Qərib Məmmədov


§ 36. Torpağın fiziki-mexaniki xassələri



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   11   12   13   14   15   16   17   18   ...   52
§ 36. Torpağın fiziki-mexaniki xassələri 
 
Torpağın fiziki-mexaniki xassələrinə torpağın plastikliyi, yapışqanlığı,  şişməsi, sıxlaşması, rabitəliyi, 
bərkliyi və  şumlama zamanı müqaviməti aid edilir. Torpağın fiziki-mexaniki xassələri onun texnoloji 
xassələrinin, yəni becərilmənin müxtəlif şəraitlərinin, əkin və yığım aqreqatlarının işinin qiymətləndirilməsində 
böyük əhəmiyyət kəsb edir. 
Torpağın plastikliyi –  torpağın öz formasını  hər hansı xarici qüvvənin təsiri altında bütövlüyünü 
pozmadan dəyişmək və bu qüvvənin kənarlaşdırılmasından sonra əldə etdiyi formanı saxlamaq qabiliyyətidir. 
Torpağın plastikliyini şərtləndirən lil fraksiyaları  və  nəmliyidir. Quru torpaq plastiklik qabiliyyətinə malik 
deyildir. İzafi nəmlənmədən torpaq axaraq öz plastikliyini itirir. Nəmlənmədən asılı olaraq plastikliyin aşağıdakı 
konstantları vardır: 
Plastikliyin yuxarı  həddi  və ya axarlıq həddi – nəmlənmənin elə  həddidir ki, bu halda standart konus öz 
kütləsinin (76 q) təzyiqi altında torpağa 10 sm dərinliyində daxil olur; 
Plastikliyin aşağı  həddi  və  yayılma həddi – nəmlənmənin elə  həddidir ki, bu halda torpaq nümunəsini 
üzərində çatlar yaratmadan diametri 3 mm -lik qaytaq (şnur) şəklinə salmaq mümkün olur; 
Plastiklik ədədi – plastikliyin yuxarı və aşağı hədlərinin göstəriciləri arasındakı fərqdir. 
Plastikliyin  ən yüksək  ədədi (> 17) gilli torpaqlara məxsusdur; gillicəli – 7-17; qumsal - < 7; qum 
plastikliyə malik deyildir – plastiklik ədədi 0-a bərabərdir. 
Lil fraksiyalarının tərkibi plastikliyə təsir göstərir. Lildə SiO
2
:R
2
O aşağı nisbətində plastiklik özünü daha 
qabarıq  şəkildə göstərir. Torpağın tərkibində mübadilə olunan natriumun miqdarı artdıqca onun plastikliyi də 
artır. Kalsium və maqnezium kationlarının, həmçinin humusun miqdarı artdıqca  əksinə torpağın plastikliyi 
azalır. 
Torpağın yapışqanlığı – nəm torpağın başqa cisimlərə yapışmaq qabiliyyətidir. Yapışqanlıq torpağın 
texnoloji xassələrinə mənfi təsir göstərir –  alətlərə və maşınların təkərinə yapışmaqla dartı müqavimətini artırır 
və  becərmənin keyfiyyətini aşağı salır. 
Yapışqanlıq - metal lövhəciyi torpaqdan qoparmaqdan ötrü tələb olunan gücə görə hesablanır və q/sm
2
-lə 
ifadə olunur. Yapışqanlıq ən az nəmliyin yaranması ilə ortaya çıxır, nəmlik artdıqca yapışqanlıq da artır, sonra 
isə tədricən azalır. Yapışqanlıq torpağın qranulometrik tərkibindən də asılıdır: onun göstəricisi gilli torpaqlarda 
yüksək, qum və qumsal torpaqlarda aşağıdır. O, həmçinin torpağın humusluluğundan və mübadilə olunan 
kationların tərkibindən də asılıdır. Torpaqlar yapışqanlığına görə aşağıdakı qruplara bölünür (N.A.Kaçinskiy): 
son dərəcə möhkəm yapışan ( > 15 q/sm
2
), möhkəm yapışan (5-15 q/sm
2
), orta yapışan (2-5 q/sm
2
), zəif yapışan 
(< 2 q/sm
2
).  
Torpağın  əhəmiyyətli aqronomik xassəsi – fiziki yetişkənliyi, yəni torpağın yaxşı ovulduğu və bu zaman 
becərmə alətlərinə yapışmadığı  nəmlik vəziyyəti də torpağın yapışqanlığı ilə  sıx  əlaqədardır. Torpağın fiziki 
yetişkənliyi torpağın qranulometrik tərkibindən, mübadilə olunan kationların tərkibindən və humusluluğundan 
asılıdır. Elmi ədəbiyyatlarda torpağın  bioloji yetişkənliyi  anlayışından geniş istifadə edilir. Torpağın bioloji 

 
103
yetişkənliyi dedikdə bioloji proseslərin (mikroorqanizmlərin fəaliyyəti, toxumun yetişməsi və s.) başladığı 
temperatur rejimi şəraiti başa düşülür. 
Torpağın şişməsi – torpağın nəmlikdən öz həcmini genişləndirmə qabiliyyətidir. Torpağın şişməsinə səbəb 
torpaq hissəcikləri tərəfindən nəmliyin sorbsiyası  və  mübadilə olunan kationların hidratasiyasıdır. Torpağın 
şişməsi torpaq kolloidlərinin və mübadilə olunan kationların miqdarından və tərkibindən asılıdır. Daha böyük 
şişmə qabiliyyətinə genişlənən qəfəsə malik minerallar – montmorillonit və vermikulit, az şişmə qabiliyyətinə 
kaolonit qrupundan olan minerallar aiddir. Torpağın natrium ionu ilə doyması da şişmə qabiliyyətinin artmasına 
təsir göstərir. Üzvi minerallar da şişmə qabliyyətinə malikdirlər. Ona görə  də montmorinollit tərkibli gilli 
minerallardan ibarət gilli torpaqlar daha böyük şişmə qabiliyyətinə malikdirlər.  Şorakətli torpaqlar da yüksək 
şişmə qabiliyyəti ilə seçilirlər.  Şişmə torpağın mənfi xassəsi hesab olunur. Onun təsiri altında torpaq 
aqreqatlarının parçalanması baş verir. 
Torpağın sıxlaşması – quruma zamanı torpağın öz həcmini azaltma qabiliyyətidir. Torpağın sıxlaşması 
şişmənin əksinə olan hadisədir. Sıxlaşma törədən amillər şişməni törədən amillərlə eynilik təşkil edir. Torpağın 
şişməsi nə qədər yüksək olarsa, sıxlaşması da bir o qədər böyük olar. 
Sıxlaşma torpağın həcmindən faizlərlə hesablanır. Torpağın güclü sıxlaşması çatların  əmələ  gəlməsinə, 
bitki köklərinin qırılmasına və buxarlanma hesabına nəmliyin itirilməsinə gətirib çıxarır. 
Torpağın rabitəliliyi – torpaq hissəciklərini bir-birindən ayırmağa yönəlmiş xarici qüvvələrə müqavimət 
göstərmək qabiliyyətidir. Adətən, kq/sm
2
 ilə ifadə olunur. Torpağın rabitəliyi onu təşkil edən hissəcikləri bir-
birinə yapışdıran qüvvələrin təsiri altında yaranır. Torpağın rabitəliyi torpağın qranulometrik və mineraloji 
tərkibindən, onun struktur vəziyyətindən, nəmliyindən, humusluluğundan və  kənd təsərrüfatında istifadə 
xüsusiyyətlərindən asılıdır. 
Ən böyük rabitəlik tərkibində  zəngin lil minerallar olan gilli, ən az rabitəlik isə qumlu torpaqlardadır. 
Maksimal rabitəlik torpağın soluxma nəmliyinə yaxın nəmlik vəziyyətində müşahidə olunur. Torpaq natrium 
ionu ilə  zənginləşdikcə onun rabitəliyi də yüksəlir, çünki bu zaman torpaq dispersləşir, onun xüsusi səthi 
böyüyür, demək, hissəciklərarası yapışdırıcı qüvvə  də artır. Torpağın strukturluğu yaxşılaşanda rabitəliyin 
səviyyəsi də  aşağı düşür. Rabitəli torpaqlar eroziyaya qarşı daha dayanaqlıdırlar, lakin rabitəliyin artması ilə 
torpağın xüsusi müqaviməti artır ki, bu da becərmə xərclərinin artmasına gətirib çıxarır. 
Torpağın xüsusi müqaviməti -  layın kəsilməsinə, onun çevrilməsinə  və  işçi səthinin sürtünməsinə  sərf 
olunmuş gücdür. Torpağın xüsusi müqaviməti kotanla qaldırılan torpaq qatının köndələn kəsilməsi zamanı 
yaranan müqaviməti göstərir və  kq/sm
2
-lə ifadə olunur. Torpağın qranulometrik tərkibindən, fiziki-kimyəvi 
xassələrindən, nəmliyindən və təsərrüfat istifadəsindən asılı olaraq xüsusi müqaviməti 0,2-1,2 kq/ sm
2
 arasında 
tərəddüd edir. Torpağın xüsusi müqaviməti onun ən  əhəmiyyətli fiziki-mexaniki xassələrindən biridir. Kotan 
hazırlanarkən, traktorların iş norması hesablanarkən, həmçinin torpaqbecərən alətlər və traktorlar 
rayonlaşdırılarkən torpağın bu xassəsi nəzərə alınmalıdır. 
Cədvəl 32-dən göründüyü kimi, xüsusi müqavimət torpağın tipindən, qranulometrik tərkibindən, kənd 
təsərrüfatı yerinin (uqodiyanın) xarakterindən və torpağın nəmliyindən asılıdır. 
Cədvəl 32 
Müxtəlif torpaqların xüsusi müqaviməti 
 
Torpaqlar 
Qranulometrik 
tərkib 
Kənd təsərrüfatı 
yeri 
Xüsusi 
müqavimət, 
kq/sm
2
 
 
1 2  3 4 
Çimli podzollu  
gilli 
ağırgillicəli 
orta gillicəli 
yüngül gillicəli 
qumsal 
əkin 
əkin 
əkin 
əkin 
əkin 
0,68 
0,48 
0,35 
0,27 
0,18 
Adi qaratorpaq  
gilli 
ağırgillicəli 
orta gillicəli 
xam 
xam 
əkin 
0,7 - 0,8 
0,6 - 0,8 
0,4 – 0,5 
Şorakətləşmiş 
qaratorpaq 
gilli 
əkin 0,82 
Şorakət 
gilli 
ağırgillicəli 
xam 
xam 
1,21 
0,90 
Boz  
ağırgillicəli 
orta gillicəli 
yüngül gillicəli 
əkin (suvarılan) 
əkin (suvarılan) 
əkin (suvarılan) 
0,49 
0,41 
0,34 

 
104
1 2  3 4 
ağırgillicəli 
ortagillicəli 
yüngülgillicəli 
əkin 
əkin 
əkin 
0,42 
0,34 
0,27 
 
Torpağın fiziki və fiziki-mexaniki xassələri torpaq münbitliyinin şəraiti və  kənd təsərrüfatı bitkilərinin 
becərilməsi texnologiyaları qiymətləndirilərkən nəzərə alınmalıdır. Torpağın bu xassələrini aqrotexniki, bioloji 
və kimyəvi vasitələrlə bu və ya digər dərəcədə tənzimləmək mümkündür.  
Torpağın fiziki və fiziki-mexaniki xassələrinə  təsir edən  ən  əhəmiyyətli amillər onun qranulometrik və 
mineraloji tərkibi, strukturu, nəmliyi, mübadilə olunan kationların tərkibi, humusluluğu, tarlada istifadə olunan 
texnika və kənd təsərrüfatı bitkilərinin becərilməsi texnologiyasıdır. 
Torpaqlardan kənd təsərrüfatında istifadə zamanı onların qranulometrik və mineraloji tərkibini dəyişmək 
mümkün deyildir. Lakin torpağın fiziki və fiziki-mexaniki xassələrini tənzimləməkdən ötrü tədbirlər sistemi 
hazırlayarkən qranulometrik və mineraloji tərkibini nəzərə almaq mümkündür (məsələn, nəmliyindən asılı 
olaraq müxtəlif qranulometrik tərkibə malik torpaqların becərilməsindən ötrü optimal müddətin seçilməsi, ağır 
torpaqlarda əkinaltı qatın yumşaldılması və s.). Torpağın bütün fiziki və fiziki-mexaniki xassələrinə hərtərəfli 
müsbət təsir müxtəlif dərəcədə  tənzimlənən amillər, ilk növbədə torpağın nəmliyi, strukturluğu, humusluluq 
dərəcəsi və mübadilə olunan kationları  tərəfindən göstərilir. Nəmliyindən asılı olaraq torpağın becərilmə 
müddətinin və qaydalarının seçilməsi, torpağın struktur vəziyyətinin yaxşılaşdırılmasından ötrü tədbirlərin 
həyata keçirilməsi (çoxillik otların  əkilməsi, becərilmənin minimallaşdırılması, üzvi gübrələrin verilməsi, 
sederatların əkilməsi və s.), torpağın humusluluğunun artırılması torpağın fiziki və fiziki-mexaniki xassələrinin 
daha yaxşı parametrlərini yaratmağa imkan verir. 
Turş torpaqların  əhəngləşdirilməsi və  qələvi torpaqların gipsləşdirilməsi, udulmuş  əsasların tərkibinin 
dəyişdirilməsi də fiziki və fiziki-mexaniki xassələrin bütün kompleksini yaxşılaşdırır. Torpağın fiziki 
xassələrinin, ilk növbədə, sıxlığının, məsaməliyinin, xüsusi müqavimətinin formalaşmasında kənd təsərrüfatı 
texnikasının torpağa təsirinin böyük əhəmiyyəti vardır. Torpağın 50-80 sm və daha çox dərinlikdə, xüsusən də 
əkin və  əkinaltı qatların sıxlaşması  ağır texnika (ağır traktorların, kombayn və başqa maşınlar) tərəfindən 
törədilir. Ona görə  də torpağın fiziki və fiziki-mexaniki xassələrini nəzərə almaqla maşın–traktor parkının 
tərkibinin düzgün seçilməsinin böyük əhəmiyyəti vardır. 
 
XI FƏSİL. TORPAQ SUYU, TORPAĞIN SU XASSƏLƏRİ VƏ  
SU REJİMİ 
 
Torpaq çoxfazalı və polidispers sistem kimi suyu udma və özündə saxlama qabliyyətinə malikdir. Torpağın 
tərkibində həmişə müəyyən miqdarda su olur. Quru torpaq kütləsində ( 105
0
C –də qurudulmuş) nəmliyin faizlə 
göstəricisi torpağın nəmliyini səciyyələndirir. Torpağın nəmliyini həmçinin torpağın həcmindən m
3
 /ha və ya 
mm ilə ifadə etmək olar. 
Su torpağa atmosfer yağıntıları, qrunt suyu, suvarma və su buxarının kondensasiyası vasitəsilə daxil olur. 
Dəmyə əkinçiliyində əsas su mənbəyi atmosfer yağıntılarıdır. 
Torpaq suyu bitkilərin, torpaq faunasının və mikroflorasının həyat mənbəyidir, çünki bu canlılar suyu 
torpaqdan əldə edirlər. Bitki  külli-miqdarda su sərf edir. Bir qram quru maddə yaratmaqdan ötrü 200-1000 q su 
sərf olunur. Su vasitəsilə bitkiyə qida maddələri qaxil olur. 
Torpaqda baş verən bioloji, kimyəvi və fiziki-kimyəvi proseslərin intensivliyi, torpaq daxilində maddələrin 
hərəkəti, torpağın su-hava, qida və isitlik rejimləri, onun fiziki-mexaniki xassələri, yəni torpaq münbitliyinin 
vacib göstəriciləri  torpaqdakı suyun miqdarından asılıdır. Beləliklə, torpaq suyu bitkinin inkişafına bilavasitə və 
dolayısı ilə təsir göstərir. 
Bitki torpaqda həmişə  və kifayət qədər su olanda normal inkişaf edir. Suyun həm qıtlığı, həm də izafi 
çoxluğu bitkinin məhsuldarlığını  aşağı salır. Bu halda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının 
yüksəldilməsinə yönəlmiş müxtəlif aqronomik tədbirlər (gübrələmə,  əhəngləşdirmə  və s.) səmərəsiz olur. 
Bitkilərin su təminatı  təkcə torpağa daxil olan suyun miqdarından deyil, torpağın su xassələrindən, torpağın 
suyu udma, süzmə, özündə saxlamaq və bitkinin tələbinə uyğun olaraq ona çatdırmaq qabiliyyətindən də 
asılıdır. Ona görə  də eyni iqlim şəraitində, eyni qayda ilə becərilən və hamar səthə malik sahələrdə suyun 
torpaqdakı miqdarı müxtəlif ola bilər. Bərabər nəmlik  şəraitində torpağın tərkibində  mənimsənilən suyun 
miqdarı müxtəlifdir. O, torpağın qranulometrik tərkibindən, struktur vəziyyətindən, humusun miqdarından və 
torpağın su xassələrini müəyyən edən digər göstəricilərdən asılıdır. 
Torpaq suyu haqqında təlimin  əsasları A.A.İzmailskiy, Q.N.Vısotskiy, N.P.Adamov, P.S.Kossoviç 
tərəfindən qoyulmuşdur. Lakin torpağın su xassələri və su rejimləri A.F.Lebedyev, S.İ.Dolqov, A.N.Roden, 
N.A.Kaçinski və başqalarının əsərlərində ətraflı təhlil edilmişdir. 
Su torpaqda üç formada olur: bərk (buz), maye, buxarşəkilli. 

 
105
Buxarşəkilli su torpaq havasının tərkibində, tərkibində su olmayan məsamələrin daxilində olur. Torpağa su 
buxarı atmosferdən daxil olur və torpaqda maye suyun buxarlanması nəticəsində yaranır. O, torpaq profilində 
havanın
 
hərəkət cərəyanına qoşularaq və ya buxarın təzyiq qradiyentinə uyğun  olaraq diffuzion şəkildə hərəkət 
edir. 
Torpaq havası su buxarı ilə adətən doymuş olur. Torpaq havasının nisbi nəmliyi 100 %-ə yaxındır. Torpaq 
havasının torpaqda hərəkətinə torpağın temperaturu da böyük təsir göstərir. Temperaturun artması ilə su 
buxarının təzyiqi artır və o torpağın isti qatlarından soyuq qatlarına doğru hərəkət edir. Bununla əlaqədar 
torpaqda su buxarı axınlarının mövsümi və sutkalıq qalxan və enən hərəkətləri müşahidə edilir. Kondensasiya 
olaraq buxar maye halına keçir. Su buxarının qalxan hərəkəti hesabına qış dövründə quraq rayonlarda torpağın 
bir metrlik qatında 10-14 mm-ə qədər nəmlik akkumulyasiya olunur. 
Bərk su – buz – maye və buxarşəkilli suyun potensial mənbəyidir. O, mənimsənilən suyun ehtiyat mənbəyi 
olsa da bitkilər tərəfindən bilavasitə istifadə olunmur. Buz 0
0
C-dən yuxarı temperaturda maye və buxarşəkilli 
şəkilə keçir. 
 
§ 37. Torpaq nəmliyinin kateqoriyaları və onun xassələri 
 
Torpaqda maye və buxarşəkilli su müxtəlif təbii qüvvələrin (sorbsion, kapilyar, osmotik, qravitasion)  
təsirinə  məruz qalır. Bu qüvvələrin təsiri altında torpaq suyunun xassələri, onun mütəhərrikliyi və bitki üçün 
əlverişliliyi dəyişir. 
Torpağın bərk fazasının maye ilə örtülü səthində sorbsion və kapilyar qüvvələr özünü göstərir. Sorbsion və 
kapilyar qüvvələrin təbiəti bərk hissəciklərin və suyun səth enerjisi ilə şərtlənir. 
Torpaq hissəcikləri səth enerjisinə malik olmaqla su molekullarını özünə  cəzb etmək qabiliyyətinə 
malikdirlər. Torpağın bərk fazasının hissəcikləri tərəfindən buxar və maye halında olan su molekullarını udma 
qabiliyyəti suyun sorbsiyası prosesi adlanır. 
Kapilyar qüvvələr torpağın bərk fazasının su ilə sərhədində, kapilyar məsamələrdə yaranır, o suyun səthi 
dartılması və nəmlənmə hadisə ilə şərtlənir. Su bərk hissəcikləri isladaraq, kapilyarlarda mayenin çökək səthinin 
yaranmasına səbəb olur. Bu da torpağın bərk fazası ilə suyun toxunma xətti boyunca fəaliyyət göstərən səthi 
dartılma qüvvəsi hesabına mənfi kapilyar təzyiqin yaranmasına gətirib çıxarır. Mənfi kapilyar təzyiqin təsiri 
altında su kapilyar məsamələrlə yuxarı qalxır və orada saxlanılır. Bu su kapilyarların divarına dartıb-toplayıcı 
təsir göstərməklə torpaqda həcmi deformasiya törədə bilir. Suyun kapilyarlarda hərəkəti kapilyar təzyiq fərqləri 
nəticəsində yaranır. 
Sorbsion və kapilyar susaxlayıcı qüvvələr torpaqda qravitasion  qüvvələrə qarşı durur. Qravitasion 
qüvvələrin təsiri altında nəmliyin aşağıya doğru hərəkətləri baş verir. 
Osmotik qüvvələr torpaqda həllolmuş maddələrin (o cümlədən mübadilə olunan kationların) ionları ilə su 
molekullarının qarşılıqlı  təsiri nəticəsində yaranır. Osmotik qüvvələrin konkret ifadəsi  torpaq məhlulunun 
osmotik təzyiqidir
Torpaqdakı suyun miqdarından asılı olaraq susaxlayıcı qüvvələr eyni deyildir. Ona görə  də, suyun 
mütəhərrikliyini və bitki üçün əlverişliyini qiymətləndirməkdən ötrü onun energetik vəziyyəti və ya torpaq 
nəmliyinin potensialı haqqında anlayış olmalıdır. 
Torpaq nəmliyinin potensialı suyun saxlanma enerjisi ilə  səciyyələnir. Su ilə doymuş torpaqda torpaq 
nəmliyinin potensialı praktiki olaraq sıfıra bərabərdir.
 
Nəmliyin azalması ilə potensial aşağı düşür, onun mənfi 
qiyməti isə artır. Su həmişə yüksək potensial zonasından aşağı potensial zonasına doğru hərəkət edir. Ona görə 
də torpaq quruduqca torpağın eyni zamanda suyu udma, sorma qabiliyyəti də artır. Bu cür qabiliyyət sorucu 
qüvvə  və ya sorma təzyiqi adını almışdır. O, torpaq nəmliyinin potensialına ekvivalent götürülür. Torpaq 
nəmliyinin təzyiqi paskalla (Pa) ifadə olunur. Torpağın nəmlik dərəcəsini və bitkinin su ilə  təminatını 
səciyyələndirməkdən ötrü suvarma əkinçiliyində tenziometr vasitəsilə  onun ölçülməsi geniş tətbiq edilir. 
Torpaq suyunun torpağın bərk fazası ilə  əlaqəsinin möhkəmliyinə  və mütəhərriklik dərəcəsinə görə 
aşağıdakı əsas kateqoriya və formaları fərqləndirilir. 
Əlaqəli su torpağın bərk hissəciyinin səthi vasitəsilə maye və buxar halında olan suyun sorbsiyası vasitəsilə 
yaranır. Əlaqəli  su iki hissəyə - möhkəm əlaqəli su və yumşaq əlaqəli (pərdə) suya bölünür. 
Möhkəm əlaqəli (hiqroskopik) su torpağın bərk hissəciklərinin səthi tərəfindən su buxarının adsorbsiyası 
nəticəsində yaranır. O, bilavasitə  bərk hissəciyin səthinə 2-3 səmtləşdirilmiş su molekulu təbəqəsindən ibarət 
pərdə  şəklində bitişir. Hiqroskopik su çox möhkəm yapışdığından bitki üçün əlverişsiz hesab olunur. 
Xassələrinə görə  sərbəst sudan fərqlənir. Yüksək sıxlığı, aşağı elektrikkeçiriciliyi ilə seçilir, maddələri həll 
etmir, yalnız çox aşağı temperaturda  (-4-78
0
C) donur. 
Yumşaq əlaqəli (pərdə) su. Torpaq hissəcikləri səthinin sorbsion qüvvələri tamamilə buxar halında olan su 
hesabına doymurlar. Torpağın bərk hissəciyinin maye su ilə təmasından zəif səmtləşdirilmiş su molekullarından 
ibarət  əlavə  pərdə yaranır. Bu pərdənin qalınlığı 10-20 su molekulu qalınlığında ola bilər.  Əlavə sorbsiya 
olunmuş su yumşaq əlaqəli su adını almışdır. Hiqroskopik sudan fərqli olaraq o, zəif tutulub saxlanılır və böyük 

 
106
pərdəsi olan torpaq hissəcikdən pərdəsi nazik olan torpaq hissəciyə  tərəf hərəkət edə bilir. Bu su bitki üçün 
qismən əlverişlidir. 
Sərbəst su torpaq hissəciklərinin cazibə qüvvəsi ilə  əlaqədar deyildir və bitki üçün əlverişli hesab edilir. 
Sərbəst suyun torpaqda iki forması vardır –kapilyar və qravitasion. 
Kapilyar su kapilyar məsamələri doldurur və onların daxilində kapilyar qüvvələrin təsiri altında hərəkət 
edir. Nəmlənmənin xarakterindən asılı olaraq kapilyar asılı  su  və  kapilyar  dayaqlı su  fərqləndirilir. Torpaq 
səthdən nəmlənərkən (atmosfer yağıntıları, suvarma suyu) kapilyar asılı su formalaşır. Kapilyar asılı suyun bir 
neçə növü qeyd edilir: pərdəcikli asılı su – kapilyar suyun bir hissəsi olub, pərdə suyunun “tıxacları” vasitəsilə 
hissələrə ayrılmışdır. Pərdəcikli – asılı su gilli və gillicəli qranulometrik tərkibli torpaqlar üçün səciyyəvidir; 
aqreqatdaxili  asılı su strukturlu torpaqların aqreqatlarının daxili kapilyarlarını doldurur; qovuşuq asılı su 
torpağın bərk hissəciklərinin qovşağında toplanır. Əsasən qumlu torpaqlar üçün səciyyəvidir (şəkil 23). 
Torpaq aşağıdan (qrunt suyundan) nəmlənərkən kapilyar – dayaqlı su əmələ  gəlir.  Qrunt suyu üzərində 
kapilyarlarla doldurulmuş zona kapilyar kayma adlanır.  
Qravitasion su iri qeyri-kapilyar məsamələrdə yerləşir və torpağın profili boyunca qravitasion qüvvələrin 
təsiri altında sərbəst hərəkət edir. Qravitasion su da iki cür olur: süzülüb axan (hopan) və  su saxlayan 
horizontların suyu. Sonuncu suyadavamlı qat üzərində torpaq-qrunt suyunu yaradır. 
 
§ 38. Torpağın su xassələri 
 
Torpağın əsas su xassələrinə susaxlama qabiliyyəti, sukeçirmə və suqaldırma qabiliyyətləri aiddir. 
Susaxlama qabiliyyəti – torpağın sorbsion və kapilyar qüvvələrin təsiri altında suyu özündə saxlama 
qabiliyyətidir.  Torpağın bu və ya digər qüvvələrin köməkliyi ilə özündə daha çox su saxlamaq qabiliyyəti 
torpağın sututumu adlanır. 
Hava quru vəziyyətdə olan torpaqda müəyyən miqdarda torpaq və ya atmosfer havasının su buxarından 
adsorbsiya olunmuş hiqroskopik (möhkəm bağlı) su olur. Su buxarının adsorbsiyası istiliyin ayrılması ilə 
müşahidə olunur. 
Torpağın buxar halında olan suyu sorbsiya etmək qabiliyyətinə hiqroskopik deyilir (H). Torpaqda 
hiqroskopik suyun miqdarı havanın nisbi nəmliyindən və torpağın öz xassələrindən asılıdır. Torpağın 
qranulometrik xassəsi nə  qədər ağır olarsa və  tərkibində üzvi və mineral kolloidlərin miqdarı  nə  qədər çox 
olarsa, hiqroskopik nəmliyi də bir o qədər yüksək olar (cədvəl 33). 
Eyni torpaqda hiqroskopik suyun miqdarı havanın su buxarı ilə doymasından asılı olaraq dəyişir. Nisbi 
nəmliyin 20 %-dən az olduğu  şəraitdə adsorbsiya olunmuş suyun monomolekulyar təbəqəsi yaranır. Hava su 
buxarı ilə doyduqca sorbsiya olunmuş suyun miqdarı da artır. 
Havanın nisbi nəmliyi 100%-ə yaxınlaşanda, torpaq maksimal hiqroskopikliyə (MH) qədər su ilə doyur. 
Lakin MH – şərti göstərici olub, hiqroskopikliyin ən böyük kəmiyyətini (möhkəm bağlı suyu) səciyyələndirə 
bilməz. Belə ki, havanın yüksək nəmlik şəraitində su buxarının adsorbsiyası torpaq hissəcikləri arasında, onların 
oyuqlarında kapilyar kondensasiya və ya damcılı-maye suyun yaranması ilə müşayiət olunur.  

 
107
Cədvəl 33 
Qranulometrik tərkibindən və humusluluğundan asılı olaraq torpağın hiqroskopikliyi və maksimal 
hiqroskopikliyi 
 
Torpaq 
Genetik 
horizont 
Dərinlik,sm 
Lil hissə-
ciklərin 
miqdarı 
Humu-
sun 
miqdarı 
 

 
MH 

 
1 2  3 4 



Adi 
qaratorpaq, 
orta 
qalınlıqlı, 
ağırgillicəli 
A
 
B

B


2-12 
30-40 
57-67 
140-150 
34,92 
33,56 
33,14 
24,56 
6,65 
4,,92 
1,87 
0,50 
5,19 
5,07 
4,12 
2,71 
8,88 
8,84 
8,22 
6,37 
Çimli-
podzollu, 
yün-
gülgillicəli 
A
ə 
A
2
 
B

B

2-14 
36-46 
60-70 
74-84 
7,59 
2,87 
22,44 
16,52 
2,45 
0,29 
0,49 
0,08 
1,68 
0,90 
3,25 
2,67 
3,98 
2,08 
6,97 
5,65 
 
Adsorbsion qüvvələr vasitəsilə saxlanmış ən çox möhkəm bağlı, ciddi yönəldilmiş su maksimal adsorbsiya 
su tutumunu (MST) səciyyələndirir. Maksimal adsorbsion sututumu maksimal hiqroskopikliyin (MH) 60-70%-ni 
təşkil edir. 
Hiqroskopik nəmliklə müqayisədə maksimal hiqroskopik nəmlik torpaq üçün kifayət qədər sabit 
göstəricidir. Ondan soluxma nəmliyini hesablamaqdan ötrü istifadə edilir. Bundan başqa o torpağın disperslik 
dərəcəsi haqqında informasiya verir. Maksimal hiqroskopikliyin göstəricisi qumsal torpaqlarda 0,1-1%, gilli, 
humuslu torpaqlarda 10-15%, orqanogen torpaqlarda 20-40% arasında tərəddüd edir. 
Nəmliyi maksimal hiqroskopiklik vəziyyətinə kimi doymuş torpaq su ilə  təmasda maye suyu sorbsiya 
etmək qabiliyyəti nümayiş etdirir. Əlavə udulmuş su hiqroskopik nəmlikdən fərqli olaraq torpaq hissəcikləri 
tərəfindən zəif qüvvə ilə saxlanılır. Ona görə də o yumşaq əlaqəli su adlanır. Böyük məsamələrə malik qumlu 
torpaqlarda onlarca molekulyar diametrə malik yumşaq  əlaqəli su pərdəsi  əmələ  gəlir. Gillicəli və gilli 
torpaqlarda çoxlaylı sorbsiya diametrlərin kiçikliyi səbəbindən məhdudlaşmışdır, nazik məsamələr isə əlaqəli su 
ilə tamamilə dolmuşdur. 
Sorbsion qüvvələr və molekulyar cazibə qüvvələri vasitəsilə tutulub saxlanmış yumşaq əlaqəli suyun ən çox 
mümkün miqdarı maksimal molekulyar sututumunu (MMS) səciyyələndirir
Yumşaq  əlaqəli su, torpağa daxil olan nəmlik hesabına tədricən pərdəsinin qalınlığını artıraraq, torpağın 
hissəcikləri ilə  əlaqəsi olmayan sərbəst suya keçir. Bir müddət sonra kapilyar (kapilyar su) və qeyri-kapilyar 
(qravitasion su) məsamələri doldurur. Torpaqdakı bütün məsamələr su ilə dolduqdan sonra isə  nəmlənmənin 
tam sututumu və ya torpağın su tutumu adlanan vəziyyəti yaranır. 
Tam sututumu (TS) – bütün məsamələr su ilə tam dolduqdan sonra torpağın özündə saxlaya bildiyi ən çox 
miqdar sudur.  Əgər  qrunt suları qravitasiya suyunun qarşısını  kəsmirsə, o, daha dərin qatlara doğru hərəkət 
edir. Bol nəmlənmədən və bütün qravitasiya suyunun axmasından sonra torpaqda qalan ən çox su - ən az 
sututumu (ƏS) və ya tam tarla su tutumu (TS) adlanır. 
Ən az sututumu – torpağın su xassələrinin ən əhəmiyyətli göstəricisidir. O, torpağın toplaya və uzun müddət 
özündə saxlaya bildiyi suyun ən çox miqdarı haqqında anlayış verir. 
Ən az sututumunda torpaqdakı bütün kapilyar məsamələr su ilə dolmuş olur. Bu zaman bitkinin su 
təminatından ötrü optimal şərait yaranır. Su buxarlandıqca və bitki tərəfindən mənimsənildikcə kapilyarlara 
dolmuş suyun tamlığı pozulur, suyun mütəhərrikliyi və bitki üçün əlverişliliyi azalır. Kapilyarların tamlığının 
qırılmasına uyğun gələn nəmlik, kapilyarların qırılma nəmliyi (KQN) adlanır. O, torpağın əhəmiyyətli hidroloji 
konstantı olub, optimal nəmliyin aşağı  həddini səciyyələndirir. Gillicəli və gilli torpaqlar üçün kapilyarların 
qırılma nəmliyi (KQN) ən az nəmliyin (ƏN) 65-70% -ni təşkil edir. 
Ən az nəmlik torpağın qranulometrik və mineraloji tərkibindən, humusun miqdarından, struktur 
vəziyyətindən, torpağın məsaməliyindən və sıxlığından asılıdır. Qumlu və qumsal torpaqlarda o 5-20%, gillicəli 
və gilli torpaqlarda 20-45% təşkil edir. Ən az nəmliyin  ən böyük ölçüsü əlverişli makro- və mikrostruktura 
malik ağır qranulometrik tərkibli humuslu torpaqlar üçün səciyyəvidir. 
Torpaqda qrunt suyunun səviyyəsindən yuxarıda yığılmış kapilyar dayaqlı  nəmliyin maksimal miqdarına 
kapilyar sututumu (KS) deyilir. Kapilyar sututumu təkcə torpağın xassələrindən deyil, təyin olunduğu 
səviyyədən (qrunt suyundan olan yüksəklik) də asılıdır. Qrunt suyuna nə qədər yaxındırsa, kapilyar sututumu bir 
o qədər yüksək olacaqdır. 

 
108
Torpağın sukeçiriçiliyi – torpağın suyu hopdurmaq və özündən keçirmək qabiliyyətidir. Sukeçiriciliyin 
birinci mərhələsində  sərbəst məsamələr su ilə dolur. Bu mərhələ  suyu hopdurma  mərhələsi adlanır.  Suyun 
ağırlıq qüvvəsinin və təzyiq qradiyentinin təsiri altında torpaqda hərəkəti filtrasiya adlanır. Sukeçiricilik torpaq 
səthinin sahə vahidindən zaman vahidi ərzində keçən suyun həcmi ilə ölçülür və mm-lə ifadə edilir. 
Sukeçiricilik torpaqdakı məsamələrin ümumi həcmindən, onların ölçülərindən asılıdır. Yüngül torpaqlarda 
məsamələr böyükdür və sukeçiricilik həmişə yüksəkdir. Gillicəli və gilli torpaqlarda məsamələrin sayı  və 
ölçüləri torpağın strukturluğundan asılıdır. Suyadavamlı topavari-dənəvər struktura malik gillicəli və gilli 
torpaqlar da yüksək sukeçiriciliyi ilə seçilir. Ağır qranulometrik tərkibə malik kəltənli-tozvari strukturlu 
torpaqların sukeçiriciliyi aşağıdır. 
N.A.Kaçinskiy tərəfindən torpaqların sukeçiriciliyinə görə qradasiyası təklif edilmişdir. Əgər torpaq 1 saat 
ərzində 10
0
C temperaturda  5 sm təzyiq altında 1000 mm su keçirirsə, bu cür sukeçiricilik şiddətli, 1000-500 
mm həddən artıq yüksək, 500-100 mm ən yaxşı, 100-70 mm yaxşı, 70-30 mm qənaətbəxş, 30 mm-dən az qeyri-
qənaətbəxş hesab edilir. 
Yağıntıların kifayət qədər olduğu rayonlarda aşağı sukeçericilik şəraitində bitkilərin nəmlikdən məhv 
olması, suyun səthdə toplanması, onun meyillik üzrə axması və eroziyanın inkişafı baş verir. 
Yüksək sukeçiricilik şəraitində torpağın kökyayılan qatında yaxşı su ehtiyatı yaranmır, suvarma 
əkinçiliyində isə böyük miqdarda su itkisi müşahidə edilir ki, bu da qrunt sularının səviyyəsinin qalxmasına 
səbəb olur. Qrunt sularının yüksək minerallaşması isə torpaqların şorlaşmasına gətirib çıxarır. 
Torpağın suqaldırma qabiliyyəti – kapilyar qüvvələr vasitəsilə  tərkibindəki suyun qalxan hərəkətini 
yaratmaq qabiliyyətidir. 
Kapilyar qüvvələr diametri 8 mm olan məsamələrdə özünü göstərməyə başlayır. Lakin bu diametri 0,1-
0,003 mm olan məsamələrdə özünü daha qabarıq şəkildə göstərir. Daha nazik məsamələr əlaqəli su ilə dolmuş 
olur. Ona görə  də torpağın suqaldırma qabiliyyəti qumlu torpaqdan gillicəliyə kimi artır və gilli torpaqlarda 
aşağı düşür. Qumlu torpaqlarda qrunt suyunun səviyyəsindən suyun qaldırıldığı yüksəklik 0,5-0,7 m, gillicəli 
torpaqlarda 3-6 m-dir.  
Kapilyar qüvvələr və torpağın suqaldırma qabiliyyəti sayəsində qrunt suları bitkinin su təminatında, 
reduksiya proseslərinin inkişafında və torpaq profilinin şorlaşmasında iştirak edir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin