ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   2   3   4   5   6   7   8   9   ...   16

    
 
b) Azərbaycan dilçiliyində şəxs  
adlarının tədqiqi tarixi 
 
Azərbaycan antroponimlərinin təhlili ilə bağlı ilk qeydlərə 
A.Bakıxanovun  əsərlərində  təsadüf  olunur.  Müəllifin  yara-
dıcılığında toponim, hidronim və etnonimlərin təhlili ilə yanaşı, 
antroponimlərin araşdırılması da müşahidə edilir. Bu baxımdan 
onun 1843-cü ildə  yazdığı  ―Adlar və  titullar‖ adlı  əsəri  antro-
ponimiyamız üçün qiymətli mənbədir. Əsərdə xan, sultan, mə-
lik, bəy, ağa, minbaşı, yüzbaşı, naib, qalabəyi, usmi, qazı, mül-
kədar, vəkil, sərkar, darğa, mirab, mizandar, kovğa, kəndxuda, 
nökər,  qul,  bəyzadə,  eşikağası,  tərxan  və  s.  titulların    leksik 
mənası,  mənşəyi  və  işlənmə  dairəsi  izah  edilir  (27-136-141). 
Bundan  əlavə,  A.Bakıxanov  ―Gülüstani-İrəm‖  (1841)  əsərində 
Şirvanşahların  ləqəbləri,  nəsəbləri  və  tarixi  şəxsiyyətlərin 
tərcümeyi-halları,  onların  təxəllüsləri  haqqında  məlumatlar  da 
vermişdir (28). 
Azərbaycan  antroponimlərinin  hərtərəfli  şəkildə  öyrənil-
məsi  son  40  illə  bağlıdır.  Aşağıda  haqqında  bəhs  edəcəyimiz 
əsərlər bunu daha aydın şəkildə göstərir: 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
23 
Ş.Sədiyev Azərbaycan antroponimlərinin təhlilinə bir sıra 
məqalələr  həsr  etmiş  və  fikirlərini  1969-cu  ildə  çap  etdirdiyi 
―Adlar necə yaranmışdır? kitabında ümumiləşdirmişdir. Əsərdə 
antroponimik vahidlərin funksiyası, antroponimlərin əmələ gəl-
məsi, inkişafı və təkmilləşməsi, antroponimlərin quruluşca  sa-
də,  düzəltmə  və  mürəkkəb  olması,  bəzi  antroponimlərin  leksik 
mənasının izahı, antroponimlərin cəmiyyətdə rolu və onun fərq-
ləndirici  xüsusiyyəti,  həmçinin  familiya,  ləqəb,  titul,  təxəllüs, 
ata  adları  və  s.  kimi  məsələlər  yığcam  şəkildə  öz  elmi  həllini 
tapmışdır
1

Ş.Sədiyev  ―Основные правила выбора имен для ново-
рожденных‖  (по  азербайджанской  антропонимии)  adlı  mə-
qaləsində  antroponimik  vahidlərin  milli  etiket  funksiyası  daşı-
dığını  əsas  götürərək  advermənin  prinsiplərini  müəyyənləş-
dirmiş,  yeni  doğulan  uşağın  adlandırılmasında  adın  mənasına 
diqqət  yetirməyin vacibliyini xüsusi vurğulamış, tarixi və milli 
adlardan  istifadəyə  üstünlük  vermiş,  adlarda  çoxkomponentli-
liyi deyil, təkkomponentliliyi məqbul hesab etmişdir. Uşağı bəd 
nəzərdən  qorumaq  inanışı  və  ya  tabularla  bağlı  olan  adlar  qə-
dim  türk  antroponimləri  sistemində  müəyyən  yer  tutsa  da, 
müasir  Azərbaycan antroponimləri sistemində, demək olar ki, 
təsadüf    edilmir.  Bu  məsələyə  münasibət  bildirən  Ş.Sədiyev 
qeyd  edir  ki,  tabularla  bağlı  olan  şəxs  adlarının  Azərbaycan 
antroponimləri  sistemində  işlənməməsi  valideynlərin  daha  çox 
istək və arzu ifadə edən təsviri adlara üstünlük verməsi ilə bağ-
lıdır.  Müəllif  antroponimlər  sistemindəki  Şirin,  Şövkət,  Gözəl 
və  s.  kimi  müştərək  antroponimlərin  ünsiyyət  prosesində  çə-
tinlik  yaratdığını,  nöqsan  və  narahatlıq  doğurduğunu  faktlarla 
                                                 
1
  Ş.Sədiyev.  İnsan  adları  necə  əmələ  gəlmişdir?  ―Sosialist  Sumqayıtı‖,  12 
mart, 1959; İnsan adları. ―Dil haqqında hekayələr‖, Bakı, 1959; Uşaqlara ad 
seçmək haqqında. ―Azərbaycan məktəbi‖, 1964, N 14;  Основные правила 
выбора  имен  для  новорожденных.  Личные  имена  в  прошлом,  насто-
ящем, будущем. М., 1970, с.185-188; Adlar necə yaranmışdır? Bakı, 1969. 

 
Язизхан Танрыверди 
 
 
24 
əsaslandırmış  və  belə  adlardan  istifadəni  normal  hesab  etmə-
mişdir. Ş.Sədiyev Azərbaycan antroponimləri sistemində Allah-
verdi,  Xudaqulu  və  s.  kimi  dini  adlardan  istifadənin  azaldığını 
və  hətta  məktəb  şagirdləri  arasında  həmin  tip  antroponimlərin 
olmadığını da  göstərir.  
A.Qurbanovun  çoxsahəli    elmi  yaradıcılığında  onomasti-
ka,  o  cümlədən  antroponimika  məsələləri  xüsusi  yer  tutur. 
Müəllifin  antroponimika  ilə  bağlı  olan  məqalə  və  mono-
qrafiyaları
1
 
Azərbaycan 
dilçiliyində  xüsusi  yer  tutan 
―Azərbaycan  dilinin  onomalogiyası‖  (Bakı,  ―Maarif‖,  1988) 
kitabında ümumiləşdirilmişdir. Əsərin I fəsli ―Onomalogiyanın 
ümumi-nəzəri məsələləri‖ adlanır. Burada onomastika anlayışı, 
onomastik leksikanın dilin lüğət tərkibində mövqeyi və sistemi, 
onomalogiya  və  onun  yarımşöbələri,  onomalogiyanın  növləri 
geniş şəkildə şərh edilmişdir. Onomalogiyanın dilçilik şöbələri 
ilə  yanaşı,  ədəbiyyatşünaslıq,  tarix,  etnoqrafiya,  sosiologiya, 
coğrafiya,  astronomiya,  epiqrafika,  estetika  elmləri  ilə  əlaqəsi 
nəzəri  cəhətdən  əsaslandırılmış,  konkret  desək,  bu  elm 
sahələrinin  onomastik  vahidlərin  tədqiqində,  onların  daha 
                                                 
1
 A.Qurbanov.  Ad  nədir və  uşağa  necə ad qoymalı? ―Sovet Gürcüstanı‖, N 
24,  1961;  Uşağa  gözəl  ad  vermək  hər  bir  valideynin  borcudur.  ―Sovet 
Ermənistanı‖, N 83, 1961; Gözəl və yaxşı ad insanın bəzəyidir. ―Mingəçevir 
işçisi‖, N 23, 1961; Onomalogiya şöbəsi. ―Ümumi dilçilik‖ kitabında. Bakı, 
1977;  Poetik  onomastika.  ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti,  18  sentyabr 
1985;  Onomalogiya.  ―Müasir  Azərbaycan  ədəbi  dili‖  kitabında.  Bakı, 
―Maarif‖,  1985;  Azərbaycan  onomastikası.  Bakı,  1986;    Xüsusi  adların 
ümumi  əhəmiyyəti.  ―Kommunist‖  qəzeti,  28  noyabr  1986;  Azərbaycan  
onomalogiyası  məsələləri.  Bakı,  1986;  Dilçi-onomoloqların  vəzifələri. 
―Azərbaycan  müəllimi‖  qəzeti,  14  yanvar  1987;  Azərbaycan  dili  onomas-
tikasının tədqiqi problemləri. Azərbaycan SSR EA Xəbərləri. Dil, ədəbiyyat 
və  incəsənət  seriyası,  N  4,  1987;  Poetik  onomastika.  Bakı,  1988;  Azərbay-
can  onomastikasının  zəruri  məsələləri.  ―Azərbaycan  müəllimi‖  qəzeti,  16 
mart  1988;  Azərbaycan  onomastikasının  müasir  vəzifələri.  ―Azərbaycan 
onomastikası problemləri‖, Bakı, 1988, s.3. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
25 
dərindən  araşdırılmasında  rolu  və  əhəmiyyəti    faktlarla 
arqumentləşdirilmişdir. 
A.Qurbanov  onomastik  mənbə,  onların  növləri  (qədim 
abidələr, yazılı ədəbiyyat, şifahi ədəbiyyat, elmi ədəbiyyat, qə-
dim  və  müasir  lüğətlər,  qədim  və  müasir  xəritələr,  dialekt  və 
şivələr, qohum  dillər, arxiv materialları və s.) və prinsipləri ilə 
yanaşı,  onomastik  materialın  toplanmasının  forma  və  üsulları, 
onomastik  lüğətlərin  tərtibi  və  əhəmiyyəti  məsələlərinə  xüsusi 
diqqət yetirmiş,  həmin mənbə və materialların onomastika elmi 
üçün  zəruri  olduğunu,  həm  də  bir  açar  rolu  oynadığını 
əsaslandırmışdır. 
Onomastik leksikanın dil mənsubiyyətinə görə tədqiqi ilə 
daha çox məşğul olan müəllif belə qənaətə gəlir ki, Azərbaycan 
antroponimlərinin  70, etnonim və hidronimlərinin isə 100 faizi 
milli  dil  (Azərbaycan  dili)  vahidləri  əsasında  formalaşmışdır. 
Bununla bərabər, Azərbaycan onomastik vahidlər sistemindəki 
monqol,  ərəb,  fars,  gürcü,  erməni  və  rus  dillərinə  məxsus 
onomastik  vahidlərin  mövqeyi  və  işlənmə  tarixi  də  diqqətdən 
kənarda qalmamışdır. 
Kitabda  adi,  qeyri-adi,  real  və  bədii  antroponimlər,  şəxs 
adı, ata adı, familiya, ləqəb, təxəllüs və titulların leksik-seman-
tik  xüsusiyyətləri,  yaranma  yolları  zəngin  faktlarla  təsdiq-
lənmiş,  həmçinin  Azərbaycan  onomastikasında  ilk  dəfə  olaraq 
antroponimlərin  formalaşma  və  inkişaf  dövrləri  müəyyənləşdi-
rilmişdir. Müəllif antroponimlərin formalaşmasını 4 əsas dövrə 
bölür: 1. Qədim dövrlərdə Azərbaycan antroponimləri   (XII əs-
rin  sonuna  qədər);  2.  XIII-XVIII  əsrlərdə  Azərbaycan  antro-
ponimləri; 3. XIX əsrdə Azərbaycan antroponimləri; 4. XX əsr-
də  Azərbaycan  antroponimləri.  Hər  bir  dövrün  xarakterik  xü-
susiyyəti,  eyni  zamanda  ictimai-siyasi  şəraitin  antroponimlərin 
işləklik  mövqeyinə  təsiri  məsələləri  məhz  dövrlər  üzrə  təhlil 
edilir. 

 
Язизхан Танрыверди 
 
 
26 
Kitabın  ―Antroponimlər‖  hissəsində  müxtəlif  fonetik 
variantlarda erməni (Beqlar, Kumuş, Temur, Aydamir, Elçibek) 
və  gürcü  (Nodar,  Temuri,  Mirza,  Nariman)  dillərində  işlənən 
Azərbaycan  antroponimləri  də  linqvistik  baxımdan  təhlil 
edilmişdir. 
―Onomastik  vahidlərin  poetik  və  üslubi  xüsusiyyətləri‖ 
adlanan fəsildə  bədii  ədəbiyyatda xüsusi adların  komik təbiəti, 
onomastik  vahidlərin  obrazlılığı,  bədii  əsərlərdə  xüsusi  ad  ya-
radıcılığı  işıqlandırılır. Folklor nümunələrində antroponimlərin 
süjetin məzmunu ilə əlaqələndirilməsi, qadın adlarının əksəriy-
yətinə hörmət ifadə edən ―xanım‖ sözünün qoşulması, şəxs ad-
larının həmqafiyə  əsasında formalaşması  kimi  məsələlər kitab-
da  sistemli  şəkildə  təhlil  süzgəcindən  keçirilmişdir.  Həmin 
fəsildə yazılı ədəbiyyatda  işlənən ononmastik vahidlərin üslubi 
xüsusiyyətləri  də  izah  olunmuşdur.  A.Qurbanov  yazılı  ədəbiy-
yatda  onomastik  vahidlərdən  iki  istiqamətdə  istifadə  edildiyini 
göstərmişdir: xalq tərəfindən yaranan və rəsmi dövlət sənədlə-
rində  əks  olunan  real  onomastik  vahidlər;  ancaq  yazıçının  öz 
yaradıcılığının məhsulu olan onomastik vahidlər. 
Poetik onomastikanın xüsusiyyətlərindən bəhs edən müəl-
lif  yazıçıların  ononmastik  vahidlərdən  əsərin  süjetinə,  quru-
luşuna, ideya və məzmununa uyğun şəkildə istifadə etmələrini,  
bəzən isə real adlardan satirik və yumoristik ifadə vasitəsi kimi 
obrazlılıq, təsirlilik, yüksək bədii keyfiyyət yaratmaq üçün isti-
fadə etmələrini uyğun nümunələrlə əsaslandırır. 
A.Qurbanov ilk dəfə olaraq yazıçı onomastikasının təhlili 
məsələsinə  toxunmuş  və  fikirlərini  Ə.Haqverdiyevin  əsərlərin-
dəki onomastik vahidlər, xüsusilə antroponimik vahidlərlə izah 
etmişdir. 
Azərbaycan  onomastikasında  orijinal  fikirləri  ilə  fərqlə-
nən M.Adilov antroponimlərimizin təhlilinə onlarca məqalə və 
monoqrafiya  həsr  etmişdir.  Həmin  əsərlərdən  bəzisinə  müna-
sibət  bildirmək  yerinə  düşərdi.  Müəllif  A.Paşayevlə  birlikdə 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
27 
çap etdirdiyi ―Azərbaycan onomastikası‖ (Bakı, 1987) kitabının 
I  bölməsində  ―Antroponimika‖  məsələlərindən  bəhs  etmişdir. 
Burada  Azərbaycan  antroponimləri  funksiyasına  və  antropo-
nimik sistemdə tutduqları yerə görə 2 qrupa bölünür: 1. Əsas ad 
kateqoriyaları; 2. Köməkçi ad kateqoriyaları. 
Əsas ad kateqoriyalarına əsl şəxs adı, ata adı və familiya-
lar,  köməkçi  ad  kateqoriyalarına  isə  təxəllüs,  ləqəb,  titul  və 
fəxri adlar daxil edilmişdir. 
Əsərdə  antroponimlərin  leksik-semantik  xüsusiyyətləri, 
quruluşu, ləqəblə təxəllüsün, titulla fəxri adların fərqli və oxşar 
xüsusiyyətləri elmi-nəzəri cəhətdən təhlil edilmişdir. 
Müəllif adqoyma zamanı 3 prinsipə (millilik, tarixilik və 
müasirlik)  əməl  etmənin  zəruriliyindən  bəhs  edir  və  hər  bir 
prinsipi konkret faktlarla təsdiqləyir. M.Adilov antroponimika-
mızda  Kimya,  Makina,  Tarix,  Mükafat,  Traktor,  Samovar, 
Kombayn, Kolxoz və s. kimi adların əsl şəxs adı kimi sabitləşə 
bilməməsini    onların  yuxarıda  qeyd  olunan  prinsiplər  əsasında 
yaranmadığında  görür. 
Əsərdə kiçiltmə və əzizləmə adlarının motivləşmə səbəb-
ləri ilk dəfə olaraq öyrənilmiş və onlar iki qrupa ayrılmışdır: 1. 
Kiçiltmə adlar; 2. Qısaltma adlar. 
M.Adilov  ―Antroponimlərin  tarixi-müqayisəli  tədqiqinə 
dair  (ay  formantı)‖  (11-46-48)  adlı  məqaləsində  -ay  formantlı 
antroponimlərin  etimologiyasından  bəhs  edir,  -ay  formantının 
insan, şəxs anlamında Xasay, Qaçay, Tokay, Alay, Azay və s. 
kimi antroponimlərdə mühafizə olunduğunu göstərir. Bu forma-
tın geniş semantik çalara malik olması və əksər türk dilləri üçün 
xarakterikliyi  kimi  məsələlər  də  məqalədə  elmi  həllini  tap-
mışdır. 
M.Çobanov  Azərbaycan  antroponimikasının  müxtəlif  cə-
hətləri ilə bağlı bir sıra tezis, məqalə və monoqrafiya çap etdir-
mişdir.  Onun  1983-cü  ildə  çap  olunan  ―Azərbaycan  antropo-
nimiyasının  əsasları‖  kitabında  antroponimlərin  leksik-

 
Язизхан Танрыверди 
 
 
28 
semantik  qrupları,  quruluşu,  adqoyma  ənənələrindən  bəhs  edi-
lir,  köməkçi  ad  kateqoriyalarından  təxəllüs  və  ləqəbin  leksik-
semantik  xüsusiyyətləri  və  s.  məsələlər  zəngin  dil  faktları  ilə  
təsdiqlənir. Burada diqqəti cəlb edən məsələlərdən biri də müş-
tərək  adlar,  polinim  və  polindromik  adlar,  adların  abbreviasi-
yası kimi məsələlərin geniş şəkildə tədqiqata cəlb edilməsidir. 
Müəllifin ―Azərbaycan antroponimiyasının əsasları‖ kita-
bında  antroponimik  vahidlərə  sinxronik  istiqamətdən  yanaşıl-
dığından  istər  dildaxili,  istərsə  də  dilxarici  faktorlar  əsasında 
yaranan antroponimlər  geniş  elmi  həllini tapa bilməmiş  və  bə-
zən də qüsurlu nəticələrin alınmasına səbəb olmuşdur. Məsələn,  
motivləşməsində  müdriklik  mənası  əsas  olan  ―Qoca‖  antro-
poniminin yaranmasınnda yaş mənasını ifadə edən ―qoca‖ sözü 
əsas  götürülür  (s.39);  Qara,  Qaraşir  və  s.  kimi  böyüklük, 
qüdrətlilik,  igidlik  rəmzli  adların  rəng  bildirən  sözlər  əsasında 
yarandığı  göstərilir  (s.38);  Antroponimikamıza  yunan  dilindən 
fars  dili  vasitəsilə  daxil  olan  ―Nərgiz‖  adı  əsl  Azərbaycan  adı 
kimi  təqdim  edilir  (s.55);  Bəsirət,  Xəyalət,  Səbahət  və  s.  kimi 
antroponimik vahidlər izah olunarkən -ət şəkilçisi əsl Azərbay-
can  şəkilçisi  kimi  göstərilir  (s.76);  sadə  cümlənin  inkişafı 
əsasında mürəkkəb quruluşlu antroponimə çevrilən İmamverdi, 
Tanrıverdi  kimi  antroponimik  vahidlər  sözlərin  birləşməsi 
nəticəsində düzələn antroponimlər kimi izah edilir (s.82).  
M.Çobanovun  1987-ci  ildə  çap  etdirdiyi  ―Familiya.  Tə-
xəllüs‖  kitabında  ilk  dəfə  olaraq  familiya  və  təxəllüslər  geniş  
şəkildə tədqiqata cəlb olunmuşdur. Müəllif ad və ad sistemi, ata 
adı  məsələlərini  türkoloji  istiqamətdə  şərh  etdikdən  sonra 
familiyaların  motivləşməsi  məsələlərindən  bəhs  edir  və 
Azərbaycan  familiyalarının  formalaşmasında  üç  prinsipin  əsas 
olduğunu  müəyyənləşdirir:  kişi  adı  əsasında  düzələn 
familiyalar,  qadın  adı  əsasında  düzələn  familiyalar,  kökü  şəxs 
adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
29 
Əsərdə təxəllüslərin mənşəyi, yaranma tarixi, işlənmə mə-
qamları, mənaları, areal təxəllüslər, təxəllüs və onun avtonimlə 
üzvlənmə  sistemi  və  s.  kimi  məsələlər  izah  olunmuş,  600-ə 
qədər  təxəllüsü  əhatə  edən  Azərbaycan  təxəllüs  lüğəti  tərtib 
edilmişdir.  Lüğətin  tərtibində  müsbət  cəhətlərlə  yanaşı,  bəzi 
qüsurlar  da  müşahidə  edilir.  Məsələn,  lüğətdə  təxəllüslə  ləqəb 
qarışdırılır.  Dəqiq  desək,    Dəli,  Dədə  və  s.  kimi  ləqəblər 
təxəllüs  kimi verilmişdir. 
M.Çobanov ləqəblərin strukturu, leksik-semantik xüsusiy-
yətləri  ilə  yanaşı,  fərdi-şəxsi  ləqəb,  ailəvi-nəsli  ləqəb,  məhəlli-
kollektiv  ləqəb  məsələlərinə  də  münasibət  bildirmişdir. 
M.Çobanov  Azərbaycan  antroponimləri  ilə  bağlı  tədqiqatlarını 
davam  etdirərək  1992-ci  ildə  ―Azərbaycan  antroponimikasının 
əsasları‖ adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 
H.Həsənovun  ―Söz  və  ad‖  kitabında  söz  və  əşya,  söz  və 
məfhum, əşya və ad  və s. məsələlər ümumi dilçilik baxımından 
şərh  edilmişdir.  Burada  antroponimika  ilə  bağlı  bir  sıra 
məsələlər, o cümlədən adların tədqiqi tarixi, ad sistemi, adların 
yaranması,  advermə,  adların  taleyi,  adseçmə,  adların  təsnifi, 
adların  mənşəyi  və mənası,  ad və  familiyaların  dəyişdirilməsi, 
adların  yazılışı,  adların  bədii  əsərlərdə  işlədilməsi  və  s.  izah 
edilmişdir. Müəllif qeyd olunan məsələlərin izahında fikri  təs-
diq üçün təkcə Azərbaycan  yox, həm də digər xalqların antro-
ponimlərindən istifadə etmişdir (174). 
H.Həsənov Azərbaycan antroponimlərinin təhlili ilə bağlı 
bir  sıra  məqalələr  çap  etdirmişdir.  Bu  məqalələrdə  təxəllüs  və 
ləqəblərin  xarakterik  xüsusiyyəti  (175),  türk  mənşəli  Azərbay-
can  antroponimlərinin  Qafqaz  xalqları  ad  sistemində  mövqeyi 
və  işləkliyi  (176),  familiyanın  sosial-ictimai  hadisə  olması 
(177) və s. məsələlər elmi həllini tapmışdır. 
Z.Sadıqovun  1975-ci  ildə  ―Azərbaycan  dilində  şəxs  ad-
ları‖  mövzusunda  müdafiə  etdiyi  namizədlik  dissertasiyası 
Azərbaycan antroponimikasının tədqiqində xüsusi mövqe tutur. 

 
Язизхан Танрыверди 
 
 
30 
Burada adların əmələ gəlməsi, ictimai həyatda mövqeyi, onların 
fonetik,  leksik-semantik  və  qramamtik  xüsusiyyətləri  geniş 
şəkildə izah olunur. 
Dissertasiya üç fəsildən ibarətdir: 1. Şəxs adlarının  tarixi 
inkişafı; 2. Köməkçi ad kateqoriyaları (ləqəblər, ata adları, fa-
miliyalar,  təxəllüslər);  3.  Azərbaycan  antroponimiyasının  fo-
netik-qrammatik xüsusiyyətləri.  
Əsərdə  milli  antroponimlərlə  yanaşı,  alınma  antropo-
nimlər  və  alınma  sözlər  (ərəb  və  fars  sözləri)  əsasında  forma-
laşan  antroponimlər  də  linqvistik  tədqiqata  cəlb  olunmuşdur 
(152). 
Bədii  əsərlərdə  onomastik  vahidlərin  üslubi-linqvistik 
xüsusiyyətləri  türkologiyada,  o  cümlədən  Azərbaycan  dilçili-
yində  ən  az  öyrənilən  sahələrdəndir.  Bu  mənada  Q.Mustafa-
yevanın  ―Adların  üslubi  imkanları‖  adlı  kitabı  təqdirəlayiqdir 
(Bakı,  APİ-nin  nəşri,  1990).  Əsərin  girişində  antroponimik 
vahidlərin – əsl şəxs adları, ləqəb, familiya və təxəllüslərin lek-
sik-semantik  və  qrammatik  xüsusiyyətləri  yığcam  şəkildə 
ümumiləşdirilmiş, həyatda şəxs adlarının, o cümlədən rəsmi ad-
ların  mənası  ilə  onun  daşıyıcısı  arasında  əlaqənin  olmaması, 
bədii  ədəbiyyatdakı  şəxs  adlarının  isə  pesonajların  təbiəti  ilə 
bağlılığı uyğun nümunələrlə təsdiqlənmişdir. 
Bədii ədəbiyyatda  janr müxtəlifliyini nəzərə alan müəllif 
hər  bir  janra  aid  antroponimik  vahidləri  ayrıca  təhlilə  cəlb  et-
mişdir. Belə ki, burada roman janrında şəxs adları, dram əsərin-
də şəxs adları və satirik əsərlərdə şəxs adları ayrılıqda öyrənil-
miş, roman janrında şəxs adlarının üslubi funksional imkanları 
araşdırılarkən  S.Rəhimov,  M.İbrahimov,  Ə.Vəliyev,  İ.Şıxlı, 
İ.Hüseynov, Ə.Əbülhəsən kimi yazıçıların əsərləri əsas götürül-
müş,  hər  bir  obrazın  daxili  keyfiyyəti,  onun  əsərin  ümumi 
ruhuna  uyğunolma,  həmçinin  obrazlılıq,  ekspressivlik  yaratma 
keyfiyyətləri, komik təbiəti təkcə  bir dilçi  qələmi ilə  yox, həm 
də ədəbiyyatşünas, tənqidçi qələmi ilə işıqlandırılmışdır. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
31 
Əsərin  II  fəsli  ―Dram  əsərlərində  şəxs  adlarının  üslubi 
xüsusiyyətləri‖  adlanır.  C.Cabbarlının  pyeslərindəki  antropo-
nimlərın  linqvistik  xüsusiyyətlərini  şərh  edən  Q.Mustafayeva 
ədibin  yaradıcılığının  I  dövrünə  daxil  olan  əsərlərdə  daha  çox 
ərəb mənşəli (Əbdül, Həmzə və s.), yaradıcılığının  II dövrünə 
aid  olan  əsərlərdə  isə  türk  mənşəli  adların  (Atakişi,  Babakişi, 
Sevil,  Yaşar  və  s.)  üstünlük  təşkil  etdiyini  faktlarla  arqu-
mentləşdirmişdir. Müəllif müsbət surətlərin, əsasən, milli adlar, 
mənfi surətlərin isə ərəb mənşəli adlarla verilməsini aşkarlamış 
və  milli  adyaratmada  C.Cabbarlının  rolunu  xüsusi  qeyd  etmiş-
dir. 
Satirik  əsərlərdəki  adların üslubi  xüsusiyyətlərindən bəhs 
olunarkən burada fonetik cəhətdən təhrif olunmuş  formalardan 
istifadəetmə (Məmdəli – M.Ə.Sabir, Sıfır – Səfər – S.Rəhman), 
tabu,  yaxud  tabu  əsasında  yaranmış  evfemizmlərdən  üslubi 
vasitə  kimi  geniş  istifadəolunma  məsələlərindən  də  bəhs  edil-
mişdir. 
H.Əliyevin  ―Ümumi  antroponimika  məsələləri‖  (Bakı, 
1985)  kitabı  təkcə  Azərbaycan  dilçiliyi  deyil,  həm  də  türkolo-
giya  baxımından  əhəmiyyətlidir.  Əsərdə  onomastika  dilçiliyin 
bir  sahəsi  kimi  təqdim  edilmiş,  antroponimikanın  elmi-nəzəri 
xüsusiyyətləri ümumi dilçilik istiqamətində şərh edilmişdir. 
Müəllif  ümumi  dilçilikdə,  həmçinin  rus  dilçiliyində  şəxs 
adlarının tədqiqi tarixini işıqlandırmaqla yanaşı, ilk dəfə olaraq 
türkologiyada  şəxs  adlarının  tədqiqi  tarixinə  münasibət  bildir-
mişdir. 
H.Əliyevin türkologiyada şəxs adlarının tədqiqindən bəhs 
edərkən  yalnız  antroponimlərin  tədqiqi  tarixini  təsvir  etməklə 
kifayətlənmir, həm  də  antroponimlərin mənşəyi, leksik-seman-
tik xüsusiyyətləri, quruluşu kimi məsələləri türkoloji istiqamət-
də izah etməyə çalışır və məqsədinə nail olur. 
Müəllif əsərin sonunda bəzi qədim türk mənşəli antropo-
nimlərin siyahısını vermişdir. Həmin siyahıda qədim və orta əsr 

 
Язизхан Танрыверди 
 
 
32 
türk  dilində  işlənən  türk  mənşəli  antroponimlərin  müasir 
Azərbaycan  dilindəki  fonetik  variantlarının  verilməsi  tarixi 
antroponimika baxımından əhəmiyyətlidir. 
H.Əliyev  məqalələrində  antroponimlərin  çoxvariantlığın-
dan,  milli  amillərlə  bağlı  olmasından  (77),  antroponimik  va-
riantlardan (78), ümumtürk xarakterli antroponimlərin quruluş-
ca sadə (Altay, Bars və s.), düzəltmə (Aydınlıq, Qanlı, Qutluq, 
Yağıçı və s.) və mürəkkəb (Ataxan, Aydoğan, Aydoğmuş, Tan-
rıverdi və s.) olmasından bəhs etmişdir (79). 
Azərbaycan  antroponimlərinin  müəyyən  hissəsi,  xüsusilə 
türk  mənşəlilər  Qafqazda  yaşayan  bütün    xalqların  antroponi-
mik  sistemində  aparıcı  mövqedədir.  Məsələn,  gürcü  dilində 
(Aslan,  Buğa,  Durmuşxani,  Timuri,  Buğadze  və  s.),  erməni 
dilində  (Aydamir,  Beqlar,  Dursun,  Babayan,  Sınıxçiyan  və  s.), 
udin  dilində  (Aqa,  Baylar,  Dursun,  Almaxanım  və  s.).  Bu, 
Qafqazda türk dilinin geniş yayıldığını və aparıcı olduğunu təs-
diqləyən  faktlardandır.  Qafqaz  xalqları  antroponimikasındakı  
Azərbaycan  antroponimlərinin  öyrənilməsi  dilimizin  tarixini 
öyrənmək  baxımından  ən  zəngin  mənbədir.  Bu  mənada 
A.A.Kuranyanın  1984-cü  ildə  müdafiə  etdiyi  ―Udin  antropo-
nimik  sistemindəki  türk  şəxs  adları‖  (Bakı,  1984)  adlı  nami-
zədlik dissertasiyası yeniliyi və orijinallığı ilə diqqəti cəlb edir. 
Əsərdə  udin  dilindəki  antroponimik  vahidlərin  fonetik,  leksik-
semantik  və  qrammatik  xüsusiyyətləri  diaxronik  və  sinxronik 
istiqamətdə  öyrənilmiş,  türk  antroponimlərinin  udin  ad  siste-
mindəki  aparıcı  mövqeyi  konkret  faktlarla  (Aslan,  Baba,  Dur-
sun, Tarxan, Qizlar, Çiçay və s.) təsdiqlənmişdir. Əsərdə müəy-
yən  nöqsanlar  da  nəzərə  çarpır.  Belə  ki,  ərəb  apelyativli 
Reyhan,  Tamam,  fars  apelyativli  Təzəgül  və  s.  kimi  antro-
ponimik vahidlər türk köklü adlar kimi təqdim edilir (s.8-9). 
A.Paşayevin ―Azərbaycan dilində ləqəblər‖ adlı namizəd-
lik dissertasiyası (Bakı, 1987)  konkret  bir sahəyə - ləqəblərin 
tədqiqinə  həsr  edilmişdir.  Əsərin  məzmunundan  aydın  olur  ki, 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
33 
ləqəblər  qədim  dövrlərdə  müxtəlif  funksiyaları  ifadə  etmişdir. 
Məsələn, bu gün şəxsin köməkçi adı hesab olunan ləqəblər qə-
dim dövrlərdə əsl ad funksiyasında işlənmişdir. 
Xüsusi  araşdırma  obyektinə  çevrilən  ləqəblər  ta  qədim 
zamanlardan  başlayaraq  digər  köməkçi  ad  kateqoriyaları  ilə  o 
qədər  qaynayıb-qarışmışdır  ki,  həm  orta  əsr  alim  və    şairləri, 
həm də müasir yazıçılar, tarixçilər və ədəbiyyat tarixçiləri, hətta 
bəzi  dilçilər  də  çox  vaxt  ləqəb,  titul,  təxəllüs  və  s.  terminləri 
bir-biri ilə qarışdırmışlar. Elə buna görə də A.Paşayev ―Ləqəb-
lərin ad sistemində  yeri‖ adlanan birinci  fəsildə  bu terminlərin 
sərhədini, eyni zamanda onların hər birinin ad sistemində funk-
siyasını müəyyənləşdirmişdir. 
Müəllif birinci fəsildə qədim türk, ərəb və müasir ad sis-
temləri  haqqında  da  inandırıcı  fikirlər  söyləmiş,  ərəb  ad  siste-
minin qədim türk ad sistemi əsasında formalaşdığını konkret dil 
faktları  ilə  sübut  etməyə  çalışmışdır.  Onu  da  əlavə  edək  ki, 
Azərbaycan  onomastikasında  və  ümumiyyətlə,  türkologiyada 
ərəb ad sisteminin qədim türk ad sistemi əsasında formalaşması 
fikrini  ilk  dəfə  olaraq  A.Paşayev  irəli  sürmüşdür.  Bu  problem 
onun  bir  sıra  məqalələrində  öz  ümumi  həllini  tapsa  da,  əsərdə 
bu haqda daha geniş fikirlər söylənmişdir. 
Bütün  antroponimik  vahidlər  kimi  ləqəblər  də  sözlərdən 
ibarətdir. Odur ki, digər sözlər kimi onlar da dilimizin leksik və 
qrammatik normalarına tabe olur. Elə buna görə də A.Paşayev 
―Ləqəblərin leksik-semantik və qrammatik xüsusiyyətləri‖ndən 
bəhs edərkən ləqəblərin leksik-semantik, morfoloji və sintaktik 
qanunauyğunluqlarını  ayrılıqda  izah  etmişdir.  Daha  dəqiqi, 
müəllif bu problemi geniş şərh etmiş və nümunələrlə təsdiq et-
mişdir ki,  söz birləşmələrindən fərqli olaraq  antroponimik  bir-
ləşmələrdə tabeedici tərəf həmişə əsl adlar olur. 
A.Paşayevin  məqalə  və  monoqrafiyalarında  Azərbaycan 
antroponimikasının  bu  və  ya  digər  problemləri,  xüsusilə  folk-
lorda  ləqəblərin  linqvistik  xüsusiyyətləri,  əsl  ad  kateqoriyaları 

 
Язизхан Танрыверди 
 
 
34 
ilə köməkçi ad kateqoriyalarının fərqli xüsusiyyətləri, kiçiltmə, 
əzizləmə  mənalı  adlar  (144),  ikinci  ad,  təxəllüs  və  ləqəblərin 
Azərbaycan  antroponimik  sistemində  yeri  və  funksiyası  (145) 
kimi məsələlər öz elmi həllini tapmışdır. 
R.İsrafilova  ―Azərbaycan  dilinin  onomastikası‖  (Bakı, 
―Elm‖,  1987)  kitabının  müəlliflərindən  biridir.  Kitabdakı 
―Azərbaycan dilinin antroponimikası‖ adlı bölmə R.İsrafilova-
ya  məxsusdur.  Müəllif  burada  antroponimlərin  tədqiqi  tarixi, 
antroponimlərin  kiçiltmə  və  əzizləmə  formaları,  ata  adları  və 
familiyalar kimi məsələləri təkcə Azərbaycan dilçiliyi baxımın-
dan  deyil,  həm  də  ümumi  dilçilik  baxımından  tədqiq  etmişdir. 
Əsərdə  müsbət  cəhətlərlə  yanaşı,  müəyyən  dolaşıqlığa  da  yol 
verilmişdir.  Məsələn,  türk  mənşəli,  Gəray  və  Uyğur  antropo-
nimləri  ərəb və  fars dillərindən Azərbaycan antroponimikasına 
daxil olub, məzmun və mənalarına görə azərbaycancalaşan ad-
lar  sistemində  izah  edilir  (s.35).  Bircə,  Bircəxanım,  Böyükxa-
nım, Kiçikxanım, Böyükkişi  kimi antroponimlərin say, miqdar 
və həcm anlayışları ilə əlaqədar yarandığı göstərilsə də, motiv-
ləşmə  meyarları  müəyyənləşdirilməmişdir  (s.37);  Ata,  Baba, 
Qardaş,  Dadaş  və  s.  antroponimlərin  apelyativi  kişi  cinsini 
bildirən qohumluq termini kimi təqdim edilir (s.41) və s. 
Ç.Hüseynzdə  ―Orta əsr  ərəbdilli mənbələrdə türk mənşə-
li  antroponimlər‖  adlı  namizədlik  dissertasiyasında    (1988) 
ərəbdilli  mənbələrdə  türk  mənşəli  antroponimlərin  linqvistik 
xüsusiyyətlərindən bəhs edir. Müəllif nəinki Azərbaycan dilçili-
yində, həm də türkologiyada ilk dəfə olaraq başqa  mənbələrdə, 
o  cümlədən  ərəbdilli  mənbələrdə  türk  mənşəli  antroponimləri 
tədqiq etmişdir. Əsərdə türk mənşəli antroponimlərin strukturu, 
ərəbdilli  mənbələrdə  müxtəlif  fonetik  variantlarda  verilən  türk 
mənşəli 
antroponimlərin 
leksik-semantik, 
morfoloji 
və 
morfonoloji 
xüsusiyyətləri 
türkoloji 
istiqamətdə 
şərh 
edilmişdir. Müəllif türk mənşəli titulların funksiyası və onların 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
35 
əsl  şəxs  adlarının  formalaşmasındakı  mövqeyini  daha  geniş 
şəkildə öyrənmişdir (189). 
Ç.Hüseynzadə  ərəbdilli  mənbələrdə  türk  mənşəli  antro-
ponimlərin  təhlilinə  və  eləcə  də  Azərbaycan  antroponimiyası-
nın  nəzəri  məsələlərinə  bir  neçə  məqalə  həsr  etmişdir  (63-73-
74). 
R.Xalıqova məqalələrində, xüsusilə 1992-ci  ildə müdafiə 
etdiyi ―Müasir Azərbaycan antroponimiyasının inkişaf  yolları‖ 
adlı namizədlik dissertasiyasında tarixi mənbələrə, o cümlədən  
―Kitabi-Dədə Qorqud‖ dastanına, M.Kaşğarinin lüğətinə, A.Ba-
kıxanovun ―Gülüstani-İrəm‖ əsərinə, həmçinin VVAQ orqanla-
rındakı  rəsmi  sənədlərə  əsaslanaraq  Azərbaycan  antroponimi-
yasının  inkişaf  yollarını  sosioloji  istiqamətdə  araşdıran  ilk 
müəllifdir.  R.Xalıqova  antroponimlərin  leksik-semantik  və 
qrammatik  xüsusiyyətlərini  tədqiq  etməklə  bərabər,  Azərbay-
can  antroponimik  vahidlər  sisteminə  əsaslanaraq  Azərbaycan 
(türk) xalqının etnogenezini də müəyyənləşdirməyə çalışmışdır. 
―Azərbaycan şəxs adları‖ lüğətinin  hazırlanması  və nəşri 
80-ci illərə qədər bir problem olaraq qalırdı. Bu problem B.Ab-
dullayevin  ―Azərbaycan  şəxs  adlarının  izahlı  lüğəti‖  (Bakı, 
1985),  O.Mirzəyevin  ―Adlarımız‖  (Bakı,  1986),  M.Şirəliyev, 
B.Abdullayev  və  Ş.Sədiyevin  birlikdə  hazırladıqları  ―Azər-
baycan  şəxs  adları‖  lüğətlərində  qismən  həll  edilmişdir.  Lakin 
Azərbaycan  şəxs  adlarının  (əsl  şəxs  adları  nəzərdə    tutulur) 
geniş  izahlı  lüğətinin  hazırlanması  bir  problem  olaraq 
qalmaqdadır.  
Azərbaycan  antroponimlərinin  tədqiqi  tarixindən  bəhs 
edərkən  ―Azərbaycan  onomastikası  problemləri‖nə  dair  çap 
olunmuş  konfrans  materiallarına  da  diqqət  yetirmək  lazımdır. 
Belə  ki,  ―Azərbaycan  onomastikası  problemləri‖nə  dair  məc-
muənin  (Bakı,  1986)  ―Antroponimika‖  bölməsində  30  məqalə 
verilmişdir.  Məqalələrdə  antroponimlərlə  bağlı  adət-ənənələr, 
antroponimlərin çoxvariantlılığı, antroponimlərin tipoloji xüsu-

 
Язизхан Танрыверди 
 
 
36 
siyyətləri, antoponimlərin leksik-semantik xüsusiyyətlərinə  gö-
rə qruplaşdırılması,  bədii  əsərlərdə  antoponimlərin üslubi-linq-
vistik  xüsusiyyətləri,  bəzi  antroponimlərin  etimoloji  təhlili 
(Beyrək, Buğac, Tural) və s. məsələlərdən bəhs edilir. 
Məcmuənin  ―Poetik  onomastika‖  bölməsindəki  məqalə-
lərdə  bədii  ədəbiyyatda  işlənən  antroponimlərin  üslubi  xüsu-
siyyətlərinə münasibət bildirilmişdir. 
1988-ci  ildə  nəşr  edilən  ―II  Azərbaycan  onomastikası 
problemləri‖  adlı  konfrans  materiallarının  ―Antroponimika‖ 
bölməsi 66 məqalə və tezisi əhatə edir. Burada mürəkkəb adlar, 
Azərbaycan antoponimikasında cins kateqoriyasının əlamətləri, 
müştərək adlar, publisistikada antroponimik cərgə, antroponim-
lər və söz yaradıcılığı kimi məsələlər izah olunmuşdur. 
 ―Azərbaycan onomastikası problemləri, III‖ (Bakı, 1990) 
məcmuəsinin  ―Antroponimika‖  bölməsindəki  məqalə  və  tezis-
lər  (46  tezis  və  məqalə  verilmişdir)  göstərir  ki,  1990-cı  ilə 
qədərki konfranslardan sonra Azərbaycan onomastikası orijinal 
araşdırmalar  əsasında  daha  da  dərinləşmiş  və  zənginləşmişdir. 
Belə ki, I və II konfransın materiallarındakı məqalələrdən fərqli 
olaraq,  burada  bəzi  antroponimlərin  etimoloji  təhlili,  antropo-
nimlərin  tarixi-müqayisəli  tədqiqi,  köməkçi  ad  kateqoriya-
larının sərhədinin dəqiqləşdirilməsi, antroponimlərin fonetik və 
fonomorfoloji xüsusiyyətləri kimi məsələlər daha geniş planda 
təhlil edilmişdir. 
1993-cü ildə çap olunan ―Azərbaycan onomastikası prob-
lemləri, V‖ adlı konfrans materiallarının ―Antroponimika‖ böl-
məsində  verilən  məqalələrin  təxminən  üçdə  bir  hissəsindən 
çoxu antroponimlərin üslubi xüsusiyyətlərinə həsr olunmuşdur. 
Belə  ki,  ―Antroponimika‖  bölməsindəki  54  məqalədən  21-i 
yalnız antroponimlərin üslubi xüsusiyyətləri ilə bağlıdır. Həmin 
məqalələrdən  bəziləri  istisna  olunarsa  (M.Adilov,  M.Məm-
mədov,  Q.Mustafayeva  və  A.Paşayevin  məqalələri),  qalanları, 
demək olar ki, faktsadalamadan ibarətdir. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
37 
Məcmuədəki  məqalələrdə  türk  antroponimləri  sistemində 
sinonim şəxs adları, etnoqrafik leksika və antroponimlər, ermə-
ni  dilində  türk  mənşəli  antroponimlər  və  s.  məsələlərə  müna-
sibət bildirilmişdir. 
 
Əlavə  edək  ki,  T.İ.Haciyev,  Y.Yusifov,  F.Cəlilov,  V.As-
lanov, Q.Kazımov, N.Xudiyev, Ə.Cavadov, M.Həkimov, Y.Se-
yidov,  F.Ağayeva,  Z.Verdiyeva,  Ş.Yusifli,  A.Bəşirova, 
T.M.Hacıyev,  F.Şahbazlı,  A.Hacıyev,  L.Quliyeva  və  başqaları 
Azərbaycan  antroponimlərinin  tədqiqinə  xüsusi məqalələr  həsr 
etmişlər. 
Azərbaycan  antroponimlərinin  tədqiqi  tarixi  ilə  bağlı 
araşdırmalar göstərir ki, türk mənşəli və tərəflərindən biri türk 
mənşəli  olan  hibrid  antroponimlər  geniş  və  sistemli  şəkildə 
tədqiq olunmayıb, arxaik antroponimlər, apelyativi arxaikləşən, 
apelyativi  arxaizm  səciyyəli  dialektizm  olan,  apelyativi  eynilə 
müasir  ədəbi  dildə  işlənən  antroponimlər  müəyyənləşdiril-
məyib, türk  mənşəli antroponimlərin yaranmasında apelyativin 
funksiyası və  adyaratmada motivləşmə meyarları dəqiqləşdiril-
məyib, əsl şəxs adlarının geniş izahlı lüğəti hazırlanmayıb və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin