ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   ...   8   9   10   11   12   13   14   15   16

Aznavur.  H.Həsənov  ―aznavur‖  sözünün  igid,  zorba, 
nəhəng  və  s.  mənalarda  izah  olunduğunu  göstərməklə  bərabər, 
―aznavur‖  ―az‖  tayfasının  yaşadığı  yer  mənasındadır  -  fikrini 
irəli sürür (176-22-23). ―Aznavur‖ titulu əsl şəxs adı kimi mü-
asir  Azərbaycan  antroponimik  vahidlər  sistemində  müşahidə 
edilmir.  Lakin    Qafqaz  xalqları  antroponimikasında,  o  cümlə-
dən  erməni  və  gürcü  dillərində  Aznavur,  Aznaur  fonetik 
variantlarında işlənməkdədir (176–22). 
Bilge  (bilgə).  Bilici  anlamlı  vahiddir.  Qədim  türk  titulu 
olan  ―bilge‖nin  ―bil‖  kökü  müasir  ədəbi  dilimizdə  ―bilmək‖ 
felində  işlənməkdədir.  ―Bilici‖  anlamlı  ―bilge‖  isə  arxaikdir. 
―Bilge‖  titulu  daha  çox  Orxon-Yenisey  abidələrində  müşahidə 
olunur. Məsələn, Kağanı alp ermis, ayğuçısı  bilge ermis  (Ton-
yukuk  abidəsi,  s.10).  ―Bilge‖  titulu  əsasında  formalaşan  antro-
ponimlər müasir Azərbaycan antroponimik vahidlər sistemində 
müşahidə edilmir. Lakin qədim türk dilində ―bilge‖ titulu həm 
ayrılıqda,  həm  də  digər  apelyativlərlə  birlikdə  antroponim 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
135 
yaradıcılığında  iştirak  etmişdir.  Məsələn,    Bilge,  İlbilge  (115–
32), Bilge Kaqan (44–306). Əlavə edək ki, həmin titul əsasında 
yaranan  Bilge  antroponimi  ―igid‖,  ―qəhrəman‖  anlamlı  ―çur‖ 
titulu  ilə  birlikdə  antroponim  yaradıcılığında  iştirak  etmişdir. 
Məsələn, 
Bilgeçur  (65–20).  Bu  tip  antroponimlərin 
yaranmasında daha şöhrətlilik, qüdrətlilik əsas motiv olmuşdur. 
Yabqu.  Qərbdə  yaşayan  türk  hökmdarlarının  yüksək 
titulu olmuşdur (166 –22). ―Yabqu‖ titulu ―hökmdar‖, ―rəhbər‖, 
―ordu  başçısı‖  və  s.  mənalarda  işlənmişdir.  Apelyativi  müasir 
türk dillərində müşahidə olunmur. ―Yabqu‖ semantik tutumuna, 
həm  də  yüksək  dairələrdə  işlənən  titul  olduğuna  görə 
antroponim  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn,  Gün 
xandan  sonra  padşahlıq  taxtına,  ulu  babasının  adını  qoyduğu 
oğlu ―Dib Yavqu‖ xan çıxdı. Dib Yavqu xan bəylərdən, ulular-
dan və divan adamlarından soruşdu ki, cəddimiz Oğuz bu qədər 
ölkələri necə tutmuş, haradan haraya qədər almışdır (165 – 43). 
Göründüyü  kimi,  F.Rəşidəddiin  ―Oğuznaməsi‖ndə  antroponi-
mik  vahid  kimi  Yavqu  fonetik  variantında  işlənmişdir  (b—v 
əvəzlənməsi mümkündür). Həmin titul əsasında yaranan Yabqu 
(Yavqu) antroponimi nə müasir Azərbaycan, nə də türk xalqları 
antroponimikasında müşahidə olunur. 
Çavuş.  Ə.Dəmirçizadə  ―Kitabi-Dədə  Qorqud‖  dastanın-
dakı ləqəb və titullar sırasına ―çavuş‖ vahidini də daxil etmişdir 
(69-131).  ―Çavuş‖  kiçik  vəzifə  funksiyalı  titul  olmuşdur. 
V.V.Radlovun  lüğətində  ―nəzarətçi‖,  ―qapıçı‖,  ―gözətçi‖  və  s. 
mənalarda işləndiyi göstərilir (141–1935). ―Çavuş‖ titulu Azər-
baycanda  yeni  dövlət  quruculuğu  ilə  əlaqədar  olaraq  zabitdən 
aşağı  – kiçik komandir  funksiyalı titul kimi   bərpa edilmişdir. 
Bu titulun apelyativi müasir ədəbi dilimizdə müşahidə olunmur. 
Lakin  dialektlərimizdə,  xüsusən  qərb  dialektində  ―çoyuş‖ 
fonetik  variantında  işlənir  (məsələn,  çoyuş  olmaq.  Hər  yerə 
yürməx`dən  çoyuş  oldum).  ―Çavuş‖  (çovuş)  titulunun  antro-
ponim  (əsl  şəxs  adı)  yaradıcılığında  iştirakı  müşahidə  edilmir. 

 
Язизхан Танрыверди 
 
 
136 
Bizə  belə  gəlir  ki,  buna  səbəb  ―çavuş‖  titulunun  semantik 
tutumunda ―bəy‖, ―xan‖, ―yabqu‖, ―tegin‖, ―çur‖ və s. titulların 
semantik  tutumundakı  qüdrətlilik,  böyüklük  və  s.  mənaların 
olmamasıdır.  Başqa  bir  fakta  müraciət  edək.  Azərbaycan 
titulları sistemində ―onbaşı‖, ―yüzbaşı‖, ―minbaşı‖ kimi titullar 
olmuşdur.  Bunlardan  ikisi  –  ―yüzbaşı‖  və  ―minbaşı‖  antropo-
nim  (əsl  şəxs  adı)  yaradıcılığında  iştirak  etmiş  (Yüzbaşı,  Yüz-
başov,  Minbaşı,  Minbaşov),  ―onbaşı‖  isə  ad  yaradıcılığına, 
konkret desək, əsl şəxs adı yaradıcılığına cəlb edilməmişdir. Bu 
da  yuxarıda  qeyd  etdiyimiz  kimi,  daha  şöhrətlilik  motivinin 
―onbaşı‖  titulunun  semantikasında  arzulanan,  istənilən  səviy-
yədə olmaması ilə bağlıdır. 
Çur.  ―İgid‖,  ―qəhrəman‖  anlamlı  qədim  türk  tituludur. 
Həmin  titul  müasir  Azərbaycan  antroponimləri  sistemində 
mühafizə  olunmayib.  Lakin  bu  titul  qədim  türk  antroponimi-
kasındakı  əsl  şəxs  adları,  digər  titullar,  həm  də  türk  mənşəli 
apelyativlərlə birlikdə antroponim yaradıcılığında iştirak etmiş-
dir. Məsələn, Bilgəçur, Çurbak, Çurxan, Çurdaş (65-20-21) və 
s.  Müasir  Azərbaycan  antroponimləri  sistemində  qeyd  olunan 
antroponimik  vahidlər  müşahidə  olunmasa  da,  həmin  modelli 
antroponimlər  intensivliyini  itirməmişdir.  Məsələn,  Bilgəçur  – 
Çingizxan,  Əzizxan  (hibriddir,  əziz  ərəb  mənşəli  apelyativdir) 
və s.; Çurbak – Ağabəy, Ağaxan, Xanağa və s.; Çurdaş – Bəy-
dəmir, Xandəmir və s. 
 b)  Müasir  Azərbaycan  antroponimləri  və  toponimləri 
sistemində mühafizə olunan titullar: 
Ağa. Bu titulun bəy, sahib, hakim, zadəgan, böyük qardaş 
və  s.  mənalarda  işləndiyini  qeyd  etmişik.  ―Ağa‖  titul  kimi 
arxaikləşsə də, Azərbaycan antroponimləri də toponimləri siste-
mində  mühafizə  olunmaqdadır.  Məsələn,  antroponimlər  siste-
mində: Ağa, Ağalar, Ağası, Ağadayı, Ağaqardaş, Ağabacı və s., 
toponimlər 
sistemində: 
Ağabağı,  Ağabəyli,  Ağalıkənd, 
Ağakişibəyli və s. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
137 
―Ağa‖  titulunun  antroponim  və  toponim  yaradıcılığında 
iştiraketmə  səbəblərindən  bəhs  edən  A.Qurbanov  yazır: 
―Azərbaycan antroponimik sistemində ağa sözü ilk mənasında, 
yəni  böyük  qardaş,  toponimik  sistemində  isə  sonrakı  mənada, 
yəni  sahibkar  mənasında  işlənir  (60-20-21).  Bizə  belə  gəlir  ki, 
Azərbaycan    toponimlərində  mühafizə  olunan  ―ağa‖  titulu  iki 
funksiya  daşıyır:  birincisi,  A.Qurbanovun  göstərdiyi  kimi,  sa-
hibkar  anlamlıdır  (Ağabağı,  Ağalıkənd  və  s.);  ikincisi,    antro-
ponimik  vahid  əsasında  yaranan  toponimlər  sisteminə  daxildir 
(Ağabəyli-Ağabəy+li, Ağakişibəyli – Ağakişibəy+li, Aslanbəy-
li – Alanbəy+li və s.). 
Bəy.  Bu  titulun  qədim  türk  dilində  hökmdar,  rəhbər, 
knyaz  və  s.  mənalarda,  müasir  ədəbi  dilimizdə  isə  yalnız  hör-
mət  mənasında  işləndiyini  qeyd  etmişik.  Əlavə  edək  ki,  Azər-
baycanda  yeni  demokratik  dövlət  quruculuğu  ilə  əlaqədar 
olaraq ―bəy‖ titulunun işləklik funksiyası artmış və demək olar 
ki, dövlət səviyyəsində rəsmi müraciət forması kimi işlənməyə 
başlamışdır. 
―Bəy‖  titulu  qədim  türk  dilində  həm  titul  kimi  işlənmiş, 
həm  də  antroponim  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn, 
Baybura bək, Qazan bək, Toğrulbək, Bəgturan və s. 
Müasir  Azərbaycan  antroponimləri  sistemində  ―bəy‖  ti-
tullu  antroponimlər  çoxluq  təşkil  edir.  Antroponim  yaradıcılı-
ğında  ―bəy‖  titulunun  ayrılıqda  (Bəy,  Bəylər),  digər  titullarla 
birlikdə  (Ağabəy),  apelyativlərlə,  həm  də  daha  çox  qohumluq 
münasibətini  bildirən  sözlərlə  (Bəybala,  Bəybaba,  Bəyverdi, 
Elbəy, Elbəyi və s.) işlənməsi müşahidə edilir. Bu da həmin tip 
titulların mənası, qədim təyinatı ilə bağlıdır. 
Yüzbaşı. Təbii ki, titul kimi arxaikləşdiyini sübut etməyə 
ehtiyac  yoxdur.  Titul  yaradıcılığında  iştirak  edən  ―yüz‖  və 
―baş‖ apelyativləri isə eynilə müasir ədəbi dilimizdə işlənmək-
dədir. 

 
Язизхан Танрыверди 
 
 
138 
Mürəkkəb  quruluşlu  yüzbaşı  titulu  II  növ  təyini  söz 
birləşməsinin  inkişafı  nəticəsində  yaranmışdır.  Bu  tip  titullar 
Y.Məmmədovun izah etdiyi  kimi,  Orxon-Yenisey  abidələrində 
II  növ  təyini  söz  birləşməsi  modelində  olmuş  (er  başı  –  sər-
kərdə,  sü  başı  –  sərkərdə,  bıŋa  başı  –  minbaşı),  sonralar  türk 
dillərində  geniş  yayılmışdır  (115–32).  Ə.Dəmirçizadə  Şah  İs-
mayıl Xətai dövründə bağbaşı,  ordubaşı,  ovçubaşı,  bəglərbəyi, 
çobanbəyi  və  s.  dövlət  –  vəzifə  adları  və  hərbi  terminlərin 
işləndiyini göstərir (69–167). Buradan bir daha aydın olur ki, II 
komponenti mənsubiyyət şəkilçili ―baş‖ apelyativi olan bir sıra 
titullar Orxon-Yenisey abidələrində II növ təyini söz birləşməsi 
modelində  olmuş  XVI  əsrdə  -  Şah  İsmayıl  Xətai  dövründə  isə 
bir leksik vahidə - mürəkkəb sözə çevrilmişdir. 
―Yüzbaşı‖ titulu Yüzbaşı əsl şəxs adında və Yüzbaşov fa-
miliyasında mühafizə olunur. 
Minbaşı.  Titul  kimi  arxaikləşmiş  ―minbaşı‖  vahidi  Min-
başı,  Minbaşov  antroponimlərində  və  Minbaşlı  (Cəbrayıl) 
oykonimində  mühafizə olunur. 
Topçubaşı.  Topçubaşov  familiyasında  mühafizə  olunan 
―topçıbaşı‖  titulu  göstərir  ki,  titul  əsasında  yaranmış  əsl  şəxs 
adı  sonradan  familiya  yaradıcılığında iştirak etmişdir:  Topçu-
başı//Topçubaşov. 
Tekin.  Bu  titulun  qədim  türk  dilində  şahzadə,  hökmdar-
dan sonra taxta çıxacaq xanzadə və s. mənalarda işləndiyi gös-
tərilir  (10–38)  (4–11).  Apelyativi  müasir  ədəbi  dilimizdə  mü-
şahidə  edilmir.  Qədim  türk  dilində  ―tegin‖  titulu  bir  sıra  əsl 
şəxs  adlarının  yaranmasında  iştirak  etmişdir.  Məsələn,  Tuk 
Tegin (44–65), Aytegin, Ərtegin (65–20) və s. Həmin titul əsa-
sında yaranan antroponimik vahidlər müasir Azərbaycan antro-
ponimləri  sistemində  də  müşahidə  edilir.  Məsələn,  Aytəkin, 
Güntəkin,  Xantəkin,  Eltəkin  və  s.  Göründüyü  kimi,  qeyd 
olunan kişi və qadın adlarındakı ―təkin‖ sözü ―tegin‖ titulunun 
fonetik variantıdır. ―Tegin‖ titullu antroponimik vahidlərin for-

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
139 
malaşmasında  ―xanzadə‖,  ―şahzadə‖  mənaları  əsas  motiv  ol-
muşdur. 
Xaqan.  ―Xan‖,  ―hakim‖  anlamlı  titul  olmuşdur.  Orxon-
Yenisey abidələrində  ―kağan‖ şəklində  müşahidə olunur (175–
6).  ―Xaqan‖  titulu  antroponimikamızdakı  ―Xaqan‖  və  həmin 
titul  əsasında  yaranıb,  təxəllüs  kimi  işlənən  (Əfzələddin  Xa-
qani), sonradan isə əsl şəxs adına çevrilən ―Xaqani‖ adında mü-
hafizə  olunmuşdur.  Lakin  qeyd  etmək  lazımdır  ki,  Xaqani 
antroponiminin  (əsl  şəxs  adının)  formalaşmasında  ―xan‖, 
―hakim‖ və s. kimi qüdrətli mənalara malik ―xaqan‖ titulu de-
yil, bütün Şərqdə hörmətlə yad edilən XI əsr Azərbaycan şairi 
Əfzələddinin  məhz  həmin  təxəllüslə  şöhrətlənməsi,  həmin 
təxəllüsü daşıması olmuşdur. 
Xan.  Bu  titul  qədim  türk  dillərində,  həmçinin  fars,  mon-
qol,  əfqan və  başqa dillərdə ―el  başçısı‖, ―hakim‖, ―hökmdar‖, 
―cənab‖,  ―ağa‖ və s. mənalarda təsadüf olunur (4-56-57). Xan 
titulu  Azərbaycan  antroponimləri  və  toponimləri  sistemindəki 
bir  sıra  vahidlərdə  mühafizə  olunmuşdur.  Məsələn,  Xan, 
Xanlar,  Ağaxan,  Ataxan,  Babaxan  və  s.  (antroponim),  Xanlıq, 
Xanlar, Xankəndi, Xanbulaq və s. (toponim). 
Şad.  Qədim  türk  titullarındandır.  ―Yüksək  rütbə,  xanın 
baş elçisi‖ (141– 971), həm də ―taxta çıxmaq hüququ olmayan, 
əyalət hökmdarı olan xanzadə‖ (10 – 38) və s. mənalarda işlən-
diyi  göstərilir.  ―Şad‖  titulu  qədim  türk  dilində  antroponim 
yaradıcılığında iştirak etmişdir. Bu barədə geniş tədqiqat aparan 
V.V.Radlov  göstərir  ki,  ―yabqu‖  kimi  ―şad‖  titulu  da  antro-
ponim  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn,  Yabqu,  Şad 
(141–971). Bundan əlavə, VI – VII əsrlərdə Qərb xaqanlığında 
Tərdüş şad, Tolis şad, Buri şad adlarında hökmdarlar, sərkərdə-
lər  olmuşdur  (122–73).  ―Şad‖  titulu  Azərbaycan  onomastik 
vahidlər  sistemində  ―Elşad‖  antroponimində  mühafizə  olunur. 
Həmin  antroponimin  motivləşmə  səbəbi  yuxarıda  qeyd 
etdiyimiz  antroponimlər kimidir. T.Hacıyev ―Elşad‖ antroponi-

 
Язизхан Танрыверди 
 
 
140 
mini leksik semantikası donmuş antroponimlər sistemində izah 
etmişdir (173–279). 
c) Antroponim (əsl şəxs adı nəzərdə tutulur) yaradıcılığın-
da  iştirak  etməyən  arxaik  titullar:  bağbaşı,  bəglərbəyi,  qor-
çubaşı,  erbaşı  (sərkərdə),  miraxurbaşı  (hibrid  tituldur,  ―mir‖ 
(əmir) ərəb, ―axur‖ fars, ―baş‖ı isə türk mənşəlidir. ―Miraxurba-
şı‖  titulu  ―tövlə  başçısı‖,  ―mal-qaraya  sahibkarlıq  edən  şəxs‖ 
mənasındadır),  mollabaşı  (hibriddir,  ―molla‖  ərəb  mənşəlidir), 
onbaşı,  sübaşı  (sərkərdə),  tacirbaşı  (hibriddir,  ―tacir‖  ərəb 
sözüdür), çobanbəyi və s. 
Göründüyü  kimi,  qeyd  olunan  titulların  əksəriyyəti 
(sübaşı, erbaşı, bəglərbəyi istisna olmaqla) bəy, xan, tegin və s. 
titullar kimi yüksək şöhrətlilik funksiyasına malik deyildir. Elə 
ona görə də onlar əsl şəxs adı  yaradıcılığında iştirak etməmiş-
dir.  Onu  da  əlavə  edək  ki,  qeyd  olunan  titullardan  ―tacirbaşı‖, 
―miraxurbaşı‖  və  ―mollabaşı‖  ləqəb  funksiyasında  iştirak  et-
mişdir. Təbii ki, qeyd etdiyimiz titullar da ləqəb funksiyasında 
iştirak edə bilərdi.  
Təqdim  etdiyimiz  vahidlər  II  növ  təyini  söz  birləşmə-
lərinin inkişafı nəticəsində bir leksik vahidə çevrilən mürəkkəb 
quruluşlu titullardır. Həmin titullar müasir ədəbi dilimizdə titul 
kimi arxaikləşsə də, əksəriyyətinin apelyativi müasir ədəbi dili-
mizdə  həm  apelyativ,  həm  də  antroponimik  vahid  kimi  işlən-
məkdədir.  Göstərilən  titulları  aşağıdakı  kimi  qruplaşdırmaq 
olar: 
        1.  Apelyativi  eynilə  müasir  ədəbi  dilimizdə  işlənən 
titullar:  bağbaşı  –  bağ,  baş;  mollabaşı  –  molla,  baş;  onbaşı  – 
on, baş; ordubaşı – ordu, baş; sübaşı – sü (arxaikləşib), baş; ta-
cirbaşı –tacir, baş, çobanbəyi – çoban, bəy və s. 
2.  Apelyativlərindən  biri  əsl  şəxs  adlarının  yaranma-
sında  iştirak  edən  titullar:  bağbaşı  –  Bağdagül,  Bağça  və  s., 
bəglərbəyi  –  Bəylər  və  ―bəy‖  titulu  ilə  yaranan  digər  antropo-
nimlər, erbaşı (er//ər qədim türk dilində igid, kişi anlamlı olub, 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
141 
müasir ədəbi dilimizdə yalnız qadının həyat yoldaşı mənasında 
işlənir, yəni semantik baxımdan mənası daralan sözlərdəndir) – 
Ərol, Ərtoğrul və s. mollabaşı – Molla, Mollayeva, Mollazadə 
və s., ordubaşı – Orxan, Orduxan və s., çobanbəyi – çoban və s. 
 
2. Qadınlara hörmət əlaməti olaraq verilən titullar: 
Bikə.  B.Əhmədov  ―bikə//pikə‖  fonetik  variantlı  ―bikə‖ 
titulunun  cığatayca  ―ərsiz  qadın‖,  tatarca  ―bikəç‖  nişanlı  qız, 
gəlin, noqay, kumık dillərində ―biyke‖, ―xanım, ev qadını‖  an-
lamlı olduğunu göstərməklə bərabər, həmin titulun apelyativini 
müəyyənləşdirir  və  belə  hesab  edir  ki,  ―bikə‖  iki  sözün 
qovuşması nəticəsində əmələ gələn sadə leksik vahidlərdəndir: 
beq+aka  =  bikə  (86–29).  L.Quliyeva  titullar  əsasında  motivlə-
şən qadın adlarından bəhs edərkən ―bikə‖ titullu qadın adlarını 
Bibixanım,  Bəyimxanım  və  s.  antroponimlərin  nisbi  sinonimi 
hesab edir (52–17). 
Göründüyü  kimi,  hər  iki  araşdırmada  ―bikə‖  titulunun 
hörmət funksiyası əsas götürülmüşdür. Elə buna görə də müasir 
antroponimikamızda ―bikə‖ titullu  qadın  adlarının olması  təsa-
düfi  deyil.  Məsələn,  Bikə,  Bikəxanım,  Bikəqız,  Qızbikə,  Xan-
bikə  və  s.  Buradan  belə  nəticə  çıxarmaq  olar  ki,  ―bikə‖  titulu 
müasir  ədəbi  dilimizdə  tam  arxaikləşsə  də,    qadın  adlarında 
mühafizə olunur. 
Bəyim.  ―Bəyim‖  hörmət  funksiyalı  titul  olmuş,  müasir 
ədəbi  dilimizdə  elə  həmin  mənada  arxaikləşmiş  və  yalnız  bir 
sıra  qadın  adlarında  mühafizə  olunur.  Məsələn,  Ağabəyim, 
Qönçəbəyim (hibriddir), Bəyim, Bəyimxanım, Bəyimbacı və s. 
Güman ki, Bəyimli (Ağsu) toponimi də ―Bəyim‖  antroponimi 
əsasında  yaranmışdır:  ―Bəyimli‖,  yəni  Bəyimə  məxsus  olan, 
yaxud Bəyimin yaşadığı ərazi. 
Xanım.  Qadınlara  hörmət  əlaməti  olaraq  verilən  titullar-
dandır.  Müasir  ədəbi  dilimizdə  işləklik  dərəcəsi,  mənası  və 

 
Язизхан Танрыверди 
 
 
142 
qadın  adlarının  yaranmasında  iştirakı  əvvəlki  səhifələrdə  izah 
edilmişdir. 
Xatın.  ―Kitabi-Dədə  Qorqud‖  dastanında  titul  kimi 
işlənmişdir.  Məsələn,  Boyu  uzun  Burla  xatun.  Qadın,  xanım, 
arvad  anlamlı  ―xatın‖  titulu  müasir  ədəbi  dilimizdə  apelyativ 
kimi  arxaikləşmişdir.  Müasir  Azərbaycan  antroponimləri  və 
toponimləri  sistemində  isə  mühafizə  olunur.  Qadın  adları 
sistemindəki  Xatın,  Xatun,  Ayşaxatun  və  s.,  toponimlər 
sistemindəki Xatıncan, Xatınlı (Tovuz), Xatınbulaq (Füzuli) və 
s.  vahidlər  dediklərimizi  təsdiqləyir.  Qeyd  olunan  oykonim  və 
hidronomlər  də  ―xatun‖  titullu  antroponim  (Xatun)  əsasında 
formalaşmışdır. 
 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
143 
 
TƏXƏLLÜSLƏR 
 
Təxəllüs  digər  antroponimik  vahidlərlə  müqayisədə  bəzi 
fərqli  xüsusiyyətlərə  malikdir.  Burada  başlıca  fərq  sənətkarın 
öz  estetikasına  uyğun  ikinci  bir  ad  –  təxəllüs  götürməsidir. 
Təxəllüslər  sənətkarın  xarakteri,  xarici  görünüşü,  sənətkarlıq 
qabiliyyəti,  istək  və  arzusu,  vətəni,  peşəsi  və  s.  ilə  əlaqədar 
olur. Elə buna görə də onlar köməkçi adlar içərisində öz məna 
rəngarəngliyinə görə də fərqlənirlər (10 – 43). 
Azərbaycan antroponimləri sistemində təxəllüslər zəngin-
liyi,  dil  müxtəlifliyi,  məna  və  funksiyalarına  görə  köməkçi  ad 
kateqoriyaları sistemində xüsusi yer tutur. Azərbaycan təxəllüs-
ləri  sistemində  ərəb  və  fars  mənşəli  apelyativlər  əsasında 
formalaşan  təxəllüslər  də  mövcuddur.  Lakin  burada  türk  mən-
şəli apelyativ və onomastik vahidlər əsasında formalaşan təxəl-
lüslərdən bəhs edəcəyik. Yeri gəlmişkən, tədqiqata cəlb etdiyi-
miz  türk  mənşəli  təxəllüsləri  M.Çobanovun  ―Familiya,  Tə-
xəllüs‖  kitabındakı  ―Təxəllüs  lüğəti‖ndən  (181–67-91),  bədii 
ədəbiyyat  nümunələrindən  və  müxtəlif  monoqrafiyalardan 
götürmüşük. 
Azərbaycan  antroponimikasında  təxəllüslərin  leksik-se-
mantik xüsusiyyətləri  ilə bağlı müəyyənləşdirilmiş məna qrup-
larına  əsaslanaraq  türk  mənşəli,  həmçinin  hibrid  təxəllüsləri 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
a)  Titullar  əsasında  düzələn  təxəllüslər:  Divanbəyoğlu 
(yazıçı Abdulla bəy Vəli oğlu Sübhanverdixanov Divanbəyoğlu 
–  XIX-XX  əsr),  Xaqani  (Əfzələddin  Xaqani,  XI  əsr)  və  s. 
Buradakı  ―divanbəyi‖  titulu  hibrid,  ―xaqan‖  titulunun  sonuna 
qoşularaq  təxəllüs  yaratmaqda  iştirak  edən  ―-i‖  şəkilçisi  isə 
ərəb-fars  mənşəli,  aidlik,  mənsubluq  funksiyalı  şəkilçidir,  XX 
əsrə  qədərki  şairlərimizin  təxəllüslərində  müşahidə  olunur 
(Xaqani, Nizami, Füzuli və s.). 

 
Язизхан Танрыверди 
 
 
144 
b)  Toponimlər  əsasında  düzələn  təxəllüslər:  Beyləqani 
(şair  Mücirəddin  Beyləqani  –  XII  əsr),  Bakuvi  (rəssam  Əb-
dülbaqi Bakuvi – XV əsr), Dirili Qurban (daha çox Qurbani adı 
ilə şöhrət qazanıb, XVI əsr), Tufarqanlı (Aşıq Abbas Tufarqanlı 
–  XVII  əsr),  Ağdaşlı  (Ağdaşlı  Zari  -    XVII  əsr),  Qarabaği 
(Mirzə Adıgözəl bəy Qarabaği – XIX əsr), Qaradaği (Həsənəli 
xan Qaradaği – XIX əsr), Göyçəli (Aşıq Musa Göyçəli – XIX 
əsr),  Maralyanlı  (Maralyanlı  Pəri  –  XIX  əsr),  Şişqayalı  (Aşıq 
Aydın  Şişqayalı  –  XIX  əsr),  Şəkili  (Hatəm  Şəkili  –  XIX  əsr), 
Bakılı  (Axundov  Məmmədsadıq),  Qafqazlı  (Qara  Qafqazlı  – 
XX  əsr), Borçalı (Eyvaz Məhəmməd oğlu  –  XX  əsr), Qaraçöp 
(Səməd  Qaraçöp  –  XX  əsr),  Sibirel  (Eldar  Nəsibli  –  XX    əsr)  
və s. 
Azərbaycan  onomastikasında  Beyləqani,  Bakuvi,  Təbrizi 
və  s.  kimi  antroponimik  vahidlər  həm  təxəllüs  (60–251),  həm 
də  nisbə  (10–94)  (şəxsin  əsl  adından  sonra  gələn,  onu    kon-
kretləşdirən  antroponimik  vahid)  kimi  izah  edilmişdir.  Fikri-
mizcə,  sənətkar  öz  zövqünə  uyğun  olaraq  toponimik  vahiddən 
ad  kimi  istifadə  edirsə,  həmin  adlar  dar  mənada  deyil,  geniş 
mənada təxəllüs kimi götürülə bilər. 
Yuxarıda qeyd olunan təxəllüslər türk mənşəli toponimlər 
əsasında  düzələn  təxəllüslərin  çox  az  bir  hissəsidir  və  belə  tə-
xəllüslər  antroponimikamızda  üstünlük  təşkil  edir.  Bu  da,  bir 
tərəfdən, torpağa, vətənə məhəbbət hissi ilə bağlıdırsa, digər tə-
rəfdən,  Azərbaycan  toponimlərinin  əksəriyyətinin  türk  mənşəli 
olması ilə bağlıdır. 
Toponimlər  əsasında  düzələn  təxəllüslər  şair  və  yazıçı-
ların, xüsusilə XIX əsrə qədərki sənətkarlarımızın doğulduqları 
yeri təyin etməkdə  mühüm  əhəmiyyət  kəsb  edir. Bu baxımdan 
şeirlərində  Qul  Abbas,  Şikəstə  Abbas  və  daha  çox  Tufarqanlı 
təxəllüsünü  işlədən  Aşıq  Abbas  Tufarqanlının  aşağıdakı  mis-
raları maraqlıdır. 
                                     

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
145 
               
               Adım Aşıq Abbas, yerim Tufarqan, 
               Gahdan ağla, gahdan yada sal məni. 
 
Göründüyü kimi, Aşıq Abbas Təbriz şəhəri yaxınlığındakı 
Tufarqan  qəsəbəsində  anadan  olduğunu  bədii  şəkildə  ifadə 
etmişdir. Əlavə edək ki, Aşıq Abbas ―Tufarqanlı‖ təxəllüsü ilə 
şöhrətlənmiş  və  bu  gün  də  Azərbaycan  türkünün  yaddaşında 
həmin təxəllüslə yaşayır. Başqa bir fakta müraciət edək. Q.Ka-
zımov  folklor  yaddaşımızda  Qurbani  təxəllüsü  ilə  yaşayan 
sənətkarın  Qurbani  təxəllüsündən  başqa,  Dirili  Qurbani,  Dirili 
Qurban təxəllüsləri ilə də şeirlər yazdığını müəyyənləşdirmiş və 
həmin  təxəllüsə  tarixi-etimoloji,  etnolinqvistik  baxımdan 
yanaşaraq  sübut  etmişdir  ki,  XVI  əsr  Azərbaycan  şairi  (aşığı) 
Qurbaninin doğulduğu yer ―Diri‖ kəndidir (müasir Azərbaycan 
toponimləri  sistemində  oronim  kimi  işlənməkdədir.  Məsələn, 
Diri  dağı)  və  Dirili  təxəllüsü  də  həmin  ərazi  ilə  bağlıdır  (Pəri 
sənə qurban, Dirili Qurban) (101–52-53). 
Toponimlərdən  bəzən  ağrı,  kədər,  dərd  motivini  ifadə 
etmək  üçün  təxəllüs  kimi  istifadəyə  də  təsadüf  olunur.  Bu  ba-
xımdan  ―gözümü  dünyaya  bir  vaxtlar  hamının  gedər-gəlməz 
sandığı Sibirdə açmışam‖, - deyən şair Eldar Nəsiblinin ―Sibi-
rel‖ təxəllüsü onun doğulduğu yeri bildirsə də, məhz qüssə, ağ-
rı,  kədər  rəmzli  təxəllüsdür.  Bunu  şairin  qüssədolu,  qəmdolu 
şeirləri də təsdiqləyir: 
 
                              İlan vuran ala çatıdan qorxan kimi,  
                              Qorxub gizləyiblər məndən 
                              Sibirdə doğulmağımın səbəbini 
                              Qorxublar ki, birdən 
                              Qəm üstə kökləyərəm. 
                              İlhamımı, təbimi (73–9). 
 

 
Язизхан Танрыверди 
 
 
146 
c) Hidronimlər əsasında düzələn təxəllüslər: Araz (Məm-
məd Araz – XX əsr), Araslı (Həmid Məmmədtağı oğlu Araslı – 
XX  əsr), Kürçaylı (Əliağa Həsənağa oğlu  Kürçaylı  –  XX əsr), 
Xəzər (Cabir Səfərov – XX əsr) və s.  Bu cür təxəllüslərin mo-
tivləşməsində sənətkar ilhamının coşqunluğunun su, çay, dəniz 
adı ilə ifadəsi əsas olmuşdur (60–252). 
ç)  Etnonimlər  əsasında  düzələn  təxəllüslər:  Əfşar  (Sadıq 
bəy  Əfşar  –  XVI  əsr),  Qarqarlı  (Cahangir  Gözəlov  –  XX  əsr), 
Kəngərli  (Bəhruz Şirəlibəy oğlu  Kəngərli  –  XIX-XX  əsr),  Ulu 
Türk (Xəlil Rza Ulu Türk – XX əsr), Türkoğlu (Nəsirli Yaqub 
–  XX  əsr),  Türkay  (İslam  Əfdin  oğlu  Əhmədov  –  XX  əsr), 
Oğuz (Əhməd Oğuz – XX əsr). Bu cür təxəllüslərinin yaranma-
sında  türk  adını  və  ya  türk  tayfasının  adını  yaşatmaq,  həmin 
adla tanınmağı fəxrbilmə və s. keyfiyyətlər əsas ola bilər. 
d) Mənfi və müsbət emosiyalı apelyativlər əsasında düzə-
lən  təxəllüslər.  Azərbaycan  təxəllüsləri  sistemində  mənfi  emo-
siyalı  ərəb-fars  apelyativləri  əsasında  yaradılmış  təxəllüslər 
çoxluq  təşkil etsə də, türk mənşəli apelyativlərlə  bu cür təxəl-
lüslərin yaradılmasına nadir hallarda təsadüf olunur. 
Mənfi  çalarlı apelyativ  əsasında formalaşan təxəllüsə  nü-
munə olaraq ―Düşkün‖ təxəllüsünü göstərə bilirik. Bu təxəllüs-
dən  ilk  dəfə  S.Vurğun  istifadə  etmişdir.  Şair  Əlixan  Bayram 
oğlu Abbasov da ―Düşkün‖ təxəllüsü ilə şeirlər yazan müəllif-
lərdəndir. 
Müsbət  apelyativli  vahidlərdən  təxəllüs  yaratmada  geniş 
istifadə  olunmuşdur.  Məsələn,  Baxış  (Mirzə  Baxış  Nadim  – 
XIX əsr), Vurğun (Səməd Yusif oğlu Vəkilov – XX əsr), Qan-
təmir  (Qafur  Səbi  oğlu  Əfəndiyev  –  XX  əsr)  Duyğun  (Ramiz 
Duyğun – XX əsr), Elsevər (Emin Mahmudov – XX əsr), İlkin 
(Qılman İsabala oğlu Musayev – XX əsr), Yoldaş  (Soltanmə-
cid  oğlu  Əfəndiyev  –  XX  əsr),    Sanılı  (Hüseyn  Sanılı  –  XX 
əsr),  Coşqun (İsgəndər Coşqun – XX əsr)  və s. Qeyd olunan 
təxəllüslərdəki  baxış,  vurğun,  qantəmir  (xandəmir),  elsevər, 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
147 
ilkin,  yoldaş,  sanılı  (adlı-sanlı,  şöhrətli),  coşqun  apelyativləri 
tam müsbət motivlidir. 
ə)  Satirik  təxəllüslər:  Lağlağı  (Ömər  Faiq  Nemanzadə), 
Güzgü  (Məmmədəli  Manafzadə),  Kirpi  (Əjdər  Süleymanzadə, 
Qulam  Məmmədli  və  başqaları),  Qarnıyarıq,  Sancaq,  Yoldan 
keçən  (Nəsrulla  Qəmbərlinin  təxəllüsləri  olub),  Sancaq  (Cəfər 
Cabbarlı),  Hop-hop,  Boynuburuq,  Qardaşoğlu,  Qoca,  Yetim 
Qızcıq,  Qarınqulu,  Obaşdançı,  Ağlar  Güləyən,  Cingöz  bəy, 
Gözüyuxulu  və  s.  (Mirzə  Ələkbər  Sabirin  təxəllüsləridir), 
Qanacaqsız,  Əlidəyənəkli,  Qoca  zığ-zığ  və  s.  (Əli  Nəzminin 
təxəllüsləridir)  və  s.  Bu  təxəllüslər  XIX  əsrin  sonu,  XX  əsrin 
əvvəllərində  yaranan  siyasi  təxəllüslərdəndir.  ―Ola  bilsin  ki, 
bunların  içərisində  ləqəblər  də  vardır.  Amma  yadda  saxlamaq 
lazımdır  ki,  bu  kimi  köməkçi  adlar  öz  sahibini  düşməndən 
qoruyursa,  təxəllüs  hesab  olunmalıdır‖  (10-46).  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  Azərbaycanda  kommunist  rejiminin 
dağılması və keçid dövrü ilə əlaqədar olaraq Cinqoy, Cırtqoz və 
s. kimi yeni siyasi təxəllüslər də yaranmışdır. 
 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin