Türk mənşəli antroponimlərin
leksik-semantik qrupları
Azərbaycan antroponimləri leksik-semantik baxımdan
qruplaşdırılarkən onlara müxtəlif istiqamətlərdən yanaşılmış və
fərqli bölgülər müəyyənləşdirilmişdir. Lakin antroponimlərin
leksik-semantik xüsusiyyətlərinə görə qruplaşdırılmasında
fərqli cəhətlər özünü göstərsə də, qruplaşdırma üçün əsas gö-
türülən meyarlar, demək olar ki, uyğun məxrəclərdə birləşir.
Türk mənşəli Azərbaycan antroponimləri leksik-semantik
xüsusiyyətlərinə görə qruplaşdırılarkən xalqımızın maddi varlıq
və mənəvi anlayışları qiymətləndirmə baxışı, ictimai-sosial
həyata münasibəti, dünyagörüşü, etnoqrafiyası, istək və arzusu
kimi məsələlər nəzərə alınmalı, qruplaşdırma meyarı kimi əsas
götürülməlidir.
Antroponim yaradıcılığı üçün əsas götürülən apelyativ-
lərdə nə qədər müxtəliflik olsa da, onlar müəyyən bir istiqamət-
də birləşir. Belə ki, türk mənşəli kişi adlarında igidlik, cəsurluq,
böyüklük və s., qadın adlarında isə gözəllik və gözəllik çalarlı
apelyativlər üstün mövqedədir. Əlbəttə, türk mənşəli kişi və
qadın adlarının formalaşmasında digər apelyativlər də iştirak
etmişdir. Lakin antroponimikamızda igidlik və gözəllik çalarlı
adlar çoxluq təşkil edir. Əlavə edək ki, antroponimlərdəki
motivlər yalnız arzu olunur və denotatla heç bir əlaqəsi yoxdur.
―Gözəl‖ adına malik olan adam əslində gözəl olmaya da bilər.
Lakin çirkin bir şəxs haqqında gözəldir deməzlər (biz burada
tək-tək halları – nəzakəti, etikanı və s. nəzərə almırıq). Bu, bir
daha göstərir ki, xüsusi ad kimi ―Gözəl‖ yalnız adlandırır və
heç bir əlamət bildirmir, ümumi ad kimi işlənən ―gözəl‖ isə
Язизхан Танрыверди
112
müəyyən
əlamət
və
keyfiyyət
bildirir
(38-213).
Antroponimlərdəki şərtilik aşağıdakı misralarda poetik şəkildə
ifadə olunur.
Düzdür körpəliyindən
Uşaq ad alsın gərək.
Ad veririk biz bəzən
Əzvaylara – Mehriban.
Qorxaqlara – Qəhrəman
İdbar insana – Mələk,
Çirkin insana – Çiçək
Cəllad insana – Adil
Nadan insana – Aqil
Bəzən də çirkin adda
Rast gəlirik ilahi,
Gözəl-göyçək qadına,
Belə olur həyatda
Çox zaman bənzəməyir
İnsanlar öz adına.
(Ə.Kürçaylı)
Qeydlərdən bir daha aydın olur ki, antroponimlər fərqlən-
dirmə, kimliyi müəyyənləşdirmə xüsusiyyətinə malik olsa da,
şərti xarakter daşıyır. Lakin antroponimlər şərti olsa da, burada
antroponim yaradıcılığı üçün seçilən apelyativin mənası əsas
götürülməlidir (xoşagəlməz antroponimlər və onların apel-
yativləri istisna təşkil edir).
Əksər xalqların antroponimikasinda olduğu kimi, Azər-
baycan antroponimləri sistemində də müsbət apelyativlilik
qabarıqdır. Məsələn, babalarımız qız uşağı üçün ad seçərkən
qarğa, sərçə deyil, məhz göyərçin, turac, tərlan, yaxud oğlan
uşağı üçün meymun deyil, məhz aslan apelyativindən istifadə
etmişlər. Bu, türk estetik duyumunun zənginliyi ilə bağlıdır.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
113
Türk kişisi, türk qadını oğlunu həmişə igid, cəsur, qorxmaz,
məğlubdilməz, ağıllı görmək istəyib. Alban (türk) antroponim-
lərinin mənasından bəhs edən Q.Qeybullayev yazır: ―...qədim
türklərdə (demək, o cümlədən qədim albanlarda) oğlan uşağına
ad qoyduqda böyüyəndən sonra onun ağıllı, xoşbəxt igid, yaxşı
el başçısı, sərrast atıcı, sağlam bədənli olması arzusu əsas yer
tuturdu‖ (45-22). Xalqımızın ensiklopediyası hesab olunan
―Kitabi-Dədə Qorqud‖ dastanında advermə ənənələri ilə yanaşı,
övladı igid, qorxmaz, yenilməz görmək istəyi, demək olar ki,
hər boyda təsvir edilmişdir. Məsələn, ―Qazan bəg oğlı Uruz
bəgin, tutsaq oldığı bəyan edər, xanım hey!‖ boyunda:
Tayım Uruzı gördim, -
Baş kəsübdir, qan dökipdir,
Çöldi alubdır, ad qazanıbdır.
Qarşum ələ baqduğımda səni gördim.
On altı yaş yaşladıŋ,
Yay çəkmədüŋ, ox atmadıŋ.
Baş kəsmədiŋ, qan dökmədiŋ.
Qanlı Oğuz içində çöldi almadıŋ (103 – 69).
Deməli, müasir antroponimikamızda Aslan, Tural, Qorx-
maz, İgid və s. kimi adların mövcudluğu təsadüf deyil, tarixi
ənənəni yaşatmaqdır.
Gözəlliklə bağlı olan qadın adları xalqımızın təfəkkür
süzgəcindən keçmiş, cilalanmış, eybəcərlik və rəzilliklərdən
uzaq olan adlardır. Əlbəttə, gözəlliklə bağlı olan adların seçil-
məsində konkret varlıq və mənəvi anlayışlara münasibət , este-
tik zövqün və ya estetik hissin müxtəlifliyi də mühüm rol
oynayır. Məsələn, biri övladı üçün qiymətli daş-qaş adı olan
―almaz‖, digəri gözəlliyi ilə hamını heyrətdə qoyan ―maral‖,
başqa birisi mənəvi anlayışla bağlı olan müsbət keyfiyyətli
―yaxşı‖ apelyativindən qadın adı kimi istifadə edir. Yuxarıda
Язизхан Танрыверди
114
qeyd etdiyimiz kimi, bu, estetik qiymətləndirmənin, estetik
zövqün müxtəlifliyi ilə bağlıdır. Maraqlıdır ki, bu cür gözəl ad-
ların çoxu məhz qadın adlarıdır. Bu, xalqımızın qadını həmişə
gözəl görmək istəyi, zövqü ilə bağlıdır. Təsadüfi deyildir ki,
qadını gözəl görmək istəyi ―Kitabi-Dədə Qorqud‖ dastanında
obrazlı şəkildə ifadə edilmişdir:
Bərü gəlgil, başum bəxti, evüm təxti!
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğında sarmaşanda qara saçlum!
Qurulu yaya bəŋzər çatma qaşlum!
Şadlıq, sevinc və hörmət əlamətli apelyativlər də gözəl-
liyi, xüsusən də mənəvi gözəlliyi ifadə edir. Antroponimika
tariximizdə bu cür apelyativlər həmişə əsas götürülmüşdür.
Antroponimlərlə bağlı mövcud tədqiqatlardakı leksik-se-
mantik qrupları, eyni zamanda antroponimlərin leksik-seman-
tik baxımdan qruplaşdırılması üçün müəyyənləşdirdiyimiz me-
yarları əsas götürsək, türk mənşəli antroponimləri aşağıdakı ki-
mi sistemləşdirmək olar.
a) Türk mənşəli kişi adlarının leksik-
semantik qrupları
1. İgidlik, cəsurluq, məğrurluq, möhkəmlik, böyüklük və
s. motivli kişi adları. Bu tip antroponimləri aşağıdakı yarım-
qruplara bölmək olar.
a) Zoonimlər əsasında düzələn kişi adları. Bu yarımqru-
pa daxil olan kişi adlarını iki yerə bölmək olar: heyvan adları
əsasında düzələnlər, quş adları əsasında düzələnlər.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
115
1) Heyvan adları əsasında düzələnlər. Ağ buğa
.
,
Aqşin,
Asparux, Aslan, Arslan, Baybura, Barsbəy, Buğa, Buğac,
Buğra, Toğanyürək və s. Hibrid antroponimlərimiz sistemində
də heyvan adları əsasında düzələn antroponimlər vardır. Məsə-
lən, Şiraslan, Şirxan (―şir‖ fars dilində aslan anlamlıdır),
―Əmiraslan (―əmir‖ ərəb mənşəlidir) və s. Heyvan adları əsa-
sında düzələn antroponimlər türk xalqları antroponimikasında
da xüsusi yer tutur. Məsələn, özbək antgroponimləri sistemində
(Arslan, Arslonbek, Buri, Бурибой, Burikul və s.), qazax antro-
ponimləri sistemində (Arıstan, Arıskali, Bekarıstan, Bori,
Böribay, Baybort və s.), qırğız antroponimləri sistemində (Ars-
tan, Arslanbay, Borubay, Borukul...) və s.
2) Quş adları əsasında düzələnlər. Ağ Sunqur, Alp
Toğrul, Qara Sunqur, Qartal, Ərtoğrul, Tərlan, Toğrul, Laçın və
s. Buradakı Tərlan və Laçın antroponimləri qadın adı kimi də
işlənir. ―Laçın‖dakı cəsurluq, məğrurluq, ―tərlan‖dakı sürətli
uçuş kişi adları, həmin varlıqlardakı zahiri gözəllik əlamətləri
isə qadın adlarının motivləşməsi üçün əsas olmuşdur.
b) İgidlik, məğrurluq, böyüklük mənalı sözlər əsasında
düzələn kişi adları: Aza, Azak, Azay, Alay (Halay), Alp, Alov,
Arbak, Atlıxan, Babək, Böyük, Böyükağa, Budaq, Qaya, Qı-
lınc, Qara, Qarabəy, Qaraxan, Qaçay, Qorxmaz, Qoçər, Qoçu-
bəy, Qoşun, Daşqın, Dəniz, Dönməz, Elbir, Elyanar, Erbasan,
Erisin, Erkin, Ərbay, Ərol, İgid, Yağıçı, Yağıbasan, Yalçın,
Yaralan, Yenilməz, Gəray, Orxan, Orduxan, Ötkəm, Səgrək,
Təpər, Tokay, Tural, Ulubab, Uluğ bəy, Uran, Uru, Ursi və s.
Göründüyü kimi, antroponimikamızda igidlik apelyativli
türk mənşəli kişi adları üstünlük təşkil edir. Qeyd olunan
antroponimlərin əksəriyyət müasir antroponimikamızda işlənir.
.
Q e y d. Antroponim kimi arxaikləşən vahidlərin mənası və işlənmə tarixi
əvvəlki səhifələrdə izah edilmişdir.
Язизхан Танрыверди
116
b) Bərk cisimlərin adı əsasında düzələn kişi adları:
Aydəmir (―ay‖ sözü ilə birlikdə işlənmişdir), Altun, Altuntaş,
Bəydəmir, Dəmir, Daşdəmir, Gümüş, Poladxan (hibriddir –
―polad‖ fars mənşəlidir). Tamerlan (hibriddir – ―lan‖ ləng
sözünün fonetik tərkibcə dəyişmiş variantıdır, fars mənşəlidir),
Teymur, Teymurçin və s.
Yuxarıda qeyd etdiyimiz antroponimlər türk xalqları an-
troponimikasında müxtəlif fonetik variantlarda işlənməkdədir.
Məsələn, qazax antroponimikasında Aytemir, Altınboğa, Akpo-
lat, Bekbolat, Kümisbek, Taskara, Taskoja, Temirtas, Tastemir,
Temirpolat və s.), qırğız antroponimikasında (Baybolat,
Baytemir, Damir, Gümüşbek, Taşkara, Altınboy, Temirxan,
Temirkun və s.), özbək antroponimikasında (Oytemir, Kumuş-
boy, Temir, Taşboy, Taştemir, Xantemir və s.), başqırd antro-
ponimikasında (Taştemir, Timertaş və s.).
Müqayisələrə əsasən demək mümkündür ki, Azərbaycan
antroponimikasında balta, buğa, qara, qoca apelyativləri daş,
dəmir, altun apelyativləri ilə birlikdə kişi adlarının yaranma-
sında iştirak etməmişdir.
2. Toponimlər əsasında düzələn kişi adları: Bakı, Bakı-
xan, Elturan (―Turan‖ türklərin yaşadığı yer mənasında işlən-
mişdir), Turan, Gəncə, Göyçə, Təbriz və s. (oykonimlər əsasın-
da yaranmışdır), Araz, Arazbəy, Arazxan, Xəzər və s. (hidro-
nimlər əsasında yaranmışdır), Altay, Qafqaz, Qoşqar və s. (oro-
nimlər əsasında yaranmışdır).
Toponimik vahidlər əsasında düzələn antroponimlərin
yaranmasında böyüklük, ucalıq, əzəmət, vüqar, coşqunluq və s.
xüsusiyyərlər əsas götürülmüşdür.
3. Dini-mifoloji məzmunlu sözlər əsasında yaranan kişi
adları: Baxşı, Baxış, Qudulu, Kutlu (Qutlu), Kutluq (Qutluq),
Kudusun, Dirsə, Durğut (Turqut), Ocaqverdi, Ocaqqulu, Tanrı-
xan, Tanqı, Tanrıverdi, Tarıverdi, Tariyel, Tarxan (Tərxan),
Çələbi və s. Dini-mifoloji apelyativlər əsasında formalaşan kişi
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
117
adları hibrid antroponimlər sistemində də müşahidə edilir.
Məsələn, Allahverdi (―allah‖ ərəb, ―verdi‖ türk), Allahverən
(―allah‖ ərəb, ―verən‖ türk), İmamverdi (―imam‖ ərəb, ―verdi‖
türk), Xudaverdi. Burada onu da qeyd edək ki, ―allah‖ anlamlı,
―xuda‖ lüğətlərdə fars mənşəli söz kimi izah edilir. F.Cəlilov
isə həmin sözü türk mənşəli ―qut‖ teonimi ilə əlaqələndirir
(127-99).
Yuxarıda qeyd olunan türk mənşəli antroponimik vahid-
lərin formalaşmasında (dini məzmunlu ―ocaq‖ sözü əsasında
formalaşan ―Ocaqverdi‖, ―Ocaqqulu‖ antroponimləri istisna
olunmaqla) ―baq‖, ―qut‖ və ‖tar‖ teonimlərindən istifadə olun-
muşdur. Həmin teonimlər türk xalqları antroponimikası və
toponimikasında da mühafizə olunur. Burada bəzi türk xalqları
antroponimləri sistemindəki ―baq‖, ―qut‖ və ―tar‖ teonimli an-
troponimləri qeyd etməklə kifayətlənirik. Qazax antroponimləri
sistemində: Bağaşar, Bağıbay, Baykuttı, Kutıbay, Kuttık,
Tənyberqən, Tarxan və s., qırğız antroponimləri sistemində
Baqış, Baqışbek, Bakıy, Tariel, Tarxan və s.
Bununla bərabər, Azərbaycan antroponimikasında ərəb
dilinə məxsus Məhəmməd (təriflənmiş), Əhməd (şanlı, şöh-
rətli), Əli (yüksək, uca), Həsən (gözəl, göyçək), Rza (razılıq
edən), Mustafa (seçilmiş), eyni zamanda islam dini vasitəsilə
antroponimikamıza daxil olmuş yəhudi mənşəli İbrahim (xalqın
böyük atası), Süleyman (sakit, dinc), Yusif (―o yığır, o əlavə
edir‖, gözəl), Yaqub (―o dabandan yapışır‖, tərəfdar, məs-
ləkdaş) və s. antroponimlər ilkin mənalarına görə gözəllik
məzmunlu adlardır. Lakin antroponimika tariximizdə onların
uzun müddət yaşamalarına səbəb məhz həmin adları tarixən din
nümayəndələrinin daşıması olmuşdur. Bu tip vahidlər
antroponimikamızda VII-VIII əsrlərdən - ərəb işğalından sonra
işlənməyə başlamışdır.
Göründüyü kimi, Azərbaycan antroponimikasındakı dini-
mifoloji məzmunlu ərəb və yəhudi antroponimləri türk mənşəli
Язизхан Танрыверди
118
dini antroponimlər qədər işlək funksiyadadır. Əlavə edək ki,
islam dini nə qədər güclü olsa da, türk xalqları digər adları
kimi, dini-mifoloji məzmunlu milli antroponimlərini də
əsrlərdən-əsrlərə ötürməyi bacarmışdır.
4. İstək və arzu, hiss və həyəcanla bağlı olan kişi adları:
Ağaverdi, Adıgözəl, Adışirin (hibriddir – ―şirin‖ fars mənşəli-
dir), Annax, Bulduq, Duraxan, Dursun, Elbəy, Elbəyi, Elnur
(hibriddir – ―nur‖ ərəb mənşəlidir). Eloğlu, Elxan, Elçin, Yara-
şıq, Yaşar, Yüksək, Minyaşar, Sevindik, Sevdik, Sevdim, Sön-
məz, Tapdıq, Ümid (Umud), Ucal, Xangəldi, Şahsevən (hibrid-
dir – ―şah‖ fars mənşəli tituldur) və s. Bu sistemə müsbət mo-
tivli Qoca, Uğur, Uruz (Aruz), Usan və s. antroponimləri də da-
xil etmək olar. M.Çobanov qeyd olunan müsbət motivli antro-
ponimlərdən ―Qoca‖antroponimini yaş mənasını ifadə edən
antroponimlər cərgəsinə daxil edir (180-39). T.Januzakov isə
Kojabay, Kojabek, Erğoja, Eskoja və s. antroponimlərdəki
―koжa‖ (qoca) apelyativinin usta, mirzə, bəy, varlı, cənab
mənasını ifadə etdiyini və ərəb mənşəli vahid olduğunu göstərir
(90 – 95). Əvvəla, qeyd edək ki, müasir ədəbi dilimizdə ―qoca‖
sözü yaş mənasını ifadə etsə də, onun antroponim kimi işlən-
məsində hörmətli, ağsaqqal mənası əsas olmuşdur. Çünki heç
kəs yaş mənasını ifadə edən ―qoca‖ sözündən ad kimi istifadə
etməz. İkincisi, T.Hacıyev tədqiqatçıların ərəb-fars mənşəli
hesab etdiyi ―qoca‖ sözünün geniş etimoloji təhlilini vermiş və
faktlarla sübut etmişdir ki, müxtəlif fonetik variantlarda işlənən
―qoca‖ sözü türk mənşəlidir. Müəllif ―Azərbaycan dilinin yazı-
ya qədərki izləri haqqında‖ adlı məqaləsində yazır: ―...cənab‖,
―möhtərəm‖ mənasında işlənən qədim dravid sözü hwoja düz-
gün olaraq qoca – hoca - xoca sözü ilə əlaqələndirilir. Lakin bu
ərəb-fars mənşəli sayılır, halbuki qoca//xoca şəkillərində türk
dillərində işlənən bu sözün mənası həmin dravidcədəkinə
tamam uyğun gəlir: qocaya – ağsaqqala həmişə hörmət olunur.
Deməli, bu söz qədimdə - patriarx dövründə yüksək titul
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
119
bildirən söz olub və dravid dilinə türkcədən həmin titul məqa-
mında olarkən mənimsənilmişdir (171 – 33). Buradan bir daha
aydın olur ki, ―qoca‖ sözü türk mənşəlidir və onun antroponim
kimi işlənməsində yaş anlamlı ―qoca‖ sözü deyil, hörmətli,
ağsaqqal anlamlı ―qoca‖ sözü əsasdır.
5. Titul və təxəllüslər əsasında formalaşan kişi adları:
a) Titullar əsasında düzələnlər: Ağa, Ağalar, Ağası,
Ağabəy, Ağaxan, Bəylər, Qalabəyi, Yüzbaşı, Minbaşı, Topçu-
başı, Xaqan, Xan, Xanağa, Xanlar və s. Qeyd olunan əsl şəxs
adlarının motivləşməsində ikştirak edən titullar (tekin əlavə
olunmaqla) digər türk mənşəli antroponimlərin yaranmasında
da iştirak etmişdir. Məsələn, Ağababa, Ağaverdi, Ağaqardaş,
Ağadayı, Ağadadaş, Ağami (ağa-əmi), Atabəy, Ataxan, Baba-
xan, Balağa (bala-ağa), Balaxan, Bəybala, Bəydadaş, Bö-
yükağa, Qaraxan, Elbəy, Elbəyi, Elxan, Eltəkin, Xanbala, Xan-
baba, Xanəli və s. ―Ağa‖, ―bəy‖ və ―xan‖ titulları Ağabəşir,
Ağaqurban, Ağazeynal, Ağazəki, Ağayusif, Ağakazım, Ağa-
kərim, Əzizağa, Əzizbəy, Əzizxan, Əhmədağa, Xanəli, Xanəh-
məd və s. kimi hibrid antroponimlərdə də müşahidə olunur.
Yuxarıdakı sistemə əsasən qeyd etmək olar ki, titullar türk
mənşəli antroponimlərdə, əsasən, qohumluq münasibətini
bildirən sözlərlə (ata, baba, bala, qardaş, dayı, əmi), hibrid an-
troponimlərdə isə əsl şəxs adları ilə (əsl şəxs adlarından əvvəl
və sonra) işlənir.
Titulların antroponim kimi işlənməsinə və digər antropo-
nimlərdə iştirakına səbəb valideynin istəyi, arzusudur. Müəy-
yən qrup ailələr övladlarını hörmətli, adlı-sanlı, varlı, şöhrətli
görmək istədikləri üçün qeyd edilən titullardan ad kimi istifadə
etmişlər. Çünki ―...qədimlərdə ad verilməsində sözlərin titul
mənşəyinə, dini-mifoloji məzmununa xüsusi fikir verilmişdir.
İndiki Ataxan, Bəylər, Xanlar, Ağalar, Qardaşxan, Əmikişi, Ba-
bakişi, Anaxanım, Bəyimxanım, Bikəxanım, Nənəqız,
Язизхан Танрыверди
120
Banuxatun və başqa kişi və qadın adları həmin qədim ənənənin
qalığıdır‖ (172 – 135).
b) Təxəllüslər əsasında düzələnlər. Azərbaycan antro-
ponimikasında təxəllüslərin əsl şəxs adına çevrilməsi bir ənənə
şəklini almışdır. Müasir antroponimikamızda Nizami, Füzuli,
Nəsimi, Vaqif və s. kimi ərəb apelyativli (fars apelyativlilər də
vardır, lakin onların bəzilərinin daşıyıcıları daha çox şöhrətlənə
bilmədiyindən təxəllüsləri əsl şəxs adına çevrilməmişdir. Məsə-
lən, Nakam-şair, İsmayıl bəy Nakam, Növrəs-aşıq, İman Mə-
şədi Saleh oğlu Növrəs) təxəllüslər əsasında yaranan əsl şəxs
adları ilə yanaşı, türk mənşəli apelyativlər əsasında yaranan
təxəllüslərdən də istifadə edilir. Məsələn, Xaqani (Əfzələddin
İbrahim Əli oğlu), Vurğun (Səməd Yusif oğlu Vəkilov), İlkin
(Qılman İsabala oğlu Musayev) və s. Təbii ki, təxəllüsün əsl
şəxs adına çevrilməsində denotatın daha çox tanınması, xüsu-
silə milliyyəti əsas götürülür. Yuxarıda adları çəkilən yazıçılar
milliyyətcə türkdürlər və əksəriyyəti türk dünyası, eləcə də Şərq
ölkələrində hörmətlə yad edilən sənətkarlardır. Bundan əlavə,
son statistik hesablamalar təsdiq edir ki, valideynlər övladlarına
Anar, Elçin və s. kimi adları da çox verirlər. Bu cür antro-
ponimlərin intensivliyi apelyativin leksik semantikası ilə deyil,
yazıçı şöhrəti, yazıçı qüdrətinin əsas götürülməsi ilə bağlıdır.
6. Qohumluq münasibətini ifadə edən sözlər əsasında
formalaşan kişi adları. Azərbaycan antroponimləri sistemində
qohumluq münasibətini ifadə edən sözlər əsasında yaranan kişi
adlarını üç qrupa bölmək olar:
a) Yalnız qohumluq münasibətini ifadə edən sözlər əsa-
sında düzələnlər: Ata, Atalar, Atam, Ataş, Atababa, Atabala,
Baba, Babalar, Babaş, Bala, Balaqardaş, Balaəmi (bala-əmi),
Dadaş, Dadaşbala, Dədə, Dədələr, Lələ və s. Bu yarımqrupdakı
antroponimlərin apelyativlərindən ―bala‖ sözü həm kişi, həm də
qadın cinsinə, qalanları isə yalnız kişi cinsinə aid olan
vahidlərdir.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
121
Yuxarıdakı Dədə və Dədələr antroponiminin apelyativi
olan ―dədə‖ sözünün semantikasında ata mənasından başqa,
ustad, ustad aşıq mənaları da vardır. Həm də xalq içində ustad
aşıqlara ―dədə‖ deyilməsi sözün qədim titul təyinatından irəli
gəlir: ailədə və onun ardınca da cəmiyyətdə - dövlətdə ağsaq-
qal, müdrik mövqeyində dədələr dayanıblar (172-133). Deməli,
―dədə‖ apelyativindəki müdriklik, alicənablıq, yolgöstərmə
mənaları onun antroponim kimi işlənməsinə səbəb olmuşdur.
b) Kişi cinsinə aid olan sözlərlə işlənənlər: Atakişi, Ata-
moğlan, Babakişi, Baloğlan (bala-oğlan), Dədəkişi, Əmikişi,
Lələkişi və s.
c) Hibrid antroponimlərin tərkibində iştirak edənlər:
Əlibaba, Əlibala, Əliqardaş, Hüseynbala və s.
Qohumluq münasibəti bildirən apelyativlərlə kişi adları-
nın formalaşması türk xalqları antroponimikasında geniş yayıl-
mışdır. Məsələn, qazax antroponimləri sistemində: Ataxan,
Atamkul, Atanbay, Atakoja, Atakeldi, Baba, Babas, Babakoja,
Babaniyaz, Dodabay və s., qırğız qazax antroponimləri siste-
mində: Atabay, Ataşbay, Ataşbek, Atakul, Babakan, Babakul,
Bakbala, Dadabay və s., başqırd antroponimləri sistemində:
Ata, Atay, Atabay, Babaş və s. Göründüyü kimi, qohumluq mü-
nasibəti bildirən sözlərlə adyaratma türk xalqları antropo-
nimikasında xüsusi yer tutur. Bu tip antroponimlərin motivləş-
məsində hörmət, əzizləmə, emosional müraciət və s. xüsusiy-
yətlər əsas götürülmüşdür.
7. Etnonimlər əsasında düzələn kişi adları: Ağasuvar, Be-
can, Qıpçaq, Eymur, Əfşar, Oğuz (Uğuz), Özbək, Padar, Səl-
cuq, Suvar, Türk, Türkmən, Xansuvar, Cığatay, Şahsuvar (hib-
riddir - ―şah‖ fars mənşəli tituldur) və s.
Antroponimikamızda etnonimlər əsasında düzələn qadın
adları müşahidə olunmur. Türk mənşəli etnonimlər, təbii ki,
kişi adları əsasında yaranmışdır və qədim türk mənşəli kişi
adları, əsasən, igidlik, qadın adları isə gözəllik motivlidir priz-
Язизхан Танрыверди
122
masından yanaşsaq, antroponimikamızda etnonimlər əsasında
düzələn qadın adlarının nə üçün müşahidə olunmadığı aydın
olar.
8. Kosmonimlər əsasında düzələn kişi adları: Ay, Ayxan,
Yulduz, Gün, Göy, Sulduz (ulduz anlamlıdır). Müasir Azərbay-
can antroponimləri sistemində Ay, Ulduz, Göy antroponimləri
kişi adı kimi işlənmir.
Təbiət hadisələri ilə bağlı olan kişi adları: Ayaz, Bulud,
Buludxan, Boran, Qaryağdı, Duman, İldırım, Gursel, Tufan və
s. Qeyd olunan antroponimlərin apelyativlərinin təbiət hadi-
sələri ilə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Lakin həmin
apelyativlərin antroponim kimi motivləşməsində müxtəlif cə-
hətlər əsas götürülmüşdür. Məsələn, Ayaz antroponiminin
motivləşməsində gözəllik çalarlı ―aydın səma‖, Duman və Bu-
lud antroponimlərində ―təzəlik‖, ―yenilik‖, Boran, İldırım, Gur-
sel və Tufan antroponimlərində ―igidlik‖, ―güc‖, ―qüvvət‖,
Qaryağdı antroponimində isə A.Qurbanovun qeyd etdiyi kimi
(60-196), zaman anlayışının, yəni uşağın doğulduğu zamanın
təbiət hadisəsi ilə əlaqələndirilməsi əsas götürülmüşdür.
9. Vaxt, zaman anlayışlı apelyativlər əsasında yaranan ki-
şi adları. Bu qrupa daxil olan antroponimlər dilçiliyimizdə xro-
nonimlər qrupu başlığı altında da şərh edilir (10–17). Antropo-
nimikamızda Qurban, Zaman, Novruz, Ramazan, Məhərrəm,
Oruc, Şaban və s. zaman anlayışlı alınma apelyativlər əsasında
formalaşan antroponimlərlə yanaşı, türk mənşəli apelyativlər
əsasında formalaşan antroponimlər də vardır.Məsələn, Bayram,
Gündüz, Güzəm və s.
10. Peşə-sənətlə əlaqədar yaranan kişi adları. Antropo-
nimikamızda peşə-sənətlə bağlı formalaşan əsl şəxs adları azlıq
təşkil edir. Belə adlar ləqəblərimizdə daha çox müşahidə edilir
və təsadüfi deyil ki, peşə-sənətlə bağlı olan ləqəblərin bir qismi
əsl şəxs adlarına çevrilmişdir. Məsələn, Binəçi, Dəmirçi, İl-
xıxan, Yanşaq bəy, Ozan, Toybəyi, Çoban və s. Buradakı İlxı-
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
123
xan və Yanşaq bəy antroponimləri müasir antroponimikamızda
işlənmir.
Peşə-sənətlə əlaqədar yaranan kişi adları türk xalqları,
xüsusən də qırğız antroponimikasında xarakterikdir. Məsələn,
Arpaçı, Buquçu, Eqinçi, Kurçu, Jılqıçu, Orukçu, Otunçu, Sa-
mançı, Toybay, Toyçu və s.
Göründüyü kimi, burada qeyd olunan əsl şəxs adlarının
əksəriyyəti Azərbaycan antroponimikasında müsbət motivli
ləqəb funksiyasındadır.
Dostları ilə paylaş: |