Çələbi. Bu antroponim əsl şəxs adı kimi az işlənir, famili-
yalarımızda mühafizə olunmuşdur. XVI əsrdə antroponim kimi
işlənməsi məlumdur. Məsələn, Osmanlı səyyahı Övliya Çələbi.
―XIV-XV əsrlərdə Türkiyədə bir çox alimlərin və şahzadələrin
də çələbi titulu daşıdığı məlumdur. Azərbaycan şairi Qasım Ən-
vərin dediyinə görə,‖çələbi‖ sözü sufi təriqətində ―sevilmiş‖,
yəni ―allah‖ demək imiş. Lakin ―Xülaseyi-Abbasi‖də bu söz
Язизхан Танрыверди
62
―yazıçı‖, ―şair‖, ―bilici‖ və s., ―Ləhcəyi- osmaniyədə‖ oxumağı
bilən adam mənasında izah edilmişdir (118 – 75).
V.Radlovun lüğətində ―çələbi‖ osmanlı və cığatay dilləri-
nə aid edilir və beş əsas mənası göstərilir: 1. божественный,
принц, крови; 2. господин (титул, даваемый, европейцамь);
3. хозяин дома; 4. писатель, стихотворец, ученный; 5. хо-
рошо воспитанный, образованный, любезный, элегантный
(141 – 12).
Yuxarıdakı qeydlərə əsasən deyə bilərik ki, ilk dəfə titul
kimi işlənən ―çələbi‖ sözünün sonralar antroponim kimi işlən-
məsinə səbəb onun yazıçı, şair, bilici, xeyirxah, lütfkar və s.
mənaları ifadə etməsidir.
Duxa Qoca oğlı Dəli Domrul. ―Duxa‖ ―Kitabi-Dədə
Qorqud‖un antroponimikasına daxil olan, lakin müasir antro-
ponimikamızda işlənməyən adlardandır. Bu antroponimik va-
hiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaş-
masında zahiri səslənmə - alliterasiya, yaxud poetiklik yaratma
keyfiyyətlərini əsas götürmüşlər (189 – 260), (80 – 264).
‖Domrul‖ antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif
Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb
etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik
vahid kimi formalaşmasında ―nəsil verən‖, ―həyat başlanğıcı‖
kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən
təsdiqlənmişdir (122 – 69). ―Duxa Qoca‖ antroponimik vahidi
isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda
―Duxa‖ antroponiminin yalnız yunanlarda olan ―Duka‖ şəxs
adından olduğu iddia edilir (75 – 110).
Göründüyü kimi, ―Duxa‖ antroponiminin leksik-semantik
xüsusiyyətləri, tarixi-linqvistik baxımdan araşdırılmamış, həm-
çinin həmin sözün adyaratma üçün seçilmə, yaxud motivləşmə
səbəbləri müəyyənləşdirilməmişdir.
S.Əliyarov göstərir ki, Duxa Qoca ilkin şəkildə ―Dukak‖
və ya ―Tokak‖ variantında işlənmişdir (82 – 262). ―Tokak‖
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
63
variantı daha qədimdir. Çünki cingiltiləşmə, konkret desək,
―d‖laşma, yaxud ―t‖nın ―d‖ ilə əvəzlənməsi türk dillərinin
nisbətən sonrakı inkişafı ilə bağlıdır. Zahirən elə görünə bilər
ki, ―tokak‖ vahidi ―toxtaq‖ sözündən törəmədir və semantik cə-
hətdən ―Qoca‖ antroponimini təyin edir. Lakin türk dillərində
bu cür quruluşlu vahidlərdə ―t‖nın düşməsi müşahidə olunmur.
Deməli, Tokak-Dukak, Toxa-Duxa antroponiminin formalaş-
ması üçün əsas olan vahidin ilk hissəsi müəyyənləşdirilərkən
―tok-tox‖ fonetik variantlı söz əsas götürülməlidir.
M.Kaşğarinin lüğətində ―tok‖ sözü ―tokı‖ (vur, döy) mə-
nalarında işlənmişdir (70 – 268). Y.Məmmədov ―tok‖ sözünü
Azərbaycan dilində də asemantikləşmiş, ancaq qədim türk
yazılı abidələrində ayrıca lüğət vahidi kimi işlənən sözlər sıra-
sında qeyd etməklə bərabər, onun ―toqquş‖, ―toqquşma‖ vahid-
lərində izinin qaldığını da göstərir (416 – 33). ―Tok‖ sözünün
məna çalarları barədə S.Cəfərov yazır: ―Toxmaq, toxu(maq),
toqquş(maq), toxun(maq), toxa sözlərinin kökü vurmaq məna-
sında işlənmiş olan tox(maq) sözü olmuşdur ki, həmin mənada
çuvaş dilində indi də işlənməkdədir‖ (191 – 152). O.Mirzəyev
qəhrəmanlıq dastanlarımızın dilində ―tox‖ sözünün vur, vurmaq
mənalarında işləndiyini göstərir və fikrini ―...nərə çəkib özünü
düşmən ləşkərinə toxudu‖ nümunəsi ilə təsdiqləyir (122 – 220).
Qeydlərdən belə məlum olur ki, ―tok-tox‖ sözünün se-
mantikasında igidlik çalarları vardır. Bizcə, Tokak – Dukak,
Toxa – Duxa antroponiminin ilk hissəsi vurmaq, döymək an-
lamlı ―tok‖ felidir və onun şəxs adı kimi motivləşməsində igid-
lik keyfiyyəti əsas olmuşdur. Əlavə edək ki, M.Adilov və
O.Mirzəyev də ―Tokay‖, ―Tokər‖ antroponiminin yaranmasın-
da vurmaq, döymək anlamlı ―tok‖ vahidini əsas götürürlər (11-
46), (122-220). ―Tok‖ əsaslı antroponim Orxon-Yenisey abidə-
lərində də müşahidə olunur. Məsələn, Tok bögüt (51-44).
Qeyd etdik ki, ―Kitab‖da ―Duka‖ şəklində olan antropo-
nimin ilkin forması ―Tokak‖dır və onun ilk hissəsi ―vur‖, ―döy‖
Язизхан Танрыверди
64
anlamlı asemantik ―tok‖ felidir. Bu şərhlərlə yanaşı, ―Tokak‖
antroponiminin son hissəsi olan –ak sözdüzəldici şəkilçisinə də
diqqət yetirmək lazımdır. Məlum olduğu kimi, -aq, -ək
şəkilçisini fel köklərinə artırmaqla xasiyyət və keyfiyyət
bildirən sifətlər düzəlir: qorxaq (adam), ürkək (at) (178–84).
Həmin şəkilçi barədə S.Cəfərov yazır: -aq, -ək, -q, -k şəkilçisi
öz mənşəyi etibarı ilə ən qədim şəkilçilərdəndir. Bu şəkilçi va-
sitəsilə substantiv və ya atributiv isimlər əmələ gətirilir. Məsə-
lən, yataq, çataq, qaçaq, ürkək və s. (191–178). Buradan belə
nəticəyə gələ bilərik ki, ―Tokak‖ antroponiminin sonundakı –ak
şəkilçisi semantik cəhətdən xasiyyət, keyfiyyət funksiyasını
yerinə yetirir.
Tokak – Dukak antroponiminin sonundakı ―k‖ səsi düş-
müş, örtülü – qapalı hecadan örtülü – açıq hecaya keçid olmuş
və beləliklə, Toka – Toxa, Duka – Duxa variantı formalaşmış-
dır. Bu da dilimiz, o cümlədən digər türk dillərinin tarixi inki-
şafı baxımından xarakterik haldır. Müqayisə üçün bir neçə nü-
munəyə diqqət yetirək: qoruq//qoraq – qora, ayrıq – ayrı, ayıq –
ayı və s.
―Tokak‖ antroponiminin ―Duxa‖ şəklinə düşməsində, yə-
ni fonetik tərkibcə dəyişməsində bir neçə fonetik hadisənin baş
verdiyi müşahidə olunur. Bunu belə ümumiləşdirmək olar:
t→d, o→u, k→x səs əvəzlənmələri və söz sonunda ―k‖ səsinin
düşməsi.
Yuxarıda qeyd etdik ki, bir sıra müəlliflər Duxa Qoca oğlı
Dəli Domrul antroponiminin formalaşmasında zahiri səslən-
məni – alliterasiyanı əsas götürmüşlər. Lakin burada ata adı ilə
oğul adı arasında zahiri səslənmə oxşarlığı ilə yanaşı, ata adının
semantik tutumu ilə oğul adının semantik tutumu arasında da
yaxınlıq vardır. Belə ki, hər iki adın, yəni ―Qoca‖ və ―Domrul‖
antroponimlərinin əvvəlində işlənən ləqəblər (―Duxa‖ və
―Dəli‖) igidlik, məğrurluq, qorxmazlıq rəmzlərini daşıyır.
Deməli, ―Duxa Qoca oğlı Dəli Domrul‖ antroponimik
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
65
modelində ata adı ilə oğul adı həm zahiri səslənmə, ahəngdar-
lıq, həm də semantik tutum baxımından bir-birini tamamlayır.
Bu, ―Kitab‖dakı ―Baybörə oğlı Bamsı Beyrək‖ antroponimik
modelində də müşahidə olunur. Burada ata adı ilə oğul adı ara-
sında zahiri səslənmə oxşarlığını yaradan ―b‖ cingiltili sami-
tidirsə, onların arasında semantik tutum yaxınlığını yaradan
―börü‖ (qurd, canavar) leksik vahididir. ―Baybörə‖ antroponi-
minin ―bay‖ və ―börə‖ (börü) leksik vahidi əsasında formalaş-
masını sübut etməyə ehtiyac yoxdur. ―Beyrək‖ antroponiminin
isə ―börü‖ leksik vahidindən yaranması S.Əlizadə tərəfindən
əsaslandırılmışdır (81–29).
Dirsə xan. Müasir antroponimikamızda müşahidə edil-
mir. ―Kitabi-Dədə Qorqud‖ dastanının antroponimikasına da-
xildir. Bu antroponim V.V.Bartold, K.Rifət, O.Şaiq, M.Ergin
və H.Araslı tərəfindən ―Dirsə xan‖ kimi oxunmuşdur. Ş.Cəm-
şidov isə həmin yazılış formalarını ―Dursa xan‖ kimi oxumuş-
dur (188–47). Türkologiyada sübut olunmuşdur ki, ―Kirab‖da
―sad‖ türk mənşəli sözlərdə qalın saitdən əvvəl, ―sin‖ hərfi isə
incə saitdən əvvəl işlədilmişdir (92–29). Drezden və Vatikan
əlyazmalarında haqqında söhbət gedən antroponimin yazılışın-
da ―sad‖ hərfindən deyil, ―sin‖ hərfindən istifadə edilmişdir.
Deməli, həmin yazılış formasının ―Dursa xan‖ kimi yox, ―Dirsə
xan‖ kimi oxunması düzgündür.
―Dirsə‖ antroponimi ―dir‖ və ―sə‖ hissələrindən ibarətdir.
F.Cəlilovun araşdırmalarına görə, ―tur‖, ―tir‖, ―tür‖, ―tör‖ və s.
fonetik variantlarda işlənmiş ―tar‖ teonimi allah anlamlıdır,
―ölüb-dirilmə‖ anlayışı ilə bağlıdır (187-93-101). ―Dirsə‖ antro-
poniminin ―dir‖ hissəsi ―tar‖ teoniminin fonetik tərkibcə
dəyişmiş variantıdır - ehtimalını söyləmək olar (t―d səs dəyiş-
məsi dilimiz üçün qanunauyğun haldır). Etruskların əfsanəvi
ulu əcdadının ―tirsen‖ adı ilə tanıdığını nəzərə alsaq (41-10),
―Dirsə‖ antroponiminin ilk hissəsi ―dir‖in ―tir‖ teoniminin fo-
netik tərkibcə dəyişmiş variantı olduğu bir daha təsdiqlənər.
Язизхан Танрыверди
66
Türkologiyaya bəllidir ki, müxtəlif fonetik variantlarda
işlənən sun, sın, zun, sin, si, sə hissəciyi ―adam‖ anlamlı vahid
funksiyasında işlənmiş və müasir türk dillərində arxaikləşmiş-
dir. ―Dirsə‖ antroponiminin ―sə‖ hissəsini də həmin sistemə aid
etmək olar. Yəni ―Dirsə‖ antroponiminin sonundakı ―sə‖ adam
anlamlı vahiddir – fikrini irəli sürmək mümkündür. Deməli,
―Dirsə‖ antroponimi ―allah adam‖, ―diri adam‖ mənasını bildi-
rir və onun apelyativi arxaikləşmişdir qənaətinə gəlmək müm-
kündür.
Türk antroponimikasında işlək adlardan olan Baxşı adının
―baq‖ teonimi və adam anlamlı sı, şı hissəciyindən ibarət olma
faktını da əsas götürsək (187-95), deyə bilərik ki, sın, sun, sin,
se, sə, sı, şı və s. variantlı ―adam‖ anlamlı morfemin teonim
sonunda işlənməsi türk dillərində sistem şəklindədir.
Gögəş. Müasir antroponimlərimiz sistemində ―Göyüş‖
kimi işlənir. Q.Zakirin yaradıcılığında isə ―Gögəş‖ (g-y, ə-ü səs
keçidi mümkündür) variantında müşahidə edilir (42-269).
―Gög//göy‖ sözü Orxon-Yenisey abidələrində ―gök‖ kimi
işlənmişdir (200-185). Qax və Zaqatala şivələrində ―gök‖ şək-
lindədir (179-19). Altaylarda hidronimik vahid kimi ―Koqoş‖
şəklində müşahidə olunur (126-36). E.Sevortyan ―göy‖
sözünün ―göquş‖ variantını da rəng anlamlı ―göy‖, ―göy kimi‖
izah edir (156-171).
N.A.Baskakov Ş (-aŞ ~ - Şa) - Şe şəkilçisinin türk xalqla-
rında əzizləmə mənasında işləndiyini göstərir (bala + Ş (30-96).
Tofiq Hacıyev – ş şəkilçisindən bəhs edərkən göstərir ki, -ş
şəkilçisinin etnik-sosioloji damğası Anaş, Ataş, Dadaş, Babaş
kimi antroponimlərdə qalmışdır (172-135). Deməli, ―Gögəş‖
antroponiminin gög hissəsi (müasir ədəbi dilimizdə göy) türk
mənşəli rəng anlamlı vahiddir, -əş isə əzizləmə mənalı şəkilçi-
dir. Əlavə edək ki, əzizləmə çalarlı antroponimik vahidlər
başqırd və tükmən dillərində də üstünlük təşkil edir. Məsələn,
Atac, Babiş, Karas, Karaş (113-41).
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
67
Güzəməli. Q.Zakirin əsərlərindən götürdüyümüz ―Güzə-
məli‖ (Güzəməli Şeytan) (42-216) antroponimi müasir antropo-
nimikamızda müşahidə edilmir. Türk xalqlarından yalnız qırğız
antroponimləri sistemində ―Ҝүзембаy‖ şəklində işlənir (104-6).
―Güzəməli‖ antroponimi iki hissədən ibarətdir: ―Güzəm‖
Azərbaycan (türk) mənşəli, Əli ərəb mənşəli antroponimlərdir.
―Güz‖ sözü ―Kitab‖da (―güz almasına bəŋzər al yanaq-
lım‖) (103-35) və M.Kaşğarinin lüğətində payız mənasında
verilmişdir (70-327). ―Güz‖ sözü müasir ədəbi dilimizdə işlən-
mir. Lakin dialektlərimizdə ―güz‖ sözü həm payız (17-224),
həm də payız otlağı (16-271), bununla bərabər, ―güzəm‖ – pa-
yızda qırxılan yun (15-186) mənalarında işlənməkdədir.
Ə.Dəmirçizadə ―güz‖ sözündən bəhs edərkən yazır: ―Güz‖ –
payız, ―güzdək‖ – payızlıq taxıl, ―güzəm‖ – payızda qırxılmış
yun sözlərində öz izini saxlamaqdadır‖ (69-124).
Yazda doğulana Bahar, Novruz bayramında doğulana
Novruz, orucluqda doğulana Oruc, qurbanlıqda doğulana Qur-
ban, yaxud məhərrəmlikdə doğulana Məhərrəm adının verilmə-
sinin xalqımızın adət-ənənəsi və məişəti ilə bağlı olduğunu əsas
götürsək və müasir antroponimikamızda ―Payız‖ antroponi-
minin, az da olsa, işlənməsini nəzərə alsaq, ―Güzəm‖ adının
payızda – qoyun qırxılan zaman doğulan uşağa verildiyini
söyləmək olar.
―Güzəməli‖ hibrid antroponimdir. ―Güzəm‖ sözünün so-
nundakı ―Əli‖ antroponimi dini səciyyə daşıyır, antroponimi-
kamıza ərəb dilindən islam dini vasitəsilə birbaşa ad kimi daxil
olan antroponimlər sırasına daxildir. Dinlə bağlı olan ərəb mən-
şəli antroponimlərin türk mənşəli antroponimlərin əvvəlində və
ya sonunda işlənməsi etnoqrafiyamız üçün xarakterik haldır.
Musa Adilovun dediyi kimi, kimin adı çoxsa, o daha zəngin,
nüfuzlu sayılırdı (9-9).
Səgrək. ―Kitabi-Dədə Qorqud‖dakı antroponimlər siste-
minə daxil olan arxaik adlardandır. Bu antroponimin əsasını
Язизхан Танрыверди
68
təşkil edən ―səgmək‖, ―səgirmək‖, ―səgirtmək‖ vahidləri ―Ki-
tab‖da ümumi söz kimi də işlənmişdir. Məsələn, Güni gəldi, ağ
meydanda səgirdərin, səniŋ içün (103-70). ―Səgirmək‖ vahidi
―Kitab‖ın dilində, həm də müasir dilimizdə eyni mənanı –
səkən, səyirdən, sıçrayan mənalarını ifadə edir. Lakin müasir
ədəbi dilimizdə ―səgirmək‖ kimi deyil, ―səyirmək‖ fonetik
variantında işlənir (13-441). Həmin sözün əsası ―sək‖ felidir.
Ə.Dəmirçizadə ―Kitabi-Dədə Qorqud‖ dastanındakı birhecalı
fellərdən bəhs edərkən ―sək‖ felini də həmin sistemə aid
etmişdir (69-132). Türkologiyada sübut olunmuşdur ki,
k―g―y səs keçidi türk dilləri üçün xarakterik hadisədir və bu
qanuna yalnız türk mənşəli vahidlər tabe olur (120-28-29).
Buradan bir daha aydın olur ki, ―sək‖, ―səg‖, ―səy‖ (səyirmək)
vahidi türk mənşəlidir.
―Səgrək‖ antroponiminin sonundakı -ək hissəciyi feldən
sifət düzəldən şəkilçidir. ―Səgirmək‖ felindən ―səgrək‖ sifəti
yaranmışdır. Bu xüsusiyyət dilimizin qədim, həm də müasir
dövründə müşahidə edilir. Məsələn, yügürmək-yügrək (arxaik
sözdür, cəld, sürətli, iti mənalarını ifadə edir) – Kəsər gündə
sərçeşmə yügrək yaxşı (―Kitab‖) (103-96), ürkmək-ürkək,
qaçmaq-qaçaq, qorxmaq-qorxaq və s.
―Səgrək‖ apelyativinin semantikasındakı səyirdən, sıçra-
yan, çapan və s. kimi igidlik çalarlı mənalar onun antroponim
kimi formalaşmasına səbəb olmuşdur ki, bu da türk mənşəli
kişi adları üçün xarakterikdir.
―Kitabi-Dədə Qorqud‖ dastanında son hissəsi ―-rək‖, ―-
nək‖ hissəciyi ilə bitən bir neçə antroponim müşahidə edilir:
Beyrək, Əgrək, Yegnək. ―Səgrək‖ antroponimi də bu sistemə
daxildir. Buradakı alliterasiya ―Kitabi-Dədə Qorqud‖ dasta-
nında bir sistem təşkil edir. Digər tərəfdən, ―Kitabi-Dədə Qor-
qud‖ dakı antroponimik vahidlərin poetikliyi qəhrəmanların
dilində də müşahidə edilir. Məsələn, ―Səgrək ayıtdı: ―Mərə,
qardaşımıŋ adı nədir? Ayıtdı: ―Əgrəkdir‖. Ayıtdı – emdi:
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
69
―Əgrəkə Səgrək yaraşur, qardaşım sağmış, qayurmazam;
qardaşsız Oğuzda turmazam. Qaraŋlu gözüm aydını qardaş!‖
deyü ağladı‖ (103-111). Lakin alliterasiya müşahidə olunan
antroponimlərdəki eyni səs kompleksində (-rək, -nək) müxtəlif
xüsusiyyətlər müşahidə edilir. Belə ki, Səgrək antroponimi
üçün tətbiq etdiyimiz qayda ilə ―Əgrək‖ antroponiminin etimo-
logiyası (əgirmək – əgrək, əyən, əyri hala salan) açılırsa, həm
də bu, igidlik mənasını ifadə edən türk mənşəli kişi adları ilə bir
xətdə birləşirsə, digər antroponimlər (Beyrək, Yegnək) bu
qayda ilə izah oluna bilmir. Məsələn, yuxarıdakı sistemə daxil
olan Beyrək antroponimini S.Əlizadə ―Bəryek-//Beryek rüyək – balaca qurd‖ kimi izah etmişdir (81-29).
―Yegnək‖ antroponimini M.Ergin ―Yigenek‖, H.Araslı isə
―Yeynək‖ kimi oxumuşdur. Bizcə, ―Yegnək‖ antroponiminin
ilk hissəsi yaxşı anlamlı arxaik ―yeg‖ vahididir, -nək hissəciyi
isə sifətin çoxaltma dərəcəsinin şəkilçisi olan ―rak
2
şəkilçisinin
fonetik variantı ola bilər. –rak şəkilçisi dilimizin qədim
dövründə keyfiyyətin çoxluq dərəcəsini ifadəetmə ilə yanaşı,
obyektə qarşı bir növ əzizləmə, incə münasibət də ifadə
etmişdur (121-94).
―Yeg‖ sifətinin ―Kitabi-Dədə Qorqud‖ da -rək şəkilçisi ilə
birlikdə işlənməsi də müşahidə edilir:
Atamdan yegrək qayın ata.
Anamdan yegrək qayın ana (103-112).
Deməli, ―Yegnək‖ antroponimi yaxşı, gözəl anlamlı
―yeg‖ (-nək) vahidi əsasında yaranmışdır. Bu da antroponimi-
kamızda sifətin çoxaltma dərəcəsi müşahidə edilən Ağca, Qara-
ca kimi adlarla səsləşir.
Tarxan. Müasir antroponimikamızda az təsadüf olunan
―Tarxan‖ antroponiminin işlənmə tarixi ilə bağlı maraqlı fikir-
lər vardır. Tarixi mənbələrdə ilk dəfə VI əsrdə işləndiyi
göstərilir (74-372). S.M.Şapşala görə, ―tarxan‖ VII əsrdə
xəzərlərdə antroponim kimi işlənmişdir. Məsələn, Çorban –
Язизхан Танрыверди
70
Tarxan (196-260). X əsr ərəb müəllifi İbn Fadlanın verdiyi mə-
lumata görə, Tarxan oğuzların qoşun başçılarından biri ol-
muşdur (106-129). Z.Bünyadov ərəb müəllifi ət-Təbəriyə
istinad edərək yazır ki, 836-cı ilin qışında xürrəmilər sərkərdə-
lərindən birini – məğrur türk Tarxanı itirdilər (37-260).
M.Kaşğari ―tarxan‖ sözünün bəy mənasında işləndiyini göstərir
(70-436). ―Tarxan‖ sözünün mənası ilə bağlı T.Hacıyevin fi-
kirləri də maraqlıdır: ―Tərxan‖, ―ərköyün‖, ―sərbəst‖, ―lovğa»
mənalarındadır ki, bu da qədim rütbə məfhumunun sözdə
daşlaşmasıdır (172-135).
Qeydlərə əsasən deyə bilərik ki, semantikasında bəy,
feodal, imtiyazlı silk və s. mənaları ifadə edən ―tarxan‖ sözü
əvvəlcə türk xalqlarında hakim titul funksiyasını yerinə yetirən
vahid kimi işlənmiş, sonra isə həmin müsbət motivli mənala-
rına görə antroponim kimi formalaşmışdır.
Uğur, Uğurlu. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Hə-
sənin oğlu bu adı (Uğurlu) daşıyıb. Həmin antroponim müasir
şəxs adlarımız tərkibində işlənməkdədir. ―Uğur‖ sözü ―Ki-
tab‖da―uğrun açıq olsun‖ – yəni yolun açıq olsun mənasında
işlənmişdir. Müasir ədəbi dilimizdə ―uğur‖ sözü öz ilkin məna-
sını ―uğurlu yol‖, ―uğurlar olsun‖ ifadələrində saxlamışdır.
E.V.Sevortyan ―uğur‖ sözünün Azərbaycan (türk) və başqa türk
dillərində təsadüf, səbəb, tale, xoşbəxtlik, yol, zaman və s.
mənalarda işləndiyini göstərir (157-565). Yeri gəlmişkən,
müasir ədəbi dilimizdə ―uğur‖ sözünün sinonimi kimi ərəb
mənşəli ―müvəffəqiyyət‖ sözü işlənir. Amma ―uğur‖ sözü
müvəffəqiyyət‖ sözündən daha intensivdir. Məsələn, ―Azərbay-
can müəllimi‖ (18 avqust 1988-ci il) qəzetindən götürdüyümüz
iki cümləyə diqqət yetirək: 1. Arzu edərdik ki, gənc rejissor
bundan sonra da orijinal repertuar yaratmaq işində yeni uğurlar
əldə etsin. 2. Uğurlarımız da var, çətinliklərimiz də... Qeyd
olunan cümlələrdə ərəb dilinə məxsus ―müvəffəqiyyət‖ sözü
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
71
əvəzinə, dilimizə məxsus ―uğur‖ sözü işlənmişdir ki, bu da
dediklərimizi arqumentləşdirir.
Göründüyü kimi, müasir ədəbi dilimizdə türk mənşəli
―uğur‖ sözü və həmin söz əsasında formalaşan Uğur və
Uğurlu antroponimləri işlənməkdədir. Uğur və uğurlu sözlə-
rinin antroponimə çevrilməsinə səbəb onların xoşbəxtlik, bəxt,
səadət, gözəl tale və s. mənaları ifadə etməsidir.
Ümid//Umud. Azərbaycan antroponimləri sistemində iki
fonetik variantda kişi adı kimi işlənən ―Ümid‖ antroponimi türk
xalqları antroponimikasında həm kişi, həm də qadın adı kimi
işlənməkdədir. Məsələn, qazax antroponimləri sistemində
Υмитай, Υмитжан və s., qırğız antroponimləri sistemində
Υмүтай, Υмүтжан cə s. kimi antroponimlər qadın adı kimi
işlənməkdədir.
―Ümid‖ sözü mənşəyinə görə, bəzən Azərbaycan dilinə
(83-659), bəzən də ərəb dilinə məxsus söz kimi izah edilir (20-
244). ―Kitab‖da ümid sözü umud şəklində işlənmişdir. Məsələn,
Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdular. Umud
üzdilər (103-58). Buradakı ―umud üzdülər‖ frazeoloji birləşmə-
si müasir ədəbi dilimizdə ―əl üzmək‖, ―ümidi olmamaq‖ şəklin-
də işlənir. Məsələn, əlim üzüldü, ümidim yoxdur, ümidim
gəlmir, ümid etmirəm, ümid ola bilmirəm və s. Göründüyü ki-
mi, qeyd olunan vahidlərin semantikasında həsrət, intizar, birin-
dən nə isə gözləmək, nə isə istəmək mənaları vardır.
―Ümid‖ sözünün mənşəyi barədə V.Aslanov yazır: ―Dili-
mizdə işlənən ən qədim fellərdən ikisi də ummaq və yağmaq
felləridir. Birinci feldən –ut şəkilçisi ilə düzələn umut sözü,
ikinci feldən düzələn yağı və yağma sözləri, çox güman ki, X
əsrdən xeyli əvvəl farscaya keçmiş və orada ommid, yağı,
yəğma şəklində möhkəmlənmişdir‖ (23-82). B.Abdullayev də
―Ümid‖ antroponiminin apelyativi olan ―ümid‖ sözünün um-
maq felindən yarandığını göstərir (4-54). Azərbaycan dilinin
qərb qrupu dialekt və şivələrində ―ümid‖ sözü ―umut‖ kimi,
Язизхан Танрыверди
72
ümidli olmaq isə ―umutdu olmax‖ (mutdu olmax) şəklində iş-
lənir.
Qeydlərə əsasən deyə bilərik ki, ―ümid‖ sözünün kökü
türk mənşəli ummaq/umut sözüdür. Bu sözün antroponim ya-
radıcılıığında işlənməsinə səbəb isə onun övlad istəmək, övlad
arzulamaq, övladın dünyaya gələcəyinə inanmaq kimi hissləri
ifadə etməsidir.
Türk mənşəli Azərbaycan antroponimlərini leksik-seman-
tik xüsusiyyətlərinə görə təhlil etməzdən əvvəl Azərbaycan
antroponimlərinin yaranma və inkişaf tarixi ilə bağlı tədqiqat-
çıların fikirlərinə münasibət bildirmək lazım gəlir. Bu barədə
ilk dəfə bəhs edən V.A.Qordlevski olmuşdur. O, türk dilində
işlənən antroponimlərin əmələ gəlməsi və inkişafını iki tarixi
dövrlə əlaqələndirir: islamiyyətə qədərki adlar; islamiyyətdən
sonrakı adlar (49-132). A.Qurbanov Azərbaycan antroponimlə-
rinin inkişaf tarixini aşağıdakı kimi müəyyənləşdirmişdir:
1. Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əsrin
sonuna qədər);
2. XIII-XVIII əsrlərdə Azərbaycan antroponimləri;
3. XIX əsrdə Azərbaycan antroponimləri;
4. XX əsrdə Azərbaycan antroponimləri;
a) XX əsrin əvvəllərində antroponimlər;
b) Sovet dövründə antroponimlər (60-260).
Y.Yusifov isə Azərbaycan antroponim və toponimlərinin
yaranma və inkişaf tarixini müəyyənləşdirərkən aşağıdakı böl-
günü əsas götürür:
1. Protoazərbaycan (b.e.əv. III-I minillik);
2. Qədim Azərbaycan (b.e.əv. V əsrdən – X əsrə qədər);
3. Orta Azərbaycan (XI-XVII əsrlər);
4. Yeni Azərbaycan (XVIII-XX əsrlər);
5. Sovet dövrü (99-145).
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
73
Göründüyü kimi, eyni problemə müxtəlif istiqamətlərdən
yanaşılmış və antroponimlərin inkişafı tarixi şərti olaraq müəy-
yən dövrlərlə əlaqələndirilmişdir.
Göstərilən tarixi dövrlərdən hər hansı birinə əsaslanaraq,
Azərbaycan antroponimlərini leksik-semantik baxımdan təhlil
etmək mümkündür. Lakin antroponimlərin inkişafı ilə bağlı
dövrləşmə tarixlərinin şərtiliyini, digər tərəfdən, müəyyən qrup
türk mənşəli Azərbaycan antroponimlərinin göstərilən tarixi
dövrlərin, demək olar ki, əksəriyyəti üçün səciyyəvi olduğunu
əsas götürərək, onların yaranma və inkişafı tarixinin yalnız yeri
gəldikcə göstərilməsini məqbul hesab edirik.
Araşdırmalarda türk mənşəli Azərbaycan antroponimlə-
rinin arxaikləşməsi, apelyativin arxaikləşməsi, apelyativin
dialekt və şivələrdə yaşaması və apelyativin eynilə müasir ədə-
bi dildə işlənməsi kimi məsələlərə geniş şəkildə münasibət
bildirilməmişdir. Elə buna görə də türk mənşəli Azərbaycan an-
troponimlərinin leksik təhlilində aşağıdakı sistemi əsas götür-
məyi məqsədəuyğun bilirik:
Arxaik antroponimlər;
b) Apelyativi arxaikləşən antroponimlər;
c) Apelyativi müasir ədəbi dildə işlənən antroponimlər.
Dostları ilə paylaş: |