a) Leksik şəkilçili antroponimlər. Türk mənşəli antro-
ponimlərdə müşahidə olunan leksik şəkilçilər aşağıdakılardır:
-çı
4
. Azərbaycan (türk) dilində məhsuldar şəkilçilərdən
olan –çı
4
şəkilçisinin mənşə etibarı ilə adam mənasını verən –
çe//-çi, -ci//-zi, -si, -şi və s. fonetik variantlı qədim türk sözü ilə
bağlı olduğunu göstərirlər (67–72). H.Mirzəzadə yazır: ―Müasir
Azərbaycan dilində -çı
4
şəkilçisi vasitəsilə sənət, peşə, əqidə,
məslək və s. məzmunları ifadə edildiyi halda, qədim dövr
ədəbi-bədii əsərlərin dilində bu mənaların məhdud olduğu,
yalnız sənət, peşə, vəzifə sahiblərinin adı ilə bağlı olduğu
nəzərə çarpır‖ (121–56). Türk mənşəli antroponimlərdə müşa-
hidə olunan –çı
4
şəkilçisi, əsasən, qədim məzmununa uyğun,
yəni peşə, sənət, vəzifə funksiyasını yerinə yetirir. Bu şəkilçi
əsl şəxs adları və köməkçi ad kateqoriyalarından olan ləqəb-
lərdə daha çox müşahidə edilir. Məsələn, Avçi, Binəçi, Qırçı,
Dəmirçi, Elçi, Yolçu, Ovçu və s. (əsl şəxs adları); Ağıçı Bədir-
cahan, Əvəçi Zöhrə, Əfçi Nərgiz, Keçəçi Əlabbas, Gopçu Qa-
sım, Sığırçı Məhərrəm, Çarıqçı Murad, Carçı Əvəz və s.
(ləqəblər). –çı
4
şəkilçisi köməkçi ad kateqoriyalarına daxil olan
türk mənşəli titul və təxəllüslərdə müşahidə olunmur.
Yuxarıda qeyd etdik ki, ―-çı‖ şəkilçisi ―-çe//-çi, -ci//-zi, -
si, -şi‖ və s. fonetik variantlı adam anlamlı sözün şəkilçidə
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
163
daşlaşmış formasıdır. Həmin funksiyalı kök morfemi (–çı
4
şə-
kilçisində daşlaşmış söz) qədim antroponimlər sistemində mü-
şahidə olunur: Arka sun, Qara sun, Kudu sun, Telu sun, Ulu sun,
Eri sun, Ur si (44-544-547), Dirsə xan (―Kitabi-Dədə Qorqud‖
dastanı) və s.
-lı
4
. Bu şəkilçinin omonimliyi antroponimik vahidlərdə də
müşahidə edilir. Belə ki, əsl şəxs adları və ləqəblərdə müşahidə
olunan –lı
4
sifətə məxsus atributivlik funksiyasındadırsa, təxəl-
lüslərdə subyektin mənsub olduğu yeri və etnosu təyinetmə
funksiyasındadır. Hər iki halda, konkret desək, isim və sifət
funksiyalı apelyativin antroponimik vahidə transformasiyası
müşahidə edilir. Məsələn, Ballı, Bağçalı, Qutlu, Güllü, Saçlı,
Sevgili, Telli, Toylu, Uğurlu və s. (əsl şəxs adları); Dıppılı Sa-
day, Kirli Məhəmməd, Sanlı Səməd, Totulu Sənəm və s.
(ləqəblər); Araslı (Həmid Məmmədtağı oğlu Araslı), Dağlı
(Seyfəddin Dağlı), Kəngərli (Bəhruz Kəngərli), Göyçəli (Aşıq
Musa Göyçəli), Şəkili (Hatəm Şəkili) və s. (təxəllüslər).
-ça
2
. Bağça (əsl şəxs adı).
-cıq
4
. Kiçiltmə funksiyalı bu şəkilçi yalnız bəzi ləqəblər-
də müşahidə edilir. Məsələn, Dağarcıq Ağamirzə. ―Gövhərcik‖
antroponiminin sonundakı şəkilçi də həmin funksiyalıdır, lakin
―Gövhər‖ antroponimi türk mənşəli olmadığından onu və hə-
min tip digər antroponimləri bu sistemdə təhlil etmirik.
-luq. Bu şəkilçi müasir antroponimlər sistemində deyil,
arxaik antroponimlərdə müşahidə olunur. Məsələn, Qutluq.
-laq
2
. Yaylaq (əsl şəxs adı). Antroponimik vahidlərdə ən
az müşahidə olunan şəkilçilərdəndir.
-aq
2
. Bu şəkilçi qədim türk antroponimlərində leksik se-
mantikası donmuş şəkildədir. Məsələn, Annax, Dukak, Səgrək
və s. kimi antroponimlərin sonundakı –ak, -ək fonetik variantlı
şəkilçi xasiyyət və keyfiyyət funksiyalı olsa da, müasir ədəbi
dil baxımından birbaşa qavranmır. –aq
2
şəkilçisi əsl şəxs ad-
larında müşahidə olunmur, köməkçi ad kateqoriyalarından isə
Язизхан Танрыверди
164
yalnız ləqəblərdə təsadüf olunur ki, bu da ləqəbin şəxslə daha
çox əlaqəli olması, həmçinin atributivlik keyfiyyətinin güclü
olması ilə bağlıdır. Azərbaycan ləqəbləri sistemində Bordaq
Məhəmməd, Topalaq Teybə, Taytax Qurban və s. adları nü-
munə kimi göstərmək olar.
-daş. Eldaş, Yoldaş və s.
-sız
4
. Mənfi motivli funksiyasına görə antroponimikada
ən az müşahidə olunan şəkilçilərdəndir, yalnız siyasi motivli
təxəllüslərdə müşahidə olunur. Məsələn, Qanacaqsız (Əli
Nəzmi).
-ıq
4
. Bir sıra ləqəblərdə təsadüf edilir. Məsələn, Mısmırıx
Nəbi, Təntix` Müslüm və s.
-ış
4
. Buluş, Dönüş, Gülüş və s. Bu sistemdəki Buluş
anrtroponiminin arxaik antroponimlər sırasında olduğunu qeyd
etmişik. Bu fakt bir daha təsdiq edir ki, -ış
4
şəkilçili antropo-
nimlər həm qədim, həm də müasir türk antroponimikası baxı-
mından xarakterikdir.
-ğın
4
, -qın
4
. Bu şəkilçi əsl şəxs adları və təxəllüslərdə
müşahidə edilir. Məsələn, Vurğun, Daşqın, Duyğun, Dalğın,
Yetkin, Ötkün, Coşqun və s. (əsl şəxs adları); Vurğun (Səməd
Yusif oğlu Vəkilov), Duyğun (Ramiz Duyğun); Düşkün (Əlixan
Bayram oğlu Abbasov), Coşqun (İsgəndər Coşqun) və s.
(təxəllüslər).
-ma
2
. Antroponimikada ən az işlənən şəkilçilər sırasına
daxildir. Cəmi bir antroponimdə müşahidə edilir. ―Seçmə‖- əsl
şəxs adları sistemində qadın adı kimi işlənir.
-ş. Rütbə məzmunu bildirən və bu gün həmin mənada iş-
lənməyən qədim şəkilçidir (173-278). Bu şəkilçi müasir Azər-
bayc Məsələn, Ataş, Ağaş, Balaş, Babaş, Qaraş, Nənəş, Əmiş
və s. Bu tipli antroponimlərdə -ş şəkilçisinin semantikası
donmuş olsa da, ümumilikdə qoşulduğu sözlə birlikdə
əzizləmə, hörmət funksiyasını ifadə edir. Burada onu da qeyd
edək ki, ―Babaş‖ antroponimi türk xalqları antroponimikasında
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
165
məhz Azərbaycan antroponimi kimi səciyyələndirilir. Təsadüfi
deyildir ki, T.Canuzakov da Qazax antroponimləri sistemindəki
―Babas‖ antroponimini Azərbaycan antroponimi hesab edir
(91-40). Babaş antroponimi qıpçaq dilində yazılmış XVI əsr
erməni icmasının məhkəmə həyatından bəhs edən sənədlərdə
(72 (a)-128, 236, 248) erməni antroponimi kimi ―Babas‖
fonetik variantında təqdim edilir. Həmin sənədlərdəki mətnlərin
transkripsiya hissəsində ―Kevor Kaspar Babas oğlu‖, rusca
tərcüməsində ―Kevor Kaspar Babas oqlu‖, şəxs adları
siyahısında isə (Kevor Kaspar Papas oğlu) kimi verilir və heç
bir izah da göstərilmir. Fikrimizcə, qədim və müasir dövr
erməni
dilindəki
―Papas‖ türk mənşəli Babaş//Babas
antroponiminin fonetik deformasiyaya uğramış variantıdır
(b→p, Babas-Papas).
-inc
4
. Antroponimikamızda məhsuldar şəkilçilər sırasında
deyildir. ―Sevinc‖ qadın adında müşahidə edilir.
b) Qrammatik-leksik şəkilçili antroponimlər. Türk
mənşəli antroponimlər sistemində bir sıra antroponimlər vardır
ki, onlarda leksik məzmunlu qrammatik şəkilçilər müşahidə
edilir. Bu tip şəkilçilər elə şəkilçilərdir ki, onlar dildə iki
funksiyanı, konkret desək, qrammatik, həm də leksik funksi-
yanı yerinə yetirir.
Qrammatik-leksik məzmunlu şəkilçilər antroponimikada,
əsasən, əsl şəxs adlarında müşahidə edilir:
-maz
2
. Qayıtmaz, Qorxmaz, Dönməz, Yenilməz, İstəməz,
Ölməz, Solmaz, Sönməz və s. Qeyd olunan antroponimlərdəki –
maz
2
şəkilçisi formal olaraq müzarenin inkarı kimi qavranılsa
da, leksik məzmunlu şəkilçi funksiyasında iştirak etmişdir.
Yəni –maz
2
şəkilçili fel substantivləşmişdir.
-dan
2
. ―Aydan‖ qadın adında müşahidə edilir. Bu antropo-
nimdəki –dan leksik məzmunlu qrammatik şəkilçidir.
-lar
2
. S.Cəfərovun qeyd etdiyi kimi, qrammatik-leksik
məzmunlu şəkilçidir və leksik şəkilçi kimi də işlənir (191-177).
Язизхан Танрыверди
166
–lar
2
şəkilçisinin bir leksik şəkilçi kimi məhsuldarlığı əsl şəxs
adlarında daha çox müşahidə edilir. Məsələn, Ağalar, Atalar,
Bəylər, Qırxlar, Dağlar, Dədələr, Tellər, Xanlar.
c) Qrammatik şəkilçili antroponimlər. Antroponimlərdə
müşahidə olunan şəkilçilər, əsasən, felə məxsus şəkilçilərdir.
Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
-dı
4
şühudi keçmiş zaman şəkilçili antroponimlər:
Məsələn, Verdi, Daşdı və s. Hər iki antroponimdə subyektin
predikatda daşlaşmasına rast gəlinir. ―Verdi‖ predikatı daha çox
söz – cümlə quruluşlu antroponimlərdə müşahidə edilir.
Məsələn, Tanrıverdi, Xudaverdi, Bəyverdi, Şahverdi və s. Yu-
xarıdakı antroponimlər sistemindəki Verdi antroponimi təkcə
predikatdan ibarət olsa da, subyektin allah anlamlı – dini-mi-
foloji məzmunlu olması qavranılır, asanlıqla bərpa edilir. ―Daş-
dı‖ antroponimi də fikrin ifadəsinə xidmət edir. Burada subyekt
asanlıqla bərpa oluna bilməsə də, ―Qız uşağı həddindən çox
oldu‖ – kimi cümlələrin antroponimik vahiddə daşlaşmasını
yada salır.
Şühudi keçmiş zaman şəkilçili və şəxs sonluqlu (I şəxsin
təki və cəmində) antroponimlər: Bulduq, Güvəndik, Oysandıq,
Sevdim, Sevindim, Sevdik, Sevindik, Tapdıq, Usandıq və s. Bu-
radakı Bulduq (yəni tapdıq) və Usandıq (yəni yorulduq, cana
doyduq) antroponimləri, həmçinin onların apelyativləri (bul-
maq, usanmaq) müasir ədəbi dilimiz baxımından arxaikləşmiş-
dir.
Yuxarıdakı antroponimlərdə subyektin funksiyası predi-
katda daşlaşmışdır. Digər tərəfdən, həmin vahidlərdəki şəxs
sonluqları I şəxsin təkində -m, cəmində -k, -q elə subyektin
göstəricisi funksiyasındadır. ―Sevindik‖, ―sevdik‖, ―güvəndik,
―usandıq‖ və s. vahidləri predikat kimi qavradıqda onların müb-
tədasının xəbərdə ifadə olunduğu aydın görünür. Həmin
şəkilçili predikatlar təklikdə və subyektlə birlikdə eyni fikri,
eyni funksiyanı ifadə edir. Məsələn, ―Biz sevindik‖ cümləsi ilə
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
167
―Sevindik‖ cümləsinin, yaxud ―Biz güvəndik‖ cümləsi ilə
―Güvəndik‖ cümləsinin fikri ifadəetmədə heç bir fərqi yoxdur.
Bu da təbiidir, çünki subyekti xəbərdə ifadə olunan cümlələr
şifahi və yazılı ədəbi dilimiz baxımından yad hadisə deyildir.
Deməli, sadə quruluşlu cümlələr antroponimlərdə daşlaşmışdır,
yaxud
antroponimik
vahidə
transformasiya
nəticəsində
leksikləşmişdir fikrini söyləmək mümkündür. Təbii ki, hər sa-
də quruluşlu cümlə antroponimik vahidə transformasiya oluna
bilməz. Bu, antroponimlərin motivləşmə meyarları ilə bağlıdır.
Yuxarıdakı antroponimlərin motivləşməsində iki hiss-sevinc və
şadlıq, kədər və məyusluq motivləşmə üçün əsas olmuşdur ki,
bu da sevinc (Biz sevindik – ―Sevindik‖) və kədər (Biz usandıq
– ―Usandıq‖, yəni yorulduq, cana doyduq) məzmunlu antropo-
nimlərin yaranmasına səbəb olmuşdur.
Felin əmr şəkli (II və III şəxs təkdə) ilə ifadə olunan
predikatın, dəqiq desək, əmr cümləsinin antroponimik vahiddə
daşlaşması da müşahidə edilir. Məsələn, Qayıt, Dilən, Sarıl,
Sevil, Topalan, Usan, Ucal və s. (II şəxsin təkində); Dursun (III
şəxsin təkində) və s. Qeyd olunan antroponimlər söz-cümlə qu-
ruluşludur və onların ümumi məzmununda əmr, arzu, xahiş və
s. ifadə olunmuşdur. Bu, bir daha təsdiq edir ki, həmin antropo-
nimlərin əsası olan cümlələr antroponimlərdə daşlaşmış vəziy-
yətdədir.
Xəbərlik kateqoriyasının şəkilçisi –dır
4
bir sıra antropo-
nimlərdə müşahidə edilir. Məsələn, Bəsdi (Bəsti), Qızbəsdi və
s. Bu barədə mürəkkəb antroponimlər bölməsində geniş bəhs
edəcəyik.
-ər
2
şəkilçili (müzarenin təsdiqi) antroponimlər: Gülər,
Yaşar, Yanar, Yetər, Sevər və s.
-mış
4
feli sifət şəkilçili antroponimlər: Satılmış (əsl şəxs
adı), Kirimiş Cahan (ləqəb).
-a felin arzu şəklinin şəkli əlaməti+ -san şəxs sonluğu
―Durasan‖ antroponimində müşahidə edilir. ―Durasan‖ predi-
Язизхан Танрыверди
168
katlı cümlə antroponimik vahidə transformasiya nəticəsində
leksikləşmişdir.
Bunlardan əlavə, türk mənşəli antroponimlər sistemində
mənsubiyyət şəkilçili (I şəxsin təkində) antroponimlər də var-
dır. Məsələn, Atam, Bəyim, Xanım və s.
Mürəkkəb quruluşlu antroponimlər. Azərbaycan dilçili-
yində mürəkkəb quruluşlu antroponimlərdən geniş bəhs edilmə-
mişdir. Belə ki, A.Qurbanov (60-17), M.Adilov, A.Paşayev
(10-17) və başqaları ümumi şəkildə izah etmişlər ki, mürəkkəb
adlar müxtəlif sintaktik əlaqələr vasitəsilə yaranır. M.Çobanov
isə bu mövzudan geniş şəkildə bəhs etsə də, əsasən, mürəkkəb
sözlərin tərkibindəki vahidlərin nitq hissələrinə görə təsnifatı,
qrammatik şəkilçilərin mürəkkəb addakı funksiyası, mürəkkəb
adlarda fonetik hadisələr və s. kimi məsələləri izah etməyə
çalışmışdır (180-79). Mürəkkəb quruluşlu antroponimlərdə
müşahidə olunan müxtəlif sintaktik əlaqələrin geniş və sistemli
tədqiq edilmədiyini nəzərə alaraq, onları aşağıdakı sistem üzrə
təhlil etməyi məqsədəuyğun hesab edirik.
Tabesizlik əlaqəsi əsasında formalaşan antroponimlər
Məlumdur ki, tabesizlik əlaqəsi məna və qrammatik cə-
hətdən bir-biri ilə əlaqədar olan, lakin bir-birindən asılı olma-
yan, biri digərini aydınlaşdırmayan, biri-birinə münasibətdə
eynihüquqlu vahidlər arasında olur (3-12). Bu cür əlaqə əsasın-
da formalaşan, yaxud bu cür əlaqələr müşahidə olunan mürək-
kəb quruluşlu antroponimləri aşağıdakı kimi qruplaşdırmaq
olar:
a) Tərkib hissələri yaxınmənalı sözlərdən ibarət olan
antroponimlər: Altuntaş, Daşdəmir, Qoçər (―qoç‖ – qoçaq, igid
– ―ər‖ – igid), Yazbahar (hibrid), Ərtoğrul (―ər‖ – igid, ―toğrul‖
–şahin, qoçaq, igid), Gülçiçək, Laləçiçək, Şiraslan (hibrid) və s.
Bu
sistemdəki
Yazbahar, Gülçiçək və Şiraslan an-
troponimlərinin tərkibindəki apelyativlər bir-biri ilə sinonimlik
təşkil edir. Türk mənşəli ―yaz‖, ―çiçək‖ və ―aslan‖ sözləri fars
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
169
mənşəli ―bahar‖, ―gül‖, ―şir‖ sözləri ilə tabesizlik əlaqəsi əsa-
sında qovuşaraq mürəkkəb quruluşlu antroponimə çevrilmişdir.
b) Tərkib hissələri yalnız titullardan ibarət olan antropo-
nimlər: Bilgəçur, Çurbək, Çurxan və s. (qədim türk antropo-
nimləri sistemində), Ağabəy, Ağabəyim, Ağabanu (hibrid), Ağa-
xanım (Xanımağa), Ağaxan, Ağasultan (hibrid), Qanbay, Bikə-
xanım, Bəyimxanım və s. (müasir Azərbaycan antroponimləri
sistemində). Bu antroponimlərin tərkibindəki titullar semantik
baxımdan eyni olmasalar da, nisbətən yaxınmənalı vahidlərdir.
c) Tərkib hissələri qohumluq münasibətini bildirən sözlər
və titullardan ibarət olanlar: Ağabala (Balağa), Atabəy, Ataxan,
Bababəy, Balabəy (Bəybala), Babaxan (Xanbaba), Balaxan
(Xanbala), Bəydadaş, Qardaşxan, Dədəxan və s. (kişi adları);
Ağabacı, Ağanənə, Anaxanım, Balaxanım, Bibixanım, Xanbacı
və s. (qadın adları). Bu sistemə daxil etdiyimiz antroponimlərin
tərkib hissələrindəki sözlərin qovuşmasına səbəb onların
hörmət funksiyasını ifadə etməsidir.
ç) Tərkib hissələri yalnız qohumluq münasibəti bildirən
sözlərdən ibarət olanlar: Atababa, Baladadaş, Dadaşbala (kişi
adları); Anabala, Anabacı, Anagəlin (qadın adları) və s.
d) Tərkib hissələri əsl şəxs adları və titullardan ibarət
olanlar: Balabəy, Bəydəmir, Qaraxan, Qarabəy, Qırxlarbəy,
Durmuşxan, Elçibəy, Çingizxan və s. (kişi adları), Bayramxa-
tun, Qonçabəyim//Qönçəbəyim, Göyçəkxanım və s. (qadın
adları).
e) Xüsusiləşməyən əlavəli birləşmələrin inkişafı nəticə-
sində formalaşan antroponimlər. Məlumdur ki, xüsusiləşməyən
əlavələrin bir qismi dildə əlavə kimi əmələ gəlsə də, sonradan
inkişaf nəticəsində mürəkkəb sözün tərkib hissəsinə çevrilir (3-
213). Belə birləşmələrin inkişafı nəticəsində formalaşan mü-
rəkkəb quruluşlu antroponimlərə nümunə olaraq Ağadayı (Ağa
dayı), Ağabala (Ağa bala), Ağaqardaş (Ağa qardaş), Ağa-
əmi//Ağəmi (Ağa əmi), Dədəkişi (Dədə kişi), Babakişi (Baba
Язизхан Танрыверди
170
kişi), Əliqardaş (Əli qardaş), Əmikişi (Əmi kişi), Əlibaba
(hibriddir, Əli baba), Lələkişi (Lələ kişi), Xanəmi (Xan əmi),
Xanımana (Xanım ana), Xanımbacı (Xanım bacı) və s. gös-
tərmək olar. Bu tip antroponimlərin əsası olan birləşmələrin
müəyyən hissəsi müasir ədəbi dilimizdə elə birləşmə kimi də
işlənir. Məsələn, Baba kişi, Əli baba, Ağa dayı və s. (3-213).
Dildə belə birləşmələrin yaranmasına səbəb birləşmənin ikinci
tərəfindəki ana, baba, bacı, qardaş, əmi, kişi və s. kimi
qohumluq münasibəti ifadə edən apelyativlərin hörmət motivli
funksiyaya malik olmasıdır.
Birinci növ təyini söz birləşmələrinin inkişafı əsasında
formalaşan antroponimlər
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi atri-
butiv, ikinci tərəfi isə substantiv funksiyalı vahidlərdən ibarət
olması məlum faktlardandır. Bu növ təyini söz birləşmələrinin
inkişafı əsasında formalaşan mürəkkəb quruluşlu antroponim-
ləri birinci tərəfdə iştirak edən atributiv funksiyalı vahidlərə
görə aşağıdakı kimi qruplaşdırmaq olar:
a) Birinci tərəfi isimlə ifadə olunanlar: Aybəniz, Ayçöhrə,
İnciqız, Qaşqara, Aycamal, Gülqız, Gülgəlin (Gəlingül), Gülya-
naq və s. (əsl şəxs adları); Əysibaldır Tapdıq (ləqəb) və s. Bu
sistemdə verdiyimiz Ayçöhrə, Aycamal, Gülqız, Gülgəlin
(Gəlingül) antroponimləri hibriddir.
b) Birinci tərəfi sifətlə ifadə olunanlar: Aqşin, Ağbuğa,
Ağsunqur, Qarabala, Qarakişi, Qarasunqur, Qaraoğlan, Gur-
sel, Ulubaba və s. (kişi adları); Ağgül, Ağgün, Ağqız, Ağcaqız,
Ağcabəniz, Ağcagül, Ağxanım, Algül, Alagöz, Böyükgəlin,
Qaraqız, Qaragöz, Qaragilə, İncəgül, İncəçiçək, İncəqız, Yax-
şıgül, Yaxşıçiçək, Yaxşıxanım, Yaşılxanış, Göyçəkgül, Göy-
çəkgəlin, Gözəlgül, Sarıgül, Sarıtel və s. (qadın adları); Ağçuxa
Ağabala, Darqursaq Musa, Laxbaş Əli və s. (ləqəb). Bu
sistemdəki Ağgül, Ağcagül, Qaragilə, İncəgül, Yaxşıgül, Göy-
çəkgül, Gözəlgül və Sarıgül antroponimləri hibriddir.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
171
c) Birinci tərəfi sayla ifadə olunanlar: Bircəgül, Bircəqız
və s. Buradakı ―Bircəgül‖ antroponimi hibriddir.
Göründüyü kimi, birinci tərəfdəki vahidlər, əsasən, sifətlə
ifadə olunmuşdur. Bu isə sifətin atributivlik funksiyası ilə bağ-
lıdır.
İkinci növ təyini söz birləşmələrinin inkişafı əsasında
formalaşan antroponimlər
İkinci növ təyini söz birləşmələrində sözlər arasında əlaqə
o qədər möhkəm olur ki, bunlar arasına heç bir söz əlavə etmək
mümkün deyildir. Belə bir möhkəm əlaqəyə malik olmaq
xüsusiyyəti onları tam lüğəti vahidə, bir anlayışı ifadə etməyə
gətirib çıxarır (132-109). Azərbaycan antroponimləri siste-
mində ikinci növ təyini söz birləşmələrinin inkişafı əsasında
formalaşan mürəkkəb quruluşlu antroponimlər digər birləşmə-
lərə, konkret desək, I növ təyini söz birləşmələri əsasında for-
malaşanlara nisbətən üstünlük təşkil edir (III növ təyini söz
birləşmələrində ümumilik, mücərrədlik deyil, konkretlik, müəy-
yənlik funksiyası əsas olduğundan onlar bir vahidə çevrilə
bilmir). Digər tərəfdən, bu növ təyini söz birləşmələrinin inki-
şafı əsasında təkcə əsl şəxs adları deyil, həm də titul və ləqəblər
mürəkkəb quruluşlu vahid kimi formalaşmışdır. Məsələn,
Ağabəyi, Ağadostu (hibriddir), Qalabəyi, Dağbəyi, Elbəyi,
Eloğlu, Eldostu (hibriddir), Yaradanqulu, Yüzbaşı, Minbaşı,
Ocaqqulu, Toybəyi, Topçubaşı, Xanqulu və s. (əsl şəxs adları);
Dəmirçioğlu (―Koroğlu‖ dastanı), Qoçubaşı Padar və s. (ləqəb);
bağbaşı, bəglərbəyi, erbaşı, yüzbaşı, minbaşı, mollabaşı
(hibrid), miraxurbaşı (hibrid), onbaşı, ordubaşı, sübaşı,
tacirbaşı, topçubaşı, çobanbəyi və s. (titullar); Qardaşoğlu,
Qarınqulu
(M.Ə.Sabirin
təxəllüsləridir),
Divanbəyoğlu
(hibriddir, Abdulla bəy Vəli oğlunun təxəllüsüdür), Əhmədoğlu
(hibriddir. Şair Osman Osmanovun təxəllüsüdür), Xanqızı
(Xurşudbanu Natəvan), Türkoğlu (Nəsirli Yaqub) və s. (tə-
xəllüslər).
Язизхан Танрыверди
172
Bununla bərabər, II növ təyini söz birləşmələrinin inki-
şafı əsasında yaranan elə mürəkkəb quruluşlu antroponimlər
vardır ki, onlar forma baxımından II növ təyini söz birləşmələri
əsasında düzəlmiş mürəkkəb vahid kimi qavranmır. Məsələn,
Elbəy (el bəyi, ―Elbəyi‖ antroponimini qeyd etmişik), Eldost (el
dostu, ―Eldostu‖ antroponimi də vardır), Elnur (el nuru), Elxan
(el xanı), Elşad (el şadı), Elturan ( Turan eli), Elvüqar (el
vüqarı), Eltac (el tacı), Elçiçək (el çiçəyi), Yazçiçək (yaz
çiçəyi), Orduxan (ordu xanı) və s. Göründüyü kimi, bu
antroponimlərin II növ təyini söz birləşmələrinin inkişafı
əsasında bir mürəkkəb vahidə çevrilməsi birbaşa qavranmır.
Dostları ilə paylaş: |