Язизхан Танрыверди
148
LƏQƏB VƏ AYAMALAR
Köməkçi ad kateqoriyalarından biri də ləqəblərdir. Ləqəb
ərəb dilinə məxsus söz olub bir adamın əsl adından başqa ona
verilən ikinci bir ad, ayamadır (83–314). Ləqəb və ayama sözü
C.Məmmədquluzadənin
―Danabaş kəndinin əhvalatları‖
əsərində də paralel işlənmişdir. ―Elə ləqəblər var bizim Dana-
baş kəndində ki, desəm, uğunub gedərsən. Məsələn, Girdik
Həsən, Dəvə Heydər, Yalançı Səbzəli, Eşşək Muxtar, Dovşan
Qasım, müxtəsər, bu cür ayamalar bizim Danabaş kəndində
hədsizdir‖ (185-94). M.Adilov və A.Paşayev göstərirlər ki,
Azərbaycanın müxtəlif dialekt və şivələrində ləqəb və ayama
mənasında ayalğa (Şamxor-Şəmkir – Ə.T.), nəssə (Culfa),
təyəlğa//təlğa (Qazax), əyəlğa, əyalğa, əlğa və s. kimi variantlar
da vardır (10–47). Bu, bir daha təsdiq edir ki, ləqəb termini
vəzifəsində müxtəlif vahidlərdən istifadə olunur, ədəbi dildə isə
yalnız ―ləqəb‖ termini məqbul hesab edilir.
Ləqəblər də əsas və digər köməkçi ad kateqoriyaları kimi
fərqləndirici və fərdiləşdirici xüsusiyyətlərə malikdir. Bu cə-
hətlərinə görə digər ad kateqoriyaları ilə oxşarlıq təşkil etsə də,
özünəməxsus spesifik xüsusiyyətləri olan bir kateqoriyadır.
Şəxsin ləqəb və ayaması ilə onun keyfiyyəti, əlaməti ara-
sında müəyyən yaxınlıq olur və demək olar ki, əksər hallarda
məfhumla sözün, konkret desək, ləqəbin sərhədi bərabərləşir.
Məsələn, gözü görməyənə ―Kor‖, üzündə çopur olana ―Çopur‖,
ayağı şikəst olana ―Topal‖ və ya ―Axsaq‖, ağıldan kəm olana
―Dəli‖ (müasir ədəbi dildə) və s.
Ləqəb və ayamaların yaranmasında şəxsin daxili keyfiy-
yəti, zahiri əlaməti, ictimai həyatda rolu və s. əsas olur. Təbii
ki, şəxsə ləqəb və ayamanı verənlər onun ən qabarıq xüsusiy-
yətlərini əsas götürür ki, bu da mənfi və müsbət motivli ola bi-
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
149
lər. Ləqəblərin leksik-semantik qrupları da antroponimikamızda
qeyd olunan tip ləqəblərin üstünlük təşkil etdiyini göstərir.
―Kitabi-Dədə Qorqud‖dakı Qabangüci, Dəmirgüci,
―Koroğlu‖dakı Bəlli Əhməd, Toxmaqvuran, Tupdağıdan,
Halay-pozan və s. kimi müsbət motivli, həm də igidlik
funksiyalı ləqəbləri ulularımız ―ər ləqəbi ilə tanınar‖ prinsipinə
əsasən vermişlər. Belə müsbət motivli ləqəblər bu gün də
müşahidə edilməkdədir.
Mənfi motivli ayamalar qədim dövrlərdən bu günə qədər
işlənməkdədir. ―Kitabi-Dədə Qorqud‖ dastanındakı Qısırca
Yengə, ―Koroğlu‖ dastanındakı Keçəl Həmzə, Çopur Səfər və
s. tipli ayamalar müasir ədəbiyyatımızda, eləcə də danışıq dili
və dialektlərimizdə yüzlərlədir. Onu da əlavə edək ki, müsbət
motivli ləqəblərdən fərqli olaraq, ayaması olanlar istəmirlər ki,
onları həmin adla çağırsınlar. Bu da sırf psixoloji amillə
bağlıdır.
Azərbaycan antroponimiyasında A.Qurbanov, M.Adilov,
M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Mustafayeva və başqa
tədqiqatçılar məqalə və monoqrafiyalarında ləqəblərin lin-
qvistik, həmçinin üslubi-linqvistik xüsusiyyətlərindən bəhs
etmişlər. A.Paşayev isə ―Azərbaycan dilində ləqəblər‖ mövzu-
sunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin
əsərlərdə ləqəblərin digər ad kateqoriyalarından fərqi, ləqəb-
lərin leksik-semantik qrupları, ləqəblərin bir və ya bir neçə
şəxsə aid olmasına görə təsnifi, ləqəblərin istifadə formasına
görə təsnifi, ləqəblərin morfoloji və sintaktik xüsusiyyətləri,
ləqəblərin üslubi-linqvistik xüsusiyyətləri və s. məsələlər təhlil
edilmiş, faktiki dil materialları ilə təsdiqlənmişdir. Lakin apel-
yativi müasir ədəbi dildə olmayan (türk mənşəli arxaizm, ar-
xaizm səciyyəli dialektizm və dialektizmlər nəzərdə tutulur)
ləqəblər geniş şəkildə tədqiqata cəlb olunmayıb.
Azərbaycan onomastikasında ləqəb və ayamaların leksik-
semantik qrupları dəqiqləşdirilmişdir. Həmin bölgülərin nəzəri
Язизхан Танрыверди
150
müddəalarına əsaslanaraq, apelyativi arxaizm, arxaizm səciy-
yəli dialektizm və dialektizmlər olan ləqəbləri leksik-semantik
xüsusiyyətlətinə görə aşağıdakı kimi sistemləşdirmək olar
1
.
1. İgidlik, qəhrəmanlıq, böyüklük motivli ləqəblər: Alp
Eltəbər (VII əsr), Dəli Domrul (―Kitabi-Dədə Qorqud‖), Qoç
Koroğlu, Sanlı Səməd, Topdağıdan (Tupdağıdan), Toxmaq-
vuran, Tanrıtanımaz, Halaypozan (―Koroğlu‖ dastanı), İyid
Bayramxan (Aşıq Ələsgər) və s.
2. Etnonimlər əsasında yaranan ləqəblər: Qıpçaq Məlik
(―Kitabi-Dədə Qorqud‖), Kınıq Qazıqurd (F.Rəşidəddinin
―Oğuznamə‖ əsərində), Əhməd Tərəkəmə (―Heydər bəy‖ da-
tanı), Kürd Ələkbər (N.Vəzirov), Təklə Hacı Qurban (Qasım
bəy Zakir), Tərəkəmə Ərşad (İ.Əfəndiyev), Qıpçaq Əhməd
(Şəki) və s. Ləqəb funksiyasında iştirak edən ―tərəkəmə‖ etno-
nimi Azərbaycanda ən geniş yayılan etnonimlərdəndir. İran,
xüsusilə Cənubi Azərbaycan toponimləri sistemində ―tərəkə-
mə‖ etnonimi əsasında formalaşan vahidlər üstünlük təşkil edir.
―Tərəkəmə‖ XI əsrdə islamı qəbul edən və İran ərazisində yaşa-
yan oğuz tayfalarındandır (148–148). ―Tərəkəmə‖ antroponi-
mik və toponimik vahidlərin yaranmasında iştirak edən etno-
nimlərdəndir. ―Təklə və təkəli etnonimi Səfəvilər dövründə
Azərbaycanda güclü türk tayfalarından olmuşdur‖ (24–44). An-
troponimikamızda ləqəb funksiyasında iştirak edən ―təklə‖
etnonimini Azərbaycan toponimik vahidlər sistemində oykonim
kimi işlənməkdədir. Məsələn, Təklə kəndi (Borçalı), Təklə
kəndi (Qarabağ), Təklə (Biləsuvar) və s.
Məlumdur ki, təyinedici və fərqləndirici xüsusiyyətlərə
malik olan ləqəblərdə təyin təyin olunandan, yəni ləqəb əsl
şəxs adından əvvəl işlənir. Məsələn, Dəli Domrul, Qoç Koroğlu
və s. Lakin bəzən bunun əksi də müşahidə edilir. Yəni ləqəb
1
Qeyd: Əsərin ləqəblər hissəsinə daxil etdiyimiz vahidlərin bir hissəsini
ADPU-nun Onomastika fondundan götürmüşük.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
151
əsl şəxs adından sonra işlənir. Məsələn, Əhməd Tərəkəmə,
Güzəməli Şeytan (―şeytan‖ ərəb mənşəli apelyativdir).
Göründüyü kimi, atributivlik funksiyalı Tərəkəmə və Şeytan
ləqəbləri əsl şəxs adlarından sonra işlənmişdir. Bu xüsusiyyət
daha çox folklor nümunələrində müşahidə edilir.
3. Sənət, peşə, vəzifə ilə əlaqədar yaranan ləqəblər: Ağıçı
Bədircahan (N.Vəzirov), Məsmə Qaravaş, Bəhram Yüzbaşı
(Şamaxı), Keçəçi Əlabbas (Şamaxı), Kərənti düzəldən Əjdər
(Şəmkir), Əvəçi Zöhrə (Qazax), Sığırçı Məhərrəm (Yevlax),
Pıçqı Əsgər (Borçalı), Cöyüzsatan Narın (Qazax), Carçı Əvəz
(Şamaxı), Çarıqçı Murad (Şamaxı), Çarıq Ələkbər (Şamaxı)
və s.
4. Şəxsin psixoloji xüsusiyyətləri ilə bağlı yaranan aya-
malar: Darqursaq Musa (Füzuli), Danqır Abbas (M.Cəlal),
Dağarcıq Ağamirzə (Oğuz), Dığ-dığ Gülsüm (Bakı), Dır-dır
Dursun (Şamaxı), Dızqax Nəsrəddin (Şamaxı), Dunux Əsli
(Borçalı), Əfçi Nərgiz (Qazax), Güəzə//Gəvəzə Hümmət (Bor-
çalı), Girdik Həsən (C.Məmmədquluzadə), Gop Xalıq (Şama-
xı), Gopçu Qasım (Borçalı), Kirimiş Cahan (Şəmkir),
Karsala Çoban (Laçın), Laxbaş Əli (Xanlar), Yava Qurban
(Kürdəmir), Çuğul Kərbəlayı Məhəmməd (―Qaçaq Nəbi‖),
Cinqoy Kazım (Borçalı), Hör-hör Osman (Qazax) və s. Şəxsin
psixoloji xüsusiyyətləri ilə bağlı olan bu ayamaların əksəriyyəti
mənfi motivlidir. Yava Qurban isə müsbət motivli ləqəblər
sırasında izah edilə bilər. Çünki ―yava‖ apelyativi bir sıra
şivələrdə, o cümlədən Sabirabad şivəsində ―pis‖, qərb şivələrin-
də ―yekə-yekə danışmaq‖ ifadəsinin sinonimi kimi ―yava-yava
danışmaq‖ və s. mənalarda işlənsə də, Yava Qurban ləqəbinin
formalaşdığı Kürdəmir şivəsində ―zirək‖ mənalıdır və elə
ləqəbyaratmada da həmin məna əsas götürülmüşdür.
5. Şəxsin fizioloji xüsusiyyətləri ilə bağlı yaranan aya-
malar: Axtaxan Ağa Məhəmməd şah Qacar (Ə.Haqverdiyev),
Bınbidi Güləbətin (Ermənistan Respublikasının Kalinino
Язизхан Танрыверди
152
rayonu), Qaroy Muxtar (Borçalı), Qart Osman (Şamaxı),
Dınqıl Əhməd (Oğuz), Dınqılı Əli (Naxçıvan), Dinqidi Allah-
verdi (Kalinino rayonu), Donqa Əhməd (Borçalı), Donqabel
Nəsrəddin (Qazax), Mırığ Heybət (Şamaxı), Zağar Əli
(Borçalı), Gözüpıçalaqlı Anaxanım (N.Vəzirov), Sırıx//Sırığ
Qasım (Qazax), Sıqqa Nəsif (Şəmkir), Teytax Qurban (Şəm-
kir), Tapalaq Teybə (Kalinino), Tosoy Şahmurad (Qazax),
Törə Osman (Şamaxı), Xaşal Qurban (Ə.Haqverdiyev), Xırça
Əmiraslan (Tovuz), Çılı Mustafa (Naxçıvan), Cınqılı Mövsüm
(Naxçıvan) və s.
Şəxsin fizioloji xüsusiyyətləri ilə bağlı olaraq yaranan
ayamalar mənfi motivlidir, əsasən, şəxsin fiziki xüsusiyyətlə-
rini əks etdirir. Yuxarıdakı ayamaların apelyativi olan vahidlər-
dən yalnız ―Gözüpıçalaqlı‖ adındakı ―göz‖ sözü müasir ədəbi
dilimizdə işlənir.
6. Müəyyən hadisə əsasında formalaşan ləqəblər və
ayamalar: Ağçuxa Ağabala (Şamaxı). Ağ çuxa geyinmə hadi-
səsi ―Ağçuxa‖ ləqəbinin yaranmasına səbəb olmuşdur. A gədə
Pirməmməd (A.Paşayevin əsərlərindən götürülmüşdür). Güman
ki, ay gədə, ay oğlan ifadəsini çox işlətmə ilə əlaqədar
yaranmışdır.
Boğazca Fatma (―Kitabi-Dədə Qorqud‖), Boğaz İsmayıl
(Qazax). Bu ləqəblərdən Boğazca hamiləliyə işarədirsə, Boğaz
―çox yeyən‖, ―boğazını otaran‖ anlamlıdır.
Qısırca Yengə (―Kitabi-Dədə Qorqud‖), Qısır Fatma.
Hər iki ayama doğmayan anlamlıdır.
Qancıx Lala (Qazax). Bu ayamanın apelyativi ―dişi it‖
anlamlıdır. Ehtimal ki, həmin adı daşıyan şəxs heç kimlə yaxşı
münasibət qura bilmədiyi üçün bu adla adlanıb.
Qaxdağan Güllüzar (Ermənistan Respublikasının Kalini-
no rayonu). Kasıb, yoxsul olma ilə əlaqədar yaranmışdır.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
153
Əysibaldır Tapdıq (Qazax). Həmişə ayağına, yaxud bal-
dırına parça (əski) bağlama ilə əlaqəli yarandığını söyləmək
mümkündür.
Parax Məmməd (Borçalı). ―Parax‖ it, həm də yaşayış yeri
anlamlı qədim türk sözüdür. Məmmədin evi olmadığı, o qapıda,
bu qapıda yaşadığı üçün ona ―Parax‖, yəni evsiz-eşiksiz
ləqəbini veriblər. Bu apelyativ qırğız antroponimləri sistemində
əsl şəxs adı funksiyasındadır. Məsələn, Баракбай (104-6). Onu
da əlavə edək ki, belə vahidlər az deyil. Yəni Azərbaycan
antroponimləri sistemində ləqəb kimi işlənən bir sıra vahidlər
digər türk xalqları antroponimikasında əsl şəxs adı kimi işlənir.
Qırğız antroponimləri ilə apardığımız müqayisə bunu bir daha
təsdiqləyir:
Azərbaycan
antroponimləri
sistemində ləqəb
Qırğız antroponimləri
sistemində əsl şəxs adı
Qancıx Lala
Parax Ədil (Adil)
Satqın Xudayar
Təntik Müslüm
Tülkü Qurban
Uzun Qurban
Bayqançux
Barakbay
Satkın
Tentek
Tülkübay
Juzun
Türk mənşəli ləqəb və ayamaların leksik-semantik qrup-
ları göstərir ki, istər bədii ədəbiyyatımızda, istərsə də müasir
diimizdə (danışıq dili və dialektlərdə) işlənən ləqəb və ayama-
lar digər onomastik vahidlər kimi dilimizin qoruyucusudur.
Təbii ki, həmin tip vahidlərin yaşaması, geniş mənada götürsək,
onların apelyativinin yaşamasıdır. Araşdırmaya cəlb etdiyimiz
ləqəb və ayamaların bir qrupunun apelyativi dialektizmlərdirsə
(bınbidi, qaxdağan, mırıx, sırıx və s.), əksəriyyətinin apelyativi
XIX əsrə qədərki ədəbi dilimiz barədə müəyyən təsəvvür
Язизхан Танрыверди
154
yarada bilən arxaizm və tarixizm (çuxa, alp və s.), arxaizm
səciyyəli dialektizmlərdir (ağıçı, boğazca, qaroy, qısır, əvəçi,
əfçi və s.).
Leksik-semantik qruplara daxil etdiyimiz ləqəb və aya-
maların apelyativinin türk mənşəli arxaizm, arxaizm səciyyəli
dialektizm və dialektizmlər olmasını nəzərə alaraq aşağıdakı
cədvəli təqdim edirik:
Ləqəb və
ayamalar
Apelyativi
Arxaizim
və
tarixizm
Arxaizim
səciyyəli
dialektizm
Dia-
lektizm
Mənası
Аьычы
Бядиръащан
-
+
-
аьы-гадынларын йас йе-
риндя авазла сюйлядик-
ляри йаныглы сюзляр, ба-
йатылар. аьычы-аьы сюйля-
йян
Аьчуха
Аьабала
+
-
-
«аь» мцасир ядяби дил-
дяки рянэ анламлы ва-
щид, «чуха» эейим ады.
етнографик архаизмдир
А эядя
Пирмяммяд
-
-
+
ай оьлан
Ахтахан
-
+
-
«ахталанмаг»
сюзцндяндир,
ахталанмыш
мянасыны
верир.
Боьазъа Фатма
-
+
-
щамиля
Боьаз Байрам
-
-
+
чох йейян, боьазыны
отаран
Бящрям
Йцзбашы
+
-
-
йцз тясяррцфата сащиблик
едян
Бордаг
Мящяммяд
-
-
+
кюклцйя ишарядир
Гарой Мухтар
-
+
-
эюзц йахшы эюрмяйян,
кор
Гарт Осман
-
+
-
гартымыш, гоъалмыш
Гахдаьан
-
-
+
касыб, йохсул
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
155
Эцлябятин
Гысыр Фатма
-
+
-
доьмайан
Гысыр Йенэя
-
+
-
доьмайан
Гырлы Щцсейн
-
+
-
«гыр» даь анламлы ар-
хаик ващиддир
Даьаръыг
Аьамирзя
-
-
+
арагарышдыран
мянасындадыр
Дангыр Аббас
-
-
+
чох чылпаг, даз, кечял
Дяли Домрул
+
-
-
иэид, гочаг
Дяли Щясян
+
-
-
иэид, гочаг
Дингиди
Аллащверди
-
-
+
узунбойлу
Дыь-дыь Эцлсцм
-
-
+
чох данышан
Дызгах
Нясряддин
-
-
+
горхаг
Дынгыл Яли
-
-
+
балаъа бой
Дыр-дыр Дурсун
-
-
+
çох dанышан, ловьа, ар-
сыз
Дыппылы Садай
-
-
+
балаъа бой
Донга Казым
-
-
+
мцасир ядяби дилдя
«донгар» шяклиндядир.
«яйрибел» мянасыны бил-
дирир
Дунух Салатын
-
-
+
эеъ баша дцшян, эеъ ан-
лайан
Явячи Ъейран
-
+
-
гадын, арвад мянасында
архаикляшиб, йалныз ди-
алектлярдя «мамача»
сюзцнцн синоними кими
ишлянир
Яйсибалдыр
Тапдыг
-
+
-
айаьына, йахуд балдыры-
на парча (яски) баьла-
йан мянасындадыр
Яличатылы
Мящяммяд
-
+
-
-и мянсубиййят шякилчи-
сини гябул етмиш, «ял»
исми мцасир дилимиздя
ишлянир, чаты лексеми ися
кяндир, сиъим мяналы
ващиддир
Яфчи Бясти
-
+
-
архетипи гядим тцрк сю-
зц олан нитг анламлы
«саб» ващидидир. чабчы-
чяфчи
«щярфчи-яфчи»
«чох данышан» мяна-
Язизхан Танрыверди
156
сыны ифадя едир. qядим
тцрк дилиндя гадын, ар-
вад мянасында да ишл-
янмишдир.
Заьар Яли
-
-
+
балаъа, гысабой
Йава Гурбан
-
-
+
«йава» мцхтялиф диа-
лектлярдя пис мянасын-
да ишлянир. лакин Kцр-
дямир районунда ишля-
нян «йава Qурбан» ля-
гябиндяки «йава» зиряк
мяналыдыр. Çцнки Kцр-
дямир шивясиндя «йа-
ва» сюзц йалныз зиряк
мянасында ишлянир.
Карсала Чобан
-
-
+
эеъ баша дцшян, эеъ ан-
лайан
Кечячи Ялаббас
-
+
-
кечя дцзялдян – «ке-
чя» мяишят яшйасы олуб,
етнографик архаизмдир
Кярянти дцзял-
дян Гасым
-
-
+
«kərənti» dəryaz an-
lamlıdır, düzəldən сюзц
ися ядяби дилимиздя
ишлянир
Кирли
Мящяммяд
-
-
+
сялигясиз, чиркли палтар
эейян
Киримиш Cащан
-
-
+
сакит мянасыны ифадя
едир
Кцязя//Кявязя
Ящмяд
-
+
-
çoxdanışan, boşboğaz,
lağlağı
Кирдик Щясян
-
+
-
арсыз, йаланчы
Эопчу Гасым
-
+
-
дцз данышмайан, дцз-
эцн мялумат вермя-
йян
Эоп Халыг
-
+
-
дцз данышмайан
Эюзцпычалаглы
Aнаханым
-
-
+
тяйини сюз бирляшмяля-
риня дахил олмайан исми
бирляшмя моделиндядир.
мянсубиййят шякилчиси
гябул етмиш «эюз» сюзц
ядяби дилимиздя ишлянир.
«пычалаг» ися диалект
ващидiдир, «зыь» сюзц
иля нисби синонимлик
тяшкил
едир.
«Gюзц
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
157
пычалаглы» эюзц зыьлы
мянасыны верир.
Лахбаш Яли
-
-
+
щеч ня билмяйян, баша
дцшмяйян, эеъ анлайан
Мясмя Гараваш
-
+
-
гуллугчу, нюкяр
Мырых Щейбят
-
-
+
дишляри олмайан вя йа
аз олан
Мысмырых Няби
-
-
+
тез кцсян
Парах
Нясряддин
-
+
-
евсиз, ешиксиз
Пыçqы Надир
-
+
-
мишар анламлыдыр вя
«мишар» сюзц иля бир
кюкдян олдуьу тцрколо-
эийада сцбут олунмуш-
дур
Санлы Сямяд
-
+
-
адлы-санлы, шющрятли
Сырт Йусиф
-
+
-
сырт сюзц «зирвя», «тя-
пя», «бядян цзвцнцн
ады» вя с. мяналары бил-
дирир.
Laкин
гейд
олунан лягябдя иэидлик
мянасыны ифадя едир
Сырых Сабир
-
-
+
сырыь//сырых фонетик ва-
риантларында
ишлянир,
«узун» мянасыны ифадя
едир, бязян узун аьаъ
мянасында да ишлянир
Сыьырчы
Мящяррям
-
+
-
нахырчы, «сыьыр» нахыр
анламлыдыр
Тайтах Гурбан
-
+
-
тайтайан, ахсайан мя-
насыны ифадя едир
Тайчарых
Мящяммяд
-
+
-
бир чарыглы
Тосой Мядяд
-
-
+
балаъа, лап балаъа мя-
насыны билдирир
Топалах Тейбя
-
-
+
балаъа
Топпулу Сяням
-
-
+
«кюк» мянасыны ифадя
едир
Тохмагвуран
+
-
-
«тохмаг» гядим силащ-
лардан биринин адыдыр,
«вуран» мцасир ядяби
дилимиздя ишлянир (вур-
маг)
Тюря Осман
-
-
+
балаъа
Язизхан Танрыверди
158
Тупдаьыдан
+
-
-
дястя, ъярэя даьыдан
мянасыны ифадя едир.
иэидлик мотивли лягябдир
Хашал Гурбан
-
-
+
йекягарын
Хырча Мяъид
-
-
+
балаъа
Hалайпозан
-
+
-
дястя даьыдан, полкда-
ьыдан, иэидлик мотивли-
дир
Чуьул
Кярбялайы
Мящяммяд
-
+
-
арагарышдыран, хябярчи
Чарыгчы Мурад
+
-
-
чарыг тикян
Ъарчы Явяз
-
+
-
ъар чякян, хябяр верян
Чылы Мустафа
-
-
+
балаъа
Ъингой Казым
-
-
+
ясяби, тез юзцндян чы-
хан
Ъында Щцсейн
-
-
+
касыб, йохсул
Ъиъишди
Сащибхан
-
-
+
«ъиъи» тязя анламлыдыр.
«ъиъишди», йяни «тязя-
дир»
Ъюйцзсатан
Ъащан
-
-
+
«ъюйцз», «ъявиз» гоз
сюзцнцн синонимидир.
Ъынгылы Мювсцм
-
-
+
балаъа
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
159
III FƏSİL
TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN
ANTROPONİMLƏRİNİN QRAMMATİK
XÜSUSİYYƏTLƏRİ
Azərbaycan antroponimiyasında sadə quruluşlu antropo-
nimlər, əsasən, düzgün istiqamətdə təhlil olunmuşdur. Düzəlt-
mə quruluşlu antroponimlərə münasibət isə mübahisəlidir.
Məsələn, M.Çobanov belə hesab edir ki, Telli, Dəmirçi, Ovçu
və s. antroponimlər –lı
4
, -çı
4
şəkilçilərinin ―tel‖, ―dəmir‖, ―ov‖
apelyativlərinə artırılması yolu ilə yaranmışdır (180–75). Ya-
xud M.Adilov və A.Paşayev Güllü, Telli, Bəylər, Qorxmaz,
Xanım, Bəyim və s. antroponimlərin müxtəlif nitq hissələrinə
müəyyən şəkilçilərin artırılması ilə düzəldiyini göstərirlər (10–
17). A.Qurbanov da düzəltmə quruluşlu antroponimlərin mor-
foloji üsulla yarandığını göstərir (60–452–466). Halbuki qeyd
olunan antroponimlər düzəltmə yolla, yaxud morfoloji üsulla
yaranmamışdır. Çünki həmin antroponimlərin leksik və qram-
matik-leksik şəkilçili apelyativləri müasir ədəbi dilimizdə elə
həmin formada işlənməkdədir (titul səciyyəlilər arxaikləş-
mişdir). Fikrimizcə, sadə, düzəltmə, qrammatik şəkilçili, mü-
rəkkəb quruluşlu və cümlə tipli vahidlərdən, yaxud digər ono-
mastik vahidlərdən antroponim yaradıcılığında, əsasən, hazır
şəkildə, yəni birbaşa istifadə olunmuşdur. Bu da apelyativin və
digər onomastik vahidin antroponimə transformasiyasıdır.
Faktlara müraciət edək: almaz – Almaz, dəmir – Dəmir; telli –
Telli, dəmirçi – Dəmirçi; dur+sun = dursun = Dursun; adı gözəl
= adıgözəl = Adıgözəl, adı bəlli = adıbəlli – Adıbəlli; Qız qayıt
= Qızqayıt, Tanrı verdi = Tanrıverdi; qıpçaq – Qıpçaq, əfşar –
Əfşar və s. Deməli, apelyativlərdən və apelyativ funksiyalı
vahidlərdən birbaşa istifadə olunmuşdur. Bu tipli vahidlərin
Язизхан Танрыверди
160
əsas və köməkçi ad kateqoriyalarında çoxluq təşkil etdiyini,
həm də apelyativin və digər onomastik vahidlərin antroponimə
transformasiyasını nəzərə alaraq, türk mənşəli antroponimlərin
qrammatik xüsusiyyətlərini aşağıdakı sistem üzrə təhlil etməyi
məqbul hesab edirik:
1. Sadə quruluşlu antroponimlər;
2. Düzəltmə quruluşlu antroponimlər;
3. Qrammatik şəkilçili antroponimlər;
4. Mürəkkəb quruluşlu antroponimlər.
Sadə quruluşlu antroponimlər. Leksik və qrammatik-
leksik şəkilçilərsiz antroponim yaradıcılığına cəlb edilən apel-
yativlər, həmçinin başqa onomastik vahidlər, təbii ki, onomas-
tikada sadə quruluşlu antroponimlər kimi izah olunmalıdır. Bu
mənada sadə quruluşlu antroponimləri nitq hissələrinin işti-
rakına görə aşağıdakı kimi qruplaşdırmaq olar:
a) isimlərdən ibarət sadə quruluşlu antroponimlər:
1
Ağa,
Aza, Ayaz, Alay, Alov, Alqış, Araz, Aran, Aruz, Aslan, Ata, Ba-
ba, Babək, Bala, Boran, Buğa, İldırım, Gümüş,Oğuz, Oğul,
Ozan, Orman, Bulud, Qaya, Qartal, Qıpçaq, Dəmir, Dəniz,
Teymur, Təbriz, Tufan, Türk, Uğur və s. (əsl şəxs adlarına daxil
olan kişi adları); Alma, Durna, İnci, Kəklik, Laçın, Maral,
Sona, Tərlan, Tovuz, Turac, Ulduz, Xatın, Çiçək, Ceyran və s.
(əsl şəxs adlarına daxil olan qadın adları); ağa, bəy, bilgə, bikə,
yabqu, tegin, xan, xaqan, xatun, çavuş, çur, şad və s. (titullar);
Alp Eltəbər, Boğaz Bayram, Yava Qurban, Pıçqı Nadir, Sırıx
Sabir,Təklə Hacı Qurban, Çarıq Ələkbər və s. (ləqəblər); Araz
(Məmməd Araz), Əfşar (Sadıq bəy Əfşar), Güzgü (Məmmədəli
Manafov) və s. (təxəllüslər).
b) sifətlərdən ibarət sadə quruluşlu antroponimlər: Aydın,
Arıx (Arıq), Qara, Qoca, İgid, Uru və s. (əsl şəxs adlarına daxil
1
Q e y d: Əsas və köməkçi ad kateqoriyalarına daxil olan antroponimləri
bir sistemdə verməyi məqsədəuyğun hesab edirik.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
161
olan kişi adları); İncə, Yaxşı, Göyçək, Gözəl və s. (əsl şəxs ad-
larına daxil olan qadın adları); Qart Osman, Qısır Fatma, Qoç
Koroğlu, Dəli Domrul, Dəli Həsən, Donqar Əhməd, İyid Bay-
ramxan, Zağar Əli, Güəzə (gəvəzə) Əhməd, Xaşal Qurban, Çu-
ğul Kərbəlayı Məhəmməd və s. (ləqəblər).
Sadə quruluşlu antroponimlər sisteminə daxil etdiyimiz
Babək, Oğuz, Təbriz, Xəzər və s. kimi antroponimlərin apelya-
tivi müasir ədəbi dilimizdə işlənmir, onların leksik məzmunu
qapalı olduğundan qavranmır, antroponim kimi işlənmələrinə
səbəb isə həmin tip vahidlərin məhz tarixi şəxsiyyət adı, etno-
nim, toponim, hidronim təyinatı, funksiyası ilə bağlıdır. Digər
tərəfdən, sadə quruluşlu antroponimlərin apelyativləri və ya
antroponimik vahid funksiyasında iştirak edən digər onomastik
vahidlər müasir ədəbi dil baxımından sadə quruluşlu görünsə
də, geniş etimoloji təhlil aparıldıqda həmin tip vahidlərə sadə
quruluşludur - demək məntiqi baxımdan qüsurludur. Məsələn,
leksik semantikası donmuş antroponimlərə diqqət yetirək.
Türkologiyada ―Xəzər‖in ―xəz‖ etnonim, -ər cəmlik bildirən
qrammatik şəkilçi (186–194), yaxud ―Babək‖in, ―ba‖ – böyük,
―bək‖ – bəy və s. izahları vardır (10–15). Bu baxımdan yanaş-
dıqda ―Xəzər‖ qrammatik şəkilçili onomastik vahid (hidronim,
həm də antroponim və ktematonim), ―Babək‖ isə mürəkkəb
quruluşlu antroponim kimi izah olunmalıdır. Lakin müasir ədə-
bi dildə sadə quruluşlu söz kimi qəbul edilən ―alov‖ sözünün
tarixi – fonomorfoloji təhlilində onun ―al‖ (parlaq, hiylə və s.
anlamlı) yuvası ilə bağlılığı (186-150), yaxud ―u:‖, ―yuxu‖
sözünün dilin qədim qatındakı köküdür (71–216) və s. faktları
əsas götürsək, bir daha təsdiqlənər ki, dilin ilkin yaranma dövr-
lərində və ondan sonrakı ilk mərhələlərdə sözlər, əsasən, bir və
iki səsli olmuş, sonrakı mıərhələlərdə isə bir yuvadan şaxələnən
sadə quruluşlu, istərsə də eyni yuvadan və başqa yuvalardan
şaxələnən düzəltmə və mürəkkəb quruluşlu vahidlər yaran-
mışdır. Bu prizmadan yanaşdıqda sadə, düzəltmə və mürəkkəb
Язизхан Танрыверди
162
quruluşlu vahidlər xronoloji ardıcıllıqla fonomorfoloji və mor-
foloji istiqamətdə təhlil olunmalıdır. Türkologiyada apelya-
tivlərin belə bir istiqamətdə müəyyən qədər təhlil edildiyini və
bu mövzunun başqa bir mövzu olduğunu, həmçinin antroponi-
mik vahidlərə daha çox sinxronik baxımdan yanaşdığımızdan
yuxarıdakı antroponimləri sadə quruluşlu antroponimlər sis-
teminə daxil etmişik.
Düzəltmə quruluşlu antroponimlər. Bu tip antropo-
nimlərdə leksik və qrammatik-leksik şəkilçilər müşahidə edilir.
Ona görə də əvvəlcə leksik, sonra isə qrammatik-leksik şəkilçili
antroponimləri təqdim etmək lazım gəlir.
Dostları ilə paylaş: |