
Elçiçək
Gəlingül
Gözəl
Gözəlcə
Gözəlgəlin
Gözəlxanım
Göyçək
Göyçəkqız
Göyçəkgül
Göyçəkgəlin
Göyərçin
Gülay
Gülqız
Gülaçar
bir+gül (fars)
bir+cə
bir+cə+gül (fars)
bir+cə+xanım
bir+cahan (fars)
böyü+k+gəlin
böyü+k+xanım
ceyran
çiçək
çiçək+nur (ərəb)
dayan(maq)+dur(maq)
daş (maq)+dı
durna
el+bəzə(mək)+ər
el+də+gül (fars)
el+dost (fars)+u
el+gül (fars)
el+naz (fars)
el+tac (fars)
el+çiçək
gəlin+gül (fars)
gözəl
gözəl+cə
gözəl+gəlin
gözəl+xanım
göyçək
göyçək+qız
göyçək+gül (fars)
göyçək+gəlin
göyərçin
gül (fars) +ay
gül (fars) + qız
gül (fars) +aç(maq)+ar
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
107
Gülbəsdi
Güldərən
Gülerkən
Gülertə
Gülər
Güləkər
Güləsər
Gülyaz
Gülyanaq
Gülyanar
Gülyetər
Gülgəlin
Gülsolmaz
Gülsona
Gülüzlü
Gülçiçək
Günay
Güney
Günel
Günəş
Günnur
Xanım
Xanımana
Xanımbacı
Xanımqız
İncə
İncəgül
İnci
İnciqız
İstəməz
Kəklik
Qayıt
Qaragilə
gül (fars) +bəs+di (-dir
4
)
gül (fars)+dər(mək)+ən
gül (fars) + erkən
gül (fars) + ertə
gül(mək)+ər
gül (fars) +ək(mək)+ər
gül (fars) +əs(mək)+ər
gül(fars)+yaz
gül (fars)+yanaq
gül (fars)+yan(maq)+ar
gül (fars)+yet(mək)+ər
gül (fars) + gəlin
gül (fars) +sol(maq)+maz
gül (fars) + sona
gül (fars) +üz+lü
gül (fars) + çiçək
gün+ay
güney
gün+el
günəş
gün+nur (ərəb)
xanım
xanım+ana
xanım+bacı
xanım+qız
incə
incə+gül (fars)
inci
inci+qız
istə(mək)+məz
kəklik
qayıt (maq)
qara+gilə (fars)
Язизхан Танрыверди
108
Qaragöz
Qaratel
Qızbacı
Qızana
Qızbəs
Qızbəsti
Qızım
Qızılgül
Qızyetər
Qıztamam
Qızxanım
Qırqovul
Laləçiçək
Laçın (müştərək addır)
Maral
Nənəqız
Nənəxanım
Oğlangərək
Sarıgül
Sarıtel
Saçlı
Sevər
Sevil
Sevinc
Sevgili
Sevgiyyə
Seçmə
Solmaz
Sona
Sonagül
Telqələm
qara+göz
qara+tel
qız+bacı
qız+ana
qız+bəs
qız+bəs+ti
(-dir
4
şəkilçisinin fo-
netik tərkibcə dəyişmiş formasıdır)
qız+ım
qızıl+gül (fars)
qız+yet(mək)+ər
qız+tamam (ərəb)
qız+xanım
qırqovul
lalə (fars) + çiçək
laçın
maral
nənə+qız
nənə+xanım
oğlan+gərək
sarı+gül (fars)
sarı+tel
saç+lı
sev(mək)+ər
sev(mək)+il
sev(mək)+in+c
sev(mək)+gi+li
sev(mək)+gi+iyyə (ərəb mən-
şəli)
seç(mək)+mə
sol(maq)+maz
sona
sona+gül (fars)
tel+qələm (ərəb)
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
109
Telli
Tellər
Təkbir
Tərlan (müştərək addır)
Turac
Ulduz
Ulduzə
Yazbahar
Yazgül
Yazdagül
Yazçiçək
Yanargül
Yaygül
Yaraşıq
Yaxşı
Yaxşıgül
Yaxşıxanım
Yaxşıçiçək
Yaşılgül
Yetər
Yenigül
tel+li
tel+lər
tək+bir
tərlan
turac
ulduz
ulduz+ə
yaz+bahar (fars)
yaz+gül (fars)
yaz+da+gül (fars)
yaz+çiçək
yan(maq)+ar+gül (fars)
yay+gül (fars)
yaraş (maq) +ıq
yaxşı
yaxşı+gül (fars)
yaxşı+xanım
yaxşı+çiçək
yaşıl+gül (fars)
yet(mək)+ər
yeni+gül (fars)
Göründüyü kimi, qadın adlarının yaranmasında iştirak
edən apelyativlər, əsasən, müsbət motivli, gözəllik çalarlı va-
hidlərdir. Təsadüfi deyildir ki, hibrid antroponimlərin tərkibin-
dəki türk mənşəli apelyativlərlə yanaşı, ərəb-fars mənşəli ―ba-
har‖, ―gül‖, ―nur‖ və s. vahidlər də gözəllik çalarlıdır. Almaz,
Laçın, Tərlan kimi antroponimlər isə müştərək adlar
olduğundan hər iki cədvələ daxil etmişik.
Apelyativi arxaikləşən və apelyativi eynilə müasir ədəbi
dilimizdə işlənən türk mənşəli antroponimlər (əsl şəxs adları
nəzərdə tutulur) Azərbaycan antroponimik vahidlər sistemində
Язизхан Танрыверди
110
xüsusi lay təşkil edir. Afad Qurbanovun hesablamalarına görə,
Azərbaycan antroponimik vahidlər sistemində 1000-ə qədər
kişi, 1200-ə qədər qadın adı işlənir (60-171-180). Azərbaycan
antroponimik vahidlər sistemindəki həmin adlardan neçəsinin
türk mənşəli və alınma olması dəqiqləşdirilməyib. Təxmini he-
sablamalarımıza görə, Azərbaycan antroponimik vahidlər sis-
temində 900-ə qədər türk mənşəli və hibrid apelyativli əsl şəxs
adı vardır (təqdim etdiyimiz siyahılara əsasən). Bunlardan 700-
dən çoxu müasir antroponimikamızda işlənir, 200-ə qədəri isə
arxaikləşmiş vahidlərdir. Arxaik antroponimlərin hamısı türk
mənşəli apelyativlər əsasında formalaşmışdır. Müasir Azərbay-
can ədəbi dilinin antroponimik vahidlər sistemindəki 701 əsl
şəxs adından 544-ü türk mənşəli apelyativ (274-ü kişi, 270-i
qadın), 157-si isə (83-ü kişi, 74-ü qadın) hibrid (qovuşuq) apel-
yativlidir. Deməli, Azərbaycan antroponimik vahidlər sistemin-
dəki təxmini müəyyənləşdirilmiş 2200 əsl şəxs adından 700-
dən çoxu türk mənşəli və hibrid apelyativli, qalanları, yəni
1500-ü isə alınmadır. Buradan belə görünə bilər ki, müasir
Azərbaycan antroponimikasında əsl şəxs adlarının üçdə bir his-
səsi türk mənşəlidir. Amma nəzərə almaq lazımdır ki, Azər-
baycan antroponimik vahidlər sistemindəki ərəb, fars, qismən
də rus və Avropa mənşəli antroponimlərin bir hissəsi dilimizə
birbaşa ad kimi daxil olsa da, bir hissəsi həmin dillərdən, xü-
susən də ərəb və fars dillərindən ədəbi dilimizə daxil olmuş
apelyativlər əsasında azərbaycanlı (türk) təfəkkürü ilə yaradıl-
mışdır. Məsələn, Azərbaycan antroponimik vahidlər sistemin-
dəki Vüqar, Dərya, Əsgər, İnqilab, İntiqam, Nazir, Maarif,
Zabit, Zəfər və s. kimi kişi adları; Arzu, Vəfa, İradə, Xoşgül,
Həqiqət, Hicran və s. kimi qadın adlarının apelyativi ərəb və
fars mənşəli olsa da, Azərbaycan antroponimləridir. De-
yilənlərə M.Çobanovun ―Azərbaycan dilində fars mənşəli
―gül‖ sözü əsasında 312 əsl şəxs adı düzəlmişdir‖ (180-22) fik-
rini də əlavə etsək, Azərbaycan antroponimik vahidlər siste-
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
111
mindəki antroponimlərin üçdə bir hissəsi yox, yarıdan çoxu
milli adlardır - qənaətinə gəlmək mümkündür.
Dostları ilə paylaş: |