HƏR TƏRƏFDƏ FİTNƏ VƏ FƏSAD ÇIXIR
O günlərdə hər tərəfdə fitnə və fəsad hakim idi. Hüseyn xan Nuhani
gəlib Rabirini zəbt etdi. Qütb xan Sərvaninin adamı Çəndvarı aldı. Rüstəm
xan deyilən bir hərif Miyan-Duabdakı oxçuları toplayaraq gəlib Külü aldı və
Kiçık Əlini əsir etdi. Zahid Xoca Sənbəli buraxıb çıxdı. Sultan Məhəmməd
Dulday Kanucu buraxıb qayıtdı. Güvalyarlı kafirlər gəlib Güvalyarı mühasi-
rə etdilər. Güvalyara yardıma göndərilmiş olan Aləm xan da oraya getmə-
dən öz vilayətinə getdi.
Hər gün hər tərəfdən yaman bir xəbər gəlirdi. Bəzi hindistanlılar əs-
gərlikdən qaçmağa başladılar. Heybət xan Görkəndaz qaçıb Sənbələ getdi,
Həsən xan Barival qaçıb kafirlərin tərəfinə keçdi.
Bunlara baxmayaraq irəliləməyə davam etdik, arabalar, təkərli səhpa-
lar və hazırlanmış digər texnika ilə birlikdə çərşənbə axşamı günü, (315 b)
cəmadiyülaxır ayının doqquzunda [=13 mart] Novruz günü hərəkətə keçdik.
Sağ qol, sol qol və mərkəz səflərini nizamlayıb önümüzə arabaları və
təkərli səhpaları aldıq, bunların arxasında da bütün tüfəngəndazlara Ustad
Əliqulu başçı təyin edildi. Piyadalar bir-birlərindən ayrılmadan arabaların
arxasında səf halında yürüməli idilər.
Səflər öz yerlərinin aldıqdan sonra bütün səflərə doğru sürətlə at çapıb
sağ və sol qollar və mərkəzdəki bəylərə, igidlərə və sipahilərə yetişərək on-
lara cəsarət verdım, hər bölüyün harada duracağını, nə şəkildə yürüyəcəyini
göstərib vəzifələrini bildirərək, bu nizam və cərgə ilə bir küruh qədər
məsafə gət edib düşərgə saldıq.
Kafirlər də bu durumdan xəbərdar olaraq bölük-bölük düzənlənmiş bir
şəkildə qarşı tərəfdən gəldilər.
Düşərgə saldıqdan sonra ordugah və ordugahın önü arabalarla və xən-
dəklərlə dəstəklənib qorunaqlı bir hala gətirildi.
O gün savaşmaq niyyətimiz olmadığı üçün bir dəstə igid irəli gedib
düşmənla çarpışaraq bəxtini sınadı. Bir neçə kafiri ələ keçirib başlarını kəsib
gətirdilər. Məlik Qasım [Baba-Qaşqa] da bir neçə baş kəsib gətirdi. Məlik
Qasım yaxşı hərəkət etmişdi, beləcə əsgərin mənəviyyatı çox yüksəldi və
özünə inamı qüvvətləndi.
Orduda ruh yüksəkliyi yarandı. Ertəsi sabah qalxıb savaşmağı düşü-
nürdük. Lakin Xəlifə və digər sadiq dostlar (316 a) gediləcək yurd yaxın ol-
duğu üçün əvvəlcə oranı xəndəklərlə qorunaqlı bir hala gətirdikdən sonra
getməyin daha doğru olacağını bildirdilər. Xəndək işi üçün Xəlifə oraya ge-
dib xəndək yerlərini istehkamçılara göstərərək çavuşlar təyin edib gəldi.
RANA SANKA İLƏ KANVA SAVAŞI
Zəhirəddin Məhəmməd BABUR
332
Şənbə günü, cəmadiyülaxır ayının on üçündə [=17 mart] arabaları
önümüzdən çəkdirərək sağ və sol qollarla mərkəzimiz bir küruha yaxın mə-
safəni səf halında yürüyüb müəyyən edilmiş yurda endik. Bəzi çadırlar qu-
rulmuş və bəziləri də qurulmaqda ikən düşmən səflərinin göründüyü xəbə-
rini gətirdilər. Dərhal atlara minilib sağ və sol qolların öz yerlərinə gedərək
arabalarla səfləri yaradıb düzənləmələri əmr edildi.
İslam əsgərinin vəziyyəti və kafirlər sürüsünün özəllikləri, səflərin və-
ziyyəti və müsəlmanlarla kafirlərin savaşının tamamən bilinməsi üçün Şeyx
Zeyn tərəfindən qələmə alınan bu fəthnamə eynən buraya alındı.
ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR
QAZİNİN FƏRMANIDIR
Hər cür həmd vədinə sadiq, quluna köməkçi olub və əsgərinə arxa çı-
xaraq düşmənlərini təkbaşına aşağılayan və hər şeyin onun sayəsində ayaq-
da durduğu Allaha məxsusdur. Doğru yola girmiş vəlilərinin yardımıyla
islamın sütunlarını yüksəldən, bütlərin ayaqlarını asi (316 b) düşmənlərini
qəhr edərək alçaldan, zülm edənlərin kökünü qıran Allahım, yardım sən-
dəndir. Aləmlərin rəbbi Allaha həmd olsun!
1
Allahın səlat və səlamı qiyamətə qədər yaratdıqlarının ən xeyirlisi,
qazilərin və cihad savaşçılarının əfəndisi Məhəmmədin, soyunun və yol gös-
tərici əshabının üzərinə olsun.
Allahın nemətərinin danışılaraq ağızdan-ağıza yayılması şükür və öy-
güsünün çoxaldılmasına səbəb olur. Şükür və öygüsünün çoxaldılması da
nemətərinin danışılaraq ağızdan-ağıza yayımasını labüd edir. Hər bir nemət
bir şükrü vacib qılır və hər bir şükürdən sonra da bir nemət qərarlaşdırılmış-
dır. Lakin şükrün vacib qıldığı şeyləri yerinə yetirmək insanın qüdrətinin
dışındadır, iqdidar sahibləri onun mərasimini yerinə yetirməkdən acizdirlər.
Özəlliklə də bir nemətə qarşılıq verilməsi lazım gələn şükrdən böyük dün-
yada nə bir dövlət var, nə də axirətdə ondan böyük bir xoşbəxtlik görünür.
Bax, bu nemət Onlar kafirlər, haqdan sapanlardır
2
ayetində söyləndiyi ki-
mi, əmsalları haqqında nazil olan kafirlərin qüvvətliləri üstündə üstünlük
tapmaq və günahkar zənginləri istila etməkdən başqa bir şey deyildir. Ağıl
sahiblərinin dəlib keçən düşüncələrində bundan daha gözəl bir xoşbəxtlik
görülə bilməz. Minnət Allahadır ki, bu böyük səadət və ulu ehsan beşikdən
bu vaxta qədər xeyir düşünən qəlbin və doğru hökm edən ağlın soylu istəyi
və yeganə məqsədidir.
Bu mübarək günlərdə hər şeyi bilən padşahın xeyirxahlığı üz göstərdi.
1
Quran, Ənam surəsi, 6:45. Farsca olan fərmanın kursivlə verilən qismi ərəbcədir.
2
Quran, Abəsə surəsi, 80:42.
BABURNAMƏ
333
Minnətsiz nemət qapılarını açan və illətsiz bilgi bəxş edən Allah bilgi qapı-
larının fəthinin açarıyla böyüklüyü uğurun sığındığı nəvvabımızın əməlləri-
nə açdı. Gülərüzlülük sahibi qövmümüzün məşhur isimlərini kərəm sahibi
qazilərin dəftərinə keçirdi. İslamm bayrağı zəfər sahibi əsgərlərimizin yardı-
mıyla (317a) ucalığın zirvəsinə çatdı.
Bu dövlətin ortaya çıxımasın və bu xoşbəxtliyin gerçəkləşməsi belə
olmuşdur: islamiyyəti qoruyan əsgərlərimizin qılınclarının işıqları Hindistan
məmləkətlərini fəth etməsi və zəfər nurlarının işıqlarıyla -əvvəlki fethnamə-
lərdə yazıldığı kimi- aydınladtılmış qılınca, müqəddəs yardım, zəfər nişanə-
si olan bayraqlarımızı Dehli, Aqra, Cunpur, Harid, Behar v.s. məmləkət-
lərində dalğalandırdı. Müsəlman və kafir olan qövimlərin böyük hissəsi gə-
ləcəyi qutlu nəvvabımıza itaət edib baş əyməyi seçərək doğruluq və səmi-
miyyət addımlarıyla qulluq yolunu tutdular. Lakin daha əvvəl uğurlu nəvva-
bımıza itaət etməkdən dəm vuran (Rana Sanka) kafiri indi Dirəndi, kibrləndi,
nankorlardan oldu
1
sözünə uyğun olaraq iş işləyib şeytan kimi baş qaldırdı.
Zamanə əsgərinin komandanı və tərk edilmiş orduların bələdçisi halına
gələrək bəzilərinin gərdanlarında lənət boyunduruğu olan zünnarı, bəzi-
lərinin də ətəklərində islam dinindən ayrılma kədərinin tikanı olan güruh-
ların bir araya toplanmasına səbəb oldu.
O məlun kafirin -qiyamət günündə rəzil olsun- Hindistan vilayətindəki
istilası o dərəcəyə vardı ki, padşahlıq dövləti günəşinin doğmasından və şah-
lar şahı xəlifəliyi nurunun parlamasından əvvəl bu vuruşmada onun fərma-
nına boyun əyən əsl racələr, raylar bu müharibədə hökmü altında bulunub
islam dinindən ayrılaraq din dəyişdirən hakim, (317 b) rəhbər və böyüklər
onu göz önündə tutub heç bir müharibədə ona baş əyməmiş və bəlkə də uz-
laşmamışlar, heç bir səfərdə onun söhbət və arxadaşlığı yolunu tutmamışlar.
Bu geniş diyarın, Dehli sultanı, Qucerat sultanı, Mandu sultanı vəsair
bütün sultanları, digər kafirlərin aralarında bir uzlaşma olmadığı üçün o pis
gedişli adama müqavimət etməkdən aciz qalmışlar və dürlü-dürlü hiylələri
ilə üzə gülərək dost kimi görünürlər. Dinsizliyin bayrağı təxminən iki yüz
islam şəhərində dalğalanmışdı. Tapınaqları və məscidləri təxrib edərək, o
şəhər və məmləkətlərin müsəlmanlarının uşaqlarını və qadınlarını əsir et-
mişdi. Qüdrəti və qüvvəti o dərəcəyə varmışdı ki, hindin davam edib gələn
və bir lek gəliri olan vilayəti yüz atlı, bir küruru isə on min atlı olaraq say-
maqdan ibarət olan qaydası göz önünə alındıqda bu kafir başbuğu hərifin ələ
keçirdiyi məmləkəti on kürura çatmışdı, bu da bir lek [yüz min] süvarilik
yer edir. Bu zamana gəldiyində isə daha öncə heç bir savaşda ona yardım
etməyən məşhur kafirlərin çoxu islam əsgərinə olan düşmənlikləri üzündən
bu kafirin işləri-gücləri qldurluq olan əsgərinə qoşuldular.
İş o dərəcəyə vardı ki, on müstəqil hakim hər biri dikbaşlılıq dava-
1
Quran, Bəqəra surəsi, 2:34.
Zəhirəddin Məhəmməd BABUR
334
sında bulundular və hər biri bir qitədə kafir kütlələrindən birinə komandan
olaraq o pis huylu kafirə xalxal və zəncir kimi yapışdılar. (318 a) Əşəreyi-
mübəşşirənin
1
tərsinə, quldurluğu artıran, Onlara acı bir əzabı müjdələ
2
bayrağını çəkən bu on kafir izdihamlı qullara, əsgərlərə və geniş pərgənələrə
sahibdilər.
Bunlardan Səlahəddin otuz min süvarinin başbuğuydu. Ravəl Udi
Sing Bageri on iki min, Midni Rav on iki min, Həsən xan Mivati on iki min,
Barməl İdəri dörd min, Nərpət Harə yeddi min, Sətərvi Keçi altı min, Dirim-
Div dörd min, Bir-Sing Div dörd min atlıya sahibdilər. Sultan İskəndərin
oğlu Mahmud xan da vilayət və pərgənəsi olmamasına baxmayaraq sərdar-
lıq ümidiylə təxminən on min atlı yığmışdı. Bu səlamət və əmniyyət vadi-
sindən ayrılmış olanların cəmi hind vilayət və pərgənə qaydasına görə iki
lek və min atlı idi [ikiyüz bir mini].
Nəticə olaraq, iç üzündə məğrur və görünüşdə kor olan bu kafir, gün-
ləri qara kafirlərin qisvətli gönüllərini Bir-biri üstünə yığılmış qaranlıqlar
3
kimi birbirlərinə bağlayıb müxalifet edərək və insanların əfəndisinin –Al-
lahın salat və səlamı üzərinə olsun- şəriətinin təməlini yıxmağı qəsd edərək
müsəlmanlarla savaşmağa gəldi.
Padşahın din üçün savaşan savaşçıları Allahın yazğısı kimi o tək gözlü
dəccalın
4
başına üşüşərək, Qəza gəlincə, göz kor olur cümləsini bəsirət sa-
hiblərinin nəzərlərinə ərz etdilər və Kim cihad edərsə, ancaq öz yararına
cihad edər
5
(318 b) ayətini göz önündə tutaraq, itaət edilməsi gərəkli olan
Kafirlərə və münafiqlərə qarşı cihad et
6
hökmünü tətbiq etdilər. Doqquz yüz
otuz üçünca ilin cəmadiyülaxır ayının on üçüncü şənbə günü [=17 mart
1527] -ki, Allah şənbə günlərinizi mübarək etmişdir, o günün mübarəkliyi-
nin bir nişanəsidir- Biyanəyə bağlı olan Kanva mövqeyi civarında olan və
iki tərəfi din düşmənləriylə dolu olan dağlıq ərazi əncamları uğur olan islam
əsgərlərinin çadır qurduqları yer oldu. İslam əsgərinin ululuğu və ehtişamı
din düşmənlərinin və məlun kafirlərin qulağına çatanda isə əshabi-fil
7
kimi
1
Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəmbərimiz tərəfin-
dən müjdələnən on adam: hz. Əbubəkr, hz. Ömər, hz. Osman, hz. Əli, hz. Talha, hz. Zü-
beyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cərrah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas.
2
Quran, Ali-İmran surəsi, 3:21.
3
Quran, Nur surəsi, 24:40.
4
Rana Sankanın taygöz olmasına işarə edilir. Rananın bir gözü kor idi.
5
Quran, Ənqəbud surəsi, 29:6.
6
Quran, Tövbə surəsi, 9:73.
7
Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi Əshamə tərəfindən Yəmənə hökmdar
təyin edilən Əbrəhə bin Səbbah-ül-Əşrəm və ordusu fil sahibləridir. Ziyarətçiləri Kəbə ye-
rinə öz bölgəsinə çevirmək istəyən Əbrəhə Sənada Qülleys deyilən bir kilsə tikdirir. Kinanə
qəbiləsindən bir adam isə bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bundan qəzəb-
lənən Əbrəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir.
Yanında ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əbrəhə bu fillərlə Kə-
BABURNAMƏ
335
əhli-islamm Kəbəsini yıxmaq istəyən, Məhəmməd ümmətinin müxalifləri
dağ görünüşlü, ifritə üzlü filləri özlərinə sipər etdilər.Hamısı də müttəfiq və
yekdil olaraq, işləri quldurluq olan əsgərlərini bölük-bölük ayırdılar.
Bə an filha hinduvani zəlil,
Şodənd qürrə manəndi «əshabi-fil».
Çü şami-əcəl cümlə məkruhu şum,
Siyahtər zi şəb, biştər əz nücum.
Həmə həmçü atəş, vəlekin çü dud,
Kəşidə sər əz kin bə çərxi kəbud,
Çü mür amədənd əz yəminü yəsar,
Süvarü piyadə həzəran həzar.
Bu aşağılıq, zəlil hindular
Əshabi-fil kimi məğrur oldular.
Hamısı əcəl gecəsi kimi ikrah doğurur,
Gecədən qara, ulduzdan çoxdular.
Hamısı atəş kimiydi, duman kimi,
Başlarını mavi göy üzünə qaldırdılar.
Qarışqa kimi sağdan və soldan,
Atlı və piyada min-min saldırdılar.
Üzlərini vuruşmaq və savaşmaq niyyətilə şüarı qələbə olan orduya çe-
virdilər. İgidlik bağının ağacları olan islam qaziləri şam fıstığı ağacları kimi
səflər bağlayaraq (319 a) günəş kimi parlayan sanəvbər heybətli nizələrini
Allah yoluna cihad edənlərin qəlbləri kimi yüksəkliyin zirvəsinə çıxardılar.
İskəndərin səddi kimi dəmir rəngli bir səf və peyğəmbərin şəriətinin yolu ki-
mi doğruluq və əminlik baxımından dayanıqlı bir sığınaq meydana gətirdilər.
Öz yolunda kənətlənmiş binalar kimi
1
bunun möhkəmliyinə bir işarə,
qurtuluş və zəfər, Onlar rəblərinin inayətiylə hidayət üzrə olub fəlah bul-
muşların ta özləriydi
2
gərəyincə, o xalqa xas bir sifətdir.
Qitə:
bəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərəkətsiz qalır, başqa səmtlərə yönəldil-
dikdə isə qaçaraq gedirdilər. Allah Əbrəhənin ordusunun və fillərinin təpəsinə sürülərlə
quşlar göndərib hamısını öldürdü. Hz. Məhəmmədin bu hadisənin baş verdiyi il içində do-
ğulması bu ilə "fil ili" adının verilməsinə səbəb olmuşdur.
1
Quran, Səf surəsi, 61:4.
2
Quran, Bəqərə surəsi, 2:5.
Zəhirəddin Məhəmməd BABUR
336
Dər an rəxnə ni əz təbayü vəhim,
Çü rəyi şahənşahü dini-qəvim.
Ələmhayi u fərşi fərşa həmə,
Əlifhayi «İnnə fətəhna»
1
həmə.
Bu səfdə nə rəxnə, nə qorxu var,
Çünkü şahlar şahı qərarlı və din kimi güvənlidir.
Onun səmanı süpürən bayraqları
İnnə fətəhnanın əlifləridir.
Nəhayət, tədbirli davranmağı göz önünə alaraq, rum qaziləri kimi, or-
dunun önündə olan tüfəngçi və radəndazları
2
qoruması üçün arabalarla bir
sıra yaradılaraq bir-birlərinə zəncirlə bağlandı. Nəticədə islam əsgərləri elə
bir nizam və güclü sipərlər yaratdılar ki, qoca ağıl və çərxi-əsr bunun tədbi-
rini alan və nizamlayan kişiyə afərin oxudu. Bu nizam, güclü sipərlər, möh-
kəmlik və düzgünlük xüsusunda o sultanın yaxınlarından və dövləti-xaqa-
niyyənin dayağı Nizaməddin Əli Xəlifə xeyli çalışqanlıq və bacarıq göstərdi,
gördüyü bütün tədbirlər təqdirə layiqdi, rəisliyi və uğurları da parlaq ağlın
zövqünə uyğun idi.
Padşahın ali məqamı mərkəzdə idi. (319 b)
Mərkəzin sağında izzətli, yetkin, bəxtiyavər bəradər və hər kəsin yar-
dımını istədiyi padşahın qarşılıq gözləmədən göstərdiyi sevgiylə sivrilən
Çin Teymur Sultan, izzətli, rəşid, Allahü təalanın təvəccüh nəzərinə məzhər
olan məxdum Süleyman şah [Baburun dayısının nəvəsi], hidayətin sığınağı
və vəliliyin müntəsibi Xoca Kəmaləddin Dost Xavənd, səltənəti-aliyyənin
dayağı və padşahın sarayının əmini, ixtisas sahiblərinin ən seçkini və xas
yaxın Camaləddin Yunus Əli, xasların dəstəyi və ixtisası tam Cəlaləddin şah
Mansur Barlas, xasların dəstəyi və ixtisas sahiblərinin ən seçkini Nizaməd-
din Dərviş Məhəmməd Sarban; xasların dəstəyi və sevgisi həqiqi Şəhabəd-
din Abdullah Kitabdar və Nizaməddin Dost eşik-ağa yerlərini almışdılar.
Mərkəzin solunda isə səltənətin sığınağı, xilafətin müntəsibi və hər
kəsin yardımını istədiyi padşahın qarşılıq gözləmədən göstərdiyi sevgiylə
sivrilən Sultan Bəhlul Ludi oğlu Sultan Əlaəddin Aləm xan, müşarünileyh
sultan həzrətlərinin yaxını, insanlar arasındakı vəzirlərin ən böyüyü, xalqın
sığınağı və islamiyyətin qüvvətləndirəni Şeyx Zeyn Hafi, müşarünileyh sul-
tan həzrətlərinin yaxınının oğlu, xasların dəstəyi və səmimiyyəti tam Kəma-
ləddin Mühib Əli, mərhum Qoç Əhmədin qardaşı və xasların dəstəyi Niza-
məddin Turdu bəy, (320 a) böyüklərin və irəli gələnlərin dəstəyi və mərhum
Qoç bəyin oğlu Arayiş xan, millətlər arasındakı vəzirlərin böyüyü və arslan
1
İnna fətəhna: «bizlər fatehlərik" cümləsi bayraq dirəkləri kimi dimdik yüksələn əlif-
lərlə başlayır və bitir mənasındadır.
2
Radəndaz: savaşda yüksək nəslə nərə cəkib düşməni vahiməyə salan dəstə.
BABURNAMƏ
337
qıran Qoca Kəmaləddin Hüseyn və divan məmurlarının bir qismi müəyyən-
ləşdirilmiş yerlərinə yerləşmişdilər.
Sağ qanadda isə bəxtiyavər, səadət sahibi, arzularına çatmış, yaradıcı
Allahın inayət nəzərinə məzhər, səltənət və arzu bürcünün ulduzu, hökmdar-
lıq və xilafət səmasının günəşi, kölələrin və hürlərin lisanıyla mədh edilmiş,
səltənət və xilafətin əziz qıldığı, yetkin məxdum Məhəmməd Hümayun Ba-
hadır yer almışdı.
Onun səadətə yaxın olan sağında isə səltənət sığınağı həzrətlərinin
məxdumu və mükafatlar bəxş edən padşahın qarşılıq gözləmədən göstərdiyi
sevgiylə sivrilən Qasım Hüseyn Sultan, xasların dəstəyi Nizaməddin Əhməd
Yusif Oğlaqçı, mülkün dayağı, sevgisi tam Cəlaləddin Hindu bəy Koçin,
mülkün dayağı, sevgisində sadiq Cəlaləddin Xosrov Göyəldaş, mülkün da-
yağı Qıvam bəy Orduşah, xasların güvənəcəyi kişi, bağlılığı və sevgisi ka-
mil Vəli Xəzinə[çi] Qaraquzu, xasların dəstəyi Nizaməddin Pirqulu Sistani,
millətlər arasındakı vəzirlərin dəstəyi Xoca Kəmaləddin Pəhlivan Bədəxşi,
xasların dayağı Nizaməddin Əbdüşşükur, əyanların dəstəyi, İraq elçisi Sü-
leyman ağa ilə (320 b) Sistan elçisi Hüseyn ağa bulunurdular.
Onun zəfərlə dolu olan soluna isə müşarünileyhin istək sahibi oğlu,
səltənətin sığınağı, alicənab və həzrəti-mürtəzaya müntəsib Mir Həmə, xas-
ların dirəyi və ixtisası kamil Şəmsəddin Məhəmmədi Göyəldaş ilə Niza-
məddin Hacəgi Əsəd Candar təyin edilmişdilər.
Sağ qanaddakı hind əmirləri arasında mülkün dəstəyi, xanlar xanı Di-
lavər xan, əyanların dəstəyi Məlikdad Kərkərani və əyanların dayağı, şeyx-
lər şeyxi Şeyx Gürən də özlərinə fərman buyurulan yerlərini almışdılar.
Şüarı islamiyyət olan ordunun sol qanadında isə mövqeyi uca, naqib-
liyin sığınağı, yüksəkliyin dəstəyi, Təha və Yasin ailəsinin iftixar qaynağı,
rəsullar əfəndisinin oğullarının örnəyi Seyid Mehdi Xoca, kam sahibi, əziz,
yetkin və xaliq həzrətlərinin inayət nəzərlərinə məzhər olmuş bəradər Mə-
həmməd Sultan Mirzə, səltənətin sığınağı, xilafətə müntəsib və özündən
yardım istənilən padşahın qarşılıq gözləmədən göstərdiyi sevgiyə məzhər
olan Mehdi Sultan oğlu Adil Sultan, mülkün dayağı və sevgisi kamil Müiz-
zəddin Əbdüləziz Miraxur, mülkün dayağı Şəmsəddin Məhəmməd Əli
Cəng-Cəng; xasların dayağı və sevgisi kamil Cəlaləddin Qutlu-Qədəm Qa-
ravul, xasların dayağı və sevgisi kamil Cəlaləddin şah Hüseyn Yarəgi, Mo-
ğol Qançı və Nizaməddin Can Məhəmməd bəy-atəkə səf bağlamışdılar.
Sol qanadda olan hind əmirləri arasında sultanların nəsli və məzkur
Sultan Əlaəddinin oğullarından Kamal xan və Cəlal xan (32l a), əyanların
dayağı Əli xan Şeyxzadə Fərmüli, əyanların dayanı Nizam xan Biyanə təyin
edilmişdilər.
Ehtiyat qüvvələri olaraq da xasların dayağı və sevgisi Kamil Turdukə
və Baba-Qaşqanın qardaşı Məlik Qasım Baba-Qaşqa bir dəstə moğolla sağ
Zəhirəddin Məhəmməd BABUR
338
qanada, xasların dayağı, sevgisi həqiqi Mömin Atəkə ilə xasların dayağı
Rüstəm Türkmən də bir dəstə xas mühafizlə birlikdə sol qanada göndəril-
dilər.
İxtisas sahiblərinin seçkini, xasların dəstəyi və ixtisası kamil Niza-
məddin Sultan Məhəmməd Bəxşi islam qazilərinin irəli gələnlərini və rəis-
lərini qərarlaşdırılmış yerlərinə və mövqelərinə yerləşdirmişdi və özü də ve-
riləcək əmrlərimizi eşitmək üçün hazır durur, tavaçı və yasavulları
1
ətrafa və
yanlara göndərərək piyadaların və süvarilərin nizamı və idarəolunması ba-
rədəki itaət edilməsi qəti olan əmrlərimizi böyük sultanlara, kərim əmirlərə
və digər ehtiram sahibi qazilərə çatdırırdı.
Ordunun təməl dirəkləri dikilib hər kəs öz yerinə qoşunca, heç kimin
olduğu yerdən qımıldanmaması və izinsiz bir şəkildə müharibəyə başlama-
ması barədə əməl və itaət edilməsi şərt olan bir fərman çıxarıldı.
Bəhs etdiyim o gündən bir pas keçmişdi ki, qarşılıqlı iki firqə qarşı-
qarşıya gələrək savaşmağa və vuruşmağa başladı. İki tərəfin əsgərlərinin
mərkəzləri (321 b) işıq və qaranlıq kimi qarşı-qarşıya gəlmiş bir vəziyyətdə
ikən sağ və sol qanadlarda elə böyük bir boğuşma başladı ki, yeri zəlzələ,
uca göyü də bir vəlvələ bürüdü.
Əsərləri quldurluq olan kafirlərin sol qanadı şüarı islamiyyət olan əs-
gərlərin meymənət örtülü sağ qanadının üstünə yürüyüncə başda Xosrov
Göyəldaş və Baba-Qaşqanın qardaşı Məlik Qasım olmaq üzrə irəliyə həmlə
etdilər. Əziz qardaş Çin Teymur Sultan fərmana uyğun olaraq onların yardı-
mına qoşaraq cəsuranə döyüşməyə başladı və kafirləri yerlərindən qoparıb
mərkəzlərinə qədər sürdü. Bu əziz bəradərə gərəkli mükafat verildi.
Əsrimizin yeganəsi Mustafa Rumi isə arabaları -əmr edən və yasaq-
layan padşahın inayət nəzərlərinə məzhər olmuş əziz və kam sahibi oğlu-
Məhəmməd Hümayun Bahadırın mərkəzindən irəli sürərək, kafir əsgərinin
səflərini tüfəng və zərbzənlərlə öz qəlbləri kimi qırmışdı. Savaş zamanı əziz
və rəşid bəradər Qasım Hüseyn Sultan, xasların dəstəyi Nizaməddin Əhməd
Yusif və Qivam bəy Orduşah da əmr alaraq onların yardımına qoşdular.
Kafir bölükləri də zaman-zaman və arxa-arxaya öz adamlarının yardı-
mına gəlirdilər. Biz də mülkün dayağı Cəlaləddin Hindu bəyi, onun arxa-
sından xasların dəstəyi Məhəmmədi Göyəldaşı, Hacəgi Əsəd Candarı, on-
dan sonra da (322 a) ulu sultanın dayağı, yüksək eşiyin güvənilən kişisi və
xas yaxınlardan Cəmaləddin Yunus Əlini, xasların dayağı və sevgisi tam
Cəlaləddin şah Mansur Barlası, xasların dəstəyi Şəhabəddin Abdullah Ki-
tabdarı, onların arxasından xasların dəstəyi Dost eşik-ağa və Şəmsəddin Mə-
həmməd Xəlil axta-bəyini yardıma göndərdik.
Kafirlərin sağ qanadındakılar islam əsgərinin sol qanadının üstünə tək-
rar-təkrar hücum etdilər və özlərini salamat olmuş qazilərə çatdırdılar. Lakin
1
Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit.
BABURNAMƏ
339
hər həmlələrində böyük qazilər nəticəsi zəfər olan oxlarının yarasıyla onla-
rın bir qisminı Yanacaqları cəhənnəmə (götürdülər). Nə pis bir yerdir o
1
,
hüsran evinə göndərib bir qismini da qaçırdılar.
Belə olduqda xasların dayağı Mömin Atəkə və Rüstəm Türkmən də
quldurluğun sığınağı olan kafirlərin qaranlığın dəzgahı olan əsgərlərinin ar-
xasından hücum etdilər. Xasların dayağı, sevgisi həqiqi və nökərlərin başı
Xoca Mahmud Əli Atəkə və sultan həzrətlərinin yaxını, dövlətin dayağı Ni-
zaməddin Xəlifəni də onların yardımına göndərdik.
Əziz və rəşid qardaş Məhəmməd Sultan Mirzə, səltənətin sığınağı
Adil Sultan, mülkün dayağı Müizzəddin Əbdüləziz Miraxur, Cəlaləddin
Qutlu-Qədəm Qaravul, Şəmsəddin Məhəmməd Əli Cəng-Cəng və xasların
dəstəyi Şah Hüseyn Yarəgi və Moğol Qançı da inamla savaşa girdilər. Mil-
lətlər arasındakı vəzirlərin ən böyüyü Xoca Kəmaləddin Hüseyni divanilər-
dən (322 b) bir dəstə ilə birlikdə onlara yardıma göndərdik.
Bütün cihad əhli ən yüksək səy və qeyrətlə vuruşmağa rəğbət göstərə-
rək De ki: «Bizə yalnız iki yaxşılıqdan (ya qazilik, ya da şəhidlik) birini gö-
zətmirsinizmi?»
2
ayəti-kəriməsini göz önündə tutdular. Canlarını fəda etmə-
yi gözə alaraq, can alma bayrağını yüksəltdilər.
Savaş və vuruşma uzanınca arabaların arxasında zəncirlənmiş aslanlar
kimi duran, padşahın xassə əsgərlərindəki müharib igidlərin və birlik or-
manı aslanlarının mərkəzin sağ və solundan dışarı çıxmalarına və tüfəngçi-
ləri ortaya alaraq savaşa girmələrinə dair müvafiq fərman çıxarıldı. Bunlar
da dan yeri ağarmasının üfüqdə üz göstərişi kimi arabaların arxasından dı-
şarı cumdular. Meymənətsiz kafirlərin şəfəq rəngli qanlarını dönən göy üzü-
nə bənzəyən savaş meydanına tökərək neçə itaətsizin başlarını ulduz kimi
vücud göyündən ayırdılar.
Adamlarıyla birlikdə mərkəzin önündə duran əsrin nadir şəxsiyyəti
Ustad Əliqulu da igidliklər göstərərək kafirlərin dəmir qapılı hasara bənzə-
yən səflərinə elə ağır daşlar atırdı ki, o daşların birini əməllər tərəzisinin bir
gözünə qoysalar sahibi Kimlərin (əməllərinin) çəkisi ağır gəlsə, onlar xilas
olanlardır
3
sirrinə məzhər olardı və ya daşları mətanətli və uca bir dağa at-
sa, ...atılmış rəngli yun kimi...
4
onu sovurardı. Daş, tüfəng və zərbzən ataraq
kafir cəsədlərinin binalarından çoxunu yıxdı. (323 a)
Mərkəz tüfəngçiləri də fərmana uyğun arabalardan ayrılaraq döyüş
meydanına girib hər biri bir çox kafirə ölüm zəhəri daddırdı. Piyada olaraq
böyük təhlükə məhəllinə gəlib adlarını qəhrəmanlıq ormanı aslanları və
igidlik meydanı qəhrəmanları arasında göstərdilər.
1
Quran, İbrahim surəsi, 14:29.
2
Quran, Tövbə surəsi, 9:52.
3
Quran, Möminin surəsi, 23:102.
4
Quran, Qəəriyyə surəsi, 101:5.
Zəhirəddin Məhəmməd BABUR
340
Bu əsnada xaqan həzrətlərinin mərkəzdəki arabaların irəli sürülməsini
əmr edən fərmanı çıxarıldı. Şəxsən padşah sağında fəth və dövlət, solunda
tale və uğur olduğu halda kafir əsgərinə doğru irəlilədi.
Zəfər mənqibəli ordu bunu görüncə şüarı qələbə olan əsgərin yaratdığı
coşqun dəniz böyük bir dalğalanma göstərərək bu dənizin timsahlarının
ürəkliliyini düşüncədən əmələ keçirdi. Toz bir sis halında bütün savaş mey-
danını qara bir bulud kimi tutdu. Kəsici qılıncların parıltısının şimşəyi ildı-
rım parlamasını keçdi. Qalxan toz günəşin üzünü eynən bir aynanın arxası
kimi işıqdan məhrum elədi. Qalib və məğlub, vuran və vurulan bir-birinə
qarışaraq fərqlər gözə görünməz oldu. Zamanın sehrbazı gözlər önünə elə
bir gecə gətirdi ki, hərəkətli səyyarələr oxdan, hərəkətsiz ulduzlar isə atların
ayaqlarından qopan qığılcımdan başqa bir şey deyildi.
Füru rəftü bər rəft ruzi nəbərd,
Nəmi xun bə mahiyu bər mah gərd,
Zi sümmi süturan dər an nahi dəşt,
Zəmin şeş şodü asiman gəşt xəşt.
Müharibə günü qan balığa çatdı,
Toz isə aya qədər yüksəldi. (323 b)
O geniş meydanda atların toynaqlarından
Yer altı qat oldu, göy isə səkkiz qat.
1
Baş və can oynatmaqda olan qazi mücahitlər görünməyən çağırıçıdan
gələn Süstləşməyin, üzülməyin, əgər inanırsınızsa, mütləq siz üstün gələcək-
siniz
2
müjdəsini eşidib gözə görünməyənin xəbərcisindən Allahdan bir zəfər
və yaxın bir fəth (var)... Möminləri müjdələ
3
müjdəsini dinləyirdilər. O dərə-
cədə şövqlə savaşırdılar ki, yüksək ruhların qütsilərindən qulaqlarına əhsən
sədaları gəlir və Allaha yaxın olan mələklər başlarının üstündə pərvanələr
kimi dönürdülər. İki namaz arasında savaşın atəşi o dərəcə tutuşdu ki, alov-
ları göklərə doğru yüksəldi. İslam əsgərinin sağ və sol qanadları sonları bər-
bad kafirlərin sağ və sol qanadlarını mərkəzləri ilə eyni yerdə topladı.
Məşhur mücahidlərin qalibiyyət əsərləri və islam bayrağının yüksəlişi
açıqça görünməyə başlayınca o kafir qovulmuşlar, o şərir dinsizlər bir saat
qədər çaşqın bir halda qaldıqdan sonra canlarından vaz keçərək mərkəzin
sağ və soluna hücum etdilər. Sol tərəfə çox yüklənərək yaxınlara qədər gəl-
dilər. Lakin igidlik əlamətli qazilər, səvab meyvəsini göz önündə tutaraq hər
1
Firdövsinin Şahnaməsindən. Dini təsəvvürə görə, göylər yeddi, yer isə beş təbəqədir.
Şair demək istəyir ki, toz üzündən göylər səkiz, yer isə altı təbəqə olmuşdur.
2
Quran, Ali-İmran surəsi, 3:139.
3
Quran, Səf surəsi, 61:13 və Tövbə surəsi, 9:112.
BABURNAMƏ
341
birinin köks torpağına ox fidanları dikdilər və hamısını qara bəxtləri kimi
geri oturtdular. Bu əsnada tale və qələbə rüzgarları nəvvabımızın dövlət çə-
mənlərində əsdi. (324 a)
Biz sənə apaçıq bir fəth verdik
1
müjdəsini gətirdilər. Fəth dilbəri dün-
yanı süsləyən Və Allah sənə şanlı bir zəfər versin
2
pərçəmiylə süslənmiş və
gizlilik pərdəsi arxasında olan tale və xoşbəxtlik ona yar olmuş bir vəziyyət-
də ortaya çıxanda batil hindular durumlarının güclüyünü anlayıb ...atılmış
yun kimi... dağılaraq yayılmış pərvanələr kimi
3
təlaşa qapıldılar. Çoxu savaş
meydanında öldü. Bir qismi də başlarından keçərək sərsərilik çölünə düşdü-
lər, qarğalara və çaylaqlara yem oldular. Ölülərdən təpələr yüksəldi və baş-
lardan minarələr tikildi.
Həsən xan Mivati bir tüfəng zərbəsi ilə ölüm yoluna girmişdi. Qöv-
mün irəli gələnləri arasındakı doğru yoldan sapma əlamətli o üsyançıların
böyük hissəsinin həyat günləri ox və tüfəng zərbəsi ilə beləcə sona çatmışdı.
Bunlar arasında bilxassə Udeypur vilayəti valisi və on iki min atlı sahibi Ra-
vəl Udi Sing Bagəri, dörd min atlı sahibi Rav Çəndərban Çuhan, altı min atlı
sahibi daha əvvəllər bəhs edilmiş Səlahəddinin oğlu Çəndiri hakimi Pupet
Rav, Manikçənd Çuxan və dörd min atlı sahibi Dilpet Rav, Gəngü və Kərm-
Sing, üç min atlı sahibi Rav Dənkusi və hər biri bir (324 b) camaatın böyü-
yü, şövkət və səltənət sahibi bir güruhun başbuğu olan digər bir qrup da
cəhənnəm yolunu tutmuşdular. Bu çamur dünyasından cəhənnəmin ən dibi-
nə köçmüşdülər.
Savaş meydanının yolu yolda ölmüş yaralılar üzündən cəhənnəm kimi
doldu. Cəhənnəmin ən dibi cəhənnəm malikinə can vermiş münafiqlərla do-
lub-daşdı. İslam əsgəri hansı tərəfə səyirtsə, hər addımda bir xotkarı ölüsünü
görürdü. Şöhrətli ordu bundan sonra nə qədər uzağa köç etsə möhtəşəm bir
şəxsin yıpranmış vücudundan xali bir yer tapa bilmirdi.
Həmə hinduvan küştə zarü zəlil,
Bə səngü tüfək həmçü əchabi-fil.
Zi tənha bəsi kuhha şod əyan,
Bə hər kuh əz an çeşmeyi-xun rəvan.
Zi səhmi-sihami safi pürşükuh,
Güzəran-güzəran bə hər dəştü kuh.
Bütün hindular zarü zəlil olmuşdular
Əshabi-fil kimi tüfəng daşından.
1
Quran, Fəth surəsi, 48:1.
2
Quran, Fəth surəsi, 48:3.
3
Quran, Qəəriyyə surəsi, 101:5 və 101:4
Zəhirəddin Məhəmməd BABUR
342
Cəsədlər üzündən hər birindən
Qan çeşməsi axan dağlar yarandı.
Şövkətli səflərin oxlarının qorxusundan
Hər çöldə, dağda donuzlar (və ya bahadırlar) qaçışırdılar.
...Arxalarına dönüb qaçırlar... Allahın əmri olub-bitmiş bir şeydir
1
Bilən və eşidən Allaha həmd edirik. Yardım yalnızca əziz və hakim
olan Allahdandır.
Doqquz yüz otuz üçüncü il cəmadiyülaxır ayının iyirmi beşində [=29
mart 1527] yazıldı.
Bu fəthdən sonra tuğrama Qazi yazıldı. Fəthnamədə tuğramın altına
bu rübaini yazdım:
İslam üçün avareyi-yazi
2
oldum,
Küffarü
3
hünud
4
hərbsazi oldum
5
,
Cəzm eylər idim özüm şəhid olmağa,
Əl-minnətillah ki, qazi oldum.
Şeyx Zeyn bu fəthə Fəthi-padşahi-islam
6
sözünü tarix düşürmüşdü.
Kabildən gələn adamlar vasitəsilə Mir Gisu də bu sözü tarix düşürərək bir
rübai yazıb mənə göndərmişdi.
Beləcə, təvarüd olmuşdu, həm Şeyx Zeyn, həm də Mir Gisu öz rübai-
lərində tapdıqları tarix çox yaxşı oldu, həm də eyni söz alındı. Yenə bir dəfə
Dibalpur fəthində Şeyx Zeyn Vəsəti-şəhri-rəbiüləvvəl
7
sözünü tarix düşür-
müşdü. Mir Gisu də həmin sözü tapmışdı.
Dostları ilə paylaş: |