§ 32. Torpaq strukturunun aqronomik əhəmiyyəti
Strukturun keyfiyyətcə qiymətləndirilməsi onun ölçüləri, məsaməliyi, mexaniki davamlılığı və
suyadavamlılığı ilə müəyyən edilir. Ölçüləri 0,25-10 mm arasında dəyişən, yüksək məsaməliyə (> 45%),
mexaniki davamlığa və suyadavamlılığa malik makroaqreqatlar aqronomik baxımdan daha yüksək
qiymətləndirilir. Tərkibində ölçüləri 0,25-10 mm arasında dəyişən aqreqatların miqdarı 55%-dən yüksək olan
torpaqlar strukturlu hesab olunur.
Strukturun mexaniki təsirə davamlığı (rabitəliyi) və nəmlikdən dağılmamaq qabiliyyəti (suyadavamlılığı)
torpağın dəfələrlə becərilməsi və nəmlənməsi
şəraitində əlverişli halda saxlanmasını müəyyən edir. Bu
97
keyfiyyətlər olmayanda becərilmədən və ya yağış və suvarmanın təsirindən struktur elementlər sürətlə
parçalanır və torpaq struktursuz olur. Bu cür torpaq nəm halında əriyib axır, quruyanda isə qaysaq əmələ gətirir.
Nəzərə almaq lazımdır ki, hər cür suyadavamlı struktur aqronomik baxımdan dəyərli hesab olunmur.
Suyadavamlı aqreqatların yumşaq yığılmasının, məsaməli olmasının və suyu asanlıqla mənimsəməsinin də
əhəmiyyəti böyükdür. Suyadavamlı aqreqatların bu cür strukturunda kök saçaqları və mikroorqanizmlər
asanlıqla daxil olaraq bioloji və mikrobioloji fəaliyyəti təmin edirlər. Suyadamlı aqreqatların sıx yığılması
məsaməliyin aşağı düşməsinə (30-40%) gətirib çıxarır, kökcüklərin və mikroorqanizmlərin məsamələrə daxil
olması imkanlarını aşağı salır. Bu cür strukturda məsamələrə suyun daxil olması da məhdudlaşmışdır. Bu cür
struktur aqronomik baxımdan qiymətli hesab olunmur.
Aqronomik baxımdan strukturun dəyəri ondan ibarətdir ki, o, torpağın aşağıdakı xassə və rejimlərinə
müsbət təsir göstərir: fiziki xassələrinə - məsaməliyə, sıxlığa; su, hava, isitlik, oksidləşmə-reduksiya,
mikrobioloji və qida rejimlərinə; fiziki-mexaniki xassələrə - rabitəliyə, becərilmə zamanı torpağın xüsusi
müqavimətinə, qaysaq əmələgəlməyə; torpağın eroziyaya qarşı davamlığına.
Bu müddəaları bir qədər ətraflı nəzərdən keçirək.
Torpaqda aqronomik baxımdan dəyərli strukturun olması kapilyar və qeyri-kapilyar məsamələrin əlverişli
birləşməsini yaradır. Aqreqatlar arasında qeyri-kapilyar məsamələr, aqreqatlar daxilində kapilyarlar üstünlük təşkil
edir. Qeyri-kapilyar məsamələr (aerasiya məsamələri) kəsəklər daxilində də vardır.
Struktursuz torpaqlarda mexaniki elementlər sıx yerləşdiyindən əsasən kapilyar məsamələr əmələ gətirirlər.
Strukturlu və struktursuz torpaqların quruluşunda və məsaməliyindəki bu xüsusiyyətlər torpağın su-hava və qida
rejimlərinə böyük təsir göstərirlər.
Struktur torpaqlar qeyri-kapilyar məsamələr sayəsində suyu özünə yaxşı hopdururlar. Bu su hərəkət etdikcə
kəsəklər tərəfindən sorulur və kəsəklərarası boşluqlar hava ilə dolur. Hava kəsək daxilindəki aerasiya
məsamələrində də olur. Bu cür torpaqda səth axınları səbəbindən su itkiləri az olur, o demək olar ki, tamamilə
torpaq tərəfindən udulur. Qeyri-kapilyar məsamələrin olması isə torpaq səthindən buxarlanmanın qarşısını alır.
Bununla da, struktur torpaqlarda bitkinin su
və hava ilə təminatında eyni vaxtda əlverişli şərait yaranır. Bu cür
torpaqlarda ən az su tutumu şəraitində belə yaxşı hava mübadiləsi saxlanıldığından oksidləşmə prosesləri
hakimdir.
Kifayət qədər aerasiya şəraitində suyun əlçatan formalarının kifayət qədər olması struktursuz
torpaqlarla müqayisədə daha əlverişli qida rejimi şəraiti yaradır. Strukturlu torpaqlarda mikrobioloji proseslər
daha fəal şəkildə təzahür edir, denitrifikasiya prosesləri və biryarım oksidlərin fəal qeyri-silikat formalarının
yaranması və toplanması mövcud deyildir ki, bu da fosfatların çətin həllolan formalara keçməsinin qarşısını alır.
Struktursuz torpaqlarda su tədricən udulur, onun bir hissəsi səth axınları vasitəsilə itkiyə sərf olunur.
Torpaq profilinin başdan-başa kapilyarlarla örtülməsi nəmliyin buxarlanma səbəbindən böyük itkisinə gətirib
çıxarır. Bu cür torpaqlarda
tez-tez nəmlənmənin iki kəskin həddi – izafi nəmlik və nəmlik qıtlığı müşahidə
edilir.
İzafi nəmlik zamanı boşluqlar su ilə dolduğundan hava kənarlaşdırılmış olur. Bu cür şəraitdə
denitrifikasiya nəticəsində azotun itirilməsi ilə müşahidə edilən anaerob proseslər inkişaf edir. Anaerob şərait
bitkilər üçün zərərli hesab olunan dəmir və manqanın iki valentli formalarının yaranmasına, biryarım oksidlərin
mütəhərrik qeyri-silikat formalarının toplanmasına və fosforun çətin həllolan formada torpaqda bərkiməsinə
gətirib çıxarır ki, bu cür şərait də qeyri-əlverişli qida rejimi yaradır. Nəmliyin çatışmadığı şəraitdə struktursuz
torpaqda kifayət qədər hava olsa da, bitki su qıtlığından əziyyət çəkir.
Aqronomik baxımdan dəyərli struktur torpağa yumşaq quruluş verməklə toxumun yetişməsini və bitkinin
kök sisteminin yayılmasını asanlaşdırır. Bu cür struktur həmçinin, torpağın becərilməsinə sərf olunan enerji
sərfini də aşağı salır.
Struktursuz torpaqların çox sıx quruluşu və yüksək rabitəliyi torpağın becərilmə zamanı xüsusi
müqavimətini artırır və bitkilərin kök sisteminin inkişafına mane olur. Yuxarıda qeyd edildiyi kimi, strukturlu
torpaq suyu yaxşı udur və səth axınlarını, o cümlədən torpağın eroziyasını kəskin şəkildə aşağı salır. Ölçüləri 1-
2 mm arasında dəyişən struktur elementlər küləyin təsirinə qarşı daha davamlı olur.
Torpağın aqronomik xassələrinə məsaməli və suyadavamlı olması şərtilə torpağın mikrostrukturu da
əlverişli təsir göstərir. Aqronomik baxımdan ölçüləri 0,25-0,05 və 0,05-0,01 mm arasında dəyişən
mikroaqreqatlar daha əlverişli hesab olunur. Orta toz ölçülərində (0,01-0,005 mm) olan mikroaqreqatlar
torpağın su və hava keçiriciliyini pisləşdirir və torpağın subuxarlandırma qabiliyyətini yüksəldir.
Struktur elementlərin optimal ölçüləri torpağın zonal xüsusiyyətləri və əkinçilik şəraiti ilə əlaqədardır. Belə
ki, rütubətli zonalarda iri makroaqreqatlar torpağın yaxşı su və hava keçiriciliyini təmin edir. Quru zonalarda
buxarlanmanın zəiflədilməsi daha çox əhəmiyyətlidir. Ona görə də burada kiçik ölçülü aqreqatlar çox əlverişli
hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, ölçüləri 1-2 mm arasında dəyişən aqreqatların torpaq səthində
miqdarı 50%-dən az olanda onun külək eroziyasına qarşı dayanıqlığı aşağı düşür.
§ 33. Strukturun yaranması
Torpağın makrostrukturunun formalaşmasında iki əsas prosesi fərqləndirmək tələb olunur: 1) torpağın
98
aqreqatlara mexaniki bölünməsi və 2) davamlı, suda yuyulmayan hissələrin yaranması.
Göstərilən proseslər strukturəmələgəlmənin fiziki-mexaniki, fiziki-kimyəvi, kimyəvi və bioloji amillərinin
təsiri altında baş verir.
Fiziki-mexaniki (və fiziki ) amillər torpaq kütləsinin əsasən dəyişkən təzyiq və ya mexaniki təsir altında
ovulub tökülməsi prosesini şərtləndirir. Bu amillərə torpağın quruluq və nəmliyin dəyişməsi, torpağın donması
və dondan açılması, bitki köklərinin təzyiqi, yereşən heyvanların və şum alətlərinin təsiri altında həcmin ( və
təzyiqin) dəyişməsi nəticəsində strukturlara parçalanması daxildir.
Torpaqda suyun donması öncə iri məsamələrdə, təqribən 0
0
C temperaturda başlayır. Nazik kapilyarlardakı
su bir qədər aşağı temperaturlarda donur. Donma zamanı su genişlənərək struktur elementlərin divarlarına təzyiq
göstərir; bu zaman donmamış suyun olduğu sahə sıxlaşmaya məruz qalır ki, suyun bir hissəsi bir qədər iri
kapilyarlara sıxışdırılır. Donmuş suyun əriməsi və suyun buxarlanması zamanı qeyri-bərabər sıxlaşma
nəticəsində torpaq ən az müqavimət xətti boyunca ovulmaya məruz qalacaqdır.
Donma torpağın yumşalmasına, aqreqatların yaranmasına yardım etsə də, onların suyadavamlılığını
yaratmır. Donmanın torpağa yumşaldıcı təsiri onun optimal nəmlik (tam sututumundan 90 % çox olmamaq
şərtilə) şəraitində özünü göstərir. Quru torpağın donması onun ovulmasına müsbət təsir göstərmir.
Torpaq strukturunun yaranmasına torpağın kənd təsərrüfatı alətləri ilə becərilməsi daha böyük təsir göstərir:
bu zaman struktur vahidlərin yaranması ilə yanaşı onların parçalanması da baş verir. Üzvi maddələrin kəmiyyət
və keyfiyyətindən, torpağın qranulometrik tərkibindən, tətbiq edilən alətlərin xarakterindən, becərilən zaman
torpağın nəmliyindən və başqa şəraitlərdən asılı olaraq struktur yaradan və ya struktur dağıdan proseslər biri o
birini üstələyə bilər.
Torpağın fiziki yetişkənlik halında becərilməsi strukturəmələgəlməyə müsbət təsir göstərir və ya əksinə
torpağın quru vəziyyətdə şumlanması onu toz halına, izafi nəmlik halında şumlanması isə səthində kəltənlərin
yaranmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, yalnız mexaniki becərilmə vasitəsilə torpağın suyadavamlı
strukturunu yaratmaq mümkün deyildir.
Strukturəmələgəlmədə əhəmiyyətli rol fiziki-kimyəvi amillərə - torpaq kolloidlərinin koaqulyasiya və
sementləşdirici təsirlərinə məxsusdur.
Suyadavamlılıq mexaniki elementlərin və mikroaqreqatların kolloid maddələr (üzvi və mineral) vasitəsilə
bir-birinə yapışması nəticəsində əldə edilir. Lakin kolloidlər vasitəsilə bir-birinə bərkidilmiş hissələrin suyun
təsirindən ayrılmamasından ötrü, kolloidlər dönməz koaqulyasiya olunmalıdırlar. Torpaqlarda bu cür
koaqulyasiya rolunda iki və üç valentli Ca
2+
, Mg
2+
, Fe
3+
,Al
3+
kationları çıxış edir.
Beləliklə, torpaq kolloidləri iki və üç valentli kationlarla doyur, onlar da öz növbəsində suyun yuya
bilmədiyi davamlı struktur elementlər yaradır. Lakin bir valentli kationların, məsələn, Na
+
mövcudluğu
şəraitində dönməz koaqulyasiya baş vermir və davamlı struktur yaranmır.
Torpaqda bərk bağlayıcı kimi üzvi kolloidlər, ilk növbədə kalsium humatları çıxış edir. Bununla belə,
suyadavamlı aqreqatların yaranmasında mineral kolloidlərin iştirakı daha böyükdür. Lakin humus maddələrinin
iştirakı olmadan, yalnız mineral kolloidlərin iştirakı ilə yaranan torpaq aqreqatları suyadavamlılıq xassəsinə
malik deyillər.
Yüksək dispersli minerallar içərisində gilli mineralların və dəmir və alüminium hidrooksid minerallarının
suyadavamlı strukturunun yaranmasında xüsusi əhəmiyyəti vardır. Daha davamlı suyadavamlı aqreqatlar humin
turşularının montmorilonit və hidroslyuda qrupundan olan minerallarla qarşılıqlı təsirindən,
zəif suyadavamlı
aqreqatlar isə kvars və kaolinitlə qarşılıqlı təsirindən yaranır. Dəmir və alüminium hidrooksid mineralları
qırmızı gillərin və qırmızı torpaqların strukturlaşmasında əhəmiyyətli rol oynayır.
Kimyəvi amillər də torpaq hissəciklərinə yapışdırıcı və sementləşdirici təsir göstərir. Bura müxtəlif çətin
həllolan kimyəvi birləşmələrin (kalsium karbonat, dəmir hidroksidi və s.) yaranması daxildir. Bu maddələr
aqreqatlara hoparaq onları sementləşdirir, həmçinin ayrı-ayrı mexaniki elementləri birləşdirərək aqreqat halına
salır. Belə ki, müvəqqəti izafi nəmlik şəraitində dəmir birləşmələrinin strukturəmələgətirici rolu üzə çıxır. İzafi
nəmlik şəraitində torpaqda iki valentli dəmir oksidlərinin suda həllolan formalarının yaranması ilə müşayiət
olunan reduksiya prosesləri cərəyan edir. Bu birləşmə aqreqatlara hopur. Torpaq quruyanda onda oksidləşmə
prosesi inkişaf edir ki, bu zaman dəmirin iki valentli oksidlərinin mütəhərrik formaları dəmirin üç valentli
həllolmayan birləşməsinə çevrilərək torpaq aqreqatlarını sementləşdirir. Lakin N.A.Kaçinskiyə görə, bu
aqreqatlar yüksək suyadavamlılıq xassəsinə malik olsa da kiçik məsaməliyi (<40%) ilə səciyyələnir. Belə ki,
məsamələrin həcminin bir hissəsi tədricən dəmir oksidinin hidratlatı ilə dolur.
Strukturəmələgəlmədə əsas rol bioloji amillərə - bitkilərə və torpaqda məskunlaşmış orqanizmlərə
məxsusdur. Butkilər torpağı mexaniki olaraq sıxlaşdırır və onu hissələrə parçalayır və əsası isə
humusəmələgəlmədə iştirak edir.
Daha güclü strukturəmələgətirici təsir çoxillik ot bitkilərinə məxsusdur. Çoxillik ot bitkiləri güclü inkişaf
etmiş kök sisteminə malikdirlər. Bu sistemlər parçalanan zaman çoxlu miqdarda kalsiumla bağlı humus əmələ
gətirir. Ot bitkilərinin inkişafı üçün əlverişli şəraitin olduğu yerlərdə yüksək strukturlaşmış torpaqlar (çəmən,
çəmən-qaratorpaq, qaratorpaq və s.) formalaşır.
99
Strukturəmələgəlmədə soxulcanların rolu çoxdan məlumdur. Torpaq hissəcikləri yağış qurdlarının
bağırsaqlarından keçərək sıxlaşır və kiçik strukturlar – kaprolitlər şəklində bayıra atılır. Kaprolitlər yüksək suya-
davamlılıq xassəsinə malikdirlər.
Mikroorqanizmlərin həyat fəaliyyətinin kolloid məhsulları torpaqda sementləşdirici maddə kimi çıxış edir
və strukturəmələgəlməyə səbəb olur.
Strukturəmələgətirən amillərin səciyyəsindən göründüyü kimi, onların təsnifləşdirilməsi şərtidir. Belə ki,
ayrı-ayrı amillər müxtəlif funksiyaları həyata keçirə bilər. Məsələn, bitki kökləri həm bioloji (humusun mənbəyi
kimi), həm də fiziki-mexaniki (sıxlaşdırıcı və yumşaldıcı) amil kimi çıxış edir. Donma və ərimə, təzyiqin
dəyişməsi fiziki-mexaniki amil kimi özünü göstərir, lakin kolloidləri koaqulyasiya etməklə onlar fiziki-mexaniki
amillərə müəyyən dərəcədə təsir göstərirlər. Strukturəmələgətirən amillərin birgə təsiri torpaqəmələgəlmənin
təbii şəraiti ilə sıx əlaqədardır. Strukturəmələgətirən amillərin optimal ölçülərdə təzahür etdiyi (ot bitkilərinin
güclü inkişaf etməsi, torpaqda humusun yüksək miqdarda olması, torpağın yüksək mikrobioloji fəallığı və s.)
Rusiyanın qaratorpaq zonasında torpaqlar suyadavamlı aqreqatlarla daha yaxşı təmin olunmuşlar. Bu zonadan
şimala və cənuba hərəkət etdikcə suyadavamlı aqreqatların azalması müşahidə edilir. Bu da ot bitkilərinin
inkişaf şəraitinin pisləşməsi, humusun və humin turşularının azalması, torpaqların (şabalıdı) uducu
kompleksində natrium kationunun əmələ gəlməsi ilə əlaqədardır.
Beləliklə, torpaqda suyadavamlı aqreqatların yaranmasına bir çox amillər təsir göstərir. Lakin
respublikamızın ərazisində bu amillərin təsiri hər yerdə eyni deyildir. Ərazinin relyef, iqlim, bitki, torpaq əmələ
gətirən süxurların mineraloji tərkibindən asılı olaraq dəyişir. Respublikamızın torpaqlarında suyadavamlı
aqreqatların (R.H.Məmmədov, 1988) paylanması qanunauyğunluğu aşağıdakı cədvəldə (28) verilmişdir.
Cədvəl 28
Azərbaycan torpaqlarında suyadavamlı aqreqatların miqdarı ( 0-30 sm)
(R.H.Məmmədov)
Torpaqların adı
Suyadavamlı aqreqatlar,%
> 1
1-0,25
< 0,25
1 2
3
4
Dağ - çəmən 58
18
24
Qonur dağ-meşə 63
20
17
Qəhvəyi dağ meşə 60
17
23
Bozqırlaşmış dağ-qəhvəyi 37
37
26
Dağ boz-qəhvəyi 26
32
42
Dağ qaratorpaq
36
32
32
Dağ şabalıdı 20
30
50
Sarı
42
28
30
Çəmən-qəhvəyi 44
21
35
Şabalıdı
12
30
58
Çəmən-şabalıdı 6
28
66
Boz-qonur
9
16
75
Boz
8
17
75
Çəmənləşmiş-boz 23
28
49
Çəmən-boz 17
26
57
Çəmən-meşə 40
23
37
Allüvial –çəmən 31
21
48
Çəmən-bataqlı
54
18
28
Şoranlar
6
15
79
§ 34. Torpağın strukturunun itirilməsi və bərpası
Torpağın strukturu dinamikdir. O, müxtəlif amillərin təsiri altında parçalanır və bərpa olunur. Bu prosesin
idarə edilməsi torpağı lazımi struktur vəziyyətdə saxlamağa imkan verir. Strukturun itirlməsinin səbəbləri
aşağıdakılardır: mexaniki dağılma, fiziki-kimyəvi və bioloji dağılma.
Strukturun mexaniki dağılması torpağın becərilməsinin, səthində maşınların, insan və heyvanların hərəkəti,
yağış damcılarıının zərbələri altında baş verir. Torpaq strukturunun mexaniki dağılmasının qarşısını almağın ən
əhəmiyyətli yollarından biri – torpağın nəm şəkildə şumlanması, becərilmənin minimum həddə aparılmasıdır.
Strukturun itirilməsinin fiziki-kimyəvi səbəbləri torpaq uducu kompleksində iki valentli kationların (
100
kalsium və maqnezium) bir valentli (natrium və ammonium) kationlarla mübadilə reaksiyasıdır. Bu zaman
qranulometrik elementləri aqreqatlarda bir-birinə bərkitmiş kolloidlər (əsasən humus maddəsi) nəmliyin təsiri
altında peptitləşir və struktur elementlər parçalanır. Ona görə də torpaqların kimyəvi meliorasiyası
(əhəngləşdirmə, gipsləndirmə və s.) TUK-ni mübadilə olunan kalsiumla zənginləşdirməklə torpağın
strukturunun yaxşılaşmasına səbəb olur.
Torpağın strukturunun itirilməsinin bioloji səbəbləri ilk növbədə strukturun yaranmasında əsas yapışdırıcı
vasitə kimi iştirak edən torpaq humusunun minerallaşması ilə əlaqədardır.
Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı strukturun bərpası və qorunması aqrotexnuki vasitələrlə
həyata keçirilir. Torpağın strukturluğunun yaxşılaşdırılması süni strukturəmələgətiricilər vasitəsilə də
mümkündür.
Torpağın strukturlaşdırılmasının aqrotexniki metodlarına aşağıdakılar daxildir: çoxillik otların əkilməsi,
torpağın nəm halında şumlanması, turş torpaqların əhəngləşdirilməsi, şorakətlərin və şorakətvari torpaqların
gipsləndirilməsi, torpağa üzvi və mineral gübrələrin verilməsi.
Davamlı struktur həm çoxillik otların, həm də birillik kənd təsərrrüfatı bitkilərinin təsiri altında bərpa
olunur. Buğda, günəbaxan, qarğıdalı güclü kök sistemi yaratmaqla torpağa kifayət qədər güclü
strukturəmələgətirən amil kimi təsir göstərir. Zəif kök sistemi olan kətan, kartof və kələm torpağa zəif
strukturəmələgətirici kimi təsir göstərir.
Yüksək məhsuldarlıq şəraitində çoxillik ot bitkiləri (xüsusən də paxlalı-taxıllı otqarışığı və paxlalılar)
torpağı birillik kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha çox strukturlaşdırır. Bu onunla izah olunur ki,
çoxillik ot bitkiləri güclü və geniş şəbəkələnmiş kök sistemi yaradırlar. Onların kök və yarpaq-gövdə
qalıqlarının (əkin qatında 14-18 t/ha) tərkibində xeyli miqdarda zülal, karbohidrat və başqa birləşmələr vardır ki,
mikroorqanizmlərin fəaliyyətinə və humus maddələrinin əmələ gəlməsinə əlverişli təsir göstərir.
Torpağın sturkturlaşmasına üzvi gübrələr - peyin, torf kompostu, sideratlar böyük təsir göstərir. Mineral
gübrələr də həmçinin torpağın strukturunu yaxşılaşdırır. Onun tətbiqi ilə bitkilərin kök sistemi daha güclü və
geniş şəbəkə yaradaraq strukturəmələgəlməni sürətləndirir.
Torpağın süni strukturlaşdırılması üzvi tərkibli strukturəmələgətirən maddələrin – polimerlərin,
sopolimerlərin tətbiqi ilə həyata keçirilir.
X FƏSİL. TORPAĞIN FİZİKİ XASSƏLƏRİ
Torpağın fiziki xassələrinə strukturu, su, hava, istilik, ümümi fiziki və fiziki-mexaniki xassələri aid edilir.
Bu xassələrin ölçüləri, dinamikası torpağın bərk, maye, qaz və canlı fazasının tərkibi, nisbəti, qarşılıqlı təsiri və
dinamikası ilə müəyyən edilir.
Fiziki xassələr torpaqəmələgəlmə proseslərinin inkişafına, torpağın münbitliyinin formalaşmasına və
bitkilərin həyat fəaliyyətinə böyük təsir göstərir. Torpağın fiziki xassələrinin öyrənilməsi P.A.Kostıçyev, V. R.
Vilyams, A.Q.Doyarenko, N.A.Kaçinskiy, İ.N.Antipova-Karateyev, S. V. Astapov, A.F.Lebedyev,
P.V.Verşinina, A.F.Tyulin, A.A.Rode, S.İ.Dolqov, İ.İ.Revut, R.Məmmədov, A.Gərayzadə və başqalarının adı
ilə bağlıdır.
§ 35. Torpağın ümumi fiziki xassələri
Torpağın ümumi fiziki xassələrinə torpağın sıxlığı, bərk fazanın sıxlığı və məsaməlik aid edilir.
Torpağın bərk fazasının sıxlığı – 4
0
C –də torpağın bərk fazasının həmin həcmdə suyun kütləsinə olan
nisbətidir. Üzvi maddələrdə (bitkilərin quru töküntüləri, torf, humus) bərk fazanın sıxlığı 0,2 - 1,4 q/sm
3
arasında, mineral birləşmələrdə 2,1-5,18 q/sm
3
arasında dəyişir. Əksər torpaqların mineral horizontlarında bərk
fazanın sıxlığı 2,4-2,65 q/sm
3
,
torflu
horizontlarda 1,4-1,8 q/sm
3
arasında dəyişir.
Torpağın sıxlığı – təbii halda götürülmüş mütləq quru torpaq həcminin kütlə vahididir. Torpağın bərk
fazasının sıxlığı kimi torpağın sıxlığı da q/sm
3
–la ifadə olunur. Torpağın sıxlığı torpağın mineraloji və
qranulometrik tərkibindən, strukturluğundan, üzvi maddələrin miqdarından asılıdır. Torpağın sıxlığına torpağın
becərilməsi və onun üzərində hərəkət edən maşınların və texnikanın yaratdığı təzyiq də təsir göstərir. Torpaq
becərildikdən sonra yumşaq olur, sonra o tədricən sıxlaşmağa başlayır və bir müddət sonra onun sıxlığı tarazlıq,
yəni az dəyişən (növbəti becərilməyə qədər) hala gəlir. Torpağın, tərkibində daha çox üzvi maddələr olan,
strukturlaşmış və becərilmə zamanı yumşalmağa daha çox məruz qalan üst horizontları daha aşağı sıxlığa
malikdir (cədvəl 29).
Cədvəl 29
Torpaqların sıxlığı, bərk fazasının sıxlığı və məsaməliyi
101
Torpaqlar
Genetik
horizont
Dərin-
lik, sm
Sıxlıq,
q/sm
3
Bərk
fazanın
sıxlığı,
q/sm
3
Məsa-
məlik,
%
1 2
3
4
5
6
Çimli-şiddətli
podzollaşmış (xam)
A
1
5-15 1,23 2,52 51,2
A
2
22-32 1,29 2,62
50,8
B
1
64-74 1,66 2,67
37,8
C
104-
114
1,72 2,71 36,5
Çimli-şiddətli
podzollaşmış (əkin)
A
ə
0-27 1,14 2,53 54,9
A
2
36-46 1,57 2,63 40,3
B
1
60-70 1,62 2,69 39,8
B
2
74-84 1,79 2,69
33,5
Adi qaratorpaq (xam)
A
1
2-12 1,15 2,55 54,9
A
2
12-22 1,17 2,58
54,7
B
1
30-40 1,31 2,65
50,6
B
2
57-67 1,37 2,68 48,9
B
k
87-97 1,51 2,72 44,5
Adi qaratorpaq (əkin)
A
ə
0-10 1,09 2,58 57,8
A
2
10-20 1,11 2,60 57,3
B
1
29-39 1,28 2,60
51,9
B
2
54-64 1,41 2,70 47,8
B
k
86-96 1,53 2,73 44,0
Torpağın sıxlığı nəmliyin udulmasına, torpaqda qaz mübadiləsinə, bitkilərin kök sisteminin inkişafına,
mikrobioloji proseslərin intensivliyinə güclü təsir göstərir. Əksər mədəni bitkilər üçün əkin qatının optimal
sıxlığı 1,0-1, 2 q/sm
3
–dir. Əkin qatının sıxlığının qiymətləndirilməsi cədvəl 30-da verilmişdir.
Cədvəl 30
Gillicəli və gilli torpaqların sıxlığının qiymətləndirilməsi
Qiyməti
Sıxlıq,
q/sm
3
Torpaq yumşaldılıb və ya üzvi maddələrlə zəngindir <
1,0
Təzə şumlanmış torpaq
1,0-1,1
Sıxlaşmış əkin qatı 1,2-1,3
Çox sıxlaşmış əkin qatı 1,3-,14
Əkinaltı qatın tipik göstəricisi 1,4-1,6
Bərk sıxlaşmış ilüvial horizont
1,6-1,8
Torpağın məsaməliyi – torpağın bərk fazasının hissəcikləri arasındakı bütün məsamələrin ümumi
həcmidir. Torpağın məsaməliyi torpağın ümumi həcmindən faizlərlə ifadə olunur və torpağın sıxlığı (dv) və
bərk fazanın sıxlıq (d) göstəriciləri əsasında hesablanır. Bundan ötrü aşağıdakı düsturdan istifadə edilir:
P
üm
= (1 – dv/d)·100
Burada, P
üm
- torpağın ümumi məsaməliyi; dv – torpağın sıxlığı; d – bərk fazanın sıxlığı.
Torpağın sıxlığı qranulometrik tərkibdən, strukturluqdan, torpaq faunasının (soxulcanlar, həşaratlar və s.)
fəaliyyətindən, üzvi maddələrin miqdarından, əkilən torpaqlarda isə onların becərilməsindən və
mədəniləşdirilmə səviyyəsindən asılıdır.
Məsamələr torpaqda ayrı-ayrı qranulometrik elementlər və aqreqatlar arasında və aqreqatlar daxilində
yaranır. Məsaməlik üç cür olur: ümumi məsaməlik, kapilyar məsaməlik, kapilyar olmayan məsaməlik.
Məsamələr su və ya hava ilə dola bilər. Ona görə də yumşaq əlaqəli su ilə dolmuş məsamələr, möhkəm əlaqəli
su ilə dolmuş məsamələr və hava ilə dolmuş məsamələr (aerasiya məsamələri) bir-birindən fərqləndirilir.
Kapilyar olmayan məsamələr sukeçiriciliyi, hava mübadiləsini təmin edir; kapilyar məsaməlik torpağın
102
susaxlama qabiliyyətini yaradır. Bitki üçün mənimsənilən su ehtiyatının yaradılmasında kapilyar məsaməliyin
rolu böyükdür.
Torpaqda sabit nəmlik ehtiyatı (eyni zamanda əlverişli aerasiya şəraiti) yaratmaqdan ötrü kapilyar olmayan
məsamələr ümumi məsaməliyin 55-65%-i təşkil etməlidir. Əgər bu göstərici 50%-dən azdırsa, hava
mübadiləsinin pisləşməsinə, hətta torpaqda anaerob proseslərin inkişafına gətirib çıxara bilər. Torpaqda su ilə
dolu kapilyar məsaməliyin daha çox olması da aqronomik baxımdan əhəmiyyətli hesab olunur.
Cədvəl 31-dən göründüyü kimi, ümumi məsaməlik torpağın üst horizontlarında daha yüksək göstəriciyə
(orta hesabla 50-55%) malikdir və aşağı horizontlarda tədricən aşağı düşür. O, gillicəli və gilli torpaqlarda daha
yüksəkdir.
Cədvəl 31
Məsaməliyin qiymətləndirilməsi (N.A.Kaçinskiy)
Vegetasiya dövründə
ümumi məsaməlilik, %-
lə
Torpaqların keyfiyyətcə qiymətləndirilməsi
> 70
Torpaq çox yumşaqdır – izafi məsaməlik
65-55 Mədəni-əkin qatı üçün məsaməlik əla
55-50
Əkin qatı üçün qənaətbəxş
< 50
Əkin qatı üçün qeyri-qənaətbəxş
40-25
Sıxlaşmış illüvial qatlar üçün səciyyəvidir –
məsaməlik çox aşağıdır
Dostları ilə paylaş: |