§ 57. Dağ-meşə-çəmən torpaqlar
Dağ – meşə-çəmən torpaqları müstəqil tip kimi ilk dəfə M.E.Salayev (1991) tərəfindən ayrılaraq təsvir
edilmişdir. Göstərilən torpaqların aşağıda verilən təsviri həmin müəllifin tədqiqat materiallarına əsaslanır. Bu
torpaqlar meşələrin yuxarı sərhəddində 1800 (-2000), 2100 (2200) m yüksəkliklərdə yayılmışdır.
Göstərilən torpaqların yayıldığı ərazilərin landşaft elementləri keçid meşə-çəmən qurşağının əlamətlərini
özündə əks etdirir. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlarla örtülü geniş talalar səciyyəvidir.
Meşə-çəmən qurşağının iqlim şəraitini xarakterizə edən meteoroloji məlumatlar kifayət qədər deyildir.
Lakin bir neçə meteoroloji stansiyanın (Əlibəy, Göy-göl) məlumatlarına əsasən bu qurşağın iqliminin alp və
subalp çəmənlərinin iqliminə nisbətən mülayim olduğunu qeyd etmək olar. Ərazinin orta illik temperaturu 5,7-
6,1
0
, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Fəal temperaturların cəmi 2000-2500
0
arasında dəyişir. Rütubətlənmə əmsalı 1-dən böyük olmaqla Böyük Qafqazda 2,2, Kiçik Qafqazda 1,4-ə
bərabərdir. İqlim şəraiti ilə əlaqədar olaraq bu torpaqlar üçün yuyucu su rejimi səciyyəvidir. Yüksək çınqıllılıq
və ərazinin parçalanması bu rejimin mövcud olması üçün əlverişli şərait yaradır.
Bu qurşağın bitki örtüyü əsasən alçaq boylu ağaclardan, sərilən kollardan, ağcaqayın, tozağacı və palıd
ağaclarından ibarət park tipli meşələrdən və onların arasında yayılan taxılkimi-müxtəlif otlarından ibarət
çəmənlərdən ibarətdir. Ot bitkiləri bütöv şəkildə deyil, ayrı-ayrı “dillər” şəklində işıqlı meşələrə daxil olur.
Onlar tərkib və strukturuna görə subalp çəmənlərindən fərqlənir və daha çox keçid xarakteri daşıyır.
Ümumiyyətlə, meşəkənarı bitki örtüyü meşə və subalp qurşağı bitkilərinin cəmindən ibarətdir. Ot örtüyü çox
müxtəlif olub,
çoxmərtəbəli, hündürlüyü 60-80 sm olan sıx otlardan ibarətdir. Kiçik Qafqazın yuxarı meşə
kənarlarında yastıyarpaq tarlaotu, çəməntopalı, ətirli sünbül, çəmən üçqıllısı, Qafqaz nazikbaldırı, çəmən
yoncası, şübhəli yonca, qırmızısaplaq şehduran və s. üstün yer tutur. Torpaq səthində hər il böyük miqdarda
bitki töküntüləri toplanır. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s/ha (quru ot hesabı ilə), Kiçik Qafqazda
isə 40-60 s/ha arasında tərəddüd edir. Təsvir edilən torpaqların yayıldığı ərazilərdə əlverişli temperatur və
rütubətlənmə şəraiti, fitokütlənin miqdarının kifayət qədər yüksək olması ilə əlaqədar olaraq bioloji dövran da
intensiv şəkildə baş verir, üzvi maddələrin parçalanması daha sürətlə gedir. Meşə-çəmən qurşağında bioloji
dövranın intensivliyi alp qurşağında olduğundan xeyli yüksəkdir.
Yumşaq delüvial və delüvial-prolüvial süxurlar üzərində formalaşmış dağ meşə-çəmən torpaqların
morfologiyası üçün qalın, tam inkişaf etmiş profil səciyyəvidir. Bununla yanaşı, yamaclarda bərk süxurlar
üzərində bu torpaqların yuxa, çınqıllı növmüxtəlifliklərinə təsadüf edilir.
Aşağıda dağ meşə-çəmən torpaqlarının profilinin ümumiləşdirilmiş təsviri verilir.
AD – qonurumtul-boz-bulanıq-sarı, yaxud qonurumtul-qara rəngli, formasını dəyişmiş ot qarışığı olan zəif
dərəcədə çürümüş meşə döşənəyi, çoxlu miqdarda canlı və ölü köklər. Horizontun aşağı sərhədində iri qumlu,
çox az hallarda çınqıllı narın torpağa rast gəlinir. Qalınlığı 5±2,2 sm.
A
O
– tünd qonur, demək olar ki, qara, yaxud qonur çalarlı tünd qəhvəyi, çoxlu miqdarda kol və ot bitkiləri
kökləri, çox az hallarda iri qum və çınqıllara rast gəlinir, bərkvari, xırda topavari, yaxşı aqreqatlaşmışdır, ağır
gillicəli, güclü humuslaşmışdır, görünən karbonatlara rast gəlinmir, qaynamır, altdakı qata keçid hiss olunur.
155
Qalınlığı 13±2,4 sm.
A
1
– tünd-qonur, demək olar ki, qara, yaxud qırmızımtıl çalarlı tünd-qəhvəyi, çoxlu miqdarda ot kökləri,
dəyişmiş bitki qalıqlarına rast gəlinir, kömürləşmiş damarçıqlar, yaxud göyümtül-qara rəngli nöqtələr, gillicəli,
az hallarda iri qum və çınqıllar müşahidə olunur, yaxşı aqreqatlaşmışdır, qozvari-topavari, bərkvari, karbonatlar
yoxdur, qaynamır, aşağıdakı qata keçid tədricidir, bir çox hallarda keçid A/B horizontu yaranır, bəzi hallarda
keçid kəskindir. Qalınlığı 19±3,2 sm.
A
2
– qonurumtul-qəhvəyi, ayrı-ayrı hallarda qırmızımtıl çalarlı, ot bitkilərinin kökləri, xüsusilə çatlar
boyunca, üzvi kütlələrin çoxlu miqdarda ölü qalıqları, gilli, çoxlu çınqıl və süxur qırıntıları, struktur xeyli
kobudlaşır, iri topavari, bərk, bəzi hallarda göyümtül ləkələr və humus axıntıları, müşahidə edilə biləcək
karbonatlar yoxdur, qaynamır, keçidi aydındır. Qalınlığı 18±4,9 sm.
B – qonurumtul-boz-sarı yaxud bozumtul çalarlı selikli qəhvəyi, gilli, çoxlu süxur qırıntıları, iri topavari,
çox hallarda struktur aydın ifadə olunmur, kömürləşmiş bitki qalıqları, göyümtül ləkələr, qleyləşmiş zəif
əlamətləri (xüsusilə horizontun aşağı sərhədində), zəif humuslaşmış, üst qatla müqayisədə gilləşmə bir qədər
yüksəkdir, karbonatlar yoxdur, qaynamır, keçidi müşahidə olunur. Qalınlığı 3,22±3,8 sm.
C – bozumtul-sarı, yaxud saman-sarı, gilli, yüksək çınqıllı, aşınmış süxurların iri qırıntıları. Süxurlar çox
vaxt gilli şistlərin elüvi və delüvisindən və əhəngli konqlomeratlardan ibarət olur.
Dağ meşə-çəmən torpaqların yuxarıda göstərilən morfoloji təsvirini nəzərdən keçirərkən aydın olur ki, bu
torpaqlar üçün narın torpaq qatının inkişaf etmiş profilə malik olması, genetik qatlara nisbətən zəif ayrılması,
çim qatının olması və s. səciyyəvidir.
Morfoloji təsvirdən də göründüyü kimi təsvir edilən torpaqların humus
qatı qalın olmur, aşağı qata keçid isə nisbətən kəskindir. Torpaqların rəngi əsasən qəhvəyi və qonur-qəhvəyidir.
Torpaqəmələgətirici süxurların tərkibində gilli şistlərin iştirakı boz tonun yaranmasına səbəb olur. Təsvir edilən
torpaqların üst qatları yaxşı aqreqatlaşmışdır, yumşaq quruluşa malikdir. Aşağı qatlara doğru torpağın sıxlığı
artır, struktur isə tədricən pozularaq itir.
Dağ meşə-çəmən torpaqlarının profilinin orta hissəsində gilləşmənin yüksək olması müşahidə edilir, bir çox
hallarda tekstur horizont yaranır – Bt. Bəzi hallarda isə göyümtül-yaşıl ləkələrlə müşahidə edilən qleyləşmə
prosesi gedir və fraqmentlər şəklində Bg horizontu formalaşır.
İqlim şəraiti ilə əlaqədar olaraq bu torpaqlar demək olar ki, dərinliyə kimi yuyulur və profildə karbonatlara
rast gəlinmir. Torpaqlar karbonatlı süxurlar üzərində formalaşarkən B/C və C horizontlarında karbonat
ləkələrinə və birləşmələrinə rast gəlinir. Çınqıllıq dərəcəsi yüksək olmayıb adətən aşağı qatlara doğru artır.
Təsvir edilən torpaqların tərkibində humusun miqdarının yüksək olması onun mühüm diaqnostik
göstəricilərindən biridir. Torpaqların üst qatında humusun orta riyazi miqdarı 9,32% təşkil edir (cədvəl 50).
Cədvəl 50
Dağ meşə-çəmən torpaqlarının əsas morfoloji və fiziki-kimyəvi göstəriciləri (M.E.Salayev, 1991)
Genetik
horizont-
lar
Morfoloji və fiziki- kimyəvi göstəricilər
Qalınlıq,
sm
Humus,
%
Azot,% pH
(su) <0,001 <0,01
1 2 3 4 5 6
7
AD
5 9,32
0,48 6,6
13,71
43,85
A
O
13 7,20 0,47 6,4
19,70
57,34
A
1
19 3,68 0,31 6,2
19,29
49,42
A
2
18 1,97 0,22 6,1
21,07
55,,38
B
22 0,94 0,22 6,4
19,86
50,63
C
22 0,77 - 6,8
18,31
53,53
Humusun miqdarına görə bu torpaqlar qaramtıl dağ-çəmən torpaqlarına yaxındır. Lakin dağ-çəmən-meşə
torpaqlarında həmin torpaqlardan fərqli olaraq humusun aşağı qatlara doğru kəskin şəkildə azalması müşahidə
olunur. Bundan başqa təsvir olunan torpaqlarda humuslu qat qaramtıl torpaqlara nisbətən az qalınlıqlı olur. Bu
torpaqlarda humusun tərkib hissələri və onların nisbətlərində də fərqli xüsusiyyətlər müşahidə olunur. Belə ki,
dağ-çəmən-meşə torpaqlarında humusun tərkibində olan fulvoturşuların miqdarı humin turşularının miqdarından
yüksək olur. Humin turşuların fulvo turşularına nisbəti (Ch/Cf) – 0,8-0,7 təşkil edir. Humin turşularının çox
böyük hissəsi kalsiumla birləşmiş şəkildə olur.
Torpaqların üst qatında ümumi azotun miqdarı 0,48% təşkil edir. C/N nisbəti 10-12 arasında tərəddüd edir
ki, bu da üzvi birləşmələrin zəif parçalandığını və humus birləşmələrinin təzə olduğunu göstərir.
Torpaqlar profilin üst qatlarına kimi karbonatlardan tam yuyulmuşdur. Yalnız az-az hallarda B/C və C
horizontlarında onlar az miqdarda (1,7-3,2%) müşahidə olunur.
Əsaslarla müəyyən qədər doymaması meşə-çəmən torpaqlar üçün səciyyəvidir. Bu, xüsusilə profilin orta
156
hissəsində, Bg horizontunda daha aydın nəzərə çarpır. Torpaqların reaksiyası üst qatlarda turş və zəif turş olan
aşağı qatlara doğru bir qədər artır. Bu, güman ki, torpaqəmələgətirən süxurların karbonatlı olması ilə
əlaqədardır.
Dağ meşə-çəmən torpaqlarının üst qatında udulmuş kalsium və maqnezium kationlarının toplanması aydın
müşahidə olunur. Udma tutumunun cəmi üst qatlarda 100 q torpaqda 36-40 m-ekv. təşkil edir ki, bu da qaramtıl
dağ-çəmən torpaqlarında olduğundan bir qədər aşağıdır.
Qranulometrik tərkibinə görə təsvir edilən torpaqlar orta və ağır gillicəlidir. Profilboyu lil fraksiyasının
miqdarı fərqlidir. Üst qatda onun miqdarı 13,7±5,6%, fiziki gil isə 43,9±13,7% təşkil edir. Lil hissəciklər
(<0,001 mm) üst qatlardan aşağıya doğru hərəkət edərək illüvial B horizontunda toplanır. Bununla əlaqədar
olaraq həmin qatın lilləşərək sıxlığının nisbətən artması müşahidə olunur. Profilin skeletli olması və bu
göstəricinin aşağı qatlara doğru artması dağ meşə-çəmən torpaqlarının səciyyəvi əlamətlərindən hesab edilir.
Təsvir edilən torpaqların ümumi kimyəvi tərkibini nəzərdən keçirsək, ayrı-ayrı genetik qatların bir-birindən
müəyyən qədər fərqlənməsini müşahidə etmək olar. Belə ki, torpaqların üst qatlarında Fe
2
O
3
və Al
2
O
3
birləşmələrinin müəyyən qədər azalması müşahidə olunur. SiO
2
/ Fe
2
O
3
və SiO
2
/ Al
2
O
3
nisbəti genişdir – 7,1-8,2
və 18,5-19,0. Torpaqların üst qatı qələvi və qələvi-torpaq (CaO, MgO, K
2
O, Na
2
O) ilə zənginləşmişdir. Bu
əsasən biogen amillərin təsiri alıtında baş verir. Profilin orta hissələrində oksudlərin miqdarı artır. Burada
silisium-oksidin biryarım oksidlərə nisbət (SiO
2
/ R
2
O
3
) daralır (4,0-4,2). Bu isə üllüvial B horizontunda Fe
2
O
3
və Al
2
O
3
birləşmələrinin toplanması və həmin qatın gilləşməsi ilə bilavasitə əlaqədardır.
Aqroistehsalat nöqteyi-nəzərdən meşə-çəmən torpaqları kifayət qədər öyrənilməmişdir. Lakin əldə olunan
məlumatlar da bu torpaqların kifayət qədər yüksək təbii münbitlik səviyyəsinə malik olduğunu göstərir. Belə ki,
bu torpaqların üst 0-20 sm-lik qatında humusun miqdarı hər hektarda 314-316 t/ha, azotun miqdarı isə 15-17
t/ha təşkil edir.
Yüksək dağlıq sahədə nisbətən məhdud yayılması, həmçinin nomenklatura qeyri-müəyyənliyi ilə əlaqədar
olaraq, Azərbaycanın dağ meşə-çəmən torpaqları genetik nöqteyi-nəzərdən kifayət qədər öyrənilməmişdir. Bu
torpaqlar Azərbaycan torpaqlarının sistematikasında müstəqil tip kimi qəbul edilməmişdir. Ədəbiyyatda bəzi
Azərbaycan torpaqşünasları bu torpaqları çimli dağ-çəmən torpaqları kimi təsvir edirlər. Lakin yuxarıda
verilmiş analiz meşə-çəmən torpaqlarını müstəqil tip kimi ayırmağa imkan verir.
§ 58. Dağ çəmən-bozqır torpaqları
Dağ çəmən-bozqır torpaqları torpaqəmələgəlmənin müstəqil tipi kimi çoxdan ayrılmışdır. Subalp çəmən-
bozqırları üçün səciyyəvi olan bu torpaqlar əsasən 1900-2100 m yüksəkliklərdə yayılmışdır. Lakin
respublikamızın daha cənub rayonlarında bu torpaqlar yayıldığı ərazilərin yuxarı sərhədi 2000-2200 m-dək
qalxır. Çəmən-bozqır torpaqları Böyük Qafqazın şərq hissəsində, Kiçik Qafqaz vilayətində isə Qarabağ
yaylasında, Zəngəzur, Mıxtökən, Qarabağ silsilələrində, Talış sisteminə daxil olan Peştəsər silsiləsində inkişaf
etmişdir. Adı çəkilən rayonların geomorfoloji quruluşu üçün ərazinin yüksək təbii parçalanması səciyyəvidir.
Yaxşı sukeçirmə qabiliyyətinə malik olan süxurlar və kifayət qədər meylliyə malik yamaclar burada istər səthi,
istərsə də torpaqdaxili axınların əmələ gəlməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın yüksək dağlığında
inkişaf etmiş bu torpaqlar bəzi hallarda qaramtıl dağ-çəmən torpaqları ilə kompleksdə yayılaraq subalp
çəmənləri üçün səciyyəvi olan mürəkkəb mozaikalar yaradırlar.
Çəmən-bozqır torpaqlarının yayıldığı rayonların iqlimində, yüksək dağlıq zonanın yuxarıda təsvir edilən
torpaqlarının yayıldığı ərazilərlə müqayisədə quraqlıq əlamətləri aydın müşahidə olunur.
Torpaqların yayıldığı
ərazilərin orta illik temperaturu subalp mezofil çəmənlərin müvafiq göstəricisindən bir qədər yüksək olub 8,5-
11,1
0
arasında tərəddüd edir. Rütubətlənmə əmsalı 0,7-1,12 təşkil edir. İlin ayrı-ayrı mövsümlərində
buxarlanmanın yağıntıların miqdarından yüksək olması ilə əlaqədar rütubət çatışmamazlığı müşahidə olunur.
Bununla bərabər yağıntıların buxarlanmadan bir qədər çox olduğu hallarda zəif yuyucu su rejimi şəraitində çox
mütəhərrik birləşmələrin dövri olaraq aşağıya doğru miqrasiyası baş verir.
Təsvir edilən torpaqların yayıldığı ərazilərin bitki örtüyü çəmən-bozqırlardan və müxtəlif otlu taxılkimilər
fitosenozundan (əsasən ala topal, şırımlı topal, Qafqaz nazikbaldırı və s.) ibarətdir. Göstərilən bitkilər normal
şəraitdə torpaq səthində çim təbəqəsi əmələ gətirirlər. Həmin təbəqə hiss olunacaq dərəcədə quruluğu və daha
yumşaq olması ilə çimli dağ-çəmən torpaqların müvafiq təbəqəsindən fərqlənir. Ot bitkilərinin məhsuldarlığı
subalp çəmənlərində olduğundan xeyli aşağı olub yerüstü hissəninki 0,7-0,9, yeraltı hissəninki isə 5,7-6,6 t/ha
təşkil edir. Bu torpaqların üst qatlarında üzvi maddələrin parçalanması subalp çəmənlərində olduğundan daha
intensiv gedir.
Dağ çəmən-bozqır torpaqları özünün genezisində bozqır torpaqəmələgəlmə tipinə xas olan bir sıra
əlamətləri birləşdirmişdir. Xarici görünüşü etibarilə bu torpaqlar qaramtıl dağ-çəmən torpaqlarına oxşasa da bir
sıra fiziki-kimyəvi xüsusiyyətlərinə və torpaqəmələgəlmənin bəzi əlamətlərinə görə ondan fərqlənir. Təsvir
edilən torpaqların profilinin quruluşu bir çox cəhətdən qaramtıl dağ-çəmən torpaqları təkrar edir. Lakin həmin
torpaqlardan çimləşmənin xarakter və dərinliyinə, humusla rənglənmə dərəcəsinə, dərininə yuyulmasına və daha
inkişaf etmiş profilə malik olmasına görə seçilir. Çəmən bozqır torpaqların normal şəraitdə inkişaf etmiş profili
157
üçün aşağıdakı genetik horizontların növbələşməsi səciyyəvidir: A
O
–A
1
– A
2
–B – C; A
1
– A
2
–B – C/D.
Torpaqların inkişaf etdiyi ərazilərin relyef şəraiti və torpaqəmələgətirici süxurların tərkibindən,
torpaqəmələgəlmənin yaşından asılı olaraq genetik horizontların bir-birini əvəz etməsi ardıcıllığında və onların
qalınlığında fərqlər müşahidə olunur. M.E.Salayev (1991) dağ-çəmən bozqır torpaqların xarakterik profili üçün
aşağıdakı morfoloji əlamətlərin səciyyəvi olmasını göstərmişdir.
A
O
– quru yumşaq çim, bitki kökləri çox sıx şəkildə dolaşmış, dərinliyə işləmiş, bir qədər elastikidir.
Köklərarası sahə tozvari, kobud humus və narın qumla tutulmuşdur, qaynamır. Çim qatının qalınlığı 11,6±2,8
sm-dən çox olmur.
A
1
– qəhvəyimtil-boz, yaxud bozumtul çalarlı tünd-qonur, xırda dənəvari, yaxud barıtvari, yaxşı
aqreqatlaşmışdır, sıx kök kütləsi, xırda məsaməli, bioloji cəhətdən yaxşı işlənilmişdir, bəzi yerlərdə qarışqa
yolları, yumşaqvari, təzə, çoxlu iri qumlar, yüngül gillicələr, keçidi aydındır, qaynamır. Orta qalınlığı 10±2,1
sm.
A
2
– bir qədər açıq, qonur və bozumtul çalarlı, dənəvari-xırda topavari, yaxşı aqreqatlaşmış, çoxlu canlı və
ölü bitki kökləri, qurd yolları, iri qum və çınqıl qarışıqlı orta gillicələr, bərkvari, təzə, müşahidə edilən
karbonatlar yoxdur, keçid dalğavari şəkildədir, bəzi yerlərdə zəif humus axıntıları, qaynamır. Orta qalınlığı
19±3,6 sm-dir.
B
1
– qonurumtul-boz, yaxud açıq-qəhvəyi (küləşi) çalarlı qonurumtul, topavari, dərinliyə doğru struktura
pozulur, gilli, çoxlu çınqıllar, köklər azdır, quru halda dərinə getməyən çatlar, bərk, keçidi aydın, karbonatlar
yoxdur, qaynamır, Orta qalınlığı 12±4,3 sm.
B
2
– bozumtul-sarı, bir çox hallarda yekcins rəngə malik olmur, qəhvəyi və sarı ləkələr bir-birini əvəz edir,
çınqıllı, strukturu aydın seçilməyən kəltənli, gilli, köklər azdır, nazik qatlar, quru, karbonatlar yoxdur, qaynamır,
keçidi kəskin. Orta qalınlığı 18±3,6 sm.
C - ana süxurların (andezit-bazalt, gilli şist və s.) çox çınqıllı elüvisi və karbonatsız delüvial gillicələr, çox
bərk, ağır gillicəli, skeletli, rəngi qarışıqdır (ala-bula), zəif qaynayır, yaxud çox hallarda qaynamır.
Yuxarıda verilmiş morfoloji təsvirdən aydın göründüyü kimi təsvir edilən torpaqların profili genetik
horizontlara nisbətən zəif ayrılır. Torpaqların profili qalın olur – 100-150 sm. Qaramtıl torpaqlarla müqayisədə
çim qatı qalın (8-12 sm) olur. Canlı kök kütlələrinin əsas hissəsi çim qatında toplanır. Adətən dənəvari-tozvari
və dənəvari-xırda topavari struktura malik olan humus qatı aydın seçilir, orta qalınlığı isə 40-50 sm-ə çatır.
Rənginə və sıxlıq dərəcəsinə görə illüvial horizontu aydın ifadə olunmamışdır, gilləşmə əlamətləri müşahidə
olunmur və topavari struktura malikdir. Qonur-qəhvəyi, boz-sarı (sarı-qırmızı) rənglər üstünlük təşkil edir. C
qatı əsasən ana süxurların (andezit-bazalt, gilli şistlər və s.) çınqıllı elüvisindən, karbonatsız gillicələrdən ibarət
olur. Bütün profilin çınqıllı olması onun dərinliyinə doğru artması, demək olar ki, bütün profilin karbonatlardan
yuyulması bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir.
Dağ çəmən-bozqır torpaqlarının əsas tərkib hissələri aşağıdakı cədvəldə öz əksini tapmışdır (cədvəl 51)
Cədvəl 51
Dağ çəmən-bozqır torpaqların əsas tərkib hissələri
(M.E.Salayev, 1966)
Kəsimin yeri
Horizont
və
dərinlik,
sm
Humus,
%
Azot,
%
C:N pH
Udul-
muş
əsasların
cəmi
Dağarası
düzənlik, az
meylli şimal
yamac (Daşkəsən
rayonu)
A
1
0-4 7,88 0,44
10,4
6,9
41,71
A
2
14-34 4,09 0,38
7,05
6,7
38,75
B
1
34-65 2,92 0,07 -
6,2
37,49
B
2
65-86 2,71 - -
5,7
27,97
B
3
86-104 1,31 - - - -
Qarabağ
yaylasının şərq
kənarı Minkənd
yaylası (Laçın
rayonu)
A
1
6-12 8,71 0,48
10,5
7,1
39,78
A
2
12-26 5,65 0,38
8,56
6,9
36,67
B
1
26-58 2,61 0,21
7,05
6,3
30,95
Bütün profilin karbonatlardan yuyulması və təkrar karbonat törəmələrinin olmaması dağ çəmən-bozqır
torpaqların heç də az əhəmiyyət kəsb etməyən əsas diaqnostik göstəricilərindən biridir.
Qranulometrik tərkibinə görə bu torpaqların orta və ağır gillicəli növmüxtəliflikləri üstünlük təşkil edir,
lakin gilli torpaqlara da rast gəlinir. Profil boyu genetik qatların qranulometrik tərkibinə görə bir-birindən əsaslı
şəkildə fərqlənməsi müşahidə olunur. Üst humus horizontunda lil hissəcikləri bir qədər artıq toplanmışdır. Lil
158
hissəciklərinin miqdarı 6,3-36,3%, fiziki gilin miqdarı isə 32,3-62,0% arasında tərəddüd edir. Torpaqların
qranulometrik tərkibinə ana süxurların petroqrafik tərkibi də böyük təsir göstərir. Belə ki, Böyük və Kiçik
Qafqazda daha ağır torpaqlar əsaslı süxurlar (andezit, bazalt və s.) üzərində, yüngül torpaqlar isə daha turş
torpaqlar üzərində inkişaf edir.
Ümumi kimyəvi tərkibinə görə dağ çəmən-bozqır torpaqları bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir.
Belə ki, bu torpaqların üst A
1
horizontunda silisium oksidin və biryarım oksidlərin müəyyən qədər azalması və
onların B horizontunda nisbətən çox toplanması müşahidə olunur. SiO
2
-nin illüvial horizontda artıq olması
silisium birləşmələrinin torpaqəmələgəlmə prosesində aşağı qatlara doğru miqrasiyasına dəlalət edir. Silisium-
oksidin dəmir və alüminium oksidinə nisbətən A
O
horizontu istisna olmaqla ayrı-ayrı genetik horizontların
mineral hissəsində əsaslı fərqlərin olmadığını göstərir. Profil boyu silisium-oksidin dəmir, alüminium və
biryarım oksidlərə bir-birinə yaxın olan nisbətləri bunu bir daha sübut edir. SiO
2
/R
2
O
3
nisbəti isə kiçik bir həddə
(4,6-4,8) dəyişir. Bu onların daha dərindən aşınması və təkrar gilli minerallarla zənginləşməsi ilə əlaqədardır.
Dağ çəmən-bozqır torpaqların az tədqiq edilməsi ilə əlaqədar onların təsnifatı məsələləri də çox az
işıqlandırılmışdır. Keçən əsrin 50-ci illərindən başlayaraq çəmən-bozqır torpaqları müstəqil tip kimi ayrılmış,
Qafqazın və Azərbaycanın torpaq xəritələrində ayrıca qeyd edilmişdir.
Çəmənləşmənin xarakter və dərinliyinə, bir sıra fiziki-kimyəvi xassələrinə və torpaq profilinin ümumi
inkişafina əsasən M.E.Salayev (1991) dağ çəmən-bozqır torpaqların yarımtiplərini ayırmış və onların aşağıdakı
təsvirini vermişdir:
Sıx çimli dağ çəmən bozqır torpaqlar yarımtipi. Bu torpaqlar adətən relyefin qabarıq elementlərində
(suayrıcı səthlərdə və s.) inkişaf edirlər. Onlar nisbətən yuxa (5-8 sm) çim qatı, yüksək çınqıllıq, nisbətən qısa
narın torpaq qatına malik olması ilə səciyyələnirlər. Humusun miqdarı bir qədər az olub 4-5% təşkil edir.
Humusun azota nisbəti genişdir – 10-12. Profildə karbonat yeni törəmələri nəzərə çarpmır, torpaq doymuşdur.
Humus fulvat tərkiblidir.
Sıx çimli dağ çəmən-bozqır torpaqlar yarımtipi. Göstərilən torpaqlar daha çox relyefin çökək
elementlərində əlavə rütubətlənmə şəraiti olan ərazilərdə formalaşırlar. Bu torpaqlar sıx çimli torpaqlardan çim
qatının nisbətən qalın (8-12 sm), quru və yumşaq olması ilə fərqlənir. Yumşaq çimli torpaqlar üçün qalın
humuslu qat (70-90 sm) və daha inkişaf etmiş profilin (100-120 sm) olması səciyyəvidir. Humusun miqdarı
daha yüksəkdir (8-9%), C/N nisbəti daha dardır -8-10. Bu, torpaqlarda üzvi maddələrin parçalandığını, profilin
dərindən yuyulduğunu və əsaslarla doyduğunu göstərir. Ayrı-ayrı hallarda profilin orta hissələrində mübadilə
olunan hidrogenə rast gəlinir, mühitin reaksiyası neytral, dərinliyə doğru zəif turşdur.
Dağ çəmən-bozqır torpaqlarında aşağıdakı cinslər ayrılır: yuyulmuş, doymuş, tam inkişaf etməmiş.
Yuyulmuş torpaqlar üçün profilin karbonatlardan yuyulması, doymuş torpaqlar üçün əsaslarla yüksək dərəcədə
doyması, tam inkişaf etməmiş torpaqlar üçün qısa profilin mövcud olması səciyyəvidir.
Dağ çəmən-bozqır torpaqlarının yayıldığı sahələr əsasən təbii biçənəklər kimi istifadə olunur. Onların
yalnız kiçik bir hissəsi taxıl bitkiləri və kartof əkinləri üçün istifadə olunur. Özünün aqronomik xüsusiyyətlərinə
görə bu torpaqlar yüksək bonitetli torpaqlar sırasına daxil edilir. Göstərilən torpaqların 0-100 sm-lik qatında
humusun miqdarı 500 t/ha-a çatır.
XX FƏSİL. RÜTUBƏTLİ VƏ YARIMRÜTUBƏTLİ
SUBTROPİKLƏRİN TORPAQLARI
Respublikamızda rütubətli subtropik zona Lənkəran vilayətində dənizsahili ovalıq və alçaq dağlıq qurşağı
əhatə etməklə 500-600 m-dək yüksəklikdə inkişaf etmişdir.
Vilayətdə hakim olan Aralıq dənizi tipli subtropik iqlim üçün yağıntıların miqdarının yüksək olması, onun
mövsümi xarakter daşıması (maksimum payız və ilkin yaz, minimum yay ayları), fəal temperaturun miqdarının
yüksək olması, nisbətən uzun müddət davam edən mülayim qış və s. səciyyəvidir.
Zonanın torpaqları əsasən sarımtıl aşınma qabığı üzərində inkişaf edir. İqlim şəraiti ilə əlaqədar torpaqlarda
yuyucu su rejimi və torpaqəmələgəlmə məhsullarının profil üzrə aşağıya doğru miqrasiyası müşahidə olunur.
Torpaqəmələgəlmə prosesində, elementlərin bioloji dövranında, kül elementlərinin toplanmasında vilayətin
özünəməxsus xüsusiyyətlərə malik olan meşə örtüyü əhəmiyyətli rol oynayır. Zonada torpaqəmələgəlmə prosesi
sarı torpaqlar qrupunun inkişaf istiqamətində gedir.
Vilayətin sarı torpaqları rəngarəng bioiqlim və geomorfoloji şəraitə malik ərazilərdə inkişaf etmişdir.
Ərazinin ayrı-ayrı hissələri relyef, bitki örtüyü, su rejimi, maddələrin dövranı və miqrasiya xüsusiyyətlərinə görə
fərqlənirlər. Bununla əlaqədar olaraq sarı torpaqlar qrupunda 3 torpaq tipi ayrılır: sarı dağ-meşə, podzollu-sarı,
podzollu-qleyli-sarı torpaqlar.
Dostları ilə paylaş: |