b) Türk mənşəli qadın adlarının leksik-
semantik qrupları
1. Gözəllik, qəşənglik, zəriflik motivli qadın adları. Bu
qrupa daxil olan qadın adlarını bir neçə yarımqrupa bölmək
olar:
a) Gözəl heyvan və quş adları əsasında düzələnlər:
Bildirçin, Qırqovul, Durna, Kəklik, Göyərçin, Gülsona, Laçın,
Maral, Sona, Sonagül, Tərlan, Tovuz, Turac, Ceyran və s. Bu
antroponimlərdən yalnız ―Gülsona‖ və ―Sonagül‖ antroponim-
ləri hibriddir, qalanları isə türk mənşəli zooleksemlər əsasında
formalaşmışdır. ―Gülsona‖ və ―Sonagül‖ antroponimlərindəki
‖gül‖ sözü fars mənşəli olsa da, dilimizdə ən çox işlənən leksik
vahidlərdəndir. Zəriflik, incəlik motivli qadın adlarımızın
böyük bir qrupu da məhz ―gül‖ sözünün iştirakı ilə yaranmışdır.
b) Fitonimlər əsasında düzələnlər. Azərbaycan onomasti-
kasında bu qrupa daxil olan antroponimlər fitonimlər, fitonimik
antroponimlər, fitoantroponimlər, floralar əsasında düzələn
antroponimlər, bitki adları əsasında düzələn antroponimlər və s.
başlıqlar altında izah edilmişdir. Türk mənşəli fitonimlər
əsasında yaranan qadın adlarına nümunə olaraq Alma, Buğda,
Çiçək, Çiyələk, Çinarə və s. göstərmək olar. Antroponimika-
mızda ―çiçək‖ sözünün iştirakı ilə yaranmış gözəllik, zəriflik
Язизхан Танрыверди
124
çalarlı Ayçiçək, Qızçiçək, Elçiçək, Yazçiçək, Yaxşıçiçək,
Çiçəkxanım və s. kimi antroponimlərlə yanaşı, türk təfəkkürü
ilə yaradılmış və tərəflərindən biri türk mənşəli apelyativ olan
hibrid antroponimlər də müşahidə edilir. Məsələn, Ağgül, Ağ-
cagül, Qızılgül, Gülçiçək, Gültəkin, Zərçiçək (―zər‖ fars sö-
züdür), Lalaçiçək (―lalə‖ – fars sözüdür) və s.
Fars mənşəli ―gül‖ sözü qohumluq münasibəti bildirən,
eləcə də hərəkət anlamlı türk mənşəli apelyativlərlə birlikdə gö-
zəllik motivli qadın adlarının yaranmasında da iştirak etmişdir.
Məsələn, Gülana, Gülbacı, Gülgəlin, Anagül, Bacıgül, Gəlin-
gül; Yanargül, Gülaçan, Güldərən, Güldüz, Güləkər, Gülsəpər
və s. Bu cür adların motivləşməsində gülün gözəlliyi, zərifliyi,
xoş ətri, təmizliyi və s. əsas götürülmüşdür.
b) Qiymətli daş-qaş adları əsasında düzələnlər: Almaz
(Almas), Almazxanım, İnci, İncigül, İnciqız, İncigəlin, Gümüş
və s. Bununla bərabər, antroponimikamızda alınma apelyativli
Brilyant, Dürdanə, Zümrüd, Gövhər, Mirvari, Firuzə və s. kimi
antroponimlər də işlənməkdədir. Bu cür qadın adlarının yaran-
masında daş-qaşdakı gözəllik, həm də az tapılma, qiymətli
olma və s. motivlər əsas götürülmüşdür.
c) Gözəllik və zəriflik çalarlı apelyativlər əsasında düzə-
lənlər: Aydıngül, İncə, Yaxşı, Yaxşıgül, Yaxşıxanım, Yaraşıq,
Gözəl, Gözəlgül, Göyçək, Göyçəkgül, Göyçəkgəlin və s. Bu
sistemdəki ―gül‖ komponentli antroponimlər hibriddir.
ç) Rəng anlamlı, semantikasında gözəlliyi ifadə edən
apelyativlər əsasında düzələnlər. Antroponimikamızda rəng an-
lamlı ağ, al, ala, qara, yaşıl, sarı və göy sözləri ayrılıqda deyil,
ya bir şəkilçi, ya da ki başqa bir sözlə, xüsusilə bədən üzvləri-
nin adını bildirən ―bəniz‖, ―qaş‖, ―tel‖, ―göz‖ və s. apelyativ-
lərlə, eyni zamanda qadın cinsini bildirən ―qız‖, titul səciyyəli
―xanım‖ və s. vahidlərlə birlikdə bir sıra qadın adlarının yaran-
masında iştirak etmişdir. Məsələn, ağ – Ağbəniz, Ağqız, Ağgün,
Ağxanım, Ağca; qara - Qaraqız, Qaragöz, Qaratel və s., yaşıl
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
125
– Yaşılxanım; göy –Göygöz; sarı – Sarıqız, Sarıtel və s. Bu sis-
temə Ağgül, Ağcagül, Algül (―al‖ qırmızı anlamlıdır). Qaragilə
(―gilə‖ fars mənşəlidir, salxımından ayrılmış üzüm dənəsi mə-
nasında işlənir), Qaranaz (―naz‖ fars mənşəlidir), Yaşılgül,
Sarıgül və s. hibrid antroponimləri də əlavə etmək olar. Çünki
qeyd olunan antroponimlərdəki ―gül‖, ―gilə‖, ―naz‖ apelyativ-
ləri fars mənşəli olsa da, məhz türk təfəkkürü ilə antroponim
yaradıcılığına cəlb edilmişdir.
d) Yer məzmunlu sözlər əsasında düzələnlər: Bağça,
Bağdagül, Güney və s. Bu sistemə yerlik və çıxışlıq hal şəkilçili
Aydagül, Aydan, Eldəgül və s. kimi antroponimləri də daxil
etmək olar.
e) Kosmonimlər əsasında düzələnlər. Antroponimikamız-
da yalnız kosmonim, həm də kosmonim və digər sözlər əsa-
sında yaranmış qadın adlarına təsadüf olunur. Ona görə də
onları iki yarımqrupa bölmək olar:
1) Yalnız kosmonimlər əsasında düzələnlər: Aygün,
Ayulduz, Günəş, Günay, Ulduz, Ulduzə və s.
2) Kosmonim və digər sözlər əsasında düzələnlər: Aybə-
niz, Ayqabaq, Ayüz, Ayüzlü, Aysel, Ayxanım, Aytəkin, Günel,
Güntəkin və s.
Kosmonimlər əsasında düzələn qadın adları sisteminə türk
mənşəli ―ay‖ kosmonimi və ərəb-fars mənşəli apelyativlər
əsasında düzələn hibrid antroponimləri də daxil etmək olar.
Məsələn: Aygül, Aynaz, Aynişan, Aynur, Aynurə, Aymələk, Ay-
para, Aysəba və s.
Yuxarıda qeyd etdiyimiz qadın adları türk xalqları antro-
ponimikası üçün də xarakterikdir. Qırğız antroponimləri siste-
mindəki Aynaz, Aynur, Aymaral, Aygümüş, Qulay, Jıldız, Jıldı-
zoy, Jıldızqul, Jıldızxan və s., qazax antroponimləri sistemin-
dəki Aygül, Aykümis, Ayjamal və s. qadın adları dediklərimizi
bir daha təsdiq edir. Bütün bunlar onu deməyə əsas verir ki,
Язизхан Танрыверди
126
kosmonimlər əsasında düzələn qadın adlarının yaranmasında
aydınlıq, parlaqlıq, gözəllik kimi motivlər əsas olmuşdur.
ə) Bədən üzvlərinin adını bildirən apelyativlər əsasında
düzələnlər. Qadın adlarının yaranmasında bədən üzvlərinin
adını bildirən apelyativlər ayrılıqda deyil, ya şəkilçi, ya da
gözəllik çalarlı sözlərlə birlikdə iştirak etmişdir. Məsələn, Telli,
Saçlı, Tellər və s. Ağbəniz, Alyanaq, Alagöz, Qaraqaş, Qara-
göz, Qaratel, Qaşqara, Sarıtel və s. Bu sistemə Qələmqaş, Gül-
bəniz, Gülyanaq, Gülüzlü, Telqələm və s. kimi hibrid antro-
ponimləri də daxil etmək olar.
Qeyd olunan antroponimlərdəki türk mənşəli ağ, ay, al,
ala, qara, sarı, ərəb mənşəli qələm (―qələm‖ yuxarıdakı antro-
ponimlərdə gözəl mənasını ifadə edir) və fars mənşəli gül
apelyativləri gözəllik çalarlıdır. Dilimizdə həmin sözlər bədən
üzvlərinin adını bildirən sözlərlə işlənərək I növ təyini söz
birləşməsi modelində olmuş, sonra isə mürəkkəb sözə çevril-
mişdir. Antroponimik vahidə çevrilmə isə daha sonrakı proses-
dir və bu prosesdə həmin vahidlərdəki gözəllik çaları əsas
olmuşdur.
Yuxarıdakı antroponimlərin motivləşməsində iştirak edən
mürəkkəb quruluşlu apelyativlərin əksəriyyəti dilimizdə həm
apelyativ, həm də antroponimik vahid kimi işlənməkdədir.
Məsələn: alyanaq – Alyanaq, alagöz – Alagöz, qaraqaş – Qa-
raqaş, qaragöz – Qaragöz, qaratel – Qaratel, sarıtel - Sarıtel,
gülüzlü – Gülüzlü və s.
f) Say məzmunlu apelyativlər əsasında düzələnlər: Bircə,
Bircəbacı, Bircəxanım, Bircəçiçək, Təkbir və s. Bu sistemə
Bircənaz, Minzər, Mingül, Minaz, Minnur, Minxal və s. hibrid
antroponimləri də daxil etmək olar.
Göründüyü kimi, say məzmunlu sözlər həm təklikdə, həm
də türk mənşəli gözəllik, hörmət motivli bacı, xanım, çiçək
və s. sözlərlə işlənərək bir sıra gözəl qadın adlarının
yaranmasında iştirak etmişdir. Təsadüfi deyil ki, hibrid
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
127
antroponimlərdəki say məzmunlu vahidlər də məhz gözəllik
çalarlı ərəb-fars mənşəli apelyativlərlə (gül, naz, zər, nur, xal)
birlikdə antroponim yaradıcılığında iştirak etmişdir.
g) Vaxt, zaman anlayışlı apelyativlər əsasında düzələnlər:
Yazgül, Yazdagül, Yazçiçək, Yaygül, Gülyaz, Gülertə, Gülerkən
və s. Antroponimikamızdakı vaxt, zaman anlayışlı, alınma
apelyativli Bahar, Mayisə, Maygül, Gülsəhər və s. antroponim-
lər kimi, yuxarıda qeyd etdiyimiz antroponimlər də gözəllik
çalarlı, gözəllik motivlidir. Çünki qeyd olunan antroponimlər-
dəki apelyativlər, xüsusən də fəsil anlamlı ―yaz‖ və yuxarıdakı
hibrid antroponimlərdə iştirak edən fars mənşəli ―gül‖ sözü elə
gözəlliyin rəmzidir.
2. Titullar və qohumluq münasibəti bildirən apelyativlər
əsasında düzələnlər. Titulların antroponim yaradıcılığında, o
cümlədən qadın adlarının yaradılmasında məhz hörmət mənası
ifadə etdiyinə görə işlənməsini, qohumluq münasibəti bildirən
sözlərdə də (təbii ki, qadın cinsinə aid olan və hər iki cinsi ifadə
edən sözlər nəzərdə tutulur) bu keyfiyyətin olmasını nəzərə
alaraq onları bir qrupda təqdim edirik. Bu tip antroponimləri
aşağıdakı yarımqruplara bölmək olar:
1) Yalnız titullar əsasında düzələnlər: Ağabəyim, Ağabanu
(hibriddir, xanım anlamlı ―banu‖ fars mənşəlidir), Ağaxanım,
Bəyim, Bəyimxanım, Xanım, Xanımağa, Xatın və s.
2) Yalnız qohumluq münasibəti bildirən apelyativlər əsa-
sında düzələnlər: Anabala, Anabacı, Anagəlin, Nənə, Nənəbacı
və s.
3) Titul və qohumluq münasibəti bildirən apelyativlər
əsasında düzələnlər: Ağabacı, Ağadostu (hibriddir), Ağanənə,
Anaxanım, Balaxanım, Bibixanım, Xanbacı, Xanımbacı, Şah-
bacı (hibriddir, ―şah‖ fars mənşəli tituldur), Şahnənə və s. Titul
və qohumluq münasibəti bildirən apelyativlər qadın cinsini
bildirən ―qız‖ və ―bikə‖ sözləri ilə də bir sıra antroponimlərin
Язизхан Танрыверди
128
yaranmasında iştirak etmişdir. Məsələn, Anaqız, Bikəxanım,
Qızana, Qızbacı, Qızxanım, Xanımqız, Nənəqız, Xanbikə və s.
Titullar gözəllik çalarlı ərəb-fars mənşəli apelyativlərlə
birlikdə bir sıra hibrid antroponimlərin yaranmasında iştirak
etmişdir. Məsələn: Zərxanım, Gülxanım, Narxanım, Nurtəkin,
Nurxanım, Xanımzər, Xangül və s. Deməli, alınma apelyativ-
lərdəki gözəllik çaları və titullardakı hörmət mənası onların
qadın adı kimi işlənməsinə səbəb olmuşdur.
3) Toponimik vahidlər əsasında düzələnlər: Bağdad, Kür-
naz, Kürüz, Təbriz, Türkan, Türkanə, Türkam, Turanə, Şamaxı
və s. Təbii ki, bu cür antroponimlərin motivləşməsində torpağa,
vətənə məhəbbət hissi əsas olmuşdur.
4) İstək, arzu, hiss və həyəcanla bağlı olan qadın adları:
Qızgəl, Dursun, Elbəzər, Eltac (hibriddir, ―tac‖ fars sözüdür),
Gülüş, Gülər, Gülsolmaz (hibriddir), Sevdim, Sevil, Sevimli,
Sevər, Sevinc və s.
Bu sistemdəki qadın adlarının apelyativləri digər qrup-
larda verdiyimiz vahidlər kimi gözəllik çalarlıdır. ―Dursun‖
antroponimi isə əski inamla bağlı olaraq qadınlara və kişilərə
verilən müştərək addır. Antroponimikamızda inamla bağlı
yaranan yaşasın, ölməsin anlamlı ―Dursun‖ antroponimi ilə
yanaşı, müştərək ―Durasan‖, ―Dayandur‖ və yalnız kişi adları
üçün xarakterik olan ―Duraxan‖, ―Durmuşxan‖ antroponimləri
də müşahidə edilir ki, bu da əski inamın antroponimlərdə mü-
hafizə olduğunu göstərir. A.Qurbanov türk etnoqrafiyası baxı-
mından xarakterik olan ―Dursun‖ antroponiminin verilmə
səbəbini ölən uşaqdan sonra doğulana qalmaq, durmaq anlayışlı
ad vermək ənənəsi ilə bağlayır. Müəllif antroponimikamızda
kişi adı kimi az işlənən Dilənçi, Yetim, Çopur, Qotur, Gödək,
Yolçu və s. adların da həmin ənənə əsasında yarandığını
göstərir (60-206-207).
Antroponimikamızda əski inamla bağlı olaraq müştərək
ad kimi işlənən ―Dursun‖ antroponimi türkmən (Tursun), özbək
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
129
(Tursun), qazax (Tursın), başqırd (Torsın) və digər türk xalqları
antroponimikasında müxtəlif fonetik variantlardadır.
Ümumilikdə götürdükdə qız uşağının dalbadal doğulması
ilə bağlı olaraq verilən adlar, eləcə də xoşagəlməz adlar istisna
edilərsə, demək olar ki, türk mənşəli qadın adları zəriflik,
qəşənglik, müqəddəslik - bir sözlə, gözəllik motivlidir.
5) Qız uşağının dalbadal doğulmasının arzulanmaması ilə
əlaqədar yaranan qadın adları. Qeyd etdiyimiz kimi, qadına
incə, zərif və gözəllik çalarlı adların verilməsi xalqımızın et-
noqrafiya tarixində həmişə xarakterik olmuşdur. Lakin gözəllik
motivli qadın adları ilə yanaşı, qız uşağının dalbadal doğulması
ilə bağlı nisbətən mənfi emosiyalı adların yaranması da
müşahidə olunur ki, bu da əski inamla bağlıdır. Ulu babalarımız
elə düşünüblər ki, qız uşağı dalbadal doğulan ailələrdə axırıncı
qıza Qızqayıt, Yetər, Usandıq, Oğlangərək və s. kimi adlar
verilərsə, həmin ailələrdə qız uşağı deyil, oğlan doğular.
―Kitabi-Dədə Qorqud‖ dastanında Yetər və Banıçiçək
antroponimlərinin işlənməsi təsdiq edir ki, etnoqrafiyamızda
qədim dövrlərdən başlayaraq bu günə qədər qız uşağının
dünyaya gəlməsi sevinclə, lakin qız uşağı arzulandığından artıq
olanda etirazla, məyusluqla qarşılanıb. Türk ailəsi qızın dün-
yaya gəlişini nə qədər məyusluqla qarşılasa da, nə qədər mənfi
emosiyalı ad vermək istəsə də, bəzən etirazını elə adlarla ifadə
edib ki, həmin adlarda mənfi motiv, demək olar ki, görünmür.
Belə adlarda mənfi emosiya adın – antroponimin özündə
daşlaşmış olur. Məsələn, Gülbəsdi, Gülyetər və s. Bu antropo-
nimlərdəki incəlik, zəriflik anlamlı ―gül‖ sözü cins mənasını
bildirən qız sözünü əvəz etmişdir. Antroponimikamızda az mü-
şahidə olunan ―Bəslər‖ antroponimində də bu xüsusiyyət var-
dır. Həmin antroponimik vahidin mənası üç istiqamətdə izah
oluna bilər: bəs+lər = Bəslər; bəs+lə+yər = Bəslər (―ə‖ saitinin
və ―y‖ samitinin düşməsi mümkündür); bəs-elə-y(ər) = Bəslər
(burada da səsdüşümü mümkündür). Təbii ki, ikinci nümunədə
Язизхан Танрыверди
130
verdiyimiz yedirtmək, kökəltmək, qulluq etmək və s. anamlı
―bəsləmək‖ feli türk mənşəli qadın adlarının motivləşməsi baxı-
mından xarakterik deyildir. Qız uşağının dalbadal doğulması ilə
bağlı verilən türk mənşəli qadın adlarının yaranmasında iştirak
edən fellərin (predikatın, ona görə ki, həmin tipli antroponimik
vahidlər cümlənin daşlaşması nəticəsində əmələ gəlmişdir) bir
qisminin müzarenin təsdiqi və inkarında olduğunu (Qızyetər,
Yetər, Gülyetər; İstəməz, Gərəkməz və s.), həm də ―Bəs eləyər‖
cümləsinin semantik tutumunun qız uşağının dalbadal
doğulması ilə bağlı verilən antroponimlərin semantik tutumu ilə
uyğun gəldiyini əsas götürsək, ―Bəslər‖ antroponimi bəs+lər
söz şəkilçi modeli əsasında deyil, ―Bəs eylər‖ (bəs eləyər)
cümlə modeli əsasında formalaşmışdır - fikrini söyləmək
mümkündür. Deməli, ―Bəslər‖ antroponimində mənfi emosiya
birbaşa qavranmır.
Ə.Cəfərzadə antroponimikamızdakı Bəsti, Qızbəs, Qız-
qayıt, Yetər və s. kimi qadın adlarının motivləşmə səbəbini belə
izah edir: ―Azərbaycanda islam dininin yayılmasından başlamış
1920-ci ildə sovet hakimiyyəti qurulana kimi, yalnız ictimai
həyatda deyil, evdə, ailədə belə qadının rolu adi bir quldan,
kölədən artıq deyildi. Qız doğulması ailə üçün bədbəxtlik hesab
olunurdu, çünki ―qız yükü – duz yükü idi‖, ―qız özgə çırağı
yandırırdı‖, ―un çuvalına tay olub evdə qalırdı‖, ―qız qazanc
gətirmir, qazanc itirirdi‖, ―saçı uzun, ağlı gödək idi‖. Buna görə
də Qızbəs, Bəsti, Qızyetər, Qıztamam, Qızqayıt, Yetər, Tamam,
Osandıq, Oğlangərək kimi adlar qoymaq, çox qız doğan
ailələrdə adət olmuşdur‖ (12–14). Bu hadisəyə görkəmli qazax
dilçisi T.Canuzakov da münasibət bildirmişdir. Müəllif yazır ki,
ailədə oğlan uşağı yoxdursa və dalbadal qız uşağı doğulursa,
onda axırıncı qıza ―Kıztumas‖ adını verirlər ki, bir daha qız
uşağı doğulmasın (90–101).
Bayatılarımızda da qız uşağının dalbadal doğulması arzu-
lanmayıb:
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
131
Anam, bacım, qız gəlin!
Əl-ayağı düz gəlin!
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin!
Nəhayət, S.Vurğun ―Bəsti‖ poemasında qız uşağının
dalbadal doğulmasının arzulanmadığını obrazlı şəkildə ifadə
etmişdir:
Anan səni doğanda, adına ―Bəsdi‖, - dedi,
Əllərimi bir fələk oğuldan kəsdi, - dedi.
Beləydi qayda bizdə... Qız doğanda analar.
Baxıb qara geyərdi su üstündə sonalar.
Təbii ki, qız uşağının dalbadal doğulmasının arzulanma-
ması dövr və şəraitlə bağlı idi. Ümumiyyətlə, Şərqdə, o cümlə-
dən türk dünyasında qız uşağının dalbadal dünyaya gəlişi arzu-
lanmamış, istənilməmişdir. Bu vəziyyət müasir Şərq etnoqrafi-
yasında xarakterik olmasa da, müəyyən dərəcədə yaşa-
maqdadır.
Qız uşağının dalbadal doğulmasının arzulanmaması,
istənilməməsi ilə bağlı olaraq yaranan antroponimlərə nümunə
kimi Bəslər, Bəsti, Bəstiqız, Qayıt, Qızbəs, Qızqayıt, Qızyetər,
Daşdı, İstəməz, Gərəkməz, Oysandıq, Oğlangərək, Taybəs və
s., həmçinin Qıztamam, Dursədəf, Gülbəsti, Gülyetər və s.
hibrid antroponimləri göstərmək olar. Qeyd etdiyimiz antropo-
nimlər müasir antroponimikamızda əski inamla bağlı olaraq
işlədilsə də, xarakterik qadın adları sisteminə daxil deyildir və
demək olar ki, belə adların qız uşaqlarına verilməsi azalmaq
üzrədir. Bu, A.Qurbanov (60–290), İ.Hacıyev və S.Vəliyevin
(169–87) statistik hesablamalarında da müşahidə edilir.
Язизхан Танрыверди
132
Türk mənşəli Azərbaycan antroponimlərinin leksik-se-
mantik qruplarında təqdim etdiyimiz Aqşin, Beyrək, Qorxmaz,
Dönməz, Toğrul, Tural, Sönməz və s. kimi kişi adları, Aygün,
Aybəniz, Selcan, Solmaz, və s. kimi qadın adları son dövrlərdə
geniş yayılmışdır. Buna səbəb, bir tərəfdən, həmin vahidlərin
apelyativlərinin türk antroponimikasındakı müsbət motivli əsl
şəxs adlarının leksik-semantik tutumu ilə səsləşməsi, yaxınlığı-
dırsa, digər tərəfdən, xalqımıızın ən nadir incisi ―Kitabi-Dədə
Qorqud‖ dastanının XX əsrin 60-cı illərindən sonra geniş şəkil-
də mənəviyyatımıza daxil olması, C.Cabbarlı, S.Vurğun kimi
yazıçılarımızın səslənmə, məna və tarixilik baxımından xarak-
terik olan unudulmuş şəxs adlarını bədii ədəbiyyata gətirməsi,
eyni zamanda yazıçıların yaratdığı müsbət xarakterli surət
adlarının xalq tərəfindən bəyənilməsi, sevilməsidir. N.Xudiyev
C.Cabbarlının yaratdığı Dönməz, Solmaz, Sönməz və s. kimi
antroponimik vahidlərin Azərbaycan antroponimləri sistemin-
dəki intensivliyindən bəhs edərkən göstərir ki, bədii əsərlərdə
təsadüf edilən surətlərin adları kütləviləşdikləri halda şəxs
adlarına çevrilir (168(a)–211).
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
133
TİTULLAR
Köməkçi ad kateqoriyalarına daxil olan titullar ictimai-
siyasi həyatla bağlı olaraq formalaşır, şəxsi ictimai həyatda
tutduğu mövqeyə görə müxtəlif cəhətdən təyinetmə funksiyası-
na malikdir. Müasir ədəbi dilimizdə ―titul‖ termini bir neçə
mənada işlənir: ―elmi vəzifə və dərəcə; dövlət tərəfindən veril-
miş fəxri ad; titul siyahısı; poliqrafik termin kimi işlədilən titul
vərəqi‖ (60–257). Onomastikada, konkret desək, antroponimi-
kada isə yalnız xüsusi ad funksiyalı titullar öyrənilir.
Azərbaycan dilindəki titulları funksiya və mənalarına görə
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İctimai-siyasi həyatla bağlı olaraq yaranan, müasir
ədəbi dilimizdə isə arxaikləşən titullar;
2. Qadınlara hörmət əlaməti olaraq verilən titullar;
3. İslam dini ilə əlaqədar olan titullar;
4. Müasir titullar (fəxri adlar).
Üçüncü qrupa daxil etdiyimiz (islam dini ilə əlaqədar
olanlar) titullar daha çox ərəb mənşəli vahidlər əsasında forma-
laşmışdır. Məsələn, kərbəlayı, molla, məşədi, imam, hacı, şeyx
və s. Bu sistemdə ―mollabaşı‖ kimi hibrid titullar, həmçinin
türk mənşəlilər, demək olar ki, yox dərəcəsindədir. Müasir titul-
lar (fəxri adlar) isə türk təfəkkürü və ya kalka üsulu ilə yaransa
da, daha çox alınma apelyativlər əsasında formalaşmışdır.
Məsələn, ―əməkdar elm xadimi‖, ―əməkdar mədəniyyət
xadimi‖, ―əməkdar idman ustası‖, ―əməkdar hakim‖, ―Xalq
şairi‖, ―Xalq yazıçısı‖, ―Xalq rəssamı‖ və s. Qeyd etdiyimiz ti-
tullardakı ―yazıçı‖ sözündən, bir də -ı
4
qrammatik şəkilçisindən
başqa, qalanları alınma - ərəb-fars mənşəli apelyativlərdir.
İslam dini ilə əlaqədar olan titulların, eləcə də müasir
titulların (fəxri adlar) tərkibində türk mənşəli sözlərin
olmadığını və ya az işləndiyini nəzərə alaraq, yalnız yuxarıda
Язизхан Танрыверди
134
qeyd etdiyimiz birinci və ikinci qrupa daxil olan, həm də türk
mənşəli olan titullar və hibrid titullardan (tərəflərindən biri türk
mənşəli) bəhs edəcəyik.
1. İctimai-siyasi həyatla bağlı olaraq yaranan, müasir
ədəbi dilimizdə isə arxaikləşən titullar. Bu sistemə daxil olan
titullar müasir ədəbi dilimiz baxımından tam arxaikləşmiş
vahidlərdir. Lakin bu tip titullar tam arxaikləşsə də, onların bir
qismi onomastik vahidlərdə, xüsusən də antroponim və topo-
nimlərdə mühafizə olunmaqdadır. Həmçinin bir sıra türk mən-
şəli titullar titul kimi arxaikləşsə də, müasir ədəbi dilimizdə
hörmət mənasında işlənməkdədir. Elə buna görə də ictimai-
siyasi həyatla bağlı olan titulları şərti olaraq aşağıdakı yarım-
qruplara bölürük:
a) Müasir antroponimik və toponimik vahidlərdə müha-
fizə olunmayan və apelyativi müasir ədəbi dildə eynilə işlən-
məyən titullar:
Dostları ilə paylaş: |