hərəkət feillərinin əmələ gəlməsində iştirak edən sözlərin feilin ifadə etdiyi hərəkət prosesinin
mənasını bu və ya digər cəhətdən konkretləşdirdiyini, onu müxtəlif cəhətdən aydınlaşdırdığını
göstərməklə həmin feillərin də altı qrupunu müəyyənləşdirir və doğru olaraq yazır ki, bu tipli
feillərin yaranmasında iştirak edən adlar fərqli məna ifadə etdikdə hərəkət anlayışı mürəkkəb
feillərlə ifadə olunur və bu cür feillərin yaranmasında köməkçi və ya müəyyən məqamlarda həm
müstəqil, həm də köməkçi feil kimi işlənə bilən sözlər iştirak edir.
Türk dilində hərəkət feillərini araşdıran tədqiqatçı, eyni zamanda, onların qrammatik
xüsusiyyətləri haqqında da məlumat verir, bu tipli feillərin əksər hallarda məkani hallarla bağlı
olduğunu, bu və ya digər hərəkətlərin müəyyən məkan daxilində baş verdiyini önə çəkir, bu zaman
onların qrammatik mövqeyinə müəyyən aydınlıq gətirir. Bu isə türk dilində və həm də feilləri oxşar
olan Azərbaycan dilində hərəkət məzmunlu feillərin qrammatik xüsusiyyətləri haqqında geniş
təsəvvür əldə etməyə imkan verir.
Məqalədə hərəkət feillərinin leksik mənasına da xüsusi diqqət yetirən müəllif
N.K.Dmitriyevin, V.M.Çistyakovun və N.Z.Bakeyevanın fikirlərinə əsaslanaraq, onları «hərəkətin
istiqamətini və vasitəsini bildirən feillər» adı ilə iki qrupa bölür. Müəllif hərəkət feillərini bu şəkildə
qruplaşdırmaqla onun haqqında daha geniş məlumat verir və gələcəkdə bu yöndə aparılacaq
tədqiqatlara müəyyən istiqamət vermiş olur.
Qeyd etmək lazımdır ki, V.F.Veşşilovanın türk dilində hərəkət feilləri ilə bağlı apardığı bu
araşdırma elmi və nəzəri baxımdan çox əhəmiyyətli olmaqla digər türk dillərində də hərəkət
feillərinin semantik baxımdan daha ətraflı və elmi şəkildə araşdırılması üçün stimulverici mənbə
rolu oynaya bilər. Lakin onun türk dili hərəkət feilləri ilə bağlı bölgüsündə və onların qrammatik
funksiyalarının müəyyənləşdirilməsində, bizcə, müəyyən mübahisə doğuran cəhətlər də tapmaq
olar. Belə ki, hərəkət feillərinin müəllifin əsaslandığı mənbə əsasında iki, sonra isə öz arqumentləri
əsasında dörd qrupa bölünməsi və onlardan hansının daha məqbul hesab edilməsi müəyyən
anlaşılmazlıq yaratdığı kimi, hərəkət feillərinin qrammatik funksiyalarının təhlili zamanı daha çox
hallarda onların semantik tutumunu əsas kimi qəbul etməsi də mübahisə doğuran cəhət kimi qeyd
edilə bilər. Bu zaman hərəkət feillərinin icra istiqaməti baxımından müxtəlif növlərinin meydana
çıxma imkanlarının olması haqqında məlumat verilməməsi, bəzi feillərin hərəkət semantikası ilə
yanaşı, həm də üzərində hərəkət icra olunan müəyyən obyekti də ehtiva etməsi, hərəkət məzmunlu
feillərdə digər semantik çalarların da özünü göstərə bilməsi haqqında heç bir məlumat verilməməsi
və s. məsələlər də türk dilində hərəkət feilləri haqqında tam və bitkin informasiyanın qıtlığından
xəbər verən amillərdən hesab edilə bilər.
L.N.Xaritonov “Yakut dilində feil əsaslarının tipləri” adlı iri həcmli kitabında yakut dilində
səs təqlidi sözlər əsasında feillərin xüsusi çəkiyə malik olmasını nəzərə alaraq bu qəbil feilləri
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
51
ayrıca bir qrupda təsnif etməklə onları mənşəyinə görə üç hissəyə ayırmağı lazım bilir: iş-hərəkət
feilləri, səs təqlidi feillər, obrazlı feillər (7, s. 312).
Azərbaycan dilçiliyində feillərin leksik-semantik mənaları baxımından ilk təsnifatlarından
biri “Azərbaycan dilinin qrammatikası” adlı əsərdə aparılmışdır. Z.İ.Budaqovanın təsnifi
Azərbaycan dilçiliyində ilk təsniflərdən biridir. Z.İ.Budaqova Azərbaycan dili feillərini semantik
mənalarına görə beş qrupa bölür: 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür, görmə
və ya eşitmə prosesi ilə bağlı olan feillər; 5)hal-vəziyyət feilləri(8). Həmin bölgü və bölgülər
haqqındakı izahatlar “Müasir Azərbaycan dili” (9, s. 197) kitabının uyğun bölməsində azacıq
əlavələrlə təkrar olunur. Bu nəşrdə “Feillərin lüğəvi məna qrupları” adlanan yarımbaşlıqda kitabın
ilk nəşrindən sonra bu sahə ilə bağlı aparılan tədqiqatlar haqqında da qısa məlumat verilir, onların
bəzilərində bu bölgüyə əlavələr də artırıldığı qeyd edilməklə feillərin lüğəvi məna qruplarının əksər
əsərlərdəki bölgüsünün şərti səciyyə daşıdığı göstərilir: “Feillərin lüğəvi məna qruplarına verilən
bölgülərin müxtəlifliyi feillərin zəngin məna xüsusiyyətlərinə malik olması ilə əlaqədardır. Odur ki,
istər yuxarıda adları çəkilən əsərlərdəki, istərsə də bir qədər aşağıda verəcəyimiz bölgü şərti səciyyə
daşıyır”(9, s. 197). Doğrudan da, Azərbaycan dili feilləri “...özünün leksik-semantik, morfoloji,
sintaktik, üslubi, fonetik və digər xüsusiyyətləri ilə, bu xüsusiyyətlərin zənginliyi, rəngarəngliyi,
fərdiliyi ilə başqa nitq hissələrindən əsaslı şəkildə seçilir və bu baxımdan böyük əhəmiyyət kəsb
edir” (10, s.15). Ona görə də bu nitq hissələrində sözlərin ifadə etdiyi semantik mənalar da çox
müxtəlif şəkildə üzə çıxa bilir ki, bu, əksər hallarda feillərin semantik məna zənginliyi ilə bağlıdır.
«Azərbaycan dilinin qrammatikası» və «Müasir Azərbaycan dili» kitablarında həmin hissə
müəllifinin feillərin leksik-semantik bölgüsünü verdiyi bu ilk təşəbbüsün əhəmiyyətini xüsusi qeyd
etməklə yanaşı, onun nitq, təfəkkür, görmə və eşitmə prosesi ilə bağlı feilləri ayrıca bir qrup kimi
verməsi, təfəkkür, görmə və eşitmə prosesi ilə bağlı feilləri isə digər bir qrupda birləşdirməsi
müəyyən mübahisələrə səbəb olur. Belə ki, nitq, görmə və eşitmə prosesinin hamısı təfəkkürlə bağlı
olmaqla yanaşı, həm də onların hər birinin özünəməxsus ayrıca proses olduğunu, hər birinin xüsusi
funksiya daşıdığını nəzərə alaraq, onların hər birinin ayrıca bölgü kimi verilməsi daha məqsə-
dəuyğun olardı.
Azərbaycan dili feillərini digər türk dilləri ilə müqayisəli şəkildə araşdıran H.K.Quliyev
feillərin leksik-semantik baxımdan əvvəlcə doqquz, sonra altı, müxtəlifsistemli dillər əsasında isə
on bir qrupunu müəyyənləşdirir. Müəllif əvvəlcə Z.İ.Budaqovanın verdiyi beş bölgüyə daha
dördünü psixi-vəziyyət ifadə edən feillər, səstəqlidi feillər, obrazlı feillər və təbiət hadisələrini ifadə
edən feillər, əlavə edərək doqquz (11, s.206), “Türk dillərində feilin semantikası” adlı əsərində türk
dilləri materialları əsasında altı, müxtəlifsistemli dillər olan Azərbaycan, rus, ingilis və alman dilləri
materialları əsasında isə feillərin on bir qrupunu qeyd etmişdir (12, s. 235). Əksər hallarda isə
müəllifin bu sahədəki xidmətlərini xüsusi qeyd etməklə onu da göstərmək lazımdır ki, alim hər bir
qrupun da öz yarımqruplarını və daha kiçik mikroqruplarını müəyyənləşdirərək, feillərin ifadə
etdiyi ən incə semantik çalarları da nəzərə almışdır. Ona görə də hər bir qrupa daxil olan feillərin
əlavə qrupları da qeyd edilir. Feillər ifadə etdikləri semantik mənalara görə müəyyən
yarımqruplarda birləşdirilir. Məsələn, tədqiqatçı iş feillərinin beş, hərəkət feillərinin dörd, vəziyyət
feillərinin iki və s. yarımqruplarını müəyyənləşdirməklə, haqlı olaraq, onların özlərinin də müəyyən
ortaq cəhətlərə malik qruplarının olduğunu göstərir.
«Azərbaycan ədəbi dilində feilin semantikası» adlı namizədlik dissertasiyası yazmış
S.Ə.Rzayev də öz tədqiqat əsərində həmin feillərin hər birini ayrıca bir qrupda vermiş və
Azərbaycan dili feillərini leksik-semantik baxımdan səkkiz qrupa bölmüşdür: nitq feilləri, təfəkkür
feilləri, görmə feilləri, eşitmə feilləri, vəziyyət feilləri, fəaliyyət feilləri, hərəkət feilləri və
yerdəyişmə feilləri (13, s.10). Bu bölgü feillərin leksik-semantik məna qruplarını nisbətən əhatəli
şəkildə əks etdirsə də, bizə elə gəlir ki, yerdəyişmə feillərinin ayrıca bir qrup kimi verilməsinə və
ona aid misal kimi verilən feilləri bu qrupda birləşdirməyə o qədər də ehtiyac duyulmurdu. Buna
baxmayaraq, müəllifin bu əsərində feillərin leksik-semantik baxımdan qruplaşdırılması,
qruplaşdırma zamanı tətbiq edilən əsas kriteriyalar və həmin qruplara daxil olan feillərin xüsusiy-
yətləri əhatəli şəkildə tədqiqata cəlb edilmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
52
Azərbaycan dili feillərinin leksik-semantik qrupları haqqında Q.Cəfərovun «Azərbaycan
dilinin leksik-semantik sistemi» adlı əsərində də bəhs edilir. Feillərin leksik-semantik və qrammatik
baxımdan ən maraqlı söz kateqoriyalarından biri kimi qiymətləndirən Q.Cəfərov feillərin semantik
tədqiqi zamanı aşağıdakı məsələlərin əhatə olunmasını önəmli hesab edir: 1) feillərin tematik
qrupları; 2) feillərin məna növləri; 3) feillərin başqa nitq hissələri ilə qarşılıqlı məna münasibətləri
(14, s. 86). Bu əsərdə, əvvəlkilərdən fərqli olaraq, feillərin leksik-semantik mənaları barədə «Feillə-
rin semantik qrupları» adı altında məlumat verilir və bu baxımdan Azərbaycan dili feilləri on
qrupda birləşdirilir. Bu qrupların həm adları, həm də onların semantikası əksər bölgülərdən xeyli
fərqlənir. Belə ki, müəllif Azərbaycan dili feillərini semantik baxımdan aşağıdakı şəkildə
qruplaşdırır: 1) bioloji və sosioloji hərəkət bildirən feillər; 2) təbii ehtiyac bildirən feillər; 3) yaş və
boy dəyişikliyi ilə bağlı olan feillər; 4) ağlamaq və gülməklə bağlı olan feillər; 5) görmə, eşitmə və
nitq feilləri; 6) psixi fəaliyyətlə bağlı olan feillər; 7) hərəkət feilləri; 8) mübadilə və oyun bildirən
feillər; 9) temperatur dəyişikliyi bildirən feillər və 10) yanma ilə bağlı olan feillər (14, s. 86-113).
Bu əsərdə feillərin leksik-semantik mənasının müəyyənləşdirilməsi xeyli fərqli meyarlarla aparılır
və verilən dil nümunələrinin daha çox hissəsini mürəkkəb quruluşlu, söz birləşməsi şəklində olan
feillər təşkil edir.
Feillərin semantik cəhətdən təsnifləndirilməsi problemindən bəhs edən Ə.Rəcəbli qeyd edir
ki, “feillərin malik olduğu və göstərdiyi iş, hal və hərəkət bunların leksik-semantik mənasını təşkil
edir”(15 s.7). Daha sonra müasir Azərbaycan dilində feillərin bir sıra leksik-semantik məna
qruplarının olduğunu vurğulayan müəllif göstərir ki, “həmin lüğəvi mənalardan irəli gələrək
feillərin bir hissəsi hərəkət, bir hissəsi iş, bir hissəsi hal, bir hissəsi vəziyyət, bir hissəsi təfəkkür,
nitq, görmə prosesi və s. bildirir”. Tədqiqatçı adı çəkilən bu əsərdə göytürk dilində feilin 1) hərəkət
feilləri; 2) iş feilləri; 3) hal-vəziyyət feilləri; 4) təfəkkür feilləri; 5) nitq feilləri; 6) eşitmə feilləri; 7)
görmə feilləri məna qruplarından söz açır (15, s.29-65).
Aparılmış araşdırmaları və irəli sürülən mülahizələri nəzərə almaqla və dil faktlarının təhlil
edilməsi nəticəsində bu qənaətə gəlmək olar ki, türkoloji dilçilikdə, o cümlədən Azərbaycan
dilçiliyində feillərin leksik-semantik təsnifinə geniş yer ayrılmış, feillər leksik-semantik mənasına
görə ayrı-ayrı qrup və ya yarımqruplara bölünmüşdür. Nəzərdən keçirilən təsnifatlardan aydın olur
ki, türk dillərində, eləcə də Azərbaycan dilçiliyində feillərin leksik-semantik təsnifat qruplarının
sayı müxtəlifdir və tədqiqatçıların feillərin semantik mənasına görə verdiyi təsniflər heç də üst-üstə
düşmür.
Beləliklə, feillərin leksik-semantik baxımdan təhlili və araşdırılması, onların funksional ifadə
imkanlarının üzə çıxarılması dilçiliyin mühüm məsələlərindən biri olmaqla elmi və praktik
baxımdan böyük əhəmiyyəti ilə seçilir.
ƏDƏBIYYAT
1. Дмитриев Н.К., Чистяков В.М., Бакеева Н.З. Семантика русских и татарских глаголов
// Очерки по методике преподавания русского и родного языков в татарской школе. М., 1952,
с.162-242.
2. Чыманова Т. Этиш создордун семантикасынын туркологияда изилдениш тарыхынан
// Вестник КГНУ. Сер.филолог.науки. Бишкек, 1999, Вып.2, с.122, 214
3. Тенишев Э.Р. Глаголы движения в тюркских языках // Историческое развитие
лексики тюркских языков. М., 1961, с.232-294.
4. Гаджиева Н.З., Коклянова А.А. Глаголы речи в тюркских языках.//
Историческое развитие лексики тюркских языков. М., 1961.
5. Юлдашев А.А. Глаголы чувственного восприятия // Историческое развитие лексики
тюркских языков. М., 1961, с.294-322.
6. Вещилова В.Ф. Глаголы движения в турецком языке // Исследования по
сравнительной грамматике тюркских языков. Ч. IV, Лексика, М., 1962, с.101-114.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
53
7. Харитонов Л.Н. Типы глагольной основы в якутском языке. М.-Л., Изд. АН СССР, 1954,
с.312.
8. Azərbaycan dilinin qrammatikası. I hissə (Morfologiya). Bakı, Azərb. SSR EA nəşri, 1960,
321 s.
9. Müasir Azərbaycan dili. II cild. Morfologiya. Bakı, Elm, 1980, s.197.
10. Mirzəyev H. Müasir Azərbaycan dilində feil. Bakı, Maarif, 1986, s.15.
11. Кулиев Г.К. Семантика глагола в тюркских языках. Баку, Элм, 1998, 206 с.
12. Quliyev H. Müxtəlifsistemli dillərdə feilin semantik təsnifatı. Bakı, 2001, 235 s.
13. Рзаев С.А. Семантические разряды глагола в современном азербайджанском языке:
Автореф. дис... канд. фил. наук. Баку, 1970, с.10.
14. Cəfərov Q. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı, Elm, 1984, s.86-113.
15. Rəcəbli Ə. Göytürk dilində feilin semantikası. Bakı, Elm və təhsil, 2010, s.7.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
54
On the lexical-semantic classification of the verbs
in Turkological linguistics
Summary
Verb is one of the parts of speech investigated most of all in Turkology and Azerbaijan
linguistics. The classification of verbs from the lexical-semantic point of view is one of the most
important problems in modern linguistics. The article is devoted to the investigation of the verbs,
their groups, classes due to the lexico-semanti outlook. The author tries to look through the history
of grouping of Turkic and Azerbaijani verbs, their classification from different approaches.
Key words: verb, classification, lexical-semantic, Turkic languages, investigation
Aytən Bəylərova, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Müasir Azərbaycan dili şöbəsi, aparıcı elmi işçi
ayten_beylerova@mail.ru
AZƏRBAYCAN DİLİNDƏ KONNOTATİV LEKSİKANIN MİLLİ-MƏDƏNİ
XÜSUSİYYƏTLƏRİ
Dil və mədəniyyət sıx bağlıdır və bir-birindən asılıdır. Mədəniyyət öz əksini təkcə
cəmiyyətin adət-ənənələrində, inanclarında, təsəvvür və dəyərlərində deyil, dil və nitqdə də tapır.
Dildə əsas leksik mənanın konseptual (əşyəvi) əsası və onun konnotativ çalarları bir-
birindən asılıdır. Nitq situasiyası konnotativ çalarları meydana çıxardır, çünki insan nitqi həm
konnotativ, həm də denotativ sistemdir.
Konnotasiya – sözün və ya ifadənin əlavə məzmunudur, onu müşayiət edən, əsas məna ilə
bağlı olan, müxtəlif növ ekspressiv, emosional və qiymətləndirici tonların ifadəsinə xidmət edən
semantik və ya üslubi çalarlardır. Bu çalarlar ifadəyə təmtəraq, oynaqlıq, təbiilik və s. verə bilir.
Konnotasiyanın dil funksiyalarının tədqiqi göstərir ki, konnotasiya tək insana fərdi şəkildə aid deyil,
əsasən, dil daşıyıcıları üçün ümumi xarakter daşıyır, kütləvi, ictimai, yəni dil düşüncəsi hadisəsidir.
Dünya dilçiliyində konnotasiya iki yerə bölünür:1) konkret konnotasiya;2) konnotasiya
mühiti.
Konkret konnotasiya və ya konkret təsəvvür danışan və ya dinləyicidə ünsiyyət prosesində
yaranır. Konnotasiya mühiti isə dil vasitələrinin müəyyən növ təsəvvür və hisslərlə birəşdiyi
sahədir, yəni konsituativ səciyyəlidir. Bundan əlavə, konnotasiya ictimai, dini, texniki və mədəni
faktorlarla şərtlənən müəyyən nitq növlərinə də işarə edir. Sözü dil mədəniyyəti çərçivəsində
müşayiət edən emosional və estetik assosiasiyalar müxtəlif etnodil sistemlərində mövcud ola bilər.
Onların oxşarlıq və fərqləri kommunikasiya prosesində böyük əhəmiyyət kəsb edir. Bir dilin leksik
vahidlərinin başqa dilin müvafiq vahidləri ilə müqayisəsi göstərir ki, onların semantik cəhətdən
fərqlənməsi çox vaxt əşyaların fərqlərindən irəli gəlir. Bu həm fiziki xüsusiyyətlərə, həm də ictimai,
emosional və mədəni əhəmiyyətəgörə fərqlər ola bilər, yəni reallıqlar planında fərqləri və mədəni
konnotasiyalar planında fərqləri müqayisə etmək lazımdır.
Linqvistik ölkəşünaslıq çərçivəsində leksik vahidlər onların milli-mədəni konnotasiyası
aspektindəaraşdırılır. Həqiqətən də ayrı-ayrı dillərin milli-mədəni konnotativ leksikası mədəni
komponentlərinə görə bir-birindən fərqlənir.Konnotasiyanın strukturunda bir neçə lay ayrılır:
1. Ekvivalent konnotativ leksika. Beynəlxalq tendensiyaları əks etdirən leksika ayrı-ayrı
dillərdə eyni ictimai və emosional mənaya malik olur. Yəni eyni əşyaları ifadə edən leksika ayrı-
ayrı xalqlarda eyni konnotativ semantikaya malik olur. Bu isə müxtəlif millətlərin
mədəniyyətlərarası əlaqəsindən xəbər verir. Məsələn, bir çox dillərdə göyərçin sözü sülh və ya
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
55
sülhə can atmanı, göy qurşağı sevinc və ümidi təmsil edir, sol, sağ sözləri isə öz nominativ
funksiyalarından başqa, ümumi ictimai məna da kəsb edir, sol və sağ siyasi istiqamət, axın və
meyillərin nümayəndələrini ifadə edir.
2. Yalnız bir mədəniyyətdə olan konnotativ mənalı leksika. Müxtəlif mədəniyyətlərdəki
əşyaları ifadə edən leksika təkcə bir xalqın mədəniyyətində emosional və estetik konnotasiyaya
malik olur.Başqa sözlə, bir xalqa yaxın olan, başqa xalq üçün yaddır, bir xalq üçün parlaq
assosiasiyalarla dolu olan, digəri üçün nisbətən boşdur. Məsələn, Azərbayan dilində sərv,
narağacları yalnız əşya bildirmir, həm də emosional-etik və estetik assosiasiyalar doğurur.Sərv
ağacının təsvirinə biz klassik ədəbiyyatımızda daha çox rast gəlirik. Qətran Təbrizinin, Nizami
Gəncəvinin, Füzulinin əsərlərində ona tez-tez müraciət edilir.Həmin əsərlərdə təsvir edilən
gözəllərin boyu assosiativ olaraq sərv ağacı ilə müqayisə edilir ki, bu da həmin sözün konnotativ
mənasını bildirir.Nar ağacı keçmişdə bolluq, artım, doğum mənasını təmsil edirmiş. Azərbaycan
xalq nağıllarından "Nar qız” nağılında gənc qız nəinki nar ağacından doğulur, o həm də həyatın
başlanğıcını təmsil etməyə başlayır [3].
Başqa dillərdə də bu tip konnotasiya nümunələrinə rast gəlinir. Məsələn, rus dilində берёза
(ağcaqayın) sözü ağac olmaqdan daha çox, Vətənin rəmzi, təcəssümüdür. Tozağacı ənənəvi rus
məişətində həmişə böyük rol oynamışdır. Vətən, qələbə, müharibə haqqında bir çox şeirlərdə, bədii
əsərlərdə tozağacı simvolik sözünərast gəlinir.Рябина (quşarmudu), калина (başınağacı), вишня
(albalı) sözləri rusbədii ədəbiyyatında və xalq mahnısında qadın məhəbbətini və gənclərin sevgi
münasibətlərini təmsil edir, simvollaşdırır. Məsələn, quşarmudunun qırmızı rəngli meyvələrinin
büzüşdürücü dadı var, lakin yeməkdən sonra ağızda müəyyən dad qalır. Bu sözün konnotasiyası
folklor mənşəli assosiasiyalara əsaslanır: bədbəxt sevgi hissi ilə müqayisə edilir.
Rus dilində belə konnotativ mənalı xeyli söz vardır:дуб (küt, laqeyd və kobud insan
haqqında), şlyapa (passiv, maymaq insan haqqında),жук (diribaş, zirək insan haqqında), бирюк
(adamayovuşmaz insan haqqında), заяц (biletsiz sərnişin haqqında), гусь (etibarsız, cüvəllağı insan
haqqında), мешок(şişman, ağır, yöndəmsiz insan haqqında), свистун (yüngül davranışlı insan
haqqında), тряпка (xaraktersiz, iradəsiz insan haqqında), слизняк (iradəsiz, dəyərsiz insan
haqqında) və s. Belə sözlərin mənasının konnotativ mədəni komponenti həmin leksik vahidin
məcazi-metaforik mənası kimi çıxış edir.
3. Müxtəlif, çox vaxt əks, zidd konnotativ mənalı leksika. Bu söz ayrı-ayrı mədəniyyətlərdə
eyni olur, lakin milli mentaliteti əks etdirən emosional və sosial məna baxımından fərqlənir, bu
mədəniyyətin insanlarına aydınolan müəyyən assosiasiyalar yaradır. Bəzən ayrı-ayrı dillərdə
müəyyən sözlərin eyni denotatı, ancaq müxtəlif emosional-estetik məna çalarları və assosiasiyaları
olur. Bu isə milli mədəniyyətin xüsusiyyətlərini əks etdirir. Məsələn, fil sözünün konnotasiyası rus
dilində yöndəmsizlik, biçimsizlik, sanskrit dilində isə qəşənglik, zəriflik, cazibə, məlahət;dəvə
sözünün konnotasiyası ərəb dilində gözəllik, zəriflik, digər dillərdə kinlilik və s. bildirir.
Sözün emosional, sosial mənası müəyyən milli-rəmzi mühitin əsasını təşkil edir.Sözün belə
milli simvolizmi milli xüsusiyyətləri əks etdirir, insanların ətraf mühitə qarşı hisslərini,
münasibətini və qiymətləndirməsini formalaşdırır. Lakin ekspressiv konnotativ leksika mütləq
bütün dillərdə emosional boyalı deyil, çünki müxtəlif mədəniyyətlərin emosional və sosial
assosiasiyaları bir çox hallarda üst-üstə düşmür. Konnotativ boyalı belə sözlər mənbəyi həyatın
özündə, milli mədəniyyət və ədəbiyyatda olan sabit milli assosiasiyalarla, stereotiplərlə əlaqəlidir.
Məsələn, söyüd sözü ağac növünü ifadə edir, lakin ruslarda qəm-qüssə ilə, kədərlə, çinlilərdə isə
sakitliklə, dinc xoşbəxtliklə assosiasiya edilir; fikus – ruslarda ev rahatlığının, rifahın rəmzidir,
çinlilərdə isə adi bitkidir və s.
Milli mədəniyyətin özünəməxsusluğunu insanı müxtəlif heyvanlarla müqayisə edən ifadələr
də göstərir. Məsələn, Azərbaycan dilində qoç güc, qüvvət, igidlik, cəsurluq, döyüşkənlik rəmzi kimi
işlənmişdir. Bu isə təsadüfi deyil. Belə ki, qoç hələ qədimdən türkdilli xalqlar arasında müqəddəs
heyvanlardan biri sayılmışdır. VIII əsrin türk xaqanı Güntəkinin qəbri üstə qoyulan qoç abidəsi
bunu bir daha təsdiq edir.
Görkəmli Azərbaycan yazışısı Y.V.Çəmənzəminli "Qızlar bulağı” Dostları ilə paylaş: |